Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1571/2024 16.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, Rzayeva Zeynəb Azad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, zərərçəkmiş şəxsin hüquqi varisi X və məhkum X müdafiəçisi Quliyeva Nurlanə Nazim qızının iştirakları ilə, xx xxx 1988-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, bərbər işləyən, əvvəllər m əhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla X faktiki yaşamış, hal hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 aprel 2023-cü il tarixli, 1(105)-102/2023 nömrəli qərarından məhkumun müdafiəçisi Quliyeva Nurlanə Nazim qızı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 1(124)-66/2022 nömrəli hökmü ilə (hakimlər: R.Əliyev (sədrlik edən), H.Əliyev və F.Hümbətovdan ibarət tərkibdə) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 11 (on bir) il müddə tə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 06 iyun 2021-ci il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkumun müdafiəçisi Qasımlı Anar Elman oğlu və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi X6 tərəfindən apellyasiya şikayətləri və dövlət ittihamçısı Rüstəmov Orxan Namiq oğlu tərəfindən apellyasiya protesti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 aprel 2023-cü il tarixli qərarı ilə (hakimlər: R.O.Əsgərova (sədrlik edən), A.İ.İsmayılov və Şahid2 ibarət tərkibdə) apellyasiya şikayətləri və apellyasiya protesti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittih amçısı Əsədov Teymur Hətəm oğlu tərəfindən kassasiya protesti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 27 sentyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: T.L.Kazımov (sədrlik edən), Ə.C.Seyidov və N.R.Mövsümovdan ibarət tərkibdə) apellyasiya protesti təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 aprel 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi Quliyeva Nurlanə Nazim qızı tərəfindən kassasiya şikayəti vermişdir. İşin halları: Cinayət təqibi orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə irəli sürülmüş ittihama əsasən, o, qisas almaq niyyət ilə başqa şəxsi qəsdən öldürmüşdür. Belə ki, o, xx.xx.2021-ci il tarixdə saat 18 radələrində əlində 20 manat pul Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən 21 saylı tam orta məktəbin qarşısında təzə tanış olduğu X adlı qızla söhbət edərkən əvvəllər tanımadığı Zərərçəkmiş şəxs, Şahid5 və Şahid1 yaxınlaşaraq ona qızla yaşadıqları məhəllə ətrafında söhbət etməsinə rişxəndlə iradlarını bildirib söhbəti mübahisəyə çevirərək ünvanına nalayiq söyüşlər edib Şahid5 onun əlində olan 20 manat pulu, Şahid1 isə gözündəki eynəyi yenicə tanış olduğu qızın gözü qarşısında götürüb qaçdıqları üçün təhqir olunduğunu hesab edib pulunu və eynəyini geri qaytarmaq məqsədilə sonuncuların arxasınca getmiş, onları axtarıb az sonra X11 İmanlı ilə Sumqayıt şəhəri 12-ci mikrorayonunun 1 saylı binası ilə 2 saylı binasının arasında yerləşən keçidə doğru getdiyini görüb onlara yaxınlaşdıqda Zərərçəkmiş şəxs onun ünvanına nalayiq söyüşlər işlədib sağ saidin qançırı və sağ baldırın sıyrığı kimi sağlamlığına zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarət yetirdiyindən sonuncudan qisas alıb öldürmək qərarına gələrək yumruq təpiklə onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib çənə nahiyəsinin əzilmiş cırılmış yarası, başın küt travması, Subdural hematoma, baş beyinə qansızma və sağ ənsə nahiyəsinin yumşaq toxumaları altına qansızma kimi dərəcəsinə görə həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirib Zərərçəkmiş şəxs şəxsi münasibətlər zəminində həyatdan məhrum etməklə qəsdən öldürmüşdür. Birinci instansiya məhkəməsi isə və apellyasiya instansiyası məhkəməsi onunla razılaşmışdır ki, Məhkum əməlinin hüquqi tövsifi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-cü maddəsindən 126.3-cü maddəsinə dəyişdirilsin. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi Quliyeva Nurlanə Nazim qızı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutlar düzgün tədqiq edib-qiymətləndirilməmiş, nəticədə Məhkum özünü müdafiə etdiyi halda, əsassız olaraq qəsdən sağlamlığa ağır zərər vurmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması - Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirli bilinmişdir. Müdafiəçi Məhkum əməllərin Cinayət Məcəlləsinin 126.3-cü maddələri ilə tövsifinin düzgün olmadığını göstərən hal kimi, məhkum xüsusilə ona istinad edir ki, onun zərərçəkmiş şəxsə qarşı törətdiyi cinayət hadisəsinin baş verməsinə səbəb sonuncunun qanunsuz hərəkətləri olmuşdur. Həmçinin müdafiəçi Quliyeva Nurlanə Nazim qızı kassasiya ş ikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən, eləcə də apellyasiya məhkəməsində verdiyi apellyasiya şikayəti üzrə cinayət işinə baxılarkən onun məsuliyyətini yüngülləşdirən hallar, onun ruhi xəstə olması, hepatit B xəstəlikdən əziyyət çəkməsi, himayəsində iki azyaşlı uşağın olması nəzərə alınmamış, nəticədə o, həddindən artıq ağır cəzaya məruz qalmışdır. Müdafiəçi N.N.Quliyeva hesab edir ki, məhkəmələr tərəfindən ədalət prinsipini, cəzanın məqsədlərini və cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri pozulmuşdur. Müdafiəçi N.N.Quliyeva kassasiya şikayətində göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 aprel 2023-cü il tarixli qərarının və əməlinin hüquqi tövsifinin Cinayət Məcəlləsinin 126.3-cü maddəsindən 124.1-ci maddəsinə dəyişdirilməsi barədə qərar qəbul edilməsinin xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yox layır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçi N.N.Quliyeva kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib-qiymətləndirilmədiyini, nəticədə Məhkum əməlinin düzgün olmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddələri ilə tövsif olunduğunu, əməlinə uyğun olmayan cəzaya məruz qaldığını iddia edərək, apellyasiya məhkəməsinin qər arının ləğv edilməsini, onun əməlinin Cinayət Məcəlləsinin 124.1-ci maddəsinə tövsif edilməsi üçün işin yeni apellyasiya baxışına təyin edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişlər. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 aprel 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkum birinci və apellyasiya instansiyası məhkəməsi tərəfindən təqsirli bilindiyi (müdafiəçisinin mübahisələndirdiyi) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsinin dispozisiyasına görə (əsas tərkibi təsbit edən CM-in 126.1-ci maddəsi ilə birlikdə götürülməklə), həmin norma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqla qəsdən sağlamlığa ağır zərər vurma əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutmuşdur. Göründüyü kimi bu cinayət özündə təqsirin hər iki formasını əks etdirməklə, sağlamlığa zərər vurmaya münasibətdə - qəsdən, nəticəyə (zərərçəkmişin ölümünə) münasibətdə ehtiyatsızlıqdan törədilir. Müdafiəçinin Məhkum əməlinin şamil olunmasını təklif etdiyi, Cinayət Məcəlləsinin 124-cü maddəsində təsbit edilmiş ehtiyatsızlıqdan adam öldürmə cinayə tində isə zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş sağlamlığa ağır zərər vurmanın qəsdən yetirilməsi istisna edilir. Hazırki iş üzrə müəyyən olunmuş faktiki hallardan isə, xüsusilə də hadisə anında Məhkum zərərçəkmiş şəxsin (digərlərinin) qanunsuz hərəkətlərindən sonra yumruq və təpiklə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə zərbələr endirmiş, məhz bunun təsirindən Zərərçəkmiş şəxs başında yaranın və həmin nahiyədə baş beyninə qansızma kimi sağlamlığa ağır zərər vuran xəsarətin əmələ gəlməsindən görünür ki, Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs sağlamlığına ağır zərəri qəsdən (yanakı qəsdlə, yəni ağır zərərin vurulmasını birbaşa arzu etməsə də, hərəkətinin belə nəticəyə də səbəb ola biləcəyini qabaqcadan görməklə və buna şüurlu surətdə yol verməklə) yetirmişdir. Qeyd olunan hallar mü dafiəçinin məhkumun əməlində Cinayət Məcəlləsinin 124-cü maddəsində göstərilən ehtiyatsızlıqdan adam öldürmə cinayətinin tərkibinin olması haqqında iddiasının əsassız olduğunu göstərməklə yanaşı, işin digər xüsustları ilə birlikdə götürülməklə təqsirkarın əməlində Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş qəsdən adam öldürmə cinayətinin tərkibinin olmaması, yəni zərərçəkmiş şəxsin ölümündə ifadə olunmuş nəticəyə münasibətdə Məhkum qəsdən hərəkət etməsi haqqında məhkəmələrin qənaətlərinin əsaslı olmasını təsdiq edir. Apellyasiya instansiyası məhkəməsinin Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs sağlamlığa ağır zərər vuran xəsarəti məhz qəsdən yetirməsinin, bu xəsarətin onun ehtiyatsızlığından zərərçəkmiş şəxsin ölümünə səbəb olmasının müəyyən edilmiş sayılmasına dair qənaəti kass asiya şikayətində göstərilənlərin əksinə olaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipinin (33-cü maddəsinin) müddəalarına, cinayət-mühakimə icraatının digər prinsiplərinə, sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinə müvafiq olaraq tədqiq edilmiş sübutlara, o cümlədən təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinə, müvafiq istintaq hərəkətlərinin protokollarına, məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 63 saylı, məhkəmə-bioloji ekspertizasının 16 iyul 2021-ci il tarixli 460/2021-MTBŞ saylı, məhkəmə-tibbi kriminalistik ekspertizasının 23 iyul 2021-ci il tarixli, 307/2021-MTKŞ saylı rəylərinə, 10 iyun 2021-ci il tarixli videomüşahidə qurğularında qeydə alınmış görüntü lərə və digər sübutlara əsaslanır (məhkəmələrin yekun aktlarında həmin sübutlar ətraflı təsvir edilib, onların həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, məhkəmə kollegiyası həmin sübutların hazırki qərarda yenidən təsvir və şərh edilməsinə zərurət görmür). Məhkəmə kollegiyası işin faktiki hallarının müəyyən edilməsi, həmin hallara cinayət qanunu normasının tətbiqi (mübahisələndirilən əməlin hüquqi tövsifi), Məhkum Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməsi üzrə aşağı instansiya məhkəmələrinin çıxardığı nəticələri şübhə altına almaq üçün heç bir əsas görmür. Odur ki, məhkəmə heyəti baxılan işdə Məhkum əməlinin hüquqi tövsfi ilə bağlı əsaslarının, yəni kassasiya şikayəti ilə ehtiva olunan CPM-in 416.1.15-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında dəyişdirilməsi əsası kimi təsbit edilən halların olmaması haqqında nəticəyə gəlir. Müdafiəçi N.N.Quliyevanın hüquqlarını müdafiə etdiyi şəxs Məhkum təyin olunmuş cəzanın onun şəxsiyyətinə, ailə vəziyyətinə, o cümlədən cəzanı yüngülləşdirən hallara uyğun olmaması barədə kassasiya şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası bu dəlillərin əsaslı olduğunu nəzərə alaraq, həmin hissədə kassasiya şikayəti ilə razılaşır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləş dirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini t əmin edən hüquqi vasitə kimi baxılmalıdır. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarda elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədləri ni təmin edə bilsin. Qeyd olunan cinayət – hüquqi normaların fonunda kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, aşağıdakılar müəyyən olunur. Belə ki, Məhkum Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirli bilindiyi cinayət əməli – qəsdən sağlamlığa ağır zərər vurmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması Cinayət Məcəlləsinin 15.4-cü maddəsində ağır cinayət kimi təsbit edilmişdir. Həmin maddənin sanksiyasında aşağı həddi 9 il olmaqla yuxarı həddi isə 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, baxılan işdə Məhkum himayəsində azyaşlı uşaqlarının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə müvafiq olaraq onun cəzasını yüngülləş dirən hal kimi qiymətləndirilmiş, eyni zamanda onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Lakin, Məhkum Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinə bərabər olan 11 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi onu göstərir ki, əslində məhkəmə tərəfindən Məhkum himayəsində azyaşlı uşağının olması formal olaraq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilmiş, cəzanın müəyyən edilməsinə real təsiri olan xüsusat kimi nəzərə alınmamışdır. Məhkum evli olmasını işin qeyd olunan halı ilə birlikdə götürməklə nəzərdən keçirdikdə görünür ki, məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin ziddinə olaraq təyin edilən cəzanın təqsirkarın ailəsinin həyat şəraitinə nə dərəcədə təsir etməsinə də kifayət qədər əhəmiyyət v erməmişdir. Məhkəmə Məhkum törətdiyi cinayətin məhz mərhum zərərçəkmiş şəxsin və digərlərinin qanunsuz hərəkətləri nəticəsindən baş verməsini, eyni zamanda onun evli olması ilə yanaşı həm də onun əvvəllər məhkum olunmamasını da şəxsiyyətini səciyyələndirən hallar sırasında müəyyən etmiş, bununla belə Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin mənasına və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 2, 3-cü bəndlərində verilmiş izahlara görə nə üçün Məhkum yol verdiyi əməlinə münasibətdə CM-nin 126.3-cü maddəsinin ən yuxarı həddinə yaxın cəza təyin etməyi məqsədəuyğun bildiyini (məhz Məhkum şəxsiyyətinə və törətdiyi cinayətə aid olan konkret dəlillər gətirməklə) əsaslandırmalı olduğu halda, bunu etməmişdir. Apellyasiya instansiyası məhkəməsi də təqsirkarın şəxsiyyətini səciyyələndirən, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar mövzusunda birinci instansiya məhkəməsi ilə razılaşmış, bununla belə hökmdə hər hansı bir dəyişiklik etməməmişdir. Bu üzdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, sözügedən cəzanı yüngülləşdirən və təqsirkarın şəxsiyyətini səciyyələndirən hallar, cəzanı ağırlaşdıran halların olmaması Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilən digər məsələlər üzrə müəyyən edilmiş hallarla və cəzanın məqsədləri ilə birlikdə götürülməklə nəzərə alınmalı və Məhkum hökmlə Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 11 (on bir) ildən 10 (on) il 06 (altı) ayə endirilməlidir. Məhkəmə koll egiyası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərindən, o cümlədən cəzanın cinayət törətmiş şəxsə münasibətdə islahedici, digərlərinə münasibətdə xəbərdaredici rolunun təmin edilməsi zərurətindən çıxış edərək məhz bu şəkildə Məhkum cəzasının azaldılmasını mümkün gördüyündən, təsvir olunanları kassasiya şikayətinin qismən təmin edilməsini, mübahisələndirilən qərarın kassasiya qaydasında dəyişdirilməsini tələb edən Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.21-ci maddəsində təsbit olunmuş halın mövcud olması kimi qiymətləndirir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumunun müdafiəçisinin, habelə kassasiya şikayətinin təmin edilməməsinə dair zərərçəkmiş şəxsin hüquqi varisi və dövlət ittihamçısının ç ıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkumun müdafiəçisi Quliyeva Nurlanə Nazim qızının kassasiya şikayəti qismən təmin edilməli, Məhkum barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 aprel 2023-cü il tarixli, 1(105)-102/2023 nömrəli qərarı yuxarıda göstərilən qaydada dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Müdafiəçi Quliyeva Nurlanə Nazim qızının kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 aprel 2023-cü il tarixli, 1(105)-102/2023 nömrə li qərarı dəyişdirilsin. Məhkum Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 11 (bir) ildən 10 (on) il 06 (altı) aya endirilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1571/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1571/2024
16.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver