Məhkəmə qərarları › İş №1(102)-157/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-157/2019

12.03.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-157/2019 12.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin və məhkum Təqsirləndirilən şəxs iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət koll egiyasının 20 sentyabr 2017-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər R.Ə.Sadıxov (sədrlik edən və məruzəçi), F.A.Qəribov və Ə.N.Hacıyevdən ibarət tərkibdə) 11 iyul 2017-ci il tarixli hökmü ilə xx xxxxxxxx 1979-cu il tarixdə İmişli rayonu, Qızılkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, ali təhsilli, məhkumluğu olmayan, “xxxx” MMC-də 61 №-li marşrut üzrə avtobus sürücüsü işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 1 ünvanında kirayədə yaşamış; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 134, 145.2.4, 149.2.1, 149.2.4, 29,150.1 və 151-ci maddələri ilə təqsirli bilinib, C M-in 134-cü maddəsi ilə 1 (bir) il müddətə, CM-in 145.2.4-ci maddəsi ilə 3 (üç) il müddətə, CM-in 149.2.1 və 149.2.4-cü maddələri ilə 6 (altı) il müddətə, CM-in 29,150.1-ci maddəsi ilə 3 (üç) il müddətə, CM-in 151-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 12 dekabr 2016-cı il tarixdən hesablanmışdır. Hökmlə həmçinin X12 da təqsirli bilinib məhkum olunmuşdur. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs məhkum edilmişdir ona görə ki, o, 11 dekabr 2016-cı il tarixdə, saat 24 radələrindən başlayaraq ünvan 2 ünvanda yerləşən evin, 5-ci mərtəbəsində yerləşən 15 saylı mənzilində birlikdə kirayədə yaşadığı X12, X4 və həmin gün onlara qonaq gələn sonuncunun rəsmi nigah bağlamadan ər-arvad münasibətində olduğu X13 ilə spirtli içkilər qəbul etdikdən sonra sərxoş vəziyyətdə 12 dekabr 2016-cı ildə, saat 03 radələrində X10dan iradəsinə zidd olaraq onunla cinsi əlaqədə olmağı tələb etmiş, həmin vaxt buna etiraz edən X7 ona mane olmaq istəyərkən, X10 fürsətdən istifadə edib beşinci mərtəbədə yerləşən mənzildən çıxıb qaçarkən sonuncunu qanunsuz azadlıqdan məhrum etmək və cinsi ehtirasını ödəmək məqsədilə arxasınca qaçıb 4-cü mərtəbədə saçından tutaraq sürüyüb mənzilə gətirmiş, yataq otağına salıb çarpayının üstünə uzadaraq otaqdan çıxmamasını tə ləb etmiş, sonra mətbəxdən bıçaq götürüb həmin bıçağı X7in boğazına dirəyib hədənin icra ediləcəyi üçün real əsaslar olan öldürməklə hədələyərək X10nı zorlamasına mane olmamasını və çıxıb getməsini tələb etmiş, həmin vaxt X10 otaqdan çıxaraq təkrarən mənzildən qaçmaq üçün giriş qapısını açmaq istəyərkən onu saçından tutub sürüyərək ayağına təpik və başına yumruqla zərbələr vurub onu yenidən yataq otağına salmış, X7 ona mane olmaq istədikdə sonuncunu itələyib zorla mənzildən çölə çıxarmış, X10 da bayıra çıxmaq istədikdə qanunsuz azadlıqdan məhrum etmək məqsədilə yenidən sonuncunu saçından tutub dartaraq içəri salmış və giriş qapısını arxadan açarla bağlamış, dəfələrlə qapını döyməsinə baxmayaraq X7i içəri buraxmamış, saat 06 radələrində X10 ilə zor tətbiq etməklə cinsi əlaqədə olmaq üçün on dan yataq otağına keçməyi tələb edərək yataqda baş verəcək hadisələri videoyazıya almaq üçün öz “Samsung Galaxy J1 age Duos” markalı mobil telefon cihazını hazır vəziyyətə gətirib stolun üstünə qoymuş və X10nın qolundan tutub zorla yataq otağına dartmağa başlamış, sonuncu etiraz edib qapının çərçivəsindən tutub içəri girməkdən imtina etdikdə müqavimətini qırmaq üçün ağzında yanılı vəziyyətdə olan siqareti X10nın əlinə basmış, baş verən hadisələri müşahidə edən X8 onunla bir qrup halında cinayətkar niyyətini həyata keçirməyə başlayaraq X10nın qanunsuz azadlığını məhdudlaşdırmaq və Təqsirləndirilən şəxs X10 ilə zorla cinsi əlaqədə olmaq niyyətini həyata keçirməsinə şərait yaratmaq üçün müqavimətini dəf etmək məqsədilə arxadan əli ilə sonuncunu otağa itələmiş və başına yumruqla vurub özünün d ə sonra X10 ilə cinsi əlaqədə olacağını ona demiş, Təqsirləndirilən şəxs X5 X10 köməkliyi ilə otağa saldıqdan sonra X10nın köynəyini, maykasını və büsqalterini zorla soyundurmuş və itələyib çarpayının üstünə yıxaraq şalvarını, kolqotkasını və alt tumanını zorla əynindən dartıb çıxarmış, hamam otağına getmək bəhanəsilə mənzildən qaçmaq üçün otaqdan çıxmaq istəyən X10nı qapının yanında dayanmış X8 içəri itələyib qapını örtmüş və qışqırmamasını tələb etmiş, bundan sonra o, (Təqsirləndirilən şəxs) X10nı zorla çarpayıya yıxıb seksual xarakterli zorakılıq hərəkətlər etmək üçün cinsiyyət orqanını sonuncunun ağzına salmağa cəhd etmiş, bu niyyətlə başına dizi ilə zərbə vuraraq zor tətbiq etmiş, lakin sonuncunun müqaviməti ilə rastlaşdığından özündən asılı olmayan səbəblərdən cinayətkar niyyətini hə yata keçirə bilməmiş, bundan sonra X10nın müqavimətini qırmaq üçün sonuncunun əl və ayaq nahiyyələrinə əl və ayağı ilə çoxsaylı zərbələr vurub zor tətbiq edərək, yəni «sol bazunun orta 1/3-nin ön iç səthinin, sağ səidinin aşağı 1/3-nin bayır səthinin sıyrığı, sağ bazunun orta 1/3-nin ön bayır səthinin, sağ saidin aşağı 1/3-nin bayır səthinin, sol saidin aşağı 1/3-nin ön iç səthinin, sağ budun orta aşağı 1/3-nin ön bayır səthinin, sağ baldırın orta aşağı 1/3-nin ön bayır səthinin, sol budun bayır səthinin qançırları, sağ saidin orta 1/3nin ön səthinin yarası» kimi sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları uçün dərəcələri təyin edilməyən xəsarətlər yetirərək törədilmə üsuluna görə xüsusi amansızlıqla ifadə olunan hərəkətlər etməklə X10un üstünə uzanıb cinsiyyət orqanını sonuncunun uşaqlıq yoluna salmış və onunla zorla cinsi əlaqədə olaraq zorlamış, bununla da o, X11i öldürməklə hədələmiş, X10ya qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməyə cəhd etmiş, həmçinin X8lə birlikdə bir qrup şəxs halında X10un azadlığını məhdudlaşdırmaqla adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, bir qrup şəxs halında zor tətbiq etməklə, xüsusi amansızlıqla X10 ilə cinsi əlaqədə olaraq zorlamış, bundan sonra mobil telefonunda X10 ilə zorla cinsi əlaqədə olmasını əks etdirən videogörüntüləri sonuncuya göstərib həmin videogörüntüləri internet şəbəkəsində yayıb rüsvay edəcəyi ilə hədələyərək onu özündən asılı vəziyyətə salmış və onun bu asılılığından istifadə etməklə gələcəkdə İstədiyi vaxt seksual xarakterli hərəkətlər etməyə məcbur etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər M.S.Hüseynov (sədrlik edən və məruzəçi), H.H.Əhmədov və İ.M.Murquzovdan ibarət tərkibdə) 20 sentyabr 2017-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 iyul 2017-ci il tarixli hökmü məhkum Təqsirləndirilən şəxs aid hissədə dəyişdirilmədən saxlanılmış, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi X15 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan məhkum Təqsirləndirilən şəxs verdiyi kassasiya şikayətində xahiş edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 sentyabr 2017-ci il tarixli qərarı ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya baxışına təyin edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini məhk um Təqsirləndirilən şəxs onunla əsaslandırır ki, ona qarşı irəli sürülmüş ittiham şər və böhtandan ibarətdir. İşə baxan məhkəmələr onun barəsində irəli sürülmüş ittihamı kifayət qədər sübutlarla əsaslandırıb sübuta yetirə bilməmişlər. Həmçinin aparılmış ekspertizanın rəyi də əsassızdır. Məhkəmə kollegiyası iş materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinay ət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkum X5 əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sü butların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-in 134, 145.2.4, 149.2.1, 149.2.4, 29,150.1 və 151-ci maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddələrlə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassasiya şikayətinin başlıca dəlili məhkəmələrdə işə baxılarkən işin faktiki hallarına düzgün hüquqi qiymət verilməməsi, sübutların kifayət qədər araşdırılmaması və məhkumun təqsirinin sübuta yetirilməməsidir. Birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 11 dekabr 2016-cı il tarixdə, saat 24 radələrindən baş layaraq ünvan 2 ünvanda yerləşən evin, 5-ci mərtəbəsində yerləşən 15 saylı mənzilində birlikdə kirayədə yaşadığı X12, X4 və həmin gün onlara qonaq gələn sonuncunun rəsmi nigah bağlamadan ər-arvad münasibətində olduğu X13 ilə spirtli içkilər qəbul etdikdən sonra sərxoş vəziyyətdə 12 dekabr 2016-cı ildə, saat 03 radələrində X10dan iradəsinə zidd olaraq onunla cinsi əlaqədə olmağı tələb etmiş, həmin vaxt buna etiraz edən X7 ona mane olmaq istəyərkən, X10 fürsətdən istifadə edib beşinci mərtəbədə yerləşən mənzildən çıxıb qaçarkən sonuncunu qanunsuz azadlıqdan məhrum etmək və cinsi ehtirasını ödəmək məqsədilə arxasınca qaçıb 4-cü mərtəbədə saçından tutaraq sürüyüb mənzilə gətirmiş, yataq otağına salıb çarpayının üstünə uzadaraq otaqdan çıxmamasını tələb etmiş, sonra mətbəxdən bıçaq götürüb həmi n bıçağı X7nin boğazına dirəyib hədənin icra ediləcəyi üçün real əsaslar olan öldürməklə hədələyərək X10nu zorlamasına mane olmamasını və çıxıb getməsini tələb etmiş, həmin vaxt X10 otaqdan çıxaraq təkrarən mənzildən qaçmaq üçün giriş qapısını açmaq istəyərkən onu saçından tutub sürüyərək ayağına təpik və başına yumruqla zərbələr vurub onu yenidən yataq otağına salmış, X7 ona mane olmaq istədikdə sonuncunu itələyib zorla mənzildən çölə çıxarmış, X10 da bayıra çıxmaq istədikdə qanunsuz azadlıqdan məhrum etmək məqsədilə yenidən sonuncunu saçından tutub dartaraq içəri salmış və giriş qapısını arxadan açarla bağlamış, dəfələrlə qapını döyməsinə baxmayaraq X7i içəri buraxmamış, saat 06 radələrində X10 ilə zor tətbiq etməklə cinsi əlaqədə olmaq üçün ondan yataq otağına keçməyi tələb edərək yataq da baş verəcək hadisələri videoyazıya almaq üçün öz “Samsung Galaxy J1 age Duos” markalı mobil telefon cihazını hazır vəziyyətə gətirib stolun üstünə qoymuş və X10nın qolundan tutub zorla yataq otağına dartmağa başlamış, sonuncu etiraz edib qapının çərçivəsindən tutub içəri girməkdən imtina etdikdə müqavimətini qırmaq üçün ağzında yanılı vəziyyətdə olan siqareti X10un əlinə basmış, baş verən hadisələri müşahidə edən X8 onunla bir qrup halında cinayətkar niyyətini həyata keçirməyə başlayaraq X10un qanunsuz azadlığını məhdudlaşdırmaq və Təqsirləndirilən şəxs X10 ilə zorla cinsi əlaqədə olmaq niyyətini həyata keçirməsinə şərait yaratmaq üçün müqavimətini dəf etmək məqsədilə arxadan əli ilə sonuncunu otağa itələmiş və başına yumruqla vurub özünün də sonra X10 ilə cinsi əlaqədə olacağını ona de miş, Təqsirləndirilən şəxs X5 X10 köməkliyi ilə otağa saldıqdan sonra X10un köynəyini, maykasını və büsqalterini zorla soyundurmuş və itələyib çarpayının üstünə yıxaraq şalvarını, kolqotkasını və alt tumanını zorla əynindən dartıb çıxarmış, hamam otağına getmək bəhanəsilə mənzildən qaçmaq üçün otaqdan çıxmaq istəyən X10nı qapının yanında dayanmış X8 içəri itələyib qapını örtmüş və qışqırmamasını tələb etmiş, bundan sonra o, (Təqsirləndirilən şəxs) X10nu zorla çarpayıya yıxıb seksual xarakterli zorakılıq hərəkətlər etmək üçün cinsiyyət orqanını sonuncunun ağzına salmağa cəhd etmiş, bu niyyətlə başına dizi ilə zərbə vuraraq zor tətbiq etmiş, lakin sonuncunun müqaviməti ilə rastlaşdığından özündən asılı olmayan səbəblərdən cinayətkar niyyətini həyata keçirə bilməmiş, bundan sonra X10un müqavi mətini qırmaq üçün sonuncunun əl və ayaq nahiyyələrinə əl və ayağı ilə çoxsaylı zərbələr vurub zor tətbiq edərək, yəni «sol bazunun orta 1/3-nin ön iç səthinin, sağ səidinin aşağı 1/3-nin bayır səthinin sıyrığı, sağ bazunun orta 1/3-nin ön bayır səthinin, sağ saidin aşağı 1/3-nin bayır səthinin, sol saidin aşağı 1/3-nin ön iç səthinin, sağ budun orta aşağı 1/3-nin ön bayır səthinin, sağ baldırın orta aşağı 1/3-nin ön bayır səthinin, sol budun bayır səthinin qançırları, sağ saidin orta 1/3nin ön səthinin yarası» kimi sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirərək törədilmə üsuluna görə xüsusi amansızlıqla ifadə olunan hərəkətlər etməklə X10un üstünə uzanıb cinsiyyət orqanını sonuncunun uşaqlıq yoluna salmış və onunla zorla cinsi əlaq ədə olaraq zorlamış, bununla da o, X11i öldürməklə hədələmiş, X10a qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməyə cəhd etmiş, həmçinin X8lə birlikdə bir qrup şəxs halında X10un azadlığını məhdudlaşdırmaqla adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, bir qrup şəxs halında zor tətbiq etməklə, xüsusi amansızlıqla X10 ilə cinsi əlaqədə olaraq zorlamış, bundan sonra mobil telefonunda X10 ilə zorla cinsi əlaqədə olmasını əks etdirən videogörüntüləri sonuncuya göstərib həmin videogörüntüləri internet şəbəkəsində yayıb rüsvay edəcəyi ilə hədələyərək onu özündən asılı vəziyyətə salmış və onun bu asılılığından istifadə etməklə gələcəkdə İstədiyi vaxt seksual xarakterli hərəkətlər etməyə məcbur etmişdir. Məhkum Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittihamda təqs irli bilməsə də, onun həmin cinayət əməlini törətməsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, iş üzrə təyin edilərək keçirilmiş məhkəmə ekspertizalarının rəyləri ilə, maddi sübutlarla və işin digər materialları ilə tam təsdiq edilir. İş materiallarında olan “Paltarların götürülməsi və baxışının aparılması haqqında” 12.12.2016-cı il tarixli protokoldan müəyyən olunur ki, hadisə vaxtı zərərçəkmiş şəxs X6 əynində olmuş qara rəngli cins şalvar, qırmızı rəngli büstqalter, qara rəngli mayka, qara rəngli reytuz, qara rəngli qadın alt tumanı, qırmızı rəngli qollu kofta götürülmüşdür. Götürülmüş paltarlarda zədələr olmamış, adi gözlə görünən ləkələr və izlər aşkar edilməmişdir. Qırmızı rəngli, qollu koftanın arxa hissəsi tüllü olmuş, qolunun arxa çiyin tikişləri sökülmüşdür. Həmçinin iş ma teriallarında olan “zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 13.12.2016-cı il tarixli protokoldan müəyyən olunur ki, zərərçəkmiş şəxs X14 tərəfindən onun saçından tutaraq sürüyüb mənzilə gətirməsini, ona hansı formada zərbələr vurmasını, X8in köməkliyi ilə necə yataq otağına salmasını, yataq otağında necə çarpayıya uzadıb seksual xarakterli zorakılıq hərəkətləri etməyə cəhd etməsini, sonra onu necə zorlamasını, bütün bu hadisələri necə videolentə almasını, vurduğu yeri və necə vurmasını baxış zamanı hadisə yerində əyani şəkildə göstərmişdir. Həmçinin iş materiallarında olan “Şahidin ifadəsinin yerində yoxlanılması haqqında” 13.12.2017-ci il tarixli protokoldan müəyyən olunur ki, X1 X10nu cinsi ehtiyacını ödəmək məqsədilə necə saçından tutaraq sürüyüb mənzilə gətirməsini, yataq otağına salıb otaqdan çıxmamasını tələb etməsini, sonra mətbəxdən bıçaq götürüb həmin bıçağı boğazına dirəyib öldürməklə hədələyərək X10nu zorlamasına mane olmamasını və çıxıb getməsini tələb etməsini, mane olmaq istədikdə onu itələyib zorla mənzildən çölə çıxarmasını, X10 bayıra çıxmaq istədikdə onun saçından tutub dartaraq içəri salması və giriş qapısını arxadan açarla bağlamasını hadisə yerində əyani şəkildə göstərmişdir. Cinayət işində olan məhkəmə-tibbi ekspertizasının 05.01.2017-ci il tarixli 144 saylı rəyindən müəyyən olunur ki, X7 bədən səthində aşkar olunmuş xəsarətlər «sağ əlin ovuc səthinin iki ədəd səthi kəsilmiş yaraları iti kənarları olan əşyanın (alətin) təsirindən 11.12.2016-cı il tarixdən 12.12.2016-cı il tarixə keçən gecə müddətində əmələ gələ bilərdilər, həm ümum ilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. X10un sağ ovuc səthində aşkar olunmuş yaraların xarakterini və ekspertizaya təqdim olunmuş maddi sübut - bıçağın konstruktiv xüsusiyyətlərini nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qeyd olunan bıçağın tiyəsinin təsirindən əmələ gələ bilməsi mümkündür. Cinayət işində olan məhkəmə-tibbi ekspertizasının 23.01.2017-ci il tarixli 01/524 saylı rəyindən müəyyən olunur ki, X6 bədəni üzərində «sol bazunun orta 1/3-nin ön iç səthinin, sağ saidinin aşağı 1/3-nin bayır səthinin sıyrığı, sağ bazunun orta 1/3-nin ön bayır səthinin, sağ saidin aşağı 1/3-nin bayır səthinin, sol saidin aşağı 1/3-nin ön-iç səthinin, sağ budun orta-aşağı 1/3-nin ön-bayır səthinin, sağ baldırın orta-aşağı 1/3-nin ön-bayır səthinin, sol budun bayır səthinin qançırları, sağ saidin orta 1/3-nin ön səthinin yarası aşkar edildi. Qeyd olunan xəsarətlərdən sağ saidin yarası yüksək hərarətin, ola bilsin yanan siqaretin yerli təsirindən, digər xəsarətlər isə küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri müayinədən 1-2 gün əvvələ uyğun gəlir, fiziki qüvvə tətbiq etməklə zorla cinsi əlaqə zamanı əmələ gələ bilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Həmçinin ekspertizaya təqdim edilmiş bir ədəd salfet kağızı, adeyal, X10a məxsus cins şalvar, alt tumanı, yataq otağından götürülmüş bir ədəd idman şalvarı üzərində sperma ləkələri aşkar olundu. Bu ləkələrdə spermanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız H antigeni alındı. Bu sperma ləkələri ABO sistemi üzrə O alfa.beta (İ) qruplu bir şəxsə, o cümlədən Təqsirləndirilən şəxs məxsus ola bilər. Təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd kişi tumanı üzərində spermatozidlər aşkar olunmadı. Cinayət işində olan texniki avadanlıqların məhkəmə ekspertizasının 29.12.2016-cı il tarixli 28681 saylı rəyindən görünür ki, tədqiq olunan bir ədəd gövdəsi qara rəngli plastik materialdan tərtib olunmuş “Samsung” markalı “SM-J110H” (Galaxy J1 Ace”) modelli “**********16307”, “**********16305” İMEİ kodlu, “TFT” tipli rəngli “touchscreen” (təzyiqə həssas) ekrandan, daxili yaddaşdan, “Android” əməliyyat sistemindən, idarəetmə düymələrdən ibarət mobil smartfon hal-hazırda işlək vəziyyətdə olmaqla istifadə üçün yararlıdır. Tədqiq olunan mobil telefonun yaddaşında olan bütün məlumatlar cədvəl formasında tərtib edilərək və diskə köçürələrək rəyə əlavə olunmuşdur. Rəydən görünür ki, 12.12.2016-cı il tarixdə mobil telefon vasitəsilə qeydə alınmış video görüntü həmin tarixdə silinmişdir. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayət törədilməsində aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. Məhkum Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsirli olması məhkəmə istintaqında tədqiq edilmiş sübutların məcmusu üzrə tam təsdiq edilir və onun əməlində Azərbaycan Respubli kası CPM-nin 42.1-ci maddəsində göstərilən hallardan heç biri müəyyən edilmir. Məhkəmə kollegiyasının qənaətinə görə işə baxan məhkəmələr iş üzrə düzgün nəticəyə gəlmişlər. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə məhkum Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsini işin faktiki halları ilə və iş üzrə toplanmış sübutlarla müqayisəli təhlil edib onun həmin ifadəsinin işin hallarına uyğun olmaması, digər sübutlarla təkzib edildiyi barədə nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarından da göründüyü kimi, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlili əsassızdır. Azərbaycan Respublikası CPM-in 416.0.1-ci maddəsinə əsasə n məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün qanunda nəzərdə tutulmuş hallardan heç biri müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 sentyabr 2017-ci il tarixli Təqsirləndirilən şəxs haqqındakı qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının məhkum Təqsirləndirilən şəxs barəsindəki 20 sentyabr 2017-cıiil tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar