Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1570/2025 08.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Zərərçəkmiş şəxsin nümayəndəsi – fərdi qaydada fəaliyyət göstərən vəkilnin, Müdafiəçilər – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkillərinin və fərdi qaydada fəaliyyət göstərən vəkilnin iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 28,214.2.2, 28,214.2.3, 28,214.2.6, 214-1, 228.2.1, 228.2.2 və 32.3,277-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 CM-in 228.2.1 və 277-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 isə CM-in 228.2.1 və 32.5,277-ci maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 fevral 2025-ci il tarixli qərarından Məhkumun müdafiəçisi, məhkumun müdafiəçisi və məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2024-cü il tarixli 1(101)-1297/2024 nömrəli (hakimlər: Nuriyev Elnur Aləm oğlu (sədrlik edən), Tağıyev Azər Heydər oğlu və Muxtarov Kamran Nüsrət oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx xxxxxx 1976-cı ildə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla xxx küçəsində yaşamış Məhkum Azərbaycan Respublikası CM-in 28,214.2.2, 28,214.2.3, 28,214.2.6, 214-1, 228.2.1, 228.2.2 və 32.3,277-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 28,214.2.2, 28,214.2.3 və 28,214.2.6-cı maddələri ilə 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 214-1-ci maddəsi ilə 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 228.2.1 və 228.2.2-ci maddələri ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və CM-in 32.3,277ci maddələri il ə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etməklə Məhkum qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını həbsxanada çəkməklə cəzasının əvvəli 3 aprel 2023-cü il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, əfv olunması haqqında vəsatət qaldırmaq hüququ izah edilmiş; xx xxxxxx 1986-cı ildə Ağdam rayonunun x kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu olmayan, Ağdam rayonunun Şotlanlı X kəndində qeydiyyatda olmaqla ünvan 3 ünvanında yaşamış Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 228.2.1 və 277-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 228.2.1-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 277-ci maddəsi ilə 19 (on doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş azadlıqdan məhrum etmə cəzaları qismən toplanmaq yolu ilə qəti olaraq 20 (iyirmi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının ilk 7 (yeddi) ilini həbsxanada, qalan 13 (on üç) ilini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 3 aprel 2023-cü il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış; xx xxxxxxx 1983-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 4 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 228.2.1 və 32.5,277-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 228.2.1-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 32.5,277-ci maddələri ilə 17 (on yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3cü maddəsinə əsasən təyin olunmuş azadlıqdan məhrum etmə cəzaları qismən toplanmaq yolu ilə qəti olaraq 18 (on səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının ilk 5 (beş) ilini həbsxana da, qalan 13 (on üç) ilini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 3 aprel 2023-cü il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Həmin hökmlə həmçinin, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 da təqsirli bilinərək məhkum edilmiş, iş üzrə maddi sübutlar və məhkəmə xərci ilə bağlı məsələlər həll edilmişdir. Hökmdən məhkum edilmiş şəxs Məhkumun müdafiəçisi, Təqsirləndirilən şəxs4 müdafiəçisi, Təqsirləndirilən şəxs3 müdafiəçisi, Təqsirləndirilən şəxs1 müdafiəçisi, Təqsirləndirilən şəxs2 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə və Zərərçəkmiş şəxs nümayəndəsi (vəkil) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: İbrahimli İbrahim Adil oğlu (sədrlik edən və məruzəçi), Qəniyev Faiq Əsəd oğlu və Ələkbərov Əfqan Qəzənfər oğlundan ibarət məhkəmə tərkibində) 17 fevral 2025-ci il tarixli 1(103)-118/2025 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2024-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 fevral 2025-ci il tarixli qərarından Məhkumun1 müdafiəçisi, məhkumun2 müdafiəçisi və məhkumun3 müdafiəçisi tərəfindən kassasiya şikayətləri verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2024-cü il tarixli hökmü ilə Məhkum təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, qabaqcadan əlbir olan bir qru p şəxs halında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 277-ci maddəsində nəzərdə tutulmuş əməlin, yəni Dövlət və ictimai xadimin həyatına sui-qəsd etmənin həmin qrup tərəfindən hazırlanması və törədilməsi üçün qəsdən pul vəsaitlərini bilavasitə verərək terrorçuluğu maliyyələşdirmiş, digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə edib saxlamış, başqasına vermiş, daşımış və gəzdirmiş, tamah məqsədilə və dini fanatizm zəminində cinayətkar fəaliyyətə cəlb etdiyi digər şəxslərlə birgə qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin odlu silahdan istifadə etməklə Dövlət və ictimai xadimin xidməti və siyasi fəaliyyətinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədi ilə onun həyatına sui -qəsd (terror aktı) cinayətinin törədilməsini təşkil etmiş və təkrarən odlu silahdan istifadə etməklə, dini radikalizm və dini fanatizm zəminində terrorçuluğa hazırlıq etmişdir. Belə ki, Məhkum 2019-cu ilin oktyabr ayının 3-dən 30-dək olan müddət ərzində İran İslam Respublikasında olarkən həmin ölkənin Rey şəhərində X10 və digərləri ilə görüşü, eləcə də bundan sonrakı müddət ərzində apardığı danışıqlar zamanı dini fanatizm zəminində Azərbaycan Respublikası Milli Məclisinin deputatı Zərərçəkmiş şəxs xidməti və siyasi fəaliyyətinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədilə ona qarşı suiqəsd (terror aktı) törədilməsi və bu cinayətin Məhkum tərəfindən cəlb edilən iştirakçılarına pul vəsaitinin verilməsinin, eləcə də cinayətin törədilməsindən sonra Məhkum İran İslam Respublikasında daimi yaşayış və digər təminatlarının təşkil olunacağı barədə sövdələşib razılaşmışdır. Məhkum X və qeyriləri ilə qabaqcadan əldə edilmiş razılığa uyğun olaraq, Zərərçəkmiş şəxs həyatına sui-qəsdin (terror aktı) törədilməsi üçün sosial şəbəkələr vasitəsi ilə və bilavasitə Zərərçəkmiş şəxs gündəlik hərəkət marşrutunu və yaşayış yerini araşdıraraq məlumat toplamış və 2022-ci ilin sentyabr ayında tanışı Təqsirləndirilən şəxs2 həmin cinayəti icra etməsini təklif etməklə, cinayətin icra edilməsindən sonra ona pul vəsaitləri verəcəyini vəd etmiş, sonuncu Məhkum bu təklifini qəbul edərək, Zərərçəkmiş şəxs həyatına sui-qəsd cinayətini icra edəcəyinə dair razılıq vermişdir. Məhkum Azərbaycan Respublikası Milli Məclisinin deputatı Zərərçəkmiş şəxs xidməti və siyasi fəaliyyətinə son qoymaq və bu fə aliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd (terror aktı) cinayətinin icra edilməsi üçün 2022-ci ilin sentyabr ayında Bakı şəhərində hazırda barəsində cinayət təqibi davam edən şəxsdən zavod üsulu ilə hazırlanmış “28109955” nömrəli, 7,62 mm kalibrli TİP-56-1 (AKS-47) modelli, “Kalaşnikov” konstruksiyalı, texniki cəhətdən saz və atəşə yararlı odlu yivli avtomat silahını, onun komplekt hissəsi olan 1 ədəd daraq və 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən, zavod üsulu ilə hazırlanmış, atəşə yararlı olan 30 ədəd patronları, eləcə də “STAR BM” modelli odlu yivli silah hesab edilən tapançanı, 8 ədəd 9x19 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli “STA R BM” modelli tapançaların komplekt hissəsi hesab edilən daraq və 9x19 mm kalibrli olmaqla həmin tapançadan atəş açmaq üçün nəzərdə tutulmuş 7 ədəd patronu qanunsuz olaraq əldə edib, daşıyaraq yaşadığı X qəsəbəsindəki evinə gətirib saxlamış, 2022-ci ilin dekabr ayında “Kalaşnikov” konstruksiyalı, avtomat silahını, onun komplekt hissəsi olan 1 ədəd daraq və 30 ədəd patronu öz yaşadığı ünvanda Təqsirləndirilən şəxs2 vermiş, sonuncu həmin silah və döyüş sursatını Məhkum qəbul edib, qanunsuz olaraq daşıyaraq yaşadığı Bakı şəhəri, X küçəsindəki evində qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlamışdır. Bundan sonra Məhkum Təqsirləndirilən şəxs2 2022-ci ilin dekabr ayında ünvan 6 ünvanında yaşayan tanışı Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Milli Məclisinin deputatı Zərərçəkmiş şə xs həyatına sui-qəsd (terror aktı) cinayətinin onun tərəfindən icra ediləcəyini bildirməklə, pul vəsaitləri müqabilində həmin cinayətin törədilməsində köməklik göstərməsinə dair Təqsirləndirilən şəxs3la sövdələşib razılaşmışdır. Məhkum X və qeyriləri ilə qabaqcadan əldə edilmiş razılığa uyğun olaraq, 2023-cü ilin yanvar ayında tanışı Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs qarşı sui-qəsd cinayətini törədəcəyi barədə məlumat verməklə, sonuncunun barəsində sosial şəbəkələr vasitəsilə məlumat toplamasını, eləcə də İran İslam Respublikasına gedərək qanunsuz silahlı birləşmə olan “Huseyniyyun” cinayətkar birliyinin üzvü, “X” ləqəbli Azərbaycan Respublikasının vətəndaşı X4 cinayətin icraçıları üçün pul vəsaitləri istəyərək almasını tapşırmışdır. Təqsirləndiri lən şəxs1 Məhkum tapşırığına uyğun olaraq, 30 yanvar 2023-cü ildə İran İslam Respublikasının Qum şəhərinə gedərək orada yaşayan, 23 iyul 2018-ci il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində axtarış elan edilmiş Azərbaycan Respublikasının vətəndaşı X11 ilə görüşüb ona Məhkum Zərərçəkmiş şəxs həyatına suiqəsd (terror aktı) cinayətini planlaşdırdığını, cinayətin iştirakçıları üçün pul vəsaitlərinin lazım olduğunu bildirmiş və X tabeçiliyində fəaliyyət göstərdiyi rəhbərləri ilə məsləhətləşəcəyini bildirib ondan ayrılmış və bir neçə saatdan sonra qayıdaraq terrorçuluğun maliyyələşdirilməsi üçün istifadə olunacağını bilərək 30.000 ABŞ dollar məbləğində pul vəsaitini Məhkum çatdırması məqsədilə Təqs irləndirilən şəxs1 vermişdir. Təqsirləndirilən şəxs1 qabaqcadan razılaşdırılmış məqsədlə X7 verdiyi pul vəsaitlərini Məhkum vermək məqsədilə qəbul edib 6 fevral 2023-cü ildə Azərbaycan Respublikasına gəlmiş və Bakı şəhərində Məhkumla görüşərək cinayətin icra edilməsindən sonra pul vəsaitini ona verəcəyini bildirmişdir. Qabaqcadan əldə edilmiş razılığa uyğun olaraq, Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs yaşadığı evin ünvanını müəyyənləşdirdikdən sonra 2022-ci ilin dekabr ayından mart ayının 28-dək olan müddət ərzində Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3la birlikdə sonuncunun idarə etdiyi “Opel Astra” markalı “az **-VD-***” dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs yaşadığı X qəsəbəsi, ünvan 7 ünvanında yerləşən evin yerləşdiyi əraziyə gələrək gizli müşahidə aparmış, Zərərçəkmiş şəxs idarə etdiyi avtomobil, yaşadığı ev və hərəkət vaxtlarını dəqiqləşdirmişdir. Məhkum Bakı şəhərində hazırda barəsində cinayət təqibi davam edən şəxsdən qanunsuz olaraq əldə edib daşıyaraq özünün yaşadığı xxx küçəsindəki evinə gətirib saxladığı “STAR BM” modelli odlu yivli silah hesab edilən tapançanı, 8 ədəd 9x19 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli “STAR BM” modelli tapançaların komplekt hissəsi hesab edilən daraq və 9x19 mm kalibrli olmaqla həmin tapançadan atəş açmaq üçün nəzərdə tutulmuş 7 ədəd patronu zərurət yaranarsa Zərərçəkmiş şəxs qarşı sui-qəsd (terror aktı) cinayətinin Təqsirləndirilən şəxs1 tərəfindən icra edilməsi məqsədilə 19 mart 2023-cü ildə öz yaşadığı evdə qanunsuz olaraq sonuncuya vermiş, Təqsirləndirilən şəxs1 öz razı lığını ifadə etməklə, qeyd olunan silah və döyüş sursatını qabaqcadan əlbir olan bir qrup şəxs halında Məhkum qanunsuz olaraq əldə edib, daşıyaraq yaşadığı ünvan 8 ünvanda saxlamışdır. Təqsirləndirilən şəxs2 Məhkum 2022-ci ilin dekabr ayında ona verdiyi odlu silah hesab edilən “28109955” nömrəli 7,62 mm çaplı “AKS-47” avtomat silahı, onun komplekt hissəsi olan daraq və döyüş sursatı olan 30 ədəd patronu, 28 mart 2023-cü ildə saat 20 radələrində Təqsirləndirilən şəxs3la birlikdə sonuncunun idarə etdiyi “Opel Astra” markalı “az **-VD-***” dövlət qeydiyyat nişanlı avtomobillə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq daşıyaraq, X qəsəbəsinə gəlmiş, burada Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs yaşadığı X qəsəbəsi, ünvan 7 ünvanındakı evin qarşısında yerləşən köməkçi qapalı sahədə gizlənib mövqe tutaraq, saat 21:51 dəqiqədə idarə etdiyi “Lexus GX 460” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı ünvana yaxınlaşan Zərərçəkmiş şəxs həmin avtomat silahdan istifadə etməklə 7 dəfə atəş açıb, kəskin xarici qanitirmə, posthemorragik anemiya, deltayabənzər əzələnin zədələnməsi, sağ kürək sümüyünün akromion çıxıntısının və bazu sümüyünün başının açıq, qəlpəli sınıqları ilə müşayiət olunan sağ çiyin qurşağı nahiyəsinin ön və arxa səthlərini dəlibkeçən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid olan, eləcə də kəskin xarici qanitirmə ilə müşayiət olunan sağ budun aşağı üçdə birinin ön səthinin dəlib-keçən, sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirməklə, dövlət və ictimai xadim hesab edilən Azərbaycan Respublikası Milli Məcli sinin deputatı Zərərçəkmiş şəxs xidməti və siyasi fəaliyyətinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, dini fanatizm zəminində onun həyatına sui-qəsd (terror aktı) etmişdir. Məhkum digərləri ilə qabaqcadan əldə edilmiş razılığa uyğun olaraq həmin cinayətin törədilməsindən sonra 29 mart 2023-cü ildə saat 20-21 radələrində Təqsirləndirilən şəxs1 ünvan 9 ünvanında terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqədar ona verdiyi 30.000 ABŞ dollar məbləğində pul vəsaitini qəbul edib, Bakı şəhəri ərazisində müxtəlif yerlərdə Azərbaycan milli valyutasında olan əskinaslara dəyişərək dövlət xadimi və ictimai xadim olan Zərərçəkmiş şəxs xidməti və siyasi fəaliyyətinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən sui-qəsdin (terror aktı) hazırlanması və törədilməsi üçün əvvəlcədən əldə edilmiş sövdələşməyə uyğun olaraq 30 mart 2023-cü il tarixdə saat 21 radələrində Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs2la görüşüb sonuncuya 15.000 manat pul vəsaitini bilavasitə vermiş, Təqsirləndirilən şəxs2 31 mart 2023-cü ildə saat 14 radələrində özünün yaşadığı Bakı şəhəri, X küçəsində yerləşən yaşadığı ünvanda Məhkumla görüşərək terror aktında istifadə etdiyi və həmin ünvanda qanunsuz olaraq saxladığı “28109955” nömrəli 7,62 mm çaplı “AKS-47” avtomat silahını, ona aid daraq və 23 ədəd patronu sonuncuya qaytarmışdır. Məhkum 31 mart 2023-cü ildə tanışı Təqsirləndirilən şəxs4 yaşadığı X ünvanında yerləşən bağ evinə gedərək, dövlət xadimi və ictimai xadim olan Zərərçəkmiş şəxs xidməti və siyasi fəaliyyətinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədi ilə onun həyatına sui-qəsd cinayətinin törədilməsində istifadə edilmiş “28109955” nömrəli 7,62 mm çaplı “AKS-47” avtomat silahını ona aid daraq və 23 ədəd patronu qabaqcadan əlbir olaraq qanunsuz saxlaması barədə sövdələşərək sonuncuya vermişdir. Bundan başqa Məhkum odlu silahdan istifadə etməklə, habelə dini radikalizm və dini fanatizm zəminində təkrarən terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları tərəfindən din sahəsində qərarlar qəbul edilməsinə təsir göstərmək məqsədilə Azərbaycan Respublikasının dövlət orqanlarının inzibati binalarına basqın edib, həmin orqanların əməkdaşlarının həlak olması, onların sağlamlığı na zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan hərəkətlər törətmək üçün silah əldə etmək niyyətilə 12 mart 2023-cü ildə Təqsirləndirilən şəxs1 ilə birlikdə Zaqatala rayonuna gedərək, həmin rayon ərazisində yerləşən, barəsində cinayət təqibi davam etdirilən tanışının evindən, texniki cəhətdən saz və atəş üçün yararlı 1 (bir) ədəd “265907 p” nömrəli, “Walther PP” modelli tapança, 1 (bir) ədəd daraq və 12 (on iki) ədəd patronu həmin gün təkrarən qanunsuz olaraq əldə edib, X küçəsindəki yaşadığı evə daşıyıb gətirərək, evin həyətində yerə basdırıb saxlamaqla, habelə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Zərərçəkmiş şəxs həyatına sui-qəsd cinayəti törədildikdən sonra cinayətin icraçısı Təqsirləndiri lən şəxs2 31 mart 2023-cü ildə ona qaytardığı “28109955” nömrəli 7,62 mm çaplı “AKS-47” avtomat silahını ona aid daraq və 23 patronu 31 mart 2023-cü ildə tanışı Təqsirləndirilən şəxs4 evində saxlamaqla odlu silahdan istifadə etməklə, habelə dini radikalizm və dini fanatizm zəminində terrorçuluq cinayətinin törədilməsinə hazırlıq hərəkətləri etmiş, lakin 3 aprel 2023-cü il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanıldığı üçün öz iradəsindən asılı olmayan səbəblərə görə həmin cinayəti başa çatdıra bilməmiş, həmin tarixdə Məhkum yaşadığı ünvana baxış keçirilərkən qeyd olunan tapança, 1 ədəd daraq və 12 ədəd patron, eləcə də eyni tarixdə Təqsirləndirilən şəxs4 evində keçirilən baxış zamanı “28109955” nömrəli 7,62 mm çaplı “AKS-47” avtomat silahını ona aid daraq və 2 3 ədəd patron aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 (icraçı) təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə edib saxlamış, başqasına vermiş, daşımış və gəzdirmiş, tamah niyyəti ilə, dini fanatizm zəminində cinayətkar fəaliyyətə cəlb etdiyi digər şəxslərlə birgə qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin odlu silahdan istifadə etməklə Dövlət və ictimai xadimin xidməti və siyasi fəaliyyətinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədi ilə onun həyatına sui-qəsd (terror aktı) etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 Məhkum 2019-cu ilin oktyabr ayının 3-dən 30-dək olan müddət ərzində İran İslam Respublikasında olarkən həmin ölkənin R ey şəhərində X10 və digərləri ilə görüşü, eləcə də bundan sonrakı müddət ərzində apardığı danışıqlar zamanı dini fanatizm zəminində Azərbaycan Respublikası Milli Məclisinin deputatı Zərərçəkmiş şəxs xidməti və siyasi fəaliyyətinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədilə ona qarşı sui-qəsd (terror aktı) törədilməsi və bu cinayətin Məhkum tərəfindən cəlb edilən iştirakçılarına pul vəsaitinin verilməsinin, eləcə də cinayətin törədilməsindən sonra Məhkum İran İslam Respublikasında daimi yaşayış və digər təminatlarının təşkil olunacağı barədə sövdələşib razılaşmışdır. X və qeyriləri ilə qabaqcadan əldə edilmiş razılığa uyğun olaraq, Məhkum Zərərçəkmiş şəxs həyatına sui-qəsdin (terror aktı) törədilməsi üçün sosial şəbəkələr vasitəsi ilə və bilavasitə Zərərçəkmiş şəxs gündəlik hərək ət marşrutunu və yaşayış yerini araşdıraraq məlumat toplamış və 2022-ci ilin sentyabr ayında tanışı Təqsirləndirilən şəxs2 həmin cinayəti icra etməsini təklif etməklə, cinayətin icra edilməsindən sonra ona pul vəsaitləri verəcəyini vəd etmiş, sonuncu Məhkum bu təklifini qəbul edərək, Zərərçəkmiş şəxs həyatına sui-qəsd cinayətini icra edəcəyinə dair razılıq vermişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Milli Məclisinin deputatı Zərərçəkmiş şəxs xidməti və siyasi fəaliyyətinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd (terror aktı) cinayətini icra etməsi üçün 2022-ci ilin dekabr ayında Məhkum yaşadığı X qəsəbəsindəki evində sonuncudan qanunsuz olaraq, zavod üsulu ilə hazırlanmış “28109955” nömrəli, 7,62 mm kalibrli TİP-56-1 (AKS47) modelli, “Kal aşnikov” konstruksiyalı, texniki cəhətdən saz və atəşə yararlı odlu yivli avtomat silahını, onun komplekt hissəsi olan 1 ədəd daraq və 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən, zavod üsulu ilə hazırlanmış, atəşə yararlı olan 30 ədəd patronları əldə edib daşıyaraq yaşadığı ünvan 3 ünvanına gətirib, qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 2022-ci ilin dekabr ayında ünvan 6 ünvanında yaşayan tanışı Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Milli Məclisinin deputatı Zərərçəkmiş şəxs həyatına sui-qəsd (terror aktı) cinayətinin onun tərəfindən icra ediləcəyini bildirməklə, pul vəsaitləri müqabilində həmin cinayətin törədi lməsində köməklik göstərməsinə dair Təqsirləndirilən şəxs3la sövdələşib razılaşmışdır. Qabaqcadan əldə edilmiş razılığa uyğun olaraq, Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs yaşadığı evin ünvanını müəyyənləşdirdikdən sonra 2023-cü ilin yanvar ayından mart ayının 28-dək olan müddət ərzində Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3la birlikdə sonuncunun idarə etdiyi “Opel Astra” markalı “az **-VD-***” dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs yaşadığı X qəsəbəsi, ünvan 7 ünvanında yerləşən evin yerləşdiyi əraziyə gələrək gizli müşahidə aparmış, Zərərçəkmiş şəxs idarə etdiyi avtomobil, yaşadığı ev və hərəkət vaxtlarını dəqiqləşdirmişdir. Təqsirləndirilən şəxs2 Məhkum 2022-ci ilin dekabr ayında ona verdiyi odlu silah hesab edilən “28109955” nömrəli 7,62 mm çaplı “AKS-47” avto mat silahı, onun komplekt hissəsi olan daraq və döyüş sursatı olan 30 ədəd patronu, 28 mart 2023-cü ildə saat 20 radələrində Təqsirləndirilən şəxs3la birlikdə sonuncunun idarə etdiyi “Opel Astra” markalı “az **-VD-***” dövlət qeydiyyat nişanlı avtomobillə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq daşıyaraq, X qəsəbəsinə gəlmiş, burada Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs yaşadığı X qəsəbəsi, ünvan 7 ünvanındakı evin qarşısında yerləşən köməkçi qapalı sahədə gizlənib mövqe tutaraq, saat 21:51 dəqiqədə idarə etdiyi “Lexus GX 460” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı ünvana yaxınlaşan Zərərçəkmiş şəxs həmin avtomat silahdan istifadə etməklə 7 dəfə atəş açıb, kəskin xarici qanitirmə, posthemorragik anemiya, deltayabənzər əzələnin zədələnməsi, sağ kürək sümüyünün akromion çıxıntısının və bazu sümüyünün başının açıq, qəlpəli sınıqları ilə müşayiət olunan sağ çiyin qurşağı nahiyəsinin ön və arxa səthlərini dəlibkeçən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid olan, eləcə də kəskin xarici qanitirmə ilə müşayiət olunan sağ budun aşağı üçdə birinin ön səthinin dəlib-keçən, sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirməklə, dövlət və ictimai xadim hesab edilən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Zərərçəkmiş şəxs xidməti və siyasi fəaliyyətinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədilə Məhkum, Təqsirləndirilən şəxs3 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti ilə və dini fanatizm zəminində onun həyatına sui-qəsd (terror aktı) etmişdir. Məhkum digərləri ilə qabaqcadan əldə edilmiş razılığa uyğun olaraq həmin cinayətin törədilməsindən sonra 29 mart 2023-cü ildə saat 20-21 radələrində Təqsirləndirilən şəxs1 ünvan 9 ünvanında terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqədar ona verdiyi 30.000 ABŞ dollar məbləğində pul vəsaitini qəbul edib, Bakı şəhəri ərazisində müxtəlif yerlərdə Azərbaycan milli valyutasında olan əskinaslara dəyişərək dövlət xadimi və ictimai xadim olan Zərərçəkmiş şəxs xidməti və siyasi fəaliyyətinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən sui-qəsdin (terror aktı) hazırlanması və törədilməsi üçün əvvəlcədən əldə edilmiş sövdələşməyə uyğun olaraq 30 mart 2023-cü il tarixdə saat 21 radələrində Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində Təqsirləndirilən şə xs2la görüşüb sonuncuya 15.000 manat pul vəsaitini bilavasitə vermiş, Təqsirləndirilən şəxs2 31 mart 2023-cü ildə saat 14 radələrində özünün yaşadığı X küçəsində yerləşən ünvanda Məhkumla görüşərək terror aktında istifadə etdiyi və həmin ünvanda qanunsuz olaraq saxladığı “28109955” nömrəli 7,62 mm çaplı “AKS-47” avtomat silahını, ona aid daraq və 23 ədəd patronu sonuncuya qaytarmışdır. Təqsirləndirilən şəxs3 (köməkçi) təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını daşımış, qabaqcadan vəd etməklə dini fanatizm zəminində Dövlət və ictimai xadimin xidməti və siyasi fəaliyyətinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədi ilə onun həyatına sui-qəsd (terror aktı) cinayətinin törədilməsinə məlumatları ilə, cinayət törədilməsi üçün vasitələr verməklə, eləcə də cinayət törətmiş şəxsi və cinayətin alətini gizlətməklə cinayətin köməkçisi qismində yardım etmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 Məhkum 2019-cu ilin oktyabr ayının 3-dən 30-dək olan müddət ərzində İran İslam Respublikasında olarkən həmin ölkənin Rey şəhərində X10 və digərləri ilə görüşü, eləcə də bundan sonrakı müddət ərzində apardığı danışıqlar zamanı dini fanatizm zəminində Azərbaycan Respublikası Milli Məclisinin deputatı Zərərçəkmiş şəxs xidməti və siyasi fəaliyyətinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədilə ona qarşı sui-qəsd (terror aktı) törədilməsi və bu cinayətin Məhkum tərəfindən cəlb edilən iştirakçılarına pul vəsaitinin verilməsinin, eləcə də cinayətin törədilmə sindən sonra Məhkum İran İslam Respublikasında daimi yaşayış və digər təminatlarının təşkil olunacağı barədə sövdələşib razılaşmışdır. X və qeyriləri ilə qabaqcadan əldə edilmiş razılığa uyğun olaraq, Məhkum Zərərçəkmiş şəxs həyatına sui-qəsdin (terror aktı) törədilməsi üçün sosial şəbəkələr vasitəsi ilə və bilavasitə Zərərçəkmiş şəxs gündəlik hərəkət marşrutunu və yaşayış yerini araşdıraraq məlumat toplamış və 2022-ci ilin sentyabr ayında tanışı Təqsirləndirilən şəxs2 həmin cinayəti icra etməsini təklif etməklə, cinayətin icra edilməsindən sonra ona pul vəsaitləri verəcəyini vəd etmiş, sonuncu Məhkum bu təklifini qəbul edərək, Zərərçəkmiş şəxs həyatına sui-qəsd cinayətini icra edəcəyinə dair razılıq vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 2022-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Milli Məclisinin deputatı Zərərçəkmiş şəxs həyatına suiqəsd (terror aktı) cinayətinin onun tərəfindən icra ediləcəyini bildirməklə, pul vəsaitləri müqabilində həmin cinayətin törədilməsində köməklik göstərməsinə dair Təqsirləndirilən şəxs3la sövdələşib razılaşmışdır. Qabaqcadan əldə edilmiş razılığa uyğun olaraq, Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs yaşadığı evin ünvanını müəyyənləşdirdikdən sonra 2023-cü ilin yanvar ayından mart ayının 28-dək olan müddət ərzində Təqsirləndirilən şəxs2la birlikdə sonuncunun özünün “Opel Astra” markalı “az **-VD-***” dövlət qeydiyyat nişanlı avtomobili ilə Zərərçəkmiş şəxs yaşadığı X qəsəbəsi, ünvan 7 ünvanında yerləşən evin yerləşdiyi əraziyə gələrək gizli müşahidə aparmış, Zərərçəkmiş şəxs idarə etdiyi avtomobil, yaşadığı ev və hərəkət vaxtlarını dəqiqləşdirmişdir. Təqsirləndirilən şəxs3 əvvəlcədən vəd etməklə 28 mart 2023-cü ildə saat 20 radələrində Təqsirləndirilən şəxs2la birlikdə sonuncunun 2022-ci ilin dekabr ayında Məhkum əldə etdiyi odlu silah hesab edilən “28109955” nömrəli 7,62 mm çaplı “AKS-47” avtomat silahı, onun komplekt hissəsi olan daraq və döyüş sursatı olan 30 ədəd patronu idarə etdiyi “Opel Astra” markalı “az **-VD-***” dövlət qeydiyyat nişanlı avtomobillə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq daşıyaraq, X qəsəbəsinə gəlmiş, burada Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs yaşadığı X qəsəbəsi, ünvan 7 ünvanındakı evin qarşısında yerləşən köməkçi qapalı sahədə gizlənib mövqe tutaraq, saat 21:51 dəqiqədə idarə etdiyi “Lexus GX 460” markalı **-MF-*** dövlət qeydiyyat nişa nlı avtomobillə yaşadığı ünvana yaxınlaşan Zərərçəkmiş şəxs həmin avtomat silahdan istifadə etməklə 7 dəfə atəş açıb, kəskin xarici qanitirmə, posthemorragik anemiya, deltayabənzər əzələnin zədələnməsi, sağ kürək sümüyünün akromion çıxıntısının və bazu sümüyünün başının açıq, qəlpəli sınıqları ilə müşayiət olunan sağ çiyin qurşağı nahiyəsinin ön və arxa səthlərini dəlib-keçən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid olan, eləcə də kəskin xarici qanitirmə ilə müşayiət olunan sağ budun aşağı üçdə birinin ön səthinin dəlib-keçən, sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirməklə, dövlət və ictimai xadim hesab edilən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Zərərçəkmiş şəxs xidməti və siyasi fəaliyyətinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədilə Məhkum və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, dini fanatizm zəminində onun həyatına sui-qəsd (terror aktı) etmiş, bununla da Təqsirləndirilən şəxs3 qabaqcadan vəd etməklə dini fanatizm zəminində dövlət xadiminin və ictimai xadim hesab edilən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Zərərçəkmiş şəxs xidməti və siyasi fəaliyyətinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədi ilə onun həyatına sui-qəsd (terror aktı) cinayətinin törədilməsinə məlumatları ilə, cinayət törədilməsi üçün vasitələr verməklə, eləcə də cinayət törətmiş şəxsi və cinayətin alətini gizlətməklə cinayətin köməkçisi qismində yardım etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, dövlət xadiminin, ictimai xadimin və ya xarici dövlət nümayəndəsinin həyatına sui-qəsd edilməsi yalnız o halda bu cinayətin tərkib əlamətlərini yaradır ki, bu, həmin şəxslərin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədi ilə həyata keçirilmiş olsun. Buna görə də dövlət xadiminin, ictimai xadimin və ya xarici dövlət nümayəndəsinin həyatına tamah, paxıllıq, qısqanclıq və sair mübahisələr zəminində, habelə, CM-in 277-ci maddəsinin dispozisiyasında göstərilmiş məqsədlə əlaqədar olmayan mülahizələrə görə sui-qəsd edilməsi bu cinayətin tərkibini yaratmır. Məhkum məhkəmə baxışı zamanı verdiyi ifadələrdə Zərərçəkmiş şəxs statuslarında, “youtube”dakı çıxışlarında İmam Hüseyni təhqir etməsinin, Aşura günündə toy etməyin düzgün olduğunu deməsinin və buna b ənzər sözlər işlətməsinin onların xoşuna gəlmədiyini, buna görə də onu cəzalandırdıqlarını qeyd etmişdir. Zərərçəkmiş şəxs bu cür ifadələri Milli Məclisdəki çıxışlarında səsləndirilməmişdir. O, bu ifadələri kütləvi informasiya vasitələrində, Facebook sosial şəbəkəsində özünə məxsus olan profildə səsləndirmiş və bununla bağlı sübutlar da məhkəməyə təqdim edilmişdir. Zərərçəkmiş şəxs Facebook sosial şəbəkəsindəki profili onun şəxsi profilidir, Milli Məclisin deputatı kimi fəaliyyətini əks etdirmir və parlamentdəki çıxışları ilə bağlı hər hansı statuslar, şərhlər mövcud deyil və rəsmi səhifə deyildir. Bu səhifədə Zərərçəkmiş şəxs özünün şəxsi həyatda qarşılaşdığı hadisələr, bununla bağlı düşüncələrini paylaşmışdır. Ona görə də Zərərçəkmiş şəxs həyatına sui-qəsd edilməsini bir deputatın, ictim ai xadimin xidməti və siyasi fəaliyyətinə son qoyulmasına cəhd kimi qiymətləndirmək düzgün deyildir. Məhkum məhkəmədə törətdiyi əməllə bağlı izah verərək bildirib ki, Zərərçəkmiş şəxs deyil, hər hansı şəxs, heç bir səlahiyyət və ya vəzifə sahibi olmayan vətəndaş da dinlə bağlı Zərərçəkmiş şəxs ictimaiyyətdə səsləndirdiyi fikirləri səsləndirsəydi, o zaman eyni davranışı həmin şəxsə qarşı edərdi. Yəni törədilən cinayətin Zərərçəkmiş şəxs ictimai-siyasi fəaliyyəti, deputatlıq fəaliyyəti ilə bağlılığı yoxdur. Zərərçəkmiş şəxs dinlə bağlı səsləndirdiyi fikirlər onun ictimai-siyasi fəaliyyəti ilə bağlı deyil, sadəcə olaraq, bir vətəndaş kimi kütləvi informasiya vasitələrinə çıxışından istifadə edərək dinlə bağlı kin, nifrət yaradan fikirlər səsləndirmiş, bu istiqamətdə cəmiyyətdə təbliğat aparma ğa çalışmışdır. Məhz buna görə Məhkum CM-in 277-ci maddəsi üzrə cinayət törətməsi öz təsdiqini tapmır. Qeyd olunanlara görə şəxsin əməlinin CM-in 32.3,277-ci maddələri üzrə tövsif edilməsini əsaslandıran mötəbər sübut yoxdur və təqsirləndirilən şəxsin ifadələri bir daha bunu təsdiq edir. Təqsirləndirilən şəxslərin hər hansı terrorçuluq cinayətinin törədilməsi üçün hər hansı hazırlıq hərəkətlərini etməsi istintaq orqanı tərəfindən təsdiq edilməmişdir. Ümumiyyətlə onların ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud terrorçuluğa aid olan digər hərəkətləri etməsi və ya buna hazırlıq görməsi kimi niyyətləri olmamışdır. Digər tərəfdən, istintaq orqanı CM-in 214 və 214-1-ci maddələri ilə bağlı şikayətçiyə ittiham verərkən ümumi sözlərdən istifadə etmiş, halbuki ittiham dəqiq olmalıdır. Göstərilən əlamətlərin heç birində şikayətçinin hərəkətləri mövcud deyil, ümumiyyətlə şikayətçinin məqsədi hansısa ictimai, siyasi xadimin həyatına son qoymaq, əhali arasında çaxnaşma yaratmaq kimi fikri və niyyəti olmamış və bu məqsədlər üçün hazırlıq hərəkətləri etməmişdir. İttiham tərəfi təqsirləndirilən şəxslərin Zərərçəkmiş şəxs xidməti və ya siyasi fəaliyyətinə son qoyulmasına yönələn hərəkətlərə yol verməsini qeyd etsə də, Zərərçəkmiş şəxs xidməti və ya siyasi fəaliyyətinin nədən ibarət olmasına aydınlıq gətirməmişdir. Bütün bunlara isə Zərərçəkmiş şəxs məhkəmə iclasında dindirilməsi yolu ilə aydınlıq gətirilə bilərdi, lakin məhkəmə onun iclasda iştirakını təmin etməmiş və beləcə Zərərçəkmiş şəxs xidməti və ya siyasi fəaliyyəti barədə məlumatlar əldə etmək mümkün ol mamışdır. Digər tərəfdən, Məhkum Zərərçəkmiş şəxs qarşı hərəkətlərində əsas niyyət öldürmək deyil, sadəcə cəzalandırmaq və ona xəbərdarlıq etmək olmuşdur ki, hadisələrin gedişatı və təqsirləndirilən Təqsirləndirilən şəxs2 ifadəsi də bunu təsdiq edir. Əgər Məhkum Zərərçəkmiş şəxs həqiqətən öldürmək istəsəydi, bu niyyətini həyata keçirmək üçün kifayət qədər imkanlara malik idi. O sadəcə Zərərçəkmiş şəxs xəbərdarlıq mesajı vermək niyyətində olub ki, gələcəkdə islam dini, aşura ilə bağlı təhqiramiz ifadələrdən çəkinsin. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin 17 fevral 2025-ci il tarixli qərarının ləğv edilərək, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 müdafiəçisi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bak ı Apelyasiya Məhkəməsinin 17 fevral 2025-ci il tarixli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli və Təqsirləndirilən şəxs2 əməli CM-in 127.1. və 228.1. maddəsinə tövsif edilməklə, həmin maddələrin sanksiyasının aşağı həddində cəza təyin edilməli, Təqsirləndirilən şəxs2 İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü, 5-ci, 6-cı, 8-ci, 9-cu və 18-ci maddələri ilə təminat verilən hüquqlarının pozuntusunun tanınması barədə qərar qəbul edilməlidir. Məhkəmə iclasında dindirilən “şahidlərin” heç bir ittihama aid olmamışdır. Məhkəmədə ifadə verən təqsirləndirilən şəxslər bildirmişlər ki, Zərərçəkmiş şəxs deputat olduğunu bilməmiş, onun hara hansı siyasi fəaliyyəti ilə bağlı narazılıqları olmamış, Zərərçəkmiş şəxs sosial şəbəkələrdəki hesablarında təqsirlənd irilən şəxslərin dini inanclarını, dini mənsubiyyətlərini təhqir etməsi və alçaltmasına görə Zərərçəkmiş şəxs cəzalandırmaq qərarına gəlmişlər və bu cəzalandırma ölüm olmamışdır. Bunun əksini sübut edəcək hal müəyyən edilməmişdir. İttiham tərəfi təqsirləndirilən şəxslərin Zərərçəkmiş şəxs xidməti və ya siyasi fəaliyyətinə son qoyulmasına yönələn hərəkətlərə yol verməsini qeyd etsə də, Zərərçəkmiş şəxs xidməti və ya siyasi fəaliyyətinin nədən ibarət olmasına aydınlıq gətirməmişdir. Bütün bunlara isə Zərərçəkmiş şəxs məhkəmə iclasında dindirilməsi yolu ilə aydınlıq gətirilə bilərdi, lakin məhkəmə onun iclasda iştirakını təmin etməmiş və beləcə Zərərçəkmiş şəxs xidməti və ya siyasi fəaliyyəti barədə məlumatlar əldə etmək mümkün olmamışdır. Digər tərəfdən, Məhkum Zərərçəkmiş şəxs qarşı hərək ətlərində əsas niyyət öldürmək deyil, sadəcə cəzalandırmaq və ona xəbərdarlıq etmək olmuşdur. Hadisələrin gedişatı və Təqsirləndirilən şəxs2 ifadəsi də bunu təsdiq edir. Əgər Məhkum Zərərçəkmiş şəxs həqiqətən öldürmək istəsəydi, bu niyyətini həyata keçirmək üçün kifayət qədər imkanlara malik idi. Məhkum və digər Təqsirləndirilən şəxs2 ifadələrindən məlum olur ki, onlar Zərərçəkmiş şəxs günlük marşrutunu, evə gəlib-getmə vaxtlarını əvvəlcədən müəyyən etmişlər. Bu məlumatlar göstərir ki, hadisə təsadüfi baş verməyib, əvvəlcədən planlaşdırılmışdır. Əgər şikayətçinin niyyəti Zərərçəkmiş şəxs öldürmək olsaydı, daha təsirli və qəti tədbirlər görə bilərdi. Belə ki, bunun üçün əlverişli şərait olmuş, o sadəcə Zərərçəkmiş şəxs xəbərdarlıq mesajı vermək niyyətində olmuşdur ki, gələcəkdə islam dini, aşura ilə bağlı təhqiramiz ifadələrdən çəkinsin. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin 17 fevral 2025-ci il tarixli, 1 (103)-l 18/2025 saylı qərarının dəyişdirilməsi, Təqsirləndirilən şəxs2 əməlinin CM-in 127.1 və 228.1-ci maddələrinə tövsif edilməsi, həmin maddələrin sanksiyasının aşağı həddində cəza təyin edilməsi, Təqsirləndirilən şəxs2 İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü, 5-ci, 6-cı, 8-ci, 9-cu və 18-ci maddələri ilə təminat verilən hüquqlarının pozuntusunun tanınması barədə yeni qərar qəbul edilməsini xahiş edir. Təqsirləndirilən şəxs3 müdafiəçisi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, şəxsin əməlləri CM üzrə düzgün tövsif edilməmişdir. Belə ki, şəxsin əməllərində CM-in 32.3,277-ci maddəsinə istinad edilərək barəsində ağır cəza seçi lmişdir. Dövlət xadiminin, ictimai xadimin və ya xarici dövlət nümayəndəsinin həyatına sui-qəsd edilməsi yalnız o halda bu cinayətin tərkib əlamətlərini yaradır ki, bu, həmin şəxslərin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədi ilə həyata keçirilmiş olsun. Buna görə də dövlət xadiminin, ictimai xadimin və ya xarici dövlət nümayəndəsinin həyatına tamah, paxıllıq, qısqanclıq və sair mübahisələr zəminində, habelə, CM-in 277-ci maddəsinin dispozisiyasında göstərilmiş məqsədlə əlaqədar olmayan mülahizələrə görə sui-qəsd edilməsi bu cinayətin tərkibini yaratmır. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadələrdə Zərərçəkmiş şəxs statuslarında, “youtube”dakı çıxışlarında İmam Hüseyni təhqir etməsinin, Aşura günündə toy etməyin düzgün oldu ğunu deməsinin və buna bənzər sözlər işlətməsinin onların xoşuna gəlmədiyini, buna görə də onu cəzalandırdıqlarını qeyd etmişdir. Zərərçəkmiş şəxs bu cür ifadələri Milli Məclisdəki çıxışlarında səsləndirilməmiş, o, bu ifadələri kütləvi informasiya vasitələrində, Facebook sosial şəbəkəsində özünə məxsus olan profildə səsləndirmiş və bununla bağlı sübutlar da məhkəməyə təqdim edilmişdir. Zərərçəkmiş şəxs Facebook sosial şəbəkəsindəki profili onun şəxsi profilidir, Milli Məclisin deputatı kimi fəaliyyətini əks etdirmir və parlamentdəki çıxışları ilə bağlı hər hansı statuslar, şərhlər mövcud deyil və rəsmi səhifə deyildir. Bu səhifədə Zərərçəkmiş şəxs özünün şəxsi həyatda qarşılaşdığı hadisələr, bununla bağlı düşüncələrini paylaşmışdır. Ona görə də Zərərçəkmiş şəxs həyatına sui-qəsd edilməsi ni bir deputatın, ictimai xadimin xidməti və siyasi fəaliyyətinə son qoyulmasına cəhd kimi qiymətləndirmək düzgün deyildir. Məhkum məhkəmə iclasında özünü qismən təqsirli bilib yekun olaraq qeyd etmişdir ki, zərərçəkmiş şəxsə qarşı törətdikləri əməl sonuncunun siyasi fəaliyyəti ilə deyil, məhz onların dini əqidəsini təhqir etməsi ilə bağlı olmuşdur. Zərərçəkmiş şəxs təhqirləri onları iki seçim qarşısında qoymuşdur, onlar ya susmalı, ya da sonuncunu cəzalandırmalı idilər. Zərərçəkmiş şəxsi vurarkən silahda daha 23 ədəd mərmi qalmışdır, bu da onu göstərir ki, onların niyyəti sonuncunu öldürmək deyil, qorxutmaq olmuşdur. Zərərçəkmiş şəxs dinlə bağlı səsləndirdiyi fikirlər onun ictimai-siyasi fəaliyyəti ilə bağlı deyil. Sadəcə olaraq, bir vətəndaş kimi kütləvi informasiya vasitələrinə çıxışınd an istifadə edərək dinlə bağlı kin, nifrət yaradan fikirlər səsləndirmiş, bu istiqamətdə cəmiyyətdə təbliğat aparmağa çalışmışdır. Məhz buna görə təqsirləndirilən şəxsin CM-in 277-ci maddəsi üzrə cinayət törətməsi öz təsdiqini tapmamışdır. Qeyd olunanlara görə şəxsin əməlinin CM-in 32.3,277-ci maddələri üzrə tövsif edilməsini əsaslandıran mötəbər sübut yoxdur və təqsirləndirilən şəxsin ifadələri bir daha bunu təsdiq edir. İttiham tərəfi təqsirləndirilən şəxslərin Zərərçəkmiş şəxs xidməti və ya siyasi fəaliyyətinə son qoyulmasına yönələn hərəkətlərə yol verməsini qeyd etsə də, Zərərçəkmiş şəxs xidməti və ya siyasi fəaliyyətinin nədən ibarət olmasına aydınlıq gətirməmişdir. Təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs qarşı hərəkətlərində əsas niyyət öldürmək olmamış, sadəcə cəzalandırmaq və ona xəbərdarlıq etmək olmuşdur. Hadisələrin gedişatı və təqsirləndirilən Təqsirləndirilən şəxs2 ifadəsi də bunu təsdiq edir. Əgər Təqsirləndirilən şəxs3 və digərləri Zərərçəkmiş şəxs həqiqətən öldürmək istəsəydi, bu niyyətini həyata keçirmək üçün kifayət qədər imkanlara malik idi. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin 17 fevral 2025-ci il tarixli qərarının ləğv edilərək, cinayət işi üzrə CM-in 32.5,277-ci maddələri üzrə Təqsirləndirilən şəxs3 əməlində həmin cinayət əməli üzrə təqsiri olmadığına bəraət verilərək işə həmin hissədə xitam verilməsi və Təqsirləndirilən şəxs3 əməlinin CM-in 127.1 və 228.1-ci maddələrinə tövsif edilməklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında Müdafiəçi çıxış edərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya məhkəmə baxışında Müdafiəçi çıxış edərək, çəkişmə prinsipinin təməlinin pozulduğunu, verilən vəsatətlərin heç birinin təmin olunmadığını, zərərçəkmiş şəxsin məhkəmə iclaslarına gəlmədiyini, ona ünvanlanmalı olan sualların cavabsız qaldığını bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya məhkəmə baxışında Müdafiəçi kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, verilmiş şikayətin təmin edilməsini xahiş etdi. Kassasiya məhkəmə baxışında nümayəndə Müdafiəçi çıxış edərək, verilmiş kassasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətlərinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 fevral 2025-ci il tarixli qərarının məhkumlara aid hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçilər tərəfindən verilmiş kassasiya şikayətlərində məhkumlar barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu, əməllərinin düzgün tövsif edilmədiyi iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 416.1.3 (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) və 416.1.15-ci (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 fevral 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aş ağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törəd ilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edil dikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqi liyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349. 5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 fevral 2025-ci il tarixli qərarı isə Məhkum, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansi ya məhkəməsinin hökmündən görünür ki, Məhkum verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət və ictimai xadimin həyatına sui-qəsd etmənin həmin qrup tərəfindən hazırlanması və törədilməsi üçün qəsdən pul vəsaitlərini bilavasitə verərək terrorçuluğu maliyyələşdirmə, digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə edib saxlama, başqasına vermə, daşıma və gəzdirmə, tamah məqsədilə və dini fanatizm zəminində cinayətkar fəaliyyətə cəlb etdiyi digər şəxslərlə birgə qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin odlu silahdan istifadə etməklə dövlət və ictimai xadimin xidməti və siyasi fəaliyyətinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədi ilə onun həyatına sui-qəsd (terror aktı) cinayətinin törədilməsini təşkil etmə və təkrarən odlu silahdan istifadə etməklə, dini radikalizm və dini fanatizm zəminində terrorçuluğa hazırlıq, Təqsirləndirilən şəxs2 verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə edib saxlama, başqasına vermə, daşıma və gəzdirmə, tamah niyyəti ilə, dini fanatizm zəminində cinayətkar fəaliyyətə cəlb etdiyi digər şəxslərlə birgə qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin odlu silahdan istifadə etməklə dövlət və ictimai xadimin xidməti və siyasi fəaliyyətinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədi ilə onun həyatına sui-qəsd (terror aktı) etmə, Təqsirləndirilən şəxs3 isə verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq odlu si lah, onun komplekt hissələrini və döyüş sursatını daşıma, qabaqcadan vəd etməklə dini fanatizm zəminində dövlət və ictimai xadimin xidməti və siyasi fəaliyyətinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədi ilə onun həyatına sui-qəsd (terror aktı) cinayətinin törədilməsinə məlumatları ilə, cinayət törədilməsi üçün vasitələr verməklə, eləcə də cinayət törətmiş şəxsi və cinayətin alətini gizlətməklə cinayətin köməkçisi qismində yardım etmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmi şdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Əməllərə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməlləri Azərbaycan Respublikası CM-in 28,214.2.2, 28,214.2.3, 28,214.2.6, 214-1, 228.2.1, 228.2.2 və 32.3,277-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 əməlləri CM-in 228.2.1 və 277-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 əməlləri isə CM-in 228.2.1 və 32.5,277-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Müdafiəçilər tərəfindən verilmiş kassasiya şikayətlərində onların əməllərində cinayət tərkibinin olmasını təsdiq edən sübutların müəyyən ol unmadığı, əsassız olaraq təqsirli bilindikləri, əməllərinin ümumiyyətlə məhkəmələr tərəfindən düzgün tövsif edilmədiyi, müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilir. Belə ki, iş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkən Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir- biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, Məhkum, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onlara elan olunmuş ittiham üzrə cinayət əməllərini törətmələrinin, özlərinin və digər təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı ittiham üzrə özlərini qismən təqsirli bilmələrinə dair ifadələri, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs, şahid qismində dindirilmiş Şahid1, Şahid2, Şahid4, Şahid9, Şahid10, Şahid5, Şahid6 və Şahid7, Şahid8 və Şahid3 ifadələri, hadisə yerinə baxış keçirilməsi haqqında 29 mart 2023-cü il tarixli protokol, “Diskə baxış keçirilməsi haqqında” 29 mart 2023-cü il tarixli protokollar, “Tanınmaya təqdim etmə haqqında” 3 aprel 2023-cü il tarixli protokol, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Əməliyyat Sənədləşdirmə baş idarəsindən 2 aprel 2023-cü il tarixdə DTX İstintaq baş idarəsinə daxil olmuş “Məxf i” qrifli, 7/450 nömrəli arayış, “Videolara baxış keçirilməsi haqqında” baxış protokol, “axtarış aparılması haqqında” 3 aprel 2023-cü il tarixli protokollar, “baxış keçirilməsi haqqında” 3 aprel 2023-cü il tarixli protokol, Dövlət Təhlükəsizliyi Xidmətinin Kibertəhlükəsizlik əməliyyatları mərkəzindən daxil olmuş xx.xx.2023-cü il tarixli 17/515 nömrəli məktub, mobil telefona baxış keçirilməsi haqqında 17 aprel, 18 aprel. 20 oktyabr 2023-cü il tarixli protokollar, “Diskə baxış keçirilməsi haqqında” 18 avqust 2023-cü il tarixli protokol, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-6/2-6008 nömrəli məktubu, “Videogörüntülərə baxış keçirilməsi haqqında” 18 avqust 2023-cü il tarixli digər protokol, Dövlət Təhlükəsizliyi Xidmətinin Ək s-kəşfiyyat baş idarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 2/4581 nömrəli məktub, Dövlət Təhlükəsizliyi Xidmətinin Kibertəhlükəsizlik əməliyyatları mərkəzindən daxil olmuş 19 sentyabr 2023-cü il tarixli 17/1342 nömrəli məktub, həmçinin iş üzrə toplanmış bir çox digər sübutlar ilə öz təsdiqini tapdığını müəyyən edir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum CM-in 28,214.2.2, 28,214.2.3, 28,214.2.6, 214-1, 228.2.1, 228.2.2 və 32.3,277-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 CM-in 228.2.1 və 277-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 CM-in 228.2.1 və 32.5,277-ci maddələri ilə təqsirliliklərinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və bi r-birini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən ətraflı sadalamağa zərurət görmür. Halbuki, kassasiya şikayətlərində qeyd edilənlərə əsasən müəyyən olunur ki, müdafiə tərəfləri kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub- olmamasına münasibət bildirməyə, birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya şikayətlərinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-proses sual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciətləri olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası müdafiə tərəflərinin kassasiya şikayətlərində irəli sürülmüş məhkəmə qər arının ləğv edilməsi barədə tələblərin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətlərində gətirdikləri faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətlərində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olubolmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də cinayətlərin epizodunu təşkil edən faktiki halların müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə apellyasiya şikayətlərində irəli sürülmüş iddianın, bu iddia ilə əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilib qiymətləndirilmiş sübutlara əsaslandığından, apellyasiya şikayətlərində isə birinci instansiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, apellyasiya məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin çıxardığı Məhkum CM-in 28,214.2.2, 28,214.2.3, 28,214.2.6, 214-1, 228.2.1, 228.2.2 və 32.3,277-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 CM-in 228.2.1 və 277-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 isə CM-in 228.2.1 və 32.5,277-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli olmaları barədə yekun qənaətini şübhə altına almaq üçün heç bir əsas görməmişdir. Məhkum, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onlara hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməllərini törətmələri kassasiya şikayətlərində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər müdafiə tərəflərindən verilmiş apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materi allarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Kassasiya şikayətlərində göstərilmiş məhkumların əməllərinin düzgün tövsif olunmaması, bu barədə məhkəmələr tərəfindən maddi hüquq normalarının (CM-in 277 və 214-cü maddələri) tətbiqində səhvə yol verilməsinə dair dəlillərinə qiymət verərək məhkəmə kollegiyası aşağıdakı göstərilənləri qeyd etməyi məqsədəmüvafiq hesab edir. CM-in 277-ci maddəsinə əsasən dövlət xadiminin və ya ictimai xadimin, habelə xarici dövlət nümayəndəsinin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədi ilə onun həyatına sui-qəsd etmə (terror aktı) - on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük a zadlıqdan məhrum etmə ilə cəzalandırılır. Şərh olunan cinayətin obyekti Azərbaycan Respublikasında dövlət hakimiyyətinin əsasları, dövlət xadimi və ya ictimai xadim, habelə xarici dövlət nümayəndəsinin xidməti və ya siyasi fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranan ictimai münasibətlər və dövlət xadimi və ya ictimai xadimin, habelə xarici dövlət nümayəndəsinin həyatı və sağlamlığıdır. Dövlət xadimi dedikdə Azərbaycan Respublikası ərazisində dövlət həyatının və ictimai həyatın müxtəlif sahələrində (siyasət, iqtisadiyyat, mədəniyyət, dövlət quruculuğu və s.) dövlət siyasətinin əsas istiqamətlərini müəyyən edən və onu bilavasitə həyata keçirən dövlət hakimiyyəti orqanlarının vəzifəli şəxsləri başa düşülür. Buraya Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Prezid ent Administrasiyasının məsul işçiləri, Azərbaycan Respublikasının Baş naziri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin məsul işçiləri, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, onların müavinləri (nazirlər, dövlət komitələrinin sədrləri, baş idarənin rəisləri, onların müavinləri, rayon (şəhər) icra hakimiyyəti başçıları, onların müavinləri və s.), Azərbaycan Respublikası Milli Məclisinin deputatları və s. aiddir. İctimai xadim dedikdə hər hansı digər ictimai təşkilatda, siyasi partiyada, həmkarlar ittifaqları təşkilatlarında siyasət, iqtisadiyyat, sosial-mədəni və s. sahələrə rəhbərliyi həyata keçirən şəxslər, habelə bu təşkilatların fəaliyyətində aktiv iştirak edən şəxslər başa düşülür. Kassasiya məhkəmə kollegiyası müdafiə tərəflərinin Zərərçəkmiş şəxs millət vəkili kimi Milli Məclisdəki fəaliyyətinə görə deyil, onun kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdəki çıxışlarına görə “cəzalandırmaq” istəmələri barədə kassasiya şikayətlərinin dəlillərinə münasibətdə apellyasiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşaraq qeyd edir ki, Zərərçəkmiş şəxs X14 sədri, habelə İİİ, İV, V, Vİ, Vİİ çağırışlar üzrə Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili olmaqla, onun kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdəki çıxışları fiziki şəxs olaraq və cəmiyyətin adi bir üzvü kimi deyil, məhz millət vəkili və dövlət xadimi kimi fəaliyyətindən irəli gələn mövqeyi olmuşdur. Dövlət xadiminin, ictimai xadimin və ya xarici dövlət nümayəndəsinin həyatına suiqəsd edilməsi o halda terror aktı kimi qiymətləndirilə bilər ki, bu, həmin şəxsl ərin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədi ilə həyata keçirilmiş olsun. Buna görə də dövlət xadiminin, ictimai xadimin və ya xarici dövlət nümayəndəsinin həyatına tamah, paxıllıq, qısqanclıq və sair məişət mübahisələri zəminində, habelə CM-in 277-ci maddəsinin dispozisiyasında göstərilmiş məqsədlə əlaqədar olmayan mülahizələrə görə sui-qəsd edilməsi olduğu halda bu cinayətin tərkibini yaratmır və məhkəmə araşdırılması zamanı həmin hallar müəyyən edilməmişdir. CM-in 214-cü maddəsinə gəldikdə isə terrorçuluq ictimai təhlükəsizlik əleyhinə olan ən təhlükəli cinayətlərdən biri kimi qiymətləndirilir. Terrorçuluq cinayət əməlinin cinayət-hüquqi baxımdan təhlili onun təkcə milli deyil, həm də beynəlxalq xarakter daşıdığını qətiyyətlə söyləməyə əsas verir. Məhz buna görə də 1977-ci il yanvarın 27-də Avropa Şurasının üzvü olan dövlətlər tərəfindən «Terrorçuluqla mübarizə üzrə» Avropa Konvensiyası imzalanmışdır və hazırda qüvvədədir. Bu Konvensiyanı imzalayan dövlətlər terrorçuluqda təqsirli hesab edilən cinayətkarları xarici dövlətə təhvil vermə barəsində razılığa gəlmiş və öz üzərlərinə bir sıra mühüm öhdəliklər götürmüşlər. Bundan başqa, BMT-nin Baş Məclisi günahsız insanların həyatını təhlükə altına alan və ya onların həlak olmasına gətirib çıxaran, beynəlxalq münasibətlər üçün zərərli nəticələr doğuran və dövlətlərin təhlükəsizliyini qorxu altına salan, birbaşa və ya dolayı surətdə dövlətlərin iştirak etdikləri aktlar da daxil olmaqla, bütün təzahür formalarında terrorçuluq aktlarından dərindən narahat olaraq, habelə beynəlxa lq terrorçuluq aktlarının qarşısının alınmasının beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılmasına xidmət etdiyinə əmin olaraq, beynəlxalq terrorçuluq probleminin müxtəlif cəhətlərinə aid olan mövcud beynəlxalq müqavilələrə — 1963-cü il sentyabrın 14-də Tokioda imzalanmış «Hava gəmilərinin göyərtəsində törədilən cinayətlər və bir sıra digər aktlar haqqında» Konvensiyaya, «Hava gəmilərinin qanunsuz ələ keçirilməsi ilə mübarizə haqqında» 16 dekabr 1970-ci il tarixli Haaqa Konvensiyasına, «Adamların girov götürülməsi ilə mübarizə haqqında» 17 dekabr 1979-cu il tarixli Nyu-York Beynəlxalq Konvensiyasına, «Dəniz gəmiçiliyinin təhlükəsizliyinə qarşı yönəldilmiş qanunsuz aktlarla mübarizə haqqında» 10 mart 1988-ci il Roma Konvensiyasına və s. əsaslanaraq 1994-cü il dekabrın 9-da «Beynəl xalq terrorçuluğun ləğv edilməsi üzrə tədbirlər haqqında» Bəyannamə qəbul etmişdir. Bəyannamədə deyilir ki, terrorçuluq aktları, metodları və praktikası BMT-nin məqsəd və prinsiplərinə kobud surətdə etinasızlıq ifadə edir. Bu isə beynəlxalq sülh və təhlükəsizlik üçün qorxu törədir, dövlətlər arasındakı dostluq əlaqələrini təhlükə altına alır, beynəlxalq əməkdaşlığa mane olur və insan hüquqlarının, cəmiyyətin əsas azadlıqlarının və demokratik əsaslarının sarsıdılmasına səbəb olur. «Terrorçuluğa qarşı mübarizə haqqında» Azərbaycan Respublikasının 18 iyun 1999-cu il tarixli Qanunu respublikamızda terrorçuluğa qarşı mübarizənin hüquqi və təşkilati əsaslarını müəyyən edir, terrorçuluq əleyhinə mübarizəni həyata keçirən dövlət orqanlarının fəaliyyətini əlaqələndirir, habelə bu sahədə həmin orqan ların və vətəndaşların hüquqlarını və vəzifələrini təsbit edir. Terrorçuluq dedikdə ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq və ya dövlət hakimiyyəti orqanları tərəfindən terrorçuların maraqlarına cavab verən qərarların qəbul edilməsinə nail olmaq məqsədi ilə insanların kütləvi surətdə qırılmasına, onlara bədən xəsarəti yetirilməsinə, yaxud səhhətinə başqa cür zərər vurulmasına və ya onların əmlakının məhv edilməsinə (zədələnməsinə) və ya başqa ağır nəticələrə səbəb olan əməllər törədilməsi və ya bu cür əməllərin törədilməsinə yönəldilmiş hədə başa düşülməlidir. Terrorçuluq hərəkətləri zahirən müxtəlif formalarda ifadə olunsa da, diqqətlə təhlil etdikdə onların hamısının iki ümumi əlamətə malik olduğunu görmək olar. Terrorçuluq hərəkətlərinin dövlət hakimiyyətini və ictimai asayişi sarsıtmağa yönəlmiş olması birinci əlamət, bu hərəkətlərin terrorçular tərəfindən mütəşəkkil formada və qəddarcasına zorakılıq tətbiq etməsinin təsiri altında əhalidə vahimə və köməksizlik hissi yaratması isə ikinci əlamət kimi göstərilə bilər. Terrorçuluq ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədi ilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər (terror aktı) törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmədir. Terrorçuluq cinayət tərkibini yaradan əməllərin dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm hisslərindən irəli gələn motivlərlə törədilməsi bu cinayətin ağırlaşdırıcı halı kimi CM-in 214.2.6-cı maddəsində təsbit edilmişdir. Dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm dini ekstremizmin (dini ekstremist fəaliyyətin) təzahür formalarıdır. Dini düşmənçilik zəminində terrorçuluq əməllərinin törədilməsi hər hansı dinə, dini məzhəbə (dini cərəyana), onun mövcudiyyətinə nifrətdən irəli gələn, dinə, dini məzhəbə (dini cərəyana) mənsubiyyətindən asılı olaraq insanların, insanların hüquq və azadlıqları arasında fərq qoyulmasında, üstünlüklər və ya məhdudiyyətlər müəyyən olunmasında və sairdə ifadə olunan hisslərdən doğan 214.1-ci maddədə təsbit olunmuş əməllərin törədilməsi başa düşülür. «Dini ekstremizmə qarş ı mübarizə haqqında» 4 dekabr 2015-ci il tarixli Qanunun 1.0.2-ci maddəsinə görə dini radikalizm hər hansı dini etiqad çərçivəsində ifrat dini baxışlara bağlılığı ifadə edən, həmin dini baxışların müstəsnalığının təsbit edilməsində barışmaz mövqe nümayiş etdirən və yayılmasında aqressiv üsul və vasitələrdən istifadə edilməsi ilə səciyyələnən davranışı nəzərdə tutur. Dini fanatizm dini ekstremizmin ideoloji əsaslarından biri olmaqla, dini inamın hər hansı tənqidi yanaşmanı istisna edən və dini normalara kor-koranə riayət etmə ilə müşayiət edilən dini inamın ifrat dərəcəsini özündə ehtiva edir. Odur ki, kassasiya məhkəmə kollegiyası məhkumların əməllərində dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə etmənin, o cümlədən terrorçuluq cinayətlərinin olmadığı, Zərərçəkmiş şəxs s osial şəbəkədəki çıxışlarının, Milli Məclisin deputatı kimi fəaliyyətini əks etdirmədiyi və parlamentdəki çıxışları ilə bağlı hər hansı statusları, şərhləri özündə əks etdirməməsi, onun xidməti və ya siyasi fəaliyyətinə heç bir aidiyyətinin olmaması barədə kassasiya şikayətlərinin dəlillərini yuxarıda qeyd olunanlara, cinayət işinin hallarına və iş üzrə toplanılmış bir-birini tamamlayan bir çox sübutlara əsasən əsassız hesab edir. Bundan başqa kassasiya şikayətlərində məhkum edilmiş şəxslərin zərərçəkmiş şəxsi öldürmək niyyətində olmadığı, əks halda bunu asanlıqla edə biləcəkləri qeyd edilsə də, Təqsirləndirilən şəxs2 açdığı atəşlərin dəqiq sayını bilməməsi, 9 dəfə atəş açdığını bildirsə də, əslində 7 dəfə atəş açmış olması, hadisədən sonra Təqsirləndirilən şəxs3 zərərçəkmiş şəxsin ölüb-öl mədiyini bilmədiyini deməsi onların Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmasını təsdiq edir. Məhkum edilmiş şəxsə bəraət verilməsinə dair kassasiya şikayətlərinin dəlillərinə qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, şəxsə bəraət verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası CPM-in 42-ci maddəsi ilə tənzimlənir. Həmin normada (CPM-in 42.1-ci maddəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Sübutların bu normanın tələbləri və kassasiya şikayətinin dəlilləri baxımından təhlili göstərir ki, həmin normada sadalanan - məhkum edilmiş şəxslərə bəraət verilməsinə əsas verən hallar iş üzrə mövcud deyildir. Cinayət-prosessual qanunvericiliyinin, o cümlədən Azərbaycan Respublikası CPM-in 21, 28, 33 və 353.2.2-ci maddələrinin tələblərindən göründüyü kimi, cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarının mülahizələrə əsaslana bilməsinin istisna edilməsi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunması tələbində təs bit olunmuşdur. Eyni zamanda, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi hakimlərdən tələb edir ki, cinayət mühakimə icraatını həyata keçirərkən cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirsinlər. Nəticə olaraq, qanunverici məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutların və onun tərəfindən digər sübutların rədd edilməsi motivlərinin göstərilməsi tələbini müəyyən etmişdir. Kassasiya şikayətlərində yuxarıda sadalanan cinayət və cinayət prosessual qanununun normalarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Məhkəmə kolle giyası hesab edir ki, kassasiya şikayətlərində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri d igərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən məhkumlar Məhkum, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onların törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcələri, şəxsiyyətləri, cəzalarını yüngülləşdirən və ağırlaşdıran halların olması, habelə təyin olunmuş cəzaların onların ailəsinə, həyat şəraitlərinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun cəzalar təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən məhkum edilmiş şəxslərin islah olunmaları məqsədin i və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəzalar təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətlərinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı Məhkum, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 aid hissələrdə əsaslı olduğundan həmin hissələrdə dəyişdirilmədən saxlanılmalı, həmin məhkum edilmiş şəxslərin müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətləri isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumun müdafiəçisi, məhkumun müdafiəçisi və məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,214.2.2, 28,214.2.3, 28,214.2.6, 214-1, 228.2.1, 228.2.2 və 32.3,277-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəllə sinin 228.2.1 və 277-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1 və 32.5,277-ci maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 fevral 2025-ci il tarixli qərarı kassasiya şikayətlərinə əsasən Məhkum, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 aid hissələrdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1570/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1570/2025
08.07.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver