Məhkəmə qərarları › İş №1(102)-1570/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1570/2023

31.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1570/2023 31.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, məhkumun müdafiəçisi Müdafiəçi3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-483/2023 nömrəli, 08 fevral 2023-cü il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi I. İşin halları

1. Məhkum xx xxxxxx 1977-ci il tarixdə Xaçmaz rayonu, Maqsudkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonu, Maqsudkənd kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, yeni massiv, nömrəsiz evdə yaşamışdır. 2. 21 noyabr 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 02 dekabr 2022-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə ver ilmiş və məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq 1 ədəd keçmiş SSRİ-nin İjevsk zavodunda istehsal olunmuş, C01887 nömrəli, 12 kalibrli, İJ-18E modelli, çaxmaqsız, tək hamar lüləli, odlu yivsiz silah hesab edilən texniki cəhətdən saz və atəş üçün yararlı lüləsi və qundağı sonradan kustar üsulla kəsilmiş və hal-hazırda öz təyinatını itirmiş 12 kalibrli ov tüfənginin kəsiyini, 1 ədəd zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı, natamam döyüş sursatı olan F-1 tipli əl qumbarasının gövdəsi ilə 1 ədəd F-1, RQD-5, RQ-42 əl qumbaralarının partlayıcısı olan “UZRQM” tipli partlayıcının komplektləşdirilməsi nəticəsində zavod üsulu ilə istehsal olunmuş, döyüş sursatı hesab edilən, MDB dövlətlərinin hərbi qüvvələrində istifadə olunan, tamlığı pozulmadığına görə təyinatı üzrə istifadə üçün yararlı olan əl qumbarasını, 1 ədəd zavod üsulu ilə istehsal olunmuş, hücum təyinatlı natamam döyüş sursatı olan “RQN” tipli əl qumbarasının gövdəsi və 1 ədəd “UDZ” tipli partlayıcı ilə birlikdə zavod üsulu ilə istehsal olunmuş, döyüş sursatı hesab edilən, MDB dövlətlərinin hərbi qüvvələrində istifadə olunan, tamlığı pozulmadığı üçün təyinatı üzrə istifadəyə yararlı olan əl qumbarasını və 07 ədəd zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 12x70 kalibrli, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş atəş üçün yararlı ov sursatını əldə edib daşıyaraq gəzdirməklə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəs əbəsi, yeni yaşayış massivində yerləşən nömrəsiz evin həyətində olan qum təpəsinin üstündə olan xalçanın altında saxlamış, 02 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsi və 15-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 03 sentyabr 2022-ci il tarixdə, saat 00:42-də yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, yeni yaşayış massivində yerləşən nömrəsiz evin yaxınlığında saxlanılaraq Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinə aparılmış, həmin tarixdə onun yaşadığı qeyd olunan ünvanda keçirilmiş axtarış zamanı 1 ədəd keçmiş SSRİ dövlətində İjevsk zavodunda istehsal olunmuş, C-01887 nömrəli, 12 kalibrli, İJ18E modelli, çaxmaqsız, tək hamar lüləli, odlu yivsiz silah he sab edilən texniki cəhətdən saz və atəş üçün yararlı lüləsi və qundağı sonradan kustar üsulla kəsilmiş və hal-hazırda öz təyinatını itirmiş 12 kalibrli ov tüfənginin kəsiyi, 1 ədəd zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı, natamam döyüş sursatı olan F-1 tipli əl qumbarasının gövdəsi ilə 1 ədəd F-1, RQD-5, RQ-42 əl qumbaralarının partlayıcısı olan “UZRQM” tipli partlayıcının komplektləşdirilməsi nəticəsində zavod üsulu ilə istehsal olunmuş, döyüş sursatı hesab edilən, MDB dövlətlərinin hərbi qüvvələrində istifadə olunan, tamlığı pozulmadığına görə təyinatı üzrə istifadə üçün yararlı olan əl qumbarası, 1 ədəd zavod üsulu ilə istehsal olunmuş, hücum təyinatlı natamam döyüş sursatı olan “RQN” tipli əl qumbarasının gövdəsi və 1 ədəd “UDZ” tipli partlayıcı ilə birlikdə zavod üsulu ilə istehsal olunmuş, döyüş sursatı hesab edilən, MDB dövlətlərinin hərbi qüvvələrində istifadə olunan, tamlığı pozulmadığı üçün təyinatı üzrə istifadəyə yararlı olan əl qumbarası və 07 ədəd zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 12x70 kalibrli, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş atəş üçün yararlı ov sursatı evin həyətində olan qum təpəsinin üzərindəki xalçanın altında olan parçaya bükülmüş vəziyyətdə aşkar edilərək götürülmüşdür.

5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-929/2022 nömrəli, 09 dekabr 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 03 sentyabr 2022-ci il tarixdən hesablanması hökm edilmiş, həmçinin maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin həmin hökmündən Dövlət ittihamçısı2 apelyasiya protesti verib cinayətin ağırlığı və məhkumun şəxsiyyətinə uyğun olmayan, yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza təyin edilməsi əsası ilə hökmün dəyişdirilməsi, azadlıqdan məhrum etmə cəzasının həddi ilə bağlı etdiyi təklifinə uyğun həddə təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-483/2023 nömrəli, 08 fevral 2023-cü il tarixli qərarı ilə apellyasiya protesti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(0 08)-929/2022 nömrəli, 09 dekabr 2022-ci il tarixli hökmü dəyişdirilərək, Məhkum təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına artırılmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

8. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Kassasiya protestində Məhkum təyin edilmiş cəzanın yüngül olduğu iddia edilərək, müraciətdə göstərilənlərin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntu kimi qiymətləndirməsi, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət ko llegiyasının 1(103)-483/2023 nömrəli, 08 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilir.

10. Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya protestinə qarşı etiraz verərək, kassasiya protestinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-483/2023 nömrəli, 08 fevral 2023-cü il tarixli qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Dövlət ittihamçısı kassasiya protestində Məhkum təyin edilmiş cəzanın yüngül olduğunu iddia edərək, xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdi r.

16. Odur ki, məhkəmə kollegiyası kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bununla əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-483/2023 nömrəli, 08 fevral 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddə aları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).

18. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələ b olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

19. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.

20. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-nin 59cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur.

21. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Azərbaycan Respublikası CMnin 61-ci maddəsində təsbit olunmuşdur. Azərbaycan Respublikası CM-nin 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzər ə alına bilməz.

22. Azərbaycan Respublikası CPM-nin 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir.

23. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür.

24. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər.

25. Dövlət ittihamçısının istinad etdi yi Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca Azərbaycan Respublikası CPM-nin 399.1.5 və 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin Azərbaycan Respublikası CPM-nin 399.1.5 və 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəzanın “açıq-aydın” yüngül olduğunu aşkar etdikdə apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir.

26. Hətta kassasiya instansiyasında bu tələb apellyasiya instansiyası ilə müqayisədə daha sərt meyar kimi nəzərdən keçirilməli və cəzanın “açıq-aydın” yüngül hesab edilməsi üçün cəza ilə onun təyin edilməsi zamanı nəzərə alınmalı (cəzanın növünü, həddini və yaxud həcmini müəyyənləşdirməli) olan hallar arasında uyğunsuzluq - daha böyük, pozuntu - daha kobud olmalıdır. Çünki kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarları na baxır və hüquqi müəyyənlik prinsipi ona müstəsna hallarda, fundamental pozuntuları aradan qaldırmaq üçün məhkəmə qərarlarını ləğv etmək, apellyasiya icraatının təkrarlanmasına dair qərar qəbul etmək səlahiyyəti verir.

27. Kassasiya protestində irəli sürülmüş dəlillər istinad edilən maddi və prosessual cinayət-hüquqi tələblərlə müqayisədə nəzərdən keçirildikdə müəyyən olunur ki, Məhkum təyin olunmuş cəzanın yüngül olması haqqında nəticə çıxarmaq üçün əsas vermir.

28. Belə ki, kassasiya protestində qeyd olunduğu kimi, Məhkum Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli – Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsində az ağır cinayətlər kateqoriyasına aid edilmişdir.

29. Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur.

30. Baxılan cinayət işinin materiallarından müəyyən edilir ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, sonuncunun törətdiyi cinayət əməlini etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alaraq, cəzanı ağırlaşdıran halların olmadığını qeyd edib təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə 1 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir.

31. Bununla belə, apellyasiya protestinə əsasən işə baxan apellyasiya instansiyası məhkəməsi məhkumun barəsində cəza tədbiri seçilməsi məsələsini müzakirə edərək belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi öz hökmündə bu məsə lənin həlli zamanı Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə müvafiq olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları kifayət qədər nəzərə almadan həddən artıq yüngül və yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza təyin etmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsi hökmü dəyişdirib, Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətini altı ay artırmaqla, ona 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir.

32. Apellyasiya instansiyası məhkəməsinin Məhkum təyin etdiyi cəza bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, c əzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə və ailəsinin həyat şəraitinə təsirinin) tarazlı şəkildə əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, açıq-aydın yüngül cəza kimi qiymətləndirilə bilməz.

33. Qeyd edilənlər kassasiya protestinə baxılması nəticəsində Məhkum daha ağır cəzanın təyin edilməsini şərtləndirən və Azərbaycan Respublikası CPM-nin 416.1.21ci maddəsində nəzərdə tutulan halların müəyyən edilmədiyini, yəni həmin müraciətin təmin edilməsi və mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

34. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apelly asiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-483/2023 nömrəli, 08 fevral 2023-cü tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-483/2023 nömrəli, 08 fevral 2023-cü tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar