Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1568/2022 30.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum1 müdafiəçisi, Sumqayıt şəhəri 01 saylı Vəkil Bürosunun vəkili Əsədov Kərimxan Əmirxan oğlunun iştirakları ilə xx xxxx 1988-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qe ydiyyatda olmaqla, ünvan 2rayədə yaşamış, hal hazırda həbsdə olan X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, ** *** 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 2də qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, hal hazırda həbsdə olan Məhkum2 Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 oktyabr 2021-ci il tarixli qərarından məhkum X3 müdafiəçisi, Sumqayıt şəhəri 01 saylı Vəkil Bürosunun vəkili Əsədov Kərimxan Əmirxan oğlu və Məhkum2 müdafiəçisi, Bakı şəhəri 03 saylı Vək il Bürosunun vəkili Ağayev İslam Sabir oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 mart 2021-ci il tarixli hökmü ilə (hakimlər: C.C.Nəbiyev (sədrlik edən), M.V.Məmmədov və İ.Q.Abdullayev) X6 - Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 32.5, 206.3.2-ci maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə Məhkum1 qəti cəza 09 (do qquz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının başlanğıcının 12 fevral 2020-ci ildən hesablanması hökm edilmişdir. Məhkum2 - Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 32.5, 206.3.2-ci maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə Məhkum2 qəti cəza 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum2 cəzasın ı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının başlanğıcının 12 fevral 2020-ci ildən hesablanması, Məhkum2 CM-in 93.1.2-ci maddəsinə əsasən, cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumların müdafiəçiləri tərəfindən apellyasiya şikayətləri verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 oktyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər: M.Ə.Bağırov (sədrlik edən), R.M.Cəfərov və K.S.Bəşirov) apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 mart 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə görə Məhkum1 və Məhkum2 CM-in 32.5, 206.3.2, 23 4.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, məhkum edilmişlər ona görə ki, onlar tanışları “X10” adlı İran İslam Respublikası (bundan sonra – İİR) vətəndaşı və şəxsiyyətləri məlum olmayan digər şəxslərlə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı məqsədi ilə əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli, qaçaqmalçılıq yolu ilə keçirməklə Azərbaycan Respublikasında realizəsini təşkil etmə barədə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, 11 fevral 2020-ci ildə saat 23:30 radələrində cinayətkar qrupun məlum olmayan üzvləri tərəfindən satış məqsədi ilə qanunsuz olaraq Azərbayca n Respublikasının gömrük nəzarətindən kənar və ondan gizli, qaçaqmalçılıq yolu ilə gətirilərək Biləsuvar-Cəlilabad avtomobil yolunun Biləsuvar rayonunun Nəsimi kəndi ərazisindən keçən hissəsində yolun sağ tərəfində yerləşən yanacaq-doldurma məntəqəsinin yaxınlığında otların arasında gizlədilən bir ədəd sintetik torbanın içərisindəki 5 ədəd polietilen torbada qablaşdırılmış 2735,0 qram çəkidə, külli miqdarda narkotik vasitə heroini və 835,0 qram çəkidə külli miqdarda psixotrop maddə olan metamfetamini gizlədildiyi yerdən götürmək üçün Bakı şəhərindən Məhkum2 idarə etdiyi“ KİA Sorento” markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə gedərək oradan bir ədəd sintetik torbanın içərisində, 5 ədəd polietilen torbada qablaşdırılmış, yuxarıda qeyd edilən külli miqdarda narkotik v asitə heroini və külli miqdarda psixotrop maddə olan metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib onları avtomobilin sağ ön oturacağının ayaqaltı hissəsində qoyub saxlamaqla İmişli rayonu istiqamətində hərəkət etmiş, 12 fevral 2020-ci ildə saat 00:15 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum2 idarə etdiyi “KİA Sorento” markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobili İmişli rayonunun Məzrəli kəndi ərazisində saxlanılaraq, İmişli şəhəri, H.Əliyev prospekti 127 ünvanında yerləşən İmişli rayon polis şöbəsinin inzibati binasının həyətinə gətirilmiş, avtomobilə keçirilmiş baxış zamanı avtomobilin sağ qabaq oturacağının ayaqaltı hissəsində üzərində “R1” yazılaraq yapışqan lentlə bağlanmış bi r ədəd polietilen bağlamanın içərisində təmiz çəkisi 940,0 qram, üzərində “R2” yazılaraq yapışqan lentlə bağlanmış bir ədəd polietilen bağlamanın içərisində təmiz çəkisi 1150,0 qram, üzərində “4S” yazılaraq yapışqan lentlə bağlanmış bir ədəd polietilen bağlamanın içərisində təmiz çəkisi 465,0 qram və yapışqan lentlə bağlanmış bir ədəd polietilen bağlamanın içərisində təmiz çəkisi 180,0 qram, ümumi təmiz çəkisi 2735,0 qram olan kustar üsulla hazırlanmış eyni tərkibli olmaqla külli miqdar təşkil edən narkotik vasitə heroin, eləcə də üzərində “R1” yazılaraq yapışqan lentlə bağlanmış bir ədəd polietilen bağlamanın içərisində təmiz çəkisi 185,0 qram, üzərində “R2” yazılaraq yapışqan lentlə bağlanmış bir ədəd polietilen bağlamanın içərisində təmiz çəkisi 175,0 qram, üzərində “4S” yazılaraq yap ışqan lentlə bağlanmış bir ədəd polietilen bağlamanın içərisində təmiz çəkisi 440,0 qram və yapışqan lentlə bağlanmış bir ədəd polietilen bağlamanın içərisində təmiz çəkisi 35,0 qram, ümumi təmiz çəkisi 835,0 qram olmaqla eyni tərkibli psixotrop maddə olan külli miqdarda metamfetamin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum X3 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 oktyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni baxış təyin olunmasına dair qərar qəbul edilməsi xahiş olunur. Müdafiəçi qeyd edir ki, məhkum haqqında olan cinayət işi üzrə həm ibtidai araşdırma orqanı, həm də aşağı instansiya məhkəmələri tərəfindən istintaq cina yət-prosessual qanunvericiliyinin tələblərinin pozulması ilə keçirilmiş, təqsirləndirilən şəxsin hüquqları və müdafiə tərəfinin vəsatətləri əsassız olaraq təmin edilməmişdir. Belə ki, Məhkum1 aşkar olunan bağlamanı İİR-nın vətəndaşı olan X11 adlı tanışının xahişinə əsasən Biləsuvar rayonu ərazisindən götürərək İmişli rayonu ərazisinə gətirdiyini və bağlamanı telefonda danışdığı şəxsə təqdim etdikdən sonra polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Lakin həmin bağlamanın içərisində narkotik vasitələr olmasından və bağlamanın respublika ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsindən xəbəri olmamışdır. Bundan əlavə, Məhkum1 ilkin izahatını polis əməkdaşlarının diktəsi ilə yazmış, həmin izahat alınarkən ona qarşı təsir və təzyiq tətbiq olunmuş, hətta ona kömək olunacağına dair yalan vədlər verilərək aldadılmış və nəticədə həqiqəti əks etdirməyən izahat və onun da əsasında ifadələri alınmışdır. Belə ki, Məhkum1 izahatında görülən “bu xidmətin” qarşılığında ona X11 tərəfindən 1000 manat pulun göndəriləcəyi barədə yazılanlar həqiqəti əks etdirməyərək polis əməkdaşlarının təsiri nəticəsində yazılmış cümlələrdir. Əslində, tanışı X11ın İİR-dan ona göndərmiş olduğu əşyalara görə sonuncuya heç bir haqq ödənməmiş, vəd olunmamışdır. Müdafiəçi qeyd edir ki, Məhkum1 və digər Məhkum2 qarşı polis əməkdaşları tərəfindən əvvəlcədən düşünülmüş əməliyyat tədbiri həyata keçirilmişdir. Məhkum1 bağlamanı telefonda danışan şəxsə verdiyini və bundan sonra onun şübhəli danışmasından şübhələnərək oradan uzaqlaşmaq istərkən avtomobilin qarşısının kəsildiyini, avtomobilin şüşələrinin sın dırılaraq onların zorla avtomobildən çıxarıldıqlarını bildirmişdir. Lakin xx.xx.2020-ci il tarixli «baxış və götürmə aparılması barədə» protokolda bunlar barəsində heç bir qeyd aparılmamışdır. Əgər nəqliyyat vasitəsinə baxış keçirilirsə, onun zahiri vəziyyəti, üzərində olan əziklər, sınıqlar barədə qeydlər aparılmamışdır. Sözügedən protokolda əməliyyat tədbirinin gedişatından bəhs olunmayaraq Məhkum1 və Məhkum2 narkotik vasitə gəzdirməsinə dair şübhələr olduğundan polis şöbəsinə gətirilmələri və baxış zamanı ayaqaltından boz rəngli torbanın aşkar olunduğu, torbada narkotik vasitəyə bənzər kütlələr olduğu yazılmışdır. Əgər həmin protokol iş üzrə sübut kimi qəbul olunmuşdursa, onda belə bir sual yaranır. Məhkum1 bağlamanı qəbul edən şəxs kimdir, həmin bağlama qəbul olunmuşdursa, yenidən avto mobilin ayaqaltından bağlama necə aşkar oluna bilərdi. İttiham aktında olan şahid X2 ifadəsində qeyd olunur ki, o, İİR-nın vətəndaşı olan X11 adlı şəxslə narkotik vasitə alınmasına dair danışaraq razılaşmış, X11 ona 050 *** ** ** nömrəsini verərək Məhkum1 adlı şəxsin ona narkotik vasitəni çatdıracağını bildirmişdir. Bundan sonra o, Məhkum1la telefonda danışmış, görüş yerini müəyyən etmişlər, saat 00.10 radələrində KİA markalı avtomobillə ora yaxınlaşan Məhkum1 avtomobildən düşməyərək pəncərədən bir ədəd bükümü ona vermiş, həmin vaxt o, ətrafda olan polis əməkdaşlarına işarə etmiş və polislər yaxınlaşaraq onları tutmuşlar. Göründüyü kimi, əməliyyat tədbirində mülki şəxs olan X13 iştirak etmiş və narkotik vasitələr olan bağlamanı Məhkum1 qəbul etmişdir. Ancaq tərtib olunmuş protokolların h eç birində bundan bəhs olunmamışdır. Odur ki, həmin protokollar iş üzrə mötəbər sübut kimi qəbul oluna bilməzlər. Müdafiə tərəfinin vəsatəti əsasında şahid X2 məhkəməyə çağrılaraq ifadəsinin alınması xahişi olunmuş, birinci instansiya məhkəməsi vəsatəti təmin etsə də, onun gətirilməsini təmin etməmişdir. X2 dindirilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən də təmin olunmamışdır. Müdafiəçi həmçinin hesab edir ki, Məhkum1 bağlamanı respublika ərazisində əldə etmiş, həmin bağlamanın dövlət sərhədindən və ya gömrük sərhədindən nə cür keçirilməsi yaxud kim tərəfindən keçirilməsi və nə vaxt keçirilməsi barədə heç bir məlumatı olmamışdır. Məhkum1 narkotik vasitənin gömrük sərhədindən keçirilməmişdən əvvəl məlumat verilməsini təsdiq edən heç bir sübut əldə edilməmiş. Ona görə də Məhkum1 on a istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup şəxs halında iştirak etməmişdir. Məhkum2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 oktyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin apelyasiya instansiyası məhkəməsində yeni baxış təyin olunmasına dair qərar qəbul edilməsi xahiş olunur. Müdafiəçi qeyd edir ki, Məhkum2 haqqında olan cinayət işi üzrə apelyasiya instansiyası məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Belə ki, məhkəmələr müdafiə tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız olaraq imtina etmiş, iş üzrə toplanmış sübutlar düzgün tədqiq edilib qiymətləndirilməmişdir. Belə ki, Məhkum2 iş üzrə digər təqsirləndirilən şəxs Məhkum1 ilə əvvəllər heç bir münasibətləri olmamış, o, sonuncunu taksi fəaliyyəti ilə məşğul olan sürücü kimi 80 manat pul müqabilində qardaşının tanışının xahişi ilə Biləsuvar rayonuna gətirmiş, həmçinin Məhkum1 hansı məqsədlə buraya gəlməsi, kiminlə və nə barədə danışıqlar aparması barədə məlumatı olmamış, daşınacaq bağlamada narkotik vasitə və psixotrop maddə olmasından xəbərsiz olmuş, aralarında narkotiklə bağlı hər hansı bir danışıq və ya razılaşma olmamışdır. Müdafiəçi hesab edir ki, ibtidai istintaq orqanı və məhkəmələr Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs qismində satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib saxlayaraq daşımasına dəlalət edən sübutlar kimi fiziki və psixi təzyiqlər altında Məhkum2 və Məhkum1 ifadələrinə istinad etmişlər. Halbuki, həmin ifadələr cinayət prosessual qanunvericiliyin kobud şəkildə pozulması ilə əldə edilmişdir. Midafiəçinin fikrincə, Məhkum2 ittihamının qaçaqmalçılıqda köməkçiliklə bağlı hissəsi də əsassızdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya şikayətlərinin təmin edilməsi barədə müdafiəçi K.Əsədovun, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxl anılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum1 və Məhkum2 məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişlər. Bu zaman məhkəmələr iş üzrə şahidlərin ifadələrinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkumların müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətlərində məhkumların əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunmaları mübahisə olunur. Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsinə əsasən: “Narkotik vasitələrin, psixotrop madd ələrin və ya onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənə dlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi”nə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 206.3-cü maddəsinə görə “Bu Məcəllənin 206.1– 206.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: 206.3.2. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə— beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən: “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinə əsasən “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma” cinayət tərkibi yaradaraq məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsinə əsasən “Bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər: 234.4.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə; 234.4.3. külli miqdarda törədildikdə” – beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Az ərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispoz isiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Şikayətlərdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən məhkumlar Məhkum1 və Məhkum2 əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni özlərinin qismən etirafedici ifadələri ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək q anunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumların qeyd edilən cinayətləri törətmələri ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunmas ı qənaətindədir. İş materiallarından görünür ki, məhkumlar Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləri özlərinin ibtidai araşdırma zamanı verdikləri qismən etiraf edici ifadələri ilə yanaşı, şahidlər X10, X13, X8, X11, X7 ifadələri, “ifadələrin yerində yoxlanılması haqqında” protokol, “baxış və götürmə haqqında” 12 fevral 2020-ci il tarixli protokol, mobil telefonlara baxış keçirilməsi haqqında protokollar, məhkəmə-kimyəvi ekspertizasının 12 fevral 2020-ci il tarixli 187 saylı rəyi, məhkəmə-narkoloji ekspertizasının 27 aprel 2020-ci il tarixli, 1075 saylı rəyi, məhkəmə-narkoloji ekspertizasının 16 iyul 2020-ci il tarixli, 1971 saylı rəyi, işin digər halları və habelə toplanmış digər sübutlarla tam sübuta yetirilmişdir. Məhk əmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin Məhkum1 və Məhkum2 barələrində cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumların törətdikləri cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumların şəxsiyyətlərini düzgün nəzərə almış, onlara törətdikləri cinayətin ağırlığına, şəxsiyyətlərinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədil məsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəz a sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkumlar Məhkum1 və Məhkum2 barələrində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, ilk dəfə cinayət törətmələrini, onların məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxslər qismində verdikləri ifadələrində törətdikləri cinayəti qismən etiraf etmələrini, yaşayış yeri üzrə müsbət xarakterizə olmalarını, həmçinin Məhkum1 ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində yaşlı valideynllərinin və bacısının olm asını onların cəzalarını yüngülləşdirən hallar kimi, cəzalarını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onların islah olunmasına təsirini nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının 25-ci bəndində mənasına görə məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə t utulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanm ası həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, məhkumlar Məhkum1 və Məhkum2 elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumlar barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü v ə mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətlərinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətlərinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 oktyabr 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətlər təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CP M-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum1 və Məhkum2 barələrində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 oktyabr 2021-ci il tarixli qərarı məhkum X3 müdafiəçisi Əsədov Kərimxan Əmirxan oğlu və Məhkum2 müdafiəçisi Ağayev İslam Sabir oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1568/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1568/2022
30.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver