Məhkəmə qərarları › İş №1(102)-1567/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1567/2025

23.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1567/2025 23.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2024-cü il tarixli (kassasiya şikayətinin hərəkətsiz saxlanılması barədə) və 28 avqust 2024-cü il tarixli 1(105)-385/2024 nömrəli (kassasiya şikayətinin baxılmamış saxlanılması barədə) qərarlarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin (sədrlik edən hakim Rəşad Mustafayev) 6 dekabr 2023-cü il tarixli 1(060)-681/2023 nömrəli hökmü ilə xx xxxxxxxx 1980-ci ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri, 4-cü mkr., ev 30/80, mənzil 2-də qeydiyyatda olan, Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 18, otaq 171 ünvanında yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcə lləsinin (bundan sonra CM-in) 177.2.2 və 177.2.31-ci maddələri ilə təqsirli bilinib 2 (iki) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 68.1.1-1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(060)-31/2023 nömrəli hökmü ilə təyin edilmiş 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki gününün azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qismən toplanılmış və ona qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun 16 mart 2023-cü il tarixdən 18 mart 2023-cü il tarixədək tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş cəzanın müddətinə bir günə bir gün hes abı ilə hesablanmaqla üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 5 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə 2 sentyabr 2022-ci il tarixdə saat 16 radələrində ünvan 2 ünvanda yerləşən Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının birinci mərtəbəsində masanın üzərində Zərərçəkmiş şəxs məxsus işlək vəziyyətdə olan 1 ədəd 220 (iki yüz iyirmi) manat dəyərində olan “İphone 7” markalı mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vuraraq oğurluq etmiş dir. Bundan başqa, o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədi ilə oğurladığı Zərərçəkmiş şəxs məxsus “İphone 7” markalı mobil telefonda olan “Birbank” mobil tətbiqinə qanunsuz daxil olaraq sonuncuya məxsus elektron məlumat daşıyıcısı hesab olunan Kapital Banka aid 416973******7919 nömrəli plastik kartı hesabından xx.xx.2022-ci il tarixdə saat 12:37-də 750 (yeddi yüz əlli) manat, həmin tarixdə saat 12:42-də 41 (qırx bir) manat olmaqla ümumilikdə 791 (yeddi yüz doxsan bir) manat pulu, bundan başqa Zərərçəkmiş şəxs məxsus elektron məlumat daşıyıcısı hesab olunan Kapital Banka aid **********311366 nömrəli plastik kartı hesabından xx.xx.2022-ci il tarixdə saat 12:39-da 364 (üz yüz altmış dörd) manat olmaqla ümumilikdə 1155 manat pulu həmin hadisədən xəbərsiz olan qohumu X1 məxsus "xx xx" ASC-yə məxsus 409858******5009 nömrəli kartın hesabına köçürmüş, sonra həmin pul vəsaitindən 1000 manat pulu xx.xx.2022-ci il tarixdə saat 19:36-da Sumqayıt şəhəri, 3-cü mikrorayon, Sülh küçəsində yerləşən "xxxx" ASC-ə məxsus bankomatdan çıxarıb nağdlaşdırmaqla ələ keçirib Zərərçəkmiş şəxs 1155 manat miqdarında maddi ziyan vurmaqla elektron məlumat daşıyıcılardan istifadə edərək oğurluq etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Məhəmmədəli Rzayev (sədrlik edən və məruzəçi), Elman Rəhimov və Elman Əhmədov) 14 mart 2024-cü il tarixli 1(105)-136/2024 nömrəli qərarı ilə Məhkum apellyasiya şikayətindən imtina edilməsinə dair ərizəsi qəbul edilmiş və məhkumun müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətinin baxılmasına xitam verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Rəşadət Ağayev (sədrlik edən və məruzəçi), Ruhiyyə Əsgərova və Azər İsmayılov) 23 may 2024-cü il tarixli 1(105)-385/2024 nömrəli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 6 dekabr 2023cü il tarixli 1(060)-681/2023 nömrəli hökmündən təqsirləndirilən şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti hərəkətsiz saxlanılmış və ona Azərbaycan Respublikası CPMin 386-cı maddəsinin tələblərinin yerinə yetirilməsi üçün 20 (iyirmi) gün müddət verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elman Əhmədov (sədrlik edən və məruzəçi), Elman Rəhimov və Məhəmmədəli Rzayev) 28 avqust 2024-cü il tarixli 1(105)-385/2024 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2024-cü il tarixli, 1(105)-385 /2024 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti baxılmamış saxlanılmışdır. Məhkum kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2024-cü il tarixli və 28 avqust 2024-cü il tarixli qərarlarının ləğv edilməsini və onun məhkəməyə təkrar müraciət etmək hüququnun bərpa olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri: Məhkum kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2024-cü il tarixli1(105)-385/2024 və 28 avqust 2024-cü il tarixli 1(105)-385/2024 nömrəli qərarlarından narazı olduğunu bildirərək qeyd edir ki, həmin qərarlar onun təkrar apellyasiya şikayəti vermək hüququnu məhdudlaş dırır. Belə ki, onun Sumqayıt Şəhər Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli hökmdən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası CPM-in 386-cı maddəsinin pozulmasını bəhanə gətirərək hərəkətsiz saxlanılması barədə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2024-cü il tarixli qərarı əsassızdır. O, apellyasiya şikayəti vermək üçün müddəti buraxmamış, apellyasiya şikayəti onun tərəfindən hökmün sürətinin aldığı vaxtdan 20 gün müddətində verilmişdir. Bu cinayət işinə əlavə edilmiş qəbzlə təsdiq olunur. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2024-cü il tarixli qərarından onun tərəfindən verilmiş kassasiya şikayəti də həmin məhkəmənin 28 avqust 2024-cü il tarixli qərarı ilə heç bir əsas olmadan qanunsuz olaraq baxılmamış saxlanılmışdır. Məhkum şikayətində bildirmişdir ki, birinci instansiya məhkəməsinin hökmündən ilk dəfə müdafiəçisi tərəfindən apellyasiya şikayəti vermiş və məhkəmə gedişatında o, müdafiəçisinin şikayətindən imtina etmişdir. Lakin bu imtina onun da hüquqlarını kobud şəkildə pozmuşdur. Belə ki, şikayətçi öz fikrində müdafiəçisinin şikayətindən imtina etdikdən sonra özünün şikayət vermək istədiyini bildirə bilməmiş bu da onun hüquqlarının pozulmasına gətirib çıxartmışdır. Şikayətçinin fikrincə onun özünün apellyasiya şikayəti vermək hüququ hələdə olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini araşdırıb, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəm əsinin Cinayət kollegiyasının 23 may 2024-cü il və 28 avqust 2024-cü il tarixli qərarından verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə biri nci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2024-cü il tarixli qərarı ilə məhkumun Sumqayıt Şəhər Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli hökmündən verilmiş apellyasiya şikayəti hərəkətsiz saxlanılmışdır. Həmin qərardan məhkum tərəfindən verilmiş kassasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 avqust 2024-cü il tarixli qərarı ilə baxılmamış saxlanılmışdır. Məhkum öz kassasiya şikayətində qeyd etmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2024-cü il tarixli və 28 avqust 2024-cü il tarixli qərarları qanunsuz və əsassız olmaqla onun təkrar apellyasiya müraciət hüququnu məhdudlaşdırır. Məhkəmə kollegiyası məhkumun kassasiya şikayətinin əsas dəlili məhz onun apellyasiya şikayəti vermək hüququnun əsassız məhdudlaşması ilə əlaqədar olduğundan ilk növbədə həmin kassasiya şikayətinin apellyasiya şikayətinin hərəkətsiz saxlanılması barədə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2024-cü il tarixli qərarının əsaslığını yoxlamaq zəruri həsab edir. Məhkum kassasiya şikayətinin başlıca dəlili birinci instansiya məhkəməsinin ittiham hökmündən onun tərəfindən verilmiş apellyasiya şikayətinin hərəkətsiz saxlanılması əsassız və qanunsuz olmasıdır. Belə ki, Məhkum kassasiya şikayətində iddia edir ki, Sumqayıt Şəhər Məhkəməsinin hökmün sürəti gec al mış, bu iş materiallarına əlavə edilmiş qəbzlə təsdiq olunur. Hökmün sürəti aldıqdan sonra o, qanunla nəzərdə tutulmuş 20 gün ərzində apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri iş materialları ilə müqayisəli şəklində araşdırıb onları əsaslı hesab etmir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 6 dekabr 2023-cü il tarixli 1(060)-681/2023 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir. 26 dekabr 2023-cü il tarixdə Məhkum müdafiəçisi Müdafiəçi2 həmin hökmdən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin məhkəmə iclas protokolundan göründüyü kimi, apellyasiya baxışı zamanı 29 fevral 2024-cü il tarixdə apellyasiya şikayətinə dair müdafiəçinin dəlilləri dinlənildikdən sonra təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayətinə əlavəni hazırlamaq məqsədilə məhkəmə iclasında fasilə elan olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxsin vəsatəti təmin edilərək iclasda 14 mart 2024-cü ilədək fasilə elan olunmuş, həmin tarixdə keçirilən məhkəmə iclasında isə təqsirləndirilən şəxs apellyasiya şikayətinə yazılı əlavə təqdim etmişdir. Məhkəmə tərəfindən təqdim edilən əlavə qəbul edilmişdir. Müdafiəçinin apellyasiya şikayətinə və təqsirləndirilən şəxsin həmin apellyasiya şikayətinə əlavəyə apellyasiya baxışı zamanı təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayətindən imtina etmişdir. Apellyasiya instansiyası məhkəməsi məhkumun apellyasiya şikayətindən imtinasını qəbul edərək apellyasiya şikayətinə baxılmasın a xitam verilməsi barədə 14 mart 2024-cü il tarixdə qərarı qəbul etmişdir. Qeyd edilməlidir ki, həmin qərardan məhkum kassasiya şikayəti vermiş və Ali Məhkəmənin 04 fevral 2025-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 14 mart 2024-cü il tarixli qərarı qüvvədə saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsinin məhkəmə iclas protokolundan görünür ki, məhkum və onun müdafiəçisi məhkəmə baxışında iştirak etmiş, baxış zamanı çoxsaylı vəsatətlər irəli sürmüş, lakin məhkum özünə hökmün surətinin verilməməsi barədə məlumat verməmiş, hökmün ona təqdim edilməsi üçün vəsatət də qaldırmamışdır. Məhkəmə iclasında sədrlik edən hakim məhkəmə baxışının keçirilməsi ilə bağlı vəsatətlərin olub-olmaması barədə sual verdikdə, məhkum vəsatətinin olmadığını bildirmişdir. 29 fevral 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında isə Məhkum müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə hazırlamaq məqsədilə iclasda fasilə elan olunması barədə vəsatət vermiş, lakin yenə də hökmün surətinin ona təqdim olunması ilə bağlı müraciət etməmişdir. Məhkəmə tərəfindən bir neçə günlük fasilədən sonra keçirilmiş növbəti iclasda məhkum apellyasiya şikayətinə yazılı əlavə təqdim etmiş və həmin əlavə məhkəmə tərəfindən qəbul olunmuşdur. Məhkum və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti və həmin şikayətə əlavə apellyasiya instansiyası məhkəməsində baxıldıqdan və qərar qəbul edildikdən sonra Məhkum Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, mübahisələndirdiyi hökmün surətinin ona təqdim edilməsini xahiş etmişdir. Məhku mun müraciəti əsasında hökmün surəti ona 18 aprel 2024-cü il tarixdə təqdim edilmişdir. Bundan sonra, 19 aprel 2024-cü il tarixdə Məhkum barəsində Sumqayıt Şəhər Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli hökmündən təkrarən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti hərəkətsiz saxlanılmış və Azərbaycan Respublikası CPM-in 386-cı maddəsinin tələblərinin yerinə yetirilməsi üçün 20 gün müddət təyin edilmişdir. Azərbaycan Respublikası CPM-in 391.4-cü maddəsinə əsasən bu Məcəllənin 386 və 387-ci maddələrinin tələbləri yerinə yetirilmədikdə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin hərəkətsiz saxlanılması barədə qərar çıxarır və öz qərarı ilə həm in tələblərin yerinə yetirilməsi üçün 10 (on) gündən 20 (iyirmi) günədək müddət təyin edir. Təyin edilmiş müddət ərzində həmin tələblər yerinə yetirilmədikdə, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmiş hesab edilir və baxılmamış saxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, məhkum və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya instansiyası məhkəməsində baxıldıqdan sonra məhkumun müraciəti əsasında ona hökmün surətinin təqdim edilməsi, apellyasiya şikayətinin verilməsi müddətinin hökmün surətinin təqdim edildiyi gündən yenidən hesablanmasına əsas vermir. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı CPM-in 391.1-ci maddəsinin tələblərinə uyğun qəbul edilmişdir və Məhkum məhkəmə qərarından şikayət vermək hüququnun pozulması barədə irəli sürdüyü iddia əsassızdır. Məhkəmə kollegiyası Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2024-cü il tarixli qərarına məhkumun kassasiya şikayətinə baxılması ilə əlaqədar, onun kassasiya şikayətinin Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 avqust 2024-cü il tarixli qərarına aid hissəsinə münasibət bildirilməyə zəruri hesab etmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq kassasiya kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayar aq həmin şikayətin təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2024-cü il tarixli 1(105)385/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2024-cü il tarixli 1(105)-385/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar