Məhkəmə qərarları › İş №1(102)-1571/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1571/2023

30.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1571/2023 30.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, X16 oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5 və Məhkum müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 may 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsin in 263.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 iyul 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər:X10 (sədrlik edən), X11 və X6 ibarət tərkibdə) 31 may 2022-ci il tarixli hökmü ilə xx xxxxxxxx 1979-cu il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, yeni sahə nömrəsiz fərdi yaşayış evində yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulan cinay ət əməlini törətməkdə təqsirli bilinmiş və ona 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. 4 may 2021-ci il tarixdən 26 may 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı 2 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılaraq ona qəti olaraq 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməsi və o, məhkəmə zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcr idxanasına göndərilməsi, ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin həbs edildiyi 31 may 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X7 (sədrlik edən, məruzəçi hakim), X18 və X1 ibarət tərkibdə) 14 iyul 2022-ci il tarixli qərarı ilə məhkum edilmiş şəxs Məhkum müdafiəçisi X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 may 2022-ci il tarixli, 1(101)-637/2022 saylı hökmü məhkum edi lmiş şəxs Məhkum müdafiəçisi X8 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum 24 may 2021-ci il tarixdə, saat 15:55 radəsində etibarnamə əsasında idarə etdiyi "Mercedes-Benz” markalı, "Vito” modelli ** VR *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Heydər Əliyev prospekti Bakı-Mərdəkan şosse yolunun Xəzər rayonu, Binə qəsəbəsi ərazisindən keçən hissəsində Bakı şəhəri istiqamətində Binə körpüsünü keçəndən sonra "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1 -ci hisəsinin tələblərinə, yəni yerdəyişmə zamanı manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda, göstərilən yol hərəkəti qaydalarını pozar aq arxasında eyni istiqamətdə hərəkətdə olan X2 idarə etdiyi "Etalon Servis” MMCyə məxsus ** JA *** dövlət qeydiyyata nişanlı və yarımqoşqusu olan ** ZX *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşmuş, nəticədə yol-nəqliyyat hadisəsi baş verərək Məhkum avtomobilində sərnişinlər olan Zərərçəkmiş şəxs3 aldığı alt çənənin əzilmiş yarası, sağ və sol dizin sıyrıqları, üst çənə sümüyünün qapalı və alt çənə sümüyünün açıq qəlpəli sınıqları, sağ Vİİ, Vİİİ, İX qabırğaların orta körpücük xətti üzrə qapalı, yerdəyişən sınıqları, kəskin qanitirmə ilə nəticələnmiş qaraciyərin cırılması xəsarətləri dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə ölümünə səbəb olmuş, Zərərçəkmiş şəxs1 aldığı sol çiyinin ön səthinin, sağ əlin arxa səthinin, sağ baldırın aşağı üçdə birinin ön səthinin, sağ ayağın üst səthinin sıyrıqları, sol çiyin nahiyəsinin, sağ körpücüküstü nahiyənin, sol budun orta üçdə birinin ön-iç səthinin, sağ və sol baldırın orta üçdə birinin ön səthinin qançırları, ağır travmatik və hemorragik şok ilə müşayiət olunan sağ Vİ, Vİİ, Vİİİ, İX və sol Vİİİ, İX, X qabırğaların orta körpücük xətti üzrə qapalı, yerdəyişən sınıqları, kəskin qanitirmə ilə müşayiət olunan qaraciyərin və dalağın cırılması xəsarətləri dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə ölümünə səbəb olmuş, Zərərçəkmiş şəxs2 alın nahiyəsinin, sol qaşın əzilmiş yaraları, sol sağrılarının bayır-yuxarı kvadratının, sağ və sol dizin ön səthinin, sağ və sol baldırın orta üçdə birinin ön səthinin qançırları, sağ Vİİ, Vİİİ, İX, X və sol Vİ, Vİİ, Vİİİ, İX, X qabırğaların orta körpücük xətti üzrə qapalı, yerdəyişən sınıqları xəsarətləri dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə ölümünə səbəb olmuş, Zərərçəkmiş şəxs4 sağlamlığa az ağır dərəcəli zərər vurmaya aid olan - baş beyin silkələnməsi halında qapalı beyin travması, alt çənə sümüyünün və sağ almacıq sümüyünün yerdəyişən sınıqları, Zərərçəkmiş şəxs7 sağlamlığa ağır dərəcəli zərər vurmaya aid olan, baş beyinin yüngül dərəcələri silkələnməsi, pnevmasefaliya, ənsə sümüyünün xətti sınığı, Zərərçəkmiş şəxs5 sağamlığa ağır dərəcəli zərər vurmaya aid olan, sağ bazunun, sol dizin, sol baldırın əzilmiş yarası, sol Vİ,Vİİ, Vİİİ, İX və X q abırğaların qapalı, yerdəyişən sınıqları, sol tərəfli hematoraks, sol baldır sümüklərinin qapalı, yerdəyişən sınığı, Zərərçəkmiş şəxs6 sağlamlığa az ağır dərəcəli zərər vurmaya aid olan ikitərəfli hemopnevmatoraksla və ağciyərin kontuziyası ilə müşahidə olunan sol Vİİİ, İX, X qabırğalarının sınığı, Zərərçəkmiş şəxs8 sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən boyunun çəhrayımtıl rəngli dəri sahəsi sıyrığı xəsarətləri almaqla ehtiyatsızlıqdan üç şəxsin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməklə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs10 ümümlilikdə 11.500 manat və zərəçəkmiş hüquqi şəxs "Etalon Servis” MMC-yə isə 17.720,50 manat məbləğində maddi ziyan vurmuşdur. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində göstərilir ki, mübahisələndirilən qərar əsassızdır, i btidai istintaq və məhkəmə istintaqında toplanmış sübutlarla təkzib olunur, Məhkum əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələblərinə əməl etməmiş, təqsirləndirlən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasını araşdırmamışdır. Məhkəmə cinayət təqibi üzrə toplanmış bütün sübutları tam, hərtərəfli və obyektiv yoxlamamışdır, məhkəmənin gəldiyi nəticələr məhkəmə istintaqında tətbiq edilmiş sübutlarla əsaslandırılmamışdır. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3- cü maddəsi ilə nəzərdə tutulan cinayət tərkibini törətməsini etiraf etməmişdir, cinay ət təqibinin məhkəmə baxışı mərhələsində də Məhkum həmin cinayət əməlini törətməsini təsdiq edən hər hansı sübut toplanmamışdır. Hesab edir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət tərkibini törətməkdə təqsirləndirilməsi əsassızdır, onun əməli cinayət qanununun norması ilə düzgün töfsiv edilməmişdir. Müdafiəçisi olduğu Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməyə görə ittiham verilə bilməz. Məhkum tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarını tənzimləyən “Yoi hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmamışdır, ona görə də Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsində nəzərdə tutulan cinayət tərkibi yaranmamışdır, ‘ ‘Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununda təsbit edilmiş normalara zidd olan, bu normaların tələblərini pozan hərəkətlər təqsirli edilməmiş, yaxud qeyd olunan qaydalar lazımınca yerinə yetirilmişdir. Məhkum hərəkəti ilə onun idarə etdiyi avtomobildə olan sərnişinlərin ölmələri və müxtəlif dərəcəli xəsarət almaları arasında səbəbli əlaqə yoxdur və bu əlaqə məhkəmə tərəfindən müəyyən olunmamışdır. Məhkum yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmadığından bu hərəkətlərin ictimai təhlükəli xarakterini dərk etməmiş, bu hərəkətlərin insanın sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olacağı imkanını qabaqcadan görməmişdir. Onun həmin ictimai təhlükəli nəticələrin baş verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcada n görmək imkanı olmamışdır, Birinci instansiya məhkəməsi sübutları hərtərəfli və müqayisəli şərh etməmiş, bir sübutu qəbul edib, digər sübutu rədd edərkən mövqeyini əsaslandırmamışdır. Apellyasiya instansiyası məhkəməsi eyni səhvləri təkrar etmişdir. İş materiallarından görünür ki, xx.xx.2021-ci il tarixindən “B1”, “B”, “C1”, və “C” kateqoriyalı sürücülük hüququ olan Məhkum xx.xx.2021-ci il tarixində saat 15:55 radələrində idarə etdiyi avtomobilin qabaq salonunda 2, arxa salonunda 6 nəfər olmaqla Mərdəkan qəsəbəsindən H.Əliyev prospekti ilə “Koroğlu” metrostansiyasının yanındakı avtodayanacağa gedərkən yolun sürətin maksimal 100 km/saat olan zolağı ilə hərəkət etmiş, prospektin Binə qəsəbəsinə olan döngəsinin yaxınlığında olarkən gözlənilmədən avtomobilin mühərrikində nasazlıq yaranmış, pribor şitində nasazlıq işıq siqnalları yanmış və avtomobilin sürəti özü-özünə aşağı düşməyə başlamışdır. O, qəza təhlükəsizliyi işıq siqnallarını yandıraraq əvvəlcə yolun maksimal sürət həddi 90 km/saat olan zolağına, sonra isə 70 km/ saat olan zolağına keçmiş və avtomobili orada saxlamaq istəmişdir. Avtomobili saxlayan zaman yol hərəkəti qaydalarının tələblərinə riayət etmiş, sağ zolağa çıxmazdan əvvəl arxaya baxmış, arxadan hərəkətdə olan “Man” markalı avtomaşının uzaqdan (təxminən 70-100 metr) gəldiyini görmüşdür. Sağa doğru sürəti azaltmaqla hərəkətdə olarkən həmin zolaqda arxadan eyni istiqamətdə hərəkətdə olan X2 idarə etdiyi ** ZX *** dövlət qeydiyyat nişanlı və yarımqoşqusu olan ** ZX *** dövlət qeydiyyat nişanlı “Man” markalı yük avtomobili onun idarə etdiyi avtomobilin arxa hiss əsinə dəymiş, idarə etdiyi avtomobili 15-20 metr sürüdükdən sonra dayanmışdır. İşin obyektiv qiymətləndirilməsi üçün mühüm əhəmiyyəti olan həmin hal məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2021-ci il tarixli 8/1601 saylı rəyində də öz təsdiqini tapmışdır. Həmin rəydə qeyd edilir ki, Məhkum idarə etdiyi “Mersedes Benz" markalı “Vito” modelli ** VR *** döviət qeydiyyat nişanlı avtomobillə arxadan eyni istiqamətdə hərəkətdə olan X2 idarə etdiyi ** ZX *** dövlət qeydiyyat nişanlı və yarımqoşqusu olan ** ZX *** dövlət qeydiyyat nişanlı “Man" markalı yük avtomobili arasında kifayət qədər böyük məsafə olmuşdur, sonuncunun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı ol muşdur. ** ZX *** dövlət qeydiyyat nişanlı və yarımqoşqusu olan ** ZX *** dövlət qeydiyyat nişanlı “Man” markalı yük avtomobilinin sürücüsü X9 Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 aprel 2022-ci il tarixli 1(101)-209/2022 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) İl müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1468/2022 saylı 10 avqust 2022-ci il tarixli qərarı ilə Bakı Agır Cinayətlər Məhkəməsinin 15 aprel 2022-ci il tarixli hökmü X3 münasibətdə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətləri təmin edilməmişdir. Məhkəm ə kollegiyası qanuni qüvvəyə minmiş həmin məhkəmə qərarını nəzərə almamışdır. Hesab edir ki, müdafiəçisi olduğu Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməmişdir, o, əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunmuşdur. Onun əməlində ittiham edilən cinayət tərkibi yoxdur, Məhkum barəsindəki cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2 və 42.1.2, 42.1.3 və 42.1.4-cü maddələrinə əsasən bəraət hökmü çıxarılmalıdır. Həmin hökmün əsasını təşkil edən sübutlar məhkəmə istintaqında toplanmış sübutlarla təkzib olunur. Hesab edir ki, birinci instansiya məhkəməsi cinayət prosessual qanunvericiliyin tələblərini pozmaqla əldə edilmiş sübutlara istinad edərək ittiham hökmü çıxarmaqda haqlı olmamışdır, ittiham hökmünün əsasın ı təkzib edilən sübutlar təşkil edir. Məhkəmə baxışının gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən müdafiəçisi olduğu Məhkum cinayətdə təqsiri müəyyən edilmədiyi üçün onun barəsində ittiham hökmü çıxarıla bilməzdi, onun barəsində bəraət hökmü çıxarılması üçün qanuni əsaslar vardır. Apellyasiya instansiyası məhkəməsi tərəflərindən verilmiş apellyasiya şikayətini təmin etməməklə və birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlamaqla haqlı olmamışdır. Kassasiya şikayətində Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsi və bəraət hökmünün çıxarılması xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətini n təmin olunması barədə müdafiəçinin və kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasi ya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzif ə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamət lərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmi ş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsi rsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinməsi barədə yekun nəticənin əsaslı olması barədə qənaətə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir. Kassasiya şikayətinin əsas dəlili məhkum edilmiş şəxsə əməlində cinayət tərkibi olmadığından bəraət verilməsindən ibarətdir. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi hesab etmişdir ki, məhk um edilmiş şəxs Məhkum əməlində Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin əlamətlərinin mövcud olması işin faktiki halları, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübütlar, o cümlədən onun ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdiyi ifadələri, zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxslərin hüquqi varislərinin, ekspertiza rəyləri, hadisə yerinə baxış protokolu və iş üzrə toplanmış digər təkzibolunmaz sübutlarla təsdiq olunur. Apellyasiya məhkəməsinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı Qərar ının 1 -ci bəndində qeyd edilir ki, «yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri ü zrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Həmin Qərarın 12-ci bəndinə əsasən Məhkəmələrə izah edilsin ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının k eçirilməsi mühüm əhəmiyyət kəsb edir. Məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Cinayət Məcəlləsinin 263.3-cü maddəsində avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hər əkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olan əmələ görə cinayət məsuliyyəti nəzərdə tutur. Təhlil olunan cinayətin subyektiv cəhəti baş vermiş nəticələrə təqsirin ehtiyatsızlıq forması ilə xarakterizə olunur. Yol hərəkəti və ya nəqliyyatın istismarı qaydalarını pozan şəxs bu əməlinin ictimai təhlükəli xarakterini dərk edir, onların insanın sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya onun ölümünə səbəb olacağı imkanını qabaqcadan görür, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edir (cinayətkarcasına özünəgüvənmə), yaxud nəqliyyat vasitəsini idarə edən şəxs yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozarkən qanunda nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrin baş verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görmür (cinayətkarcasına etinasızlıq). Cinayət işinini materiallarında olan və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X15Təcrübi və X21 Hüquqi Şəxsinin 1118 saylı 3 iyun 2021-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 bədənində aşkar edilmiş xəsarətlər - baş beyin silkələnməsi halında qapalı beyin travması, alt çənə sümüyünün və sağ almacıq sümüyünün yerdəyişən sınıqları küt əşya təsirindən törənmişlər, törənmə müddəti 24 may 2021-ci il tarixli yolnəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarından bunlar sağlamlı ğa az ağır zərər vurmaya aiddir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X15Təcrübi və X21 Hüquqi Şəxsinin 1120 saylı 3 iyun 2021-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs7 bədənində aşkar edilmiş xəsarətlər - baş beyinin yüngül dərəcələri silkələnməsi, pnevmasefaliya, ənsə sümüyünün xətti sınığı küt əşya təsirindən törənmişlər, törənmə müddəti 24 may 2021-ci il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gələ bilər və həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərər vurmaya aiddir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X15Təcrübi və X21 Hüquqi Şəxsinin 1109 saylı 2 iyun 2021-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs5 bədənində aşkar edilmiş xəsarətlər - sağ bazunun, sol dizin, sol baldırın əzilmiş yaras ı, sol Vİ,Vİİ, Vİİİ, İX və X qabırğaların qapalı, yerdəyişən sınıqları, sol tərəfli hematoraks, sol baldır sümüklərinin qapalı, yerdəyişən sınığı küt əşya təsirindən törənmişlər, törənmə müddəti 24 may 2021-ci il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərər vurmaya aiddirlər; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X15Təcrübi və X21 Hüquqi Şəxsinin 1119 saylı 3 iyun 2021-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs6 bədənində aşkar edilmiş xəsarətlər - ikitərəfli hemopnevmatorksla və ağciyərin kontuziyası ilə müşahidə olunan sol Vİİİ, İX, X qabırğalarının sınığı küt əşya təsirindən törənmişlər, törənmə müddəti 24 may 2021-ci il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gələ bilər və həyat üçü n təhlükəli olan sağlamlığa az ağır dərəcəli zərər vurmaya aiddirlər; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X15Təcrübi və X21 Hüquqi Şəxsinin 1112 saylı 2 iyun 2021-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs8 bədənində aşkar edilmiş xəsarətlər-boynun çəhrayımtıl rəngli dəri sahəsi sıyrığı küt əşya təsirindən törənmiş, törənmə müddəti 24 may 2021-ci il tarixli yolnəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğuna görə dərəcəsi təyin edilməmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X15Təcrübi və X21 Hüquqi Şəxsinin 70 saylı 7 iyun 2021-ci il tarixli rəyindən gönünür ki, Zərərçəkmiş şəxs3 meyitində aşkar edilmiş xəsarətlər - alt çənənin əzilmiş yarası, sağ və sol dizin sıyrıqla rı, üst çənə sümüyünün qapalı və alt çənə sümüyünün açıq qəlpəli sınıqları, sağ Vİİ, Vİİİ, İX qabırğaların orta körpücük xətti üzrə qapalı, yerdəyişən sınıqları, kəskin qanitirmə ilə nəticələnmiş qaraciyərin cırılması küt əşyanın təsirindən törənmiş, törənmə müddətləri qərarda göstərilən vaxtda, yəni 24 may 2021-ci il tarixdə hərəkətdə olan avtomaşınların salonunun qabarıq hissələrinə dəyməsi nəticəsində əmələ gələ bilərdi, həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqədədir. Zərərçəkmiş şəxs3 ölümünə səbəb hadisə zamanı almış olduğu travma kompleksi nəticəsində baş vermiş ağır travmatik və hemoragik şok olmuşdur; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X15Təcrübi və X21 Hüqu qi Şəxsinin 71 saylı 7 iyun 2021-ci il tarixli rəyindən gönünür ki, Zərərçəkmiş şəxs1 meyitində aşkar edilmiş xəsarətlər - sol çiynin ön səthinin, sağ əlin arxa səthinin, sağ baldırın aşağı üçdə birinin ön səthinin, sağ ayağın üst səthinin sıyrıqlan, sol çiyin nahiyəsinin, sağ körpücüküstü nahiyənin, sol budun orta üçdə birinin ön-iç səthinin, sağ və sol baldırın orat üçdə birinin ön səthinin qançırları, ağır travmatik və hemorragik şok ilə müşayiət olunan sağ Vİ, Vİİ, Vİİİ, İX və sol Vİİİ, İX, X qabırğaların orta körpücük xətti üzrə qapalı, yerlədəyişən sınıqları, kəskin qanitirmə ilə müşayiət olunan qara ciyərin və dalağın cırılması küt əşyanın təsirindən törənmişlər, törənmə müddətləri qərarda göstərilən vaxtda, yəni 24 may 2021-ci il tarixdə hərəkətdə olan avtomaşınların salonunun qaba rıq hissələrinə dəyməsi nəticəsində əmələ gələ bilərdi, həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqədədir. Zərərçəkmiş şəxs1 ölümünə səbəb hadisə zamanı almış olduğu travma kompleksi nəticəsində baş vermiş ağır travmatik və hemoragik şok olmuşdur; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X15Təcrübi və X21 Hüquqi Şəxsinin 72 saylı 7 iyun 2021-ci il tarixli rəyindən gönünür ki, Zərərçəkmiş şəxs2 meyitində aşkar edilmiş xəsarətlər - alın nahiyəsinin, sol qaşın əzilmiş yaraları, sol sağrılarının bayır-yuxarı kvadratının, sağ və sol dizin ön səthinin, sağ və sol baldırın orta üçdə birinin ön səthinin qançırları, sağ Vİİ, Vİİİ, İX, X və sol Vİ, Vİİ, Vİİİ, İX, X qabırğaların orta körpücük xətti üzrə qapalı, yerdəyişən sınıqları küt əşya təsirindən törənmiş, törənmə müddətləri qərarda göstərilən vaxtda, yəni 24 may 2021-ci il tarixdə hərəkətdə olan avtomaşınların salonunun qabarıq hissələrinə dəyməsi nəticəsində əmələ gələ bilərdi, həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətlərinə malikdir və baş vermiş ölümlə birbaşa səbəbli əlaqədədirlər. Y.M.Vəlizadənin ölümünə səbəb hadisə zamanı almış olduğu qara ciyərin və dalağın cırılmaları nəticəsində baş vermiş kəskin daxili qanitirmə olmuşdur; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 avqust 2021 -ci iti tarixli 8/1601 saylı rəyindən görünür ki, yol-nəqliyyat hadisəsi zamanı "Mercedes-Benz Vito” markalı avtomobilin sürücüsü Məhkum hərəkətləri "Yol hərəkəti h aqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuz olmuş, onun həmin maddənin tələblərinə (yerdəyişmə zamanı təhlükəsiz manevr etmək və hərəkətin digər işirakçıları üçün maneə yaratmamaq) uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin cinayət işinin birinci instansiya məhkəməsində araşdırlan sübutlarla əsaslanaraq Məhkum Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinməsi barədə gəldiyi nəticə ilə razılaşır və məhkum edilmiş şəxsin hərəkətlərində "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmaması barədə kassasiya şikayətinin dəlilini ə sassız hesab edir. Belə ki, "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, hazırki cinayət işi üzrə Məhkum təqsirli olub-olmamasını müəyyən edilməsi üçün ilk növbədə baş vermiş yol nəqliyyat hadisəsinin düzgün mexanizmi müəyyən edilməli, həmin mexanizmə əsasən əldə edilmiş məlumatlara əsasən sürücünün hadisənin qarşısını almaq üçün texniki imkana malik olub olmadığı araşdırı lmalıdır. Apellyasiya məhkəməsi haqlı olaraq iş üzrə sübutları araşdıraraq Məhkum hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olması və həmin maddənin tələblərinə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanının olması barədə məhkəmə yolnəqliyyat hadisəsi ekspertizasının rəyini mötəbər sübut kimi qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi Məhkum manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmaması barədə qanunvericiliyin tələblərinə əməl etməyib hadisənin qarşısını almağa texniki imkanı olsa da, ala bilməyib ehtiyatsızlıqdan üç şəxsin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirinin olması barədə nəticəyə gələrkən ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üçün birinci instansiya məhkəməsində məhkəmə istintaqında tədqiq olunan ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq bir-birilə müqayisəli şəkildə yoxlayıb qiymətləndirmiş, hadisənin baş verdiyi şəraitdə sürücü Məhkum hadisənin qarşısını almağa texniki imkanının olması barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməlində ittiham olunduğu CM-nin 263.3-cü maddəsində nəzərdə tutulan cinayət tərkibinin olması barədə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə qanuni və əsaslıdır. Kassasiya məhkəmə kollegiyası məhkəmələrin Məhkum törətdiyi əməlin hüquqi tövsifində səhvə yol vermədikləri qənaətinə gələrək hesab edir ki, Məhkum Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli olması apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir- biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmiş, sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkumun CM-in 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllə rini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlmiş, onun əməlini düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayətprosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışı nın nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qan uni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətl əri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qan ununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum edilmiş şəxs Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsində (bəraətin əsasları) nəzərdə tutulan əsaslar, habelə həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini istisna edən hallar müəyyən edilməmişdir. Kassasiya şikayətinin məhkum edilmiş şəxsə bəraət verilməsi barədə dəlilləri heç bir hüquqi əsasa söykənməyən əsassız dəlillərdir. Beləl iklə, məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilməmişdir. Məhkumun ona qarşı CM-in 263.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməsi üçün cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş qanuni əsaslar mövcud deyil, kassasiya şikayətinin bu barədə dəlilləri hər hansı hüquqi əsasa toxunmayan dəlillər olmaqla, cinayət işi üzrə qanuni surətdə toplanaraq yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutların məcmusu ilə tam təkzib olunur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CP M-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, cinayət işi üzrə qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 iyul 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar