Məhkəmə qərarları › İş №1(102)-1567/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1567/2023

09.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1567/2023 09.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, məhkumun edilmiş şəxsin müdafiəçisi “XXX25” Vəkil Bürosunun vəkili Müdafiəçi 1nın və Məhkum iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 fevral 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi 1 tərə findən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Qusar Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim A.Y.Vəliyev) Məhkum (xx xx xx 1964-cü ildə ünvan2də anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan1ndə qeydiyyatda olmaqla yaşayan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Məhkum üzərinə yaşadığı ünvan3ndəki evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, ünvan4nun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, məhkumun cəzasını yaşayış yeri üzrə çəkməsi, cəzaçəkmə müddətinin Məhkum cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Məhkum barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 fevral 2023-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim M.Ə.Rzayev, hakimlər E.G.Rəhimov və E.M.Əhmədovdan ibarət məhkəmə tərkibi) Məhkum müdafiəçisi Müdafiəçi 1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Qusar Rayon Məhk əməsinin 18 oktyabr 2022-ci il tarixli hökmü dəyşdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 fevral 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi 1 kassasiya şikayəti vermişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan, zərərçəkmiş şəxsin torpaq üzərində mülkiyyət hüququnu pozmaqla, 2000-ci ildə Zərərçəkmiş şəxsnə məxsus iki yerdə olmaqla kənd təsərrüfatı təyinatlı örüş sahəsi torpaqları kateqoriyasına aid olan 0,177 ha torpaq sahəsinin ətrafını ağac və kollar əkməklə çəpərləyərək ələ keçirib özbaşına tutmuş və orada müxtəlif növdən olan meyvə ağaclarını əkməklə zərərçəkmiş şəxsin torpaq üzərində mülki yyət hüququnu pozmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi 1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutların tədqiqinə dair cinayət-prosessual normaların tələbləri pozulmuş, o cümlədən məhkəmədə Məhkum verdiyi ifadələr nəzərə alınmamış, torpaq sahəsi ilə bağlı müdafiə tərəfinin razılaşmadığı 2022-ci il 01 sentyabr tarixli məhkəmətorpaqsünaslıq ekspertizasının rəyini vermiş ekspertin, habelə müdafiə tərəfinin şahid qismində dindirilməsini təklif etdiyi ünvan5 sakini X1 məhkəmə istintaqının gedişində dindirilməsindən əsassız olaraq imtina edilmiş, məhkəmədə dindirilmiş şahidlərin ifadələri isə bir-biri və digər sübutlarla müqayisə edilməmiş və düzgün qiymətləndirilməmiş, nəticədə Məhkum təqsirliliyi sübuta yetirilmədiyi halda Azər baycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirli bilinmişdir. Həmçinin, kassasiya şikayətində Məhkum təqsirli bilindiyi torpaq üzərində mülkiyyət hüquqlarını pozma cinayətinin uzanan cinayət olduğu qeyd edilərək, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçib-keçməməsi ilə bağlı, eləcə də cəzanın təyininə dair məsələlərin Cinayət Məcəlləsinin tələblərinin pozulmasına yol verilməklə, ədalətsiz şəkildə həll olunduğu qeyd olunmuşdur. Müdafiəşi Müdafiəçi2 kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.3 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntuları yaradan hallar kimi qiymətləndirərək, həmin əsaslarla Qusar Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli hökmünün və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsini, Məhkum təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət veriməsinə dair qərarın çıxarılmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normal arının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum müdafiəçisi Müdafiəçi 1 kassasiya şikayətində məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərinin pozulduğunu, nəticədə Məhkum təqsirliliyini təsdiq edən sübutlar olmadığı halda onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair ittiham hökmünün çıxarıldığını və cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə baxmayaraq cəzaya məhkum olunduğunu iddia etməklə, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilib cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.3, 416.1.21-ci maddələrində, habelə kassasiya şikayətinin məznununa görə CPM-in 416.1.11-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu şikayətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 fevral 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkum müdafiəçisi Müdafiəçi 1nın kassasiya şikayətindən görünür ki, o, Məhkum məhkəmə aktlarında göstərilən bələdiyyə torpağını zəbt etmədiyini, torpaq sahələrinin X12 adlı şəxsə məxsus olduğunu iddia etməklə, Məhkum barəsində əsassız olaraq ittiham hökmünün çıxarılması haqqında qənaətini və bu qənaətdən irəli gələn apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, təqsirliliyin sübuta yetirilməməsi əsası ilə cinayət işi üzrə icraata xitam verilməsi haqqında tələbini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi və özünün işin faktiki hallarına ver diyi fərqli təsvirlər üzərində qurmuşdur. Bu isə onu göstərir ki, müdafiəçi kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə təl əbin (o cümlədən, Məhkum təqsirliliyinin sübuta yetirilməməsinə baxmayaraq, Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair ittiham hökmünün çıxarılması haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, müdafiə tərəfi eyni dəlilləri apelyasiya şikayətində də irəli sürmüş v ə apellyasiya şikayətinə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlamış, cinayəti təşkil edən faktiki halların müəyyən edilməsi zamanı sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinə əməl olunub-olunmaması, faktiki hallara cinayət qanunu normasının tətbiqi, birinci instansiya məhkəməsində cinayət-prosessual qanunun digər tələblərinin gözlənilib-gözlənilməməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 188.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir. Həqiqətən də, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, cinayəti təşkil edən faktiki halların müəyyən edilməsi zamanı Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin prinsiplərinin, sübutların araşdırılması qaydalarının pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya instansiyası məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum əməlində Cinayət Məcəlləsinin 188.3-cü maddəsində göstərilən cinayətin tərkibinin olması, onun həmin maddə ilə təqsirli bilinməsi barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Belə ki, hökmdə təsvir edilmiş XXX45nin məktubu ilə təqdim olunmuş 06 may 2022ci il tarixli mütəxəssis rəyinə, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə ekspertizasının 01 sentyabr 2022-ci il tarixli 10/5010 saylı rəyinə görə Məhkum özünə aid olmayan X6 məxsus 0,177 ha torpaq sahəsini zəbt etmişdir. Kassasiya şikayətində məhkəmələr tərəfindən dindirilmədiyi vurğulanan və mübahisəli torpağın bələdiyyə mülkiyyətinə deyil, m əhz ona aid olduğu iddia edilən Şahbaz adlı şəxs bir neçə il əvvəl vəfat etdiyi üçün qismən məhkəmə istintaqı aparılmaqla keçirilən apellyasiya baxışı gedişində həmin şəxsin oğlu X3 şahid qismində dindirilmiş, eləcə də zərərçəkmiş X5 nümayəndəsi X7 dinlənilmişdir. Şahid X10un ifadəsi ilə Məhkum X6 məxsus 0,177 ha torpaq sahəsini zəbt etməsi inkar olunmamış, Nümayəndə isə həmin faktı birbaşa təsdiq emişdir. Qeyd olunan və digər sübutlar müvafiq olaraq birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı təsvir edilib, onların həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, məhkəmə kollegiyası hazırki qərarda sübutların daha ətraflı təsvir və şərh edilməsinə zərurət görmür və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddə si ilə təqsirli bilinməsi üzrə məhkəmələrin gəldikləri nəticələri şübhə altına almaq üçün əsas tapmır. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə dair kassasiya şikayətində irəli sürülmüş dəlil də əsassız olduğundan, məhkəmələrin Məhkum təqsirli bilinməsi və cəzalandırılmalı olması barədə nəticələrinə şübhə yaratmır. Belə ki, cinayət işinin materiallarından görünür ki, Məhkum müstəntiqin 17 iyul 2021-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə bu qərar çıxarıldığı vaxtadək törətdiyi hərəkətlərə, yəni həmin tarixədək uzanan kənd təsərrüfatı təyinatlı torpaq üzərində mülkiyyət hüququnu pozma cinayətinə görə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. CM-in 15.3-cü maddəsinə əsasən həmin əməl az ağır cinayət kimi təsnif edilir. CM-in 75.1.3-cü maddəsinə gö rə isə az ağır cinayətlər üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti 7 il təşkil edir. Uzanan cinayətlərin faktiki başa çatma anı təqsirkarın özünün cinayətə son verməsinə yönəlmiş hərəkətləri (məsələn, könüllü gəlib təqsirini boynuna alma) və yaxud cinayətin davam etməsinin qarşısını alan hər hansı bir hadisənin baş verməsi ilə (məsələn, səlahiyyətli dövlət orqanının gördüyü tədbirlər nəticəsində təqsirkarın tutulması, başqa şəkildə cinayəti davam etdirə bilməsinin qarşısının alınması kimi hallarla) əlaqələndirilir. Məhkum təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə 17 iyul 2021-ci il tarixli qərar buna qədər onun törətdiyi əməllərə son verən akt kimi çıxış etdiyi üçün, cinayət məsuliyyətinə cəlb etmə müddəti də (7 il) həmin tarixdən hesablanmalıdır. Qusar Rayon Məhkəməsinin Məh kum barəsində 18 oktyabr 2022-ci ildə çıxardığı hökm apellyasiya instansiyası məhkəməsi tərəfindən hökmün dəyişdirilmədən saxlanılmasına dair qərar çıxarıldığı vaxtdan (09 fevral 2023-cü il tarixdən) qüvvəyə mindiyinə və qeyd olunan tarixədək 7 il keçmədiyinə görə Məhkum CM-in 188.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti də keçməmişdir. Apellyasiya instansiyası məhkəməsi Məhkum müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar Məhkum təyin olunmuş cəzanı yoxlayarkən də hər hansı pozuntuya yol verməmiş, ona hökmlə təqsirli bilindiyi Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təyin olunmuş 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını dəyişdirilmədən saxlamaqla cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair CM-in müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl etmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsində göstərilən, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan 416.1.3, 416.1.11, 416.1.21-ci maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair müdafiəçinin və məhkum edilmiş şəxsin, habelə kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdaf iəçisi Müdafiəçi 1nın kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi 1nın kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 09 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar