Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1573/2022 20.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, məhkum X8 və onun müdafiəçisi Hüseynov Əli Meybulla oğlunun iştirakları ilə Lənkəran Ağır Cinayətlər Məhk əməsinin 26 oktyabr 2021-ci il tarixli hökmü ilə Məhkum3, Məhkum1, X8, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 181.2.1 və 181.2.3-cü maddələri ilə və Məhkum2 CM-nin 177.2.1, 177.2.2, 181.2.1, 181.2.2 və 181.2.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmalarına, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 aprel 2022-ci il tarixli qərarı ilə isə X8nin əməlinin CM-nin 181.2.1 və 181.2.3-cü maddələrindən CM-nin 307.1-ci maddəsinə tövsif edilməsinə dair cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı Hüseynov Elnar Əli oğlu tərəfindən verilmiş kassasiya protestnə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli hökmü ilə (ha kimlər Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən və məruzəçi, Abdullayev İlkin Qismət oğlu və Nəbiyev Cəlil Cabbar oğlundan ibarət tərkibdə) Məhkum3 xx xxx 1984-cü il tarixdə Lənkəran rayonunun Boladı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməyən, əvvəllər Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 25 dekabr 2018-ci il tarixli hökmü ilə CM-nin 181.2.1, 181.2.5 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək cəzasının ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 oktyabr 2015-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 10 (on) ay 07 (yeddi) gün müddətində hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Lənkəran Rayon Məhkəməsinin 02 sentyabr 2019-cu il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2 və 277.2.3cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Lənkəran rayonunun Boladı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Məhkum1, 16 avqust 1993-cü il tarixdə Lənkəran rayonunun Şağlaser kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, heç yerdə işləməyən, Azərbayc Respublikasında məhkum olunmamış, məhkumluğu olmayan, hazırda məhkumluğu olmayan, Lənkəran rayonunun Şağlaser kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, X14, 12 noyabr 1996-cı il tarixdə Lənkəran rayonunun Separadi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhs illi, evli, himayəsində bir azyaşlı uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Lənkəran rayonunun Separadi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hər birisi CM-nin 181.2.1 və 181.2.3-cü maddələri ilə təqsirli bilinərək Məhkum3 10 (on) il müddətə, CM-nin 67.1-ci maddəsinə əsasən isə əvvəlki hökm üzrə çəkilməmiş azadlıqdan məhrum etmə cəzasının 1 (bir) il 1 (bir) ay 18 (on səkkiz) günü yeni hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməklə hökmlərin məcmusu üzrə qəti olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində 10 (on) il 6 (altı) ay müddətə, Məhkum1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə, X8 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 (səkkiz) il müddətə azadlıqdan məh rum etmə cəzasına, və Məhkum2 xx xxx 1991-ci il tarixdə Lənkəran rayonunun Boladı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonunun Boladı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, CM-nin 177.2.1, 177.2.2, 181.2.1, 181.2.2 və 181.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 177.2.1, 177.2.2-ci maddələri ilə 3 (üç) il 6 (altı) ay müddətə, CM-nin 181.2.1, 181.2.2 və 181.2.3-cü maddələri ilə 8 (səkkiz) il 6 (altı) ay müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşlar. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum3, X12, Məhkum2 və X14 ilə özgənin külli miqdarda əmlakını yaşayış sahəsinə qanunsuz olaraq daxil olmaqla quldurluq yolu ilə ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 29 iyun 2020-ci il tarixdə gecə saat 01 radələrində X13 məxsus VAZ 21074 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran rayonundan çıxaraq Masallı rayonu, İsi kənd sakini Zərərçəkmiş şəxs1 məxsus yaşayış evinin yaxınlığına gəlmişlər. Aralarında olan cinayətkar razılışmaya əsasən X8 onları İsi kəndində Zərərçəkmiş şəxs1 evinin yaxınlığında düşürmüş və işlərini bitirdikdən sonra onların arxasınca gələcəyini v əd edərək yaşadığı Lənkəran rayonu, Separadi kəndinə evə qayıtmışdır. Məhkum3, Məhkum1 və Məhkum2 tanınmamaq və zərərçəkmiş şəxslərdə vahimə yaratmaqdan ötrü əvvəlcədən müxtəlif vasitələrlə hazırlayaraq özləri ilə gətiridikləri maskaları sifətlərinə və əllərinə əlcəkləri taxaraq birlikdə daş hasardan keçməklə Zərərçəkmiş şəxs1 məxsus həyətə daxil olub, fərdi yaşayış evinin birinci mərtəbəsində sağ tərəfdə yerləşən açıq vəziyyətdə olan pəncərənin dəmir barmaqlıqlarını qıraraq evin birinci mərtəbəsinə girib otaqları axtarmış, daha sonra həmin evin ikinci mərtəbəsinə qalxaraq dəhlizə daxil olmuş, sağ tərəfdəki otaqda yatan Şahid1 göstərə biləcəyi müqavimətin və səs-küyün qarşısının alınmasından ötrü Məhkum2 həmin otağa girmiş, o, isə Məhkum1 ilə birlikdə Zərərçəkmiş şəxs1 yatdığı otağa keçib onu oyadaraq pul və qızılzinət əşyaları tələb etmişlər. Zərərçəkmiş şəxs1 oyanaraq onlara müqavimət göstərdikdə Məhkum1 Zərərçəkmiş şəxs1 həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla basqın edərək ona bir neçə yumruq zərbəsi vurub sonuncunun sağ göz, sağ yanaq, sağ qulaq və boynun ön hissəsinin qançırı, sağ göz almasının ağlı qişasına yayılmış qansızma kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olan bədən xəsarətləri yetirib 1600 manat pulu və 300 manat dəyərində “Samsung A 50” markalı mobil telefonu ələ keçirdikdən sonra aralarında olan razılaşmaya əsasən onların arxasınca gələn və gözləyən X8 idarə etdiyi VAZ 21074 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hadisə yerindən yüksək surətlə uzaqlaşaraq əldə etdikləri pulu öz a ralarında bölməklə quldurluq etmişlər. Bundan başqa, Məhkum2 təkrarən, adları məlum olan şəxslərlə birlikdə, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama məqsədilə, qabaqcadan əlbir olan bir qrup təşkil edərək, 20 oktyabr 2019-cu il tarixdə, saat 01 radələrində yaşadığı Lənkəran rayonunun Boladi kəndində yerləşən otlaq sahəsindən, Lənkəran rayonu Cil kənd sakini Zərərçəkmiş şəxs5 məxsus 1300 (bir min üç yüz) manat qiymətində 1 (bir) baş, qara rəngli, dişi cinsli və 1700 (bir min yeddi yüz) manat qiymətində 1(bir) baş,tünd qırmızı rəngli, dişi cinsli iribuynuzlu mal heyvanlarını gizli olaraq talayıb oğurlamaqla, Zərərçəkmiş şəxs5 cəmi 3000 (üç min) manat ziyan vurmuşdur. Məhkum2 təkrarən, adları məlum olan şəxslərlə birlikdə, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama məqsədil ə, qabaqcadan əlbir olan bir qrup təşkil edərək, 30 oktyabr 2019-cu il tarixdə, saat 03 radələrində yaşadığı Lənkəran rayonunun Boladi kəndində yerləşən otlaq sahəsindən həmkəndlisi Zərərçəkmiş şəxs3 məxsus 1 (bir) baş, qara rəngli,boğaz dişi cinsli iribuynuzlu mal heyvanını gizli olaraq talayıb oğurlamaqla, Zərərçəkmiş şəxs3 1700 (bir min yeddi yüz) manat ziyan vurmuşdur. O, təkrarən, adları məlum olan şəxslərlə birlikdə, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama məqsədilə, qabaqcadan əlbir olan bir qrup təşkil edərək, 04 noyabr 2019-cu il tarixdə, saat 24 radələrində yaşadığı Lənkəran rayonunun Boladi kəndində yerləşən otlaq sahəsindən həmkəndlisi Zərərçəkmiş şəxs4 məxsus 2000 (iki min) manat qiymətində 1 (bir) baş, qırmızı rəngli,başında ağ xalı olan boğaz, dişi cinsli və 150 0 (bir min beş yüz) manat qiymətində 1 (bir) baş, boz-ağ rəngli, boğaz, dişi cinsli iribuynuzlu mal heyvanlarını gizli olaraq talayıb oğurlamaqla, Zərərçəkmiş şəxs4 cəmi 3500 (üç min beş yüz) manat ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən, adları məlum olan şəxslərlə birlikdə, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama məqsədilə, qabaqcadan əlbir olan bir qrup təşkil edərək, 30 mart 2020-ci il tarixdə, saat 22-23 radələrində yaşadığı Lənkəran rayonunun Boladi kəndində yerləşən otlaq sahəsindən həmkəndlisi Zərərçəkmiş şəxs2 məxsus 1000 (bir min) manat qiymətində 1 (bir) baş, qara-ağ rəngli, dişi cinsli və 1500 (bir min beş yüz) manat qiymətində 1 (bir) baş, ağ-sarı rəngli, erkək cinsli iribuynuzlu mal heyvanlarını gizli olaraq talayıb oğurlamaqla, Zərərçəkmiş şəxs2 cəmi 2500 (iki min beş yüz) manat ziyan vurmuşdur. Hökmdən məhkum X8nin müdafiəçisi Ə.M.Hüseynov, Məhkum3 və onun müdafiəçisi Məmmədov Məmmədqulu Calal oğlu, Məhkum2 və Məhkum1 müdafiəçisi Babayev Toğrul Babalı oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan APellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakmilər Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Rafiq Musa oğlu və Əhmədov İsmayıl Həmid oğlundan ibarət tərkibdə) 20 aprel 2022-ci il tarixli qərarı ilə Məhkum3 və onun müdafiəçisi M.C.Məmmədovun,Məhkum2 və Məhkum1 müdafiəçisi T.B.Babayevin apellyasiya şikayəti təmin edilməmiş, X8nin müdafiəçisi Ə.M.Hüseynovun apellyasiya şikayəti isə qismən qismən təmin edilərək və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli hökmü dəyişdirilərək n in törətdiy cinayət əməli CM-nin 181.2.1 və 181.2.3-cü maddələrindən CM-nin 307.1-ci maddəsinə tövsif edilmiş, ona həmin maddə əsasında 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş və onun barəsində “8 Noyabr– Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci hissəsi tətbiq olunmaqla, o, həmin cəzadan azad edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 aprel 2022-ci il tarixli qərarından dövlət ittihamçısı E.Ə.Hüseynov kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində CM-n in və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Van de Hark Niderlanda qarşı iş üzrə” 19 aprel 1994-cü il tarixli, “Delcourt Belçikaya qarşı iş üzrə” 17 yanvar 1970-ci il tarixli, “Piersack Belçikaya qarşı iş üzrə” 01 oktyabr 1982-ci il tarixli Qərarlarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “«Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 25 yanvar 2005-ci il tarixl i, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011 -ci il tarixli, “CM-nin 182.2.4-cü maddəsinin şəhr edilməsinə dair” 21 oktyabr 2011 -ci il tarixli Qərarlarına, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına, iş üzrə toplanmış və məhkəmə iclaslarında tədqiq edilmiş sübutlara, əsasən də iş üzrə məhkum olunmuş şəxslərinə ifadələrnə istinad edərək işin faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı E.Ə.Hüseynov kassasiya protestini belə əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi X8nin əməlini CM-nin 181.2.1 və 181.2.3-cü maddələrindən CM-nin 307.1-ci maddəsinə tövsif edərkən yalnız sonuncunun məhkəmədə v erdiyi qeyri-səmimi, həqiqətə uyğun olmayan, ziddiyyətli, özünü müdafiə xarakterli, digər sübutlarla təkzib olunan və konkret hüquqi əsasa söykənməyən ifadələrinə, həmçinin digər məhkum olunmuş şəxslərin məhkəmə iclasında verdikləri və nin müdafiəsinə yönəlmiş ifadələrinə, eləcə də iş üzrə toplanmış mötəbər sübutlarla təkzib olunan öz subyektiv mülahizələrinə və ehtimallara əsaslanmışdır. Dövlət ittihamçısının qənaətinə görə isə, X8nin tanışları Məhkum3, X12 və Məhkum2la özgənin külli miqdarda əmlakını yaşayış sahəsinə qanunsuz olaraq daxil olmaqla quldurluq yolu ilə ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, özünə məxsus VAZ-21074 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə onları Lənkəran rayonundan Masallı rayonunun İsi kən dinə gətirməsi, aralarında olan cinayətkar razılaşmaya əsasən onları Zərərçəkmiş şəxs1 evinin yaxınlığında düşürüb sonuncuların işlərini bitirdikdən sonra onların arxasınca gələcəyini vəd edərək oradan getdiyi, Məhkum3, Məhkum1 və Məhkum2 Zərərçəkmiş şəxs1 məxsus yaşayış evinə girib şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edərək ona bir neçə yumruq zərbəsi vurub sağlamlığa yüngül zərər vurmaya aid olan bədən xəsarətləri yetirib 1600 manat pulunu və 300 manat dəyərində “Samsung A 50” markalı mobil telefonunu ələ keçirdikdən sonra aralarında olan razılığa əsasən onların arxacında gələrək gözləyib özünə məxsus həmin avtomobillə götürüb hadisə yerindən yüksək sürətlə uzaqlaşdırması, sonuncuların əldə etdikləri pulu öz aralarında bölməklə quldurluq etməsi iş üzrə toplanmış bir-birini tamamlayan sübutların məcmusu ilə tamamilə sübuta yetirilmiş, apelyasiya instansiyası məhkəməsi isə nin digər şəxslərlə quldurluq cinayətinin törətməsində iştirakının olmaması, onun quldurluq cinayətinin törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməməsi qənaətinə gəlməklə onun əməlini CM-nin 181.2.1 və 181.2.3-cü maddələrindən CM-nin 307.1-ci maddəsinə tövsif edərkən işin bu faktiki hallarına uyğun olmayan səhv nəticəyə gəlmişdir. Daha sonra kassasiya protestinin müəllifi X8nin, məhkum olunmuş digər şəxslərin – Məhkum1, Məhkum3, Məhkum2 ibtidai araşdırma zamanı verdikləri ifadələri, 04 iyul 2020-ci il tarixli «ifadənin yerində yoxlanması haqqında» istintaq hərəkətinin nəticələrini, məhkum olunmuş şəxslər arasında üzləşdirmələrin aparılması zamanı onların verdikləri ifadələrini və digər sübutları təsvir edən dövlət ittihamçısı qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən həmin sübutlara səthi yanaşmış, sadalanan sübutları nəzərə almamış, onları təhlil, bir-biri ilə müqayisə etməmiş, həmin sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmədən nin quldurluq cinayətində iştirak etdiyinə dəlalət edən sübutun əldə olunmaması qənaətinə gəlmiş, lakin nəzərə almamışdır ki, təqsirləndirilən şəxs nin digər təqsirləndirilən şəxsləri Masallı rayonuna aparıb düşürtükdən sonra yaşadığı Lənkəran rayonuna qayıdaraq öz evində yatması, eləcə də onun digər təqsirləndirilən şəxslərlə birlikdə quldurluq cinayətində iştirak etməməsi yalnız onun özünün ifadəsindən başqa işdə olan başqa heç bir sübutla təsdiq olunmur. Məhkəmə isə iş üzrə əsassız nəticəyə gələrkən toplanılmış obyektiv və mötəbər sübutlara deyil, qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluq cinayət əməlini törətmiş nin cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün həqiqəti əks etdirməyən ifadələrindəki alibisini inandırıcı və əsas sübut kimi qəbul edib onu cinayət məsuliyyətindən əsassız olaraq kənarda qoymuş, onun yuxarıda şərh olunan cinayət əməlini (qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluq) törətməsinin istintaq orqanı tərəfindən CPM-nin 139-cu maddəsində təsbit olunmuş hallar baxımından sübuta yetirilməsini əsassız olaraq nəzərə almamış, özü də həmin hallarla nəzərdə tutulmuş vəzifələri yerinə yetirməmişdir. Bundan əlavə, kassasiya protestinin müəllifi qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin bir tərəfdən X8nin əməlini CM-nin 181.2.1 və 181.2.3-cü maddələrindən CM-nin 307.1-ci maddəsinə tövsif etməsi, yəni onun quldurluq cinayətini törətdiklərinə görə məhkum olunmuş Məhkum3la, Məhkum1 və Məhkum2la birlikdə qrupun tərkibində iştirak etməməsi qənaətinə gəldiyi halda, adları çəkilən məhkumlara qarşı irəli sürülmüş ittihamdan onların ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək quldurluq törəmələrinə dair əlaməti xaric etməmiş, bununla da qanunvericiliyin məhkəmə qanunvericiliyinin bununla bağlı tələblərini də pozmuşdur. Kassasiya protestində irəli sürdüyü dəlillərə əsaslanaraq dövlət ittihamçısı E.Ə.Hüseynov həmin protestin təmin edilməsini xahiş edir. Məhkum3 cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsinin rəisinin 05 dekabr 2 022-ci il tarixli xx/xx-4537 saylı məktubu ilə müşaiyət olunmuş ərizə ilə Ali Məhkəmənin Cinayət Kollegiyasına müraciət edərək kassasiya protestinə etiraz etdiyini və iş üzrə ədalətli qərar qəbul ediləcəyinə əmin olduğunu bildirmişdir. Cinayət prosesinin iştirakçıları kassasiya protestinə məhkəmə baxışı iclasının keçiriləcəyi yer və vaxt barədə qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq, məhkumlar Məhkum3, Məhkum1 və Məhkum2 məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə məhkəməyə müraciət etməmiş, hazırki iş üzrə zərər çəkmiş şəxslər qismində tanınmış Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, X2 və Zərərçəkmiş şəxs5 isə məhkəməyə naməlum səbəblərdən gəlməmişlər. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısı A.M.Hüseynlinin, məhkum X8nin və onun müdafiəçisi Ə.M.Hüseynovun rəylərini dinləyərək və CPM-nin 419.4-cü maddəsini rəhbər tutaraq kassasiya kassasiya protestinə məhkumlar Məhkum3, Məhkum1, Məhkum2 və zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 iştrakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı E.Ə.Hüseynov həmin protestində Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutların məcmu qaydada qiymətləndirilməməsini, sübutların CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməməsini, həmin qərarın əsasını yolverilməz sübutlar təşkil etməsini və bunların nəticəsi olaraq X8nin əməlinin düzgün tövsif edilməməsini, habelə məhkumlar Məhkum1, Məhkum3 və Məhkum2 da törətdikləri quldurluq cinayətinin hallarının təsvirində səhvə yol verməsini iddia edərək apellyasya instansiyası m əhkəməsinin qərarının ləğv edilməklə işin yeni apellyasiya baxışına təyin edilməli olmasını CPM-nin 416.1.2, 416.1.3 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2, 416.1.3 və 416.1.15-ci maddələrinə əsasən isə kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə; 416.1.15. məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı E.Ə.Hüseynovun kassasiya protestini kassasiya qaydasında baxılmalı olan müraciətlər kimi görür və buna görə X8nin, Məhkum3, Məhkum1 və Məhkum2 barələrindəki cinayət işinin materiallarını, o cümlədən kassaiya qaydasında mübahisələndirilən apellyasiya instansiyası məhkəməsinin qərarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də vurğulamağı lazım bilir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir və həmin maddəyə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətb iqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən ed ilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Kassasiya müraciətlərinə baxılması nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından bu əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar tə qdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün məhkəmə kollegiyası daha sonra qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsi nə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb eyni zamanda hər bir şəxsin və ümumiyyətlə cəmiyyətin cinayətkar qəsdlərdən müdafiə olunmasını, bunun üçün cinayət törətmiş şəxslərin vaxtında ifşa edilərək cinayət məsüliyyətinə cəlb edilmələrini, onların təqsirlilikləri qanunvericilikdə müəyyən edilmiş qaydada sübuta yetirildikdə isə barələrində cinayəthüquqi xarakterli tətbirlərin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, digər tərəfd ən isə ictimai təhlükəlilik dərəcəsi yüngül olan cinayət törətmiş şəxslərin onların törətmədiyi daha ağır əməllərə görə cinayət məsuliyyətinə cəlb edilmələrinin, təqsirli bilinmələrinin və cəzalandırılmalarının yolverilməzliyini də nəzərdə tutur. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabə r şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Cinayət məsul iyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7.1-ci maddəsinin tələblərinə görə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. CPM-nin 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1-ci maddəsində tələb olunur ki, cinayət prosesini həyata keçirən orqan lar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etsinlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qab aqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 126.6-cı maddəsinin tələblərindən göründüyü kimi, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139.0-cı maddəsinin tələblərində n görünür ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Göründüyü kimi, qanunvericilikdə hər hansı cinayəti törətmiş şəxsin təqsirli bilinməsi və onun haqqında cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsi zamanı məhkəmənin yalnız qanuni üsullarla əldə olunmuş və araşdırılmış sübutlara əsaslanması tələb olunur, məhkəmənin həmin sübutlara əsaslanmadan ehtimallar və mülahizələr üzərində qurulmuş nəticənin isə yolverilməz olması təsbit edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə edilmiş olsun. Belə ki, Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006-cı il, “Fadin R usiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququnun tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən ç ıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edlmişdir ki, məhkəmə hökmü ş əxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən tələblərdən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayət in tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edil məsini tələb edir. Qanunvericiliyin təsvir edilən tələblərinə əsaslanaraq kassasiya protestinin dəlillərinə cavab verən məhkəmə kollegiyası əvvəla vurğulayır ki, həmin protestin əsas dəlillərinə görə, X8nin ona qarşı CM-nin 181.2.1 və 181.2.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə cinayət törətməsi, yəni onun 29 iyun 2020-ci il tarixdə gecə saat 01 radələrində hazırki iş üzrə məhkum olunmuş Məhkum1 ilə, Məhkum3la və Məhkum2la qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə Zərərçəkmiş şəxs1 evinə qanunsuz daxil olub orada quldurluq törətməsi iş üzrə toplanmış sübutlarla tam təsdiq edilir, lakin apellyasiya instansiyası məhkəməsi bu sübutlara düzgün qiymət verməmiş və əsassız olaraq onun əməlini göstərilən maddələrdən CM-nin 307.1-ci maddəsinə tövsif etmiş, bu haqda məhkəmənin qəbul etdiyi qərarın əsasını isə yolverilməz sübutlar təşkil etmişdir. Cinayət işi üzrə toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutların təhlili göstərir ki, X8yə qarşı CM-nin 181.2.1 və 181.2.3-cü maddələri ilə irəli sürülmüş ittihamın və onun həmin maddələrlə təqsirli bilinərək məhkum olunması haqqında birinci instansiya məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli hökmün əsasını Məhkum1 ibtidai araşdırma zamanı 03 iyul və 04 iyul 2020-ci il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələri təşkil etmişdir. Çünki, kassasiya protestində iddia olunsa da, 29 iyun 2020-ci il tarixdə quldurluğun törədilməsində iştirak etmiş Məhkum3 və Məhkum2 istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə iclasında verdikləri ifadələri ilə o nların X8 ilə bu cinayətin törədilməsi barədə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmələri, yəni sonuncunun onları zərərçəkmş Zərərçəkmiş şəxs1 yaşadığı Masallı rayonunun İşi kəndinə apararkən oaradan sonuncunun yaşadığı evə girib quldurluq etmələri barədə əvvəlcədən məlumatının olmasını bildirməmiş, kassasiya protestində istinad olunan digər sübutlar isə nin onun quldurluq cinayətinin törədilməsində iştirakını deyil, həmin cinayətin digər hallarını və Məhkum1 ilə onun arasında telefon danışıqlarının aparılmasını təsdiq edir ki, sonuncu halı X8 özü də inkar etməmişdir. Məhkəmə iclaslarında elan olunaraq tədqiq edilmş Məhkum1 ibtidai araşdırma zamanı şübəhl və təqsirləndirilən şəxs qismində müvafiq olaraq 03 iyul və 04 iyul 2020-ci il tarixdə verdiyi ifadələrindən görünür ki, hadisədən bir neçə gün əvvəl tanışı Məhkum3la görüşüb söhbət edən zaman o, bir ev gördüyünü, evin sahibinin maddi cəhətdən imkanlı olduğunu və həmin evə basqın edib nəsə götürə biləcəklərini demişdir. O, sonuncu ilə razılaşmış və yaxın günlərdə ona xəbər verəcəyini bildirmişdir. 28 iyun 2020-ci il tarixdə saat 15 radələrində o, Məhkum3lə görüşüb Masallı rayonunun İsi kəndində yerləşən həkim işləyən şəxsin evinə gecə saat 1 radələrində basqın edib oradan pul və ya qızılzinət əşyalarını götürməyi planlaşdırmışlar. Basqına getmək üçün bir nəfərin də lazım olması barədə razılığa gəldikdən sonra MƏhkum3 Məhkum2 adında tanışının olduğunu və onunla razılaşıb məlumat verəcəyini demiş, o, isə evə qayıdıb axşam üçün hazırlıq görməyə başlamış, papaqdan maska düzəltmiş və rezin əlcək götürmüşdür. Bundan sonra o, taksi sürücüsü kimi fəaliyyət göstərən tanışı yə həmin gün saat 23 radələrində zəng edib onu Masallıya aparmasını xahiş etmiş, X8 də onunla razılaşaraq özünə məxsus ağ rəngli avtomaşınla gəlib onu Boladi kəndindən, Məhkum3 və Məhkum2 isə Şağlaser kəndinin girişindən götürərək onları İsi kəndində olan məsçidin yanına gətirmiş, avtomaşından düşəndə isə o, yəni Məhkum1 yə həmin kənddə evə basqın edəcəkləri barədə məlumat verib onları gözləməsini tapşırmış, lakin X8 işlərinin çox olacaqsa getmək istədiyini bildirmiş, cavabında ona işlərini yekunlaşdırdıqdan sonra onunla əlaqə saxlayıb çağıracağını demişdir. Daha sonra Məhkum1 Məhkum3la və Məhkum2la birlikdə Zərərçəkmiş şəxs1 yaşadığı evə girərərk orada törətdikləri quldurluğun hallarını ətraflı təsvir etmiş və bildirmişdir ki, bu cinayəti t örətdikdən sonra onlar evi tərk edib yaxınlıqda olan meşə istiqamətinə qaçmış və oradan o, yə zəng edib onu bundan əvvəl onları gətirdiyi yerə çağırmışdır. Meşədən asfalt yola çıxdıqdan sonra X8 oraya gəlmiş və onları idarə etdyi avtomaşına mindirib yaşadıqları kəndlərinə aparmışlar. Avtomaşında gedərkən o, Məhkum3 və Məhkum2 törətdikləri quldurluq barədə söhbət etmiş, bu cinayətin törədilməsi nəticəsində əldə etdkləri 1600 manat məbləğində pulun 300 manatını o, X8yə vermiş, qalan 1300 manat məbləğində pulu isə onlar öz aralarında bölmüşlər. 03 iyul 2020-ci il tarixdə X8 ilə üzləşdirilərkən Məhkum1 göstərmişdir ki, X8 onu, Məhkum3 və Məhkum2 29 iyun 2020-ci il tarixdə saat 01 radələrində Masalllı rayounun İşi kəndinə gətirb kəndin girəcəyəindəki məscidin qarşısında düşürərkən o, yə burada işi olmasını bildirmiş, lakin həmn kənddəki evə daxil olub oradan quldurluq edəcəkləri barədə əvvəlcədən ona məlumat verməmiş və yalnız cinayəti törətdikdən sonra həmin cinayət haqqında ona danışmış və onun heç kimə bu haqda xəbər verməməsi üçün ələ keçirdikləri puldan ona 300 manat məbləğində pul vermişdir. Həmin üzləşdirmənin əvvəlində Məhkum1 X8yə avtomaşından düşərkən “burada işimiz var” deməsini, sonrakı hissəsində isə həmin sözləri deyib quldurluq barədə ona məlumat verməsini göstərmiş, yəni bir istintaq hərəkətinin aparılması zamanı biri-birinə zidd ifadələr vermişdir. Məhkəmə iclasında isə Məhkum1 göstərmişdir ki, tanışı Məhkum3 hadisədən bir neçə gün əvvəl ona Masallıda bir evdən oğurluq edə biləcəklərini deyib bu oğurluğun törədilməsində onun da iştirak etməsini təklif etdikdə o, bu təkliflə razılaşmış və 28 iyun 2020-ci il tarixdə onlar birlikdə Masallı rayonunun İsi kəndində yaşayan Zərərçəkmiş şəxs1in evinə kənardan baxmağa getmişlər. 29 iyun 2020-ci il tarixdə gecə saat 24 radələrində o, taksi sürücüsü olan tanışı X8ı çağıraraq onun idarə etdiyi avtomaşınla gedib Məhkum3 və Məhkum2 götürmüş və saat 01 radələrində Masallı rayonunun İsi kəndinə catdıqdan sonra X8 onları orada düşürərək özü çıxıb getmişdir. Avtomaşından düşərkən o, X8yə yalandan həmn kəndə qonaq gəldiklərini bildirmişdir. İfadələrinin sonrakı hssəsində Məhkum1 onun, Məhkum3 və Məhkum2 zərərçəkmiş Zərərçəkmiş şəxs1 yaşadığı evə girmələrini, orada quldurluq cinayətini törətmələrinin hallarını ətraflı təsvir edərək eyni zamanda qeyd etmişdir ki, bu cinayəti törətdikdən sonra onlar evdən çıxıb meşə tərəfə qaçmış, cinayətin törədilməsi zamanı istifadə etdiyi əlcəyi və maskaları orada ağacın dibinə atmış və həmin vaxt o, X8yə zəng edərək onları gəlib düşürdüyü yerdən götürüb aparmağı xahiş etmişdir. Bir qədər vaxt keçdikdən sonra X8 idarə etdiyi avtomaşınla Masallı rayonunun İşi kəndinin girəcəyində yerləşən məscidin qarşısına gəlmiş və onları oradan götürərək evlərinə aparlmışdır. Quldurluğun törədilməsi nəticəsində əldə olunmuş 1600 manat məbləğində pulu o, Məhkum2 və Məhkum3 öz aralarında bölmüş, o, isə sonunculardan guya taksi sürücüsünə verməkdən ötrü hər birisindən 100 manat alsa da həmin pulu yə verməmiş və ona yalnız xidmət haqqı kimi 20 manat məbləğində pul ödəmişdir. Birinci instansiya məhkəməsində də ibtidai araşdırma zamanı olduğu kimi, X8 özünü ona CM-nin 181.2.1və 181.2. 3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə təqsirli bilməmiş və göstərmişdir ki, 28 iyun 2020-ci il tarixdə Məhkum1 ona zəng edərək onu və dostları olan Məhkum3lə Məhkum2i götürüb Masallının İsi kəndində olan əsgər yoldaşıgilə aparmasını xahiş etmiş o, da bu təkliflə razılaşaraq idarə etdiyi avtomaşınla onu və əvvəllər tanımadığı Məhkum3 və Məhkum2u həmin kəndə aparıb öz evinə qayıtmışdır. Həmin gecə təxminən saat 3-4 radələrində Məhkum1 ona yenidən zəng edərək onu və dostlarını Masallıdan götürüb evlərinə aparmasını xahiş etmiş, lakin o, gec olduğundan ona bu vaxtı Masallıya gələ bilməyəcəyini demişdir. Məhkum1 ona dəfələrlə zəng etdiyindən və Masallıda maşın tapa bilmədiklərini söyləyib öz xahişini təkidlə təkrarladığından o, sonuncu ilə razılaşaraq yenidən Masallı rayonuna getmiş və onu, Məhkum3 və Məhkum2 götürüb evlərnə aparmışdır. Bunun üçün isə Məhkum1 ona xidmət haqqı kimi 20 manat məbləğində pul vermişdir. Məhkəmə iclasında X8nin elan olunaraq tədqiq edilmş ibtiadai araşdırma zamanı verdiyi ifadələrindən görünür ki, məhkum olunmuş şəxs cinayət təqibinin həmin mərhələsində də oxşar ifadələr verərək Məhkum1 xahişi ilə onu, Məhkum3 və Məhkum2 Masallı rayonunun İşi kəndinə, Məhkum1in dediyinə görə, əsgər yoldaşı ilə görüşmək üçün aparmasını, oradan evinə qayıtmasını, bundan sonra gecə saat 03 radələrində Məhkum1in xahişi ilə onları əvvəl düşürdüyü yerdən götürüb evlərinə aparmasını təsdiq etmiş və göstərmişdir ki, həmin şəxslərin İşi kəndinə quldurluq etmək məqsədilə getmələri barədə məlumatı olmamış, lakin sonuncuları evlərinə apararkən onların həyacanlı olmalar ını görüb bunun səbəbi barədə Məhkum1dən soruşduqda sonuncu İşi kəndində bir evdə quldurluq etmələrini bilidirmişdir. Yalnız cinyət törədildikdən sonra Məhkum1 dediklərindən onun bu cinayət haqqında məlumatı olmuş, lakn o, qorxduğundan bu haqda heç yerə xəbər verməmişdir. X8 həmçinin qeyd etmişdir ki, ona da istinad olunan cinayətin törədilməsi barədə o, nə Məhkum1, nə də ki Məhkum3la və Məhkum2la əvvəlcədən heç bir razılıq əldə etməmiş, bu cinayətin törədilməsində hər hansı şəkildə iştirak etməmiş, onları məhz həmin cinayətin törədilməsi üçün İşi kəndnə aparmamış və onların törətdikləri əməllər barədə məlumatı sonradan almışdır. Göründüyü kimi, təsvir edilən ziddiyyətli və biri-biri ilə uzlaşmayan, faktiki isə X8nin ona ibtidai araşdırma zamanı istinad olunan və birinci instansiya məhkəmə sinin hökmü ilə təqsrli bilindiyi cinayəti törətməsini təkzib edən ifadələrin fonunda ibtidai araşdırma orqanı onun 29 iyun 2020-ci il tarixdə qabaqcadan əlbir olmuş bir qrup şəklində və yaşayış sahəsinə girməklə quldurluq cinayətinin törədilməsində icraçı qismində iştirak etməsi barədə nəticəyə gələrək ona qarşı CM-nin 181.2.1 və 181.2.3-cü maddələri ilə ittiham irəli sürmüş, birinci instansiya məhkəməsi də məhz belə ziddiyyətli sübutlara əsaslanaraq nin həmin ittiham üzrə təqsirli bilinməsi barədə ittiham hökmü çıxarmış, apellyasiya instansiyası məhkəməsi isə bu nəticələrlə razılaşmamışdır. Apellyasya instansiyası məhkəməsinin mövqeyini düzgün hesab edən və buna görə də kassasiya protestinin X8nin ona elan olunmuş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməsi haqqında dəlilləri ilə r azılaşmayan məhkəmə kollegiyası hesab edir k, apellyasiya instansiyası məhkəməsi tam haqlı olaraq adı çəkilən məhkumun digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə quldurluq cinayətinin törədilməsində icraçı qismində iştirak etməməsi barədə qənaətə gəlmiş, lakin yenə də məhkumların birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdikləri ifadələrinə deyil, onların (əsasən də Məhkum1 və X8nin) məhz məhkəməyədək icraat zamanı verdikldəri ifadələrinə əsaslanaraq və onları biri-biri ilə müqayisəli şəkildə təhlil edib qiymətləndirərək nin əməlini ağır cinayətin törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə kimi ixtisaslaşdırmış və buna görə də tam qanuni və əsaslı olaraq onun əməlini CM-nin 181.2.1 və 181.2.3-cü maddələrindən CM-nin 307.1-ci maddəsinə tövsi f etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi bu nəticəsi qanunvericiliyin aşağıdakı tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarında əksini tapmış izah və tövsiyələrə uyğundur. Belə ki, məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, CM-nin 181.2.1 və 181.2.3-cü maddələrində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə quldurluğun törədilməsinə, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təh lükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqının edilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur ki, hazırki iş üzrə dövlət ittihamçısı tərəfindən kassasiya protestində mübahisələndirilən əsas məsələ X8nin CM-nin 181.2.1-ci maddəsində nəzərdə tutulmuş tövsifedici əlamətlə (qabaqcadan əlbir olan bir qrup şəxs şəklində) 29 iyun 2020-ci il tarixdə quldurluğun törədilməsində icraçı qismində iştirak etməsi halıdır. Kassasiya protestinin bu məsələ ilə bağlı dəlillərinə cavab olaraq məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, CM-nin 31-ci maddəsində iştirakçılığın anlayışı iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı kimi müəyyən edilmişdir. Həmin maddədə “qəsdən” ifadəsinin iki dəfə istifadə olunması ikili təqsir for ması ilə törədilən cinayətlərdə ehtiyatsızlıqdan baş vermiş nəticə istisna olmaqla, iştirakçılıqla törədilmiş əməllərin birbaşa qəsdlə icra edilməsi ilə izah olunur. İştirakçılıqda birbaşa qəsdi fərqləndirən başlıca xüsusiyyət ondan ibarətdir ki, şəxs həm öz hərəkətlərinin (hərəkətsizliyinin), həm vahid cinayətin törədilməsində iştirak edən digər şəxslərin (heç olmazsa bu şəxslərdən birinin) hərəkətlərinin (hərəkətsizliyinin) ictimai təhlükəliliyini və öz hərəkətlərinin planlaşdırılan və ya artıq həyata keçirilən cinayətlə əlaqəsini dərk edir, digər iştirakçılarla birgə bunda iştirak etməyi arzulayır. İştirakçılığın subyektiv cəhəti həmçinin cinayətin müştərək törədilməsi barədə qarşılıqlı məlumatlandırılma ilə səciyyələndirilir. Cinayətdə iştirakçılığın formalarına gəlincə, onlar CM-nin 3 4.1-34.4-cü maddələrinə müvafiq olaraq, cinayətin bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilməsi kimi müəyyən edilmişdir. İştirakçılığın formaları CM-nin 61.1.3-cü maddəsində həm cəzanı ağırlaşdıran hal kimi, həm də Məcəllənin Xüsusi hissəsinin bir sıra maddələrində cinayət əməllərinin tövsifedici əlaməti kimi nəzərdə tutulmuşdur. CM-nin 34.1 və 34.2-ci maddələrinin müqayisəsindən görünür ki, CM-nin 34.2-ci maddəsində təsbit olunmuş “qabaqcadan əlbir olan bir qrup şəxs” cinayət-hüquq kateqoriyasını “bir qrup şəxs” anlayışından fərqləndirən yeganə cəhət birinci halda qrupun iştirakçıları arasında cinayətin birgə törədilməsi barədə qabaqcadan razılığın əldə olunmasıdır. Qalan səciyyəvi əlamətlər üzrə b u iki anlayış tamamilə üst-üstə düşür. Ona görə də, nə qədər ki, CM-nin 34.1-ci maddəsi cinayətin “bir qrup şəxs” tərəfindən törədilməsini onun iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilməsi kimi təsbit etmişdir, cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs” tərəfindən törədilməsi də cinayətin qrupa daxil olan şəxslər (ən azı 2 nəfər) tərəfindən birlikdə icra edilməsini, yəni birgə icraçılığı ehtiva edən anlayış kimi təfsir olunmalıdır (“qabaqcadan əlbir olan bir qrup şəxs”in məhz birgə icraçılığı ehtiva edən iştirakçılığın növü olması barədə qənaət “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycabn Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının (Plenumun 30 aprel 2021-ci i tarixli Qərarı ilə edilmi ş dəyişikliklərlə) 10-12-ci bəndlərindən də irəli gəlir.) Qeyd olunan Qərarın göstərilən bəndlərində məhkəmələrə izah edilmişdir ki, özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. CM-nin 34.2-ci maddəsinin mə nasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərlərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa), onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Özgə əmlakının talanmasında bilavasitə iştirak etməyən, lakin cinayətin izinin itirilməsi, cinayətin bilavasitə icraçısına kömək göstərməklə əlaqədar olmayan maneələrin aradan qaldırılması, oğurluq əmlakın özgəninkiləşdirilməsi və s. ilə əlaqədar məsləhətləri və göstərişləri ilə cinayətin törədilməsinə kömək etmiş şəxslərin əməlləri CM-nin 32.5-ci maddəsinə istinad etməklə köməkçi formada iştirakçı kimi tövsif edilməlidir. Özgə əmlakının oğurluq, soyğunçuluq və ya quldurluq yolu ilə qabaqcadan əlbir olan iki və ya daha çox şəxs və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən talanmasından ibarət hərəkətlər tövsif edilərkən, məhkəmələr nəzərə almalıdır ki, cinayətin törədilməsi gedişində qabaqcadan digər şəxslərlə əlbir olmayan şəxs, qabaqcadan əlbir olan şəxslərlə cinayət törətməkdə iştirak etmişsə, belə şəxs onun özü tərəfindən şəxsən törətdiyi konkret hərəkətlərə görə cinayət məsuliyyəti daşımalıdır. Bu izahlardan çıxış edərək məhkəmə kollegiyası daha sonra qeyd edir ki, cinayətin icra edilməsi (bilavasitə törədilməsi) dedikdə isə, onun obyektiv cəhətini təşkil edən hərəkətlərin yerinə yetirilməsi (cinayət hərəkətsizliklə törədildikdə bunu təşkil edən davranış) başa düşülür. CM-nin 33.1-ci maddəsində iştirakçıların məsuliyyətinin onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilməsi öz əksini tapmışdır. Həmçinin CM-nin 33.3-cü maddəsinin mənasından görünür ki, cinayətin iştirakçıları əməlin törədilməsində birgə icraçı kimi iştirak etdikləri halda, iştirakçılığın növlərini müəyyən edən CM-nin 32-ci maddəsinə istinad edilmir. Bu baxımdan, iştirakçıların əməllərinin həm CM-nin 32-ci maddəsinə, həm də CMnin Xüsusi hissəsinin müvafiq maddəsinə əsasən “qabaqcadan əlbir olan bir qrup şəxs" əlaməti üzrə tövsif edilməsi istisna edilir o halda ki, təqsirkarın təşkilatçı, təhrikçi və ya köməkçi qismində iştirak etdiyi cinayətin obyektiv cəhətinə aid olan hərəkətlər qabaqcadan əlbir olmuş iki və ya daha çox şəxs tərəfindən icra edilməsin. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, CM-nin 34.2-ci maddəsi onu nəzərdə tutur ki, cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs" tərəfindən törədilmiş hesab olunması üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməs i müəyyən edilməlidir. Cinayətin yalnız qabaqcadan cinayət əlaqəsinə girmiş iki və daha çox icraçı tərəfindən törədildiyi, təşkilatçı, təhrikçi, köməkçinin isə icraçıların törətdikləri cinayətdə iştirak etdikləri halda, onların əməlləri Məcəllənin 32.3, 32.4 və 32.5-ci maddələrinə istinad edilməklə, həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin təşkilatçısının, təhrikçisinin və ya köməkçisinin əməli kimi tövsif edilməlidir.Buna görə iştirakçıların cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədikləri və ya onların əməllərində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş əməl kimi qiymətləndirilə bilməz. Eyni zamanda o, da vurğulanmalıd ır ki, şəxs digər şəxslər tərəfindən maddi tərkibli cinayətin tördilməsi barədə məlumatsız olduqda, cinayət yolu ilə əldə edilmiş əmlakı, yaxud dövriyyəsi qadağan olunmuş və ya müvafiq qanunvericilik aktları ilə məhdudlaşdırılmış əşyaları qabaqcadan vəd etmədən əldə etdikdə yuxarıda şərh edilən tələblərə uyğun olaraq onun əməlinin əsas cinayətin törədilməsində ya icraçı, yaxud da iştirakçı qismində qiymətləndirilməsi, yəni CM-nin 32.5-ci maddəsinə istinad edilməklə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsi ilə tövsf edilməsi də istisna olunur və belə hallarda həmin şəxs qabaqcadan vəd etmədən cinayət yolu ilə əldə edildiyini bilə-bilə əmlakı əldə etməsinə və ya dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış əşyaların qanunsuz dövriyyəsinə görə cinayət məsuliyyətinə cəlb ed ilir. Məhkəmə kollegiyasının bu nəticəsi qanunvericiliyin tələbləri ilə yanaşı həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 may 2022-ci il tarixli Qərarında əksini tapmış hüquqi mövqedən də irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarında CM-nin 32, 33 və 34-cü maddələrinə geniş şərh verərək belə nəticəyə gəlmişdir ki, CM-nin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmad ığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. CM-nin 33.3 və 34.2-ci maddələrinin tələbləri baxımından cinayətin iştirakçısı icraçı ilə birlikdə cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərdə iştirak etmədikdə, yəni cinayət qabaqcadan əlbir olan iki və daha çox şəxs tərəfindən törədilmədikdə, onun əməlləri CM-nin 32-ci maddəsinə istinad edilməklə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinə uyğun tövsif edilməlidir. Hazırki iş üzrə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlardan göründüyü kimi, X8 29 iyun 2020-ci il tarixdə zərərçəkmiş Zərərçəkmiş şəxs1 yaşadığı evə girməklə quldurluq cinayətinin törədilməsi barədə həmin cinayəti bilavasitə törətmiş Məhkum 3la, Məhkum2la, xüsusən də yalnız tanıdığı Məhkum1 ilə qabaqcadan heç bir sövdələşmə aparmamış, yəni onlarla birlikdə cinayətin törədilməsi barədə əvvəlcədən razılıq əldə etməmiş, bu cinayətin törədilməsi üçün onların arasında rol bölgüsü aparılmamış və bununla bağlı öz üzərinə hər hansı vəzifəni yerinə yetirmək öhdəliyini götürməmiş, digər məhkumlar tərəflindən də onun üzərinə belə vəzifələr qoyulmamış, özü bilavasitə cinayətin törədilməsində iştirak etməmiş, məhz quldurluq cinayətinin törədilməsinin bu və ya digər şəkildə asanlaşdırılması, əlverişli şəraitin yaradılması üçün heç bir hərəkət etməmiş, lakin ağır cinayətin törədilməsindən sonra Məhkum1 bu haqda məlumat alıb həmin məldumat barədə qanunvericlikdə tələb olunduğu qaydada xəbər verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, büt ün sübutların, qanunveiciliyin müəyyən etdiyi tələblərin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenmunun hüquqi mövqeyinin və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun izahlarının fövqündə X8nin ona qarşı irəli sürülmüş ittiham üzrə cinayəti, yəni qabaqcadan əlbir olmuş bir qrup şəklində yaşayış sahəsinə girməklə quldurluq cinayətini törətməsi haqda nəticəyə gəlmək mümkün deyil və apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq sübutların araşdırılması zamanı yaranmış şübhələri adı çəkilən məhkumun xeyrinə həll edib ehtimal xarakterli qərarın qəbul edilməsindən imtina etmiş və əsaslı olaraq onun əməlini CM-nin 307.1-ci maddəsi ilə tövsif edilməsini mümkün bilmişdir. X8nin törətdiyi əməlin bu cür tövsifi ilə razılaşan və buna görə də apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416.1.15-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilməməsini müəyyən edən məhkəmə kollegiyasının qənaətinə görə, həmin məhkəmə bu nəticəyə gələrkən eyni zamanda qanunvericiliyn aşağıdakı tələblərinə də əməl etmişdir. Belə ki, Konstitusiyanın 63-cü maddəsinin tələbinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdaf iəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məh kəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-nin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qa ldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-nin 21.3-cü maddəsində təsbit edilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Hazırki işin materiallarından görünür ki, istər birinci instansiya məhkəməsinin, istərsə də apellyasiya şikayətlərinə məhkəmə baxışı iclasında ittham tərəfinin və onunla birgə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin X8 tərəfindən ona ittiham olunmuş cinayətin törədilməsi barədə qənaətləri yalnız hazırki iş üzrə məhkum olunmuş Məhkum1 ziddiyyətli ifadələrinə əsaslanmış, nin müdafiəçis tərəfindən hökmdən verilmiş apellysiya şikayət inin dəlillərini təkzib edən hər hansı mötəbər sübutlar isə dövlət ittihamçıları, o cümlədən kassasiya protestinin müəllifi tərəfindən məhkəmələrə təqdim olunmamışdır. Belə olan halda məhkəmə kollegiyası X8nin törətdiyi əməli CM-nin 307.1-ci maddəsi ilə tövsif etmiş apellyasiya instansiyası məhkəməsinin iş üçün əhəmiyyət kəsb edən hər hansı sübutun tədqiqindən imtina etməsini, Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinin tələblərinə əməl etməməsini, nəticə etibarı ilə isə CPM-nin 416.1.1-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verməsini müəyyən etmir və eyni zamanda onu da qeyd edir ki, dövlət ittihamçısı E.Ə.Hüseynov apellyasiya instansiyası məhkəməsinin qeyd olunan nəticəyə gələrkən yolverilməz sübutlardan istifadə edlməsini iddia etsə də, kassasiya protestinin bu dəlili əsass ızdır ona görə ki, həmin qərarın əsasına qoyulmuş, bundan əvvəl isə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclaslarında tədqiq olunmuş sübutların qanunsuz yolla əldə edilməsini ittiham tərəfi cinayət təqibinin hər hansı mərhələsində mübahisələndirməmiş, həmin sübutların, o cümlədən X8un və iş üzrə məhkum olunmuş digər şəxslərin məhkəmə iclaslarında verdikləri ifadələrin CPM-nin 125.2-ci maddəsində sadalanan pozuntularla əldə edilməsi müəyyən olunmamışdır. Halbuki CPM-nin 125.21-125.2.10-cu maddələrinin tələblərinə görə, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət p rosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən b u hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; - sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. CPM-nin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Hazırki işin materiallarından göründüyü kimi, X8nin və digərlərinin barələrində cinayət işi üzrə aparlımış cinayət təqibinin bütün mərhələrində yuxarıda sadalanan hallara yol verilməklə sübutların toplanması və tədqiq edilməsi müəyyən edilməmiş, araşdırılmış sübutlar isə apellyasiya instansiyası məhkəməsi tərəfindən biri-biri əlaqəli şəkildə həm ayrı-ayrılıqda, həm də məcmu şəklində qanuna müvafiq qaydada qiymətləndirilmişdir. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416.1.2 və 416.1.3-cü maddəsində göstərilən pozuntulara da yol veriməmiş və buna görə bu məsələlərlə də bağlı kassasiya protestinin dəlilləri qəbuledilməz sayılmalıdır. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 144-cü maddəsində nəzə rdə tutulmuşdur ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsində nəzərdə tutulmuş norma hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. CPM-nin 145.3-cü maddəsinin tələbi isə ondan ibarətdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM -nin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası CPM-nin 349.3-349.4-ci maddələrinin tələblərini də nəzərə alaraq onu da qeyd etməyi zəruri bilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır və həmin hökm Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. CPM-nin 349.5.1-349.5.3-cü maddələrinin tələblərinə görə isə, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə is tintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.2-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3.1-351.3.4-cü maddələrinə əsasən, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: - təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; - bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın b axılması nəticələrinə əsaslanaraq; - məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq. Qeyd edilməlidir ki, məhkəmənin hökmünə dair qanunvericilikdə nəzərdə tutulmuş bu tələblər eyni zamanda apellyasiya instansiyası məhkəməsinin iş üzrə yekun qərarına da şamil olunur. “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə hə qiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda qeyd etmişdir ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cava b verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Bütün təsvir olunanlarla yanaşı məhkəmə kollegiyası dövlət ittihamçısı E.Ə.Hüseynovun kassasiya protestində irəli sürdüyü sonuncu dəlillə razılaşaraq qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi bir tərəfdən X8nin əməlini CM-nin 181.2.1 və 181.2.3-cü maddələrindən CM-nin 307.1-ci maddəsinə tövsif olunması, yəni onun quldurluq cinayətini törətdiklərinə görə məhkum olunmuş Məhkum3la, Məhkum1 və Məhkum2la birlikdə qrupun tərkibində iştirak etməməsi qənaətinə gəldiyi halda, adları çəkilən məhkumlara qarşı irəli sürülmüş ittihamdan o nların ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək quldurluq törəmələrinə dair müddəaları sonunculara elan olunmuş itthamdan xaric etməmiş, bununla da cinayət qanununun yuxarıda göstərilən normalarının tətbiqində səhvə yol vermişdir. Məhkəmə kollegiyası təhlil edilən məsələyə dair kassasiya protestinin dəlilini əsaslı sayır və həmin protestin bu hissədə təmin edilməsini mümkün bilərək belə qənaətə gəlir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 aprel 2022-ci il tarixli qərarında dəyişiklik edilməklə Məhkum1, Məhkum3 və Məhkum2 X8 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə CM-nin 181.2.1 və 181.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti, yəni quldurluğu ilə qabaqcadan əlbir olmuş bir qrup şəxs şəklində törətmələrinə dair müddəalar həmin qərardan və o nunla bağlı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli hökmündən xaric edilməlidir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməs barədə dövlət ittihamçısı A.M.Hüseynlinin çıxışını dinləyərək hesab edir ki, kassasiya protesti qismən təmin edilməklə hazırki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 aprel 20022-ci il tarixli qərarında dəyişiklik edilməli və Məhkum1, Məhkum3 və Məhkum2 X8 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə CM-nin 181.2.1 və 181.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti, yəni quldurluğu ilə qabaqcadan əlbir olmuş bir qrup şəxs şəklində törətmələrinə dair müddəalar həmin qərardan və onunla bağlı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli hökmündən xaric edilməlid ir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddələrini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı Hüseynov Elnar Əli oğlunun kassasiya protesti qismən edilsin. Məhkum3, Məhkum1, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.3-cü maddələri ilə, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə və Məhkum2 CM-nin 177.2.1, 177.2.2, 181.2.1, 181.2.2 və 181.2.3cü maddələri ilə təqsirli bilinərək məhkum olunmalarına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 aprel 2022-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum3, Məhkum1 və Məhkum2 X14 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə CM-nin 181.2.1 və 181.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti, yəni quldurluğu ilə qabaqcadan əlbir olmuş bir qrup şəxs şəklində törətmələrinə dair müddəalar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 aprel 2022-ci il tarixli qərarından və onunla bağlı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli hökmündən xaric edilsin. Qərar kassasiya protestinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1573/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1573/2022
20.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver