Məhkəmə qərarları › İş №1(102)-1565/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1565/2019

27.11.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1565/2019 27.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Mülki iddiaçı – Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X66, Mülki iddiaçı Az ərbaycan Respublikası Vergilər Nazirliyinin yanında Bakı şəhər Lokal Gəlirlər Departamentinin nümayəndəsi X25 iştirakları ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 10 may 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə təqsirli bilinmiş Məhkum Firudin oğlu barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 may 2019-cu il tarixli hökmündən mülki cavabdeh Məhkum müdafiəçisi İbadov Zaur Fəzail oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 10 may 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim A.R.Əfəndiyev) xx xxxxxxx 1979-cu il tarixdə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeyd iyyatda olmaqla yaşayan Məhkum Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il müddətə mülkiyyət və təşkilati formasından asılı olmayaraq hər hansı müəssisədə icra və sərəncamverici rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən 27 dekabr 2010-cu il tarixdən 29 dekabr 2010-cu il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddət və 12 may 2014-cü il tarixdən 10 may 2017-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu müddət, ümumilikdə 03 ilin bir gününə, azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla təyin olunmuş cəza qətimkan tədbiri qaydasında faktiki həbsdə və ev dustaqlığında olduğu müddətlə əhatə ol unmaqla cəzasını faktiki olaraq çəkmiş hesab olunmuş, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilmişdir. Həmin hökmlə həmçinin X60, X32, X11, X61, X49 təqsirli bilinib məhkum olunmuşlar. Hökmlə iş üzrə 930115.53 (doqquz yüz otuz min yüz on beş manat əlli üç qəpik) məbləğində pulun təqsirləndirilən şəxslər Məhkum, X26, X10, X2, X27 və X16 müştərək qaydada alınaraq dövlət büdcəsinə keçirilməsi qərara alınmışdır. İŞİN HALLARİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 10 may 2017-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinmişdir, ona görə ki, o, tanışı, ünvan 2 ünvanında yaşayan 03 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış fərdi sahibkar X12 (VÖEN: **********) ilə birgə sahibkarlıq fəaliyyətini həyata keçirmək və vergiləri ödəməkdən yayınmaq məqsədilə ilə qabaqcadan əlbir olaraq, sonuncunun vergi ödəyicisinin eyniləşdirmə nömrəsindən istifadə edərək 2008-ci il ərzində 3311588,11 manat məbləğində kənd təsərrüfatı məhsullarının Azərbaycan Respublikasında alışını təşkil etmiş, həmin məhsulları Rusiya Federasiyasına ixrac etməklə sahibkarlıq fəaliyyətini həyata keçirmiş, X4la birlikdə onun pul vəsaitinə, əmlakına faktiki sərəncam verən və vergi ödəyicisi qismində vergi öhdəliklərini yerinə yetirən şəxs olaraq vergitutma, obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş, bununla əlaqədar vergi ödəyicisi ilə birlikdə onun fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq ver gilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, sahibkarlıq fəaliyyəti göstərdiyi dövrdə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.7, 53.1, 77.3. 78.1, 130.1, 152.1-ci maddələrinin tələblərini pozaraq, qeyd olunan il ərzində əldə etdiyi gəlirdən 132463,52 manat məbləğində fiziki şəxsin gəlir vergisini hesablayıb ödəməli olduğu halda, 03 saylı Ərazi Vergilər İdarəsinə təqdim etdiyi gəlir vergisi bəyannaməsində dövriyyənin olmadığını bəyan edərək, ümumilikdə külli miqdar təşkil edən 132463,52 manat məbləğində fiziki şəxsin gəlir vergisini dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan başqa, Məhkum tanışı ünvan 3 ünvanda pasport qeydiyyatında olan X60 ilə sonuncunun tanışı Bərdə şəhəri, ünvan 5 ünvanında yaşayan və 11 saylı Ərazi Vergilər Departamenti ndə vergi ödəyicisi kimi qeydiyyata alınmış fərdi sahibkar X13 (VÖEN: **********) adından birgə sahibkarlıq fəaliyyətini həyata keçirmək və vergilər ödəməkdən yayınmaq məqsədilə qabaqcadan əlbir olaraq, X13 vergi ödəyicisinin eyniləşdirmə nömrəsindən istifadə edərək 2008-ci il ərzində 9405648,89 manat məbləğində kənd təsərrüfatı məhsullarını Azərbaycan Respublikasında alışını təşkil etmiş, həmin məhsulları Rusiya Federasiyasına ixrac etməklə sahibkarlıq fəaliyyətini həyata keçirmiş, X26la birgə X13 pul vəsaitinə, əmlakına faktiki sərəncam verən və vergi ödəyicisi qismində vergi öhdəliklərini yerinə yetirən şəxs olaraq vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş, bununla əlaqədar vergi ödəyic isi ilə birlikdə onun fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, sahibkarlıq, fəaliyyəti göstərdiyi dövrdə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1,1, 16.1.3, 16.1.7, 53.1, 77,3, 78.1, 130.1, 152.1-ci maddələrinin tələblərini pozaraq, qeyd olunan il ərzində əldə etdiyi gəlirdən 376225,95 manat məbləğində fiziki şəxsin gəlir vergisini hesablayıb ödəməli olduğu halda, fərdi sahibkar X13 adından 11 saylı Ərazi Vergilər Departamentinə təqdim etdiyi gəlir vergisi bəyannaməsində vergi tutulan dövriyyənin olmadığını bəyan etməklə, külli miqdar təşkil edən 376225,95 manat məbləğində fiziki şəxsin gəlir vergisini dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan başqa, Məhkum tanışı ünvan 4 ünvanında qeydiyyatda olan və yaşay an, Bakı şəhəri Vergilər, Departamentində vergi ödəyicisi kimi qeydiyyata alınmış fərdi sahibkar X49 (VÖEN **********) ilə birgə sahibkarlıq fəaliyyətini həyata keçirmək və vergiləri ödəməkdən yayınmaq məqsədilə ilə qabaqcadan əlbir olaraq, sonuncunun vergi ödəyicisinin eyniləşdirmə, nömrəsindən istifadə edərək 2009-cu il ərzində 8045876,85 manat məbləğində kənd təsərrüfatı məhsullarının Azərbaycan Respublikasında alışını təşkil etmiş, həmin məhsulları Rusiya Federasiyasına ixrac etməklə sahibkarlıq fəaliyyətini həyata keçirmiş, X16la birlikdə onun pul vəsaitinə, əmlakına faktiki sərəncam verən və vergi ödəyicisi qismində vergi öhdəliklərini yerinə yetirən şəxs olaraq vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə edənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar a pararaq rəsmiləşdirmiş, bununla əlaqədar vergi ödəyicisi ilə birlikdə onun fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, sahibkarlıq fəaliyyəti göstərdiyi dövrdə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.7, 53.1, 77.3, 78.1, 130.1, 152.1-ci maddələrinin tələblərini pozaraq, qeyd olunan il ərzində əldə etdiyi gəlirdən 321835,07 manat məbləğində fiziki şəxsin gəlir vergisini hesablayıb ödəməli olduğu halda, Bakı şəhəri Vergilər Departamentinə təqdim etdiyi 2009-cu il üzrə fiziki şəxsin gəlir vergisi bəyannaməsində vergi tutulan dövriyyənin olmadığını göstərərək, külli miqdar təşkil edən 321835,07 manat məbləğində fiziki şəxsin gəlir vergisini dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Həmçinin, Məhkum, ünva n 6 ünvanında yaşayan və Bakı şəhəri Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyata alınmış tanışı fərdi sahibkar X61 (VÖEN: **********) ilə birgə sahibkarlıq fəaliyyətini həyata keçirmək və vergiləri ödəməkdən yayınmaq məqsədilə qabaqcadan əlbir olaraq, sonuncunun vergi ödəyicisinin eyniləşdirmə nömrəsindən istifadə edərək 2009-cu il ərzində 5633950,22 manat məbləğində kənd təsərrüfatı məhsullarının Azərbaycan Respublikasında alışını təşkil etmiş, həmin məhsulları Rusiya Federasiyasına ixrac etməklə sahibkarlıq fəaliyyətini həyata keçirmiş, X27la birlikdə onun pul vəsaitinə, əmlakına faktiki sərəncam verən və vergi ödəyicisi qismində vergi öhdəliklərini yerinə yetirən şəxs olaraq vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş, bununla əlaqədar vergi ödəyicisi ilə birlikdə onun fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, sahibkarlıq fəaliyyəti göstərdiyi dövrdə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.7. 53.1, 77.3, 78.1. 130.1, 152.1-ci maddələrinin tələblərini pozaraq, qeyd olunan il ərzində əldə etdiyi gəlirdən 225358.00 manat məbləğində gəlir vergisini hesablayıb ödəməli olduğu halda, Bakı şəhəri Vergilər Departamentinə müvafiq bəyannaməni təqdim etməyərək, külli miqdar təşkil edən 225358.00 manat məbləğində fiziki şəxsin gəlir vergisini dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan başqa, Məhkum tanışı ünvan 8 ünvanında yaşayan və Bakı şəhəri Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyata alınmış fərdi sahibkar X11 (VÖEN: **********) ilə birgə sahibkarlıq fəaliyyətini həyata keçirmək və vergiləri ödəməkdən yayınmaq məqsədilə ilə qabaqcadan əlbir olaraq, sonuncunun vergi ödəyicisinin eyniləşdirmə nömrəsindən istifadə edərək 2010-cu il ərzində 8925807.00 manat məbləğində kənd təsərrüfatı məhsullarının Azərbaycan Respublikasında alışını təşkil etmiş, həmin məhsulları Rusiya Federasiyasına ixrac etməklə sahibkarlıq fəaliyyətini həyata keçirmiş, İlham Bayramquliyevlə birlikdə onun pul vəsaitinə, əmlakına faktiki sərəncam verən və vergi ödəyicisi qismində vergi öhdəliklərini yerinə yetirən şəxs olaraq vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş, bununla ə laqədar vergi ödəyicisi ilə birlikdə onun fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, sahibkarlıq fəaliyyəti göstərdiyi dövrdə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.7, 53.1, 77.3, 78.1. 130.1, 152.1-ci məddələrinin tələblərini pozaraq, qeyd olunan il ərzində əldə etdiyi gəlirdən 357032,28 manat məbləğində fiziki şəxsin gəlir vergisini hesablayıb ödəməli olduğu halda, Bakı şəhəri Vergilər Departamentinə təqdim etdiyi gəlir vergisi bəyannaməsində gəlirini 8935807,00 manat göstərməklə yanaşı, gəlirin əldə edilməsi ilə bağlı xərcini əsassız olaraq artırmaqla 8931847,06 manat, xalis gəlirini 3959,94 manat və dövlət büdcəsinə ödənilməli fiziki şəxsin gəlir vergisini 791,99 manat məbləğində bəyan edərək, külli miqdar təşkil edən 356240,29 manat məbləğində fiziki şəxsin gəlir vergisini dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Beləliklə, Məhkum bir qrup şəxslə qabaqcadan əlbir olub və vahid niyyətlə külli miqdar təşkil edən 1412122,83 manat məbləğində fiziki şəxsin gəlir vergisini dövlət büdcəsinə ödəməkdən yayınaraq Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Qasımov Faiq Adil oğlu, hakimlər Mirzəyev Sahibxan Arzuman oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə) 23 yanvar 2018-ci il tarixli qərarı ilə mülki iddiaçılar tərəfindən verilmiş apellyasi ya şikayətləri və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, Məhkum və məhkum X33 müdafiəçisi İbadov Zaur Fəzail oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 10 may 2017-ci ii tarixli hökmü dəyişdirilmiş, X6 təyin edilmiş cəzasına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməklə ona 02 (iki) il sınaq müddəti müəyyən edilməsi barədə müddəalar hökmdən xaric edilmiş, məhkumlar Məhkum və X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törməkdə təqsirli bilinmiş, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün, onlara cəza təyin edilməmiş, iş üzrə verilmiş mülki iddia qismən təmin edilmiş, mə hkumlar X16 1.867,86 manat, X27 316,56 X2 26.453,31 manat, Məhkum 85.119,90 manat, X10 137.249,88 manat, Abbasov Hüseyn oğlundan 139.428,54 manat tutularaq dövlət büdcəsinə keçirilməsi qərara alınmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 yanvar 2018-ci il tarixli qərarından mülki iddiaçılar, Məhkum müdafiəçisi İbadov Zaur Fəzail oğlu, məhkum müdafiəçisi Ələkbər-zadə Faiq Zakir oğlu, məhkum X2 müdafiəçisi X50, məhkum X16 müdafiəçisi Yadigarov Vüsal Alxan oğlu, X26un müdafiəçisi İmanov Xəqani Qurban oğlu və məhkum X10 müdafiəçisi Zalıyev Mayis Mayıl oğlu tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri və dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kolleg iyasının (sədrlik edən hakim Seyidov Əziz Cəfər oğlu, hakimlər Nəsirov İnqilab Maşallah oğlu və Əliyev Fərhad Kazım oğlundan ibarət tərkibdə) 27 dekabr 2018-ci il tarixli qərarı ilə kassasiya protesti və mülki iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilmiş, məhkum və onların müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Məhkum, X60, X32, X61, X49 və X11 haqqındakı Bakı Apellyasiya Məhkəməsinin 23 yanvar 2018-ci il tarixli qərarı ləğv edilmiş, cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Bayramov Əmir Novruz oğlu, hakimlər Qasımov Əflatun İbrahim oğlu və Məmmədov Namiq Eyyub oğlundan ibarət tərkibdə) 07 may 2019-cu il tari xli hökmü ilə mülki iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, məhkum (mülki cavabdeh) Məhkum və müdafiəçi İbadov Zaur Fəzail oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 may 2017-ci tarixli hökmü verilmiş apellyasiya protestinə münasibətdə Məhkum və X3 barələrində onlara cəza təyin edilməsinə aid hissədə, eləcə də iş üzrə məhkəmə xərclərinin tutulması hissəsində dəyişdirilmiş,məhkum X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə mülkiyyət və təşkilati formasından asılı olmayaraq hər hansı müəssisədə icra və sərəncamverici vəzifə tutma hüququndan məhrum edilmək lə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, təyin edilmiş 03 il müddətə azadlıqdan məhrum etmə cəzası CM-nin 70-ci maddəsinə əsasən şərti hesab edilməklə ona 02 il sınaq müddəti müəyyən edilməsi barədə müddəalar və bununla bağlı göstərişlər hökmdən xaric edilmiş, X3 və Məhkum təqsirləndirildikləri CM-nin 213.2.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən onlara həmin maddə ilə cəza təyin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 may 2017-ci il tarixli hökmü verilmiş apellyasiya protestinə və mülki iddiaçıların apellyasiya şikayətlərinə münasibətdə mülki iddiaya aid hissədə ləğv edilmiş, iş üzrə verilmiş mülki iddialar təmin edilmiş, mülki cavabdeh Məhkum 132463,52 (yüz otuz iki min dörd yüz altmış üç) manat tutularaq, mülki cavabdehl ər Məhkum və X26 müştərək qaydada 376225,95 (üç yüz yetmiş altı min iki yüz iyirmi beş, doxsan beş) manat tutularaq, mülki cavabdehlər Məhkum və X16 müştərək qaydada 321835,07 (üç yüz iyirmi bir səkkiz yüz otuz beş, yeddi) manat tutularaq, mülki cavabdehlər Məhkum və X27 müştərək qaydada 204358 (iki yüz dörd min üç yüz əlli səkkiz) manat tutularaq, mülki cavabdehlər Məhkum və X2 müştərək qaydada 354440,29 (üç yüz əlli dörd min dörd yüz qırx, iyirmi doqquz) manat tutularaq, mülki cavabdehlər X26 və X10 müştərək qaydada 137249,88 (yüz otuz yeddi min iki yüz qırx doqquz, səksən səkkiz) manat tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi hökm edilmişdir. Mülki cavabdeh Məhkum müdafiəçisi İbadov Zaur Fəzail oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinay ət Kollegiyasının 07 may 2019-cu il tarixli hökmünün mülki iddia hissəsində ləğv etməklə cinayət işinin yenidən apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum müdafiəçisi İbadov Zaur Fəzail oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxslərə vergidən yayınma ittihamı verilərkən bir sıra hallar ortaya çıxmış, həmin halların araşdırması zamanı məbləğlərdə qeyri-müəyyənlik yaranmış və bu qeyri-müəyyənliyin aradan qaldırılması məqsədi ilə ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 noyabr 2011-ci il tarixli, 17762 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat nəticəsində göstərildiyi kimi, Birinci (1,2,3 bəndlər) sual üzrə hazırk i rəyin tədqiqat hissəsində göstərildiyi kimi, analoji fəaliyyətlə məşğul olan fiziki şəxs X1 vergi orqanı tərəfindən VM-nin 67.2-ci maddəsinə müvafiq apanldığı istintaqla subuta yetirildiyi tədqirdə 20.09.2010-cu il tarixli səyyar vergi yoxlaması aktında aparılan hesablamaların və əldə edilən nəticənin, yəni fiziki şəxs X75 tərəfindən 01.07.2009-cu il tarixdən, 01.05.2010-cu il tarixədək olan dövr üzrə dövlət büdcəsinə 63.350.83 manat məbləğində gəlir vergisinin az hesablanması faktı təsdiq olunur. İkinci (1,2,2 bəndlər) sual üzrə hazırki rəyin tədqiqat hissəsində göstərildiyi kimi, analoji fəaliyyətlə məşğul olan fiziki şəxs X1 vergi orqanı tərəfindən VM-nin 67.2-ci maddəsinə müvafiq aparıldığı istintaqla sübuta yetirildiyi tədqirdə 21.09.2010-cu il tarixli səyyar vergi yoxlaması aktında aparılan hesablamaların və əldə edilən nəticənin, yəni fiziki şəxs X88 tərəfindən 01,06.2005-ci il tarixdən 01.06.2008-ci il tarixədək olan dövr üzrə dövlət büdcəsinə 53.776,03 manat məbləğində gəlir vergisinin az hesablanması faktı təsdiq olunur. Üçüncü (1,2,3 bəndlər üzrə) sual üzrə Hazırki rəyin tədqiqat hissəsində göstərildiyi kimi, analoji fəaliyyətlə məşğul olan fiziki şəxs X1 vergi orqanı tərəfindən VM-nin 67.2-ci maddəsinə müvafiq aparıldığı istintaqla subuta yetirildiyi tədqirdə 09.04.2010-cu il tarixli səyyar vergi yoxlaması aktında aparılan hesablamaların və əldə edilən nəticənin, yəni fiziki şəxs X68 tərəfindən 01.01.2007-ci il tarixdən 01.01.2010-cu il tarixədək olan dövr üzrə dövlət büdcəsinə 110.464,34 manat məbləğində gəlir vergisinin az hesablanması faktı təsdiq olunur. D ördüncü (1,2,3 bəndləri) sual üzrə Hazırki rəyin tədqiqat hissəsində göstərildiyi kimi, analoji fəaliyyətlə məşğul olan fiziki şəxs X1 vergi orqanı tərəfindən VM-nin 67.2-ci maddəsinə müvafiq aparıldığı istintaqla subuta yetirildiyi tədqirdə 12.01.2010-cu il tarixli səyyar vergi yoxlaması aktında aparılan hesablamaların və əldə edilən nəticənin, yəni fiziki şəxs X40 tərəfindən 01.11.2007-ci il tarixdən 01.08.2009-cu il tarixədək olan dövr üzrə dövlət büdcəsinə 185.901,74 manat məbləğində gəlir vergisinin az hesablanması faktı təsdiq olunur. Beşinci (1,2,3 bəndləri) sual üzrə Hazırki rəyin tədqiqat hissəsində göstərildiyi kimi, analoji fəaliyyətlə məşğul olan fiziki şəxs X1 vergi orqanı tərəfindən VM-nin 67.2-ci maddəsinə müvafiq apanldığı istintaqla subuta yetirildiyi tədqirdə 25.12.2009-c u il tarixli səyyar vergi yoxlaması aktında aparılan hesablamaların və əldə edilən nəticənin, yəni fiziki şəxs X36 tərəfindən 01.01.2006-cı il tarixdən, 01.01.2009-cu il tarixədək olan dövr üzrə dövlət 376.225.95 manat məbləğində gəlir vergisinin az hesablanması faktı təsdiq olunur. Altıncı (1,2,3 bəndləri) sual üzrə Hazırki rəyin tədqiqat hissəsində göstərildiyi kimi, analoji fəaliyyətlə məşğul olan fiziki şəxs X1 vergi orqanı tərəfindən VM-nin 67.2-ci maddəsinə müvafiq apanldığı istintaqla sübuta yetirildiyi tədqirdə 29.12.2009-cu il tarixli səyyar vergi yoxlaması aktında aparılan hesablamaların və əldə edilən nəticənin, yəni fiziki şəxs X18 tərəfindən 01.02.2008-ci il tarixdən 01.02.2009-cu il tarixədək olan dövr üzrə dövlət büdcəsinə 172.658,13 manat məbləğində gəlir vergisinin az he sablanması faktı təsdiq olunur. Yeddinci (1,2,3, bəndlər) sual üzrə Hazırki rəyin tədqiqat hissəsində göstərildiyi kimi, analoji fəaliyyətlə məşğul olan fiziki şəxs X1 vergi orqanı tərəfindən VM-nin 67.2-ci maddəsinə müvafiq aparıldığı istintaqla sübuta yetirildiyi tədqirdə 31.05.2010-cu il tarixli səyyar vergi yoxlaması aktında aparılan hesablamaların və əldə edilən nəticənin, yəni fiziki şəxs X32 tərəfindən 01.09.2007-ci il tarixdən 01.04.2010-cu il tarixədək olan dövr üzrə dövlət büdcəsinə 137.249,88 manat məbləğində gəlir vergisinin az hesablanması faktı təsdiq olunur. Səkkizinci 1(.2,3. bəndlər) sual üzrə Hazırki rəyin tədqiqat hissəsində göstərildiyi kimi, analoji fəaliyyətlə məşğul olan fiziki şəxs X1 vergi orqanı tərəfindən VM-nin 67.2-ci maddəsinə müvafiq aparıldığı istintaqla sub uta yetirildiyi tədqirdə 26.01.2010-cu il tarixli səyyar vergi yoxlaması aktında aparılan hesablamaların və əldə edilən nəticənin, yəni fiziki şəxs X89 tərəfindən 01.09.2007-ci il tarixdən 01.01.2009-cu il tarixədək olan dövr üzrə dövlət büdcəsinə 333695,43 manat məbləğində gəlir vergisinin az hesablanması faktı təsdiq olunur. Doqquzuncu sual (1,2,3 bəndlər) üzrə Hazırki rəyin tədqiqat hissəsində göstərildiyi kimi, analoji fəaliyyətlə məşğul olan fiziki şəxs X1 vergi orqanı tərəfindən VM-nin 67.2-ci maddəsinə müvafiq aparıldığı istintaqla subuta yetirildiyi tədqirdə 20.07.2010-cu il tarixli səyyar vergi yoxlaması aktında aparılan hesablamaların və əldə edilən nəticənin, yəni fiziki şəxs X64 tərəfindən 01.06.2009-cu il tarixdən 01.04.2010-cu il tarixədək olan dövr üzrə dövlət büdcəsinə 18.0 62.92 manat məbləğində gəlir vergisinin az hesablanması faktı təsdiq olunur. Onuncu (1.2,3 bəndlər) sual üzrə Hazırki rəyin tədqiqat hissəsində göstərildiyi kimi, analoji fəaliyyətlə məşğul olan fiziki şəxs X1 vergi orqanı tərəfindən VM-nin 67.2-ci maddəsinə müvafiq aparıldığı istintaqla sübuta yetirildiyi tədqirdə 14.07.2010-cu il tarixli səyyar vergi yoxlaması aktında apanlan hesablamaların və əldə edilən nəticənin, yəni fiziki şəxs X69 tərəfindən 01.04.2009-cu il tarixdən 01.02.2010-cu il tarixədək olan dövr üzrə dövlət büdcəsinə 162.362,64 manat məbləğində gəlir vergisinin az hesablanması faktı təsdiq olunur. On birinci (1.2,3 bəndlər) sual üzrə Hazırki rəyin tədqiqat hissəsində göstərildiyi kimi, analoji fəaliyyətlə məşğul olan fiziki şəxs X1 vergi orqanı tərəfindən VM-nin 67.2-nin ma ddəsinə müvafiq apanlıdığı istintaqla subuta yetirildiyi tədqirdə 05.08.2010-cu il tarixli səyyar vergi yoxlaması aktında aparılan hesablamaların və əldə edilən nəticənin, yəni fiziki şəxs X61 tərəfindən 01.11.2008-ci il tarixdən 01.06.2010-cu il tarixədək olan dövr üzrə dövlət büdcəsinə 225.358,0 manat məbləğində gəlir vergisinin az hesablanması faktı təsdiq olunur. On ikinci (1,2,3 bəndlər) sual üzrə Hazırki rəyin tədqiqat hissəsində göstərildiyi kimi, analoji fəaliyyətlə məşğul olan fiziki şəxs X1 vergi orqanı tərəfindən VM-nin 67.2-ci maddəsinə müvafiq apanldığı istintaqla sübuta yetirildiyi tədqirdə 26.01.2010-cu il tarixli səyyar vergi yoxlaması aktında apanlan hesablamaların və əldə edilən nəticənin yəni fiziki şəxs X52 tərəfindən 01.08.2007-ci il tarixdən 01.04.2009-cu il tarixədək olan dövr üzrə dövlət büdcəsinə 32.178,34 manat məbləğində gəlir vergisinin az hesablanması faktı təsdiq olunur. On üçüncü (1.2.3 bəndlər) sual üzrə Hazırki rəyin tədqiqat hissəsində göstərildiyi kimi, analoji fəaliyyətlə məşğul olan fiziki şəxs X1 vergi orqanı tərəfindən VM-nin 67.2-ci maddəsinə müvafiq aparıldığı istintaqla sübuta yetirildiyi tədqirdə 28.09.2010-cu il tarixli səyyar vergi yoxlaması aktmda aparılan hesablamaların və əldə edilən nəticənin, yəni fiziki şəxs X41 tərəfindən 01.04.2010-cu il tarixdən 01.04.2010-cu il tarixədək olan dövr üzrə dövlət 156.448,66 manat məbləğində gəlir vergisinin az hesablanması faktı təsdiq olunur. On dördüncü sual (1.2,3) bəndlər üzrə Hazırki rəyin tədqiqat hissəsində göstərildiyi kimi, analoji fəaliyyətlə məşğul olan fiziki şəxs X1 vergi orqan ı tərəfindən VM-nin 67.2-ci maddəsinə müvafiq aparıldığı istintaqla sübuta yetirildiyi tədqirdə 19.08.2010-cu il tarixli səyyar vergi yoxlaması aktında aparılan hesablamaların və əldə edilən nəticənin, yəni fiziki şəxs X19 tərəfindən 01.08.2008-ci il tarixdən 01.10.2009-cu il tarixədək olan dövr üzrə dövlət büdcəsinə 91.740,48 manat məbləğində gəlir vergisinin az hesablanması faktı təsdiq olunur. Məhkəmə araşdırması zamanı rəylə əlaqədar müəyyən uyğunsuzluqlar aşkara çıxdı və araşdırma nəticəsində məhkəmə təkrar ekspertiza təyin etməli oldu. Məhkəmənin ekspertiza təyini haqqında 22 may 2015-ci il tarixli qərarında göstərilmişdir ki, Məhkum fiziki şəxslər: X12, X37, X49, X61 və X11 ilə, fərdi sahibkar X60 isə X37 və X32 ilə birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşlar. Əgər məhkəmə is tintaqı ilə fərdi sahibkar Məhkum fiziki şəxslər X12, X37, X53, X61 və X11 ilə, eləcə də fərdi sahibkar X60 isə X37 və X32 ilə birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları faktları sübuta yetirilərsə, belə halda X4nın hesabında dövlət büdcəsinə az hesablanmış 53.303,51 manat X13 hesabı üzrə 2.178,66 manat, X16 hesabı üzrə 1.867,86 manat, X27 hesabı üzrə 1.316,56 manat və X2 hesabı üzrə 26.453,31 manat, cəmi 85.119,90 manat məbləğində gəlir vergisi onlarla yanaşı, Məhkum hesabı üzrə yaranması müəyyən edilir. Fərdi sahibkar X33 fiziki şəxslər X13 və X10la birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olması sübuta yetirilərsə, belə halda X13un hesabı üzrə 2.178,66 manat, X10 hesabı üzrə 137.249,88 manat, cəmi 139.428,54 manat məbləğində gəlir vergisi adları çəkilən şəxslərlə yanaşı, fərdi sahi bkar X33 hesabı üzrə yaranması müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 sentyabr 2016-cı il tarixli, 24650 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat nəticəsində göstərildiyi kimi; Birinci, ikinci və üçüncü suallar üzrə: Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, ayrı-ayrı fiziki şəxslərin hesabları üzrə keçirilmiş səyyar vergi yoxlaması materialları və həmin materiallar üzrə verilmiş məhkəmə-mühasibat ekspertizası rəyləri öyrənilərkən müəyyən edildi ki, aparılan səyyar vergi yoxlamaları zamanı və eləcə də, məhkəmə-mühasibat ekspertizası tədqiqatına gəlirin əldə olunması ilə bağlı ilkin mühasibat sənədləri təqdim edilməmişdir. Bu səbəbdən səyyar vergi yoxlamalarında və məhkəmə-mühasibat ekspertizalarının keçirilməsində yuxarıda adları çəkilən fiziki şəxslərin əldə etdikləri gəlir və bu gəlirlərdən dövlət büdcəsinə ödənilməli olan gəlir vergisi Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 67.2-ci maddəsinin tələbinə uyğun olaraq vergi ödəyiciləri ilə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin uçot və hesabat məlumatları və Vergi Məcəlləsinin 83.9-cu maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq şərti rentabellik səviyyəsinin 20% qəbul edilməsi yolu ilə hesablanmışdır. Dördüncü sual üzrə: vergi ödəyicisi olan təqsirləndirilən şəxslərin təqdim etdiyi sənədlər, o cümlədən, gəlirin əldə olunması ilə bağlı xərcləri təsdiq edən ilkin mühasibat sənədlərinin mövcud olduğu halda, onlar tərəfindən ixrac etdikləri meyvə məhsullarına çəkilmiş xərclər həmi n sənədlərin məlumatlarına əsasən hesablanır. Beşinci sual üzrə: Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, X8, X42, X9, X20 və X49 ilə Rusiya Federasiyasının vətəndaşları olan fiziki şəxslər arasında Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 172.1-ci maddəsinin tələblərinə uyğun olaraq agent müqavilələri bağlandığına və həmin müqavilələrin səyyar vergi yoxlamasına təqdim olunmadığına görə dövlət büdcəsinə gəlir vergisi düzgün hesablanmamışdır. Həmin şəxslərin agent kimi fəaliyyət göstərdikləri nəzərə alınmaqla, hazırki ekspertiza tədqiqatı ilə Vergi Məcəlləsinin 172.4.1-ci maddəsinin tələblərinə əsasən "Sifarişçilər" tərəfindən "Mal göndərənlərə", yəni agentlərə ödənilmiş mükafat məbləğləri Vergi Məcəlləsinin 101.3-cü maddəsinin tələblərinə əsasən gəlir vergisinə cəlb olunaraq gəlir vergisi hesablanır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 mart 2017-ci il tarixli, 27648 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat nəticəsində göstərildiyi kimi; Birinci və ikinci suallar üzrə: Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, fərdi sahibkar X12 tərəfindən 05 sentyabr 2007-ci il tarixli agent müqaviləsinin şərtlərinə uyğun olaraq "Mal göndərən" kimi "Sifarişçinin" ona ödədiyi cəmi 266.517,56 manat məbləğində gəlirdən dövlət büdcəsinə ödənilməli olan 53.303,51 manat məbləğində gəlir vergisi hesablanır. Üçüncü və dördüncü suallar üzrə: rəyin tədqiqat hissəsində göstərildiyi kimi, fərdi sahibkar X37 tərəfindən 30 oktyabr 2008-ci il tarixli agent müqaviləsinin şərtlərinə uyğun olaraq "Mal göndərən" kimi "Sifarişçinin" ona ödədiyi 10.893,31 manat məbləğində gəlirdən dövlət büdcəsinə ödənilməli olan 2.178,66 manat məbləğində gəlir vergisi hesablanır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 dekabr 2017-ci il tarixli, 24746 saylı ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərildiyi kimi, X6, X43, X9, X20 və X49 ilə Rusiya Federasiyasının vətəndaşları olan fiziki şəxslər arasında Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 172.1-ci maddəsinin tələblərinə uyğun olaraq agent müqavilələri bağlandığına və həmin müqavilələrin səyyar vergi yoxlamasına təqdim olunmadığına görə dövlət büdcəsinə gəlir vergisi düzgün hesablanmamışdır. Həmin şəxslərin agent kimi fəaliyyət göstərdikləri nəzərə alınmaqla, hazırkı ekspertiza tədqiqatı ilə Vergi Məcəlləsinin 172.4.1-ci maddəsinin tələ blərinə əsasən “Sifarişçilər” tərəfindən “mal göndərənlərə”, yəni agentlərə ödənilmiş mükafat məbləğləri Vergi Məcəlləsinin 101.3-cü maddəsinin tələblərinə əsasən gəlir vergisinə cəlb olunaraq gəlir vergisi hesablanır. Müqayisə zamanı araşdırma aparılarkən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Məhkəmə Ekspertiza Mərkəzinin 15 yanvar 2013-cü il tarixli, 21155 saylı ekspert rəyindən görünür ki, X11 01.04.2010-cu il tarixdən 01.05.2011-ci il tarixədək olan dövr ərzində müxtəlif adda kənd təsərrüfatı məhsuallarının ixracı ilə məşğul olmuş, lakin həmin məhsullarını kimdən və hansı qiymətə aldığını təsdiq edən alış sənədlərini, o cümlədən ödəniş qəbzlərini, mədaxil-məxaric kassa orderlərini yoxlamaya təqdim etməmişdir. Bu səbəbdən də sahibkar tərəfindən ixrac əməliyyatlarından ə ldə etdiyi gəlirlə bağlı çəkdiyi xərcləri barədə hər hansı bir məlumat olmadığından səyyar vergi yoxlaması zamanı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.3-cü maddəsinə əsasən analoji vergi ödəyicisinin göstəricilərini nəzərə almaqla gəlir vergisi hesablanmışdır. Bu zaman Azərbavcan Respublikasından Rusiya Federasiyasına meyvə və tərəvəzin topdan satışı (ixracı) ilə məşğul olan fiziki şəxs X21 analoji vergi ödəyicisi kimi seçilmişdir. Rəyin tədqiqat nəticəsində göstərildiyi kimi, analoji fəaliyyətlə məşğul olan fiziki şəxs X1 vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 67.2-ci maddəsinə müvafiq aparıldığı istintaqla sübuta yetirildiyi təqdirdə, 17.07.2012-ci il tarixli növbədənkənar səyyar vergi yoxlaması aktında aparılan hesablamaların və əldə edilən nəticənin, yəni fiziki şəxs X11 t ərəfindən 01,04.2010-cu il tarixdən, 01.05.2011-ci il tarixədək olan dövr üzrə dövlət büdcəsinə 354440,29 manat məbləğində gəlir vergisinin az hesablanması faktı təsdiq edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Məhkəmə Ekspertiza Mərkəzinin 03 iyun 2013-cü il tarixli, 7766 saylı ekspert rəyindən (ekspertiza tədqiqatının dəyəri 100 manat) görünür ki, rəyin tədqiqat nəticəsində göstərildiyi kimi, analoji fəaliyyətlə məşğul olan fiziki şəxs X1 vergi orqanı tərəfindən VM-nin 67.2-ci maddəsinə müvafiq aparıldığı istintaqla subuta yetirildiyi tədqirdə, fiziki şəxs X30 01.07.2008-ci il tarixdən, 01.01.2010cu il tarixədək olan dövr üzrə dövlət büdcəsinə 321835,07 məbləğində gəlir vergisinin az hesablanması faktı təsdiq edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məh kəmə Ekspertiza Mərkəzinin 27 mart 2014-cü il tarixli, 4590 saylı ekspert rəyindən (ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir) görünür ki, rəyin tədqiqat nəticəsində göstərildiyi kimi, X7 vergi vergi ödəyicisi kimi seçilməsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.2.1, 67.2.2 və 67.2.3-cü maddələrinin tələblərinə uyğun olduğu və istintaq tərəfindən qəbul edildiyi halda, fərdi sahibkar X4 01.08.2007-ci il tarixdən 01.08.2010-cu il tarixədək fəaliyyət göstərdiyi dövrdə, yəni 2007-ci il üçün 580675,89 manat, 2008-ci il üçün isə 132463,52 manat, cəmi dövlət büdcəsinə ödənilməli olan gəlir vergisinin 713139,41 manat məbləğində az hesablanması düzgün hesab edilə bilər. Apellyasiya məhkəməsinin gəldiyi nəticədə qeyd edilir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhk əmə Ekspertizası Mərkəzinin 27.12.017-ci il tarixli ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərildiyi kimi, X6, X42, X9, X20 və X49 ilə Rusiya Federasiyasının vətəndaşları olan fiziki şəxslər arasında Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 172.1 maddəsinin tələblərinə uyğun olaraq agent müqavilələri bağlandığına və həmin müqavilələrin səyyar vergi yoxlamasına təqdim olunmadığına görə dövlət büdcəsinə gəlir vergisi düzgün hesablanmamışdır. Həmin şəxslərin agent kimi fəaliyyət göstərdikləri nəzərə alınmaqla hazırkı ekspertiza tədqiqatı ilə Vergi Məcəlləsinin 172.4.1 maddəsinin tələblərinə əsasən “Sifarişçilər” tərəfindən “mal göndərilənlərə”, yəni agentlərə ödənilmiş mükafat məbləğləri Vergi Məcəlləsinin 101.3 maddəsinin tələblərinə əsasən gəlir vergisinə cəlb olunaraq gəli r vergisi hesablanır. Mülki iddia ilə bağlı hissəyə gəldikdə belə hesab edir ki, iş materiallarında olan ekspertiza rəyləri əsas verir ki, mülki iddianı bu formada məhkəmə qəbul edə bilməz. Ən azından yeni bir neytral ekspertiza keçirməklə arada olan ziddiyyətlər aradan qaldırılmalı, yekun bir rəy alaraq rəyə uyğun hökm çıxarılmalı idi. Ən təəcüblüsü də odur ki, CPM-nin tələblərinə uyğun olaraq məhkəmə yalnız məhkəmə araşdırması zamanı əldə edilmiş subutlara qiymət verməli, heç bir sübutun əvvəlcədən məhkəmə üçün önəmi olmamalı prinsipini pozan hakim ibtidai istintaq zamanı verilmiş ekspertiza rəyini və audit rəyini əsaslandırmadan əsas gətirərək son 4 dəfə keçirilmiş ekspertiza rəylərinə toxunmamış, bu rəylərlə bağlı rəy vermiş ekspertləri dinləməmiş, onların hansı əsasla belə bir rəyə gə lmələrini aydınlaşdırmamışdır. Göstərilənləri nəzərə alaraq, Məhkum və qeyrilərinin barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 07 may 2019-cu il tarixli hökmünün mülki iddia hissəsinin ləğv edilməklə yeni apellyasiya qaydasında baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, mülki iddiaçıların nümayəndələrinin və dövlət ittihamçısının kassasiya şikayətinin təmin olunmaması barədə çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellya siya Məhkəməsinin Cinayət kollegiyasının 07 may 2019-cu il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin hökmünün qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Kassasiya şikayətində apellyasiya məhkəməsinin hökmünün mülki iddia hissəsində ləğv edilməli olduğu iddia edilir və bununla əlaqədar bir sıra dəlillərə istinad edilir. Belə dəlillər apellyasiy a şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə münasibətini bildirmiş, onlarla razılaşmadığının səbəblərini göstərmiş, bununla bağlı gəldiyi nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsi işdə olan sübutlara və müvafiq normalara istinad edərək hökmündə aşağıdakıları qeyd etmişdir: “...Məhkəmə kollegiyası iş üzrə qismən, yəni mülki iddiaçılar tərəfindən verilmiş mülki iddialara və həmin mülki iddiaların məbləğinin dəqiqləşdirilməsi barədə əlavə ərizələrin tədqiq edilməsinə aid hissədə məhkəmə istintaqı aparmaqla və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının iş üzrə 27 dekabr 2018-ci il tarixli, 1(102)-981 /2018 saylı qərarında göstərilənləri də nəzərə almaqla, veri lmiş apellyasiya protestinin və apellyasiya şikayətlərinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, hərtərəfli, tam və obyektiv araşdırıb, iş üzrə ibtidai istintaq, birinci instansiya və hazırda apellyasiya instansiyası məhkəmələrində tədqiq edilib toplanmış sübutların məcmusuna əsaslanaraq və proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə dövlət ittihamçısı Fərahim Hüseynli tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilməli, -mülki iddiaçılar Azərbaycan Respublikası Vergilər Nazirliyinin 03 saylı Ərazi Vergilər İdarəsinin direktoru X100, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Departamentinin baş direktoru Zaur Adilov tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməli, məhkum olunmuş şəxs (müİki cavabdeh) Məhkum və müdafiəçisi İbadov Zaur Fəzail oğlu tərəfindən məhkum olunmuş şəxs (mülki cavabdeh) X33 barəsində verilmiş apellyasiya şikayətləri təmin edilməməli, hökm verilmiş apellyasiya protestinə və mülki iddiaçıların apellyasiya şikayətlərinə münasibətdə mülki iddiaya aid hissədə ləğv edilməli, iş üzrə verilmiş mülki iddialar həmin mülki iddialara verilmiş dəqiqləşdirmə barədə əlavələr nəzərə alınmaqla təmin olunaraq iş üzrə mülki cavabdehlər: Məhkum 132463,52 (yüz otuz iki min dörd yüz altmış üç) manat, Məhkum və X26 müştərək qaydada 376225,95 (üç yüz yetmiş altı min iki yüz iyirmi beş, doxsan beş) manat, Məhkum və X16 müştərək qaydada 321835,07 (üç yüz iyirmi bir səkkiz yüz otuz beş, yeddi) manat, Məhkum və X27 müştərək qaydada 204358 (iki yüz dörd m in üç yüz əlli səkkiz) manat, Məhkum və X2 müştərək qaydada 354440,29 (üç yüz əlli dörd min dörd yüz qırx, iyirmi doqquz) manat, mülki cavabdehlər X26 və X10 müştərək qaydada 137249,88 (yüz otuz yeddi min iki yüz qırx doqquz, səksən səkkiz) manat tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir... Məhkəmə kollegiyası verilmiş apellyasiya protesti və mülki idiaçıların apellyasiya şikayətləri ilə bağlı mülki iddia məsələsini də müzakirə edərək mülki iddiaya münasibətdə aşağıdakıları qeyd edir. İşdə olan dəymiş ziyanla bağlı verilmiş mülki iddia ərizəsindən görünür ki, Bakı şəhəri Departamentində vergi ödəyicisi kimi qeydiyyatda olan X5 (VÖEN: **********) növbədən kənar səyyar vergi yoxlaması ilə müəyyən edilmiş, 2010-cu il üzrə külli miqdar təşkil edən 354440.29 manat mə bləğində ziyanın (vergi məbləğinin) mülki cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsini təmin edilməsi xahiş edilmişdir (cild 21, i.v 280). İşdə olan dəymiş ziyanın ödənilməsi ilə bağlı verilmiş mülki iddia ərizəsindən görünür ki, Bakı şəhəri Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyatda olan fiziki şəxs X37 (VÖEN:**********) tərəfindən külli miqdar təşkil edən 376225.95 manat məbləğində ziyanın (vergi məbləğinin) mülki cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsini təmin edilməsi xahiş edilmişdir (cild 36, i.v 108). İşdə olan dəymiş ziyanın ödənilməsi ilə bağlı verilmiş mülki iddia ərizəsindən görünür ki, Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyatda olan fiziki şəxs X12 (VÖEN:**********) tərəfindən külli miqdar təşkil edən 713.139.41 məbləğində ziyanın (vergi məbləğinin) mülki cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsini təmin edilməsi xahiş edilmişdir (cild 36, i.v 233). İşdə olan dəymiş ziyanın ödənilməsi ilə bağlı verilmiş mülki iddia ərizəsindən görünür ki, Bakı şəhər Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyatda olan fiziki şəxs X11 (VÖEN:**********) tərəfindən külli miqdar təşkil edən 354440.29 manat məbləğində ziyanın (vergi məbləğinin) mülki cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsini təmin edilməsi xahiş edilmişdir (cild 36, i.v 240). İşdə olan olan dəymiş ziyanın ödənilməsi ilə bağlı verilmiş mülki iddia ərizəsindən görünür ki, Bakı şəhər Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyatda olan fiziki X49 (VÖEN: **********) tərəfindən külli miqdar təşkil edən 321835.07 manat məbləğində ziyanın ( vergi məbləğinin) mülki cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsini təmin edilməsi xahiş edilmişdir (cild 36, i.v 241). İşdə olan dəymiş ziyanın ödənilməsi ilə bağlı verilmiş mülki iddia ərizəsinin surətindən görünür ki, Bakı şəhər Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyatda olan fiziki X61 (VÖEN:**********) tərəfindən külli miqdar təşkil edən 225358.00 manat məbləğində ziyanın (vergi məbləğinin) mülki cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsini təmin edilməsi xahiş edilmişdir (cild 36, i.v 242). İşdə olan “xxxx” ASC tərəfindən tərtib edilmiş 29 noyabr 2010-cu il tarixli 01462101 nömrəli qəbzdən görünür ki, Məhkum tərəfindən 6000 manat 94990 nömrəli cinayət işi üzrə ödənilmişdir (cild 27, i.v 134). İşdə olan olan maddi ziyanın qismən ödənilməsi barədə 06 yanva r 2010-cu il tarixli protokoldan görünür ki, Məhkum Firiddun oğlu dövlətə vurulmuş ziyanı qismən ödəyərək departamentin depozit hesabına təhfil verilməsindən ötrü 7.000 manat məbləğində nağd şəkildə pul təqdim etmişdir və həmin pul Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin 4 saylı xəzinədarlıq idarəsində olan 2117902F-7 saylı depozit hesabında saxlanılması üçün Departamentin baş mühasibi X38 təhvil verilmişdir (cild 27, i.v 170, 173). İşdə olan “xxxx” ASC tərəfindən tərtib edilmiş 06 yanvar 2011-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, Məhkum Firiddun oğlu tərəfindən 7.000 manat 94990 nömrəli cinayət işi üzrə ödənilmişdir (cild 27, i.v 174). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1 və 124.1.1-ci maddələrinə əsasən məhkəmənin və ya cinayət p rosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olubolmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər halları göstərməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.1 -ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 138.1-ci maddəsinə görə sübut etmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən hallar ın müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət prosessual qanunvericilikdə heç bir süb ut preyudisial əhəmiyyətə malik deyildir. Başqa sözlə, prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq ekspertin rəyi hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxanılmalı və işin bütün halları ilə qiymətləndirilməlidir. Göstərilənlərə əsasən hazırki iş üzrə ilkin və əlavə ekspert rəyləri arasında ziddiyyətlər olub-olmamasına və ya hansı mötəbər hesab edilməsi məsələsinə məhkəmə tərəfindən qiymət verilməlidir. Digər bir tərəfdən, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının qərarında qeyd edilir ki, Vergilər Nazirliyində vergi ödəyicisi kimi uçotda olan şəxslər barəsində sahibkarlıq fəaliyyəti ilə əlaqədar səyyar vergi yoxlamaları keçirilərkən dövlət büdcəsindən yayındırılmış vergi məbləğləri Azərbaycan Respublikasının Verg i Məcəlləsinin tələbləri qaydasında eyni üsullarla hesablansa da, ekspert onlardan biri barəsində, yəni vergi ödəyicisi X14 barəsində aparılmış səyyar vergi yoxlamasının nəticələrini təsdiqləmiş, digərləri barəsində olan hesablamaları əsassız hesab edərək gəlir vergisinin məbləğlərini azaltmışdır. Bundan əlavə, olaraq inzibati qaydada Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin 17.07.2012-ci il tarixli, **********564934 saylı səyyar yoxlaması aktı və həmin akt əsasında qəbul edilmiş 28.08.2012-ci il tarixli, **********06 saylı "Vergi ödəyicisinin vergi qanunvericiliyinin-pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"ı mübahisələndirilmiş lakin məhkəmə Vergilər Nazirliyinin lehinə qərar çıxarmışdır. Bakı Apellyasiya Məhkəməsi İnzibatı-İqtisadi Kollegiyasının 30 yanvar 2014-cü il tarixli, 2-2inz(103)93/2014 saylı qərarı ilə cavabdeh Vergi Auditi Departamentinin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 iyun 2013-cü il tarixli qismən, 17.07,2012-ci il tarixli, **********564934 saylı səyyar vergi yoxlaması aktının qismən, 2010-cu il üzrə gəlir vergisinin hesablanması hissəsində etibarsız hesab edilməsi, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb etmə haqqında» 28.08.2012-ci il tarixli, 1200**********06 saylı qərarı qismən, 2010-cu il üzrə gəlir vergisinin 356.240,29 manat azaldılmasına görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 178.120,15 manat vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilmiş və iddia hissədə təmin edilməmiş, qalan hissədə qərar dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibatiİqtisadi Kollegiyasının 15.05.2014-cü il 2-1(102)-664/2014-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2014-cü il tarixli, 2-inz(103)-93/2014 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan əlavə olaraq inzibati qaydada Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin 05.08.2010-cu il tarixli **********295370 saylı səyyar yoxlaması aktı və həmin akt əsasında qəbul edilmiş 16.09.2010-cu il tarixli **********3 saylı "Vergi ödəyicisinin vergi qanunvericiliyinin-pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"ı mübahisələndirilmiş lakin məhkəmə Vergilər Nazirliyinin leyhinə qərar çıxarmışdır. 2 saylı Bakı İnz ibati-İqtisadi Məhkəməsinin 15.10.2012-ci il tarixli qərarı ilə (hakim F.Zeynallı, iş № 2inz(82)-608/2012) iddia tələbinin təmin edilməsi; Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin X39 vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl etmə vəziyyətinin yoxlanılması nəticəsində tərtib edilmiş 05.08.2010-cu il tarixli **********295370 saylı səyyar vergi yoxlaması aktının və həmin akt əsasında qəbul edilmiş 16.09.2010-cu il tarixli **********3 saylı "Vergi ödəyicisinin vergi qanunvericiliyinin-pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"ının ləğv edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09.04.2013-cü il tarixli, (103)-358/2013 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikası Verg ilər Nazirliyi yanında Vergi Auditi Departamenti tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15.10.2012-ci il tarixli qərarının lirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29.08.2013-cü tarixli, 2-2inz(102)-659/13 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin kassasiya şikayətinin təmin edilməməsi; Bakı Apellyasiya Məhkəməsinin 09.04.2013-cü il tarixli qərarının ləğv edilməsi; işin təkrar baxılması apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki işə 2-ci dəfə baxmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28.11.2013-cü il tarixli, 2-1 inz(103)15 63/2013 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi; 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 15.10.2012-ci il tarixli qərarının ləğv edilməsi; iddianın təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24.04.2014- tarixli 2-2(102)-350/2014 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Bundan əlavə olaraq inzibati qaydada Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin 12.08.2010-cu il tarixli **********296898 saylı səyyar vergi yoxlaması aktı və həmin akt əsasında qəbul edilmiş 24.09.2010-cu il tarixli **********7 saylı "Vergi ödəyicisinin v ergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"ı mübahisələndirilmiş lakin məhkəmə Vergilər Nazirliyinin lehinə qərar çıxarmışdır. Belə ki, 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 29.11.2011-ci il tarixli, 2(82)145/2011 nömrəli qətnaməsinə əsasən iddiaçı X30 cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinə qarşı 12 avqust 2010-u il tarixli **********296898 saylı səyyar vergi yoxlaması aktı və həmin akt əsasında qəbul edilmiş 24.09.2010-cu il tarixli 10007**********7 saylı "Vergi ödəyicisinin qanunvericiliyinin-pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"ının etibarsız hesab edilməsi barədə iddiası təmin edilməmişdir. Göründüyü kimi iş üzrə preyudisial əhəmiyyət kəsb edən qanuni qüvvəyə minmiş məhkəm ə qərarları mövcuddur. Həmçinin, işin hazırki apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Vergilər Nazirliyi 3 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X22 mülki iddia tələbinin dəqiqləşdirilməsi barədə əlavə ərizə verərək, dövlət büdcəsinə ödəməkdən yayındırılmış 132463,52 manat məbləğində vergilərin Məhkum tutularaq dövlət büdcəsinə ödənilməsi və 3 saylı Ərazi Vergilər İdarəsinin 132463,52 manat məbləğində mülki iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin hazırki apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentinin nümayəndəsi X59 mülki iddia tələbinin dəqiqləşdirilməsi barədə əlavə ərizə verərək, X44 ilə Məhkumdan 225358,00 manat, X11 ilə Məhkumdan 354440,29 manat, X49 ilə Məhkumdan 321835,07 manat olmaqla, ümumilikdə 901633,36 vergilərin yuxarıda göstərilən mülki cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin apellyasiya baxışı zamanı təqdim edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Departamentinin baş direktoru X100 mülki iddianın dəqiqləşdirilməsi barədə əlavədən görünür ki, Məhkum və X26 376225,95 manat, X60 və X10 137249,88 manat fiziki şəxsin gəlir vergisinin onlardan müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi xahiş edilmişdir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iclasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddəsinin tələblərinə uyğun toplanmış mötəbər sübutlara qiymət verərək, prosessual qanun vericiliyin tələblərinə verilmiş mülki iddianın dəqiqləşdirilməsi barədə ərizələrini tədqiq edərək hesab edir ki, ********* saylı cinayət işi üzrə X15, X14 və qeydlərinin barələrində tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 noyabr 2011-ci il tarixli, 17762 saylı ekspert rəyi X23 və X24 münasibətdə olan hissələri (beşinci və yeddinci suallar üzrə), hazırki cinayət işi üzrə mərhum X4 (ittiham üzrə Məhkum ilə bir qrup halında) barəsində tərtib olunmuş 27 mart 2014-cü il tarixli, 4590 saylı ekspertiza rəyinin 2008-ci il üzrə hissəsi, X3 barəsində tərtib olunmuş həmin Mərkəzin 15 yanvar 2013-cü il tarixli, 21155 saylı və X31 barəsində tərtib olunmuş 03 iyun 2013-cü il tarixli, 7766 saylı ekspertiza rəyləri iş üzrə daha mötəbər olmaqla sübut kimi qəbul ediləndir, eləcə də işin hazırki apellyasiya baxışı zamanı cinayət prosesi iştirakçılarının, o cümlədən mülki iddiaçıların nümayəndələrinin və dövlət ittihamçısının iş üzrə və ya təkrar məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatətləri də olmadı. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formad a verilə bilər, iddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Cinayət mühakimə icraatı zamanı mülki iddianın əsasını və iddia tələbinin məbləğini dəqiqləşdirmək zəruri olduqda müvafiq fiziki və ya hüquqi şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək mülki iddiasına əlavələr və dəyişikliklər etməyə haqlıdır. Həmin Məcəllənin 185-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə mülki iddiaçının, yaxud onun nümayəndəsinin vəsatəti və ya öz təşəbbüsü ilə verilmiş, yaxud gələcəkdə qaldırıla bilən mülki iddianın təmin edilməsi üçün tədb irlər görməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 46-cı maddəsinə əsasən hüquqi şəxsin təsisçiləri hüquqi şəxsin dövlət qeydiyyatına alınmasına qədər əmələ gəlmiş, hüquqi şəxsin yaradılması ilə bağlı olan öhdəliklər üzrə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 400.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutların tədqiqi zamanı məhkəmənin gəldiyi nəticələrin düzgünlüyünə təsir göstərən digər faktiki hallar müəyyən edildikdə məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 400.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiy yət kəsb edən bütün faktiki halların araşdırılmaması aşağıdakılar hesab edilir: işin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malik olan halların təsdiq və ya təkzib edilməsi üçün şəxslərin dindirilməməsi, sənədlərin, maddi və ya digər sübutların tələb edilməməsi; bu və ya digər halın tədqiqinin zəruriliyinin apellyasiya şikayətinin və ya apellyasiya protestinin apellyasiya instansiyası məhkəməsində baxışı zamanı təqdim edilmiş materiallardan irəli gəlməsi. Apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar qəbul etməyə haqlıdır. Azərbaycan Respublikası CinayətP rosessual Məcəlləsinin 399.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır... Beləliklə, məhkəmə kollegiyası belə yekun hüquqi nəticəyə gəlir ki, dövlət ittihamçısı Fərahim Hüseynli tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilməli, mülki iddiaçılar Azərbaycan Respublikası Vergilər Nazirliyinin 03 saylı Ərazi Vergilər İdarəsinin direktoru X100, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Departamentinin baş direktoru Zaur Adilov tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməli, məhkum olunmuş şəxs (mülki cavabdeh) Mə hkum və müdafiəçisi İbadov Zaur Fəzail oğlu tərəfindən məhkum olunmuş şəxs (mülki cavabdeh) X33 barəsində verilmiş apellyasiya şikayətləri təmin edilməməli, hökm verilmiş apellyasiya protestinə və mülki iddiaçıların apellyasiya şikayətlərinə münasibətdə mülki iddiaya aid hissədə ləğv edilməli, iş üzrə verilmiş mülki iddialar təmin olunaraq iş üzrə mülki cavabdehlər: Məhkum 132463,52 (yüz otuz iki min dörd yüz altmış üç) manat, Məhkum və X26 müştərək qaydada 376225,95 (üç yüz yetmiş altı min iki yüz iyirmi beş, doxsan beş) manat, Məhkum və X16 müştərək qaydada 321835,07 (üç yüz iyirmi bir səkkiz yüz otuz beş, yeddi) manat, Məhkum və X27 müştərək qaydada 204358 (iki yüz dörd min üç əlli səkkiz) manat, Məhkum və X2 müştərək qaydada 354440,29 (üç yüz əlli dörd min dörd yüz qırx, iyirmi doqquz) manat, mülki cavabdehlər X26 və X10 müştərək qaydada 137249,88 (yüz otuz yeddi min iki yüz qırx doqquz, səksən səkkiz) manat tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir...”. Göründüyü kimi, apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibət bildirmiş, onlarla razılaşmadığının səbəblərini hökmdə göstərmiş, buna dair mövqeyini (gəldiyi nəticəni) işin hallarına, qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, apellyasiya məhkəməsinin mülki iddia üzrə mövqeyinin, qanuniliyini şübhə altına almağa əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Kassasiya şikayətində ekspert rəylərin ə istinad edərək, onların gəldiyi nəticənin məzmunu göstərilməklə belə bir fikir irəli sürülür: “... iş materiallarında olan ekspertiza rəyləri bizə əsas verir ki, mülki iddianı bu formada məhkəmə qəbul edə bilməzdi. Ən azından yeni bir neytral ekspertiza keçirməklə arada olan ziddiyyətlər aradan qaldırılmalı, yekun bir rəy alaraq rəyə uyğun hökm çıxarılmalı idi. Ən təəccüblüsüdə odur ki, CPM-nin tələblərinə uyğun olaraq məhkəmə yalnız məhkəmə araşdırması zamanı əldə edilmiş sübutlara qiymət verməli, heç bir sübutun əvvəlcədən məhkəmə üçün önəmi olmamalı prinsipini pozan hakim ibtidai istintaq zamanı verilmiş ekspertiza rəyini və audit rəyini əsaslandırmadan əsas gətirərək son 4 dəfə keçirilmiş ekspertiza rəylərinə toxunmamış, bu rəylərlə bağlı rəy vermiş ekspertləri dinləməmiş, onların ha nsı əsasla belə bir rəyə gəlmələrini aydınlaşdırmamışdır...”. Kassasiya şikayətinin bu dəlili ilə əlaqədar qeyd olunmalıdır ki, iş üzrə bütün sübutlar, o cümlədən ekspert rəyləri qanunla nəzərdə tutulmuş qaydada tədqiq olunmuş və işə yenidən baxan məhkəmə onlara məcmu qaydada qiymət vermiş, gəldiyi nəticəni hökmdə ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin hökmü işin hallarına və qanunun tələblərinə uyğundur. Apellyasiya məhkəməsi tərəfindən sübutların tədqiqi məsələsində hər hansı bir qanunsuzluğa yol verilməmiş, o cümlədən Azərbaycan Respublikası CPM-nin 127, 264-272, 331-ci, habelə 21, 28, 33.2, 145.3, 146.1, 351.2-ci maddələrinin tələblərinə, həmçinin həmin Məcəllənin XİX fəslindəki normalarına tam riayət etmişdir. Odur ki, apellyasiya məhkəməsi mülki iddia üzrə gə ldiyi nəticənin, həmin məhkəmənin hökmün buna dair hissəsinin qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin hökmü əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı (mülki cavabdeh Məhkum müdafiəçisinin kassasiya şikayətinə münasibətdə), kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası 213.2.2-ci maddəsi ilə təqsirli bilinmiş Məhkum Firudin oğlu barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 may 2019-cu il tarixli hökmü mülki cavabdeh Məhkum müdafiəçisi İbadov Zaur Fəzail oğlunun kassasiya şi kayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar