Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-157/2022 12.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlundan və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu iştirakı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Gəncə Apel lyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2021-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bərdə Rayon Məhkəməsinin 21 fevral 2020-ci il tarixli hökmü ilə (hakim S.İ.Seyfullayev) xx.xx.1978-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bərdə Rayon Məhkəməsinin 30 iyun 2016-cı il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami rayon məhkəməsinin 19 dekabr 2017-ci il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumlugu ödənilməmiş Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən, şübhəli şəxs kimi həbsdə saxlandığı 2 gün təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 1 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Hökmdən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2021-ci il tarixli hökmü ilə (hakimlər: S.B.Hüseynov (sədrlik edən), Ş.Q.Rzaquliyev və Ç.B.Məmmədov) apellyasiya şikayəti təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin 21 fevral 2020-ci il tarixli hökmü ləğv edilərək yeni hökm çıxarılmışdır. Məhkum təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsi ilə bəraət verilmiş və o, Azərbaycan Respublikasının adından təqsirsiz elan edilmişdir. Həmin hökmdən dövlət ittihamçısı t ərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: Bərdə Rayon Məhkəməsinin 21 fevral 2020-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış heroini istintaqa məlum olmayan mənbədən və müddətdə əldə edib özündə saxlayaraq daşımış, Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 20 oktyabr 2018-ci il tarixdə saat 12:00 radələrində Bərdə şəhəri, Nizami küçəsində saxlanaraq Bərdə rayon polis şöbəsinə aparılmış, polis şöbəsində üzərinə baxış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sol yan cibindən kağız bükülüdə 1 ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 1,033 qram kustar üsulla hazırlanmış narkot ik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş, o cümlədən şahidlərin ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış və götürmə protokolları daxil olmaqla bütün sübutları müqayisəli təhlil etməyərək əmələ düzgün hüquqi qiymət verməmiş, nəticədə Məhkum ittiham olunduğu CM-nin 234.1-ci maddəsi ilə bəraət verməkdə səhvə yol vermişdir. Aşağıdakılara əsasən hesab edilir ki, Gəncə Apelyasiya Məhkəməsinin hökmü əsassız olduğundan ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin olunmalıdır. Belə ki, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində məhkəmə baxışı iclasında Məhkum ona qarşı istinad olunan əməlin törədilməsində özünü təqsirli bilərək göstərmişdir ki, narkotik vasitələrdən istifadə edir, 20 oktyabr 2018-ci il tarixdə saat 12:00 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları onu yaşadığı Bərdə rayonu, Qaradağlı kəndi ərazisində saxlayaraq polis şöbəsinə gətirmişlər. Bərdə rayon polis şöbəsində olan zaman üzərinə baxış keçirilmiş, baxışı zamanı əynində olan göy rəngli cins şalvarın sol cibindən kağız bükümdə heroin aşkar edilmişdir. Narkotik vasitə heroini xeyli müddət qəbul etmiş, istifadə etmədikdə ağrıları çoxalmışdır. Yaşadığı evdə aşkar edilmiş «navakoin»lə heroini qaynadıb şprislə özünə vurur və ağrıları sakitləşir. Qeyd olunan narkotik vasitəni Bərdə şəhərində köhnə bazarın ərazisindən tapmışdır. Törətdiyi əməldən peşiman olmuşdur. Məhkəmə-narkoloji ekspertizasının 20 noyabr 2018-ci il tarixli 636 nömrəli rəyindən görünür ki, Məhkum Akif oğlu narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan çətənə bitkisi preparatlarından sui-istifadə etmə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əzab çəkir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Bundan başqa, ibtidai istintaq və birinci instansiya məhkəməsində Məhkum və şahidlər oxşar məzmunlu ifadələr vermiş, cinayət işi üzrə hər hansı ziddiyyət olmamışdır. Lakin, apellyasiya məhkəməsinin məhkəmə iclasında nədənsə Məhkum və hal şahidləri fərqli məzmunda ifadələr vermişlər. Belə ki, məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum ona CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Bərdə rayonu Qaradağlı kəndi ərazisində yerləşən qəbirstanlığın daş sexində mülki geyimli X6, X8 və X7 onu arxadan vuraraq üzü üstə yerə yıxmış, sonra təpik zərbələri ilə onu vurmuşlar. Nəticədə aldığı xəsarətlərdən İİ qrup əlil olmuşdur. Xəsarətlərin təsiri altında etirafedici ifadə verməyə məcbur qalmışdır. Onun həm evinə, həm də üzərinə baxış keçirilərkən heç bir narkotik vasitə aşkar edilməmiş, hal şahidləri də belə bir halın mövcud olduğunu deyə bilməzlər. Buna baxmayaraq, əsassız olaraq məsuliyyətə cəlb edilərək cəzaya məhkum edilmişdir, ibtidai istintaq zamanı döyülməsi faktı ilə bağlı prokurorluğa müraciət etsə də, prokurorluq orqanı tərəfindən əsassız olaraq rədd edilmişdir. İbtidai araşdı rmanı həyata keçirən şəxs onun xəsarətlərinə əhəmiyyət verməmişdir. Buna görə şikayətin təmin edilməsini, barəsində bəraət verilməsini xahiş etmişdir. Bununla yanaşı, cinayət işinə əlavə edilmiş materiallardan görünür ki, Məhkum ərizə ilə rayon prokurorluğuna müraciət edərək üzərində narkotik vasitə gəzdirərkən tutulmasını, hepatit xəstəsi olmasını, ayağının çıxmasını, tutduğu əmələ görə peşiman olmasını, ərizəsinin nəzərə alınmasını bıldirmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2021-ci il tarixli hökmünün ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiy a instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək, kassasiya protestini müdafiə etdiyini bildirib, protestin təmin edilməsini, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2021-ci il tarixli hökmünü ləğv edərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində apellyasiya məhkəməsi tərəfindən məhkumun barəsində əsassız olaraq bəraət verildiyi iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan R espublikası CPM-in 416.1.1, 416.1.2, 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2021-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsi nin Cinayət Kollegiyasının 31 may 2021-ci il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından və apellyasiya məhkəməsinin hökmündən görünür ki, Məhkum verilmiş satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama ilə bağlı ittiham ibtidai istintaq zamanı toplanmış materiallarla, həmçinin məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələri ilə, tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi Məhkum istinad olunan cinayəti törətməkdə təqsirli olması barədə nəticəyə gələrkən əsasən özünün etirafedici ifadəsinə, habelə şahidlər-polis əməkdaşları X2, X3, hal şahidləri X4 və X5 ifadələrinə, habelə məhkəmə-narkoloji ekspertizasının rəyinə istinad etmiş, lakin bu sübutların hər birini ayrı-ayrılıqda tədqiq etməmiş, habelə hər bir sübutun mötəbərlik tələblərinə uyğun olub-olmadığını yoxlamadan əsassız ittiham hökmü çıxarmışdır. Apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı hal şahidi şəxs1 və şəxs1 təkrarən dindirilərkən işin taleyinə təsir göstərəcək dərəcədə fərqli məzmunda ifadə verdiklərini, qanunvericiliyin hal şahidi qismində tanınması üçün əsas ola hallar hazırki cinayət işi üzrə hal şahidi kimi tanınmış şəxslərin heç birinə aid olmadığı müəyyən edilmişdir. Çünki baxış keçirmə protokollarında həm şəxs1, həm də şəxs1 iş üzrə hal şahidi kimi qeyd edilsə də, həmin şəxslər təqsirləndirilən şəxs Məhkum nə evindən, nə də üzərindən narkotik vasitənin aşkar edilmə si faktının şahidi olmadıqlarını bildirmişlər. Bundan başqa, baxış keçirmə haqqında protokolda əməliyyat-axtarış tədbirində polis əməkdaşlarından şəxs1 və şəxs1 iştirak etdiyi qeyd edilsə də, digər tərəfdən "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" 13 fevral 2019-cu il tarixli qərarda şəxs1, şəxs1, şəxs1 və şəxs1iştirakı etdiyi qeyd edilmişdir. Baxış keçirmə protokolunda polis əməkdaşları Məhkum evində və üzərində narkotik vasitənin aşkar edilməsi məzmunda ifadələr versələr də polis əməkdaşlarının həmin ifadələr işin halları ilə təsdiq edilmir, onların ifadələri işdə olan digər sübutlarla təsdiq edilmir. Hal şahidlərinin birbaşa ifadələri ilə polis əməkdaşlarının ifadələri arasında ziddiyyət yaradır. Göründüyü kimi ibtidai istintaq orqanı tərəfindən tərtib edilmiş sənədlərin hə r biri birbiri ilə ziddiyyət təşkil etdiyindən əməliyyat-axtarış tədbirində hansı əməkdaşların iştirak etməsi faktı müəmmalı olaraq qalmışdır. Bundan başqa, cinayət işinin materiallarında olan foto-şəkillərdə təqsirləndirilən şəxsin üzündə xəsarət izlərinin olduğu aşkar şəkildə görünür. Apellyasiya məhkəməsi baxışı zamanı, hal şahidi qismində tanınmış şəxs1 verdiyi ifadəsində Məhkum üzünün qan içərisində olduğunu gördüyünü bildirmişdir. Göründüyü kimi, Məhkum bədən səthində olan xəsarətlərə baxmayaraq, istintaq orqanı onun bu xəsarətlərinin müəyyən olunmasında heç bir tədbir görmədiyini, istintaq orqanının həmin xəsarətlərin üzə çıxmasında maraqlı olmadığını, nəticədə Məhkum həqiqətən aldığı xəsarətlərin təsiri altında etirafedici ifadə verməyə məcbur edildiyini təsdiq etmişdir. Bundan əla və, şahid qismində dindirilmiş polis əməkdaşları X9 və X1 Abdullayevə verilmiş ittihamı təstiq edən ifadələr vermişlər. Lakin ittiham tərəfi kimi polis əməkdaşları cinayət işinin nəticəsində maraqlı olan şəxslərdir. Belə olan halda yalnız polis əməkdaşlarının ifadələrinə əsaslanaraq Məhkum verilmiş ittihamın təsdiq olunduğu nəticəsinə gəlmək qanunamüvafıq deyil, bu cür ifadələr mötəbərliyi şübhə altına alınmayan sübutlarla təsdiq edildiyi halda sübut kimi qəbul edilə bilər. Apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, baxış protokolu tərtib edilərkən cəlb edilmiş hal şahidləri birbaşa olaraq Məhkum üzərindən narkotik vasitənin aşkar edildiyinin şahidi olmadıqlarını bildirmişlər. Göründüyü kimi, Məhkum üzərinə və evinə baxış videoçəkiliş vasitəsilə də həyata keçiril məmişdir. Belə olan halda iş üzrə maddi sübut kimi tanınmış narkotikin Məhkum məxsus olması mötəbər sübutlarla təsdiq olunmamışdır. Göstərilənlərə və apellyasiya məhkəməsinin hökmündə ətraflı şəkildə sadalananlara əsasən, apellyasiya məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, ittiham tərəfi Məhkum təqsirini mötəbər yolla sübuta yetirə bilməmişdir. İttihamın təsdiq olunmasında istifadə olunan sübutlar cinayət-prosessual qanunvericiliyin müəyyən olunmuş mötəbərlik tələblərinə cavab vermir, sübutlar şübhəli və ziddiyyətlidir. İttiham tərəfinin əsaslandığı sübutların kifayət qədər şübhəli məzmuna malik olması məhkəmənin gəldiyi qənaəti daha da möhkəmləndirmişdir. Apellyasiya məhkəməsinin hökmünü kassasiya protestinin dəlilləri ilə birgə təhlil edən kassasiya məhkəmə kollegiyası belə qənaət ə gəlir ki, apellyasiya məhkəməsi iş üzrə mövqeyini sübutlara, işin digər faktiki hallarına və qanunun tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin Plenum Qərarlarına, Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin dəlilləri də apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Qeyd edilənlənlərə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verməsi cinayət-prosessual qanunun yuxarıda təsvir edilən normalarının tələblərinə, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticələr kimi özünü göstərir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestində göstərilmiş yuxarıda sadalanan dəlillər Məhkum barəsində bəraət hökmü çıxarılmasına dair apellyasiya məhkəməsinin gəldiyi nəticənin və ümumilikdə qərarın qanuniliyini şübhə altına almağa əsas vermir. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Cinayət Prosessual Məcəlləsinin maddələrinin tələblərinə əsaslanır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əm əlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Buna uyğun norma CPM-nin 145.3-cü maddəsində nəzərdə tutulmuş və göstərilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə t əfsir edilir. Azərbaycan Respublikası CPM-nin yuxarıda göstərilən hər iki normasının həm məzmununa həm də mənasına görə, ittihamın sübut edilməsində şübhələrin yarandığı mövqeyində olan məhkəmə ilk növbədə həmin şübhələrin aradan qaldırılması üçün müvafiq tədbirləri görməli və yalnız bu mümkün olmadıqda həmin şübhələri təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. CPM-nin 21.3-cü maddəsində təsbit olunur ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir, ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 125.1-ci maddəsində göstərilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəy inə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 125.2.1 və 125.2.7-ci maddələrində qeyd olunmuşdur ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. CPM-nin 146.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedik də, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Kassasiya protestində apellyasiya məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış bəraət hökmünün və qərarın yuxarıda göstərilən hallarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq apellyasiya məhkəməsi sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmə tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar A zərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; şəxsə bəraət verilməsinə dair apellyasiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirsizliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin hökmünün ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Göstərilənləri nəzərə a laraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin hökmü əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2021-ci il tarixli hökmü dövlət ittihamçısının kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-157/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-157/2022
12.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver