Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-157/2024 28.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə x xxxxxx 1975-ci il tarixdə Ağsu rayonu anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Ağsu rayonu, Hacıqədirli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə bəraət almasına və 178.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 may 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Cabbarlı Bəhruz Qənbər oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ağsu Rayon Məhkəməsinin 9 fevral 2023-cü il tarixli hökmünə əsasən (hakim Anar Əsgərov) Məhkum - Azərbaycan Respublikası CM-in 29, 178.2.4-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə ona bəraət verilməsi, CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib, 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 32.4, 312.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib, 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-nin 66.2-ci maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 2 (iki) il 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 66.5 və 68.1.1-1-ci maddələrinə əsasən, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 2 il 9 ay 25 gün azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökm üzrə təyin edilmiş qəti cəzaya qismən toplama yolu ilə Məhkum qəti olaraq 2 (iki) il 5 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasının əvvəlinin 9 fevral 2023-cü il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən apelyasiya protesti və təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 may 2023-cü il tarixli hökmü ilə (hakimlər: A.M.Eyvazov (sədrlik edən), İ.H.Şükürov və X.H.Səmədov) apelyasiya protesti və apellyasiya şikayəti qismən təmin edilmiş, Ağsu Rayon Məhkəməsinin 9 fevral 2023-cü il tarixli hökmü Məhkum CM-in 32.4, 312.1-ci maddəsi ilə məhkum edilməsinə aid hissədə ləğv edilmişdir. Məhkum barəsində təqsirsizliyini təsdiq edən CM-in 32.4, 312.1-ci maddəsində nəzərdə tutulan cinayət hadisəsi olmadığına görə bəraət verilmiş, hökmdən CM-in 66.2-c i maddəsinə dair müddəalar xaric edilmişdir. Məhkum Azərbaycan Respublikası CPM-nin 56 və 63-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınmış və ona izah edilmişdir. CM-in 66.5 və 68.1.1-1-ci maddələrinə əsasən, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş 2 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası Ağsu Rayon Məhkəməsinin 9 fevral 2023-cü il tarixli hökm üzrə təyin edilmiş 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına qismən toplama yolu ilə Məhkum qəti olaraq 2 (iki) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən təqsirlənd irilən şəxs Məhkum CMin 178.2.4 və 32.4,312.1-ci maddələri ilə məhkum edilmişdir ona görə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş qardaşı X10in vaxtından əvvəl azadlığa buraxılmasında köməklik göstərilməsi ilə bağlı 2021-ci ilin sentyabr ayında özünə müraciət etmiş Zərərçəkmiş şəxs özünün əvvəllər ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində işləyib hazırda təqaüdə çıxması səbəbindən guya müxtəlif vəzifələrdə işləyən səlahiyyətli şəxslərlə yaxın münasibətlərinin olmasını bildirib özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqd im edib formalaşdırdığı inam və etibardan sui-istifadə edərək X10in “28 May Müstəqillik günü” ilə əlaqədar “məhkum edilmiş bir sıra şəxslərin əfv olunması” haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə vaxtından əvvəl azadlığa buraxılmasını guya təmin etmək imkanına malik olduğunu yalandan bildirib, yaxın münasibətdə olduğu vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar X10in xeyrinə edəcəyi hərəkətə, yəni onun əfv olunması üçün zəruri olan tədbirlərin görülməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 10.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, onunla həmin işin 9.000 manat müqabilində müsbət həllinə dair razılığını almaqla sövdələşib, həmin niyyətlə xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs qardaşı X11 tərəfindən "xxxx" MMC-nin Neftçala poçt filialında öz adına həmin Cəmiyyətin Ağsu poçt filialına göndərilmiş 250 manat pulu həmin tarixdə ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-nin Ağsu rayon filialından əldə edərək, həmçinin, xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanında yerləşən “Seymur aptek”də quraşdırılmış “eManat” elektron ödəmə sistemi vasitəsi ilə Zərərçəkmiş şəxs tərəfindən köçürülmüş cinayətdən xəbərsiz həmkəndlisi Şahid3 adına "xxxx" ASC-yə məxsus 4169********8189 nömrəli bank kartına 400 manat və 5103********0688 nömrəli bank kartına 2.100 manat olmaqla, cəmi 2.500 manat, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs tərəfindən Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “Əli” marketin yanında “aviakassa” adlanan ərazidə cinayətdən xəbərsiz oğlu Ş ahid1 təqdim edilmiş 3.700 manat, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, Heydər Əliyev prospekti Rustavi küçəsində yerləşən “Elmar market”də quraşdırılmış “eManat” elektron ödəmə sistemi vasitəsi ilə Zərərçəkmiş şəxs tərəfindən cinayətdən xəbərsiz oğlu Şahid2 adına "xxxx" ASC-yə məxsus 4098********5084 nömrəli “Leobank” kartına köçürülmüş 550 manat, xx.xx.2022-ci il tarixdə Neftçala rayonu, Aşağı Qaramanlı kəndində yerləşən marketdə quraşdırılmış “Milli Ön” elektron ödəmə sistemi vasitəsi ilə Zərərçəkmiş şəxs qardaşı X11 tərəfindən cinayətdən xəbərsiz tanışı X2 adına "xxxx" ASC-də olan 5167********3055 nömrəli karta köçürülmüş 300 manat, xx.xx.2022-ci il tarixdə Neftçala rayonu, Aşağı Qaramanlı kəndində yerləşən marketdə quraşdırılmış “Milli Ön” elektron ödəmə sistemi vasitəsi ilə Zərər çəkmiş şəxs qardaşı X11 tərəfindən cinayətdən xəbərsiz oğlu Şahid2 adına "xxxx" ASC-yə məxsus 5103********0688 nömrəli bank kartına köçürülmüş 150 manat, xx.xx.2022-ci il tarixdə Neftçala rayonu, Aşağı Qaramanlı kəndində quraşdırılmış “Milli Ön” elektron ödəmə sistemi vasitəsi ilə Zərərçəkmiş şəxs qardaşı X11 tərəfindən cinayətdən xəbərsiz oğlu Şahid2 adına "xxxx" ASC-yə məxsus 4098********5084 nömrəli “Leobank” kartına köçürülmüş 250 manat məbləğində pul vəsaitinin sonuncu tərəfindən qeyd edilən tarixdə cinayətdən xəbərsiz həmkəndlisi Şahid3 adına "xxxx" ASC-yə məxsus 4169********8189 nömrəli bank kartına köçürülərək xx.xx.2022-ci il tarixdə həmin banka məxsus Bakı-Şamaxı-Yevlax yolunun Ağsu şəhərindən keçən hissəsində yerləşən bankomatından çıxarılaraq, göstərilən qaydada Zərərçəkmiş şəx s və qardaşı X11 tərəfindən nağd və köçürülmə qaydasında cinayətdən xəbərsiz şəxslərə verilmiş pul vəsaitinin özünə təqdim edilməsinə nail olub şəxsi ehtiyaclarına sərf etməklə, Zərərçəkmiş şəxs məxsus ümumilikdə 7.700 manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar X10in xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə Zərərçəkmiş şəxs vahid niyyətlə təhrik etmiş, sonuncu X10in adının əfv edilən şəxslərin siyahısına daxil edilmədiyini görüb aldadıldığını başa düşərək qalan məbləği verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa ça tdıra bilməyib həmin pul vəsaitini ondan almağa nail olmayaraq, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs məxsus cəmi 9.000 manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Həmin hərəkətləri ilə Məhkum CM-in 29, 178.2.4, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 may 2023-cü il tarixli hökmünün ləğv olunması və cinayət işinin yenidən apelyasiya instansiyası məhkəməsinin baxışına təyin olunması barədə qərar qəbul edilməsi xahiş olunur. Protest müəllifi hesab edir ki, məhkəmə Məhkum əməlinin CM-in 178.2.4 -cü maddəsi ilə əhatə olunması əsasına görə ona CM-in 32.4, 312.2-ci maddəsi ilə verilmiş ittihamdan həmin maddəni xaric etməli olduğu halda, ona həmin maddə ilə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verməklə səhv nəticəyə gəlmiş, bununla da cinayət işi üzrə toplanmış sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş və qiymətləndirilməmiş, eləcə də cinayət və cinayət-prosessual qanunvericiliyinin normaları düzgün tətbiq edilməmişdir. Bundan başqa, məhkəmə dələduzluq cinayəti törətmiş Məhkum Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56 və 63-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tan ımaqla cinayət prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Dövlət ittihamçısı həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyini zamanı da qanunvericiliyin tələblərini pozmuş, əsassız olaraq ona törətdiyi cinayət əməlinin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə uyğun gəlməyən yüngül cəza təyin etmiş, həmçinin ona CM-nin 66.5-ci maddəsinə əsasən, cəza təyin edərkən əvvəlki hökmlə təyin edilmiş cəzanı deyil, üzərində saxlanılan cəzanı qismən toplamış və qəti cəzanın həddini müəyyən etməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin hökmü ləğv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və a pellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində qeyd edilir ki, apellyasiya instansiya məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-in 32.4, 312.1-ci maddəsi ilə verilmiş ittihamdan həmin maddəni xaric etməli olduğu halda, ona həmin maddə ilə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət hökmü çıxarmışdır. Həmçinin protestdə qeyd olunur ki, apellyasiya instansiya məhkəməsi Məhkum cəza təyini zamanı da qanunvericiliyin tələblərini pozmuş, əsassız olaraq ona törətdiyi cinayə t əməlinin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə uyğun gəlməyən yüngül cəza təyin etmiş, məhkuma cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanımaqla cinayət prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə”yə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. CM-in 178.2. Eyni əməllər: 178.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə— dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə a zadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 312.1-ci maddəsinə görə “Rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi – beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CPM-in 1.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayəti n əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyə n olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət qanunu normasının tələblərinə və “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı qərarına əsasən Azərbaycan Respublikası CM-in 178-ci maddəsində nəzərdə tutulan dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o, halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqların əldə edərkən hər hansı bir öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Bu hüquq müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə əks oluna bilər. (məsələn etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) Subyektiv cəhətdən belə əməllər birbaşa qəsdlə törədilir, yəni həmin əməli törədən şəxs Azərbaycan Respublikası CM-in 25-ci maddəsinin tələblərinə əsasən öz əməlinin (hərəkət və hərəktsizliyinin) ictimai təhlükəli olduğunu dərk etməli, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görməli və bunları arzu etməlidir. Digər tərəfdən, dələduzluq cinayətinin obyektiv cəhətini özündə ehtiva ed ən Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinin dispozisiyasına əsasən, şəxsin əməli o halda dələduzluq cinayəti kimi qiymətləndirilə bilər ki, şəxs özgənin əmlakını və ya əmlak hüquqlarını əldə etmə niyyəti izləyərək etibardan sui-istifadə etmiş olsun və ya aldatma üsulundan istifadə etsin. Qanunun mənasından göründüyü kimi, dələduzluq cinayətinin törədilməsi zamanı şəxs əvvəlcədən öz qarşısına digər şəxsin əmlakını və əmlaka olan hüququnu ələ keçirmək məqsədini müəyyən edir, sonradan isə həmin məqsədinə nail olmaq üçün ya zərərçəkmiş şəxsin etibarından sui-istifadə etmiş olur, ya da ki, onu aldadır, nəticədə isə sonuncunun könüllü olaraq öz əmlakını və ya əmlaka olan hüququnun ona verilməsinə nail olur. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin dəlillərini iş mate rialları ilə əlaqəli şəkildə təhlil edərək məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir: “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarında qeyd olunur ki, nəzəriyyədə səlahiyyətli vəzifəli şəxsə çatdırmaq adı ilə rüşvət verən şəxsdən pulu və ya digər əmlakı alan və vədinə əməl etmək niyyətində olmayaraq həmin pulu (əmlakı) öz xeyrinə ələ keçirən şəxsin hərəkətləri yalançı vasitəçilik (psevdovasitəçilik) adlandırılır. Yalançı vasitəçinin hərəkətləri rüşvət verməyə təhrik kimi qiymətləndirilə bilməz, çünki yalançı vasitəçinin niyyəti bütün digər iştirakçılarla birgə bir cinayət əməl ini törətməyə (rüşvət verməyə) deyil, digər şəxslərin əmlakını ələ keçirməyə şərait yaratmağa yönəlmişdir. Hətta yalançı vasitəçiyə qarşı rüşvət verməyə cəhdə təhrik etmə ittihamının irəli sürülməsi də burada vəziyyəti dəyişmir. Apellyasiya instansiya məhkəməsinin hökmündə məhkəmənin gəldiyi nəticəni belə əsaslandırılmışdır: “....Rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib." Məhkəmə kollegiyası hesab edir k i, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin CM-in 32.4, 312.1-ci maddəsi ilə verilmiş ittiham üzrə yuxarıdakı məsələlərə bağlı kifayət qədər araşdırma aparmadan Məhkum təqsirliliyi barədə düzgün olmayan nəticəyə gəlmiş, müdafiə tərəfinin təqsirləndirilən şəxsin bilavasitə müdafiəsi üçün göstərdiyi dəlilləri tədqiq edərək onlara hüquqi qiymət verməmiş, bu dəlilləri nəyə görə əsassız hesab etməsini qəbul etdiyi qərarında göstərməmiş, hansı əsaslara görə belə nəticəyə gəldiyini şərh etməmişdir...... Məhkəmə kollegiyası cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil və müqayisə edib, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyini müəyyənləşdirib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə qarşı CM-in 32.4, 312.1-ci maddəsi irəli sürülmüş əməldə cinayət hadisəsinin mövcudluğu öz təsdiqini tapmamışdır.” Göründüyü kimi, məhkəmənin gəldiyi nəticə və dövlət ittihamçısının kassasiya protestində aradan qaldırılması zəruri hesab edilən məhkəmə səhvi eyni məzmunludur. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin hökmündə təqsirləndirilən şəxsin ittihamından Azərbaycan Respublikası CM-in 32.4, 312.1-ci maddəsi xaric edilməli olduğu halda, həmin maddə ilə ona bəraət verilmişdir. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin mövqeyinə əsasən, Məhkum CPM-nin 56 və 63-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınmış və ona izah e dilmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 55-ci maddəsinə əsasən: “Şəxsin bəraət qazanması: 55.1. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. 55.2. Haqqında məhkəmənin bəraət hökmü çıxarılmış və ya məhkəməyədək icraat zamanı cinayət təqibinə bəraətverici əsasla xitam verilmiş hər hansı şəxs təqsirsiz sayılır. 55.3. Haqqında bəraət hökmü çıxarılmış və ya hər hansı əsaslarla cinayət təqibinə xitam verilmiş şəxsin mənzil, mülkiyyət, əmək və digər hüquqlarına hər hansı məhdudiyyət qoyula bilməz.” Həmin Məcəllənin 56.0.1-cı maddəsinə əsasən: “Bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanı n səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir.” Məhkəmə kollegiyası qeyd edir ki, kompensasiya almaq hüququ o zaman yaranır ki, şəxsin əməlində ümumiyyətlə hər hansı bir cinayət tərkibi olmasın, hal-hazırki cinayət işi üzrə isə Məhkum əməlinin hüquqi tövsifində səhvə yol verilmişdir. İş materiallarından görünür ki, Məhkum törətmiş olduğu cinayət əməlinin tövsifi zamanı ibtidai araşdırma orqanı və birinci instansiya məhkəməsi tərəfindən səhvə yol verilməsi nəticəsində CM-nin 178.2.4-cü maddəsi ilə yanaşı həm də həmin Məcəllənin 32.4, 312.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir. Bu isə onun ümumiyyətlə təqsirsiz olması anlamına gəlmir və CPM-nin 56.0.1-ci maddəsində nəzərdə tutulan “bəraət almış təqsirləndirilən şəxsin cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malik olması” müddəaları qeyd edilən halda tətbiq edilə bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum barəsində Azərbaycan Respublikası CPM-nin 56 və 63-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququnun tanınması və ona izah edilməsinə dair qərar qəbul edərkən, qanunvericiliyin tələblərini pozmuş və gəldiyi nəticəni əsaslandırmamışdır. Məhkum edilmiş şəxs Məhkum cəza təyin edilməsi ilə bağlı kassasiya protestinin dəlillərini müzаkirə еdib, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təy ini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3 və 59-cu maddələrinin tələblərinə tam riayət etmişdir. Eyni zamanda məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi CM-nin 66.5-ci maddəsinə əsasən, Məhkum cəza təyin edərkən ona Şamaxı Rayon Məh kəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş cəzanı deyil, üzərində saxlanılan cəzanı qismən toplamış və məhkumun çəkməli olduğu qəti cəzanın həddini müəyyən etməmiş, bununla da CPM-nin 353.4-cü maddəsinin tələblərini pozmuşdur. Beləliklə, kassasiya protestinin dəlilləri ilə qismən razılaşan və həmin protestin qismən təmin edilməsini mümkün bilən məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 may 2023-cü il tarixli hökmü ləğv edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya protesti qismən təmin edilsin. Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 may 2023-cü il tarixli hökmü ləğv edilsin və cinayət işi Şəki Apellyasiya instansiyası məhkəməsində yenidən baxılması üçün təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-157/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-157/2024
28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver