Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1569/2022 30.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə xx xxxxxx 1986-cı ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki nəfər azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla, hə min ünvanda yaşamış, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2022-ci il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Əsədov İlqar Həsən Ağa oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Masallı Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli hökmü ilə (hakim F.Z.Əliyev) Məhkum - Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli c əzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 06 yanvar 2022-ci ildən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və məhkum edilmiş şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2022-ci il tarixli qərarı ilə (hakimlər: M.Ə.Bağırov (sədrlik edən), İ.H.Əhmədov və K.S.Bəşirov) apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkum ibtidai istintaq orqanı tərəfindən CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkəməyə verilmişdir ona görə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə 04 ədəd bükümlərdə, ümumi təmiz çəkisi 0,179 qram olan narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində qanunsuz saxlamaqla daşımış, Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat–axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri qəbul etməkdə, üzərində gəzdirməkdə və satışında şübhəli olduğundan xx.xx.2022-ci il tarixdə, saat 16 radələrində Masallı şəhəri, İsgəndərli dairəsi yaxınlığında saxlanılaraq Masallı RPŞ-nə gətirilmiş, şöbədə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd kiçik şəffaf sellofan paketin içərisində 04 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri-0,058 qram, 0,037 qram, 0,051 qram, 0,033 qram olmaqla, ümumi təmiz çəkisi 0,179 qram olan, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynilik təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Dövlət ittihamçısı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, nəticədə təqsirləndirilən şəxs Məhkum əməlinin tövsifində səhvə yol verilmişdir. Belə ki, cinayət işinin ibtidai istintaqı zamanı Məhkum özünü CM-in 234.2- ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə narkotik vasitə almaq məqsədi ilə saat 10 radələrində Lənkəran rayonu Qumbaşı kəndinə getmiş, orada tanımadığı bir nəfər şəxsdən dörd büküm narkotik vasitə heroini 20 manata alıb bir hissəsini özü istifadə edib bir hissəsini də, satib qazanc əldə etmək üçün üzərində daşıyaraq, Masallı şəhərinə qayıdıb Köhnə Bazar adlanan əraziyə getmiş,orada üzdən tanıdığı narkotik vasitə aludəçilərinə rast gəldiyi halda,Qumbaşı kəndindən aldığı narkotik vasitənin bir hissəsini onlara satib qazanc əldə etmək niyyətində olmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli "şəxsi axtarış və götürmə haqqında" protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəç inin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Məhkum üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən, içərisində 4 ədəd gümüşü rəngli siqaret kağızında (bükülmüş siqaret kağızı ilə birlikdə 0,08 qram, 0,08 qram, 0,12 qram, 0,11 qram) büküm olan 1 ədəd şəffaf sellofanda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Şifahi sorğu-sual zamanı Məhkum həmin narkotik vasitəni Lənkəran rayonu Qumbaşı kəndində tanımadığı şəxsdən aldığını, həmin narkotik maddələrin bir qismini özü istifadə etmək məqsədi ilə, digər qismini isə satış məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Buna baxmayaraq, məhkəmələr Məhkum əməlini CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edərkən yalnız təqsirləndirilən şəxsin məhkəmədə ver diyi qeyri-səmimi, həqiqətə uyğun olmayan, ziddiyyətli, özünü müdafiə xarakterli, digər sübutlarla təkzib olunan və konkret hüquqi əsasa söykənməyən ifadələrinə, eləcə də iş üzrə toplanmış mötəbər sübutlarla təkzib olunan öz subyektiv mülahizələrinə və ehtimallara əsaslanmışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassas iya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual q anunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Məhkum əməlinin tövsifi mübahisə edilir. Apellyasiya instansiyası məhkəməsinin qərarı müdafiə tərəfindən mübahisələndirilmədiyindən, məhkəmə kollegiyası yalnız dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə məhkəmə qərarına münasibət bildirməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”ya görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində “Satış məqsədi ilə qanunsuz olara q narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş büt ün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz, saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlid ir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etm əyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2 saylı, 04 mart 2011-ci il tarixli Qərarının 9cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələr i satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda istinad edilən normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qər arlarında verilən şərhlərə və Ali Məhkəməsinin Plenumunun müvafiq qərarında olan tövsiyələrə əsaslanaraq kassasiya protestində qeyd edilən dəlillərlə razılaşmır və bildirir ki, Azərbaycan Respublikası CPMnin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Məhkum ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif edilmiş cinayət əməlini CM-in 234.1-ci maddəsinə tövsif etmiş, apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq həmin hökmü dəyişdirilmədən qüvvədə saxla mışdır. Belə ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib, CM-in 234.1-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, bədənində ağrılar olduğundan təxminən 3 ilə yaxındır narkotik vasitələrdən istifadə etmişdir. Əsasən narkotik vasitə heroindən istifadə etmiş, narkotik vasitələr qəbul etmədikdə bədənində kəskin ağrılar olmuşdur. Ağrıları başladığı üçün xx.xx.2022-ci il tarixdə səhər saatlarında narkotik vasitə almaq məqsədi ilə Lənkəran rayonu, Qumbaşı kəndinə getmək qərarına gəlmiş və həmin gün saat 10 radələrində Masallı şəhəri Köhnə Bazar adlanan əraziyə gedib oradan tanımadığı şəxsə məxsus dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı avtomobillə Lənkəran rayonu, Qumbaşı kəndinə getmişdir. Qum başı kəndində tanımadığı şəxsdən dörd büküm narkotik vasitə heroini 20 manata almış, sonra dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı VAZ 2106 markalı avtomobillə Masallı şəhərinə qayıdıb Seybətin dairəsi adlanan ərazidə avtomobildən enmiş və yaşadığı Ərkivan qəsəbəsinə getmək qərarına gəlmişdir. Bu məqsədlə xx.xx.2022-ci il tarixdə saat 16 radələrində “Köhnə Bazar” adlanan ərazinin yaxınlığından İsgəndərli dairəsinə tərəf hərəkət etdiyi zaman üç nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmışlar. Həmin şəxslər xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞ-nin polis əməkdaşları olduqlarını və onun qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə, üzərində daşımaqda və satışında şübhəli olduğunu bildirmişlər. Sonra polis əməkdaşları şifahi formada ondan üzərində narko tik vasitə olub-olmamasını soruşduqda, o, həmin vaxt qorxduğundan polis əməkdaşlarına heç bir cavab verməmişdir. Bundan sonra polis əməkdaşları onlarla birlikdə polis şöbəsinə getməli olduğunu bildirdikdə, o, polis şöbəsinə getməyə etiraz etməmiş və həmin polis əməkdaşları onu polis şöbəsində xidməti otağa gətirmişlər. Xidməti otaqda polis geyimində olan bir nəfər özünü Masallı RPŞ-nin TB-nin təhqiqatçısı kimi təqdim etmiş və qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu, bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə yazılı bildiriş vermişdir. Daha sonra o, müdafiəçi ilə təmin olunmuşdur. Təhqiqatçı üzərində şəxsi axtarış aparılacağını və bu zaman video-çəkilişdən istifadə olunacağını b ildirmiş və üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməsini təklif etdikdə, o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən dörd ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş narkotik vasitə olan heroinin olduğu kiçik sellofan paketi çıxararaq təqdim etmiş və özü üçün istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Üzərindən aşkar olunan 04 ədəd bükümlərdə olan narkotik vasitə heroinlər ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş, zərfə qoyularaq möhürləndikdən sonra üzərinə imzalar edilmişdir. Bütün bunlar barədə təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və ucadan oxunduqdan sonra protokol iştirakçılar tərəfindən imzalanmışdır. O, heç vaxt narkotik maddələrin satışı ilə məşğul olmamış, üstündən aşkar olunan narkotik madd ələri satmaq niyyəti olmamış, heç kimlə satılması üçün danışıqlar aparmamışdır. Həmçinin təqdim etdiyi narkotik vasitə heroini ayrı-ayrı bükümlərə bölməmiş, heroini bükümlərə bölünmüş vəziyyətdə almışdır. Hazırda etdiyi əməldən peşmandır. Məhkəmədən ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində iki nəfər azyaşlı uşağının olmasını nəzərə alaraq, barəsində mümkün qədər yüngül cəza təyin edilməsini xahiş etmişdir. Cinayət işinin ibtidai araşdırılması zamanı verdiyi ifadələrində də Məhkum üzərində aşkar edilmiş narkotik vasitələrin ona məxsus olduğunu etiraf etsə də, bildirmişdir ki, həmin narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etmişdir. İş materiallarında Məhkum narkotik vasitələrin hər hansı formada satışı ilə məşğul olması barədə heç bir sübut müəyyən edilməmişdir. Birinci i nstansiya məhkəməsində şahid qismində dindirilmiş, Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Masallı rayonu, Ərkivan qəsəbə sakini Məhkum qanunsuz olaraq narkotik maddələr qəbul etməsi, üzərində gəzdirməsi və satışı ilə məşğul olması ilə bağlı ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Məhkum şübhəli şəxs qismində saxlanması, RPŞ-yə gətirilməsi və müvafiq qaydada üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar “Təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” tərəfindən qərar qəbul edilmişdir. Həmin gün Masallı RPŞ-in rəisinin əmri ilə onun rəhbərliyi və qrup üzvü kimi Masallı RPŞ-nin CAB-nın əməliyyat müvəkilləri Şahid3 və Şahid2 ibarət əməliyyattəhqiqat qrupu yaradılmışdır. Həmin gün saat 16 radələrində Məhkum Masallı şəhəri İsgəndərli dairəsi yaxınlığında şübhəli şəkildə piyada hərəkətdə olmasını müşahidə edib ona yaxınlaşmışlar. Orada Məhkum xidməti vəsiqələrini təqdim edərək Masallı RPŞ-nin polis əməkdaşları olduqlarını, onun qanunsuz olaraq narkotik maddələr qəbul etməkdə, üzərində gəzdirməkdə və satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, üzərində narkotik vasitə olub-olmadığını soruşmuşlar. Həmin vaxt Məhkum heç bir cavab vermədiyi üçün özünü daha da, şübhəli aparmağa başlamışdır. Orada Məhkum üzərinə şəxsi axtarış keçirilməsi üçün əlverişli şərait olmadığından onu RPŞ-nə dəvət etdikdə, sonuncu etiraz etməyərək onlarla birlikdə Masallı RPŞ-nə gəlmişdir. RPŞ-də təhqiqatçı X10 xidməti otağına daxil olduqdan sonra təhqiqətçı Məhkum şübhəli kimi tutulma səbəbini izah edilərək hüquq və vəzifələrini elan etdikdən sonra bu barədə bildiriş təqdim etmişdir. Bu zaman Məhkum ərizə ilə müraciət edərək maddi imkanı olmadığından dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmiş və müdafiəçi qismində Masallı rayon Vəkil bürosunun vəkili Şahmarov Tofiq Şirin oğlu dəvət olunmuşdur. Sonra təhqiqatçı X10 Məhkum üzərinə şəxsi axtarış keçirilən zaman video çəkilişdən istifadə olunacağı barədə iştirakçılara bildirmiş və sonuncuya üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsini təklif etdikdə, Məhkum əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən içərisində 04 ədəd bükümlərdə olan narkotik vasitə heroinin olduğu kiçik sellofan paketi çıxararaq təhvil vermişdir. Daha sonra edilən sorğu-sual zamanı Məhkum təqdim etdiyi bükümləri xx.xx.2022-ci səhər saatlarında Lənkəran rayonu, Qumbaşı kəndində tanımadığı şəxsdən öz şəxsi istifadəsi və satmaq məqsədi ilə 20 manata aldığını və üzərində saxladığını bildirmişdir. Bundan sonra Məhkum üzərindən aşkar olunan 04 ədəd bükümlərdə olan narkotik vasitə heroinlər ayrıayrılıqda elektron tərəzidə çəkilmiş, zərfə qoyularaq möhürlənmiş və üzərinə imzalar edilmişdir. Bütün bunlar barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol ucadan iştirakçılara oxunduqdan sonra doğruluğu imzalarla təsdiq olunmuşdur. Məhkum əvvəllər tanımamış və onunla arasında hər hansı ədavəti və düşmənçiliyi olmamış, şöbəyə gətirilərkən və orada üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı heç bir fiziki və ya psixi təsir göstərilməmiş, onun satış məqsədilə üzər ində narkotik vasitə gəzdirməsində əməliyyat məlumatı daxil olsa da, həmin narkotik vasitə heroini nə vaxt və kimdən alması, harada və kimlərə satacağı barədə məlumatı olmamışdır. Şahid Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan video diskə keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı rayon Vəkil Bürosunun vəkili Şahmarov Tofiq Şirin oğlu, Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid1, Şahid3, polis leytenantı Şahid2, Masallı RPŞ-nin Kriminalistik TQ-nun baş inspektor kriminalisti, X3 iştirakları ilə Masallı RPŞ-nin TB-nin təhqiqatçısı X5 tərəfindən təqsirləndirilən şəxs Məhkum üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə, predmet və əşya varsa könüllü olaraq iştirakçılara təqdim etməs i təklif olunmuş, Məhkum əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən içərisində 04 ədəd bükümlərdə olan narkotik vasitə heroinin olduğu kiçik sellofan paketi çıxarıb təqdim edərək, bükümləri xx.xx.2022-ci səhər saatlarında Lənkəran rayonu, Qumbaşı kəndində tanımadığı şəxsdən öz şəxsi istifadəsi və satmaq məqsədi ilə 20 manata aldığını və üzərində saxladığını bildirmişdir. Daha sonra heroinə bənzər maddə elektron tərəzidə çəkilmiş və ayrı-ayrılıqda çəkilərinin 0,08 qr, 0,08 qr, 0,12 qr, 0,11 qr olduğu müəyyən olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum aşkar olunmuş narkotik vasitənin satış məqsədi ilə əldə edib saxlaması nə ibtibai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşl arı da təqsirləndirilən Məhkum narkotik vasitələrin satışı ilə məşğul olması və ondan aşkar olunmuş narkotik vasitələri satış məqsədi ilə əldə edib saxlamasını bildirsələr də, bunu təsdiq edən real məlumatların və faktların, narkotik vastəni kimə və necə satması barədə heç bir sübut olmadığını göstərmişlər. Həmçinin, Məhkum istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi halları müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum üzərində aşkar edilmiş narkotik vasitələri satış məqsədi ilə əldə etməsi barədə heç bir mötəbər sübut əldə edilməmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, sübutların həcmi və ümumiyyətlə, işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif edilməsi üçün əsaslar verm ir. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin Məhkum əməlinin CM-in 234.1ci maddəsi ilə tövsif edilməsinə dair gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üz rə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPM-in 416.1.2-416.1.15-ci maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2022-ci il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1569/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1569/2022
30.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver