Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1570/2022 11.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 fevral 2022-ci il tarixli hökmünə əsasən Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Mə cəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə bəraət verilməsinə, Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 may 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X7 (sədrlik edən), X5 və X3 ibarət tərkibdə) 23 fevral 2022-ci il tarixli hökmü ilə xx xxxxx 1991-ci il tarixdə Masallı rayonu Ərkivan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşamış Məhkum1 Azərbaycan Respublikası Cinayət Prosessual Məcə lləsinin 42.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmiş, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının 27 iyul 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş «həbs» növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. 05 avqust 1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olan, Ba kı şəhəri Nəsimi rayonu Azadlıq prospekti ev 60-da qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsi ev 29a mənzil 9-da yaşamış Məhkum2 CPM-nin 42.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmiş, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının 27 iyul 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş «həbs» növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədə n saxlanılması hökm edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Abdullayev İlkin Qismət oğlunun sədrliyi ilə, hakimlər – X8 və X4 ibarət tərkibdə) 19 may 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməmişdir. Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 fevral 2022-ci il tarixli hökmü təqsirləndirilən şəxs Məhkum2 tərəfindən verilmiş apellyasiya şikayəti və Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri irəli sürü lmüş ittihama əsasən Məhkum1 tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmək, saxlama, daşıma və satma barədə tanışları Məhkum2, İran İslam Respublikasının vətəndaşı “İbrahim” adlı şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə “İbrahim” adlı şəxsin və qeyrilərinin İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirilməsinə və külli miqdarda narkotik vasitələrin Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə qabaqcadan vəd verməklə köməklik etmiş, bu məqsədlə “İbrahim” adlı şəxsin və qeyrilərinin istintaqa məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirdiyi külli miqdarda 6.500,363 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 2.550 qram çəkidə narkotik vasitə tiryəki naməlum vaxtda, yerdə və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib külli miqdarda 6.490 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 2.550 qram çəkidə narkotik vasitə tiryəki Məhkum2 müvəqqəti yaşadığı Masallı şəhəri, Heydər Əliyev prospekti 8 ünvanında yerləşən “Karal” otelinin 202 nömrəli otağında sonuncu ilə birlikdə gizlətməklə saxlamış, qalan narkotik vasitə heroini aralarında bölməklə Məhkum1 külli miqdarda 7,579 qram çəkidə olan hissəsini, Məhkum2 isə külli miqdarda 2,784 qram çəkidə olan hissəsini üzərilərində s axlamaqla Masallı şəhəri, Heydər Əliyev prospekti 8 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 27 iyul 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum1 və Məhkum2 həmin gün saat 05.30-da qeyd olunan ünvanda saxlanılaraq Masallı şəhəri, Heydər Əliyev prospekti 99 ünvanda yerləşən Masallı Rayon Polis Şöbəsinə dəvət olunub üzərilərinə şəxsi axtarış keçirilərkən Məhkum1 əynindəki qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd bükümdə külli miqdarda 7,579 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Məhkum2 əynindəki tünd göy rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda 2,784 qram çəkidə kustar üsulla hazırlanmış, xarici görünüş əlamətlərinə və tərkib komponentlərinə görə eyni olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq 27 iyul 2021-ci il tarixdə saat 09.10-da keçirilən baxış zamanı Məhkum2 müvəqqəti yaşadığı Masallı şəhəri, Heydər Əliyev prospekti 8 ünvanında yerləşən “Karal” otelinin 202 nömrəli otağında yataq dəstinin sağ tərəfindən yerdən iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2.150 qram və 4.340 qram olmaqla ümumilikdə külli miqdarda 6.490 qram çəkidə kustar üsulla hazırlanmış Məhkum2 və Məhkum1 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinlə, xarici görünüş əlamətlərinə və tərkib komponentlərinə görə eyni olan narkotik vasitə heroin və iki ədəd bükümdə, xarici görünüş əlamətləri nə və tərkib komponentlərinə görə eyni olan, ayrı-ayrılıqda təmiz çəkiləri 1.250 qram və 1.300 qram olmaqla ümumilikdə külli miqdarda 2.550 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Həmin ittihama əsasən Məhkum2 tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmək, saxlama, daşıma və satma barədə tanışları Məhkum1, İran İslam Respublikasının vətəndaşı “İbrahim” adlı şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə “İbrahim” adlı şəxsin və qeyrilərinin İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirilm əsinə və külli miqdarda narkotik vasitələrin Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə qabaqcadan vəd verməklə köməklik etmiş, bu məqsədlə “İbrahim” adlı şəxsin və qeyrilərinin istintaqa məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirdiyi külli miqdarda 6.500,363 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 2.550 qram çəkidə narkotik vasitə tiryəki Məhkum1 ilə birlikdə naməlum vaxtda, yerdə və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib külli miqdarda 6.490 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 2.550 qram çəkidə narkotik vasitə tiryəki özünün müvəqqəti yaşadığı Masallı şəhəri, Heydər Əliyev prospekti 8 ünvanında yerləşən “Karal” otel inin 202 nömrəli otağında qrupun digər üzvü Məhkum1 ilə birlikdə gizlətməklə saxlamış, qalan narkotik vasitə heroini aralarında bölməklə Məhkum1 külli miqdarda 7,579 qram çəkidə olan hissəsini, Məhkum2 isə külli miqdarda 2,784 qram çəkidə olan hissəsini üzərilərində saxlamaqla Masallı şəhəri, Heydər Əliyev prospekti 8 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 27 iyul 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum1 və Məhkum2 həmin gün saat 05.30-da qeyd olunan ünvanda saxlanılaraq Masallı şəhəri, Heydər Əliyev prospekti 99 ünvanda yerləşən Masallı Rayon Polis Şöbəsinə dəvət olunub üzərilərinə şəxsi axtarış keçirilər kən Məhkum1 əynindəki qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd bükümdə külli miqdarda 7,579 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Məhkum2 əynindəki tünd göy rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda 2,784 qram çəkidə kustar üsulla hazırlanmış, xarici görünüş əlamətlərinə və tərkib komponentlərinə görə eyni olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq 27 iyul 2021-ci il tarixdə saat 09.10- da keçirilən baxış zamanı Məhkum2 müvəqqəti yaşadığı Masallı şəhəri, Heydər Əliyev prospekti 8 ünvanında yerləşən “Karal” otelinin 202 nömrəli otağında yataq dəstinin sağ tərəfindən yerdən iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2.150 qram və 4.340 qram olmaqla ümumilikdə külli m iqdarda 6.490 qram çəkidə kustar üsulla hazırlanmış Məhkum2 və Məhkum1 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinlə, xarici görünüş əlamətlərinə və tərkib komponentlərinə görə eyni olan narkotik vasitə heroin və iki ədəd bükümdə, xarici görünüş əlamətlərinə və tərkib komponentlərinə görə eyni olan, ayrı-ayrılıqda təmiz çəkiləri 1.250 qram və 1.300 qram olmaqla ümumilikdə külli miqdarda 2.550 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində göstərilir ki, işin hallarından göründüyü kimi, Məhkum1 və Məhkum2 İran İslam Respublikasında yaşayan şəxsiyyəti “İbrahim” kimi məlum olan şəxslə və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədilə külli miqdarda nark otik vasitəni Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli keçirməsi, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək daşıması və saxlaması sübuta yetirilmişdir. Məhkəmələr isə Məhkum1 və Tura Rəhimovun həmin narkotik vasitəni “İbrahim” adı ilə məlum olan İİR vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirməsini təsdiq edən hər hansı bir sübutun nə işin ibtidai istintaqı, nə də məhkəmə istintaqında müəyyən edilməməsi, onların narkotik vasitənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar Azərbaycan Respublikasına keçirilməsində İran İslam Respublikasının vətəndaşı “ İbrahim” adlı şəxslə birgə iştirak etməməsi və onunla birlikdə cinayətin obyektiv tərəfini təşkil edən hərəkətləri icra etməmələri, təqsirləndirilən şəxslərin narkotik vasitələrin qaçaqmalçılığı cinayətinin icraçısına hər hansı şəkildə kömək etməmələri və beləliklə həmin cinayətdə iştirak etməmələri qənaətinə gəlməklə onlara CMin 32.5,206.3.2-ci maddəsi ilə bəraət verərəkən işin faktiki hallarına uyğun olmayan səhv nəticəyə gəlmiş, CM-in 32.5, 206.3.2 maddəsinin dispozisiyasında qrup üzvlərinin hamısının cinayətin obyektiv tərəfini təşkil edən hərəkətləri birlikdə icra etmələri deyil, məhz qrup üzvünün ümumi cinayətkar niyyətə uyğun olaraq maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birini icra etməsinin şəxsin əməlində cinayət tərkibini yaratmasını nəzərə almamışdır. Təqsirləndirilən şəxslər ibtidai istintaq zamanı müdafiəçilərin iştirakları ilə bir- birinin ifadələrinə uyğun ifadələr verərək CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin obyektiv cəhətinin icra edilmə üsulu barədə işin halları ilə uyğunluq təşkil edən (təqsirləndirilən şəxslərin mobil telefonunda İran İslam Respublikasının mobil telefon operatorlarına məxsus müxtəlif adlar altında müxtəlif mobil nömrələrin qeyd edilməsi, “WhatsApp” ani zəngləşmə proqramı vasitəsi yazışmaların aparılması, təqsirləndirilən şəxslərin aşkar edilmiş narkotik vasitələrin “İbrahim” adlı İİR vətəndaşından əldə etməsi və s.) ifadələr vermişlər. Məhkəmə istintaqı zamanı isə həmin sübutların mötəbərliyi və mümkünlüyünü şübhə altına alan hər hansı arqument təqdim edilm əmiş, hökmdə məhkəmə tərəfindən həmin sübutların nəzərə alınmamasının motivləri müzakirə edilməmiş və əsaslandırılmamışdır. Məhkəmədə tədqiq edilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, baxış protokolu, üzləşdirmə protokolları, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sübutlarla Məhkum1 və Məhkum2 ittiham olunduğu cinayət əməllərini törətməsi öz təsdiqini tapsa da, məhkəmə qeyd edilən sübutları nəzərə almamış, yalnız təqsirləndirilən şəxslərin məhkəmədə verdiyi qeyri-səmimi, həqiqətə uyğun olmayan, ziddiyyətli, özünü müdafiə xarakterli, digər sübutlarla təkzib olunan və konkret hüquqi əsasa söykənməyən ifadələrinə əsaslanmaqla, onların həmin narkotik vasitəni digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq yolu ilə Azərbaycan Resp ublikasının ərazisinə keçirməsinin iş materialları ilə öz təsdiqini tapmaması, eləcə də onun narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsində iran İslam Respublikasının vətəndaşı “ibrahim” adlı şəxslə birgə iştirak etməməsi və onunla birlikdə (o cümlədən qabaqcadan əlbir olmaqla) cinayətin obyektiv tərəfini təşkil edən hərəkətləri icra etməməsi kimi işin digər halları ilə rədd olunan xüsusatları qeyd etsə də, bir sübutun qəbul edilməsi və digər sübutun rədd edilməsinin əsaslarını hökmdə göstərməmişdir. Məhkəmələr iş materiallarında sübutların olmasına məhəl qoymamış və formal mülahizələrə əsaslanmaqla Məhkum1 və Məhkum2 təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə onlara hissəvi bəraət verməklə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məh kəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmamış, yalnız təqsirləndirilən şəxsin mənafeyi baxımından çıxış etmiş, guya onun təqsirliliyinin sübuta yetirilməməsi kimi digər sübutlarla təsdiq olunmayan əsassız nəticəyə gəlmişdir. Belə ki, Məhkum1 və Məhkum2 tərəfindən qanunsuz olaraq satış məqsədilə 2 növ narkotik vasitə -yəni heroin və tiryək əldə olunmuş və daşınmışdır ki, həmin narkotik vasitə və psixatrop maddələr kimyəvi üsulla hazırlanmaqla tərkiblərinə görə ən güclü təsirə və asılılıq yaratma qüvvəsinə malikdirlər. Əvvəllər yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozması nəticəsində iki və ya daha çox şəxsin ölümünə səbəb olan, törətdiyi həmin cinayət əməlinə görə məhkumluğu ödənilməmiş islah olunmadan ictimaitəhlükəliliyinə görə daha ağı r cinayət törətmiş Məhkum2 narkotik vasitə istifadəçisi olması ilə yanaşı, gənclərin ölümünə səbəb olacağını bilə-bilə öz şəxsi mənafeyi üçün “200” manat Məhkum1 isə “150” manat müqabilində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan cəmiyyət üçün kifayət qədər təhlükəli bir şəxslərdir. Məhkəmələr tərəfindən isə Məhkum2 və Məhkum1 şəxsiyyətini səciyyələndirən həmin hallar ilə uyğur gəlməyən yaşayış yerindən verilmiş arayışa əsaslanmaqla müsbət səciyyələndirilməsi kim qiymətləndirilərək cəzanı yüngülləşdirən hal qismində nəzərə alınması isə yolverilmədir. Məhkəmənin hər iki təqsirləndirilən şəxsə eyni həddə cəza təyin etməsi ədalət prinsipinin pozulmasına gətirib çıxarmışdır. Məhkəmələrin hökm və qərarları ilə Məhkum1 və Məhkum2 təyin etdikləri 08 il 06 ay müddətə azadlıqdan mə hrum etmədən ibarət cəza ilə sosial ədalət bərpa olunmamış, aşağı həddə olması ilə əlaqədar islah təsirinin yetərli olmaması səbəbindən həmin cəza gələcəkdə həmin şəxslər, həm də başqa şəxslər tərəfindən eyni qəbildən olan cinayətlərin törədilməsinin qarşısının alınmasına, cəzanın məqsədinin təmin olunmasına xidmət etməmiş, cinayətin ağırlığına və onların şəxsiyyətlərinə uyğun olmadığından açıq-aydın ədalətsiz olmuşdur. Hər iki məhkəmə instansiyası tərəfindən yekun qərar qəbul edilərkən cinayətprosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar CPM-in 143- 146-cı maddələrinin tələblərinə uyğun tədqiq edilməmiş və nəticədə CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə Məhkum1 və Məhkum2 əsassız bəraət verilmiş, cəza tə yininə dair hissədə cəzaya təsir edə biləcək bütün hallar araşdırılmamış, CM-nin 59-cu maddəsində nəzərdə tutulmayan əsaslandırılmamış halları cəzanı yüngülləşdirən hallar qismində nəzərə almış, “CM-in 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarının tələblərinə əməl etməmiş, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarındakı tövsiyyələri nəzərə alınmamış, hökm və ya qərarda motivləri əsaslandırılmayan cəzanı yüngülləşdirilən hallar daha çox ön plana çəkərək təqsirləndirilən şəxslərin təqsirli bilindiyi maddəllərin sanksiyalarında nəzərdə tutulmuş şəxsiyyətlərinə uyğun olmayan hədlərdə cəza təyin edilmiş, cəza tə yinində yalnız cəzanı yüngülləşdirən halların olması və cəzanı ağırlaşdıran halların olmaması nəzərə alınmış, cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, onun nəticəsi, törədilməsi halı, şəraiti, məqsədi və motivi, Məhkum1 və əvvəllər törətdiyi cinayət əməlinə görə məhkumluğu ödənilməmiş, islah olunmadan ictimai-təhlükəliliyinə görə daha ağır cinayət törətmiş Məhkum2 külli miqdarda 6.500,363 qram çəkidə heroin narkotik vasitəsinin miqdarı qanunda təsbit olunan külli miqdarın aşağı həddindən 3250 dəfədən də çox, külli miqdarda 2.550 qram çəkidə tiryək narkotik vasitəsinin miqdarı isə 51 dəfə çox olan narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmələri törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini artırmaqla onların şəxsiyyətlərini xarakterizə etməsini, həmin narkotik vasitələrdən istifadə edəcək böyük əksəriyyəti gənc olmaqla yüzlərlə Azərbaycan vətəndaşının həyatını və sağlamlığını təhlükə qarşısında qoyacağını, bununla əlaqədar baş verəcək nəticələrin ağırlığını, cinayətin törədilməsi zamanı onların davranışını nəzərə alınmamaqla, eləcə də CM-in 8, 41 və 58.3-cü maddələrinin tələblərini pozulmaqla, habelə cinayət qanunu normaları düzgün tətbiq edilməməklə təyin edilmiş cəza cinayətin ağırlığına və məhkumların şəxsiyyətinə uyğun olmadığından açıq-aydın ədalətsiz olmuşdur. Dövlət ittihamçısı kassasiya protestində Məhkum1 və Məhkum2 Azərbaycan Respublikas CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 may 2022-ci il tarixli qərarı ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protesinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərind ən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin de yil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2-ci maddəsi ilə əsassız bəraət verilməsi və həmin Məcəllənin 234.4.1 və 234.4.3cü maddələri ilə yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza təyin edilməsi mübahisələndirilir. Məhkəmə kollegiyası kassasiya protesini CPM-in 419-c u maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya protestinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, hər han sı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzan ı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi il ə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2-ci maddəsi ilə bəraət verilməsi barədə yekun nəticənin əsaslı olması barədə qənaətini əsaslandırarkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir. Belə ki, cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2-ci maddəsi ilə qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində narkotik vasitələrin qaçaqmalçılığı cinayətinə görə təqsirli bilinməmələrinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq bu hissədə onun gəldiyi qənaəti əsaslı hesab edir. Apellyasiya Məhkəməsinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi m ühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənl əşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılığı cinayətin obyektiv cəhətini həmin predmetlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən k ənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi təşkil edir. Baxılan işdə narkotik vasitənin qaçaqmalçılığı cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlər narkotik vasitələrin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasına gömrük sərhədindən (İİR-lə Azərbaycan Respublikası arasında olan dövlət sərhədindən) gömrük nəzarətindən gizli keçirilməsindən ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2 iyun 2016-cı il tarixli 10 saylı qərarında qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CMin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəx slərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-in 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-in 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədi lməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-in 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-in 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Həmçinin nəzərə alınmalıdır ki, iki və ya daha çox icraçı tərəfindən qabaqcadan razılaşmadan qrup şəklində qaçaqmalçılığın törədilməsi müəyyən edildikdə, qrup üzvlərinin hər birisinin belə əməlləri cinayətin predmetinə və CM-nin 206.3.1, 206.3.3 və ya 206.3.4-cü maddələrində nəzərdə tutulmuş tövsifedici əlamətlərin olub-olmamasına uyğun olaraq müstəqil şəkildə tövsif edilir.” CM-in 31-ci maddəsi iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılığı nəzərdə tutur. CM-in 32.2-ci m addəsinə əsasən cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. Cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. CM-in 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə p ul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya protestində qeyd olunanların əksinə olaraq Məhkum1 və Məhkum2 münasibətdə ibtidai araşdırma zamanı toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlarla işin müəyyən edilmiş hallarından görünür ki, məhkumlar “İbrahim” adlı İİR sakini tərəfindən İİR-dən gömrük nəzarətindən kənar və ya gizli Azərbaycan Respublikasının gömrük sərhədindən artıq keçirilib Masallı rayonunda ərazisində gizlədilmiş narkotik vasitələri İbrahimin müraciəti əsasında götürüb və Masallı rayonunda yerləşən “Karal” oteldə saxlamışlar. Narkotik vasitənin Masallı rayonunun ərazisində gizlədilmiş yerdən g ötürülməsi anınadək Məhkum1 və ya Məhkum2 həmin predmetlə bağlı hər hansı hərəkətlər etmələri, o cümlədən onun Azərbaycan Respublikasının gömrük sərhədindən qanunsuz keçirilməsində hər hansı formada (icraçı, təhrikçi, köməkçi, təşkilatçı qismində) iştirak etmələri müəyyən edilməmiş, buna dair ibtidai istintaq orqanı tərəfindən bir sübut belə əldə edilməmişdir. Hətta, cinayət təqibi orqanının sözügedən ittihamı əsaslandırarkən həlledici sübut kimi istinad etdikləri Məhkum1 və Məhkum2 ibtidai istintaqda verdiyi etirafedici ifadələrindən görünür ki, onlar əvvəlcədən ittihamda qeyd olunan narkotik vasitələrin İran İR-dən Azərbaycan Respublikasına göndərilməsi barədə İbrahim adlı İİR sakini ilə danışmamışlar, yalnız sonuncu həmin maddələri gömrük nəzarətindən kənar və ya gizli İİR-dən keçirib A zərbaycan Respublikasına yerləşdirdikdən sonra, yəni artıq qaçaqmalçılıq cinayəti başa çatdıqdan sonra bu barədə təqsirləndirilən şəxslərə məlumat verərək onları narkotik vasitələri satmaq üçün cinayətkar qrupa cəlb etmişdir. Bu məqsədlə Məhkum1 və Məhkum2 Masalları rayonuna gedərək narkotik vasitələri gizlədildiyi yerdən əldə edərək həmin rayonda yerləşən “Karal” oteldə gizlətməklə saxlamışlar. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Məhkum1 və Məhkum2 başqaları tərəfindən törədilmiş narkotik vasitələrin qaçaqmalçılığı cinayəti başa çatdıqdan sonra İbrahim adlı İİR sakinin təklifi ilə müstəsna olaraq Azərbaycan Respublikasının ərazisində həmin maddələrin qanunsuz dövriyyəsi üzrə fəaliyyətə qoşulmuş – heroinin və tiryəkin Masallı rayonun ərazisindəki saxlanc yerindən götürülüb satış m əqsədi ilə Bakı şəhərinə aparmaq məqsədilə birlikdə (qabaqcadan əlbir olan qrupun tərkibində) icraçı qismində iştirak etmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyası prinsipi (CPM, maddə 21) şəxsin təqsiri Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət təqibi ilə bağlı itti hamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib ittihamın Məhkum1 və Məhkum2 32.5, 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmələri ilə bağlı arqumentlərinin əsassız olması və biri digərini tamamlayan mötəbər sübutların məcmusu ilə təsdiq olunmaması barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələrinin Məhkum1 və Məhkum2 Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi təqsirliliklərinin sübuta yetirilməməsi barədə qənaəti əsaslıdır. Ap ellyasiya instansiyası məhkəməsi təqsirliliklə bağlı məsələləri tam araşdırmış, əldə olunan nəticələri düzgün qiymətləndirmiş və əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsinin işə yanaşması, sübutları qiymətləndirməsi və buna uyğun olaraq müvafiq nəticəyə gəlməsi Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olmuşdur. Kassasiya protestinin dəlilləri qanuni və əsaslı olan hökmü qüvvədə saxlayan apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsinə əsas vermir. Belə ki, Apellyasiya məhkəməsi cinayət işi üzrə tədqiq olunaraq qiymətləndirilmiş sübutların məcmusu ilə müəyyən etmişdir ki, istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi olan ittihamla bağlı qanunun tələblərin ə əməl olunmamış, məhkumların qeyd olunan cinayət əməlində təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün mötəbər sübutlar əldə edilməmişdir. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» 12 may 2009cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyə nləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, m ötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Sadalananlara münasibətdə məhkəmə kollegiyası Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 may 2022-ci il tarixli qərarında cinayət işi üzrə məhkəmə istintaqında müəyyən olunan hallar əsasında gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək şəxslə rin Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməmələri barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etməkdə haqlı olmuşdur. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq aşağı məhkəmələr tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkəmə kollegiyası məhkumlara təyin edilmiş cəza ilə bağlı kassasiya protestinin dəlillərinə dair qeyd edir ki: Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarı n şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tut ulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmi ş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəc əsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüqu q və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Birinci instansiya məhkəm əsi məhkum edilmiş şəxslərə cəza təyin edərkən Məhkum1 əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, cinayət əməlini etiraf edib səmimi peşiman olmasını, Məhkum2 münasibətdə isə himayəsində iki nəfər şəxsin yetkinlik yaşına çatmamasını, bir nəfər azyaşlı uşağının olmasını vərəm xəstəlyindən əziyyət çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, cinayət əməlini etiraf edib səmimi peşiman olmasını cəzanı yüngülləşdirən hallar kimi qeyd etmiş və ağırlaşdıran halın olmadığını müəyyən etmişdir. Məhkum edilmiş şəxslər Məhkum1 və Məhkum2 cəza təyin edərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkə məsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 №-li qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halın olmamasını, onların şəxsiyyəti, təyin olunan cəzaların onların islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq onlara Cinayət Məcəlləsinin təqsirli bilindikləri maddələrinin sanksiyası həddində qanuni və ədalətli cəza təyin edilmişdir. Apellyasiya instansiya məhkəməsi də tamamilə düzgün olaraq, birinci instansiya məhkəməsinin cəza təyin etmə ilə bağlı gəldiyi nəticə ilə razılaşmış və qeyd etmişdir ki,, məhkum edilmiş şəxslərə həmin maddələr üzrə hər birinə tə yin olunmuş 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının icrası dövründə onun nə üçün islah olunmayacağını və cəzanın məqsədinə daha yuxarı həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi nəticəsində nail olunacağını dövlət ittihamçısı apellyasiya protestində əsaslandıra bilməmişdir. Bununla yanaşı narkotik vasitə – heroinin və tiryəkin külli miqdardan dəfələrlə çox olması şəxs təqsirli bilindiyi madddənin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə cəzanın təyin edilməsində həlledici meyar ola bilməz. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin göstərilən mövqeyini əsaslı sayır və məhkum olunmuş şəxslərə təyin olunmuş cəzanın həddinin ağırlaşdırılmasının islah təsiri baxımından mütənasib saymamaqla qeyd edir ki: Azərbaycan Respublikası Konstitusiya Məhk əməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsi nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxslərə təyin edilən cəza və onun həd di törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailələrinin həyat şəraitinə təsiri baxımından onların islah olunması məqsədinə cavab verir. Məhkəmə kollegiyası məhkumlara təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının həddinin ağırlaşdırılmasının məqsədəmüvafiq olmadığını qeyd edir və hesab edir ki, kassasiya protestinin bu barədə dəlilləri əsassızdır. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin məhkumlara cəza təyini və qaçaqmalçılıq cinayəti üzrə təqsirliklərinin sübuta yetirilməməsi bağlı gəldikləri nəticə ilə razılaşaraq hesab edir ki, kassasiya protestinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar mövcud deyildir. Göstərilənlərə əsa sən, kassasiya protestinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 may 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə bəraət verilməsinə, Cinayət Məcəllə sinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 may 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1570/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1570/2022
11.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver