Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1564/2024 23.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Sabunçu Rayon Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbayca n Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.2 və 240.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 yanvar 2024-cü il tarixli qərarından dövlət ittihamçısı Məmmədova Təranə Yavər qızı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Sabunçu Rayon Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli hökmü ilə (sədrlik edən hakim Rəcəbova Elnurə Hüseyn qızı) Məhkum, xx xxxxx 1981-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, dul, himayəsində iki yetkinlik yaşına çatmamış uşaqları olan, ünvan 1 ünvanında yerləşən “Zeytun” aptekin müdiri vəzifəsində işləyən, əvvəllər məhkum olunm amış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində yaşayan, CM-in 234.2 və 240.1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərək CM-in 234.2-ci maddəsi 3 (üç) il müddətə, CM-in 240.1-ci maddəsi ilə 1 (bir) il müddətə, CM-in 66.2-ci maddəsinə əsasən isə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və CM-in 70-ci maddəsinə əsasən həmin cəza 2 (iki) il 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir. Hökmlə həmçinin sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, sınaq müddətində Məhkum üzərinə onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat ver mədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması, hökmün icrasına nəzarətin isə Məhkum yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməsi qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum, satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddələri əldə etmiş, saxlamış, daşımış və satmış, eləcə də narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Məhkum satış məqsədi ilə qanunsuz olaraq 1 ədəd blisterdə ümumilikdə 10 tabletdən ibarət olan, psixotrop maddə Alprazolamın, təsiredici təmiz çəkisi 0,005 qram təşkil edən «Sedalam 0,5 Alprazolam 0,5 mg» adlı dərman vasitəsi, 3 ədəd blisterdə ümumilikdə 30 tabletdən ibarət olan, psixotrop maddə Diazepamın t əsiredici təmiz çəkisi 0,15 qram təşkil edən «Диаэепекс diazepam 5mq» adlı dərman vasitəsi, 4 ədəd blisterdə ümumilikdə 40 tabletdən ibarət olan, psixotrop maddə Alprazolamın təsiredici təmiz çəkisi 0,02 qram təşkil edən «Alprazolam 0,5 mg» adlı dərman vasitəsi, 3 ədəd blisterdə ümumilikdə 60 tabletdən ibarət olan, psixotrop maddə Klonazepamın təsiredici təmiz çəkisi 0,12 qram təşkil edən «Clonazepam-Sobhan 2» adlı dərman vasitəsi, 2 bütöv və 1 blister kəsiklərində ümumilikdə 45 tabletdən ibarət olan, psixotrop maddə Diazepamın təsiredici təmiz çəkisi 0,45 qram olan «Diazepam 10» adlı dərman vasitəsi, 25 ədəd blisterdə ümumilikdə 250 tabletdən ibarət olan, psixotrop maddə Fenazepamın təsiredici təmiz çəkisi 0,25 qram təşkil edən «Phenzepin» adlı dərman vasitəsi, 7 bütöv və 3 blister kəsikl ərində ümumilikdə 200 tabletdən ibarət olan, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə Triheksifenidilin təsiredici təmiz çəkisi 0,4 qram təşkil edən «Циклодол гриндекс triheksifenidil 2 mg» adlı dərman vasitəsini 2022-ci ilin sentyabr ayının əvvəllərində istintaqla məlum olmayan tarix və saatda ünvan 4 ünvanında yerləşən “Neyron” adlı aptekdə həmin aptekin müdiri Şahid1 göstərişi ilə istintaqla şəxsiyyəti məlum olmayan satıcıdan əldə edib üzərində daşımaqla işlədiyi ünvan 5 ünvanında yerləşən “Zeytun” adlı aptekə gətirib orada saxlamış, həmin dərman vasitələrindən 1 ədəd blisterdə ümumilikdə 10 tabletdən ibarət olan, psixotrop maddə Alprazolamın təsiredici təmiz çəkisi 0,005 qram təşkil edən «Sedalam 0,5 Alprazolam 0,5 mg» adlı dərman vasitəsini 10 y anvar 2023-cü il tarixdə saat 11:30-da işlədiyi ünvan 6 ünvanında yerləşən “Zeytun” adlı aptekdə Şahid2 qanunsuz olaraq satmış, bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 10 yanvar 2023-cü il tarixdə saat 16:36da qeyd edilən “Zeytun” adlı aptekdə xəzinədar vəzifəsində işləyən Şahid5 razılığı və iştirakı ilə baxış və götürmə aparılan zaman aptekdə 3 ədəd blisterdə ümumilikdə 30 tabletdən ibarət olan, psixotrop maddə Diazepamın təsiredici təmiz çəkisi 0,15 qram təşkil edən «Диаэепекс diazepam 5mq» adlı dərman vasitəsi, 4 ədəd blisterdə ümumilikdə 40 tabletdən ibarət olan, psixotrop maddə Alprazolamın təsiredici təmiz çəkisi 0,02 qram təşkil edən «Alprazolam 0,5 mg» adlı dərman vasitəsi, 3 ədəd blisterdə ümumilikdə 60 tabletdən ibarət olan, psixotrop maddə Klonazepamın təsiredici təmiz çəkisi 0,12 qram təşkil edən «Clonazepam-Sobhan 2» adlı dərman vasitəsi, 2 bütöv və 1 blister kəsiklərində ümumilikdə 45 tabletdən ibarət olan, psixotrop maddə Diazepamın təsiredici təmiz çəkisi 0,45 qram olan «Diazepam 10» adlı dərman vasitəsi, 25 ədəd blisterdə ümumilikdə 250 tabletdən ibarət olan, psixotrop maddə Fenazepamın təsiredici təmiz çəkisi 0,25 qram təşkil edən «Phenzepin» adlı dərman vasitəsi, 7 bütöv və 3 blister kəsiklərində ümumilikdə 200 tabletdən ibarət olan, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə Triheksifenidilin təsiredici təmiz çəkisi 0,4 qram təşkil edən «Циклодол гриндекс triheksifenidil 2 mg» adlı dərman vasitəsi aşkar edilib götürülmüşdür. Sabunçu Rayon Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı Şəkərəliyev Amin Qəhrəman oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Allahverdiyev Elbəy Hidayət oğlu (sədrlik edən və məruzəçi), Hüseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə) 17 yanvar 2024-cü il tarixli qərarı ilə apellyasiya protesti qismən təmin edilmiş, hökm isə apellyasiya protestinə münasibətdə dəyişdirilərək DİN KMBİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş 13 ədəd “Naltrexone-Alhavi”, 2 qutu “Diderol” (100 ədəd həb), 1 qutu “Tofanil” (50 ədəd həb), 1 qutu “Colchicum-Dispert” ( 50 ədəd həb), 2 qutu “Symbicort”, 1 qutu “Darob” (50 ədəd həb), 1 qutu “Prednol” (20 ədəd həb), 2 qutu “Prozac” (48 ədəd həb), 1 qutu “Femara" (20 ədəd həb), 1 qutu “Stilizan” (20 ədəd həb), 1 qutu Estrofem”, 1 qutu “Tofranil” (50 ədəd həb), 5 qutu “Lithuril”, 2 qutu “Topamax” (80 ədəd həb), 7 qutu “Anafranil”(200 ədəd həb), 3 qutu “Tegretol” (60 ədəd həb), 8 qutu “Paxil” (350 ədəd həb), 5 qutu “Risperdal”, 6 qutu “Devit3”, 10 qutu “Atarax”(300 ədəd həb), 27 qutu “Qaloperidol-rixter” (136 ədəd flakon) və 06 qutu “Qaloperidol-dekonoat” (30 ədəd flakon), “Mucinac 300 mg/3 ml” (10 ampula), “Marqaniz” (kalium-permanqanat 9.977 qram ) markalı dərman vasitələrinin məhv edilməsi qət edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 yanvar 2024-cü il tarixli qərarından dövlət ittihamçısı T.Y.Məmmədova kassasiya protesti verərək, həmin qərarın ləğv edilməsini və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin olunmasını xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində cəza təyini və şərti məhkum etmənin tətbiqi ilə bağlı CM-in müvafiq normalarına, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarımn dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa, həmin Qanunla təsdiq edilmiş "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıya, "Əhalinin sağlamlığının qorunması haqqında”, “Dərman vasitələri haqqında” Az ərbaycan Respublikasının Qanunlarına, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 11 yanvar 2018-ci İl tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması” Qaydalarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 57 nömrəli Qərarı İlə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin saxlanılması, alınması, satılması, əldə edilməsi, bölüşdürülməsi, buraxılması, daşınması, göndərilməsi, onlardan istifadə edilməsi, habelə narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsinə dair sənədlərin tərtib edilməsi, saxlanılması və onların dövriyyəsi ilə əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş digər əməliyyatların həyata keçirilməsi” Qaydalarına, “Azərbaycan Res publikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 2 aprel 2012-ci il tarixli və 18 mart 2013-cü il tarixli Qərarlarına, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” və "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarınm qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq olaraq 25 iyun 2003-cü il tarixli və 4 mart 2011-ci il tarixli Qərarlarına, iş üzrə toplanmış bəzi sübutlara, Məhkum təqsirli bilindiyi ittihama və onun barəsind ə qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən dövlət ittihamçısı T.Y.Məmmədova kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələrin Məhkum təyin edilmiş cəzanın şərti hesab edilməsi əsasları kimi hökmdə və apellyasiya instansiyası məhkəməsinin qərarında göstərdikləri xüsusatlar heç də onun barəsində CM-in 70-ci maddəsinin tətbiq olunması üçün əsas verməmişdir. Belə qənaətə gələn məhkəmələr işin konkret hallarını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış və cəzanın şərti hesab edilməsini şərtləndirən arqumentləri qəbul etdikləri yekun məhkəmə aktlarında kifayət qədər əsaslandırmamışlar. Eyni zamanda məhkəmələr CM-in 59-cu maddəsinə istinadən Məhkum əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqda da haqlı olmamış "səmimi peşmançılıq” anlayışına hüquqi müstəvidən qiymət verməmiş, bununla bağlı CM-in 72-ci maddəsinin tələblərinə diqqət yetirməmiş, bu halın nədə ifadə olunması və nəyə görə cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsini həm ittiham hökmünün, həm də apellyasiya instansiyası məhkəməsinin qərarının təsviriəsaslandırıcı hissələrində açıqlanmamışdır. Daha sonra kassasiya protestinin müəllifi qeyd etmişdir ki, Məhkum aptek işçisi kimi əhalinin sağlamlığının qorunmasını təşkil edərək əhaliyə keyfiyyətli əczaçılıq xidməti göstərmək, o cümlədən dərman vasitələrini satmaq əvəzinə özü səhiyyə qanunvericiliyini pozaraq aptekdə açıq-aşkar qanunsuz olaraq xeyli sayda psixotrop maddələrin, eləcə də güclü təsir edən maddələrin satışını həyata keçirmiş, həm əhalinin cinayətə meylli sakinlərini n psixotrop maddəni əldə etməsini asanlaşdırmış, həm də psixotrop maddələrin cəmiyyət üzvləri arasında, o cümlədən gənclər arasında kütləvi şəkildə yayılaraq həyat və sağlamlıqlarına ciddi zərər vurulması, narkomanlığın artması üçün ciddi təhlükə yaratmışdır. Eyni zamanda, onun əməli apteklərin normal fəaliyyətini pozmaqla onları əhali arasında hörmətdən salaraq səhiyyə təşkilatlarının işgüzar nüfuzuna da xələl gətirmşdir. Lakin, məhkəmələr Məhkum barəsində şərti məhkum etmənin təyin edilməsini məqsədə uyğun hesab edərkən bu əhəmiyyətli halları, o cümlədən ona məxsus aptekdən aşkar edilmiş psixotrop maddələrin sayının çoxluğunu, həmçinin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi cinayətinin beynəlxalq cinayət kimi CM-in 12.3-cü maddəsinə daxil edilməsini də nəzərə al mamışlar. Həmçinin, məhkəmələr iş üzrə göstərilən nəticəyə gələrkən Məhkum qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunmasını, həyat yoldaşının uzun sürən ağır xəstəlikdən 2 noyabr 2022-ci il tarixdə vəfat etməsi səbəbindən ağır maddi durumda olması ilə əlaqədar hazırki cinayət əməllərini törətməsini, iki yetkinlik yaşına çatmayan uşaqlarını tək böyütməsini cəzanı yüngülləşdirən hallar qismində nəzərə almaqda da haqlı olmamış, bu halların hansı sübutlarla təsdiq olunmasını hökmdə və yekun qərarda göstərməmiş və əsaslandırmamış, bunun da nəticəsində cinayət qanunvericiliyinin təməl prinsiplərindən olan humanizm və ədalət prinsipi arasında dəqiq sərhədi müəyyən etmədən onu barəsində ədalətsiz cəza tədbirinin seçilməsini əsassız olaraq mümkün bilmişlər. Kassasiya protestinə məhkəmə bax ışının keçirilməsi vaxtı və yeri haqqında proses iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq, Məhkum naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısı H.B.İmranovun bununla bağlı rəyini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 419.4cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə Məhkum iştiraklı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı T.Y.Məmmədova Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 yanvar 2024cü il tarixli qərarından verdiyi həmin protestində Məhkum barəsində cəza təbirinin seçilməsi, yəni ona təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsi zamanı cəzanı yüngülləşdirən halların düzgün nəzərə alınmamasını iddia edərək göstərilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin olunması barədə tələbini CPM-in 416.1.21ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-in 416.1.21-ci maddəsinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarının əsaslığını və qanuniliyini yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də qeyd etməyi lazım bilir ki, CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya protestiniə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunla rı normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya protestinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında q ərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Ko llegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Əvvəla, kassasiya protestinin məzmunundan görünür ki, dövlət ittihamçısı T.Y.Məmmədova həmin protestində CPM-in 416.1.21-ci maddəsi ilə yanaşı, CPM-nin 416.1.15-ci maddəsinə də (həmin maddədə apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarının kassasiya qaydasında ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən hallardan biri kimi əməlin düzgün tövsif edilməməsi nəzərdə tutulmuşdur) istinad etsə də, məhkum olunmuş şəxsin təqsirliliyinə dəlalət edən sübutların natamam araşdırılması, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktları, Məhkum təqsirli bilindiyi ittiham üzrə cinayət əməllərini törətməsinin sübuta yetirilibyetiri lməməsini və eyni zamanda bu əməllərin hüquqi tövsifini mübahisələndirmir və apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum barəsində cəza təyini ilə bağlı qanunsuz və ədalətsiz qərarın qəbul edilməsini iddia edir. Buna görə də, məhkəmə kollegiyası Məhkum təqsirliliyinə dair sübutların, onun əməllərinin hüquqi tövsifi məsələsinin şərh edilməsini zəruri hesab etmir və məhkumun barəsində cəza tədbirinin seçilməsi ilə əlaqədar kassasiya protestinin dəlillərinə cavab olaraq ilk növbədə qeyd edir ki, onun təqsirli bilindiyi CM-in 234.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək, CM-in 240.1-ci maddəsinin sanksiyasında isə üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur ki, həmin cinayətlər də CM-in 15.3-cü maddəsinin tələbinə görə az ağır cinayətlər kateqoriya sına aiddir. Daha sonra məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasıyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinə əməl olunmasından söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə və ailə vəziyyətinə uyğun olması başa düşül ür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraitini və mərhələsini, ağır nəticəyə səbəb olub-olmamasını, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakterini kompleks halda qiymətləndirməlidir. Bundan başqa, Cinayət Məcəlləsinin Xüsusi Hissəsinin hər hansı maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduqda məhkəmələr hər bir halda az ciddi və ya daha ciddi cəzanın təyin edilməsinin səbəblərini hökmdə və ya qəbul etdikləri digər yekun qərarda əsaslandırmalıdırlar. Belə tələblər isə cinayət qanunvericiliyi normalarının tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenum Qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələrdən irəli gəlir. Belə ki, CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 9.2-ci maddəsinin tələbindən görünür ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. CM-in 41.1 və 41.2-ci maddələrinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü il ə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-in 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlü kəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəza təyin edilərkən məhkəmələr tərəfindən nəzərə alınmalı olan cəzanı yüngülləşdirən hallar CM-in 59.1.1-59.1.14-cü maddəsində, cəzanı ağırlaşdıran hallar isə CM-in 61.1.1-61.1.13-cü maddəsində nəzərdə tutulmuşdur. Eyni zamanda o da nəzərə alınmalıdır ki, CM-in 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu CM-in 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər, CM-in 61.2-ci maddəsinin təlblərinə görə isə CM-in 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz.. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. CM-in 70.1-ci maddəsinə əsasən məhkəmə təqsirkar şəxsin həmin normada nəzərdə tutulmuş cəzaları (o cümlədən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilməsini mümkün sayarsa, cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edə bilər. CM-in 70.2-ci maddəsi məhkəmələrdən tələb edir ki, şəxsin barəsində şərti məhkum etməni tətbiq edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları n əzərə alsın. Qanunun bu normasının tələbindən və mənasından belə nəticə hasil olur ki, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş təqsirkar barəsində şərti məhkum etmə o vaxt tətbiq oluna bilər ki, cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün saymış olsun. Burada əsas meyarlar kimi isə törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin və eyni zamanda cəzanın məqsədlərinə nail olunmasının nəzərə alınması tələb olunur. CPM-in 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağ ırlaşdıran hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. Sübutların araşdırılması və qiymətləndirilməsi haqqında prosessual normalar (CPMin 144 və 145.1-ci maddələri) cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmələrdən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı və həmin sübutların bir-biri ilə müqayisə edilərək həm ayrı-ayrılıqda, həm də məcmu şəklində mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinin mənasına görə, hökmün və ya məhkəmənin digər yekun qərarının məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə isə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür və bu norma CPM-nin 125, 143-146-cı maddələrində nəzərdə tutulmuş normalarla birlikdə tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın, həmin tələblərə isə həmçinin təqsirkar barəsində cinayət-hüquqi xarakterli tədbirin seçilməsi zamanı da riayət olunsun. Eyni zamanda məhkəmə kollegiyası vurğulayır ki, təsvir olunan tə ləblər apellyasiya müraciətlərinə baxılması nəticəsində apellyasiya instansiyası məhkəməsinin də çıxardığı hökmə və ya qəbul etdiyi qərara da aiddir, çünki apellyasiya icraatı zamanı da həmin məhkəmə istər apellyasiya protestinin və ya apellyasiya protestinin qeyd edilən məsələ ilə bağlı dəlillərə və irəli sürülmüş tələbə uyğun olaraq, istərsə də bunlardan asılı olmayaraq təqsirləndirilən şəxs haqqında bu və ya digər cəza tədbirinin seçilməsinə və ya cinayət hüquqi xarakterli tədbirin tətbiq edilməsinə münasibət bildirmək hüququna malikdir. Bu münasibətlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə isə hər bir halda işin hallarına, araşdırılmış sübutlara, normativ və qeyri-normativ hüquqi aktların tələblərinə uyğun olmalı və qəbul edilmiş məhkəmə aktlarında onlara mütləq istinad edilməklə məhkəmənin gəldiyi nəticə qanuna müvafiq qaydada əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsinin, CM-in 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli Qərarları) “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli Qərarınd a ifadə etdiyi hüquqi mövqeyə görə, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-in vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törə dilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında vurğulanır ki, CM-in 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. Kassasiya protestində də istinad olunan “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəza nı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2010-cu il tarixli Qərarında vurğulanmışdır ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törəd ilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Cinayət Məcəlləsinin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin, qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüqu qi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir (Cinayət Məcəlləsinin 70.5-ci maddəsi). Şərti məhkum etmə cəza növü olmasa da cəzanın bir çox xüsusiyyətlərini özündə ehtiva edir. “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 22 sentyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, “şərti məhkum etmə xüsusi cinayət hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir”. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 dekabr 2021-ci il tarixli Qərarında vurğulanmışdır ki, cinayət qanunvericiliyində məhkumun təyin edilmiş cəzanı çəkmədən, xüsusi qaydada islah olunması vasitələrindən biri kimi şərti məhkum etmə institutu nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoyur. Şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şə xs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Cəza təyini sahəsində vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 25 iyun 2003-cü il tarixdə qəbul edilmiş “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət tör ətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməs inin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarının 25-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması ilə bağlı aşağıdakı məsələlər araşdırılmalıdır: 1.məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü; 2.törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi; 3.məhkumun şəxsiyyəti; 4.cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar. Göründüyü kimi, həm qanunverici, həm də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin Plenumları şəxs barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün əsas meyar kimi onu m üəyyən etmişlər ki, məhkum olunmuş şəxsin ona təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq hesab edilməsin və həmin şəxsin təyin edilmiş cəzanı çəkmədən islah olunması mümkün olsun. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrə cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd o lunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-in 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Bununla yanaşı o, da qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İ hissəsinə əsasən, hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ həmçinin “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsində və CPM-in 14.1-ci maddəsində də nəzərdə tutulmuş və qanunvericiliyin tələblərinə, formalaşmış vahid məhkəmə təcrübəsinə əsasən, məhkəmələr bu hüququn təmin edilib-edilməməsi məsələsini nəinki təqsirləndirilən şəxsin haqqında həbs qətimkan tədbirinin seçilməsi, həm də onun barəsində ittiham hökmü çıxararkən müzakirə etməli və bütün halları nəz ərə almaqla qanuni və ədalətli nəticəyə gəlməlidirlər. Çünki, CPM-in 12.1-ci maddəsi də tələb edir ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Bu zaman məhkəmələrin cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin tələblərinə də əməl etmələri xüsusi əhəmiyyət kəsb edir. Əvvəla məhkəmə kollegiyası iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarının qanuniliyini və əsaslığını yoxlayarkən müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı birinci instansiyası məhkəməsi iş üzrə çıxardığı 24 noyabr 2023-cü il tarixli hökmdə Məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsini müzakirə edib ona təyin olunmuş cəzanın şə rti olaraq tətbiq edilməsini məqsədə uyğun hesab edərkən sonuncunun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cinayət təqibinin bütün mərhələlərində səmimilik göstərərək və eyni məzmunda ifadələr verərək törətdiyi əməllərini etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunmasını, həyat yoldaşının uzun sürən ağır xəstəlikdən vəfat etməsi səbəbindən ağır maddi durumda olması ilə əlaqədar təqsirli bilindiyi cinayətləri törətməsini, himayəsində olan iki yetkinlik yaşına çatmayan uşaqlarını təkbaşına böyütməsini, yaşayış yeri üzrə müsbət cəhətdən xasiyyətləndirilməsini (bu halların hamısı, CPM-in 139.0.5-ci maddəsinin tələb etdiyi kimi, işə əlavə ol unmuş sübut əhəmiyyətli sənədlərlə təsdiq olunur), həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə almışdır. Məhkəmə kollegiyası bütün qeyd olunan halların CM-in 59.2-ci maddəsinin tələbinə əsasən və həm Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə, və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrinə uyğun olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmasında hər hansı qanun pozuntusu görmür və eyni zamanda hesab edir ki, belə halların fövqündə, habelə iş üzrə CM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların müəyyən edilməməsinə, habelə işin müəyyən edilmiş faktiki hallarına görə məhkəmələrin Məhkum barəsində şərti məhkum etmənin tətbiqi ilə bağlı cəza tədbirinin seçil məsinin mümkünlüyü barədə gəldikləri nəticə həm qanuni, həm də ədalətlidir. Kassasiya protestində mübahisələndirilsə də, məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri bilir ki, iş üzrə müəyyən edilmiş faktiki hallar görə, Məhkum onun təqsirli bilindiyi psixotrop maddə və güclü təsir edən maddə tərkibli dərman preparatlarını qanunsuz əldə edərək satış məqsədilə müdiri olduğu aptekdə saxlasa də, heç də bu əməlləri narkomaniyanın yayılması niyyəti ilə törətməmiş (belə halı təsdiq edən hər hansı sübut əldə olunmamışdır), əksinə, bu əməlləri əczaçılıq fəaliyyəti ilə məşğul olmaqla həmin dərmanları yalnız əzab çəkdikləri xəstəliklərə görə belə dərmanlara ehtiyacları olan şəxslərin tələbatlarını, eyni zamanda özünün də maddi tələbatını ödəmək niyyəti ilə törətmişdir. İş materiallarından göründüyü kimi bu hal ona baş ağrılarından və yuxusuzluqdan əzab çəkən Şahid2 ona etdiyi müraciəti əsasında məhz həmin ağrıların kəsilməsi və yuxusuzluğun aradan qaldırılması üçün ona digər dərmanlarla yanaşı, həm də psixotrop maddə tərkibli “Sedalam 0.5 Alprazolam 0.5” satması faktı ilə təsdiq olunur. O, ki qaldı Məhkum işlədiyi aptekdə həm də dövlət qeydiyyatına alınmamış dərman vasitələrinin aşkar edilərək götürülməsinə, onun öz fəaliyyəti nəticəsində həm də səhiyyə orqanlarının və əczaçılıq sahəsində fəaliyyət göstərən müəssisələrin mənafeyinə ziyan vurmasına və onun barəsində cəza tədbirinin seçilməsi zamanı bu halların məhkəmələr tərəfindən nəzərə alınmaması barədə kassasiya protestinin dəlillərinə, məhkəmə kollegiyası bu dəlillərə cavab olaraq qeyd edir ki, əvvəla Məhkum qarşı dövlət qeydiyy atından keçməyən dərman vasitələrinin satışına və satış məqsədilə saxlamasına, habelə onun öz əməlləri nəticəsində hər hansı fiziki və ya hüquqi şəxslərin mənafeyinə mühüm və ya ağır ziyan vurmasına, yəni müvafiq olaraq CM-in 200-1.1 və 308-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməsinə görə ittiham irəli sürülməmiş, digər tərəfdən isə bu hallar CM-in 61.1-ci maddəsində cəzanı ağırlaşdıran hallar kimi nəzərdə tutulmamışdır. Buna görə, məhkəmələr əvvəla Məhkum əməlləri nəticəsində kiməsə ziyan vurulmasını müəyyən etməyərək, CM-in 61.2-ci maddəsinin tələblərindən çıxış edərək (həmin maddədə cəza təyin edilərkən bu CM-in 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş halların cəzanı ağırlaşdıran hal qismində nəzərə alına biinməməsi təsbit edilmişdir), təhlil edilən halların nəzərə alı nmasından haqlı olaraq imtina etmiş, apellyasiya instansiyası məhkəməsi də tam qanuni və əsaslı olaraq belə hallara görə Məhkum barəsində tətbiq edilmiş şərti məhkum etmənin ləğv edilməsini mümkün bilməmişdir. Məhkəmə kollegiyası da həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrinin Məhkum barəsində cəza tədbirinin seçilməsinə, yəni onun barəsində şərti məhkum etmənin tətbiq edilməsinə dair mövqeləri ilə razılaşaraq özü də hesab edir ki, işin faktiki hallarına və iş üzrə müəyyən olunmuş və məhkəmələrin CM-in 59.2-ci maddəsinin tələbinə uyğun olaraq nəzərə aldıqları cəzanı yüngülləşdirən hallara əsasən məhkum olunmuş şəxsin cəmiyyətdən təcrid olunmadan da islah olunması və onun barəsində şərti məhkum etmə növündə cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsi yolu ilə cəzanın m əqsədlərinə də nail olmaq mümkündür. Dövlət ittihamçısı isə bunun əksinə olan nəticəni, yəni Məhkum mütləq şəkildə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını real çəkməli olmasının məqsədə uyğunluğunu həm kifayət qədər əsaslandıra, həm də kassasiya instansiyası məhkəməsini buna inandıra bilməmişdir. Məhkum barəsində şərti məhkum etmənin tətbiq edilməsi zamanı onun səmimi peşmanlığının da əsassız olaraq məhkəmələr tərəfindən nəzərə alınmasına dair kassasiya protestinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası əvvəllər də bir sıra işlər üzrə qəbul etdiyi qərarlarında olduğu kimi, növbəti dəfə vurğulayır ki, səmimi peşmanlıqla bağlı cinayət məsuliyyətindən azad etməyə dair tələblər nəzərdə tutulmuş və kassasiya protestində də istinad olunan CM-in 72.1-ci maddəsinə əsasən, böyük i ctimai təhlükə törətməyən cinayət törətmiş şəxs könüllü gəlib təqsirini boynuna aldıqda, cinayətin üstünün açılmasına fəal kömək etdikdə, cinayət nəticəsində dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri başqa yolla aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Göründüyü kimi, həmin maddədə qanunverici cinayət törətmiş şəxsin səmimi peşmanlıqla bağlı cinayət məsuliyyətindən azad edilməsi üçün mütləq şəkildə məcmu şəklində aşağıdakı şərtlərin olması barədə tələb irəli sürür: a) şəxs yalnız böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsinə görə təqsirləndirilməli; b) həmin şəxs könüllü gəlib təqsirini boynuna almalı; c) belə şəxs cinayətin üstünün açılmasına fəal kömək etməli, cinayət nəticəsində dəymiş ziyanı ödəməli və ya vurulmuş zərəri başqa yolla aradan qaldırmalıdı r. Səmimi peşmanlığın dispozitiv əlamətləri kimi cinayət qanunvericiliyində cinayət törətmiş şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin üstünün açılmasına fəal kömək etməsi, cinayət nəticəsində dəymiş ziyanı ödəməsi və ya vurulmuş zərəri başqa yolla aradan qaldırması kimi hallar nəzərdə tutulmuşdur ki, belə hallar müəyyən edildikdə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs həmin hallara əsasən cinayət məsuliyyətindən azad edilə bilər. Şəxsin digər kateqoriyalara aid (az ağır, ağır və ya xüsusilə ağır) cinayətlər törətməsi halında isə hətta səmimi peşmanlıqla bağlı yuxarıda göstərilən hallar müəyyən edildikdə belə onun CM-in 72.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsi mümkün deyil. Belə olduqda isə məhkəmələr cəza təyini zamanı səmimi peşmanlığı n müəyyən edilməsinə dəlalət edən halları həm ayrı-ayrılıqda, həm də cəm şəklində səmimi peşmanlıq kimi cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib nəzərə ala bilərlər. Yuxarıda qeyd edildiyi kimi, hazırki işin hallarına görə, əvvəla Məhkum törətdiyi və CM-in 234.2 və 240.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlər az ağır cinayətlər hesab olunur və buna görə həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəmələri iş üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında onun CM-in 72.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsini heç müzakirə belə etməmişlər, baxmayaraq ki, onun cinayət törətdikdən sonra etdiyi hərəkətlər, cinayət təqibinin bütün mərhələlərində davranışı və verdiyi səmimi ifadələri, məhkum olunmuş şəxsin təqsirini boynuna almasına, onun ittiham ol unduğu cinayətləri törətməsini etiraf etməsinə dəlalət edir və səmimi peşmanlıqla bağlı bu hallar araşdırılmış sübutlarla təsdiq olunur. Təsvir edilənlərdən belə nəticə hasil olur ki, Məhkum səmimi peşmanlığı ilə bağlı bütün hallar araşdırılmış sübutlarla öz təsdiqini tapdığından məhkəmələr də bu halı cəzanı yüngülləşdirən hal kimi nəzərə alarkən heç bir qanun pozuntusuna, o cümlədən CM-in 72.1-ci maddəsinin tələblərinin pozulmasına yol verməmişlər. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cəza təyini zamanı cinayət törətmiş şəxsin səmimi peşmanlığı məsələsinə təkcə cinayət hüquqi normalarının tələbləri baxımından deyil, həm də fəlsəfi nöqteyi nəzərdən diqqət yetirilməli və bu hal da təqsirkarın şəxsiyyətini səciyələndirən, digər tərəfdən isə cəzanı yüngülləşdirən hal kimi cəza təyini zama nı nəzərə alına bilər. Belə ki, fəlsəfi mənada peşmançılıq şəxsin etdiyi və ya etmədiyi hərəkətlərə görə keçirdiyi dərin təəssüf hissidir. Bu hissi keçirən şəxslərin digərlərindən fərqi ondan ibarətdir, onlar etdikləri hərəkətə, onun nəticələrinə biganə yanaşmır və etdikləri, yaxud da etmədikləri hərəkətə görə mənəvi əziyyət çəkirlər, bunu isə istər ifadələrində, istərsə də digər hərəkətlərində ifadə edə bilərlər. Məhkəmə kollegiyası hesab edir ki, belə səmimi peşmanlıq həmçinin hər hansı cinayətin törədilməsinə görə təqsirli bilinmiş şəxsin cinayət törətməyə meylli şəxs olmamasının və tez bir zamanda islah oluna bilməsinin göstəricisidir. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd edir ki, Ali Məhkəmənin Cinayət Kollegiyası tərəfindən baxılmış bir çox işlərin təhlili göstərir ki, həmi n işlər üzrə məhkəmələr təqsirləndirilən şəxslərin barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən buna əsas olduqda və həmin şəxslərin səmimi peşmançılıq çəkmələri müvafiq sübutlar vasitəsilə təsdiq edildikdə məhkəmələr işlər üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında CM-in 59.2-ci maddəsinin tələbinə əsaslanaraq həmin halı cəzanı yüngülləşdirən hal kimi qiymətləndirib onu nəzərə almış və belə nəticə ilə dövlət ittihamçıları da razılaşaraq bununla bağlı hökmlərdən apellyasiya protestləri, apellyasiya instansiyası məhkəmələrinin qərarlarından isə kassasiya protestləri verməmişlər. Məhkəmə kollegiyasının qənaətinə görə, məhkəmə iclasında dövlət ittihamını müdafiə edən prokurorların eyni məsələ üzrə müxtəlif mövqedən çıxış etmələri heç də cinayət mühakimə icraatının həyata keç irilməsi zamanı vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına xidmət etmir. Bütün təsvir edilənlərdən çıxış edərək məhkəmə kollegiyası dövlət ittihamçısı T.Y.Məmmədovanın kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq onları qəbul edilməz sayır və qeyd edir ki, hazırki qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilənlər apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi üçün isə əsasların olmadığını göstərir. Buna görə də məhkəmə kollegiyası cinayət işinin materiallarını kassasiya protestinin dəlilləri ilə birgə müqayisəli şəkildə bir daha təhlil edib həmin protestin təmin ed ilməsi barədə dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək hesab edir ki, kassasiya protesti təmin edilməməli, Məhkum CM-in 234.2 və 240.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 yanvar 2024-cü il tarixli qərarı isə kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 yanvar 2024-cü il tarixli qə
Məhkəmə qərarları › İş №1(102)-1564/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1564/2024
23.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver