Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1566/2022 02.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasi ya Məhkəməsinin Cinayət kollegiyasının 29 mart 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X10 (sədrlik edən), X5 (məruzəçi hakim) və X4 ibarət tərkibdə) 24 noyabr 2021-ci il tarixli hökmü ilə 12 noyabr.1978-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 3 azyaşlı uşağı olan, orta təhsilli, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 06 (altı) il müddətinə azadlıqdan məhrum edilmiş, onun ibtidai istintaq dövründə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün cəzasından çıxılmaqla üzərində qəti olaraq 5 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 23 iyun 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması hökm edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X3 (sədrlik edən və məruzəçi) X8 və X1 ibarət tərkibdə) 29 mart 2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 24 noyabr 2021-cı il tarixli 1(100)-355/2021 saylı hökmü dəyişdirilmişdir. Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə saxlanıldığı 2 gün ona təyin edilmiş cəzadan çıxılsın və onun üzərində 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Hökmdən, 23 iyun 2021-ci il tarixdə Gəncə şəhər BPİ-nin Kəpəz rayon Polis İidarəsində Məhkum üzərində şəxsi axtarış aparılarkən aşkar edilmiş və satış məqsədilə 11,215 qram çəkidə narkotik vasitə olan heroinin qanunsuz olaraq əldə edilməsi və üzərində saxlayaraq daşıması ilə bağlı ittiham Məhkum qarşı irəli sürülmüş ittiha mın ümumi həcmindən, onun bu cinayətə görə Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi və ona həmin maddələrlə cəza təyin edilməsi ilə bağlı müddəalar, habelə iş üzrə maddi sübut kimi tanınmış 11,105 qram çəkidə narkotik vasitə olan heroinin məhv edilməsi ilə bağlı müddəalar isə xaric edilmiş, maddi sübut olan 11,105 qram çəkidə narkotik vasitə olan heroin məhv edilmədən saxlanılmişdir. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihama əsasən o, məlum olmayan vaxt və mənbədən külli miqdarda yəni, təmiz ümumi çəkisi 3.219 qram psixotrop maddə olan metamfetamini satış məqsədi ilə qanunsuz olar aq əldə edib, idarə etdiyi özünə məxsus VAZ-2106 markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilində saxlamaqla daşımış, Məhkum qanunsuz olaraq psixatrop maddələri istifadə etməkdə, satmaqda və üzərində gəzdirməsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Gəncə şəhər Kəpəz RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 10 aprel 2021-ci il tarixdə saat 23 radələrində Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Kral Petrol” yanacaq doldurma məntəqəsi yaxınlığında idarə etdiyi VAZ-2106 markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobildə müəyyən edilərək idarə etdiyi avtomobillə birlikdə Gəncə şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən Kəpəz RPİ-nə dəvət edilmiş və həmin tarixdə saat 00:30 radələrində üzərinə və ona məxsus həmin avtomobilə baxış keçirilən zaman yalnız avtomobilin mühərrik hissəsində qara rəngli eynək qabının içərisindən 2 ədəd şəffaf rəngli sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,889 qram və 2,330 qram olmaqla, ümumilikdə təmiz çəkisi 3,219 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, avtomobilin sükanının ayaq altlığından və sükanın oturacağının yanından- 2 ədəd qırmızı rəngli bükümlərdə 0,051 qram və 0,033 qram olmaqla ümumi təmiz çəkisi 0,084 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o təkrar olaraq istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən külli miqdarda yəni, təmiz ümumi çəkisi 11,215 qram narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, Məhkum qanunsuz olaraq narkotik vasitələri istifadə etməkdə, satmaqda və üzərində gəzdirməsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Gəncə şəhər Kəpəz RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 23 iyun 2021-ci il tarixdə saat 18 radələrində Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi “Dəyirmanın dairəsi” adlan yerin yaxınlığında müəyyən edilib, Gəncə şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən Kəpəz RPİ-nə dəvət edilmiş və həmin gün, saat 18:30 radələrində qeyd olunan ünvanda onun üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf polietilen kəsiyi bükümündə külli miqdarda, yəni təmiz çəkisi çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Kassasiya prot estinin dəlilləri: Kassasiya protestində göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə birinci instansiya məhkəməsinin əsaslandığı sübutlar şahid polis əməkdaşlarının ifadələridir. Məhkum tutulmasında iştirak edən və sonradan şahid qismində dindirilmiş əməliyyat müvəkkilləri X7 və Şahid3 ifadələrində təqsirləndirilən şəxsin üzərində 11 qram heroin aşkar edildiyini göstərsələr də, onların ifadələri etibarsız sübut olan baxış protokoluna əsaslanmışdır. Məhkəmə kollegiyasının “şahid polis əməkdaşlarının ifadələri” terminini işlətməklə həmin şəxslərin ifadələrini şübhə altına almağa çalışması, əməliyyat müvəkkillərinin təqsirləndirilən şəxsin şübhəli şəxs qismində tutulmasında bilavasitə iştirak etməklə cinayət təqibinin gedişində müəyyən marağa malik olması nəticəsin ə gəlməsi qanunsuz, əsassız və ittihamedici olmuş, habelə məhkəmənin cinayət işinə obyektiv yanaşma göstərmədiyini təsdiq edir. Məhkəmə kollegiyasının baxış protokoluna etibarsız sübut kimi yanaşması isə ağlabatan deyil, bundan belə nəticəyə gəlinir ki, bir məhkəmə əməliyyat axtarış tədbirinin nəticələrini yoxlamadan qanuni əsasa görə imtina etməsi, digər məhkəmə üçün həmin cinayətin törədilməməsinə və sübutun etibarsızlığına əsas verən hal kimi qəbul edilir. Bundan başqa, apellyasiya instansiya məhkəməsindən fərqli olaraq birinci instansiya məhkəməsi Məhkum məhkəmə iclasında verdiyi ifadəsinə haqlı olaraq tənqidi yanaşaraq, həmin ifadələrin onun öz hüququndan istifadə edərək özünü müdafiə etmək və ağır cinayətin məsuliyyətindən yayınmaq məqsədi daşıması kimi qiymətləndirmişdir. Habelə, 11 aprel 2021-ci il tarixdə təqsirləndirilən şəxs Məhkum tərəfindən törədilmiş cinayətlə bağlı isə kollegiya qeyd etmişdir ki, Məhkum idarə etdiyi avtomobilə baxış keçirilən zamanı aşkar edilmiş 0,889 qram və 2,330 qram olmaqla, ümumilikdə təmiz çəkisi 3,219 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və 0,051 qram və 0,033 qram olmaqla təmiz çəkisi 0,084 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi ilə deyil, şəxsi istehlak məqsədi ilə əldə etmişdir. Nəzərə alınmalıdır ki, 11 aprel 2021 -ci il tarixli baxış və götürmə protokolundan görünür ki, onun avtomobilində narkotik vasitə olan heroin, pisixotrop maddə olan metamfetamin aşkar edilməsi ilə yanaşı həm də 4 ədəd istifadə edilmiş şpris də olmuşdur ki, bu hallar da onun narkotik vasitə nin istifadəçisi və aludəçisi olmasını təsdiq edir. Halbuki, avtomobilə baxış keçirilən zamanı 0,889 qram və 2,330 qram olmaqla, ümumilikdə təmiz çəkisi 3,219 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 0,051 qram və 0,033 qram olmaqla təmiz çəkisi 0,084 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 23 avqust 2021-ci il tarixli 990 nömrəli rəyindən görünür ki, Məhkum narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkən bir şəxsdə 2 ədəd şəffaf rəngli sellofan bükümlərdə, a yrı-ayrılıqda təmiz çəkiləri 0,889 qram və 2,330 qram olmaqla, ümumilikdə təmiz çəkisi 3,219 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilməsi, həm psixotrop maddə metamfetamin, həm də 0,084 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilməsi, bükümlərdə olması, bundan qısa müddət sonra 11,215 qram heroin aşkar edilməsi onun həmin hərəkətlərinin satış niyyətinə dəlalət edən hallardandır. Birinci instansiya məhkəməsinin hökmündə ibtidai istintaq və məhkəmə istintaqı zamanı toplanmış bir-birini tamamlayan mümkün, mötəbər, aidiyyəti və ümumilikdə kifayətedici sübutların məcmusu əsasında baş vermiş cinayət hadisəsinin tam mexanizmi müəyyən edilmişdir. Kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 mart 2 022-ci il tarixli qərarının ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, və kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə bax araq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya i nstansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində mübahisələndirilən məsələ Məhkum törətdiyi cinayət əməlinin Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin səhv olması barədədir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlin in tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məh kəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkə məsi məhkumun əməlinin Cinayət Məcəlləsinin 234.1-cü maddəsinə tövsif edilməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli “baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Gəncə şəhər Kəpəz RPİ-nin əməkdaşları tərəfindən Məhkum idarə etdiyi VAZ-2106 markalı **-BV-*** nömrəli avtomobilə saat 00:30 radələrində baxış keçirilən zaman avtomobilin mühərrik hissəsində qara rəngli eynək qabının içərisindən 2 ə dəd şəffaf rəngli sellofan bükümlərdə olan ilk baxışdan psixotrop maddə metamfetaminə oxşar kütlələr aşkar edilərək götürülmüşdür. Həmin istintaq hərəkəti videoçəkiliş ilə həyata keçirilmiş və videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-kimyəvi ekspertizasının 11 aprel 2021-ci il tarixli 16/331 rəyindən görünür ki, Məhkum avtomobilindən aşkar olunmuş kütlələr” sözləri yazılmış kağız paketdəki 2 (iki) ədəd “qırmızı” rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,051 qram, 0,033 qram, ümumi təmiz çəkisi 0,084 qram maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmçinin tədqiqata təqdim olunmuş avtomobildən aşkar olunmuş kütlələr” sözləri yazılm ış kağız paketdəki 2 (iki) ədəd şəffaf sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,889 qram, 2,330 qram, ümumi təmiz çəkisi 3,219 qram maddələr, kustar üsullla hazırlanmış psixotorp maddə metamfetamindir. Bundan əlavə ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd kağız paketdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş bir ədəd kağız paketdə olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Gəncə şəhər Kəpəz RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 23 iyun 2021-ci il tarixdə saat 18 radələrində Gəncə şəhəri Ü.Hacıbəyov küçəsi “Dəyirmanın dairəsi” adlan yerin yaxınlığında müəyyən edilib, Gəncə şəhəri H.Əliyev prospekti 265 ünvanında yerləşən Kəpəz RPİ-nə dəvət edilmiş və həmin gün saat 18:30 radələrində qeyd olunan ünvanda onun üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf polietilen sellofana bükülü ilk baxışdan kəskin spesifik iyli qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Həmin istintaq hərəkəti videoçəkiliş ilə həyata keçirilmiş və videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-kimyəvi ekspertizasının 24 iyun 20 21-ci il tarixli 16/608 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Məhkum üzərindən aşkar olunan maddi sübut” sözlər və imzalar olan kağız paketdəki, 01 ədəd şəffaf rəngli, polietilen kəsiyi bükümündə təmiz çəkisi 11,215 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2021-ci il tarixli 1680 saylı arayışından görünür ki, Məhkum xx.xx.2019-cu il tarixdən opioidlərdən asılılıq diaqnozu ilə dispanser qeydiyyatındadır. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi hesab etmişdir ki, Məhkum 11 aprel 2021-ci il tarixdə törətdiyi cinayət əməli CM-nin 234.4.3-cü maddəsi ilə düzgün t övsif edilməmiş, onun narkotik vasitəni satış məqsəd ilə əldə etməsi heç bir mötəbər sübutla təsdiq edilmir. Belə ki, 11 aprel 2021-ci il tarixli baxış və götürmə protokolundan da görünür ki, onun avtomobilində narkotik vasitə olan heroin, pisixotrop maddə olan metamfetamin aşkar edilməsi ilə yanaşı həm də 4 ədəd istifadə edilmiş şpris də olmuşdur ki, bu hallar da onun narkotik vasitənin istifadəçisi və aludəçisi olmasını təsdiq edir. Göstərilən məhkəmə bu nəticəyə gələrkən Məhkum 2019-cu ildən Gəncə şəhəri üzrə narkoloji dispanserdə opioidlərdən asılılıq diaqnozu ilə qeydiyyatda durmasını, narkomaniya xəstəliyindən əzab çəkməsini, özünün də narkoman olmasını etiraf etməsini nəzərə almış və bu amillərə əsaslanaraq onun narkotik vasitəni və psixotrop maddəni məhz şəxsi istehlak məqsədilə əl də etməsini daha çox inandırıcı hesab etmişdir. Məhkum törətdiyi digər cinayətə münasibətdə isə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs tərəfindən 23 iyun 2021-ci il tarixdə törədilməsi iddia olunan cinayət faktı üzrə işin faktiki hallarını düzgün qiymətləndirməmiş və bu cinayətə münasibətdə əsassız nəticəyə gəlmişdir. Belə ki, apellyasiya baxışı zamanı ibtidai istintaqın və məhkəmənin gəldiyi həmin nəticələrin düzgünlüyünə əhəmiyyətli dərəcədə təsir edən və ittihamın əsassızlığını təsdiq edən hallar müəyyən edilmişdir. Hər bir sübutu ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərkən müəyyən edilmişdir ki, bu sübutlar heç də şərtsiz olaraq təqsirləndirilən şəxsin həmin cinayəti törətməsinə əsas vermir. Apellyasiya instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmanın təkrar törədilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasinin qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən cinayət əməli (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama və ya daşıma) formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Hazırki cinayət işi üzrə Məhkum narkotik vasitə və psixotrop maddələri satış məqdəsi ilə qanunsuz olaraq külli miqdarda əldə edib saxlaması və daşıması barədə verilən ittihamla bağlı ilk növbədə təqsirkar şəxsin məqsədinin əldə etdiyi narkotik vasitəni satmağa yönəldiyi sübuta yetirilməli, psixotrop maddələri məhz satış məqsədi ilə əldə etməsini təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə e tmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. 11 aprel 2021-ci il tarixdə Məhkum tərəfindən törədilmiş cinayətlə bağlı kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Məhkum idarə etdiyi avtomobilə baxış keçirilən zamanı aşkar edilmiş 0,889 qram və 2,330 qram olmaqla, ümumilikdə təmiz çəkisi 3,219 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və 0,051 qram və 0,033 qram olmaqla təmiz çəkisi 0,084 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin satış məqsədi ilə əldə etməsini təadiq edən hər hansı sübut müəyyən edi lmir. Belə ki, Məhkum 11 aprel 2021-ci il tarixdə avtomobilindən aşkar edilmiş heroinin ona məxsus olmasını apellyasiya baxışı zamanı da qəbul etmiş, eyni zamanda onun avtomobilindən 3 qramdan artıq metamfetaminin də çıxması təsdiq edilmişdir. Məhkum həmin metamfetaminin limon duzu olmasını iddia etsə də məhkəmə-kimyəvi ekspertizasının müvafiq rəyi ilə aşkar olunan kristalların psixotrop maddə olan metamfetamin olması təsdiq edilmişdir. Cinayət işinin materiallarından görünür ki, həmin tarixdə Məhkum üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinə və psixotrop maddə olan metamfetaminə görə 11 aprel 2021-ci tarixdə onun barəsində cinayət işi məhz CM-in 234.1-ci maddəsi ilə başlanmış, sonradan onun 23 iyun 2021-ci il tarixdə törətdiyi əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edildiyinə görə əvvəlki əməli də eynilə CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Məhkum narkotik vasitə və psixotrop maddənin satışı ilə bağlı hər hansı niyyəti müəyyən olunmamış və ibtidai istintaq orqanı qeyd edilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürərkən sırf həmin maddələrin külli miqdarda olmasına əsaslanmışdır. Təqsirkar şəxsin narkotik vasitəni və psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsini təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməmişdir ki, bu isə öz növbəsində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittihamın ehtimallar və fərziyyələr əsasında qurulması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin əsaslı olmasını təsdiq edir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin məhkumun 11 aprel 2021-ci il tarixdə idarə etdiyi avtomobilə baxış keçirilən zamanı aşkar edilib götürülmüş narkotik vasitə və psixotrop maddənin satış məqsədilə qanunsuz olaraq əldə etməsini, saxlamasını, daşımasını və s. təsdiq edə biləcək hər hansı sübut növünun müəyyn edilməməsi barədə gəldiyi nəticəni əsaslı hesab edir. Cinayət işi üzrə müəyyən edilmiş hallardan həmçinin görünür ki, 23 iyun 2021-ci il tarixdə Gəncə şəhər Kəpəz RPİ-nin CAB-nin əməliyyat müvəkkili X7 əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi haqqında qərar qəbul edərək göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatların a əsasən Məhkum narkotik vasitə qəbul edir, alqı-satqısı ilə məşğul olur və çox vaxt narkotik vasitəni üstündə saxlayır. Əməliyyat müvəkkilinin bu qərarı əsasında Məhkum 23 iyun 2021-ci il tarixdə tutulmuş, yenə də eyni tarixdə şübhəli şəxsin tutulması haqqında 23 iyun 2021-ci il tarixli qərar qəbul edilmişdir. Bu qərarda isə Məhkum CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli olması qeyd edilmişdir. Göründüyü kimi eyni gündə eyni polis orqanı tərəfindən eyni şəxs barəsində qəbul edilmiş iki qərardan birində onun tutulmasının əsası kimi həm narkotik vasitələrin alqısatqısı ilə məşğul olması, həm də yalnız narkotik vasitələrin istifadəçisi olması göstərilmişdir. Təqsirləndirilən şəxsin tutulmasının əsasını təşkil edən məlumatların ziddiyyətli olmasını nəzərə al araq apellyasiya instansiyası məhkəməsi həmin əməliyyat məlumatının ümumiyyətlə mövcudluğu barədə istintaq orqanının mövqeyini inandırıcı hesab etməmişdir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 17-ci bəndində göstərilmişdir ki, nəzərə almaq lazımdır ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi (CPM, maddə 28), hakimlərin müstəqilliyi (CPM, maddə 25), cinayət mühakimə icraatının aşkarlığı (CPM, maddə 27), cinayət prosesində tərəflərin çəkişməsi (CPM, maddə 32) və təqsirsizlik prezumpsiyası prinsipləri (CPM, maddə 21) ilə şərtləndirilən məhkəmə baxışının xüsusiyyətləri cinayət-prosessual qanunun müəyyən etdiyi prosedur daxilində yoxlanılmayan (yalnız əməliyyat-axtarış fəaliyyətin in subyektinə məlum olan, lakin baxılan konkret işin hallarına görə araşdırılması tələb olunan) məxfi məlumat əsasında şəxsin cinayət törətməkdə təqsirli bilinməsinə və cəzalandırılmasına yol vermir. Avropa Məhkəməsi də “Şöler Almaniyaya qarşı” işi üzrə (Scholer v. Germany, № 14212/10, § 77, 18 dekabr 2014-cü il) qərarda qeyd etmişdir ki, “Araşdırma predmeti olan cinayətin mahiyyətini nəzərə almaqla Konvensiya anonim agentlərdən ibtidai araşdırma zamanı istifadə olunmasını istisna etmir. Onların məlumatlarından məhkəmədə şəxsin təqsirliliyinin sübuta yetirilməsi zamanı istifadə olunması isə tamamilə fərqli vəziyyətdir”. Məhkum edilmiş şəxsin üzərində 23 iyun 2021-ci il tarixdə şəxsi axtarış aparılması ilə bağlı polis təhqiqatçısı tərəfindən tərtib edilmiş protokolun nəticələri də şübhə yar adır. Belə ki, 23 iyun 2021-ci il tarixli şəxsi axtarışla bağlı videoçəkilş aparılarkən Məhkum üstündən aşkar olunan polietilen torbada nə olması ilə bağlı təhqiqatçının sualına cavab “heroin olmalıdır” deməklə əslində torbada olan əşya haqqında dəqiq məlumatının olmadığını göstərmişdir. Halbuki o yazılı “etirafedici” ifadəsində üstündən aşkar olunan polietilen torbada olan predmetin heroin olduğunu və onu 3 gün əvvəl tapdığını bildirmişdir. Apellyasiya məhkəməsinin qənaətinə görə Məhkum 3 gün əvvəl tapması iddia olunan narkotik vasitəni baxış zamanı tanımaması və ya onun hansı növ narkotik vasitə olmasında tərəddüd etməsi əslində heroinin onun tərəfindən tapılmasını əsaslı şübhə altına alır. Bu isə onu deməyə əsas verir ki, təqsirləndirilən şəxs əsaslı şübhələrə malik sübut əsasında ittih am edilmişdir. Təqsirləndirilən şəxs Məhkum üzərində aparılan şəxsi axtarışın nəticələrinə dair 23 iyun 2021-ci il tarixli baxış protokolu əsaslı şübhələrdən kənar sübut standartına cavab vermir, bu səbəbdən ittihamın təsdiqində mötəbər sübut kimi nəzərə alına bilməz. Apellyasiya məhkəməsi nəzərə almışdır ki, 23 iyun 2021-ci il tarixli qeyri-mötəbər olan baxış protokolu 11 qram heroinin əldə edilməsi ilə bağlı bütün sübutların əsasını təşkil edir. Bütün sübutlara giriş əhəmiyyətinə malik olan bu protokol özü qeyri-mötəbər olduğuna görə onun əsasında əldə edilmiş digər sübutlar da şübhə altına düşür. Nəzərə alınmalıdır ki, bu narkotik vasitə ilə bağlı məhkəmə-kimyəvi ekspertizasının 24 iyun 2021ci il tarixli rəyi əslində mötəbər olmayan baxış protokolu əsasında əldə edilmişdir. Təqsirləndir ilən şəxs Məhkum 23 iyun 2021-ci il tarixdə törədilmiş cinayətlə bağlı etirafedici xarakterə malik ifadə verməsi ilə əlaqədar isə qeyd etmişdir ki, CPM-nin 126.6-cı maddəsinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Apellyasiya məhkəməsi təqsirləndirilən şəxsin istifadəsində olan ***-***-**-** və ******-**-** saylı Bakcell mobil nömrələrinə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək daxil olan və çıxan zəngləri, həmin nömrələrə daxil olan mesajları da araşdırmış və təqsirləndirilən şəxs Məhkum narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmasına dair hər hansı şübhəli hal aşkar etməmişdir. 23 iyun 2021-ci il tarixdə törədilmiş ci nayət hadisəsi ilə bağlı ittiham tərəfin təqdim etdiyi sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, habelə bu sübuları həm ayrı-ayrılıqda, həm də məcmu şəklində müqayisəli təhlil edərək belə nəticəyə gəlmişdir ki, Məhkum istinad olunan cinayətin onun tərəfindən törədilməsi mötəbər sübutlarla təsdiq edilmir. Bu tarixdə törədilən cinayətlə bağlı işin halları kifayət qədər ziddiyyətlidir, sübutlar zahiri baxışdan müəyyən əlamətlərə malik olsa da daxili inam baxımından yerəlilik və inandırıcılıq tələblərinə cavab vermir. Apellyasiya məhkəməsi yekun nəticəyə gələrək hesab etmişdir ki, Məhkum 11 aprel 2021-ci tarixdə narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə deyil, şəxsi istehlak məqsədilə əldə etmişdir, müvafiq olaraq onun əməlində CM-nin 234.1-ci maddəsinin tərkibi mövcudd ur. 23 iyun 2021-ci il tarixdə törədilməsi qeyd olunan cinayətin baş verməsində Məhkum təqsirliliyi sübuta yetirilmir. Bu cinayət hadisəsi ilə bağlı sübutlar ziddiyyətlidir, mötəbərlilik tələblərinə cavab vermir Məhkəmə kollegiyası qeyd edir ki, prosessual qanunverciliyin tələbinə görə hər hansı şəxsin cinayət törədilməsində təqsirli bilinməsi barədə istintaq orqanın (ittiham tərəfinin) təqdim etdiyi sübutlar konkret, mötəbər və kifayət qədər olmalı, şübhələr və ya ehtimallar üzərində qurulmamalı, mülahizələrə əsaslanmamalı, inandırıcı və "ağlabatan” olmalı, məhkəmədə daxili inam yaratmalıdır. Narkotik vasitənin külli miqdarda olması şəxsin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün yetərli deyildir və bu hər bir halda cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə yanaşı və müqayisəli şəkildə qiymətləndirilməlidir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-biri ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə Məhkum idarə etdiyi avtomobildən aşkar olunmuş narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə etməməsi, bu barədə ittihamın mötəbər sübutlar olmadan və ehtimallar üzərində qurulması barədə əsaslı nəticəyə gəlmiş və məhkumun Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə olan əməlini düzgün olaraq həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, 23 iy un 2021-ci il tarixdə törədilməsi qeyd olunan cinayətin baş verməsində Məhkum təqsirliliyi sübuta yetirilməməsi barədə də apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, Məhkum külli miqdarda narkotik vasitəni və psixotrop maddəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etməsinin birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunmaması, həmçinin 23 iyun 2021-ci il tarixdə törədilməsi qeyd olunan cinayətin baş verməsində onun təqsirliliyinin sübuta yetirilməməsi barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-o lmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlər inə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etm əklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası apellyasiya instansiyası məh kəməsinin qərarında müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi barədə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, Məhkum 11 aprel 2021-ci il tarixdə törətdiyi cinayətə münasibətdə onun əməlinin CM-in 234.4.2 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi, 23 iyun 2021-ci il tarixdə törətdiyi iddia olunan əmələ münasibətdə isə bu cinayət epizodu ona qarşı irəli sürlmüş ittihamın ümumi həcmindən xaric edilməsi qanuni və əsaslıdır. Göstərilən məhkəmə tərəfindən Məhkum törətdiyi cinayət əməlinin tövsifində səhvə yol verməmiş, kassasiya protestinin bu barədə dəlilləri əsassızdır. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğu n şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışı mərhələsində cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya protestinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 mart 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilm ədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 mart 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1566/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1566/2022
02.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver