Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1566/2019 13.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Yusifova Gülnar Azad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1 Zərərçəkmiş şəxs7 Azad oğlunun nümayəndəsi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakları ilə xx xxxx 1987-ci ildə Gürcüstan Respublikasında anadan olmuş, Gürcüstan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmayan, Gürcüstan Respublikası, Dmanisi rayonu, **************** kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 12 iyun 2019-cu il tarixli qərarından Zərərçəkmiş şəxs7 və onun nümayəndəsi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 05 mart 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Z.Ə.Axundova) Təqsirləndirilən şəxs – Azərbaycan Respublikası CM-nın 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, iş üzrə Zərər çəkmiş şəxs7 mülki iddiası qismən təmin edilmiş, mülki cavabdeh "xxxx" MMC-dən 173.302 manat məbləğində pul Zərərçəkmiş şəxs7 xeyrinə tutulmuş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Məhkəmənin həmin hökmündən mülki cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 12 iyun 2019-cu il tarixli qərarı ilə (hakimlər: H.Ç.Məmmədov (sədrlik edən), İ.M.Murquzov və H.H.Əhmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 05 mart 2019-cu il tarixli hökmü mülki iddianın qismən təmin olunması, mülki cavabdeh "xxxx" MMC-dən 173.302 manat məbləğində pulun Zərərçəkmiş şəxs7 xeyrinə tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsinə dair hissədə ləğv edilmiş, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmiş və Zərər çəkmiş şəxs7 mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, İ6 yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, İ6 14 aprel 2018-ci il tarixdə saat 09:25 radələrində texniki cəhətdən saz olan «Daevoo» markalı, ** *** dövlət nömrə nişanlı, 171 saylı marşrut avtobusu ilə MərdəkanBakı şosse yolu ilə Bakı şəhəri istiqamətində saatda 60 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərini pozub hərəkət zamanı diqqətini avtobusun İdarə olunmasından və daim dəyişən yol şəraitindən ayırmış, qarşıda onunla eyni istiqamətdə hərəkətdə, olan avtobus ilə ara məsaf əsini normal seçməyərək həmin avtobusun sürücüsü sürətini kəskin azaldan zaman onunla toqquşmanın qarşısını almaq üçün mümkün olan tədbirləri görüb, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunları etməmiş və həmin yolun 4,9 kilometrliyində yerləşən avtobus dayanacağının yaxınlığında eyni istiqamətdə onun qarşısında hərəkətdə olan 136 saylı marşrut avtobusu qəfildən yolun kənarında dayandığından sükanı sola doğru çəkmiş və eyni istiqamətdə sağdan 3-cü hərəkət zolağında hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs3 etibarnamə əsasında idarə etdiyi «Hyundai HD 45 yük» markalı, ***** dövlət nömrə nişanlı avtomaşının sağ yanı ilə toqquşmuş, avtomobillər toqquşduqdan sonra «Hyundai HD 45 yük» markalı avtomaşın eyni istiqamətdə sağdan 4-cü hərəkət zolağı ilə hərəkətdə olan Zərərçəkmiş ş əxs4 baş etibarnamə ilə idarə etdiyi «X3» markalı, **--*** dövlət nömrə nişanlı avtomaşınla toqquşmuş, hər iki atvomaşın toqquşduqları yerdə aşmış, toqquşma nəticəsində ehtiyatsızlıqdan «X3» markalı avtomaşında olan sərnişinlər Zərərçəkmiş şəxs5 təpə nahiyəsinin hematoması, sol əlin əzilmiş yaraları, sağ kürək sümüyünün qəlpəli, yerdəyişən sınığı ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli, 26 may 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs6 təpə nahiyəsinin hematoması, sağ baldırın qançırları, sol diz nahiyəsinin sıyrığı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli, «Hyundai HD 45 yük» markalı avtomaşında olan sürücü Zərərçəkmiş şəxs3 ogluna təpə nahiyəsinin, sol qaşın sıyrıqları ilə nəticələnən sağlamlığa zərərvurmaya n və avtomaşında olan sərnişin Zərərçəkmiş şəxs1 sol gicgah nahiyəsinin əzilmiş yarası, sol dirsəyin, sağ və sol əlin sıyrıqları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirilməsinə səbəb olmuşdur. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs7 və onun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 12 iyun 2019-cu il tarixli qərarının iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi hissəsində ləğv edilməsi, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs7 Azad oğlunun iddia ərizəsini icraata qəbul etməklə tam təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifləri hesab edirlər ki, apellyasiya məhkəməsinin Zərərçəkmiş şəxs7 iddia ərizəsinin icraata qəbul e dilməsindən imtina edilməsinə dair qəbul etdiyi qərar qanunsuz və əsassızdır, çünki ibtidai araşdırma orqanı tərəfindən Zərərçəkmiş şəxs7 deyil, avtoqəza hadisəsi vaxtı avtomobili etibarnamə əsasında idarə etmiş Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs və mülki iddiaçı kimi tanınmışdır. Avtomobilin mülkiyyətçisi olan Zərərçəkmiş şəxs7 isə birinci instansiya məhkəməsi tərəfindən zərərçəkmiş şəxs və mülki iddiaçı kimi tanınmış və mülki iddiası qismən təmin edilmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə zərərçəkmiş şəxsin nümayəndəsi Müdafiəçi1, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R6 çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılar a əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərin ə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Zərərçəkmiş şəxs və onun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs7 iddia ərizəsini icraata qəbul etməklə tam təmin edilməsi xahiş olunur. Kassasiya şikayətinin mülki iddia ilə bağlı dəlilini müzakirə edərək məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayəti həmin hissədə təmin edilə bilməz. Belə ki, cinayət mühakimə icraatı zamanı maddi zərər vurulmuş şəxs tərəfindən həmin zərərin ödənilməsi üçün məhkəmə istintaqı başlananadək mülki iddia ərizəsi verilməlidir. (CPM-nin 179, 181 və 183-cü maddələri) Belə ki, iş materiallarından görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs4 06 iyul 2018-ci il tarixdə ərizə ilə müraciət edərək 14 aprel 2018-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı ona məxsus «X3» markalı, **--*** dövlət qeydiyyat nişanlı avtomaşınına 248.030 manat maddi ziyan dəydiyini və mülki iddiaçı kimi tanınmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Anar Bəxtiyarovun 06 iyul 2018-ci il tarixli qərarı ilə Zərərçəkmiş şəxs4 mülki iddiaçı kimi tanınmışdır. Məhkəmə iclas protokolundan görünür ki, Zərərçəkmiş şəxs4 birinci instansiya məhkəməsində məhkəmə iclasında ifadə ve rdikdən sonra suallara cavab olaraq bildirmişdir ki, idarə etdiyi avtomaşına 248.000 manat ziyan dəymiş, həmin avtomobili 2015-ci il tarixdə almış və dəymiş ziyanın şirkət tərəfindən ödənilməsini tələb edir. Məhkəmə iclas protokolundan və zərər çəkmiş şəxs qismində tanınma haqqında 04 sentyabr 2018-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs7 iş üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs7 07 sentyabr 2018-ci il tarixdə, məhkəmə istintaqı başlandıqdan, təqsirləndirilən şəxs, zərər çəkmiş şəxslər, şahidlər dindirildikdən sonra mülki iddia verilmiş və məhkəmə tərəfindən bu iddia qəbul edilmişdir. Belə ki, hadisənin baş verdiyi ilk gündən avtomobilin mülkiyyətçisinin Zərərçəkmiş şəxs7 olması və Zərərçəkmiş şəxs4 tərəfindən etibarnamə ə sasında idarə edildiyi bəlli olmuşdur. Cinayət işi baxılması üçün məhkəməyə göndərildikdə də, bu hallar aydın olmuş və məhkəmə istintaqı başlananadək bu hallar aradan qaldırıla, Zərərçəkmiş şəxs7 mülki iddiaçı qismində tanınması üçün qərar qəbul edilə bilərdi. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Göründüyü kimi, Zərərçəkmiş şəxs7 mülki iddiaçı qismində tanınması üçün əsasların istintaq dövründə və məhkəmə istintaqı başlananadək mövcud olmasına baxmayaraq, məhkəmə qanunvericiliyin tələblərini pozmaqla məhkəmə istinta qı başlandıqdan sonra Zərərçəkmiş şəxs7 mülki iddiaçı qismində tanınması haqqında qərar qəbul etmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə əssən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əssən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbu l edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər Həmin-Məcəllənin 181.1.1-ci maddəsinə əsəsən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 183.3-cü maddəsinə əsasən cinayət m ühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Həmin Məcəllənin 183.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddianın əsasını və iddia tələbinin məbləğini dəqiqləşdirmək zəruri olduqda müvafiq fiziki və ya hüquqi şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək mülki iddiasına əlavələr və dəyişikliklər etməyə haqlıdır. Həmin Məcəllənin 184-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı fiziki və ya hüquqi şəxsin tələbi bu Məcəllənin müddəalarına əsasən mümkün deyilsə, mülki iddia vaxtında və ya müvafiq şəxsə verilməmişdirsə, yaxud iddia ərizəsi bu Məcəllənin 183.3-cü maddəsində nəzərdə tutulmuş tələblərə uyğun deyildirsə, cinayət prosesini həyata keçirən orqan iddia ərizəsini qəbul etməkdən imtina edə bilər. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki məhkəmə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarının nəticəvi hissəsində Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 05 mart 2019-cu il tarixli hökmünün mülki iddianın qismən təmin olunması, mülki cavabdeh "xxxx" MMC-dən 173.302 manat məbləğində pulun Zərərçəkmiş şəxs7 Azad oğlunun xeyrinə tu tulması, iddia tələbinin qalan hissədə rədd edilməsinə dair hissədə ləğv edilməsi, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi, Zərərçəkmiş şəxs7 Azad oğluna mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsinin qərarının təsviri hissəsində qeyd edilən nəticənin əksinə olaraq aşağıdakılar göstərilir: “Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 5 mart 2019-cu il tarixli hökmü zərər çəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs7 tərəfindən verilmiş mülki iddianın qismən təmin olunması hissəsində ləğv edilməli və mülki iddianın rədd edilməsinə dair qərar qəbul edilməlidir. Belə ki, təqsirləndirilən İ6 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin işçisi olmamış, tamamilə kənar bir şəxs olmuş, onunla əmək müqaviləsi olmamış, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin işçisi Şahid2 nəqliyyatın istismar qaydalarını pozaraq həmin nəqliyyat vasitəsinin idarəsini Məhdud Məsuliyyətli Cəmiyyətinin xəbəri olmadan kənar şəxsə həvalə etmişdir. Birinci instansiya məhkəməsi isə əsassız olaraq yol nəqliyyat hadisəsinin nəticələrinə görə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini nəqliyyat vasitəsinin sahibi kimi mülki cavabdeh qismində tanıyıb maddi ziyanın ondan tutulmasını qərara almışdır. Halbuki, yüksək təhlükə mənbəyinin sahibi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti nəqliyyat vasitəsini etibar etdiyi Şahid2 belə hərəkətlərindən xəbərdar olmadığı üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti qəzanın nəticələrinə görə heç bir məsuliyyət daşıya bilməz. Bununla bağlı birinci instansiya məhkəməsin in.hökmündə əmək müqaviləsi ilə bağlı qanunun tələblərinə uyğun olmayan şərh verilmiş və hökmdən göründüyü kimi təqsirləndirilən şəxsə haqq qazandırmaq üçün onun bu haqda heç bir qanuna sığmayan ziddiyyətli ifadəsinə istinad edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ibtidai araşdırma orqanına təqdim etdiyi arayışlardan açıq aydın görünür ki, İ6 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin işçisi olmamış, onunla əmək müqaviləsi bağlanmamış və ona şirkətə məxsus hər hansı nəqliyyat vasitəsinin idarə edilməsi üçün yol vərəqəsi verilməmişdir. Sadəcə olaraq birinci instansiya məhkəməsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nəqliyyat vasitəsini etibar etdiyi Şahid2 istismar qaydalarını pozub nəqliyyat vasitəsini kənar şəxsə etibar etdiyinə görə mülki məsuliyyəti qanunsuz və əsassız olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoymuşdur.” (bax: qərarın 2-ci və 3-cü vərəqləri) Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi mülki iddianın vaxtında verilmədiyi əsasına görə birinci instansiya məhkəməsi tərəfindən əsassız olaraq icraata qəbul etməsi kimi qanuna müvafiq olan nəticəyə gəlsə də, öz qərarının təsviri hissəsində bunun əksinə olaraq araşdırmalı olmadığı və qərarının nəticəvi hissəsinə uyğun olmayan yekun hüquqi nəticələri qeyd etməklə səhvə yol vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarının təsviri hissəsində qeyd olunan həmin hüquqi nəticələr qanunsuz və əsassız olmaqla mülki iddianın gələcəkdə məhkəmələr tərəfindən baxılmasını istisna edə bilməz. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki,yol verilən h əmin yanlışlıqlar mahiyyətcə düzgün olan məhkəmə qərarının ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində göstərildiyinin əksinə olaraq hazırkı iş üzrə CPM-in 416-cı maddəsində nəzərdə tutulan qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası iş üzrə toplanmış və apellyasiya instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edib, həm onlara, həm də yuxarıda qeyd olunan hallara əsaslanaraq və apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətində göstərilən dəlilləri əsassız hesab edərək həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin 12 iyun 2019-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini qanuni və əsaslı hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin 12 iyun 2019-cu il tarixli qərarı Zərərçəkmiş şəxs7 və onun nümayəndəsi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1566/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1566/2019
13.11.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver