Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1564/2025 01.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Zərərçəkmiş şəxsin hüquqi varisinin, Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin, Müdafiəçilər - “De fendo” Vəkil Bürosunun vəkilinin, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkilinin iştirakları ilə, Sumqayıt Ağır Cinayətlər Mə hkəməsinin 31 iyul 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 noyabr 2024-cü il tarixli qərarından Zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayətinə, Məhkum və müdafiəçisi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə və məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 31 iyul 2024-cü il tarixli 1(124)-190/2024 nömrəli (hakimlər: Hüseynli Nurəddin Nizami oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Elçin Qüdrət oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə 2 mart 2003-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, ünvan 1 ünvanda daimi qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, ona Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə 16 (on altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 13 dekabr 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. Hökmdən Zərərçəkmiş şəxsin hüquqi varisi və məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Sumqayıt Apel lyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 noyabr 2024-cü il tarixli 1(105)-648/2024 nömrəli (hakimlər: Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), Rzayev Məhəmmədəli Əsəd oğlu və Rəhimov Elman Gülbaba oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 31 iyul 2024-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 noyabr 2024-cü il tarixli qərarından Zərərçəkmiş şəxsin hüquqi varisi, Məhkum və müdafiəçisi tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri və məhkum tərəfindən kassasiya şikayətinə əlavəyə verilmişdir. İŞİN HALLARİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 31 iyul 2024-cü il tarixli hökmü ilə Məhk um təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, tanışı Zərərçəkmiş şəxs onun anası X2 istifadəsində olan mobil telefona zənglər edərək mütəmadi narahat edib izləməsini bilib, daha sonra onun yanında anasına qəsdən söz atıb sataşaraq əxlaqsız təkliflə müraciət etdiyini görüb Zərərçəkmiş şəxs bu hərəkətlərdən çəkindirməyə çalışmaqla xəbərdarlıq etdikdə, sonuncu onu uşaq bilib döyərək əməllərini davam etdirdiyi üçün anasına və özünə qarşı etdiyi bu hərəkətlərinə görə qisas alıb onu qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə 12 dekabr 2022-ci il saat 24 radələrində Zərərçəkmiş şəxs ilə xxx binaların arasında yerləşən qarajların qarşısında görüşərək münasibətlərini aydınlaşdırmağa başlayıb bu zəmində aralarında baş vermiş mübahisə zamanı o, üzərində gətirdiyi istintaqla müəyyən edilm əsi mümkün olmayan bıçaqla müstəsna dərəcədə rəhimsizlik və qəddarlıq nümayiş etdirməklə zərərçəkmiş şəxsə çoxlu miqdarda bədən xəsarətləri yetirməklə əzab verilməsi ilə müşayiət olunan sonuncuya döş qəfəsinin ön səthinin sol yarısının körpücük xətti üzrə yerləşmiş bir ədəd, sol qoltuqaltı nahiyənin bir ədəd, döş qəfəsinin sol yan səthinin ön qoltuq xətti üzrə V-Vİ qabırğaarası sahədə yerləşmiş iki ədəd, sol qoltuqaltı nahiyədə orta qoluq xətti üzrə yerləşmiş bir ədəd, qarın nahiyəsinin sol yan səthinin iki ədəd, qarnın ön divarının sağ yarısının bir ədəd, sağ çiyinüstü nahiyənin bir ədəd, sağ qoltuq çuxurunun arxa divarının bir ədəd, sağ kürəküstü nahiyənin bir ədəd, bel nahiyənin sağ yarısının üç ədəd deşilmiş-kəsilmiş, sol əlin ovuc səthinin bir ədəd kəsilmiş yaraları ilə müşayiət oluna n sağlamlığa yüngül zərərvurmaya aid olan 15 (on beş) ədəd, döş qəfəsinin ön səthinin sol yarısının körpücük xətti üzrə yerləmiş döş boşluğuna nüfuz edərək sol ağciyərin yuxarı payını zədələyən bir ədəd, qarnın ön divarının qarın boşluğuna nüfuz edib qaraciyəri, köndələn çənbər bağırsağı, böyük piyliyi zədələyən üç ədəd kəsilmiş-deşilmiş yarası ilə nəticələnən yetirildiyi anda həyat üçün təhlükəli olub sağlamlığa ağır zərərvurmaya aid daxili qanitirmədən ölümünə səbəb olan dörd ədəd ümumilikdə 19 (on doqquz) xəsarət yetirmiş, Zərərçəkmiş şəxs onun əlindən çıxıb uzaqlaşaraq şəhərin x saylı binanın qarşısına getdikdə o, sonuncunu təqib edərək sifət və baş nahiyələrinə yumruq-təpik zərbələri vuraraq fiziki ağrılar yetirmiş, hadisə yerinə gələn təcili yardım briqadasının köməyi ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilsə də, 13 dekabr 2022-ci il tarixdə saat 02:20-də aldığı ağır xəsarətlərin fonunda daxili qanitirmə nəticəsində baş vermiş hemorragik şokdan xəstəxanada ölümünə səbəb olaraq, Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan mərhum etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Zərərçəkmiş şəxsin hüquqi varisi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə məsuliyyəti ağırlaşdıran halları nəzərə almadan cəza təyin etmişdir. Cəza cinayətin ağırlığına və təqsirkarın şəxsiyyətinə uyğun olmamışdır. Belə ki, apellyasiya instansiya məhkəməsi öz qərarında istinad etdiyi Məhkum cəzasını yüngülləşdirən halı (könüllü gəlib təqsirini boynuna almasını) yalnız sadalamaqla k ifayətlənmiş, həmin halın cəzanı yüngülləşdirən hal kimi qəbul etməsinin motivlərini öz qərarında göstərməmiş və yüngülləşdirici halın Azərbaycan Respublikası CPM-in tələblərinə əsasən sübut edilməli hallar siyahısına daxil edilməsinə diqqət yetirməmişdir. Halbuki, belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi məhkəmənin yekun qərarında öz əsasını və təsdiqini tapmalıdır. Apellyasiya instansiya məhkəməsi istinad etdiyi halın cəzanı yüngülləşdirən hal kimi qəbul etməsinin motivlərini öz qərarında əsaslandıra bilməmişdir. Məhkəmə tərəfindən təyin edilmiş cəza cinayətin ağırlığına və təqsirkarın şəxsiyyətinə uyğun olmamışdır. Məhkum məhkəmələr tərəfindən cəza təyin olunarkən CM-in cəza təyini ilə bağlı maddi və prosessual hüquq normalarının tələblərinə formal yanaşılaraq həmin normalara riayət edilməmişdir. Apellyasiya instansiya məhkəməsi Məhkum cəza təyini zamanı cinayətin ictimai təhlükəli xarakterini, təqsirin formasını və əməlin ictimai təhlükəlilik dərəcəsini, törədilmə hallarını nəzərə almadan CM-in tələblərinə formal yanaşaraq ona törətdiyi əmələ görə açıq-aşkar yüngül cəza təyin etməklə cinayət qanunun normasını düzgün tətbiq etməmişdir. Məhkəmə cəza təyini ilə bağlı maddi (cinayət) hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törədilmiş cinayətlərin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni CM-in 15.5-ci maddəsinə əsasən, həmin cinayətin xüsusilə ağır cinayətlər sırasına aid edilməsini, cinayətkar niyyətin başa çatdırılma dərəcəsini (cinayətin başa çatmış olmasını) düzgün nəzərə almamışdır. Formalaşmış məhkəmə təcrübəsi üzrə xüsusi amansızlıqla qəsdən adam öldürmə cinayəti törətmiş şəxslərə qanuni və əsaslı, yəni haqlı və ədalətli olaraq daha ağır və sərt cəzalar təyin edildiyi halda (ən azı 17 il azadlıqdan məhrum etmə cəzası təyin edildiyi halda) bəhs edilən cinayət işi üzrə məhkuma heç bir əsas olmadan yüngül cəzanın təyin edilməsi məhkəmə tərəfindən bərabərlik hüququnun pozulması, ədalətsizliyin haqsızlığın, qanunsuzluğun təcəssümü olacaqdır. Odur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 6 noyabr 2024-cü il tarixli qərarının cəza hissəsində dəyişdirilməsi və Məhkum 19 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi və onun cəzasının ilk 5 ilini həbsxanada çəkməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkumu n müdafiəçisi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum CM-in 120.2.4-cü maddəsi ilə elan olunmuş ittiham tam şəkildə qanunsuz və əsassızdır. Belə ki, Məhkum cinayət əməlini ona görə törətmişdir ki, o, anasına qarşı olan əxlaqsız hərəkətlərə dözməyib, anasını mütəmadi olaraq incidən zərərçəkmişdən sadəcə olaraq qisas almaq istəmişdir. Onun məqsədi və niyyəti zərərçəkmişi xüsusi amansızlıqla öldürməyə yönəlməmişdir. Ümumiyyətlə onun əməli zərərçəkmişi öldürməyə yönəlməmişdir. Sadəcə olaraq anasına qarşı olan haqsızlığa görə Zərərçəkmiş şəxs cəzalandırmaq istəmişdir. Odur ki, qeyd olunanlara əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin 6 noyabr 2024-cü il tarixli qərarının dəyişdirilərək, Məhkum əməlinin CM-in 120.2.4-cü maddəsindən CM-in 124-cü maddəsinə, bu mümkün olmadığı halda isə CM-in 120.1-ci maddəsinə tövsif edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkum kassasiya şikayətini və ona əlavəni onunla əsaslandırmışdır ki, hərəkətlərində xüsusi amansızlığı təsdiq edən heç bir qəsd və niyyət olmamışdır. Belə ki, baş vermiş hadisə zərərçəkmiş şəxsin hüquqi varisi mərhum Zərərçəkmiş şəxs qeyrihüquqi hərəkətləri nəticəsində baş vermişdir. Zərərçəkmiş şəxsi öldürmək istəməmiş, əməlindən peşman olmuşdur. İlk məhkumluğunun olmasını, cinayətdən dərhal sonra könüllü olaraq polis orqanlarına təslim olmasını, cinayətin açılmasında fəal köməklik göstərməsini məhkəmələr nəzərə almamışdır. Odur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 6 noyabr 2024-cü il tarixli qərarının ləğv edilərək, qeyd olunan halların yenidən araşdırılması üçün işin apellyasiya məhkəməsinə yeni m əhkəmə baxışına təyin edilməsi və ya əməlinin CM-in 120.2.4-cü maddəsindən CM-in 120.1-ci maddəsinə tövsif edilməsi və həmin maddəyə uyğun yüngül cəzanın təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Müdafiəçi çıxış edərək, məhkuma CM-in 120.2.4-cü maddəsi ilə ittiham elan edildiyini, onun bu maddə ilə cəza aldığını, lakin məhkumun əməlinin CM-in 120.1-ci maddəsinə tövsif olunmalı olduğunu bildirib, hüquqi varis tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini, digər kassasiya şikayətləri və kassasiya şikayətinə əlavənin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Müdafiəçi çıxış edərək, hüquqi varis tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini, digər kassasiya şikayətləri və kassasiya şikayətin ə əlavənin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Zərərçəkmiş şəxsin hüquqi varisi çıxış edərək, məhkuma verilən cəzanın az olduğunu bildirib, özü tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsini, digər kassasiya şikayətləri və kassasiya şikayətinə əlavənin təmin edilməməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində nümayəndə çıxış edərək, hüquqi varis tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsini, digər kassasiya şikayətləri və kassasiya şikayətinə əlavənin təmin edilməməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətlərinin və kassasiya şikayətinə əlavənin təmin edilməməsini və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 noyabr 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416 -cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin və kassasiya şikayətinə əlavənin (bundan sonra ancaq, “kassasiya şikayətləri”) dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiə tərəfindən verilmiş kassasiya şikayətlərində məhkum barəsində məhkəmələr tərəfindən qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi, onun əməlinin düzgün tövsif edilmədiyi, nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu, o cümlədən barəsində olan yüngülləşdirici halların c əza təyini zamanı nəzərə alınmadığı iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 416.1.15 (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) və 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi tərəfdən verilmiş kassasiya şikayətində məhkəmələr tərəfindən məhkumun barəsində təyin edilmiş cəzanın yüngül olduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsasl ar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 noyabr 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həm in Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şər ti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyə n edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhk əməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd oluna n cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad ed ilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 noyabr 2024-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cinayət işinin materiallarını, iş üzrə toplanılmış sübutları, o cümlədən iş üzrə dindirilmiş şəxslərin ifadələrini kassasiya şikayətlərinin dəlilləri ilə müqayisəli təhlil edən kassasiya məhkəmə kollegiyası, Məhkum Zərərçəkmiş şəxs onun anası X2 istifadəsində olan mobil telefona zənglər edər ək mütəmadi narahat edib izləməsini bilib, daha sonra onun yanında anasına qəsdən söz atıb sataşaraq əxlaqsız təkliflə müraciət etdiyini görüb Zərərçəkmiş şəxs bu hərəkətlərdən çəkindirməyə çalışmaqla xəbərdarlıq etdikdə, sonuncu onu uşaq bilib döyərək əməllərini davam etdirdiyi üçün anasına və özünə qarşı etdiyi bu hərəkətlərinə görə qisas alıb onu qəsdən öldürmək qərarına gəlməsi, bu məqsədi ilə üzərində gətirdiyi bıçaqla bədəninin müxtəlif nahiyələrinə müstəsna dərəcədə rəhimsizlik və qəddarlıq nümayiş etdirməklə, yəni Zərərçəkmiş şəxs əzab verməsini dərk edərək çox saylı zərbələr vuraraq xəsarətlər yetirməsi, Zərərçəkmiş şəxs onun əlindən çıxıb uzaqlaşaraq şəhərin x saylı binanın qarşısına getdikdə o, sonuncunu təqib edərək sifət və baş nahiyələrinə yumruq-təpik zərbələri vuraraq fizik i ağrılar yetirərək, bununla da Məhkum xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etməsi barədə ibtidai istintaq orqanın və aşağı instansiya məhkəmələrinin gəlmiş olduğu nəticə ilə razılaşır. İş materiallarından görünür ki, məhkəmələr belə qənaətə gələrkən işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkən Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Azərbaycan Respublikası CPM-in 143.1-ci maddəsində əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə koll egiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2002-ci il 12 dekabr tarixli 3 nömrəli qərarına əsasən təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-in 120.2.4cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi ilə zərərçəkmişin xüsusi amansızlıqla həyatdan məhrum edilməsi əhatə olunmuşdur. Yəni sözügedən tövsifedici əlamətin təqsirkarın əməlinə şamil edilməsi üçün buna münasibətdə onun birbaşa və ya dolayı qəsdi müəyyən edilməlidir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-sus uz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Qeyd olunan normaların tələblərinə əsasən, kasasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum, Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürməsi hər iki məhkəmə instansiyasın da tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. İşin hallarından da müəyyən olunduğu kimi Məhkum zərərçəkmiş şəxsə hadisə vaxtı 19 bıçaq zərbəsi yetirmiş, o cümlədən hadisənin baş vermə anına dair cinayət işinin materiallarında olan video görüntülərdən müəyyən olunur ki, o, mərhum zərərçəkmiş şəxsə 19 bıçaq zərbəsi yetirdikdən sonra da, onun müqavimət göstərmək imkanından məhrum olduğunu gördüyü halda sifət və baş nahiyələrinə çox saylı yumruq-təpik zərbələri vuraraq fiziki ağrılar yetirmişdir. Məhkəmələr işin faktiki hallarını müəyyən edərkən törədilmiş əməli cinayət qanunun müvafiq maddəsi ilə və qeyd olunan Plenum qərarının izahları baxımından tamamilə düzgün olaraq təhlil etmiş və Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi i lə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edildiyi barədə qənaətə gəlmişdir. Müdafiə tərəfinin kassasiya şikayətlərinin dəlillərindən müəyyən olunduğu kimi, Məhkum verilmiş ittiham ilə razılaşmayaraq zərərçəkmiş şəxsi həyatdan məhrum etmək niyyətinin olmadığı bu baxımdan onun əməlinin CM-in 120.2.4-cü maddəsindən CM-in 124-cü maddəsinə, bu mümkün olmadığı halda isə CM-in 120.1-ci maddəsinə tövsif edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətində Məhkum əməlinin CM-in 124-ci maddəsinə tövsif edilməli olması barədə dəlilinə münasibətdə qeyd edir ki, sözügedən maddədə əks olunan “ehtiyatsızlıqdan adam öldürmə ”ni qəsdən adam öldürmədən fərqləndirmək lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın qəsdi zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, CM-in 124-cü maddəsində nəzərdə tutulan əməl subyektiv cəhətdən ehtiyatsızlığın cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq növü ilə xarakterizə olunur. Cinayətkarcasına özünəgüvənmə ilə adam öldürmə hallarında şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) başqasının ölümü ilə nəticələnəcəyi imkanını qabaqcadan görür, lakin kifayət qədər əsas olmadan zərərçəkmiş şəxsin ölümünün qarşısını alacağını güman edir. Cinayətkarcasına etinasızlıqla adam öldürmə hallarında şəxs öz əməlinin başqasının ölümünə səbəb olacağı imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə bilməli olduğu halda, bun u görmür. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Cinayət işinin hallarından, o cümlədən Məhkum iş üzrə vermiş olduğu ifadələrindən isə belə bir vəziyyətin yaranması ümumiyyətlə müəyyən olunmamışdır. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməlini törətməsi kassasiya şikayətlərində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessua l Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. İşin məhz məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, kassasiya şikayətlərində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə din ləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun ola raq əsaslandırılmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayətində təyin olunmuş cəzanın yüngül olduğu və şəxsin törətmiş olduğu əməlin ədalətli nəticəsi olmadığı iddia edilir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində də həmçinin, onun barəsində olan bəzi yüngülləşdirici halların cəza təyini zamanı nəzərə alınmadığına dair dəlillər irəli sürülmüşdür. Məhkəmə kollegiyası bu barədə kassasiya şikayətlərinin dəlillərinə qiymət verərək aşağıda göstərilənlərin kassasiya instansiya məhkəməsində icraat zamanı hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin etmək məqsədilə gələcəkdə oxşar işlər üzrə də nəzərə alınmasını məqsədəmüvafiq hesab edir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni verməd ikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Ümumiyyətlə cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzər də tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə; 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edi lən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyəti olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətlərinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, zərərçəkmiş şəxsin hüquqi varisinin məhkuma cəzanın məsuliyyəti ağırlaşdıran, məhkumun isə yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün üçün qeyri-qanuni və ədalətsiz olması haqqında iddialarının əsassız olduğu müəyyən edilir. İşdən görünür ki, məhkum edilmiş şəxs Məhkum Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, CM-in 58.1-ci maddəsinə əsasən “.... Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalard an daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir”. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən Qərarında qeyd edilmişdir ki, “cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.”. Göstərilən normaların tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin olunmuş cəza ilə nə üçün islah olunmayacağını və cəzanın məqsədinə daha ağır cəzanın təyin edilməsi nəticəsində nail olunacağını zərərçəkmiş şəxsin hüquqi varisi kassasiya şikayətində əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi kassasiya şikayəti ndə Cinayət Məcəlləsinin 61.1.1-61.1.13-cü maddələrində göstərilmiş ağırlaşdırıcı hallara istinad etməmiş, Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini təhrif etmiş və yalnız öz formal mülahizələrinə əsaslanmaqla məhkuma daha ağır cəza təyin edilməsi ilə əlaqədar apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsini xahiş etmişdir. Halbuki CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdiyi təqdirdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun tö rətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş kifayət qədər ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikay ətlərinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, verilmiş kassasiya şikayətləri və kassasiya şikayətinə əlavə isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum və müdafiəçisi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri və məhkum tərəfindən verilm iş kassasiya şikayətinə əlavə təmin edilməsin. Zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 31 iyul 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 noyabr 2024-cü il tarixli qərarı kassasiya şikayətlərinə və kassasiya şikayətinə əlavəyə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1564/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1564/2025
01.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver