Məhkəmə qərarları › İş №1(102)-1570/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1570/2024

02.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1570/2024 02.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 mart 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Rafail Əliyev (sədrlik edən və məruzəçi), Bilal Məmmədov və Nahid Mirzəyev) 18 yanvar 2023-cü il tarixli 1(091)-20/2023 nömrəli hökmü ilə xx xxxxxx 1973-cü ildə Göyçay şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Göyçay şəhəri Həbibi küçəsi 64-də qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 02 iyun 2022- ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum istintaqa məlum olmayan müddətdə və mənbədən qanunsuz olaraq külli miqdar hesab edilən, yəni ümumilikdə təmiz çəkiləri 6,322 qram narkotik vasitə heroini və külli miqdar təşkil etməyən təmiz çəkisi 1,225 qram psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib ayrı-ayrı bükümlərdə qablaşdırmaqla yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yataq otağında saxlamış, 02 iyun 2022-ci il tarixdə saat 10 radələrində Göyçay rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində yaşadığı evinə video çəkiliş vasitəsilə baxış keçirilərkən yataq otağındakı masanın üzərindən 2 (iki) ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda qablaşdırılmış təmiz çəkiləri 5,596 qram və 0,372 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 (bir) ədəd kağız bükümün içərisindəki 1 (bir) ədəd şəffaf sellofan bükümdə qablaşdırılmış təmiz çəkisi 0,042 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1(bir) ədəd 1ml-lik şprisdə həcmi 0,4 ml olan heroin məhlulunun içərisində quru çəkisi 0,056 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd 3ml-lik şprisdə həcmi 2,2 ml olan heroin məhlulunun içərisində quru çəkisi 0,220 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmin otaqdakı qab-qacaq yığılan şkafda açıq halda olan və baxış zamanı 1 (bir) ədəd kağız bükümdə qablaşdırılaraq götürülmüş təmiz çəkisi 0,036 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin olmaqla, ümumilikdə təmiz çəkiləri 6,3 22 qram həmin narkotik vasitə heroin, eləcə də, yataq otağındakı masanın üzərindən 1 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə kustar üsulla hazırlanmış təmiz çəkisi 1,225 qram həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İmanverdi Şükürov (sədrlik edən və məruzəçi), Akif Eyvazov və Xəqani Səmədov) 14 mart 2023-cü il tarixli 1(107)-110/2023 nömrəli qərarı ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 1(091)-20/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 mart 2023-cü il tarixli 1(107)-110/2023 nömrəli qərarının ləğv edilməsini, barəsində daha ədalətli və yüngül cəza təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ibtidai istintaq və məhkəmə prosesi ərzində onun tərəfindən verilən ərizə və vəsatətlər təmin olunmamışdır. Belə ki, birinci instansiya məhkəməsi kobud qanun pozuntusuna yol verməklə, onun hüquqlarını pozmuş və qanunvericiliyin tələblərinə uyğun olmayan hökm çıxarmışdır. Bununla yanaşı, apellyasiya məhkəməsi işin faktiki hallarını tam obyektiv araşdırmadan birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlamaqla, guya işə hüquqi qiymət vermişdir. Bu ədalətsiz hökm və qərar qanuni baxımdan yol verilməz olmaqla, ədalətli sayıla bilməz. Məhkum narkotik vasitələrin satışı ilə məşğul olmadığını və bunun şahidlərin ifadələri ilə də təs diq edildiyini qeyd etmiş, ibtidai istintaq və məhkəmə prosesləri zamanı dəfələrlə sübut və faktları təqdim etməsinə baxmayaraq qəbul olunmamışdır. O bildirmişdir ki, yaşadığı mənzildən tapılan narkotik vasitə heroinin miqdarı polis əməkdaşları tərəfindən artırılmışdır. Məhkum məhkəmə-narkoloji ekspertizasının 17 avqust 2022-ci il tarixli, 1204 nömrəli rəyinə əsasən sadəcə narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin istifadəçisi olduğu və narkoloji xəstəliklərdən əziyyət çəkdiyi üçün narkoloji dispanserdə müalicəyə təyin edildiyini təsdiqedici fakt qismində təqdim etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikay əti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum kassasiya şikay ətinin əsas dəlili ondan ibarətdir ki, onun əməli əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkumun fikrincə onun əməli Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən görünür ki, həmin maddə ilə cinayət məsuliyyəti qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, daşıma və göndərmə ilə əl aqədar hərəkətlərin külli miqdarda olmaqla satış məqsədi ilə törədildiyi halda yaranır. Göründüyü kimi “külli miqdarda olmaqla satış məqsədi” CM-in 234.4.3-cü maddəsinin cinayət tərkibində zəruri əlamət kimi çıxış edir. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Birinci instansiya məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkumun özünün qismən etirafedici ifadəsini, şahidlərin ifadələrini, məhkəmə ekspertizalarının rəylərini, istintaq hərəkətlərinin protokollarını və işin digər materiallarını tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi tam təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə əsasən işə baxıb birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və şikayətin dəlillərini əsasız hesab etmişdir. Məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq, hesab edir ki, həmin sübutların məcmusu məhkumun Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi barədə mötəbər və yekun qərarına gəlməyə imkan verir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya və apellyasiya instansiyası məhkəmələrinin gəldiyi nəticələrlə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim еtdiy i və məhkəmə istintaqında tədqiq olunmuş sübutları, yəni iş üzrə şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu, məhkəmə-kimyəvi ekspertizasının rəyini, işdə оlаn istintaq hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq etmiş və həmin sübutlara qiymət verərək Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliyinin tam sübuta yetirilməsinə dair əsaslı yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqq ında” 04 iyun 2024-ci il tarixli 8 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Məhkum yataq otağındakı masanın üzərindən 2 (iki) ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda qablaşdırılmış təmiz çəkiləri 5,596 qram və 0,372 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 (bir) ədəd kağız bükümün içərisindəki 1 (bir) ədəd şəffaf sellofan bükümdə qablaşdırılmış təmiz çəkisi 0,042 qram kustar üsulla hazırlanmış na rkotik vasitə heroin, 1 (bir) ədəd 1ml-lik şprisdə həcmi 0,4 ml olan heroin məhlulunun içərisində quru çəkisi 0,056 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd 3ml-lik şprisdə həcmi 2,2 ml olan heroin məhlulunun içərisində quru çəkisi 0,220 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmin otaqdakı qab-qacaq yığılan şkafda açıq halda olan və baxış zamanı 1(bir) ədəd kağız bükümdə qablaşdırılaraq götürülmüş təmiz çəkisi 0,036 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin olmaqla, ümumilikdə təmiz çəkiləri 6,322 qram həmin narkotik vasitə heroin, eləcə də, yataq otağındakı masanın üzərindən 1 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə kustar üsulla hazırlanmış təmiz çəkisi 1,225 qram həmin psixotrop maddə metamfetamin aşkar edilmişdir. Bundan başqa, cinay ət işinə əlavə edilmiş "xxxx" MMC-dən daxil olmuş telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında 09 iyul 2022-ci il tarixli protokoldan da Məhkum istifadəsində olan ********** mobil nömrə ilə aparılmış yazışmadan (SMS) onun narkotik vasitələrin satışı ilə məşğul olmasını aydın görünür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cinayət işi üzrə tədqiq edilmiş sübutlara və işin hallarına Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 iyun 2024-ci il tarixli 8 №-li Qərarının tövsiyələri baxımından qi ymət verərək əsaslı olaraq belə nəticə gəlmişdir ki, Məhkum üzərində aşkar edilmiş narkotik vasitə olan heroini, psixotrop maddə olan metamfetamini məhz satış məqsədi ilə əldə etmiş və saxlamış, Məhkum ona istinad olunan Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində təsbit edilən cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassasiya şikayətinin məhkumun əməlinin tövsifi barədə dəlilləri əsassızdır. Belə ki, Məhkum ondan aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə deyil, özünün şəxsi istehlakı üçün əldə etməsi barədə dəlilləri iş mate riallarında sübutlarla təkzib olunur və bununla da ona verilmiş ittihamda göstərilən xüsusatlar məhkəmə kollegiyasında heç bir şübhə doğurmur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları və işə baxan məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlarla müqayisəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət vermiş, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilərkən qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tər əfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və çəkişmə prinsipinə riayət edilməklə ədalətli məhkəmə araşdırması aparılmış, istər işin ibtidai istintaqı zamanı, istərsə də məhkəmə araşdırmaları zamanı məhkumun müdafiə hüququ təmin edilmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin Məhkum cinayət əməllərinin sübuta yetirilməsinə və onun tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməli məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun əməlinin düzgün tövsif edilməməsi barədə kassasiya şikayəti nin dəlillərini əsassız olduğundan qəbul etmir və apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olması barədə nəticəyə gəlir. Məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Məhkəmə kollegiyası həmçinin işə baxan məhkəmələrin Məhkum təyin etdiyi cəzanın növü və həddi ilə qanuni və ədalətli olduğundan razılaşır. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 mart 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilməməsi, mübahisələndir ilən qərarın dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar