Məhkəmə qərarları › İş №1(102)-1572/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1572/2023

05.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1572/2023 05.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli hökmü ilə Az ərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 2023-cü il tarixli qərarından Məhkum və müdafiəçisi Əliyev Arif Sabir oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli 1(007)469/2022 nömrəli (sədrlik edən hakim Qədirli Nigar Aftandil qızı) hökmü ilə xx xxxxxxx 1957-ci il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, "xxxx" MMC-də direktor müavini vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Məhkum Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsində nəzərdə tutu lmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilməsi, cəza çəkməsinin əvvəli X10 işlədiyi və onun qazancından tutulmalar aparıldığı vaxtdan hesablanması, X13 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Hökmdən məhkum olunmuş şəxs Məhkum və müdafiəçisi Əliyev Arif Sabir oğlu tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Allahverdiyev Elbəy Hidayət oğlundan ibarət məhkəmə tərkibində) 16 fevral 2023-cü il ta rixli 1(103)-513/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 2023-cü il tarixli qərarından Məhkum və müdafiəçisi Əliyev Arif Sabir oğlu tərəfindən birgə kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli hökmünə əsasən, Məhkum, xx.xx.2020-ci il tarixli əmək müqaviləsi və həmin tarixli 01/A nömrəli əmrlə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) direktor müavini vəzifəsində işləməklə, xx.xx.2021-ci il tarixli 12/K nömrəli əmrlə MMC-də icarəyə götürülmüş obyektlərdə görülən işlərə və avadanlıqlara texniki xidmətlərin göstərilməsinə cavabdeh şəxs olmaqla, xx.xx.2020-ci il tarixli vəzifə təlimatının 2-ci bəndinə əsasən müəssisədə quraşdırılmış avadanlıqlara texniki xidmətin göstərilməsini təşkil edilməsi, həmin avadanlıqlarda aşkar edilən nasazlıqların aradan qaldırılması üçün tədbirlər görməsi, işçilər tərəfindən əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət olunmasına nəzarət edilməsi vəzifələri həvalə olunmuş şəxs kimi «İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.2.003-91 DÜST»nün 1.2, 2.15-ci bəndlərinin tələblərinə əsasən istehsalat avadanlığının təhlükəsizliyini konstruksiyasında nəzərdə tutulmuş və ya konstruksiyasına daxil olmayan qoruyucu (mühafızəedici) vasitələrin tədbiqini təmin etməli, istehsalat avadanlıqlarının təhlükə mənbəyi olan hərəkətli hissələrinin qoruyucu vasitələrlə təchiz ol unmasını və ya işçilərin onlara toxunmasını istisna edən şəraitdə yerləşdirilməsini, yaxud zədələnmələrin qarşısını alan digər vasitələrin tətbiqini təmin etməli olduğu halda, texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarını pozaraq "xxxx" MMC-nin ünvan 2 ünvanında yerləşən beton istehsalı qovşağında istifadə olunan qurğunun hərəkətdə olan hissələrinin (barabanın) üzərinin mühafizə vasitələri (qoruyucu örtük) ilə örtülməsini təmin etməmiş və nəticədə xx.xx.2022-ci il tarixdə saat 09 radələrində MMC-də xx.xx.2020-ci il tarixli əmək müqaviləsi ilə mexanik vəzifəsində işləyən Zərərçəkmiş şəxs həmin qovşaqda beton istehsalı zamanı üzərində tikinti materiallarının hərəkətini təmin edən üfüqi konveyrin baraban və lentinin arasında olan qum topasını təmizləmək üçün taxta parçasını so l əli ilə baraban və lentin arasına salarkən əlinin baraban və lentin arasında qalaraq əzilməsi səbəbindən ehtiyatsızlıqdan sonuncunun bazu kələfinin zədələnməsi və sıxılma sindromu, sol qolun iflici ilə nəticələnən sol yuxarı ətrafın əzələ və yumşaq toxumalarının əzilməsi və hematoması xəsarətləri ilə müşayiət edilən sağlamlığına ağır zərər vurulmuşdur. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum və müdafiəçisi Əliyev Arif Sabir oğlu tərəfindən birgə verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə ibtidai istintaq aparılarkən və məhkəmə baxışı zamanı CPM-nin 144-146-cı maddələrinin tələbləri kobud surətdə pozularaq işin halları tam, hərtərəfli və obyektiv yoxlanılmamış, iş üzrə ittihamın əsasına qoyulmuş sübutlar müqayisəli qaydada təhl il edilib mötəbərliyi müəyyənləşdirib qiymətləndirilmədiyindən hökmdə ittihamın əsasına qoyulmuş sübutlar mötəbər sübut hesab edilə bilməz. Belə ki, təqsirləndirilən şəxs Məhkum özünü Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə təqsirli bilməmişdir. Bu maddələr ilə irəli sürülmüş ittham üzrə təqsirliliyi heç bir şahid ifadəsi, o cümlədən iş üzrə toplanılmış digər sübutlarla təsdiq olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 16 fevral 2023-cü il tarixli qərarı əsassız və qanunsuzdur, maddi və prossesual hüquq normalarını kobud surətdə pozulması ilə qəbul edilmiş, istər ibtidai istintaq, istərsə də məhkəmədə işin faktiki halları tam, obyektiv araşdırıldığı halda, işdə olan sübutlar düzgün qiymətləndirilməmiş, yalnız ittiham aktına istinad edilməklə, məhkəmə araşdirması zamanı müəyyən edilmiş hallara, faktlara istinad edilmədən, obyektiv hüquqi qiymət verilmədən və Azərbaycan Respublikası Konstitusiyasının 63-cü, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21, 28, 32, 39.1.1-ci, 42, 55-ci və 144-146-ci maddələrinin tələbləri kobud surətdə pozularaq, iş üzrə toplanmış sübutlara tam, hərtərəfli və obyektiv qiymət verilməmiş, Məhkum əməlinə düzgün hüquqi qiymət verilməmiş, ona əsassız olaraq yuxarıda qeyd olunan maddə ilə ittiham verilmişdir. Onun əməlində ittiham verilmiş cinayətin tərkib əlamətləri yoxdur. Məhkum şəxs Məhkum verilmiş ittihamda göstərilmiş cinayət əməlinin onun tərəfindən törədilməsini təsdiq edən heç bir sübut işdə yoxdur. Məhkum əsassız və qanunsuz olaraq CM-nin 162.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmüşdir. Zərərçəkmiş şəxs ki mi qəbul edilmiş Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixli əmək müqaviləsi ilə “Harmoniya İndustrial, Construction and Engineerinq Group" MMC-də mexanik vəzifəsinə işə qəbul edilmiş, ona təhlükəsizlik qaydalarına riayət edilməsi ilə əlaqədar təlimatlar verilmiş, iş zamanı baş verə biləcək bədbəxt hadisələr barədə məlumat verilmişdir. Mexanik kimi Zərərçəkmiş şəxs vəzifəsi texnikaya gündəlik baxış keçirməkdən, nasaz olan və ya sıradan çıxmış detalları dəyişməkdən və sairdən ibarət olmuşdur. Məhkum edilmiş şəxs Məhkum əməlində CM-nin 162.1-ci maddəsinin əlamətləri yoxdur, onun tərəfindən texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydaları pozulmamış, Zərərçəkmiş şəxs texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydaları barədə təlimat keçmiş, hərəkətdə olan barabanın zəruri olan hissələrinin qoruyucu örtüklə örtülməsini təmin etmişdir. Zərərçəkmiş şəxs tərəfindən isə texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarını pozularaq qoruyucu qapaq açılmış və barabanın hərəkəti dayandırılmadan hadisənin baş verdiyi əraziyə müdaxilə edilmişdir. Ona görə də Məhkum hərəkətlərində cinayət əməli olmadığından cinayət işinin onun barəsində olan hissəsinə xitam verilməklə barəsində bəraətverici əsaslarla bəraət hökmü çıxarılmalıdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Məhkum CM-nin 162.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair hissədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsini və onun barəsində olan cinayəti işinə bəraətverici əsaslarla xitam verilməsi xahiş edir. Kassasiya instansiyası məhkəməsində zərəçəkmiş şəxs Z ərərçəkmiş şəxs çıxış edərək, baş verən hadisədə məsuliyyətin böyük hissəsinin məhkumun üzərinə düşdüyünü bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin olunmamasını və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıl arı qeyd edir: Müdafiə tərəfindən verilmiş kassasiya şikayətində məhkumun Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə təqsirsiz olduğu halda məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi, nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143 - 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.6-cı (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin təl əbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu i lə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunlu ğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək və proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 2023-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır zərər vurma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün ol araq həmin maddə ilə tövsif edilmişdir. Müdafiə tərəfinin kassasiya şikayətində Məhkum tərəfindən Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə əhatə olunan cinayət əməlini törədilmədiyi, sübutlara düzgün hüquqi qiymət verilmədiyi və apellyasiya məhkəməsinin qərarının həmin hissədə ləğv edilməklə cinayət işinə bəraətverici əsaslarla xitam verilməli olduğu iddia edilir. Belə ki, Məhkum Əmək mühafizəsi qaydalarını pozma, yəni texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır zərər vurma ilə bağlı cinayət əməlini törətməsi ilə ittiham olunur. Məhkum ona qarşı irəli sürülmüş ittihamı qəbul etməyərək, tərəfindən heç bir əmək mühafizəsi qaydala rının pozulması hadisəsinin baş vermədiyini mübahisələndirmişdir. Lakin, cinayət işi üzrə təyin edilmiş əmək təhlükəsizliyinin tədqiqinə dair 28 sentyabr 2022-ci il tarixli 10/6203 nömrəli rəyə əsasən müəyyən olunur ki, ünvan 2 ünvanında yerləş "xxxx" MMC tərəfindən istifadə edilən beton istehsalının həyata keçirildiyi ərazidə istifadə olunan avadanlığın təhlükə mənbəyi olan hərəkətli hissələrinin üzərinin kip şəkildə qoruyucu vasitələrlə örtülməsinin təmin olunmaması baş vermiş hadisənin texniki səbəbi olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar «İstehsalat avadanlıqları Ümumi təhlükəsizlik tələbləri». 12.2.003-91 DÜST-nin (Dövlət Standartının 1.2, 2.15 bəndlərinin, «İşçilərin əməyin mühafizəsi üzrə təlimin təşkili. Ümumi tələblər, 12.0.004-90 DÜST»-nin (Dövlət Standartının) 4.4 bəndinin v ə «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 11-ci bəndinin tələbləri pozulmuşdur. Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçasında olan «Müəssisə direktorunun əmək funksiyası»nın tələblərinə əsaslanaraq, ünvan 2 ünvanında yerləşən beton istehsalının həyata keçirildiyi ərazidə istifadə olunan qurğunun mühafizə vasitələri ilə təchiz edilməsini təmin etmədiyinə və biliyi yoxlanılmamış işçi heyəti, o cümlədən Zərərçəkmiş şəxs işin icrasına buraxdığına görə, «İstehsalat; avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri». 12.2.003-91 DÜST-nin (Dövlət Standartının 1.2, 2.15 bəndlərinin, «İşçilərin əməyin mühafizəsi üzrə təlimin təşkili. Ümumi tələblər, 12.0.004-90 DÜST»-nin (Dövlət Standartının) 4.4 bəndin in tələbləri “X3 and Engineering Group” MMC-nin direktoru tərəfindən pozulmuşdur. O cümlədən, cinayət işi üzrə təyin edilmiş əmək təhlükəsizliyinin tədqiqinə dair 25 oktyabr 2022-ci il tarixli 10/6971 nömrəli əlavə rəyə əsasən ünvan 2 ünvanında yerləşən beton istehsalının həyata keçirildiyi ərazidə istifadə olunan avadanlığın təhlükə mənbəyi olan hərəkətli hissələrinin (barabanın) üzərinin kip şəkildə qoruyucu vasitələrlə örtülməsinin təmin olunmaması baş vermiş hadisənin texniki səbəbi olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar «İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri 12.2.003-91 DÜST-nin (Dövlət Standartının) 1.2, 2.15 bəndlərinin, «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 11-ci bəndinin və “Direktor müavinin vəzifə təlim atı”nm 2-ci bəndinin tələbləri pozulmuşdur. ünvan 2 ünvanında yerləşən beton istehsalının həyata keçirildiyi ərazidə istifadə olunan qurğunun hərəkətdə olan hissələrinin (barabanın) üzərinin mühafizə vasitələri (qoruyucu örtük) ilə örtülməsini təmin etmədiyinə görə, vəzifə təlimatının 2-ci bəndinin və «İstehsalat avadanlıqları Ümumi təhlükəsizlik tələbləri». 12.2.003-91 DÜST-nin (Dövlət Standartının) 1.2, 2.15 bəndlərinin tələbləri müvafiq əmrlə obyektdə görülən işlərə və avadanlıqlara texniki xidmətlərin göstərilməsinə cavabdeh təyin edilmiş “X3 and Engineering Group” MMC-də direktor müavini vəzifəsində işləyən Məhkum tərəfindən pozulmuşdur. Məhkum birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı da ibtidai istintaq zamanı vermiş olduğu ifadə ilə eyni məzmunlu etirafedici ifadələri v erməsi, daha sonradan isə ifadəsini dəyişdirərək hüquqi savadı olmadığından özünü yalnız hadisə zamanı işdə olmadığına görə hadisənin baş verməsində təqsirli bilməsi barədə çıxışını kassasiya məhkəmə kollegiyasında sual işarəsi yaradır və bunun Məhkum cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq cəhdi kimi qəbul edir. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı) Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə əhatə olunan cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyə n edilmişdir. Həmin dəlillər müdafiə tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gə lməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Qeyd edilənlərə əsasən müəyyən olunur ki, müdafiə tərəfindən ve rilmiş kassasiya şikayətində kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olubolmamasına münasibət bildirməyə, birinci instansiya və apellyasiya məhkəmələrində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya şikayətlərinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla b irinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası müdafiə tərəfinin kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələblərinin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiə tərəfinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdikləri faktiki hallardan çıxış edə, beləliklə də, onları müba hisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər müdafiə tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də cinayətin epizodlarını təşkil edən faktiki halların müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan R espublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 162.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Kassasiya şikayətində cinayət və cinayət prosessual qanunun normalarının pozulmasına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə tə sir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların (cinayəti etiraf edib, əməlindən səmimi peşman olması, ilk dəfə cinayət törətməsi, zərərçəkmiş şəxsə vurulmuş zərərlə bağlı müalicə xərclərini ödəməsi, əlavə olaraq müxtəlif məbləğlərdə dəfələrlə ödəniş etməsi) olması, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsi tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum və müdafiəçisi Əliyev Arif Sabir oğlu tərəfindən birgə verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum və müdafiəçisi Əliyev Arif Sabir oğlu tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 2023-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar