Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1569/2025 01.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkumlar – Məhkum2 və Məhkum1 iştirakları ilə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum 2 və Məhkum1 barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 yanvar 2025-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli 1(124)139/2024 nömrəli (hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət məhkəmə tərkibində) hökmü ilə xx xxxxxx 1987-ci ildə Dəvəçi rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta-ixtisas təhsilli, əvvəllər məhkum olunmamış, xxx-də qeydiyyatda olmaqla, xxx fərdi evdə kirayədə yaşayan Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 5 ( beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun 6 sentyabr 2021-ci il tarixdən 7 sentyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və 25 fevral 2022-ci il tarixdən 12 iyul 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu, ümumilikdə 4 (dörd) ay 19 (on doqquz) gün müddətin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzadan çıxılması və qəti olaraq 4 (dörd) il 7 (yeddi) ay 11 (on bir) gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunması və məhkəmə iclas zalından dərhal həbs ə alınması, həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzasının çəkilməsinin əvvəlinin hökmün elan olunduğu 19 sentyabr 2024cü il tarixdən hesablanması; xx xxx 1992-ci ildə Biləsuvar rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, xxx-də qeydiyyatda olan və faktiki yaşayan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun 1 sentyabr 2021-ci il tarixdən 12 iyul 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 10 (on) ay 11 (on bir) gün müddətin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, ona təy in edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzadan çıxılması və qəti olaraq 4 (dörd) il 1 (bir) ay 19 (on doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunması və məhkəmə iclas zalından dərhal həbsə alınması, həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzasının çəkilməsinin əvvəlinin hökmün elan olunduğu 19 sentyabr 2024cü il tarixdən hesablanması müəyyən edilmişdir. Hökmlə həmçinin iş üzrə verilmiş mülki iddia qismən təmin edilmiş və təqsirləndirilən şəxslər (mülki cavabdehlər) Məhkum1 və Məhkum2 müştərək qaydada 29.318,86 manat (iy irmi doqquz min üç yüz on səkkiz manat səksən altı qəpik) məbləğində pulun tutulması və zərərçəkmiş Zərərçəkmiş şəxs1 (mülki iddiaçı) ödənilməsi qərara alınmışdır. Hökmdən təqsirləndirilən şəxslərin müdafiəçiləri və Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 yanvar 2025-ci il tarixli 1(105)-16/2025 nömrəli (hakimlər: Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), Rzayev Məhəmmədəli Əsəd oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli hökmü dəyişdirilmiş, Məhkum2 CM-in 178.3.2-ci maddəsi ilə qəti olaraq təyin edilmiş 4 (dörd) il 7 (yeddi) ay 11 (on b ir) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının CM-in 70-ci maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilməsi, sınaq müddətinin əvvəlinin qərar qanuni qüvvəyə mindiyi gündən hesablanması, onun barəsində seçilmiş «həbs» qətimkan tədbirinin ləğv edilməsi və saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından dərhal həbsdən azad olunması, üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən Quba rayon İcra və probasiya Şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifəsinin qoyulması, Məhkum1 CM-in 178.3.2-ci maddəsi ilə qəti olaraq təyin edilmiş 4 (dörd) il 1 (bir) ay 19 (on doqquz) gün müddətinə azadlıqdan mə hrum etmə cəzasının CM-in 70-ci maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilməsi, sınaq müddətinin əvvəlinin qərar qanuni qüvvəyə mindiyi gündən hesablanması, onun barəsində seçilmiş «həbs» qətimkan tədbirinin ləğv edilməsi və saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasından dərhal həbsdən azad olunması, üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən Biləsuvar rayon İcra və probasiya Şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifəsinin qoyulması, zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddiadan imtinasının qəbul edilməsi və mülki iddia üzrə icraata xitam verilməsi müəyyən edil miş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 yanvar 2025-ci il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. İŞİN HALLARİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli hökmü ilə Məhkum2 və Məhkum1 təqsirli bilinib, məhkum edilmişlər, ona görə ki, onlar, qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə özgənin külli miqdarda əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə ziyan vurmaqla dələduzluq etmişlər. Belə ki, Məhkum2 özgənin külli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək barədə tanışı Məhkum1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs tə şkil edib aralarında razılaşdıqları cinayətkar plana uyğun olaraq, Məhkum2 cinayətdən xəbərsiz tanışı Şahid3 vasitəsi ilə özünü geniş əlaqələrə malik qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan və hissəhissə aldığı qızıl-zinət əyşalarının qısa zaman ərzində satışını təşkil edən və dəyərinin ödənilməsini təmin edən şəxs kimi təqdim edib Zərərçəkmiş şəxs1 özlərinə qarşı inam yaradaraq onda olan qızıl-zinət əşyalarının əlbir olduğu tanışı Məhkum1 vasitəsi ilə götürülməklə maneəsiz və Zərərçəkmiş şəxs1 istəyinə uyğun qiymətə satışını həyata keçirəcəyini yalandan vəd etmişlər. Bu məqsədlə, Məhkum2 tapşırığı əsasında Məhkum1 15 iyul 2020-ci il tarixdə saat 18 radələrində X yaşayış kompleksi, 35 nömrəli binanın qarşısında Zərərçəkmiş şəxs1 bir ədəd 585 əyarlı, 6,5 qram çəkidə 585 manat d əyərində qızıl boyunbağı, bir ədəd 585 əyarlı, 4,2 qram çəkidə 378 manat dəyərində qızıl boyunbağı, bir ədəd 585 əyarlı, 3,4 qram çəkidə 306 manat dəyərində qızıl boyunbağı, bir ədəd 585 əyarlı 3,37 qram çəkidə 303,3 manat dəyərində qızıl boyunbağı, bir ədəd 585 əyarlı, 10,3 qram çəkidə 927 manat dəyərində qızıl qolbağı, bir ədəd 583 əyarlı, 5,5 qram çəkidə 495 manat dəyərində qızıl boyunbağı, bir ədəd 585 əyarlı, 6,1 qram çəkidə 549 manat dəyərində qızıl boyunbağı, bir ədəd 585 əyarlı, 5 qram çəkidə 450 manat dəyərində qızıl boyunbağı, bir ədəd 585 əyarlı 4,2 qram çəkidə 378 manat dəyərində qızıl qolbağı, bir ədəd 585 əyarlı, 10,5 qram çəkidə 904,5 manat dəyərində qızıl qolbağı, bir ədəd 583 əyarlı, 3,81 qram qızıl çəkidə 342,9 manat dəyərində üzük, bir ədəd 583 əyarlı, 3,2 qram çəkidə 28 8 manat dəyərində qızıl üzük, bir ədəd 585 əyarlı, 4,6 qram çəkidə 414 manat dəyərinə qızıl üzük, 585 əyarlı, 7,4 qram çəkidə 666 manat dəyərində bir cüt qızıl sırğa, bir ədəd 585 əyarlı, 4 qram çəkidə 360 manat dəyərində üzük, 585 əyarlı, 7,7 qram çəkidə 693 manat dəyərində bir cüt sırğa və üzük, 585 əyarlı, 15,5 qram çəkidə 1.395 manat dəyərində bir cüt sırğa və üzüyü, ümumilikdə isə 104,83 qram çəkidə, 9.434,7 manat dəyərində qızıl-zinət əşyalarını götürməklə Məhkum2 ilə birgə dələduzluq yolu ilə ələ keçirmişlər. Daha sonra, Məhkum2 tapşırığı əsasında Məhkum1 19 iyul 2020-ci il tarixdə axşam saatlarında X yaşayış kompleksi, 35 nömrəli binanın qarşısında Zərərçəkmiş şəxs1 bir ədəd 585 əyarlı, 10 qram çəkidə 870 manat dəyərində qızıl boyunbağı, bir ədəd 583 əyarlı, 10,55 qram çəkidə 917,85 manat dəyərində qızıl boyunbağı, bir ədəd 585 əyarlı, 14,6 qram çəkidə 1.270.2 manat dəyərində qızıl boyunbağı, bir ədəd 585 əyarlı, 4,05 qram çəkidə 352,35 manat dəyərində qızıl kulon, bir ədəd 585 əyarlı, 12,85 qram çəkidə 1.117,95 manat dəyərində qızıl qolbağı, bir ədəd 585 əyarlı, 13,2 qram çəkidə 1.148,4 manat dəyərində qızıl qolbağı, bir ədəd 585 əyarlı, 13.65 qram çəkidə 1187,55 manat dəyərində qızıl qolbağı, bir dəst 585 əyarlı, 15,8 qram çəkidə 1.374,6 manat dəyərində bir cüt sırğa və üzük, bir dəst 585 əyarlı, 10,4 qram çəkidə 904,8 manat dəyərində bir cüt sırğa və üzük, bir dəst 585 əyarlı, 16,6 qram çəkidə 1.444,2 manat dəyərində bir cüt sırğa və üzük, bir dəst 585 əyarlı 12,1 qram çəkidə 1.052,7 manat dəyərində bir cüt sırğa və üzük, 585 əyarlı, 5 qram çəkidə 435 manat dəy ərində bir cüt qızıl sırğa, bir ədəd 583 əyarlı, 13,8 qram çəkidə 1.200,6 manat dəyərində qızıl boyunbağı, bir ədəd 583 əyarlı, 7,7 qram çəkidə 669,9 manat dəyərində qızıl kulon, bir dəst 585 əyarlı, 10,8 qram çəkidə 939,6 manat dəyərində bir cüt sırğa və üzük, 585 əyarlı, 1,54 qram çəkidə 133,98 manat dəyərində bir ədəd qızıl boyunbağı, bir dəst 585 əyarlı, 12,64 qram çəkidə 1099,68 manat dəyərində bir ədəd qolbağı, boyunbağı, üzük və bir cüt sırğa, bir dəst 585 əyarlı, 15,05 qram çəkidə 1.309.35 manat dəyərində bir ədəd qolbağı, bir ədəd boyunbağı, bir ədəd üzük və bir cüt sırğa, 585 əyarlı, 1.35 qram çəkidə 117,45 manat dəyərində bir ədəd qızıl boyunbağı, ümumilikdə 201,68 qram çəkidə, 17.546,16 manat dəyərində qızıl-zinət əşyalarını və qarşılıqlı razılığa əsasən ümumi məbləğə əlavə edi lmiş 1.500 manat da əlavə olunmaqla 19.046,16 manat dəyərində qızıl-zinət əşyalarını götürməklə Məhkum2 ilə birgə dələduzluq yolu ilə ələ keçirmişlər. Bundan başqa, Məhkum2 tapşırığı əsasında cinayətdən xəbərsiz Şahid2 20 iyul 2020-ci il tarixdə səhər saatlarında X yaşayış kompleksi, 35 nömrəli binanın qarşısında Zərərçəkmiş şəxs1 585 əyarlı, 8,1 qram çəkidə 729 manat dəyərində bir ədəd qızıl qolbağı, 585 əyarlı 5,8 qram çəkidə 522 manat dəyərində bir ədəd qızıl qolbağı, 585 əyarlı 10,400 qram çəkidə 936 manat dəyərində bir dəst-bir cüt sırğa və bir ədəd üzüyü, 585 əyarlı 4,100 qram çəkidə 369 manat dəyərində bir cüt qızıl sırğanı, 585 əyarlı 7,7 qram çəkidə 693 manat dəyərində bir ədəd qızıl boyunbağını, 585 əyarlı 3,9 qram çəkidə 351 manat dəyərində bir ədəd qızıl qolbağı, 585 əyarlı 8,2 qram çəkidə 738 manat dəyərində bir dəst-bir ədəd üzüyü və bir cüt sırğanı, 585 əyarlı 4,1 qram çəkidə 369 manat dəyərində bir ədəd qızıl qolbağı, 585 əyarlı 4,9 qram çəkidə 441 manat dəyərində bir ədəd qızıl kulonu, 585 əyarlı 4.4 qram çəkidə 396 manat dəyərində bir cüt qızıl sırğanı, 585 əyarlı 5,7 qram çəkidə 513 manat dəyərində bir cüt qızıl sırğanı, 585 əyarlı 3,5 qram çəkidə 315 manat dəyərində bir cüt qızıl sırğanı götürməklə Bakı şəhəri Yasamal rayonu “Şamaxinka” adlanan ərazidə Məhkum1 vermiş, Məhkum1 isə ümumilikdə 70,8 qram çəkidə 6.372 manat dəyərində qızıl-zinət əşyalarını götürməklə Məhkum2 ilə birgə dələduzluq yolu ilə ələ keçirmişlər. Bundan sonra, Məhkum2 tapşırığı əsasında Məhkum1 31 iyul 2020-ci il tarixdə axşam saatlarında X yaşayış kompleksi, 35 nömrəli binanın qarşıs ında Zərərçəkmiş şəxs1 585 əyarlı, 14,8 qram çəkidə 1.332 manat dəyərində bir qızıl dəst-bir cüt sırğa və bir ədəd üzük, 585 əyarlı, 4.8 qram çəkidə 432 manat dəyərində bir cüt qızıl sırğa, 585 əyarlı 14,48 qram çəkidə 1.303.2 manat dəyərində bir qızıl dəst-bir ədəd sırğa və bir ədəd üzük, 585 əyarlı 6 qram çəkidə 540 manat dəyərində bir cüt qızıl sırğa, 585 əyarlı 3,2 qram çəkidə 288 manat dəyərində bir cüt qızıl sırğa, 585 əyarlı 2,9 qram çəkidə 261 manat dəyərində bir cüt qızıl sırğa, 585 əyarlı 6,05 qram çəkidə 544,5 manat dəyərində bir cüt qızıl sırğa, 585 əyarlı 11,7 qram çəkidə 1.053 manat dəyərində bir ədəd qızıl qolbağı, 585 əyarlı 9,7 qram çəkidə 873 manat dəyərində bir ədəd qızıl boyunbağı, 585 əyarlı 2.95 qram çəkidə 265,5 manat dəyərində bir ədəd qızıl üzük, 585 əyarlı 3,7 q ram çəkiclə 333 manat dəyərində bir ədəd qızıl üzük, 585 əyarlı 3 qram çəkidə 270 manat dəyərində bir ədəd qızıl üzük, 585 əyarlı 6,15 qram çəkidə 553,5 manat dəyərində bir ədəd qızıl qolbağı, 585 əyarlı 5,7 qram çəkidə 513 manat dəyərində bir cüt qızıl sırğa, 585 əyalı 6,45 qram çəkidə 580,5 manat dəyərində bir qızıl dəst-bir cüt sırğa və bir ədəd üzük, 585 əyarlı 5,3 qram çəkidə 477 manat dəyərində bir ədəd qızıl qolbağı, 585 əyarlı 5,4 qram çəkidə 486 manat dəyərində bir ədəd qızıl üzük, 585 əyarlı 2,4 qram çəkidə 216 manat dəyərində bir ədəd qızıl üzük, 585 əyarlı 9,3 qram çəkidə 837 manat dəyərində bir ədəd qızıl boyunbağı, 585 əyarlı 6.25 qram çəkidə 562,5 manat dəyərində bir ədəd qızıl boyunbağı, 585 əyarlı 3,8 qram çəkidə 342 manat dəyərində bir ədəd qızıl üzük, 585 əyarlı 11,3 qra m çəkidə 1.017 manat dəyərində bir qızıl dəst-bir cüt sırğa və bir ədəd üzük, 585 əyarlı 3,8 qram çəkidə 342 manat dəyərində bir ədəd qızıl kulon, 585 əyarlı 2,45 qram çəkidə 220,5 manat dəyərində bir ədəd qızıl kulon, 585 əyarlı 13,5 qram çəkidə 1215 manat dəyərində bir qızıl dəst-bir ədəd kulon, bir ədəd qolbağı, bir ədəd üzük, bir cüt sırğa, 585 əyarlı 1,9 qram çəkidə 171 manat dəyərində bir ədəd qızıl boyunbağı, cəmi çəkisi 166,98 qram çəkidə 15.028,2 manat dəyərində və bundan əlavə 750 əyarlı 8,7 qram çəkidə 1.131 manat dəyərində bir cüt qızıl sırğa, 28,700 qram çəkidə 3.731 manat dəyərində bir qızıl dəst-bir ədəd üzük, bir cüt sırğa, bir ədəd qolbağı, bir ədəd boyunbağı, 750 əyarlı 27,55 qram çəkidə 3.581,5 manat dəyərinə bir qızıl brilyant dəst-bir ədəd qolbağı, bir ədəd boyunbağı, bir ədəd üzük, bir cüt sırğa, cəmi 64,95 qram çəkidə 8.443,5 manat dəyərində, 585 əyarlı 23,56 qram çəkidə 2.120,4 və 21,5 qram çəkidə 1.935 manat dəyərində olmaqla ümumilikdə 276,99 qram çəkidə 23.471,47 manat dəyərində qızıl-zinət əşyalarını götürməklə Məhkum2 ilə birgə dələduzluq yolu ilə ələ keçirmişlər, həmin qızıl-zinət əşyalarından yuxarıda qeyd olunan hissəsi Zərərçəkmiş şəxs1 Məxsus olmaqla, 585 əyarlı 23,32 qram çəkidə 2.098 manat dəyərində qızıl-zinət əşyaları sonuncuya digər Zərərçəkmiş şəxs2 tərəfindən satmaq üçün verilmişdir. Bundan başqa, Məhkum2 tapşırığı əsasında cinayətdən xəbərsiz Şahid2 2 avqust 2020-ci il tarixdə səhər saatlarında X yaşayış kompleksi, 35 nömrəli binanın qarşısında Zərərçəkmiş şəxs1 585 əyarlı, 3,35 qram çəkidə 301,5 manat dəyərində bir ədəd qızıl boyun bağı, 2,68 qram çəkidə 241,2 manat dəyərində bir ədəd qızıl boyunbağı, 2,74 qram çəkidə 246,6 manat dəyərində bir ədəd qızıl üzük, 2,81 qram çəkidə 252,9 manat dəyərində bir ədəd qızıl üzük, 3,04 qram çəkidə 273,6 manat dəyərində bir cüt qızıl sırğa, 2,74 qram çəkidə 246,6 manat dəyərində bir cüt qızıl sırğa, 3,7 qram çəkidə 333 manat dəyərində bir cüt qızıl sırğa, 1,84 qram çəkidə 165,6 manat dəyərində bir ədəd qızıl üzük, 2,43 qram çəkidə 218,7 manat dəyərində bir ədəd qızıl üzük, 2,7 qram çəkidə 243 manat dəyərində bir ədəd qızıl üzük, 1,94 qram çəkidə 174,6 manat dəyərində bir ədəd qızıl üzük, 1,41 qram çəkidə 126,9 manat dəyərində bir cüt qızıl sırğa, 1,38 qram çəkidə 124,2 manat dəyərində bir cüt qızıl sırğa, 6,05 qram çəkidə 544,5 manat dəyərində bir ədəd qızıl boyunbağı, 2,95 qra m çəkidə 265,5 manat dəyərində bir ədəd qızıl qolbağı, 4,56 qram çəkidə 410,4 manat dəyərində bir cüt qızıl sırğa, 4,75 qram çəkidə 427,5 manat dəyərində bir qızıl dəst-bir cüt sırğa və bir ədəd üzük, 3,8 qram çəkidə 342 manat dəyərində bir ədəd qızıl qolbağı, 16,51 qram çəkidə 1.485,9 manat dəyərində qızıl dəsti - bir ədəd boyunbağı, bir ədəd kulon, bir ədəd qolbağı, bir ədəd üzük, bir cüt sırğa götürməklə Siyəzən şəhərində Məhkum1 vermiş, Məhkum1 isə 71,38 qram çəkidə, 6.424,2 manat dəyərində qızıl-zinət əşyalarını götürməklə Məhkum2 ilə birgə dələduzluq yolu ilə ələ keçirmişlər. Bundan əlavə, Məhkum2 tapşırığı əsasında cinayətdən xəbərsiz Şahid2 3 avqust 2020-ci il tarixdə səhər saatlarında X yaşayış kompleksi, 35 nömrəli binanın qarşısında Zərərçəkmiş şəxs1 585 əyarlı “Pandora" firması na aid 8,8 qram çəkidə 815,76 manat dəyərində bir ədəd qızıl qolbağı, 9,4 qram çəkidə 871,38 manat dəyərində bir ədəd qızıl boyunbağı, 6,2 qram çəkidə 574,74 manat dəyərində bir ədəd qızıl kulon, 3,21 qram çəkidə 297,567 manat dəyərində bir ədəd qızıl üzük, 4,2 qram çəkidə 389,34 manat dəyərində bir cüt qızıl sırğa, 4,4 qram çəkidə 407,88 manat dəyərində bir ədəd qızıl boyunbağı və bir ədəd qızıl kulon, 2,55 qram çəkidə 236,385 manat dəyərində bir ədəd qızıl üzük, 4 qram çəkidə 370,8 manat dəyərində bir ədəd qızıl üzük, 4,3 qram çəkidə 398,61 manat dəyərində bir ədəd qızıl üzük, 3,45 qram çəkidə 319,815 manat dəyərində bir ədəd qızıl üzük, 2,45 qram çəkidə 227,115 manat dəyərində bir ədəd üzük, 12,55 qram çəkidə 1.163,385 manat dəyərində 1 qızıl dəst, 9 qram çəkidə 834,3 manat dəyərində sı rğa və üzükdən ibarət qızıl dəsti götürməklə Bakı şəhəri Yasamal rayonu “Şamaxinka” adlanan ərazidə Məhkum1 vermiş, Məhkum1 isə ümumilikdə 74,91 qram çəkidə, 6.945,2 manat dəyərində, qızıl-zinət əşyalarını almaqla Məhkum2 ilə birgə dələduzluq yolu ilə ələ keçirmişlər, həmin qızıl-zinət əşyalarından 53,36 qram çəkidə, 4.946,4 manat dəyərində qızıl-zinət əşyaları Zərərçəkmiş şəxs1 Məxsus olmaqla, 21,55 qram çəkidə 1.997,7 manat dəyərində qızıl-zinət əşyaları sonuncuya digər Zərərçəkmiş şəxs3 tərəfindən satmaq üçün verilmişdir. Bundan başqa, Məhkum2 tapşırığı əsasında cinayətdən xəbərsiz Şahid2 7 avqust 2020-ci il tarixdə səhər saatlarında X yaşayış kompleksi, 35 nömrəli binanın qarşısında Zərərçəkmiş şəxs1 585 əyarlı, 2,800 qram çəkidə 266 manat dəyərində ədəd qızıl boyunbağı, 7,4 qram çəkid ə 703 manat dəyərində bir ədəd qızıl boyunbağı, 2,400 qram çəkidə 228 manat dəyərində bir ədəd qızıl kulon, 4,3 qram çəkidə 408,5 manat dəyərində bir ədəd qızıl boyunbağı, 8,75 qram çəkidə 831,25 manat dəyərində bir ədəd qızıl qolbağı, 3,7 qram çəkidə 351,5 manat dəyərində bir cüt qızıl sırğa, 4,25 qram çəkidə 403,75 manat dəyərində bir cüt qızıl sırğa, 10,7 qram çəkidə 1.016,5 manat dəyərində qızıl dəst-bir cüt sırğa və bir ədəd üzük, 11,7 qram çəkidə 1.111,5 manat dəyərində qızıl dəst-bir cüt sırğa, bir ədəd üzük, 3,8 qram çəkidə 361 manat dəyərində bir ədəd qızıl sırğa, 2,25 qram çəkidə 213,75 manat dəyərində bir cüt qızıl sırğa, 5,55 qram çəkidə 527,25 manat dəyərində bir cüt qızıl sırğa, 3,1 qram çəkidə 294,5 manat dəyərində bir ədəd qızıl üzük, 2,3 qram çəkidə 218,5 manat dəyərində b ir ədəd qızıl (tiffani) üzük, 1,25 qram çəkidə 118,75 manat dəyərində bir ədəd qızıl kulonu götürməklə Bakı şəhəri Yasamal rayonu “Şamaxinka” adlanan ərazidə Məhkum1 vermiş, Məhkum1 isə ümumilikdə 74,25 qram çəkidə, 7.053,75 manat dəyərində qızıl-zinət əşyalarını almaqla Məhkum2 ilə birgə dələduzluq yolu ilə ələ keçirmişlər. Bundan əlavə, Məhkum2 tapşırığı əsasında cinayətdən xəbərsiz Şahid2 12 avqust 2020-ci il tarixdə səhər saatlarında X yaşayış kompleksi, 35 nömrəli binanın qarşısında Zərərçəkmiş şəxs1 585 əyarlı, 12,4 qram çəkidə 1.147 manat dəyərində qızıl dəst-bir cüt sırğa və bir ədəd üzük, 9 qram çəkidə 832,5 manat dəyərində qızıl dəst-bir cüt sırğa və bir ədəd üzük, 8,45 qram çəkidə 781,6 manat dəyərində qızıl dəst-bir cüt sırğa və bir ədəd üzük, 12,4 qram çəkidə 1.147 manat dəy ərində qızıl dəst-bir cüt sırğa və bir ədəd üzük, 8,11 qram çəkidə 750,175 manat dəyərində qızıl dəst-bir cüt sırğa və bir ədəd üzük, 5 qram çəkidə 462,5 manat dəyərində bir ədəd qızıl kulon, 5,9 qram çəkidə 545,75 manat dəyərində bir ədəd qızıl boyunbağı, 5,6 qram çəkidə 518 manat dəyərində bir ədəd qızıl boyunbağı, 6,65 qram çəkidə 615,125 manat dəyərində bir ədəd qızıl boyunbağı, 7 qram çəkidə 647,5 manat dəyərində bir ədəd qızıl boyunbağı, 5,55 qram çəkidə 513,375 manat dəyərində bir ədəd qızıl boyunbağı, 3,1 qram çəkidə 286,75 manat dəyərində bir cüt qızıl sırğa, 1,9 qram çəkidə 175,75 manat dəyərində bir cüt qızıl sırğa, 3,9 qram çəkidə 360,75 manat dəyərində bir cüt qızıl sırğa, 1,7 qram çəkidə 157,25 manat dəyərində bir ədəd qızıl boyunbağı, 2,75 qram çəkidə 254,375 manat dəyərində bir ədəd qızıl boyunbağı, 2,8 qram çəkidə 259 manat dəyərində bir ədəd qızıl boyunbağı, 3 qram çəkidə 277,5 manat dəyərində bir ədəd qızıl üzük, 2,3 qram çəkidə 212,75 manat dəyərində bir ədəd qızıl üzük, 2,95 qram çəkidə 272,875 manat dəyərində bir ədəd qızıl üzük, 2,75 qram çəkidə 254,375 manat dəyərində bir ədəd qızıl üzük, 2 qram çəkidə 185 manat dəyərində bir ədəd qızıl üzük, 3,6 qram çəkidə 333 manat dəyərində bir ədəd qızıl boyunbağı bir ədəd qızıl kulonla birlikdə, 3,2 qram çəkidə 296 manat dəyərində bir ədəd qızıl qolbağı götürməklə Siyəzən şəhərində Məhkum1 vermiş, Məhkum1 isə ümumilikdə 122,01 qram çəkidə 11.285,925 manat dəyərində qızıl-zinət əşyalarını almaqla Məhkum2 ilə birgə dələduzluq yolu ilə ələ keçirmişlər. Bundan başqa, Məhkum2 tapşırığı əsasında cinayətdən xəbərsiz Ş ahid2 14 avqust 2020-ci il tarixdə səhər saatlarında X yaşayış kompleksi, 35 nömrəli binanın qarşısında Zərərçəkmiş şəxs1 585 əyarlı 15,1 qram çəkidə 1.389,2 manat dəyərində bir qızıl dəst-bir cüt sırğa və bir ədəd üzük, 15,7 qram çəkidə 1.444,4 manat dəyərində bir qızıl dəst-bir cüt sırğa və bir ədəd üzük, 12,9 qram çəkidə 1.186,8 manat dəyərində bir qızıl dəst-bir cüt sırğa və bir ədəd üzük, 10,7 qram çəkidə 984,4 manat dəyərində bir ədəd boyunbağı, 5,65 qram çəkidə 519,8 manat dəyərinə bir cüt sırğa, 3,4 qram çəkidə 312,8 manat dəyərində bir ədəd qızıl üzük, 5,75 qram çəkidə 529 manat dəyərində bir ədəd qızıl qolbağı, 2,75 qram çəkidə 253 manat dəyərində bir ədəd qızıl qolbağı, 13,8 qram çəkidə 1.269,6 manat dəyərində bir ədəd qızıl boyunbağı, 3 qram çəkidə 276 manat dəyərində bir ədəd qızıl kulon götürməklə Bakı şəhəri Yasamal rayonu “Şamaxinka” adlanan ərazidə Məhkum1 vermiş, Məhkum1 isə ümumilikdə 111,41 qram çəkidə 10.249,72 manat dəyərində qızıl-zinət əşyalarını almaqla Məhkum2 ilə birgə dələduzluq yolu ilə ələ keçirmişlər, həmin qızıl-zinət əşyalarından 88,75 qram çəkidə 8.165 manat dəyərində qızılzinət əşyaları Zərərçəkmiş şəxs1 Məxsus olmaqla, 22,66 qram 2.084,72 manat dəyərində qızıl-zinət əşyaları sonuncuya digər Zərərçəkmiş şəxs2 tərəfindən satmaq üçün verilmişdir. Bundan əlavə, Məhkum2 tapşırığı əsasında cinayətdən xəbərsiz Şahid2 16 avqust 2020-ci il tarixdə səhər saatlarında X yaşayış kompleksi, 35 nömrəli binanın qarşısında Zərərçəkmiş şəxs1 585 əyarlı, 18,62 qram çəkidə 1.713,04 manat dəyərində bir ədəd qızıl boyunbağı, 4,85 qram çəkidə 446,2 manat dəyəri ndə bir ədəd qızıl boyunbağı, 7,9 qram çəkidə 726,8 manat dəyərində bir ədəd qızıl boyunbağı, 7,92 qram çəkidə 728,64 manat dəyərində bir ədəd qızıl qolbağı, 4,45 qram çəkidə 409,4 manat dəyərində bir ədəd qızıl kulon, 4,5 qram çəkidə 414 manat dəyərində bir ədəd qızıl boyunbağı, 2,6 qram çəkidə 239,2 manat dəyərində bir ədəd qızıl boyunbağı, 4,12 qram çəkidə 379,04 manat dəyərində bir cüt qızıl sırğa, 3,6 qram çəkidə 331,2 manat dəyərində bir ədəd qızıl kulon, 1,42 qram çəkidə 130,64 manat dəyərində bir ədəd qızıl kulon, 2,2 qram çəkidə 202,4 manat dəyərində bir ədəd qızıl boyunbağı, 2,1 qram çəkidə 193,2 manat dəyərində bir ədəd qızıl qolbağı, 3,23 qram çəkidə 297,16 manat dəyərində bir cüt qızıl sırğa, 2,9 qram çəkidə 266,8 manat dəyərində bir ədəd qızıl üzük, 2,1 qram çəkidə 193,2 ma nat dəyərində bir ədəd qızıl üzük, 3,5 qram çəkidə 322 manat dəyərində bir ədəd qızıl boyunbağı, 4,32 qram çəkidə 397,44 manat dəyərində bir ədəd qızıl qolbağı, 1,3 qram çəkidə 119,6 manat dəyərində bir cüt qızıl sırğa, 2,6 qram çəkidə 239,2 manat dəyərində bir cüt qızıl sırğa, 4,4 qram çəkidə 404,8 manat dəyərində bir cüt qızıl sırğa, 3,4 qram çəkidə 312,8 manat dəyərində bir ədəd qızıl üzük, 2 qram çəkidə 184 manat dəyərində bir ədəd qızıl qolbağı, 2,4 qram çəkidə 220,8 manat dəyərində bir ədəd qızıl üzük, 2,52 qram çəkidə 231,84 manat dəyərində bir cüt qızıl sırğa, 4,4 qram çəkidə 404,8 manat dəyərində bir ədəd qızıl üzük, 3,25 qram çəkidə 299 manat dəyərində bir ədəd qızıl üzük, 2,6 qram çəkidə 239,2 manat dəyərində bir ədəd qızıl üzük, 3 qram çəkidə 276 manat dəyərində bir ədəd qızıl üzük, 3,5 qram çəkidə 322 manat dəyərində bir ədəd qızıl üzük, 2,25 qram çəkidə 207 manat dəyərində bir ədəd qızıl üzüyü götürməklə Şabran şəhərində Məhkum2 özünə vermiş, o isə ümumilikdə 117,95 qram çəkidə 10.851,4 manat dəyərində qızıl-zinət əşyalarını dələduzluq yolu ilə ələ keçirməklə Məhkum1 ilə birgə talamışdır. Bundan başqa, Məhkum2 tapşırığı əsasında cinayətdən xəbərsiz Şahid2 19 avqust 2020-ci il tarixdə səhər saatlarında X yaşayış kompleksi, 35 nömrəli binanın qarşısında Zərərçəkmiş şəxs1 götürdüyü 585 əyarlı, 17,8 qram çəkidə 1.646,5 manat dəyərində bir ədəd qızıl boyunbağı (zəncir), 7,1 qram çəkidə 656,75 manat dəyərində bir ədəd qızıl boyunbağı, 6,79 qram çəkidə 628,075 manat dəyərində bir ədəd qızıl qolbağı, 3,2 qram çəkidə 296 manat dəyərində bir ədəd qızıl üzük, 3,4 qram çə kidə 314,5 manat dəyərində bir ədəd qızıl kulon, 2,6 qram çəkidə 240.5 manat dəyərində bir ədəd qızıl boyunbağı, 3,8 qram çəkidə 351,5 manat dəyərində bir ədəd qızıl üzük, 4,7 qram çəkidə 434,75 manat dəyərində bir ədəd qızıl boyunbağı, 4,3 qram çəkidə 397,75 manat dəyərində bir ədəd qızıl qolbağı, 3,8 qram çəkidə 351,5 manat dəyərində bir ədəd qızıl boyunbağı, 2,8 qram çəkidə 259 manat dəyərində bir cüt qızıl sırğa, 3,9 qram çəkidə 360.75 manat dəyərində bir cüt qızıl sırğa, 9,8 qram çəkidə 906,5 manat dəyərində bir qızıl dəst-bir ədəd üzük, bir cüt sırğa, 8,2 qram çəkidə 758,5 manat dəyərində bir ədəd qızıl qolbağı, 2 qram çəkidə 185 manat dəyərinə bir ədəd qızıl üzük, 3,1 qram çəkidə 286,75 manat dəyərində bir ədəd qızıl üzük, 4,2 qram çəkidə 388,5 manat dəyərində bir cüt qızıl sırğa, 3,3 qram çəkidə 305,25 manat dəyərində bir cüt qızıl sırğa, 4,8 qram çəkidə 444 manat dəyərində bir ədəd qızıl qolbağı, 3,1 qram çəkidə 286,75 manat dəyərində bir ədəd qızıl üzük, 1,8 qram çəkidə 166,5 manat dəyərində bir ədəd qızıl üzük, 2,6 qram çəkidə 240,5 manat dəyərində bir ədəd qızıl boyunbağı, 2,2 qram çəkidə 203,5 manat dəyərində bir ədəd qızıl boyunbağı, 11,2 qram çəkidə 1.036 manat dəyərində bir ədəd qızıl boyunbağını götürməklə Siyəzən şəhərində Məhkum2 özünə vermiş, o isə ümumilikdə 120,49 qram çəkidə, 11.145,325 manat dəyərində qızıl-zinət əşyalarını dələduzluq yolu ilə ələ keçirməklə Məhkum1 ilə birgə talamışdır. Bununla da, Məhkum2 Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 məxsus külli miqdarda, yəni 1.103,73 qram çəkidə 92.655,86 manat dəyə rində, Zərərçəkmiş şəxs3 məxsus 21,55 qram çəkidə, 1.997 manat dəyərində, Zərərçəkmiş şəxs2 məxsus 45,98 qram çəkidə, 4.182,72 manat dəyərində, ümumilikdə isə 1.171,26 qram çəkidə 98.835,58 manat dəyərində qızıl-zinət əşyalarını dələduzluq yolu ilə alaraq onları Siyəzən və Bakı şəhərlərində müxtəlif şəxslərə razılaşdıqları qiymətdən də aşağı qiymətə satıb əldə etdikləri vəsaiti öz aralarında bölüşdürüb şəxsi ehtiyaclarına sərf etməklə, guya həmin əşyaları satdıqları şəxslərin pulu verməmələri adı ilə zərərçəkmiş şəxsləri aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə külli miqdarda özgə əmlakını ələ keçirib Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 qarşı dələduzluq etmişlər. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLAR İNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin məhkəmə kollegiyasının qərarı ilə işin müəyyən edilmiş faktiki halları mübahisə doğurmasa da, cəza təyininə dair hissədə məhkəmə kollegiyasının qərarı əsassız olduğuna görə ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, Məhkum1 və Məhkum2 elan edilmiş ittihamdan görünür ki, onlar qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, qəsdən ağır cinayət törətmiş və əməllərindən peşman olmayaraq, yenidən həmin əməlləri davam etdirərək təkrarən zərərçəkmiş şəxslərə qarşı külli miqdarda dələduzluq cinayətini törətmişlər. Lakin məhkəmə öz qərarı ilə qeyd olunan halı ətraflı nəzərdən keçirməyərək, təqsirləndirlən şəxslərə təyin edilmiş, cəzan ı şərti hesab edərək, onların azadlıqda qalarlarsa, gələcəkdə bu cür əməllərə yol verib-verməyəcəklərini şübhə altına almışdır. Bundan başqa, təyin edilmiş cəzanın islah təsirinin yetərli olub-olmamasını öz qərarı ilə əsaslandırmamış, təqsirləndirilən şəxslərin şəxsiyyətini səciyyələndirlən hallarla törədilmiş cinayət əməli arasında uyğunsuzluğun olmasına diqqət yetirməmişdir. Bundan əlavə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Məhkum1 və Məhkum2 hər biri 5 il müddətinə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilsələr də, Sumqayıt Apellyasiya Məhkəməsi müvafiq Plenum qərarının tələblərinə zidd olaraq xx.xx.2025-ci il tarixli qərarının nəticəvi hissəsində Məhkum1 Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə qəti olaraq təyin edilmiş 4 il 1 ay 19 gün müddət inə, Məhkum2 Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə qəti olaraq təyin edilmiş 4 il 7 ay 11 gün müddətinə təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 il 6 ay sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilməsi qərara alınmışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Məhkum2 və Məhkum1 barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 yanvar 2025-ci il tarixli qərarını ləğv etməklə, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsi nin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya protestinin təmin edilməsini və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 yanvar 2025-ci il tarixli qərarının ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində məhkum edilmiş şəxslər Məhkum2 və Məhkum1 ayrı-ayrılıqda çıxış edərək, verilmiş kassasiya protestinin təmin edilməməsini xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassa siya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkəmələr tərəfindən məhkumların barəsində təyin edilmiş cəzaların yüngül olduğu iddia edilmiş və mübahisələndirilən q ərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 yanvar 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum2 və Məhkum1 verilmiş külli miqdarda ziyan vurmaqla dələduzluq, yəni etib ardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində əməlin tövsifi mübahisələndirilməsə də, təyin olunmuş cəzaların yüngül olduğunu, Məhkum2 və Məhkum1 təyin edilmiş cəzaların şərti tətbiq edilməsinin əsassız olduğu və şəxslərin törətmiş olduğu əməllərinin ədalətli nəticəsinin olmadığı iddia edilir. Məhkəmə kollegiyası bu barədə kassasiya protestinin dəlillərinə qiymət verərək aşağıdakıları qeyd etməyi məqsədəmüvafiq hesab edir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələ ri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi tərəfindən Məhkum2 və Məhkum1 cəza təyin edilərkən və cəzaları şərti tətbiq edərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onların törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətləri, cəzalarını yüngülləşdirən halların (hər ikisinin zərərçəkmiş şəxslərlə barışmaları, vurulmuş ziyanın tam ödənilməsi, onlara qarşı şikayət və tələbin olmaması, o cümlədən Məhkum2 himayəsində bir azyaşlı uşağının olması) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzaların onların ailələrinə, həyat şəraitlərinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum2 və Məhkum1 islah olunmaları məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən, təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş kifayət qədər ədalətli, yəni minimum həddə cəza təyin edilmişdir. Apellyasiy a instansiya məhkəməsi Məhkum2 və Məhkum1 cəza təyin edərkən, onların zərərçəkmiş şəxslərlə barışmalarını, vurulmuş ziyanın tam ödənilməsini, onlara qarşı şikayət və tələbin olmamasını, Məhkum2 himayəsində bir azyaşlı uşağının olmasını, cəzalarını ağırlaşdıran halların olmamasını və onların artıq islah yolunda olmalarını nəzərə alaraq onların cəza çəkmədən islah olunmalarını mümkün sayaraq, barələrində CM-in 70ci maddəsini tətbiq etməklə həmin cəzaların sınaq müddəti müəyyən olunmaqla şərti təyin edilməsini məqsədəmüvafiq hesab etmişdir. Belə ki, cinayət işinin materiallarından və apellyasiya məhkəməsinin mübahisələndirilən qərarında müəyyən olunur ki, apellyasiya baxışı zamanı Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək, Məhkum2 və Məhkum1 ilə barışdığını, ona dəymiş ziyanın tam ödə nildiyini, onlara qarşı heç bir şikayəti və tələbinin olmadığını, eyni zamanda məhkum edilmiş şəxslərə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. O cümlədən, cinayət işində olan sənədlərdən və elektron məhkəmə informasiya sistemində olan məlumatlardan görünür ki, Məhkum2 himayəsində biri azyaşlı olmaqla 3 uşaq vardır. Ümumiyyətlə, cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddə lərlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə; 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilmə sinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyəti olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər c inayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsində göstərilmişdir ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində təsbit olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə haqlarında y alnız CM-nin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Yuxarıda qeyd olunmuş Plenum qərarında həmçinin göstərilmişdir ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında 13 dekabr 2010-cu il tarixli Qərarından görünür ki, “Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyə n cəzadan müəyyən şərtlərlə azad edilməsidir Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması ilə bağlı aşağıdakı məsələlər araşdırılmalıdır: - məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü; - törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi; - məhkumun şəxsiyyəti; - cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar Göründüyü kimi, həm qanunvericilik, həm də Plenum qərarları şəxs barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün əsas meyar kimi onu nəzərdə tutmuşlar ki, məhkum olunmuş şəxsin ona təyin olunmuş cəzanı real çəkməsi məqsədəmüvafiq hesab edilməsin və həmin şəxsin təyin edilmiş cəzanı çəkmədən islah olunması mümkün olsun. Müvafiq olaraq, şərti məhkum etmə və cəzanın çəkilməsinin təxirə salınması cinayət-hüquqi məsuliyyətin qanunveri cilikdə müəyyən edilmiş hallarda və əsaslarla tətbiq edilən güzəştli formasıdır. Qanunverici humanizm prinsipindən çıxış edərək müəyyən kateqoriya şəxslərin cəzanı real olaraq çəkmədən, cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etdiyi təqdirdə, bu cinayət-hüquqi vasitələrdən istifadə edilməsinin mümkünlüyünü təsbit etmişdir. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 dekabr 2021-ci il tarixli qərarı) Apellyasiya məhkəmə kollegiyası məhkum edilmiş şəxslərə CM-in 70-ci maddəsinin tətbiqi barədə nəticəyə gələrkən şərti məhkum etmənin yuxarıda göstərilən kriteriyalarına istinad etmiş, əsaslı mülahizələrlə məhkumların barəsi ndə şərti məhkum etmənin tətbiqini əsaslı saymış, məhkumların hansı səbəbdən cəza çəkmədən islah olunmalarının mümkünlüyünü öz qərarında göstərmiş və bunu kifayət qədər əsaslandırmışdır. Təsvir edilən normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə Cinayət Məcəlləsinin 70.2-ci maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. Yalnız belə olduqda, cinayət törətmiş şəxsin barəsində şərti məhkum etmənin tətbiq edilməsi ədalətli he sab edilə, şəxsin cəza çəkmədən islah olunmasına inam əsaslı sayıla, bu tədbir digər şəxslərə münasibətdə də xəbərdaredici rolunu oynaya bilər Qeyd olunan cinayət-hüquqi normalarına əsasən və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya protestinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, dövlət ittihamçısının məhkumlara cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün həddindən artıq yüngül olması, cəzaların cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmamasına, məhkum edilmiş şəxslər barəsində CM-in 70-ci maddənin tətbiqinin qeyriqanuni olmasına dair iddiasının əsassız olduğu müəyyən edilir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən Qərarında qeyd edilmişdir ki, “cəz aların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.”. Göstərilən normaların tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxslərə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsi ilə nə üçün islah olunmayacaqlarını və cəzanın məqsədinə daha ağır formada, yəni azadlıqdan məhrum etmə cəzasının faktiki olaraq çəkilməsi nəticəsində nail olunacağını dövlət ittihamçısı kassasiya protestində əsaslandıra bilməmişdir. Bundan əlavə dövlət ittihamçısı nəzərdən qaçırmışdır ki, şərti məhkum etmə institutu eyni zamanda şəxsin sınaq müddəti ərzində öz davranışı ilə islah olunmadığı təqdirdə şərti məhkum edilmənin ləğv edilməs ini və hökmlə təyin olunmuş cəzanın icra olunmasını nəzərdə tutur. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum2 və Məhkum1 islah olunması üçün vaxt verilməlidir və sınaq müddəti ərzində öz davranışı ilə islah olunduğunu sübut edə bilmədiyi təqdirdə onlara təyin olunmuş cəzanın real icrasından danışmaq olar. Məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı kassasiya protestində Cinayət Məcəlləsinin 61.1.1-61.1.13-cü maddələrində göstərilmiş ağırlaşdırıcı hallara istinad etməmiş, Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini təhrif etmiş və yalnız öz formal mülahizələrinə əsaslanmaqla məhkum edilmiş şəxslərə təyin edilmiş cəzaların real olaraq çəkilməsi məqsədilə apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Halbuki CPM-nin 416.1.21-ci maddəsində aydın göstərilmiş dir ki, “məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir”. Eyni zamanda məhkəmə kollegiyası kassasiya protestində göstərilmiş “məhkumlara Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə qəti olaraq təyin edilmiş cəzaların Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti tətbiq etməklə apellyasiya məhkəmə kollegiyasının səhvə yol verməsi” barədə dəlili ilə də razılaşır. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında’’ Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 25-ci bəndində göstərilmişdir ki, “...cəza şərt i olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.”. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, ümumən kassasiya protestində göstərilmiş Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinin qeyri-qanuni və əsassız olması barədə dəlilləri ilə razılaşmadığı halda, məhz göstərilən bu hala görə apellyasiya məhkəməsinin qərarının ləğv edilərək işin yeni baxışa təyin edilməsi faktiki qərarın formal əsaslarla ləğv edilməsi anlamı daşımış olur. Məhkəmə kolleg iyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlə rə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2 və Məhkum1 barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 yanvar 2025-ci il tarixli qərarı kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1569/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1569/2025
01.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver