Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1565/2024 10.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, zərərçəkmiş şəxsin hüquqi varisi X6 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-105/2023 nömrəli, 20 aprel 2023-cü il tarixli hökmündən Məhkum müdafiəçiləri Əzizov Azər Mir zə oğlu və Həsənov Əfqan Vahid oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Cavadov Əjdər Əmrah oğlu tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum Təqsirləndirilən şəxs 14 iyun 1972-ci il tarixdə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, həbs olunanadək fərdi əməklə məşğul olmuş, Qubadlı rayonu, Qaraqoyunlu kəndində qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 1 ünvanında yaşamışdır. Məhkum xx xxxxxx 2000-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Qubadlı rayonu, Qaraqoyunlu kəndində qeydiyyatda olan, faktiki olaraq ünvan 1 ünvanında yaşamışdır.
2. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-74/2021 nömrəli, 08 oktyabr 2021-ci il tarixli hökmü ilə: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 17 sentyabr 2018-ci il tarixdən hesablanması; Məhkum Azərbaycan Respublikası CM-nin 126.3 və 127.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 75-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilərək həmin maddə üzrə ona cəza təyin edilməməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 07 sentyabr 2018-ci il tarixdən hesablanması hökm edilmiş, həmçinin maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
3. Birinci instansiya məhkəməsinin həmin hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi X7, təqsirləndirilən şəxs Məhkum müdafiəçiləri Məmişov Bəylər Sahib oğlu və Əzizov Azər Mirzə oğlu, Təqsirləndirilən şəxs müdafiəçisi Abdullayev İkram Yusif oğlu tərəfindən apellyasiya şikayətləri, dövlət ittihamçısı Mehrəliyev Vüsal Bəhram oğlu tərəfindən apellyasiya protesti verilmişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kol legiyasının 1(105)-79/2022 nömrəli, 22 iyun 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri və apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-74/2021 nömrəli, 08 oktyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.
5. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-79/2022 nömrəli, 22 iyun 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Əzizov Azər Mirzə oğlu, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Abdullayev İkram Yusif oğlu, zərərçəkmiş şəxsin hüquqi varisi X7 və nümayəndəsi Sadıqov Nurəddin Arif oğlu tərəfindən kassasiya şikayətləri, həmçinin zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi X4 tərəfindən kassasiya şikayətinə əlavə və dövlət ittihamçısı X5 tərəfindən kassasiya protesti verilmişdir.
6. Azərbaycan Respubli kası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)1882/2022 nömrəli, 11 noyabr 2022-ci il tarixli qərarı ilə Məhkum müdafiəçisi Əzizov Azər Mirzə oğlu və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Abdullayev İkram Yusif oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinin təmin edilməməsi, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin, zərərçəkmiş şəxsin hüquqi varisi X6 və nümayəndəsi Sadıqov Nurəddin Arif oğlunun kassasiya şikayəti, eləcə də digər nümayəndəsi X1 hamin kassasiya şikayətinə əlavəsi təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-79/2022 nömrəli, 22 iyun 2022-ci il tarixli qərarının təmin edilmiş kassasiya müraciətlərinə münasibətdə ləğv edilməsi və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edi lməsi qərara alınmışdır.
7. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-105/2023 nömrəli, 20 aprel 2023-cü il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-74/2021 nömrəli, 08 oktyabr 2021-ci il tarixli hökmü qismən - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.3-cü və Məhkum Azərbaycan Respublikası CM-nin 126.3 və 127.1-ci maddələri ilə təqsirli bilinməklə məhkum olunmaları hissəsində ləğv edilmiş, Təqsirləndirilən şəxs və Məhkum elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-nin 120.2.2 və 29,120.2.2-ci maddələri xaric olunmuş, Məhkum Azərbaycan Respublikası CM-nin 120.2.1 və 29,120.2.7-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi v ə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.1 və 29,120.2.7-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-74/2021 nömrəli, 08 oktyabr 2021ci il tarixli hökmü qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən Məhkum müdafiəçiləri Əzizov Azər Mirzə oğlu və Həsənov Əfqan Vahid oğlu tərəfindən ayrı- ayrılıqda və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Cavadov Əjdər Əmrah oğlu tərəfindən kassasiya şikayətləri verilmişdir.
9. Cinayət işinə kassasiya in stansiya məhkəməsində mahiyyəti üzrə baxılanadək, məhkumlar Təqsirləndirilən şəxs və Məhkum cəza çəkdikləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı Cəzaçəkmə Müəssisəsindən ayrıayrılıqda ərizələr ilə müraciət edib, müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətlərini geri götürdüklərini bildirmişlər.
10. Həmçinin, Məhkum müdafiəçisi Həsənov Əfqan Vahid oğlu və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Cavadov Əjdər Əmrah oğlu “Elektron Məhkəmə” sistemi vasitəsilə məhkəməyə ayrı-ayrılıqda ərizələr ünvanlayaraq, tərəflərindən verilmiş kassasiya şikayətlərinin geri qaytarılmasını xahiş etmişlər.
11. Eləcə də, Məhkum müdafiəçisi Bağırov Mirbağır Mirtağı oğlu və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Məmmədov Nurlan Samir oğlu “Elektron Məhkəmə” sistemi v asitəsilə məhkəməyə ayrı-ayrılıqda ərizələr ünvanlayaraq, kassasiya şikayətlərinin geri qaytarılmasını xahiş etmişlər. II. Hüquqi məsələlər
12. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir.
13. Məhkəmə kollegiyası məh kumlar Təqsirləndirilən şəxs və Məhkum müdafiəçiləri tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərini geri götürmələri barədə təqdim etdikləri ərizələr ilə bağlı proses iştirakçılarının çıxışında bildirdikləri mövqelərini nəzərə alıb və həmin ərizələri iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsaslanmaqla belə nəticəyə gəlir ki, ərizələr təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-105/2023 nömrəli, 20 aprel 2023-cü il tarixli hökmündən Məhkum müdafiəçiləri Əzizov Azər Mirzə oğlu və Həsənov Əfqan Vahid oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Cavadov Əjdər Əmrah oğlu tərəfindən verilmiş kassasiya şikayə ti geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkumlar Təqsirləndirilən şəxs və Məhkum ərizələri təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-105/2023 nömrəli, 20 aprel 2023-cü il tarixli hökmündən Məhkum müdafiəçiləri Əzizov Azər Mirzə oğlu və Həsənov Əfqan Vahid oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Cavadov Əjdər Əmrah oğlu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.