Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-157/2023 19.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, zərərçəkmiş şəxs X2, Məhkum və onun müdafiəçisi – “Müdafiəçi2 və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 may 2021-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Bakı Ağır Cinayətlər Məhkməsinin 23 iyul 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Ə.M.Abasov, hakimlər M.M.Ağalarov və E.Ə.Mikayılovdan ibarət məhkəmə tərkibi) Məhkum (xx xxxxx 1976-cı ildə ünvan2nda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nvanında yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4, 145.2.5, 145.2.6, 221.3 və 228.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddələri ilə 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 145.2.5 və 145.2.6-cı maddələri il ə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla qəti olaraq 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 27 iyun 2019-cu il tarixdən hesablanması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 may 2021-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim İ.M.Murquzov, hakimlər H.Ç.Məmmədov və H.H.Əhmədovdan ibarət məhkəmə tərkibi) Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş ap ellyasiya şikayəti və apellyasiya şikayətinə edilmiş əlavə, Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum barəsində olan 23 iyul 2020-ci il tarixli hökmü cəza hissəsində dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddələri ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 15 (on beş) ildən 14 (on dörd) ilə, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 4 (dörd) ildən 3 (üç) ilə, Cinayət Məcəlləsinin 145.2.5 və 145.2.6-cı maddələri ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 4 (dörd) ildən 3 (üç) ilə endirilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən hökmlə Cinayət Məcəlləsinin 228. 1-ci maddəsi ilə ona təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırki qərarla təyin olunmuş cəzalarla qismən toplanılmaqla, ona cinayətlərin məcmusu üzrə qəti olaraq 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 may 2021-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Hökmə əsasən Məhkum 2012-ci ildən qeyri-rəsmi ər-arvad münasibətində olduğu Zərərçəkmiş şəxs işlədiyi Azərbaycan Tibb Universitetinin Normal fiziologiya kafedrasının kişi müəllimləri ilə intim münasibətdə olmasından şübhələnib 25 iyun 2019-cu ildə saat 14 radələrində, Zərərçəkmiş şəxs yaşadıqları mənzilə gəlməsindən sonra, onda olan mənz ilin açarını və sonuncunun istifadəsində olan mobil telefonunu zorla əlindən alaraq istintaqa məlum olmayan mənbədən qanunsuz əldə edib gəzdirməklə və yaşadığı həmin mənzildə saxladığı tapança ilə, həmçinin silah kimi istifadə etdiyi təsərrüfat-məişət təyinatlı bıçaqla Zərərçəkmiş şəxs öldürməklə hədələyərək əl və ayaqlarını kəndirlə bağlamaqla, onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirmiş, növbəti gün, yəni 26 iyun 2019-cu il saat 17 radələrinə kimi Zərərçəkmiş şəxs iradəsinə zidd olaraq mənzildə saxlamaqla qanunsuz azadlıqdan məhrum etmiş, 26 iyun 2019-cu ildə saat 17 radələrində, Zərərçəkmiş şəxs xilas olmaq üçün su içmək adı ilə mənzilin mətbəx otağına keçib pəncərənin açıq olmasından istifadə etməklə alt paltarlarında pəncərədən binanın qarşısına tullanaraq qaçdıqda, hərəkət lərindən daha da hiddətlənərək, Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmək qərarına gələrək, mətbəxin pəncərəsindən düşməklə Zərərçəkmiş şəxs arxası ilə qaçmış, sonuncu ünvan 3 ünvanda yerləşən ərzaq dükanında ondan gizləndikdə, saat 17:27-də ictimai yer sayılan həmin dükana daxil olaraq rəflərin arxasında Zərərçəkmiş şəxs aşkar edib dükanda olan insanların gözü qarşısında Zərərçəkmiş şəxs üzərinə hücum edərək, odlu silah olan tapançanı çıxarıb nümayiş etdirməklə istifadə edərək, Zərərçəkmiş şəxs yerə yıxıb baş və bədən nahiyələrinə yumruq və təpiklə, həmçinin tapançanın dəstəyi ilə zərbələr endirməklə, zor tətbiq edib sonuncuya xəsarətlər yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmiş, daha sonra qəsdən öldürmək məqsədilə tapançanı yerdə uzanıqlı vəziyyətdə olan Zərərçəkmiş şəx s baş nahiyəsinə tuşlayaraq bir dəfə atəş açmış, lakin Zərərçəkmiş şəxs sağ əlini atəş açılan istiqamətdə tutub özünü müdafiə etdiyindən, güllə onun sağ əlinə dəydiyindən niyyətinə nail ola bilməmiş və məqsədinə çatmaq üçün ayaqları ilə Zərərçəkmiş şəxs ayaqlarını aralayaraq, onun cinsiyyət orqanının yerləşdiyi nahiyəyə tuşlayıb yenidən bir dəfə atəş açmış, lakin Zərərçəkmiş şəxs atəşlərdən yayınmaqla, güllənin sağ bud nahiyəsinə dəyməsi nəticəsində, ona üç ədəd odlu silah yaralanması ilə nəticələnən və sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs ona müqavimət göstərməklə atəşlərdən yayınması və vaxtında tibb müəssisəsinə çatdırılaraq ixtisaslı tibbi yardım göstərildiyindən, o, Zərərçəkmiş şəxs həyatdan qəsdən məhrum etməyə yönəldilmiş hərəkətlərini öz ira dəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək, Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürməyə cəhd etmiş və dükandan küçəyə çıxıb ətrafda insanların sıx toplaşdığı yerdə tapança ilə havaya bir dəfə atəş açmaqla öz qərəzli xuliqanlıq hərəkətlərini davam etdirmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, onun hərəkətlərində xuliqanlıq, qanunsuz olaraq Zərərçəkmiş şəxs azadlıqdan məhrum etmə kimi cinayətlərin tərkibi olmadığı halda, məhkəmələr sübutları düzgün tədqiq etməyib və qiymətləndirməyib, əsassız olaraq onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü və 145.2.5, 145.2.6-cı maddələri ilə təqsirli bilmişlər. Məhkum kassasiya şikayətində irəli sürdüyü digər dəlil isə odur ki, onun Zərərçəkmiş şəxsnı öldür mək məqsədi olmadığı, qorxutmaq məqsədilə tapançadan Zərərçəkmiş şəxs tərəf atəş açdığı və bunun nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulduğu, yəni əməlində Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olduğu halda, məhkəmələr əsassız olaraq onun xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd etməkdə - CM-in 29, 120.2.4-cü maddəsi ilə təqsirli bilmişlər. Həmçinin, kassasiya şikayətində iddia olunur ki, ibtidai araşadırma zamanı müstəntiq tərəfindən bir sıra prosessual pozuntulara yol verilmişdir. Belə ki, Məhkum yaşadığı mənzilə baxış qanunsuz həyata keçirilmiş, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin dindirilməsi barədə protokollardakı onların tərtib edilmə vaxtına və üsuluna dair məlumatlar təhrif edilmiş, latın qrafikalı əlifbanı bilməyən şahid Nazim Ağayevin dindirilməsində mütəxəssisin iştirakı təmin edilməmişdir. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 may 2021-ci il tarixli qərarının ləğv edilməsini, Cinayət Məcəlləsinin 145.2.5, 145.2.6-ci maddələri və 221.3-cü maddəsi ilə məhkum olunmasına dair hissədə cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi, zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs qarşı törətdiyi cinayət əməlinin hüquqi tövsifinin CM-in 29,120.2.4-cü maddələrindən 128-ci maddəsinə dəyişdirilməsi, ona CM-in 128 və 228.1-ci maddələri ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsi haqqında qərarın çıxarılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə ba xılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlama nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Mə cəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində məhkəmələrin sübutları cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə tədqiq edib qiymətləndirmədiklərini, nəticədə təqsirliliyi sübuta yetirilmədiyi və əməlində cinayət tərkibi olmadığı halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.5, 145.2.6, 221.3-cü maddələri ilə təqsirli bilindiyini, eləcə də zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı törətdiyi əməl CM-in 128-ci maddəsi ilə tövsif edilməli olduğu halda, əsassız olaraq CM-in 29,120.2.4-cü maddələri ilə tövsif olunduğunu iddia edərək, faktiki olaraq apellyasiya instans iyası məhkəməsinin qərarının bir hissədə ləğv edilərək, həmin hissədə cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi, digər hissədə qərar dəyişdirilməklə əmələrinin CM-in 128, 228.1ci maddələri ilə tövsif edilməsi və həmin maddələrlə ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsi barədə tələblərini məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.3, 416.1.6, 416.1.11 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 may 2021ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbayca n Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əs asən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının, şəxsin təqsirinin) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Kassasiya şikayətində göstərilənlərin (Məhkum xuliqanlıq və qanunsuz azadlıqdan məhrum etmə kimi cinayətləri törətməməsinə dair idd ialarının) əksinə olaraq, Məhkum hökmlə və apellyasiya instansiyası məhkəməsinin yekun qərarı ilə ona isnad edilən, hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətləri ilə xuliqanlıq və qanunsuz azadlıqdan məhrum etmə cinayətlərini törətməsi və həmin əməllərə görə Cinayət Məcəlləsinin 221.3 və 145.2.5, 145.2.6-cı maddələri ilə təqsirliliyi məhkəmələr tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, yolverilənliyi təkzib edilməmiş, bir-biri ilə uzlaşan sübutların məcmusu ilə sübuta yetirilib, tam, hərtərəfli və obyektiv araşdırılmış hallara əsasən müəyyən edilmişdir. Məhkum xuliqanlıqla bağlı olan ittihama münasibətdə - hadisə zamanı xuliqanlıq motivi ilə hərəkət etmədiyini və əməli qısqanclıqdan törətdiyi ni, ictimai qaydanı pozmadığını; qanunsuz azadlıqdan məhrum etmə cinayətinə dair ittihama münasibətdə zərərçəkmiş Zərərçəkmiş şəxs onunla eyni mənzildə bir ailə kimi yaşadığı üçün iradəsi ziddinə olaraq Zərərçəkmiş şəxs həmin mənzildə məcburi qaydada saxlamadığını və heç bir şəkildə onun azadlığını məhdudlaşdırmadığını iddia etsə də, birinci instansiya məhkəməsinin müəyyən etdiyi (apellyasiya məhkəməsinin də razışadığı) işin həqiqi halları bu iddiaları təkzib edir. Belə ki, məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, Məhkumla zərərçəkmiş Zərərçəkmiş şəxs arasında mübahisə Məhkum Zərərçəkmiş şəxs qısqanmasından başlasa da və onlar həqiqətən də bir mənzildə yaşasalar da, Məhkum 25 iyun 2019-cu il saat 14 radələrindən 26 iyun saat 17 radələrinədək Zərərçəkmiş şəxs tapança ilə hədələməklə, əl ləri, müxtəlif əşyalarla vurub onun həyatı və sağlamlığı üçün təhlükəli xarakterli zor tətbiq etməklə, əl-qolunu bağlamaqla, mobil telefonunu və mənzilin açarlarını əlindən alıb qapını qıfıllamaqla və özü də mənzidə olub Zərərçəkmiş şəxs qapalı məkanda nəzarəti altında saxlayaraq mənzildən çıxa, ətraf əlamlə ünsiyyət saxlaya bilməsinin qarşısını almışdır. Zərərçəkmiş şəxs yalnız 26 iyun 2019-cu il saat 17 radələrində su içmək bəhanəsi ilə yataq otağından çıxıb mətbəxə keçə bilmiş və alt paltarında pəncərədən tullanaraq yaxınlıqdakı ərzaq dükanına qaçmış və orada satıcı Şahid1 onu Məhkum gizlətməsini xahiş etmişdir. Lakin, Zərərçəkmiş şəxs mənzildən qaçmasından dərhal sonra Məhkum içərisində patronlar olan tapançanı da özü ilə götürüb Zərərçəkmiş şəxs arxasınca qaçmış və onu ərzaq dükanın da gizləndiyi rəflərin arxasından tapıb döyməklə və tapançadan atəş açmaqla zorakılıq hərəkətlərini davam etdirmişdir. Bütün bunlar hər hansı şübhəyə yer qoymadan Zərərçəkmiş şəxs qeyd olunan müddətdə qapalı mənzildə ətraf aləmdən təcrid olunmuş vəziyyətdə saxlanılmasının onun iradəsi ziddinə olduğunu, Məhkum tərəfindən bunun silahdan və silah qismində digər əşyalardan istifadə edilməklə, zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zor tətbiq edilməklə törədildiyini göstərir. Ərzaq dükanında və onun qarşısında Məhkum qəsdən törətdiyi hərkətlər isə artıq həmin hərəkətlərin müstəsna olaraq Zərərçəkmiş şəxs qısqanması ilə şərtləndirilmədiyinin, onlar arasında olan şəxsi münasibətlər kontekstindən çıxaraq, Məhkum özünü nəinki Zərərçəkmiş şəxs, hətta ərzaq dükanı kimi ictimai yerdə v ə onun qarşısında olan şəxlərdən üstün tutmasından – ümumilikdə ictimai qaydaya etinasızlığından, cəmiyyətə aşkar hörmətsizliyindən irəli gəlməsinin, yəni xuliqanlıq motivi ilə şərtləndirilməsinin göstəricisidir. Belə ki, Məhkum ayaqyalın, ev geyimində, əlindəki atəşə hazır vəziyyətdə olan tapança ilə satıcı Şahid1 və alıcıların olduğu ərzaq dükanına daxil oduqdan sonra ətrafdakı insanlara, hərəkətləri ilə təkcə Zərərçəkmiş şəxs deyil, həm də onların qanuni mənafelərinə zərər vurmasına, ərzaq dükanının normal fəaliyyətini pozmasına məhəl qoymayaraq orada gizlənmiş Zərərçəkmiş şəxs taparaq dükanın içərisində əlləri, ayaqları, tapança ilə zərbələr vurmaqla döymüş, Zərərçəkmiş şəxs tapançadan atəşlər açmışdır. Və bununla kifayətlənməyərək dükanın qarşısına çıxdıqdan sonra, orada da tapançadan havaya atəş açaraq bunu hədə-qorxu xarakterli ifadələrlə müşayiət etdirmişdir. Xuliqanlıq cinayətinin əsas tərkibini təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarlarında, habelə “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi P lenumunun 2004-cü il 23 mart tarixli qərarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərə görə xuliqanlıq cinayəti birbaşa qəsdlə törədilən əməl olmaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlər isə şəxslər üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli qərarında həmçinin o da xüsusilə vurğulanmışdır ki, “şəxsi münasibətlər zəminində başlanmış... hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər”. Məhkum hazırki qərarın “İşin halları” bölməsində təsvir olunmuş (məhkəmələr tərəfindən müəyyən edilmiş) hərəkətlərini xuliqanlıq cinayətinin əlamətləri ilə müqayisə etdikdə görünür ki, onun birbaşa qəsdlə edilən hərəkətləri qısqanclıq zəminində başlasa da, davamında qərəzli, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən xarakter almış və xuliqanlıq motivi ilə şərtləndirilmişdir. O, həmin hərəkətləri ilə ictimai yerdə ictimai qaydanı kobud şəkildə pozmuş, bu hərəkətlər zərərçəkmiş şəxsə zor tətbiq olunması, silahdan istifadə edilməsi, onun sağlamlığına yüngül zərərin vurulması ilə müşayiət olunmuşdur. Yuxarıda məhkəmə hökmündən gətirilən hallar Məhkum və Zərərçəkmiş şəxs ibtidai istintaqda dindirilərkən ifadələrində verdikləri məlumatlar; onların məhkəmədə verdikləri ifadələrlə deyil, mə hz ibtidai istintaq materiallarındakı (dindirmə protokollarındakı) məlumatları ilə uzlaşan Şahid1 birinci instansiya məhkəməsində verdiyi ifadəsi; Zərərçəkmiş şəxs və Məhkum barəsində keçirilmiş məhkəmə tibbi ekspertizaların müvafiq olaraq 12 iyul 2019-cu il tarixli 676 nömrəli və 10 iyul 2019-cu il tarixli rəyləri; hadisə zamanı Məhkum istifadə etdiyi tapançanın odlu silah olmasına dair məhkəmə-ballistik ekspertizasının 10 sentyabr 2019-cu il tarixli rəyi; məhkəmə tibi-bioloji, məhkəmə tibbikriminalistik, Məhkum barəsində keçirilmiş məhkəmə psixiatrik, məhkəmə psixoloji ekspertizalarının müvafiq olaraq 16 sentyabr, 02 oktyabr, 09 avqust və 28 noyabr 2019-cu il tarixli rəyləri, hadisə yerinə baxış keçirilməsi haqqında 26 iyun 2019-cu il tarixli protokol (o cümlədən, protokola əlavə olunmuş ərzaq dükanının müşahidə kamerası ilə çəkilmiş videogörüntülər) və digər sübutlarla təsdiq olunur. Kassasiya şikayətində zərərçəkmiş şəxsdən və Məhkum ibtidai istintaqda alınmış ifadələrin, eləcə də hadisə yerinə baxış keçirilməsinə dair protokolun və şahid X15in ifadəsinin yolverilməz olması iddia edilsə də, həmin iddia apellyasiya instansiyası məhkəməsi tərəfindən ətraflı araşdırılmaqla əsaslandırılmış şəkildə rədd edildiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, ittiham hökmünün və apellyasiya instansiyası məhkəməsinin yekun qərarının əsasına qoyulmuş sübutlarla bağlı CPM-in sübutlar və sübutetməyə dair normalarının, o cümlədən 143-146-cı maddələrinin pozuntularını müəyyən etmək üçün əsas görmür. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin Məhkum Cinayət Məcəlləsinin 14 5.2.5, 145.2.6, 221.3-cü maddələri ilə təqsirli bilinməsinin mübahisələndirilməsinə həsr olunmuş dəlilləri ilə əlaqədar işin faktik hallarının müəyyən edilməsi, həmin hallara cinayət qanunu normasının tətbiqi (əməlin hüquqi tövsifi), Məhkumin Cinayət Məcəlləsinin 145.2.5, 145.2.6, 221.3-cü maddələrində, eləcə də kassasiya şikayəti ilə mübahisələndirilməyən CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməsi və cəzalandırılması üzrə məhkəmələrin çıxardıqları nəticələri də şübhə altına almaq üçün heç bir əsas tapmır. Kassasiya şikayətinin Məhkum Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddələri ilə təqsirli bilinməsinin mübahisələndirilməsinə həsr olunmuş dəlillərinə (onun əməlində xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd cinayətinin deyil, qəsdən sağlamlığ a yüngül zərər vurma – CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması haqqında iddiaya) gəldkdə, məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Cinayət Məcəlləsinin mübahisələndirilən məsələyə aidiyyəti olan normalarından çıxış etməklə hazırki işin materiallarına, bu materiallardan irəli gələn faktiki hallara baxdıqda, məhkumun onun əməlinə Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddələrinin düzgün şamil edilmədiyini iddia etməkdə haqlı olduğu müəyyən edilir. Belə ki, Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin nəzərdə tutduğu cinayət bu maddənin dispozisiyasında (baxılan işin kontekstində) xüsusi amansızlıqla qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə kimi təsbit edilmişdir. Cinayət Məcəlləsinin 29-cu maddəsinə görə bilavasitə cinayət törətməyə yönə ldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarında izah olunur ki, “qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda, belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər” (qərarın 2-ci bənd). Birbaşa qəsdin tərifini təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25.2-ci maddəsinə görə isə “şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur”. Birinci instansiya məhkəməsində araşdırılmış sübutlardan (o cümlədən, ittiham hökmündə inandırıcı sübutlar kimi qəbul edilmiş Məhkum ibtidai istintaq zamanı verdiyi ifadələrdən, hadisə yerinə baxış keçirilməsi haqqında protokola əlavə edilmiş hadisə zamanı ərzaq dükanının içərisində baş verənləri əks etdirən videoyazıdan, Şahid1 ifadəsindən, zərərçəkmiş Zərərçəkmiş şəxs barəsində keçirilmiş məhkəmə tibbi ekspertizasının rəyindən) görünür ki, Məhkum ərzaq dükanının içərisində birinci dəfə yerdə uzanıqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs tapançadan atəş açdıqdan sonra güllə onun sağ əlinin arxa səthinə dəymiş, bundan sonra Məhkum dükanın qapısına yaxınlaşmış və geri qayıdaraq Zərərçəkmiş şəxs ayaqlarını aralayıb həmin nahiyəyə daha b ir atəş açmış və Zərərçəkmiş sağ budun yuxarı 3/1-nin iç səthindən (giriş dəliyi) və sağ sağrının aşağı iç səthindən (çıxış dəliyi) güllə yarası almış və hər iki güllə yaralanması nəticəsində onun sağlamlığına yüngül zərər vurulmuşdur. Bundan sonra Məhkum zərərçəkmiş şəxsin ölmədiyini gördüyü və tapançanın sandıqçasında patron olduğunu bildiyi halda, hadisəyə heç kimin müdaxilə etməməsinə, yəni zərərçəkmiş şəxsi öldürməyə real imkanının olmasına baxmayaraq dükandan bir ədəd energetik içki götürərək dükanın qarşısına çıxmış və orada tapançadan havaya bir atəş açdıqdan sonra hadisə yerindən getmişdir. Bu faktlar Məhkum tapançadan atəş açarkən Zərərçəkmiş şəxs öldürməyi arzu etməsi (qəsdinin birbaşa Zərərçəkmiş şəxs öldürməyə yönəlməsi), Zərərçəkmiş şəxs ölümünün isə Məhkum iradəsindən asılı olmayan səbəblərdən baş verməməsi haqqında ibtidai istintaq orqanının və məhkəmələrin gəldikləri nəticənin birinci və apellyasiya instansiyası məhkəmələrində baxılmış sübutlara və bu sübutlardan irəli gələn işin həqiqi hallarına əsaslanmadığını göstərir. Belə olan halda, Məhkum sözügedən əməlinin xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd kimi – Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddələri ilə tövsifi istisna edilir. Təqsirkarın bu əməlinin Cinayət Məcəlləsinin hansı maddəsi ilə tövsif edilməli olması məsələsinə gəldikdə, Məhkum əməlin baş vermiş nəticəyə görə - qəsdən sağlamlığa yüngül zərər vurma kimi CM-in 128-ci maddəsi ilə tövsif edilməli olmasına dair iddiası, birinci və apellyasiya instansiyası məhkəmələrində baxılmış sübutlar, hətta Məhkum özünün ibtidai istintaqda verdiyi if adəsi ilə uzlaşmadığı üçün, əsassız hesab edilməlidir. Belə ki, Məhkum məhkəmələr tərəfindən mötəbər sübut kimi qəbul edilən ibtidai istintaq zamanı – 27 iyun 2019-cu ildə şübhəli şəxs qismində verdiyi ifadəsində göstərmişdir ki, birinci güllə Zərərçəkmiş şəxs sağ əlinə dəydikdən sonra o, çıxıb getmək istəmiş, lakin hirsi soyumadığından və Zərərçəkmiş şəxs ona xəyanət etməsini düşündüyü üçün onu cinsi orqanından vurmaq istəmiş və bu məqsədlə Zərərçəkmiş şəxs ayaqlarını aralayıb həmin nahiyəyə atəş açmışdır. Məhkum müstəntiqin sualını cavablandırarkən Zərərçəkmiş şəxs cinsi orqanına atəş açmasını belə izah etmişdir: “ikinci dəfə atəş açdıqda məqsədim onun cinsi orqanına atəş açmaq olmuşdur, çünki, istəyirdim ki, onun cinsi orqanına vurub başqa şəxslərlə bir daha cinsi əlaqədə olmaqdan məhru m edim”. Zərərçəkmiş Zərərçəkmiş şəxs barəsində keçirilmiş məhkəmə tibbi ekspertizasının rəyi ilə müəyyən edilmiş hal - ikinci güllə yarasının (giriş dəliyinin) Zərərçəkmişnın sağ budunun yuxarı 3/1-nin iç səthində (cinsi orqanına yaxın yerdə) yerləşməsi, eləcə də hadisə yerinə baxış protokoluna əlavə edilmiş videoyazıdakı görüntülərə görə Məhkum Zərərçəkmiş şəxs ayaqlarını aralayaraq, cinsi orqanı istiqamətində atəş açması onun ifadəsində səsləndirdiyi (şərh edilən əməlinə psixi münasibətini aşkarlayan) məlumatla uzlaşır. Qeyd olunan hallar isə Məhkum qəsdən xüsusi amansızlıqla hərəkət etdiyini və məqsədinin Zərərçəkmiş şəxs öldürmək deyil, sağlamlığına ağır zərər vurmaq olduğunu (qəsdinin birbaşa Zərərçəkmiş şəxs sağlamlığına xüsusi amansızlıqla ağır zərərin vurulmasına yönəldiyini), lak in iradəsindən asılı olmayan səbəbdən, yəni güllə Zərərçəkmiş şəxs cinsi orqanından bir qədər kənarda yerləşən nahiyəyə dəydiyi, eləcə də cinayətin baş vermə şəraitinə (zərərçəkmiş şəxsin bədən səthi və ətrafı qanlı, Məhkum özünün isə məhkəmə psixoloji ekspertizasının rəyinə əsasən hirsli, qəzəbli olmasına) görə güllənin zərərçəkmiş şəxsin cinsi orqanına dəymədiyini müəyyənləşdirə bilmədiyi üçün, qəsdən xüsusi amansızlıqla sağlamlığa ağır zərər vurma cinayətini törətməyə cəhd etdiyini göstərir. Belə ki, qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin əsas tərkibini təsbit edən CM-in 126.1-ci maddəsində “qəsdən sağlamlığa ağır zərər vurma”ya “insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və sa ğlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma” kimi tərif verilmişdir. Məhkum atəş açarkən arzuladığı nəticə - Zərərçəkmiş şəxs cinsi orqanının funksiyasını itirməsi özündə həm də xüsusi amansızlığı ehtiva etdiyindən və bu nəticə onun iradəsindən asılı olmayan səbəbdən baş vermədiyindən, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməyə cəhd kimi qiymətləndirilməli və bu səbəbd ən sözgedən əməlin hüquqi tövsifi Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddələrindən 29,126.2.3-cü maddələrinə dəyişdirilməli və həmin maddələr ilə Məhkum Cinayət Məcəlləsinin 58.3, 63.3-cü maddələrinə və cəzanın təyin edilməsi məsələlərini tənzimləyən digər normalarına müvafiq olaraq – törətdiyi başa çatmayan cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti (o cümlədən, apellyasiya instansiyası məhkəməsinin cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar barədə gəldiyi nəticələr), cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Eyni zamanda, bu cəza Məhkum birinci instansya məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təyin olunmuş (apellyasiya i nstansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmış) 2 il müddətə azadlıqdan məhrum etmə cəzası, habelə apellyasiya instansiyası məhkəməsinin qərarı ilə CM-in 145.2.5, 145.2.6-cı maddələri ilə təyin olunmuş 3 il müddətə azadlıqdan məhrum etmə cəzası və CM-in 221.3cü maddəsi ilə təyin olunmuş 3 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə CM-in 66.3-cü maddəsinə əsasən qismən toplanılmalı, Məhkum qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum həmin cəzanı təyin etməklə də Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərinə çatmaq mümkündür. Məhkum əməlinin hüquqi tövsifi xüsusilə ağır cinayətdən ağır cinayətə dəyişdirildiyinə görə, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq ona təyin olunmuş cəzaçəkmə müəssisəsinin növü də ciddi rejimlidən ümumi rejimliyə dəyişdirilməlidir. Təsvir olunanlar Məhkum kassasiya şikayətinin məhkəmə kollegiyası tərəfindən qəbul edilən dəlillər hissəsində əsaslı olduğunu, məhkəmələr tərəfindən mübahisələndirilən qərarın kassasiya qaydasında dəyişdirilməsini tələb edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15-ci maddəsində nəzərdə tutulmuş pozuntuya (əməlin hüquqi tövsifində səhvə yol verildiyini) göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun, onun müdafiəçisinin və zərərçəkmiş şəxsin, habelə kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti qis mən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 05 may 2021-ci il tarixli qərarı yuxarıda göstərilən qaydada dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 05 may 2021-ci il tarixli qərarı dəyişdirilsin, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddələri ilə tövsif olunmuş əməli həmin maddələrdən Cinayət Məcəlləsinin 29,126.2.3-cü maddələrinə tövsif edilsin və ona Cinayət Məcəlləsinin 29,126.2.3-cü maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən hazırki qərarla Məhkum Cinayət Məcəlləsinin 29,126.2.3-cü maddələri ilə təyin olunmuş cəza ona Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 may 2021-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 145.2.5, 145.2.6-cı maddələri ilə təyin olunmuş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası və Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təyin olunmuş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, habelə Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 iyul 2020-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təyin olunmuş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın, Məhkum üzərində qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Məhkum cəzasın ı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-157/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-157/2023
19.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver