Məhkəmə qərarları › İş №1(102)-157/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-157/2020

05.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-157/2020 05.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun iştirakı ilə xx xxxx 1998-ci il tarixdə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan qeydiyyatda olan və hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 170.1, 177.2.1, 177.2.2, 180.2.1 və 180.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri, 02 saylı Vəkil Bürosunun vəkili Mirzəyev Fikrət Mustafa oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə (hakimlər: Ə.Q.Quliyev (sədrlik edən), A.İ.Paşayev və İ.H.Həsənzadə) Məhkum Azərbaycan Respublikası CM-in 170.3, 181.2.1, 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək, CM-nin 170.3-cü maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhr umetmə cəzasına, CM-nin 181.2.1-ci maddəsi ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplanmaq yolu ilə ona qəti olaraq 8 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 1(037)-20/2017 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə Məhkum təyin edilmiş 1000 manat miqdarında cərimə cəzası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən tamamilə birləşdirilmiş, onun üzərində 08 il 06 ay müddətinə azadlıqdan məhrum etmə və 1000 manat miqdarında cərimə cəzasının saxlanılması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Məhkum İsmayıllı Rayon Məhkəmə sinin xx xxxx 2017-ci il tarixli hökmü ilə təyin edilmiş 1000 manat miqdarında cərimə cəzasının müstəqil icra edilməsi, Məhkum Azərbaycan Respublikası CM-nin 326.2-ci maddəsi ilə əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin xx xxxxxxx 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə həmçinin X8 da CM-nin 177.2.1, 177.2.2 və 181.2.1-ci maddələri ilə məhkum edilmişdir. Məhkəmənin həmin hökmündən Məhkum özü və müdafiəçisi, məhkum Xun müdafiəçisi tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: E.Y.Şamayev (sədrlik edən), F.A.Qasımov və S.A.Mirzəyev) verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü dəyişdirilmişdir. Məhkum xx xxxxxxx 2017-ci il tarixdə Zərərçəkmiş şəxs2 qarşı törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsindən həmin Məcəllənin 180.2.1 və 180.2.4-cü maddələrinə, CM-nin 170.3-cü maddəsi ilə olan əməli Məcəllənin 170.1-ci maddəsinə tövsif edilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 170.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum hazırkı qərarla Azərbayc an Respublikası CM-nin 170.1-ci maddəsi ilə təyin olunmuş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təyin olunmuş 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə CM-nin 177.2.1 və 177.2.2ci maddələri ilə təyin olunmuş 3 (üç) il azadlıqdan məhrum etmə cəzası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə, ona 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 1(037)-20/2017 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təyin edilmiş 1000 (bir min) manat miqdarında cərimə cəzası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı qərarla təyin olunmuş cəza ilə tamamilə birləşdirilməklə, ona qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə və 1000 (bir min) manat miqdarında cərimə cəzaları təyin edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum yetkinlik yaşına çatmayan xx xxxxxx 1999-cu il təvəllüdlü X7 aldatmaqla ağır cinayət törətməsinə cəlb edib, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını talamaq məqsədi ilə cinayət əlaqəsinə girərək xx xxxxxxx 2017-ci il tarixdə saat 19:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi 91-93 saylı binanın yaxınlığında Pakistan İslam Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs2 həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edərək hücuma məruz qalmış Zərərçəkmiş şəxs2 X kürək nahiyəsindən təpiklə vurub yerə yıxaraq Məhkumla birlikdə onun bədəninin müxtəlif nahiyələrinə təpik və yumruq zərbələri vurub ona ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə üzərində 6 manat dəyərində ***-***-**-** nömrəsi olan 150 manat dəyərində "Samsung" markalı "SM-N900" modelli mobil telefonunu, içərisində 170,02 manat nisbətində 100 ABŞ dollarını, 150 manat pulunu, 85,01 manat nisbətində 50 ABŞ dolları dəyərində qara rəngli təbii dəridən pul qabını ələ keçirib, Zərərçəkmiş şəxs2 ümumilikdə 561,03 məbləğində ziyan vuraraq quldurluq etmişdir. Bundan başqa Məhkum təkrarən yetkinlik yaşına çatmayan xx xxxxxx 1999-cu il təvəllüdlü X7 aldatmaqla cinayətkar qrupa cəlb edib, qeyrisi ilə qabaqcadan əlbir ol an bir qrup şəxs halında özgənin əmlakını gizli talamaq məqsədi ilə xx xxxxxxx 2017-ci il tarixdə, saat 03:00 radələrində ünvan 1 ünvanının yaxınlığında yerləşən avtomobillərin təmiri sexinin qarşısından Zərərçəkmiş şəxs1 məxsus 2000 manat dəyərində "VAZ-21065" markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobili gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla oğurluq etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarının dəyişdirilməsi, Məhkum CM-nin 170.1, 180.2.1 və 180.2.4-cü maddələri ilə bəraət verilməsi, ona CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi və ya təyin edilmiş azadlıqdan məhrum etmə c əzasının CM-nin 70-ci maddəsi tətbiq edilməklə şərti hesab edilməsinə dair qərar qəbul olunması xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, məhkəmələr Məhkumla birlikdə cinayət törətməkdə iştirak etmiş Xun yetkinlik yaşına çatmamasını Məhkum bilib-bilməməsini kifayət qədər araşdırmamışlar. Belə ki, Məhkum İsmayıllı rayonunda, X isə Bakı şəhərində yaşamışdır. Pakistan Respublikasının vətəndaşı Qüreşi X3 qarşı xx xxxxxxx 2017-ci il tarixdə törədilən cinayət zamanı xx xxxxxx 1999-cu ildə anadan olmuş Xun yetkinlik yaşına çatmasına 47 gün qalmışdır. Həmin cinayətin törədilməsinin təşəbbüskarı da X olmuşdur. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, ərizə ilə bağlı dövlət ittihamçısı R.Alverdiyevin çıxışını dinləyərək hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiy a protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar