Məhkəmə qərarları › İş №1(102)-1572/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1572/2024

25.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1572/2024 25.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə xx xxxxx 1992-ci il tarixdə Ağcabədi rayonunda andan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, Ağdam rayonu, Quzanlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, hal-hazırda həbsdə olan Mə hkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29, 120.1ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2024-cü il tarixli 1(105)-63/2024 nömrəli qərarından məhkumun müdafiəçisi, Abşeron rayon Vəkil Bürosunun vəkili İsgəndərov Coşqun İbad oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 7 noyabr 2023-cü il tarixli 1(124)-295/2023 nömrəli hökmü ilə (hakimlər: A.T.Rzayeva (sədrlik edən), F.Z.Hümbətov və H.S.Əliyev) Məhkum – Azərbaycan Respublikası CM-in 29, 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək, 7 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhku m edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 7 avqust 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2024-cü il tarixli 1(105)-63/2024 nömrəli qərarı ilə (hakimlər: M.Ə.Rzayev (sədrlik edən), E.G.Rəhimov və E.M.Əhmədov) verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 7 noyabr 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum arvadı Şahid3 tanışı Zərərçəkmiş şəxs söz atması ilə bağlı aralarında əvvəl baş vermiş söhbəti başqa şəxslərə danışdığı üçün, habelə Zərərçəkmiş şəxs arvadına qar şı etdiyi hərəkətinə görə onu cəzalandırmaq qərarına gəlib Zərərçəkmiş şəxslə bu məsələni aydınlaşdırmaq və onu qəsdən öldürməklə qisas almaq məqsədilə 6 avqust 2022-ci il tarixdə saat 23 radələrində yaşadığı evdən zavod üsulu ilə hazırlanmış məişət təyinatlı, “kəpənək” formalı, soyuq silah hesab edilməyən cib bıçağını və istintaqla müəyyən edilməsi mümkün olmayan dəmir parçasını götürüb cibində gizlətmiş və Zərərçəkmiş şəxsun bərbər işlədiyinə görə saçını kəsdirmək istədiyini bəhanə edib onunla Abşeron rayonu Mehdiabad qəsəbəsi “Gənclər şəhərciyi” yaşayış kompleksi 2 saylı binanın qarşısında görüşərək aralarında olan narazılığı başqa şəxslərə yayanın ünvanına nalayiq söyüşlər söyüb, bundan sonra aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs öldürmək niy yətini qətiləşdirib, əvvəlcə üzərində olan dəmir alətlə, daha sonra bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə 5 dəfə, o cümlədən həyat əhəmiyyətli orqanların yerləşdiyi döş qəfəsinə 1 dəfə zərbə vuraraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan “başın sol gicgah nahiyəsinin 1 ədəd, sol kürək nahiyəsinin 1 ədəd, sağ çiyin qurşağı nahiyəsinin 1 ədəd daxilə keçməyən deşilmişkəsilmiş yaraları, sol dirsək oynağı nahiyəsinin 1 ədəd kəsilmiş-deşilmiş yarası, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid “döş qəfəsinin sağ yan səthinin ön qoltuqaltı xətt üzrə İX, X qabırğaarası sahənin döş və qarın boşluğuna nüfuz edən sağ tərəfli hemopnevmatoraks (plevra boşluğuna qanın və havanın toplanması) və hemoperitoneum (periton boşluğuna qanın toplanması) ilə nəticələnən deşilmiş -kəsilmiş yarası” xəsarətlərini yetirsə də sonuncuya vaxtında ixtisaslı tibbi yardım göstərilərək həyatı xilas edildiyindən iradəsindən asılı olmayan səbəblərdən öz niyyətini başa çatdıra bilməməklə, onu qəsdən öldürməyə cəhd etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsi və onun əməlinin CM-in 29, 120.1-ci maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsi və həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin olunması barədə qərar qəbul olunması xahiş olunur. Müdafiəçi qeyd edir ki, Məhkum əməli CM-in 29,120.1-ci maddəsinə düzgün tövsif edilməmişdir. Belə ki, iş materiallarında Məhkum Zərərçəkmiş şəxs öld ürmək istəməsini təsdiq edən sübutlar yoxdur. Məhkum ona qarşı irəli sürülən ittihamla bağlı özünü təqsirli bilməmiş, Zərərçəkmiş şəxs öldürmək fikrinin olmadığını bildirmişdir. Adam öldürməyə cəhdlə bağlı irəli sürülən ittihamlarda təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin hansı orqanına hücum etməsini müəyyənləşdirmək zəruridir. Ekspert rəyindən də görünür ki, Məhkum vurulmuş ağır zərər kimi qiymətləndirilən xəsarətlər ürək nahiyəsi tərəfdən deyil, bədənin sağ tərəfindən vurulmuşdur. Məhkum Zərərçəkmiş şəxs öldürmək istəsəydi ürək nahiyəsinə hücum edərdi. Digər tərəfdən əsas məsələ heç də vurulan xəsarətin ağırlıq dərəcəsi ilə ölçülmür. Əsas məsələ Məhkum niyyəti ilə bağlıdır. Məhkum Zərərçəkmiş şəxs xəsarət yetirməmişdən öncə olan davranışı Zərərçəkmiş şəxsu öldürmək istəməsini təsdiq etmir. Şikayətə həmçinin qeyd edilir ki, iş materiallarında olan kamera görüntüsündən məlum olur ki, Məhkum bıçaqla hara gəldi zərbələr endirir. Onun kortəbii şəkildə bıçaqdan hara gəldi vurması Məhkumın niyyətinin Zərərçəkmiş şəxs öldürmək istəməsini təsdiqləyən hal deyil. Sonda Məhkumın hücumu dayandırması da bir daha təsdiq etmişdir ki, əgər Məhkum Zərərçəkmiş şəxsu öldürmək istəsəydi ona kimsə mane olmurdu. Videogörüntüyə baxış zamanı Zərərçəkmiş şəxs fəal müqavimət göstərdiyi hətta fiziki imkanlarına görə Zərərçəkmiş şəxsdan daha güclü olması görünür. Bir müddət sonra əslində Məhkum özünü müdafiə edir. İşin mübahisəsiz sübut edilmiş halı ondan ibarətdir ki, Məhkum özü hücumu dayandırır. Ekspert rəyi ilə təsdiqlənmişdir ki, Zərərçəkmiş şəxs Əhmədov da Məhkuma yüngül xəsarət yetirmişd ir. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 7 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, məhkumun ərizəsinin təmin edilməsi ilə bağlı dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti məhkum tərəfindən geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasi ya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2024-cü il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar