Məhkəmə qərarları › İş №1(102)-1569/2018

Ali Məhkəmə Qərar — İş №1(102)-1569/2018

13.12.2018 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1569/2018 13.12.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ “13” dekabr 2018-ci il şəhəri Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri: Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə; Hüseynov Sərxan Sərvər oğlunun katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3 oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xx 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfin dən verilmiş kassasiya şikayətinə əsasən məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xx 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim F.Ə.Qəniyev, hakimlər: M.A.Xankişiyev və M.M.Ağalarov) xx xxx 1977-ci il tarixdə Tovuz rayonunun Qovlar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə 04 (dörd) il 06 (altı) ay müddətinə, Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə 09 (doqquz) ay müddətinə aza dlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, ibtidai araşdırma mərhələsində şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin edilmiş cəzadan çıxılaraq onun üzərində cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzaçəkmə müddətinin başlanğıcı hökmün elan edildiyi xx xx 2018-ci il tarixdən hesablanmaqla 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs xx xx 2017-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Binəqədi rayon u, Binəqədi şossesindəki “Daş bazarı”nın yaxınlığında yerləşən TİR parkda tanışı X4 ilə növbəli idarə etdikləri “DAF” markalı **-VF-*** dövlət qeydiyyat nişanlı avtomaşını Ə 2017-ci ilin yay aylarında idarə edərkən daş hasarına sürtməklə zədələdiyindən təmirinə xərclədiyi vəsaiti sonuncudan qaytarmasını tələb etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı, özünün idarə etdiyi “DAF” markalı **-KJ-*** dövlət qeydiyyat nişanlı yedəkli dartıcı avtomaşının kabinəsində qanunsuz olaraq naməlum mənbədən əldə etdiyi və avtomaşında saxladığı zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab olunan qatlanan ov tipli bıçaqla Əun döş qəfəsi nahiyəsinə bir dəfə vuraraq ona döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən, yetirildiyi anda insan həyatı üçün təhlükəli olan deşilmiş-kəsilmiş yar ası kimi ağır dərəcəli bədən xəsarəti yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xx 2018-ci il tarixli qərarı ilə (hakim N.E.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər Ə.İ.Qasımov və Ə.N.Bayramov) məhkum Təqsirləndirilən şəxs müdafiəçisi X5 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xx 2018ci il tarixli hökmü dəyişdirilərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təyin olunmuş 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 04 (dörd) ilə endirilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən hazırki qərarla təyin edilmiş cəza ilə hökmlə Azərbaycan Respublikası CM-nin 228-4-cü maddəsi ilə təyin olunmuş 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla ona cinayətlərin məcmusu üzrə qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, ibtidai araşdırma mərhələsində şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin edilmiş cəzadan çıxılaraq onun üzərində cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzaçəkmə müddətinin başlanğıcı hökmün elan edildiyi xx xx 2018-ci il tarixdən hesablanmaqla 04 (dörd) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xx 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublika sı Ali Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2018-ci il tarixli iclasına təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 13 saylı Cəzaçəkmə Müəssisəsindən məhkum Təqsirləndirilən şəxs ərizəsi daxil olmuş, ərizədə o verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Kassasiya kollegiyası kassasiya şikayətinin geri qaytarılması barədə dövlət ittihamçısının çıxışını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti geri qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəy işdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normalara uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin şikayət geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 414.1 və 414.5-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Məhkum Təqsirləndirilən şəxs barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xx 2018-ci il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən veri lmiş kassasiya şikayəti geri qaytarılsın. Sədrlik edən: Əziz Seyidov Hakimlər: İnqilab Nəsirov Fərhad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar