Məhkəmə qərarları › İş №1(102)-1566/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1566/2024

22.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1566/2024 22.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRAR Hakimlər: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə; Məmmədli Əleyman Məmməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X3, Məhkum - Məhkum və Müdafiəçi - Müdafiəçi2 Çərkəz oğlunun iştirakları ilə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cina yət Məcəlləsinin 29, 120.2.2 və 29, 120.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 aprel 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 Çərkəz oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-188/2022 saylı, 17 noyabr 2022-ci il tarixli hökmü ilə 23 avqust 1970-ci il tarixdə Qusar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Qusar rayonu Samur qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda faktiki yaşamış, hal hazırda 1 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən, M əhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2 və 29, 120.2.4-cü maddələri ilə təqsirli bilinib, 11 (on bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 19 iyul 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsi Məhkum barəsində ittiham hökmü çıxarmışdır ona görə ki, o, 19 iyul 2021-ci il tarixdə, saat təxminən 17 radələrində Qusar rayonu Samur qəsəbəsində keçirilən toy məclisində sərxoş vəziyyətdə, heç bir səbəb olmadan həmkəndlisi Zərərçəkmiş şəxs yaxınlaşıb ona sataşaraq ünvanına nalayiq ifadələr işlətməklə onu təhqir etmiş, toy məclisini tərk etdikdən sonra saat təxminən 18 radələrində arvadı Şahid3 ilə yaşadığı evin qarşısında dayanarkən, həmin vaxt oradan arvadı Şahid8 ilə birlikdə keçən Zərərçəkmiş şəxs görüb yenidən ona sataşaraq “sizin kökünüzü çıxaracam” sözlərini deyib onu söyməyə başlamış, Zərərçəkmiş şəxs da ona öz iradını bildirən zaman, onun üstünə hücum etmiş, sərxoş vəziyyətdə özünü idarə edə bilməyərək Zərərçəkmiş şəxs sataşmasına görə, Şahid8 qonşuluqda yaşayan bacısı Şahid1 və onun əri Şahid2 köməyə çağırdığından, onlar da ora gəlmişlər, daha sonra isə ətrafdakılar onu çətinliklə sakitləşdirərək yaşadığı evə tərəf aparmalarına baxmayaraq, Məhkum yenidən əsəbi soyumadığından Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gələrək həmin niyyətlə yaşadığı evə gedib, mətbəx otağından mətbəx bıçağını götürüb yenidən yola çıxaraq, qaça-qaça Zərərçəkmiş şəxs üstünə hücum çəkmiş, bu zaman ona m ane olmağa çalışan arvadı Şahid3 qarşısını kəsməsinə, orada olan Şahid4, Şahid8 və Şahid1 da məhəl qoymayaraq öz əməllərini davam etdirərək öz davranışı ilə ictimai qaydalara qarşı açıqca etinasızlıq, özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik göstərərək xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs heç bir söz demədən, əlindəki bıçaqla onun arvadı Şahid8 və bacısı Şahid1 yanında onlara xüsusi əzab verdiyini dərk etməklə xüsusi amansızlıqla onu dayanmadan vuraraq qəsdən öldürmək məqsədi ilə ümumilikdə 6 dəfə onun bədəninin həyat üçün təhlükəli olan döş qəfəsinin sol tərəfinə, həmçinin qarın, bel nahiyələrinə bıçaqla ard-arda zərbələr vuraraq ona “döş qəfəsinin sol tərəfində qoltuq xətti üzrə İV qabırğa sahəsində bir y erdə, ön qoltuq xətti üzrə Vİİ qabırğa sahəsində bir yerdə, sol qabırğa altı sahədə bir yerdə, belində solda bir yerdə, bel oma nahiyəsində bir yerdə daxilə nüfuz etməyən kəsilmiş-deşilmiş yara, qarının ön divarında göbəkdən solda bir yerdə qarın boşluğuna nüfuz edib daxili üzvlərin zədələnməsinə səbəb olmayan kəsilmişdeşilmiş yara” ilə ifadə olunan, dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirib onu qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, lakin bu zaman Zərərçəkmiş şəxs özünü müdafiə etmək, Məhkum onu öldürməsinə mane olmaq üçün yumruq zərbəsi ilə onu vurub yerə yıxması, bundan sonra orada olan Şahid4 və Şahid3 onu çətinliklə saxlamalarına görə, Məhkum Zərərçəkmiş şəxs qəsdən öldürmək məqsədi ilə onun bədənini n müxtəlif nahiyələrinə qəsdən 6 dəfə bədən xəsarəti yetirməsinə baxmayaraq, öz iradəsindən asılı olmayan səbəblərə görə sonuncunu xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə yönəldilmiş qəsdən törədilən cinayət əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum və onun müdafiəçisi Müdafiəçi2 Çərkəz oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim: X5, hakimlər: X4 və X1 ibarət tərkibdə) 1(105)-149/2023 saylı, 05 aprel 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)188/2022 saylı, 17 noyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 aprel 2023-cü il tarixli qərarından təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi2 Çərkəz oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 aprel 2023-cü il tarixli qərarının ləğv edilib, Məhkum əməlinin CM-in 126.1 və 221.3-cü maddələrinə tövsif edilərək həmin maddələrin sanksiyası çərçivəsində cəza təyin edilməsi xahiş edilmişdir. 22 avqust 2024-cü il tarixdə Məhkum məhkəmə prosesi zamanı Ali Məhkəməsinin Cinayət Kollegiyasına ərizə ilə müraciət edərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 aprel 2023-cü il tarixli qərarından müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətin in baxılmadan geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının və müdafiəçinin ərizənin təmin edilməsi barədə çıxışlarını dinləyərək belə hesab edir ki, məhkumun ərizəsi təmin olunmalı, kassasiya şikayəti baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Həmin məcəllənin 414.7-ci maddəsində göstərilir ki, kassasiya instansiyası mə hkəməsində zərər çəkmiş şəxsin (xüsusi ittihamçının) nümayəndəsi yalnız zərər çəkmiş şəxsin (xüsusi ittihamçının) və onun qanuni nümayəndəsinin razılığı ilə öz kassasiya şikayətini, habelə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatda apellyasiya instansiyası məhkəməsində iştirak etmiş zərər çəkmiş şəxsin (xüsusi ittihamçının) nümayəndəsinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası Məhkum madafiəçisi Müdafiəçi2 Çərkəz oğlu tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsi haqqında məhkumun ərizəsini nəzərə alıb cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq həmin şikayətin geri qaytarılmasını mümkün hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CP M-in 414.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2 və 29, 120.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 aprel 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 Çərkəz oğlu tərəfindən verilmiş kassasiya şikayəti məhkumun özünün ərizəsinə əsasən baxılmadan geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar