Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1572/2022 13.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli hökmü ilə Məhkum2 Azərba ycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 aprel 2022-ci il tarixli qərarından Məhkum2 müdafiəçisi Sadıqov Nurəddin Arif oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli hökmü ilə (hakimlər Nəbiyev Cəlil Cabbar oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Müşfiq Vaqif oğlu və Abdullayev İlkin Qismət oğlundan ibarət tərkibdə) Məhkum2, 07 avqust 1980-ci ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı və iki yetkinlik yaşına çatmamış uşaqları olan, orta təhsi lli, fərdi əməklə məşğul olmuş, əvvəllər Cəlilabad Rayon Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli hökmü ilə CM-nin CMin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-nin 70-ci maddəsinə əsasən həmin cəza 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, CM-in 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cəlilabad Rayon Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli hökmü ilə müəyyən edilmiş şərti məhkum etmə CM-nin 71.5-ci maddəsinə əsasən ləğv edilmiş, CM-nin 67-ci maddəsinə əsasən Cəlilabad Rayon Məhkəməsinin 26 noyabr 2019-cu il tarixl i hökmü ilə CM-nin 221.3-cü maddəsi ilə Məhkum2 təyin olunmuş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası yeni hökm üzrə təyin edilmiş 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və CM-nin 93.1.2-ci maddəsinə əsasən ona cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilməsi və ərazi narkoloji kabinetində qeydiyyata alınması qərara alınmışdır. Həmin hökmlə həmçinin Məhkum1 CM-nin 234.4.2 və 234.4.3-cü madddələri ilə, Məhkum4 CM-nin 234.4.3-cü maddəsi, Məhkum3 CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,179.2.3-cü maddələri ilə, Məhkum5 isə 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29,179.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək müxtəlif cəzalara məhkum edilmişlər. İşin halları: Məhkəmənin hökmü ilə Məhkum2 Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, qanunsuz yolla qazanc əldə etmək məqsədilə müəyyən edilməyən vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən ümumi təmiz çəkisi 2,271 qram olan 1 bükümdə heroini əldə edib, 2020-ci ilin yanvar ayının əvvəllərində yaşadığı evinin həyətində Cəlilabad şəhər sakini Məhkum1 150 manata satmış, 23 yanvar 2020-ci ildə Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu saxlanılaraq RPŞ-yə gətiri lmiş və onun üzərində axtarış aparılan zaman həmin narkotik vasitə əynindəki qara rəngli cins şalvarın sol yan cibindən aşkar olunaraq qablaşdırılaraq götürülmüşdür. Bundan başqa, Məhkum2 təkrarən, müəyyən edilməyən vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 1 (bir) ədəd gümüşü rəngli bükümdə ümumi təmiz çəkisi 2,400 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib daşımaqla üzərində saxlamış, Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 13 fevral 2020-ci ildə saat 22 radələrində Cəlilabad şəhərində keçirilən əməliyyat tədbiri nəticəsində saxlanılaraq RPŞ-yə gətirilmiş və onun üzərində axtarış aparılan zaman həmin metamfetamin əynindəki qara rəngli cins şalvarın sol yan cibindən aşkar olunaraq götürülmüşdür. Hökmdən məhkuml ar Məhkum5 müdafiəçisi Məmmədli Orxan Məmmədqulu oğlu, Məhkum3 müdafiəçisi Muradov Ədalət Qəzənfər oğlu, Məhkum2 müdafiəçisi Sadıqov Nurəddin Arif oğlu və Məhkum1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər Cəfərov Rafiq Musa oğlu (sədrlik edən və məruzəçi), Əliyev Elşad İbiş oğlu və Bağırov Məhəmməd Ənvər oğlundan ibarət tərkibdə) apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 aprel 2022-ci il tarixli qərarından Məhkum2 müdafiəçisi N.A.Sadıqov kassasiya şikayəti verərək həmin qərarın Məhkum2 əməlində ona istinad edilən ittiham üzrə cinayət tətkibinin əlamətləri mövcud olmadı ğından cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: İşin faktiki hallarını mübahisələndirərək həmin hallar üzrə bir sıra sübutlara, CM-nin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bəzi maddələrinə və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarına istinad edən müdafiəçi N.A.Sadıqov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsində cinayət işi üzrə araşdırma aparılan zaman işin faktiki halları tam araşdırılmamış, hüquqlarını müdafiə etdiyi şəxsin əməlində cinayət əməlinin bütün tə rkib əlamətlərinin olması müəyyən edilməmiş, apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin gəldiy nəticədən çıxış edərək bu hallara düzgün qiymət verməmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxsin təqsirsizliyini təsdiq edən kifayət qədər sübutlar müəyyən edilmiş, Məhkum2 isə istər həmin dövrdə, istərsə də məhkəmə iclaslarında özünü ona qarşı irəli sürülmüş ittiham üzrə özünü heç vaxt təqsirli bilməmiş, həmin ittihşamın ittihamın tam əsassız olduğunu göstərmişdir. Həmin ittiahm üzrə ibtidai araşdırma zamanı dindirilmiş, məhkəmə iclasında isə ifadələri elan olunmuş X3 göstərmişdir ki, Məhkum2 uzun müddətdir ki, tanıyır, müxtəlif vaxtlarda onlar birlikdə narkotik vasitələr qəbul etsələr də, sonuncu heç vaxt ona narkotik vasitə satmamışdır. Müdafiəçinin qənaə tinə görə, göstərilənlər nəzərə alınaraq Məhkum2 əməlində cinayət tərkibi olmadığı üçün ona CPM-nin 39.1.2-nin maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməlidir. Apellyasiya instansiyası məhkəməsinin qanunsuz və əsassız hesab edən müdafiəçi cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyasına və kassasiya şikayətində irəli sürdüyü dəlillərə əsaslanaraq onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 13 dekabr 2022-ci il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin müdafiəçi N.A.Sadıqov naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş, Məhkum2 isə məhkəmə iclasında iştirak etmə k arzusunu bildirməyərək bu haqda Ali Məhkəməyə ərizə ilə müraciət etməmişdir. Məhkəmə kolegiyası bununla əlaqədar dövlət ittihamçısı H.B.İmranovun rəyini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum2 və onun müdafiəçisi N.A.Sadıqovun iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hü quqi məsələlər: Məhkum2 müdafiəçisi N.A.Sadıqov tərəfindən verilmiş kassasiya şikayətinin məzmunundan göründüyü kimi, həmin müraciətin əsas dəlilləri ondan ibarətdir ki, məhkəmələr tərəfindənaraşdırılmış sübutlara düzgün qiymət verilməmiş, həmin sübutlarla Məhkum2 əməlində cinayət tərkibinin əlamətlərinin olması müəyyən edilməmiş, lakin, buna baxmayaraq o, qanunsuz olaraq məhkum edilmiş, apellyasiya instansiyası məhkəməsi də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin mövqeyi ilə razılaşaraq hüquqlarını müdafiə etdiyi şəxsin barəsindəki ittiham hökmünü əsassız olaraq qüvvədə saxlamışdır. Bununla da, kassasiya müraciətinin müəllifi apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməli olması və Məhkum2 barəsindəki cinayət işi üzrə icraata xitam verilməsi haqqında qər arın qəbul edilməsi haqda tələblərini CPM-nin 416.1.2, 416.1.6 və v 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. CPM-nin 416.1.2, 416.1.6 və 416.1.11-ci maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.6. məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda; Odur ki, məhkəmə kollegiyası Məhkum2 müdafiəçisi N.A.Sadıqovun şikayətini, kassasiya qaydasında baxılmalı müra ciət kimi görür və buna görə həmin müraciətə əsasən baxılan cinayət işinin materiallarını, o cümlədən apellyasiya instansiyası məhkəməsinin 19 aprel 2022-ci il tarixli qərarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası növbəti dəfə vurğulayır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsin də müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya m əhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində təqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi oldu ğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb eyni zamanda hər bir şəxsin və ümumiyyətlə cəmiyyətin cinayətkar qəsdlərdən müdafiə olunmasını, bunun üçün cinayət törətmiş şəxslərin vaxtında ifşa edilərək cinayət məsüliyyətinə cəlb edilmələrini, onların təqsirlilikləri qanunvericilikdə müəyyən edilmiş qaydada sübuta yetirild ikdə isə barələrində cinayəthüquqi xarakterli tətbirlərin tətbiq edilməsini də nəzərdə tutur. CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. CM-nin 7.1-ci maddəsində müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllən in, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın q abaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139.0-cı maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Göründüyü kimi, qanunvericilikdə hər hansı cinayəti törətmiş şəxsin təqsirli bilinməsi və onun haqqında cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsi zamanı məhkəmənin yalnız qanuni üsullarla əldə olunmuş və araşdırılmış sübutlara əsaslanması tələb olunur, məhkəmənin həmin sübutlara əsaslanmadan ehtimallar və mülahizələr üzərində qurulmuş nəticənin isə yolverilməz olması təsbit edilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-nin 146.1-ci maddəsinin müddəalarından görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yek un nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsa n Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Məhkum2 barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə Məhkum2 hökmdə təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instans iyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum2 ona elan olunmuş ittiham üzrə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Kassasiya kollegiyası da hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir, işin hallarına və toplanmış və araşdırılmış sübutlara uyğundur və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum2 təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələ blərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni Məhkum2 müdafiəçisinin iştirakı ilə ibtidai araşdırma zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı şahid ifadələri, ekspertiza rəyləri, bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və digər sübutlarla tam təsdiq edilir. İş materiallarından görünür ki, məhkəmələrin qanuni üsullarla, CPM-nin 125.2-ci maddəsində sadalanan hər hansı pozuntuya yol verilmədən toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara əsasən müəyyən etdikləri işin faktiki halları ondan ibarətdir ki, Məhkum2 qanunsuz yolla qazanc əldə etmək məqsədilə müəyyən edilməyən vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən ümumi təmiz çəkisi 2,271 qram olan 1 bükümdə heroini əldə edib, 2020-ci ilin yanvar ayının əvvəllərində yaşadığı evinin həyətində Cəlilabad şəhər sakini Məhkum1 150 manata satmış, 23 yanvar 2020-ci ildə Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu saxlanılaraq RPŞ-yə gətirilmiş və onun üzərində axtarış aparılan zaman həmin narkotik vasitə əynindəki qara rəngli cins şalvarın sol yan cibindən aşkar olunaraq qablaşdırılaraq götürülmüşdür. Bundan başqa, o, təkrarən, müəyyən edilməyən vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 1 (bir) ədəd gümüşü rəngli bükümdə ümumi təmiz çəkisi 2,400 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib d aşımaqla üzərində saxlamış, Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 13 fevral 2020-ci ildə saat 22 radələrində Cəlilabad şəhərində keçirilən əməliyyat tədbiri nəticəsində saxlanılaraq RPŞ-yə gətirilmiş və onun üzərində axtarış aparılan zaman həmin metamfetamin əynindəki qara rəngli cins şalvarın sol yan cibindən aşkar olunaraq götürülmüşdür. İşin bu faktiki hallarının arxasında duran sübutlar həm birinci instansiya məhkəməsinin hökmündə, həm də apellyasiya şikayətinə baxılmasına dair apellyasiya instansiyası məhkəməsinin yekun qərarında ətraflı şərh edilmiş, bu sübutlar həm ayrıayrılıqda, həm də məcmu şəkildə mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilmiş və məhkəmə kollegiyası buna görə həmin sübutların təkrarən hazırki qərarda təsvir edilməsinə ehtiyac görm ür və eyni zamanda kassasiya müraciətlərində irəli sürülən dəlillərlə bağlı bu sübutların yalnız bir hissəsinə hazırki qərarda da istinad etməyi zəruri bilir. Belə ki, Məhkum2 məhkəməyədək icraat zamanı, şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə dindirilərkən ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilmiş və törədilmiş cinayətlər haqqında ətraflı ifadələr verərək göstərmişdir ki, tutulmamışdan 2-3 ay əvvəl Cəlilabad şəhəri, H.Əliyev prospektində olarkən içərisində narkotik vasitə olan heroin olan bir büküm taparaq onu öz istifadəsi üçün yaşadığı evə aparıb gizlətmiş, 2020-ci ilin yanvar ayının əvvəllərində tanışı, rayon sakini Məhkum1 onun yaşadığı evə gələrək bədənində güclü ağrılar olduğunu, ağrılarının azalması üçün onun narkotik vasitəyə ehtiyacı old uğunu bildirmiş və ondan üzərində narkotik vasitə olubolmadığını soruşmuş, o, da sonuncuya 150 manat pulun müqabilində 2 qram narkotik vasitə heroin satmışdır. Təxminən 2020-ci ilin fevral ayının əvvəllərində Cəlilabad şəhəri, Qurtuluş prospektində yerləşən bazarın ərazisində olarkən yerdə olan “gümüşü”rəngli siqaret kağızına bükülmüş bükülü diqqətini çəkdiyindən onu götürüb içərisinə baxarkən içərisində metamfetamin olduğunu görüb öz şəxsi istifadəsi üçün cibinə qoymuşdur. 13 fevral 2020-ci il tarixdədə saat 22 radələrində o, Cəlilabad şəhəri, H.Əliyev prospektində olarkən tanımadığı 3 nəfər şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduğlarını bildirmiş və ondan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmadığını soruşarkən cibində içərisində metamfe tamin olan bir bükülü olduğunu bildirmiş, sonra polis əməkdaşlarının dəvəti ilə Cəlilabad rayon polis şöbəsinə gəlmiş, şöbədə ona müdafiəçi təqdim olunaraq onun iştirakı ilə, videoçəkiliş aparılmaqla üzərində axtarış aparılmış, axtarış zamanı o, əynində olan qara rəngli cins şalvarın sol yan cibində saxladığı “gümüşü” rəngli bükülünü onlara təqdim etmiş, üzərinə keçirilmiş baxışla bağlı tərtib edilən protokola və zərfin üzərinə imza etmiş, sorğu-sual zamanı tanışı X3ə narkotik vasitə olan heroin satdığını, lakin üzərində olan metamfetamindən heç kəsə satmadığını bildirmişdir. Həmçinin iş üzrə digər məhkum olunmuş şəxs Məhkum1 məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən törədilmiş cinayətlər haqqında ətraflı ifadələr verərək 150 manat pulun müqabilində evində saxladığı təxminən 2 qramdan artıq narkotik vasitə olan heroini Məhkum2 aldığını bildirmişdir. Məhkəmədə Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən X7 şahid qismində dindirilərkən məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə göstərmişdir ki, 13 fevral 2020-ci ildə Məhkum2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, istifadə etməsi, satışı və üzərində daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, Məhkum2 həmin gün saat 22 radələrində saxlanılaraq şöbəyə gətirilmiş, üzərində şəxsi axtarış aparılarkən sonuncu üzərində 1 bükümdə psixotrop maddə olan metamfetamin olduğunu deyərək həmin bükümü onlara təqdim etmiş, bununla bağlı protokol tərtib edilərək orada iştirak edən şəxslər, eləcə də İlkin tə rəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş X10 və Şahid3 istintaq zamanı verdikləri ifadələrini, həmçinin şahid X4 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili X8 istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 23 yanvar 2020-ci ildə rayon sakini Məhkum1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, istifadə etməsi və üzərində daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, saat 17 radələrində Məhkum1 Cəlilabad şəhəri, M.Hüseyn küçəsində saxlanılaraq şöbəyə gətirilmiş, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla sonuncunun üzərində şəxsi axtarış a parılmış, axtarış zamanı sonuncu əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan heroini çıxarıb təqdim edərək həmin narkotiki şəhər sakini Məhkum2 aldığını bildirmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 14 fevral 2020-ci il tarixli, 194 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmişüzərində: “Məhkum2 üzərindən aşkar edilərək götürülmüş kütlə” sözləri və imzalar olan 1 ədəd zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 2,400 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Şəxsi axtarış və götürmə haqqında 13 fevral 2020-ci il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd CD diskdən göründüyü kimi, Məhkum2 üzərində şəxsi axtarış aparılan zaman sonuncu qara rəngli cins şalvarın sol yan cibindən 1 (bir) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş, psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim etmişdir. Bu və digər sübutların prizmasından baxdıqda görünən odur ki, istər birinci, istərsə də apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Məhkum2 törətdiyi cinayətlərin predmeti olan külli miqdarda narkotik vasitəni - «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr»in İİ siyahısına daxil edilmiş hər biri külli miqdarda olmaqla 2,271 qram heroini satması və 2,400 qram olan metamfetamini məhz satış məqsədi ilə əldə edərək saxlaması və daşıması barədə qanuni və əsaslı nəticəyə gəlmiş və bu nəticəyə uyğun olaraq onun bu əməlləri CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. CM-nin 234.4.2 və 234.4.3-c ü maddələrində isə satış məqsədilə qanunsuz olaraq təkrarən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq həmin miqdarlarda narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiya məhkəmələrinin gəldikləri nəticə düzgündür və bununla bağlı ilk növbədə vurğulamağı lazım bilir ki, şəxsin CM-nin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: - şəxs CM-nin 234.1-ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri satış məqsədilə etməli, yaxu d da narkotik vasitələri və ya psixotrop maddələrin satışını həyatk keçirilməli; - şəxs belə hərəkətləri qanunsuz etməlidir; - narkotik vasitə və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Belə tələb həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun müddəalarından və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən də irəli gəlir. Belə ki, göstərilən Qanunun 1.0.11-ci maddəsinin əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması de dikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun (burada “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu nəzərdə tutulur) 1.0.11-ci maddəsində şərh verilməsi qeyd edilərək məhkəmələrə izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Qərarın 9-cu bəndində məhkəmələrin nəzərinə çatdırlmışdır ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, da şıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası məhkəmələrin həm Məhkum2 ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilinməsi, həm də onun törətdiyi əməllərin hüquqi tövsif ilə bağlı gəldikləri nəticə ilə razılaşmaqla qeyd edir ki, iş üzrə hər hansı başqa nət icəyə gəlmək, bunun üçün, Məhkum2 müdafiəçisi N.A.Sadıqovun kassasiya şikayətinədə iddia etdiyi kimi, Məhkum2 təqsirli bilindiyi əməllərinin başqa cür qiymətləndirilməsi üçün heç bir əsas yoxdur və bu baxımdan kassasiya şikayətində irəli sürülmüş dəlillər qəbul edilməz sayılmalıdır. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, iş üzrə məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallar və bu hallar üzrə törədilmiş əmələ verilən qiymətləndirmə iş üzrə qanuni üsullarla, yəni CPM-nin 125.2-ci maddəsində sadalanan pozuntulara yol verilmədən toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış başqa sübutlarla da tam təsdiq olunur və burada məhkəmələrin qəbul etdikləri yekun məhkəmə aktlarının mülahizələrə əsaslanmasından, yəni CPM-nin 28.5-ci maddəsində nəzərdə tutulmuş tələ blərin pozulmasından söhbət gedə bilməz. CPM-nin 28.5-ci maddəsinin tələbi isə ondan ibarətdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 146.1-ci maddəsində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 349.5-ci maddəsinin tələblərinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349. 5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Qanunvericiliyin şərh olunan tələbləri ilə bağlı məhkəmə kollegiyası vurğulayır ki, CPM-nin 349.5-ci maddəsində “məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda” müddəası təqsirləndirilən şəxsin, zərərçəkmişin və ya şahidin təkcə onların məhkəmədə verdiyi ifadələrini deyil, həmçinin həmin şəxslərin ibtidai araşdırma zamanı verdikləri ifadələrini də nəzərdə tutur o şərtlə ki, həmin ifadələrin qanunsuz yolla (CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməklə) alınması müəyyən edilməmiş olsun, buna görə belə ifadələr məhkəmə tərəfindən sübutlar siyahısından çıxarılmasın, b u ifadələr digər sübutlarla təsdiq edilsin və və qanuni yolla alınmış ifadələr kimi məhkəmə iclasında tədqiq edilərək onlara yekun məhkəmə aktlarında məcmu qaydasında qiymət verilsin. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifə lərin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilə n şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək hesab edir ki, işə baxan məhkəmələr CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-nin 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum2 tərəfindən ittiham edildiyi cinayətlərin törədilməsinə dair onun təqsir liliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında da düzgün nəticəyə gəlmişlər. Bu səbəbdən məhkəmə kollegiyası vurğulayır ki, baxılan işdə CPM-nin 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-nin 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Kassasiya şikayətində Məhkum2 açıq-aşkar ağır cəzanın təyin edilməsi mübahisələndirilməsə də, CPM-nin 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq bu məsələni də yoxlayan məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyasının da razılaşdığı və dəyişdirmədən qüvvədə saxladığı birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum2 barəsində cəza tədbirinin seçilməsi məsəl əsini də həll edərkən məhkəmə CM-nin 8, 41, 58, 59 və 61-ci maddələrinin tələblərinə əməl etməkdə düzgün olaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, sonuncunun şəxsiyyətini səciyyələndirən halları, habelə onun himayəsində iki azyaşlı və iki yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, habelə yaşayış yeri üzrə müsbət cəhətdən xasiyyətləndirilməsini CM-nin 59.1.4 və 59.2-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halların olmamasını, digər tərəfdən isə onun əvvəllər məhkum olunaraq şərti məhkumetmənin tətbiq edildiyi sınaq müddətində qəsdən ağır cinayət törətməsini, buna görə də həmin şərti məhkum etmənin ləğv edilməli olmasını kifayət qədər nəzərə almış və bu halların məcmusuna uyğun olaraq ona həm təqsirli bilin diyi CM-nin 234.4.2 və 234.4.3cü maddələri ilə, həm də CM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq hökmlərin məcmusu üzrə qanuni və ədalətli cəzalar təyin etmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsini və ya ləğv edilməsini şərtləndirən CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı halı müəyyən etməyərək və kassasiya şikayətinin təmin edilməməsi haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli və Məhkum2 CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 aprel 2022-ci il t arixli qərarı adı çəkilən məhkum barəsində və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmaladır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 aprel 2022-ci il tarixli qərarı Məhkum2 barəsində və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1572/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1572/2022
13.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver