Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1569/2024 07.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının və Məhkum müdafiəçisi – XXX5nun vəkili Müdafiəçi1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 mart 2024-cü il tarixli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi idarəsinin Ap ellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə, habelə Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli hökmü ilə (sədrlik edən hakim Ə.Q.Quliyev, hakimlər T.Q.Hüseynov və F.A.Namazovdan ibarət məhkəmə tərkibi) Məhkum (xx xxxx 1985-ci il tarixdə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada usta və taksi fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərd ə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 9 mart 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 mart 2024-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim E.Ə.Mehdiyev, hakimlər E.E.Rəhimov və F.İ.Əyyubovdan ibarət məhkəmə tərkibi) Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti, həmçinin Məhkum və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiy asının 14 mart 2024-cü il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti, Məhkum müdafiəçisi Müdafiəçi1 isə kassasiya şikayəti vermişlər. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımışdır. Be!ə ki, Məhkum xx xx xx 2023-cü il tarixdə Bakı şəhəri “XXX10” adlanan yerdə istintaqa məlum olmayan şəxsdən qanunsuz olaraq bir ədəd bükümdə təmiz çəkisi 50,008 qram, yəni külli miqdarda olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi olmadan əldə edib üzərində saxlamaqla daşımış, xx xx xx 2023-cü il tarixdə saat 10:45 dəqiqədə XXX15-nin CAŞ-nin və XXX20nin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının qarşısında idarə etdiyi “XX5" markalı ** xx xx xx *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə saxlanılaraq XXX20nin inzibati binasına gətirilmiş, orada onun üzərində şəxsi axtarış aparılarkən əynindəki tünd göy rəngli idman gödəkcəsinin sağ yan cibindən 1 (bir) ədəd qara rəngli sellofan paketə bükülmüş təmiz çəkisi 50,008 qram narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki ibtidai istintaq zamanı toplanmış sübutlarla Məhkum onun üzərindən aşkar edilərək götürülmüş bir bükümdə cəmi 50,008 qram - külli miqdar təşkil etməklə şəxsi istehlak miqdarından 333 dəfə çox olan heroin narkotik vasitəsini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, daşıması və saxlamas ı, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi təsdiq olunduğu halda, birinci instansiya məhkəməsi sübutlara və işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlib, əsassız olaraq Məhkum əməlinin hüquqi tövsifini ittiham aktında göstərilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-1-ci maddəsinə dəyişmiş, apelyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən saxlamaqla maddi və prosessual hüquqi normaların pozuntularını aradan qaldırmamışdır. Kassasiya protestinin digər dəlili isə odur ki, Məhkum CM-in 8, 58.3-cü maddələrinin tələbləri pozulmaqla, o cümlədən onun şəxsiyyəti, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, törədi lmə halları lazımınca nəzərə alınmadan həddindən artıq yüngül – 3 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2024-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydalar pozulmuş, o cümlədən, Məhkum məhkəmədə verdiyi ifadəsində polis əməkdaşları tərəfindən saxlanıldıqda ona təzyiq göstərilərək şərlənməsini, guya üzərindən qanunsuz olaraq saxladığı narkotik vasitənin aşkarlanıb götürülməsinə dair saxta sübutların yaradılmasını, şəxsi axtarış və götürmə protokolunda və ona uyğun olaraq tərtib olunmuş ittihamda göstərilən narkotik vasitəyə aidiyyətinin olmamasını, polis tərəfindən üzərinə qoyulmasını bildirməsi nəzərə alınmamış, nəticədə polis orqanının ondan götürülmüş narkotik vasitə kimi rəsmiləşdirdiyi bir bükümdə 50,008 qram çəkidə heroin narkotik vasitəsinə aidiyyatı olmadığı, həmin narkotik vasitənin onun tərəfindən əldə edilib, üzərində saxlanılması və daşıması sübuta yetirilmədiyi halda, əsassız və qanunsuz olaraq törətmədiyi cinayətə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsi rli bilinib ağır cəzaya məhkum edilmişdir. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2024-cü il tarixli qərarının ləğv edilməsini, Məhkum barəsində cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya şikayətinə mahiyyəti üzrə bax araq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində birinci instansiya məhkəməsinin sübutları düzgün tədqiq edib-qiymətləndirmədiyini, nəticədə əsaslar olmadığı halda Məhkum onun üzərindən aşkar edil ərək götürülmüş bir bükümdə külli miqdar təşkil edən 50,008 qram heroin narkotik vasitəsini satış məqsədi olmadan qanunsuz olaraq əldə etməsi, daşıması və saxlaması haqqında nəticəyə gəlib təqsirkarın əməlinin hüquqi tövsifini ittiham aktında göstərilən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-1-ci maddəsinə dəyişdirdiyini və ona həddindən artıq yüngül cəza təyin etdiyini, apelyasiya instansiyası məhkəməsinin isə bu qanunsuz və əsassız nəticələrlə razılaşdığını iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş h allarla əlaqələndirmişdir. Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların tədqiqinə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə Məhkum guya ondan aşkar olunub-götürülən predmet kimi rəsmiləşdirilmiş narkotik vasitəyə aidiyyəti olmadığı və təqsirliliyi sübuta yetirilmədiyi halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib ağır cəzaya məhkum olunduğunu iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, Məhkum barəsində cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.11-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtlə ndirən əsaslar kimi təsbit olunmuş hallarla əsaslandırmışdır. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini və Məhkum müdafiəçisinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 mart 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Kassasiya protestindən görünür ki, dövlət ittihamçısının Məhkum narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması haqqında qənaətə gəlməsinə həlledici şəkildə Məhkum aşkar edilmiş narkotik vasitənin – heroinin kütləsinin külli miqdar – 50,008 qram təşkil etməklə şəxsi istehlak miqdarından təxminən 333 dəfə çox olması, habelə ambulator məhkəmə -narkoloji yoxlamanın rəyinə görə Məhkum narkomaniya xəstəliyinin aşkarlanmaması səbəb olmuşdur. O, həm də mövqeyini “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli 2 nömrəli qərarına istinad etməklə əsaslandırmış və qeyd etmişdir ki, Plenumun həmin qərarına görə də narkotik vasitəni satmaq niyyətinin olub-olmamasının müəyyən edilməsi zamanı narkotikin miqdarı nəzərə alınmalıdır. Ali Məhkəmənin Plenum qərarının kassasiya protestində istinad olunan müddəasında (9-cu bəndinin 2-ci abzasında) məhkəmələrə izah olunur ki, “təqsirkar şəxsin narkotik vasit ələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Məhkəmə kollegiyasının qənaətinə görə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarından gətirilmiş həmin müddəa belə dövlət ittihamçısının irəli sürdüyü dəlillərin mübahisələndirilən məhkəmə aktlarının təkzib edilməsi üçün kifayət etmədiyini göstərir. Çünki, Plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması tövsiyə olunur. Plenum qərarının müddəalarının mənasına görə şəxsin narkom aniya xəstəliyinə düçar olmasının, keçmişdə narkotiklərdən istifadə etməsinin müəyyən olunmaması da onun aşkar edilmiş narkotik vasitəni məhz satış üçün əldə edib saxlamasına dair nəticəni əvvəlcədən müəyyən edən, satış məqsədinin mövcudluğunu sübuta yetirmək vəzifəsini ittiham tərəfinin üzərindən qaldıran hal kimi şərh edilə bilməz. Plenum qərarının müddəaları ilə müqayisə etməklə hazırki işin hallarına baxdıqda görünür ki, ambulator məhkəmə-narkoloji yoxlamanın gedişində Məhkum narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmasa da, eyni zamanda ondan götürülmüş 50,008 qram heroinin külli miqdar olduğu müəyyən edilsə də, Məhkum digər istehlakçılarla razılıq əldə etməsi, satış üçün narkotik vasitəni xırda bükümlərə qablaşdırması, onda narkotik vasitələrin hazırlanması, çəkilməsi üçün ava danlığın olması kimi hallar müəyyən edilməmiş, belə vəziyyətdə birinci instansiya məhkəməsi haqlı olaraq Məhkum narkotik vasitəni məhz satmaq məqsədilə əldə edib saxladığını, daşıdığını söyləmək üçün kifayət qədər faktiki əsasların olmaması haqqında nəticəyə gəlmiş, bu nəticə ilə apelyasiya instansiyası məhkəməsi də razılaşmışdır. Məhkəmələrin həmin halların mövcud olmaması və təqsirkarın hərəkətlərində məhz CM-in 234.1-1-ci maddəsinin tərkibinin olması haqqında yekun qənaətləri birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin yekun qərarında ətraflı təsvir olunmuş sübutlarla uzlaşır. Belə ki, Məhkum istər məhkəməyədək icraatda, istərsə də birinci və ya apellyasiya instansiyası məhkəməsində cinayət işinə baxılarkən narkotik vasitələrin satışı ilə məşğul old uğunu bildirməmiş, ümumiyyətlə ondan götürülmüş narkotik vasitəyə aidiyyətini inkar etmişdir. “Şəxsi axtarış və götürmə haqqında” 06 may 2016-cı il tarixli protokola əsasən Məhkum aşkar edilib-götürülmüş narkotik vasitə (heroin) satış üçün xırda bükümlərə deyil, cəmi bir bükümə qablaşdırılmışdır (şübhəli şəxs Məhkum protokolu imzalamaqdan imtina etsə də, həmin istintaq hərkətində müdafiəçi qismində dəvət olunmuşXXX30nun vəkili X15 iştirak etmiş və o, protokola dair qeydlər verməmişdir). İş üzrə dindirilmiş şahidlərdən (polis əməkdaşları Şahid1, Şahid3, Şahid2 və Şahid4) heç biri Məhkum narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib saxlamasına və daşımasına dair ittihamı təsdiq edə biləcək konkret hal barədə məlumat verməmişlər. Onlar müstəsna olaraq Məhkum əməliyyat məlumatı əsasında saxlanılıb polis şöbəsinə gətirilməsini və orada keçirilən şəxsi axtarışın gedişində onun üzərindən yuxarıda qeyd olunan narkotik vasitənin aşkar edilib götürülməsi faktını təsdiq etmişlər. Cinayət işinin materialları arasında olan XXX35nin 15 aprel 2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Məhkum narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasının əməliyyat yolu ilə yoxlanılmasına dair əməliyyat tapşırığı üzrə də onun narkotik vasitələrin satışı ilə məşğul olduğunu təsdiq edən konkret faktlar barədə məlumat əldə edilməmişdir. Təsvir olunanlardan, ümumiyyətlə cinayət işinin materiallarından belə görsənir ki, birinci instansiya məhkəməsi Məhkum cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci mad dəsinə tövsif edərkən, apelyasiya instansiyası məhkəməsi isə bu nəticə ilə razılaşarkən kassasiya protestində irəli sürülmüş iddianın əksinə olaraq, tam, hərtərəfli və obyektiv olaraq araşdırılmış, CPM-in tələblərinə, o cümlədən 144-146-ci maddələrinə uyğun olaraq yoxlanılıb-qiymətləndirilmiş sübutların məcmusuna, onların gerçək məzmunundan irəli gələn faktiki hallara əsaslanmışlar. Belə ki, ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyası prinsipi (CPM, maddə 21) şəxsin təqsiri Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-in 21.2-ci maddəsinə görə bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndiril ən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə “şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır” (maddə 28.5). Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 14 4, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: _ məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; _ bu sübutlar ittihamın qiymətləndiril məsi üçün kifayət etdikdə; _ məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Birinci instansiya məhkəməsinin əməlin hüquqi tövsifinin CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə dəyişdirilməsinə və Məhkum həmin maddə ilə təqsirli bilinməsinə dair hökmünü və bu hökmün dəyişdirilmədən saxlanılmasına dair apelyasiya instansiyası məhkəməsinin yekun qərarını yuxarıda təsvir edilən normalarla müqayisə etdikdə istər ittihamın həlli üçün əhəmiyyət kəsb edən faktiki halların müəyyən edilməsi, istərsə də müəyyən edilmiş hallara cinayət-hüquqi normanın tətbiqi və təqsirlilik məsələlərində məhkəmələrin qənaətini şübhə altına almaq üçün əsasların olmadığı müəyyən olunur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Məhkum təyin olunm uş, apellyasiya instansiyası məhkəməsinin razılaşdığı cəzanın əsaslılığını, qanuniliyini və ədalətliliyini də şübhə altına almaq üçün əsas görmür. Çünki, Məhkum Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 3 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən və həmin cəza dəyişdirilmədən saxlanılarkən müvafiq olaraq birinci və apelyasiya instansiyası məhkəmələrinin gətirdikləri dəlillərdən görünür ki, cəzanın təyin edilməsində əhəmiyyətli olan – Cinayət Məcəlləsinin 58.3-cü maddəsində təsbit olunmuş bütün hallar, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, cəzanı yüngülləşdirən hallar (himayəsində üç azyaşlı uşağın olması), cəzanı ağırlaşdıran halların olmaması tarazlaşdırılmış şəkildə nəzərə alınmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanın məqsədlərinə (maddə 41), cəzanın təyin edilməsinin ümumi əsaslarına (maddə 58), cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara (maddələr 59, 61) dair müddəalarına əməl olunmuş, cinayət qanununun ədalət prinsipi (maddə 8) pozulmamışdır. Qeyd olunanlar dövlət ittihamçısının kassasiya protestinin əsassız olduğunu aşkarladığı kimi müdafiəçinin Məhkum təqsirliliyinin mübahisələndirilməsinə həsr olunmuş kassasiya şikayətinin dəlillərini təkzib etməklə onun da əsassız müraciət olduğuna dəlalət edir və kassasiya baxışı nəticəsində CPM-in 416.1-ci maddəsində sadalanan, o cümlədən kassasiya müraciətləri ilə ehtiva olunan həmin Məcəllənin 416.1.2, 416.1.11, 416.1.15, 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyindən, istər kassasiya şikayətinin, istərsə də kassasiya protestinin təmin olunması, mübahisələndirilən qərarının isə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə, kassasiya şikayətinin isə təmin edilməməsinə dair dövlət ittihamçısının, habelə kassasiya şikayətinin təmin edilməsinə, kassasiya protestinin isə təmin edilməməsinə dair müdafiəçinin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 14 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419. 10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti və Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 14 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1569/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1569/2024
07.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver