Məhkəmə qərarları › İş №1(102)-157/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-157/2021

01.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-157/2021 01.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İsgəndərov Coşqun Ramiz oğlunun, Məhkum1 və Məhkum2 müdafiəçisi Mustafayev Namiq Cuma oğlunun iştirakları Lənkəran Ağır Cin ayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Məhkum2 və Məhkum1, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından Məhkum1 və Məhkum2 müdafiəçisi N.C.Mustafayev tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (hakimlər Quliyev Nizami Fərzi oğlu (sədrlik edən və məruzəçi), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarə tərkibdə) Məhkum2, xx xxxx 1987-ci il tarixdə Yardımlı rayonunun Gendərə kəndində anadan olmuş, Azərbaycan Respubi kasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxxxx 2008-ci il tarixli hökmü ilə CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 7 (yeddi) ay 23 (iyirmi üç) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1-də qeydiyyatda olan, ünvan 2-də yaşamış, və Məhkum1, xx xxxxxx 1992-ci il tarixdə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respubikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul o lmuş, əvvəllər Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli hökmü ilə CM-nin 221.1 və 120.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəzalar qismən toplanılmaqla qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) ay 10 (on) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1-də qeydiyyatda olan, ünvan 2-də yaşamış, hər birisi CM-nin 2 34.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, Məhkum2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməkdə 8 (səkkiz) il 6 (altı) müddətə, Məhkum1 isə - cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 (doqquz) il müddətə azadlıqdan məhkum etmə cəzasına məhkum olunmuşlar. Həmin hökmlə həmçinin X2 da CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Eyni zamanda qeyd olunan hökmlə CM-nin 93.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq Məhkum2, Məhkum1 və Məhkum3un, hər birisinin barəsində narkomaniyadan məcburi müalicə tədbirlərinin tətbiq edilməsi qərara alınmıdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum2, X2 və Məhkum1 qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamini əldə edib saxlamaq və daşımaq barədə razılığa gəldikdən sonra onlar xx xxx 2019-cu il tarixdə Yardımlı rayonuna getmiş, Məhkum2 narkotik vasitə əldə etmək məqsədilə cinayətkar qrupun üzvü Məhkum3dan narkotik vasitələrin əldə edilməsi üçün 800 rnanat pul almış, daha sonra Məhkum2 60 manat pul ödəyərək “Safari” şirkətinə məxsus “Hyundai Elantra” markalı, ** UU *** dövlət qeydiyyat nişanlı avtomobili kirayəyə götürdükdən sonra Məhkum3 və Məhkum1la birlikdə qonşusu X3 idarə etdiyi həmin avtomobili ilə xx xxx 2019-cu ıl tarixdə, saat 03.30 radələrində Yardımlı rayonunun Gendərə kəndinə gedərək şə xsiyyəti istintaqla müəyyən edilməyən şəxsdən qanunsuz olaraq sellofan bükümdə 19,778 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və 9,758 qram kustar üsulla hazırlanmış Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş külli miqdarda psixotrop maddə metamfetamin əldə edib daşıyaraq avtomobilə əyləşdikdən sonra həmin narkotik vasitə heroin və psixotrop maddə metemfetamini saxlaması üçün cinayətkar qrupun digər üzvü Məhkum1 vermiş, sürücü X5un yorğunluğu ilə əlaqədar olaraq Məhkum3 avtomobili idarə edərək birlikdə geri qayıdan zaman həmin tarixdə saat 04 radələrində Cəlilabad rayonunun Şiləvəngə kəndi ərazisində Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı X23 Bölməsinin Yol-patrul xidmətinin əməkda şlarının idarə etdiyi “BMW” markalı, ** YP *** dövlət qeydiyyat nişanlı yol polisi avtomobilindən polis əməkdaşlarının düşərək yaxınlaşdığını gördükdə Məhkum1 həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetamini avtomobilin arxa sağ yan pəncərəsindən bayıra atmış, həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əməliyyat tədbirində iştirak edən polis əməkdaşları tərəfindən həmin yerdən aşkar edilərək götürülmüşdür. Hökmdən Məhkum2 və onun müdafiəçisi X9, məhkumlar Məhkum3 və Məhkum1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Bəşirov Kamil Sücəddin oğlu (sədrlik edən və məruzəçi), Camalov Etibar Əli oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə) xx xxxx 2020-ci il tarixli qərarı i lə həmin şikayətlər təmin edilməmiş, Məhkum2, Məhkum3un və Məhkum1, hər birisinin CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından Məhkum2 müdafiəçisi N.C.Mustafayev və Məhkum1, hər birisi ayrı-ayrılıqda kassasiya şikayəti verərək adları çəkilən məhkumlara təyin edilmiş cəzaların yüngülləşdirilməsi (Məhkum2 barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə) haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən müdafiəçi N.C.Mustafayev kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi Məhkum2 cəza təyin edərkən onun himayəsində bir azyaşlı uşağın olmasını, törətdiyi əməli səmimi etiraf edərək cinayətin digər iştirakçılarının ifşa edilməsinə fəal köməklik göstərməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə almasını göstərsə də, bu hallara görə CM-nin 65.3-cü maddəsinin tələblərinə uyğun olaraq ona daha yüngül cəza təyin edə bildiyi halda bu haqda qərar qəbul etməkdən imtina etmiş, apellyasiya instansiyası məhkəməsi də həmin məhkəmənin mövqeyi ilə razılaşaraq hökmü dəyişdirmədən saxlamışdır. Qeyd olunanlara əsaslanaraq müdafiəçi onun kassasiya şikayətinin təmin edilməsini və Məhkum2 barəsində CM-nin 62ci maddəsini tətbiq etməklə ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Təqsirli bilindiyi maddələrlə ona cəzanın təyin edilməsi hissəsində birinci instansiya məhkəməsinin hökmünü və apellyasiya instansiyası məhkəməsinin qərarını ədalətsiz və qeyri-obyektiv hesab edən və cəza təyin etmənin prinsipləri, əsasları və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin bir sıra normalarına istinad edən Məhkum1 kassasiya şikayətini belə əsaslandırmışdır ki, işə baxan birinci və apellyasiya instansiyası məhkəmələri onun səmimi peşmanlığını, cinayətin açılmasında fəal iştirak etməsini və cəzanı yüngülləşdirən digər halları kifayət qədər nəzərə almamış və ona həddindən artıq sərt cəza təyin olunmuşdur. Hər hansı başqa əsaslar göstərməyən Məhkum1 onun da kassasiya şikayətinin təmin edilməsini və ona təyin olunmuş cəzanın yüngülləşdir ilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya şikayətlərinin məzmunundan göründüyü kimi, həm Məhkum2 müdafiəçisi N.C.Mustafayev, həm də Məhkum1, hər birisi apellyasiya instansiyası məhkəməsinin qərarından verdikləri həmin şikayətlərində adları çəkilən məhkumlara cəzanı yüngülləşdirən hallar kifayət qədər nəzərə alınmadan həddindən artıq ağır cəzanın təyin edilməsini iddia edərək onlara daha yüngül cəzanın təyin edilməsi haqqında qərarın qəbul olunması barədə tələblərini CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişlər. CPM-nin 416.1.21-ci maddəsinin tələbinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm v ə ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçi N.C.Mustafayevin və Məhkum1 şikayətlərini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə Məhkum2 və Məhkum1 barələrindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də qeyd etməyi lazım bilir ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyə ti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiy ası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını lə ğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud d əyişdirməyə haqlıdır. Kassasiya müraciətləri ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, faktları müəyyən edən məhkəmələr iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni iş üzrə məhkum olunmuş şəxslərin, şahidlərin ifadələrinə, məhkəmə ekspertizalarının rəylərin, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollara və digər sübutlara əsaslanaraq, CPM-nin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək barələrində kassasiya şikayəti verilmiş Məhkum2 və Məhkum1 onlara elan olunmuş ittiham üzrə cinayət əməlini törətməli barədə qanuni nəticəyə gəlmiş və onları n hər birisinin bu əməlini CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etmişlər. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, Məhkum2 və Məhkum1, hər birisinin göstərilən maddələrlə təqsirli olmaları barədə nəticəyə gələrkən məhkəmələr CPM-nin 125-ci maddəsində göstərilən yolverilməz sübutlardan istifadə etməmiş, məhkəmə iclaslarında hər hansı sübutun tədqiqindən əsassız olaraq imtina etməmiş, məhkəmə iclaslarında təqsirləndirilən şəxlərin istər Konstitusiyada, istər “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında, istərsə də prosessual qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının, o cümlədən ədalətli məhkəmə araşdırmasına malik olmaq (buraya həmçinin tərəflərin bərabərliyi və çəkişmə prinsiplərini təmin edən tədbirlər də nəzərdə tutulur) v ə müdafiə hüquqlarının pozulmasına yol verməmiş, qeyd edilən nəticə isə yekun məhkəmə aktlarında maddi və prosessual hüququn müvafiq normalarına, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə, habelə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə dair işlər üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən xx xxxx 2011-ci il tarixdə qəbul edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Qərarındakı tövsiyələrə istinad etməklə kifayət qədər əsaslandırmışlar. Kassasiya şikayətlərinin m əzmunundan göründüyü kimi, müdafiəçi N.C.Mustafayev və Məhkum1 həmin şikayətlərində iş üzrə sübutların natamam araşdırılması, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktları, Məhkum2n və Məhkum1 onlara ittiham olunmuş cinayət əməlini törətmələrinin sübuta yetirilibyetirilməməsini, onların bu əməlinin CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsini mübahisələndirilmirlər və həmin məsələlərlə bağlı hər hansı tələb irəli sürmürlər. Buna görə, məhkəmə kollegiyası bu məsələlərin müzakirə edilməsinə ehtiyac görmür, adları çəkilən məhkumlara təyin edilmiş cəzaların həddindən artıq sərt olması ilə bağlı kassasiya şikayətlərinin dəlillərinə cavab olaraq isə ilk növbədə qeyd edir ki, qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən külli miqdarda narok tik vasitələrin və psixotrop maddələrin satış məqsədilə qanunsuz əldə edilməsinə, saxlanılmasına, gəzdirilməsinə və daşınmasına görə məhkumların təqsirli bilindikləri CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında yalnız bir növ – azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuş, həmin cəzanın müddəti isə beş ildən on iki ilədək müəyyən edilmişdir. Məhkəmə kollegiyası Məhkum2 və Məhkum1, hər birisinin barəsində cəza tədbirinin seçilməsi ilə əlaqədar ilk növbədə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsind ə təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddəslərində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-nin 60.1-ci maddəsinin tələblərindən görünür ki, bu Məcəllənin 59.1.8, 59.1.1 059.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar (cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi, şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qald ırılması) mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Eyni zamanda CM-nin 61.2-ci maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunan cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsinin, CMnin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edi lməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları) “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 1999-cu il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəli lik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkum2 və Məhkum1 təqsirli bilinərək məhkum olunmalarına dair, apellyasiya instansiyası məhkəməsinin də dəyişdirilmədən qüvvədə saxladığı xx xxxxxx 2019-cu il tarixli hökmdən görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsi adları çəkilən təqsirləndirilən şəxslərə cəza təyin edərkən Məhkum2 himayəsində bir azyaşlı uşağının olmasını, cinayətin digər iştirakçılarının ifşa olunmasında fəal iştirak etməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirərək bu halları, Məhkum1 barəsində isə cəzanı yüngülləşdirən halların müəyyən edilməməsini nəzərə almışdır. Məhkum1 da kassasiya şikayətində törədilmiş cinayətin açılmasında fəal köməklik göstərməsini iddia etsə də bu hal iş materialla rı ilə, yəni ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlarla təsdiq olunmur. Bununla yanaşı iş materiallarından görünür ki, həm Məhkum2, həm də Məhkum1 əvvəllər qəsdən ağır cinayət törətdiklərinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmalarına, onların məhkumluqlarının ödənilməməsinə baxmayaraq yenidən qəsdən ağır cinayət törətmişlər və bu hal CM-nin 18.2.2-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivini yaratmışdır. Belə ki, CM-nin 18.2.2-ci maddəsinin tələblərinə görə, qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə bu hal cinayətlərin təhlükəli residivi sayılır. CM-nin 61.1.1-ci maddəsində isə cinayətlərin residivi, o cümlədən təhlükəli residivi cəzanı ağırlaşdran hallara aid edilmişdir. CM-nin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. CM-nin 234.41 və 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzanın yuxarı həddinin üçdə iki hissəsi isə səkkiz il müddətə azadlıqdan məhrum etmə cəzası təşkil edir. Müdafiəçi N.C.Mustafayevin kassasiya şikayətində istinad etdiyi CM-nin 65.3-cü maddəsinin müddəalarınə əsasən residivə, təhlükəli residivə və ya xüsusi təhlükəli residivə görə cəza, bu Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan o halda təyin olunur ki, cinayət törətmiş şəxsin məhkumluğu bu Məcəllənin Xüsusi hissəsinin maddəsində tövsifedici əlamət kimi göstərilsin, yaxu da Məcəllənin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar müəyyən edilsin. Məhkəmə kollegiyası qanunvericiliyin bu tələblərindən çıxış edərək qeyd edir ki, Məhkum2 və Məhkum1, hər birisinə onların təqsirli bilindikləri CM-nin 234.4.1 və 234.4.3cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzanın yuxarı həddinin üçdə iki hissəsindən daha az müddətə və ya həmin maddənin sanksiyasında nəzərdə tutulmamış başqa, daha yüngül cəzanın təyin olunması üçün onların barəsində CM-nin 62-ci maddəsində göstərilən müstəsna halların müəyyən edilməsi tələb olunur. Belə ki, CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cina yətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. CM-nin 62.2-ci maddəsinin tələblərinə görə, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə kollegiyasının qənaətinə görə, işin faktiki halları, iş üzrə qanuni üsullarla toplanmış və məhkəmə ic laslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların məcmusu Məhkum2 və Məhkum1, hər birisinin hərəkətlərində müstəsna xarakter daşıyan cəzanı yüngülləşdirən halların müəyyən edilməməsinə, yəni onların barəsində CM-nin 62ci maddəsinin tətbiq edilməklə onlara qanunvericilikdə (CM-nin 65.2-ci maddəsində) nəzərdə tutulmuş cəzadan daha yüngül cəzanın təyin edilməsi üçün əsasların olmamasına və bu baxımdan da kassasiya şikayətində irəli sürülmüş tələblərin təmin edilməsinin mümkünsüzlüyünə dəlalət edir. İş materiallarının təhlili göstərir ki, istər Məhkum2, istərsə də Məhkum1, hər birisinin barəsində çıxarılmış yekun məhkəmə aktlarından verilmiş həm apellyasiya şikayətlərinə, həm də kassasiya şikayətlərinə məhkəmə baxışları zamanı yuxarıda göstərilən cəzaların yüngülləşdirilməsinə ə sas ola bilən əlavə hallar da müəyyən edilməmişdir. Eyni zamanda, məhkəmə kollegiyası Məhkum2 və Məhkum1, hər birisinin haqqında CM-nin 70-ci maddəsinin də tətbiq edilməsi, yəni onlara təyin olunmuş cəzanın şərti hesab edilməsi üçün də əsaslar görmür ona görə ki, CM-nin 70.1-ci maddəsinin tələblərinə görə, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş təqsirkar barəsində şərti məhkum etmə o vaxt tətbiq oluna bilər ki, cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün saymış olsun. İş materiallarından göründüyü kimi, faktları araşdıran və sübutları tədqiq edən birinci və apellyasiya instansiyası məhkəmələri işə baxarkən Məhkum2 və Məhkum1, hər birisinin cəza çəkmədən islah oluna biləcəyini təsdiq edən heç bir sübut əldə etməmiş və düzgün olaraq onlara təyin olunmuş cəz anın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul etməkdən imtina etmişlər. Belə olan halda, məhkumlar Məhkum2 və Məhkum1 CM-nin 65.2-ci maddəsində nəzərdə tutulmuş həddlərdə cəzanın təyin edilməsi ilə razılaşaraq məhkəmə kollegiyası adları çəkilən məhkumların barələrində verilmiş kassasiya şikayətlərinin dəlillərini qəbul edilməz sayır və buna görə də həmin şikayətlərin təmin edilməməsini, Şirvan Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci tarixli qərarının isə həmin məhkumlara aid hissədə dəyişdirilmədən qüvvədə saxlanılmasını mümkün bilir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətlərinin təmin edilməsi barədə Məhkum2 müdafiəçisi N.C.Mustafayevin və məhkum Məhkum 2, həmin şikayətlərin təmin edilməməsi haqda isə dövlət ittihamçısının çıxışlarını dinləyib yuxarda göstərilənlərə əs aslanaraq hesab edir ki, kassasiya şikayətləri təmin edilməməklə Məhkum2 və Məhkum1, hər birisinin CM-nin 234.4.1 və 234.4.3-cümaddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı Məhkum2 müdafiəçisi N.C.Mustafayevin və Məhkum1, hər birisinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayətləri təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Məhkum2 və Məhkum1, hər birisinin Azərbaycan Respublikası Cinayət Məc əlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı adları çəkilən məhkumlar barəsində Məhkum2 müdafiəçisi N.C.Mustafayevin və Məhkum1, hər birisinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar