Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1573/2023 11.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 oktyabr 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (sədrlik edən hakim Bəxtiyar Məmmədov) 24 may 2022-ci il tarixli, 1(011)-212/2022 nömrəli hökmü ilə xx xxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 185.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 il 08 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi ev 6/4 yataqxanada yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.1, 177.2.2, 177.2.3 və 185.2.2-ci maddələri ilə təqsirli bilinib, CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 185.2.2-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 3 (üç) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökmlə həmçinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 da təqsirli bilinib məhkum olunmuşlar. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum edilmişdir ona görə ki, o, 28 noyabr 2021-ci il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs3 məxsus VAZ-2107 markalı **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobili ünvan 1 ünvanının qarşısından talama məqsədi olmadan ələ keçirib qaçırmaqla idarə etdikdən sonra avtomobili xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Nizami rayonu E.Süleymanov küçəsi ərazisində saxlayıb, avtomobilin içərisində olan 1 ədəd dəyəri 280 manat olan “Pioneer” markalı maqnitofon və bir ədədinin dəyəri 50 manat cəmi iki ədəd səsgücləndiricini gizli talayıb oğurlamaqla zərərçəkmiş şəxsə ümumilikdə 380 manat məbləğində zərər vurub oradan uzaqlaşmışdır. Bundan başqa o, təkrarən 04 dekabr 2021-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs1 məxsus “VAZ-2105” markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobili ünvan 2 ünvanın qarşısında talama məqsədi olmadan qanunsuz ələ keçirib idarə etdikdən sonra həmin tarixdə ünvan 3 ünvanda avtomobili saxlayaraq oradan uzaqlaşmışdır. Bundan başqa o, tə krarən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində özgənin əmlakını talamaq məqsədilə 07 yanvar 2022-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri Xətai rayonu 8 Noyabr prospekti 106-da ünvanında yerləşən evinin plastik qapısını bıçaqla açmaq yolu ilə içəri qanunsuz daxil olub oradan qiyməti 70 manat olan bir ədəd “Samsung” markalı tozsoran, qiyməti 60 manat olan bir ədəd “Korkmaz” markalı tozsoran, bir ədədinin qiyməti 10 manat olan ümumi dəyəri 20 manat təşkil edən iki ədəd tozsoranın hava borusu, qiyməti 200 manat olan bir ədəd ağ rəngli “Moulinex” markalı çörəkbişirən, qiyməti 500 manat olan bir ədəd “Sintra” markalı su təmizləyən aparat, qiyməti 250 manat olan bir ədəd “ATLLA” markalı “SVC-19 KVA” modelli t ənzimləyici (stabilizator), qiyməti 50 manat olan bir ədəd “JONCHN” markalı “AVR-1500 VV Automatic Voltage Regulator” modelli tənzimləyici (stabilizator), qiyməti 70 manat olan bir ədəd “HİT” markalı, “CH 3000” modelli tənzimləyici (stabilizator), qiyməti 40 manat olan bir ədəd “CANDAN” markalı “CM01” modelli plastik boru yapışdırıcı ütünü gizli talamaqla zərərçəkmiş şəxsə ümumilikdə 1250 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Faiq Qasımov (sədrlik edən və məruzəçi), Elmar Rəhimov və Kamran Əkbərov) 20 oktyabr 2022-ci il tarixli, 1(103)-1385/2022 nömrəli qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli, 1(011)-212/2022 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilm əmişdir. Məhkum kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsinə xitam verilməsini, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 185.2.2-ci maddəsinin həmin Məcəllənin 185.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məhkum onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 oktyabr 2022-ci il tarixli qərarı əsassızdır. Belə ki, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı 28 noyabr 2021-ci il tarixdə (epizod) talama məqsədi olmadan qaçırdığı iddia edilən **-MC-*** nömrə nişanı VAZ 2107 markalı avtomobil və həmin avtomob ilin içərisindəki əşyaların gizli talayıb oğurlaması barəsində hər hansı bir istintaq hərəkəti aparılmamış və məhkəmələrdə bu halı araşdırmadan, yəni Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərin pozmaqla əsassız ittiham üzrə qanunsuz hökm qəbul etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının və məhkumun çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmalı, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 oktyabr 2022-ci il tarixli 1(103)-1385/2022 nömrəli qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya k assasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Məhkum kassasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, onun tərəfindən 28 noyabr 2021-ci il tarixdə VAZ 2107 markalı **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobilin talama məqsədi olmadan qaçırılması və həmin avtomobildən maqnitofon və səsgücləndiricilərinin oğurluq edilməsi sübuta yetirilməmiş, lakin əsassız və qanunsuz olaraq o, həmin cinayət əməlinin törədilməsində təqsirli bilinmişdir. Məhkəmə kollegiy ası cinayət işinin materiallarını araşdıraraq qeyd edir ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təqsirləndirilən şəxs Məhkum 28 noyabr 2021-ci il tarixdə VAZ 2107 markalı **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobilin talama məqsədi olmadan qaçırması və həmin avtomobildən oğurluq etməsi təsdiq olunmur. Belə ki, iş materiallarından da göründüyü kimi onun 28 noyabr 2021-ci il tarixdə VAZ 2107 markalı **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobilin talama məqsədi olmadan qaçırılması və həmin avtomobildən oğurluq etmə faktı üzrə cinayət işi Zərərçəkmiş şəxs3 şikayət ərizəsi əsasında başlanmışdır. İstintaqın gedişi ilə əlaqədar əməliyyat tapşırığı verilmiş və şübhəli şəxs qismində Məhkum cəlb edilmişdir. İbtidai istintaq zamanı iş üzrə şübhəli bilinən Məhkum talama məqsədi olmadan avtomo bilin qaçırılması və həmin avtomobildən oğurluq etməsi barədə ibtidai istintaqda ifadə vermiş və təqsirini boynuna almışdır. Məhkum F.A.Əliyevin ifadəsindən başqa istintaq orqanı onun həmin epizod üzrə təqsirini təsdiq edən hər hansı bir digər sübut əldə etməmiş və məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. İşə məhkəmə istintaqı zamanı baxılarkən təqsirləndirilən şəxs Məhkum talama məqsədi olmadan avtomobilin qaçırılması və həmin avtomobildən oğurluq etməsi üzrə ittiham üzrə verilmiş iki epizoddan yalnız birini etiraf etmiş, 28 noyabr 2021-ci il tarixdə VAZ 2107 ma rkalı **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobilin talama məqsədi olmadan avtomobilin qaçırılması və həmin avtomobildən oğurluq etməsi epizodunu isə inkar etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən isə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CM-in 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tə hqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra, mötəbər sübutlar əsasında çıxarılmalıdır. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən qanun normalarının tələblərinə əsaslanaraq belə qənaətə gəlir ki, Məhkum Zərərçəkmiş şəxs3 məxsus VAZ 2107 markalı **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobilin talama məqsədi olmadan avtomobilin qaçırılması və həmin avtomobildən oğurluq etməsi sübuta yetirilməmişdir. Belə ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsindən başqa qeyd olunan epizodu sübut edə biləcək hər hansı sübut mövcud deyildir. Azərbaycan Respublikası CPM-in 39.2-ci maddəsinə görə hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. Məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş X1 talama məqsədi olmadan avtomobilin qaçırılması və həmin avtomobildən oğurluq etməsi epizodu Məhkum ittihamından xaric edilməli və həmin epizod üzrə Məhkum barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum digər epizodlar üzrə verilmiş ittiham üzrə isə təqsirli olması onun özünün verdiyi ifadələri ilə yanaşı zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və işin digə r materialları ilə təsdiq edilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan t ətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Məhkum tərəfindən VAZ 2107 markalı **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobilin talama məqsədi olmadan avtomobilin qaçırılması və həmin avtomobildən oğurluq edilməsi təqsiri sübuta yetirilmədiyindən onun əməlinin CM-in 177.2.2 və 185.2.2-ci maddələri ilə tövsif edilməsi əsassızdır, işə baxan məhkəmələr Məhkum qeyd olunan cinayətləri törətməsi barədə nəticəyə gələrkən səhvə yol vermişlər. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2. 3 və 185.1-ci maddələri ilə tövsif olunmalı və ona həmin maddələr ilə cəza təyin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalət li balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. Bu baxımdan da kassasiya kol legiyası işə baxan məhkəmələrin təqsirləndirilən şəxs Məhkum əməllərinin tövsifi ilə bağlı mövqeyini əsaslı hesab etmir. Beləliklə, kassasiya şikayətinin dəlilləri əsaslı olduğundan şikayət təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilməli, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ümumi ittihamdan xaric edilməli, Məhkum əməli Azərbaycan Respublikası CM-in 185.2.2ci maddəsindən həmin Məcəllənin 185.1-ci maddəsinə tövsif edilməli və ona törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə və işin hallarına uyğun olaraq Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 185.1-ci maddələri ilə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddə sinə görə məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-in 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Azərbaycan Respublikası CPM-in 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdiril miş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 350.4, 416.0.15 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilsin. Məhkum Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 185.2.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 oktyabr 2022-ci il tarixli qərarı Məhkum aid olan hissədə dəyişdirilsin. 28 noyabr 2021-ci il tarixdə VAZ-2107 markalı **-MC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin talama məqsədi olmadan qa çırması və həmin avtomobildən oğurluq etmə epizodu üzrə Məhkum təqsiri sübuta yetirilmədiyindən onun barəsində həmin epizod üzrə cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-in 39.2-ci maddəsinə əsasən xitam verilsin. Məhkum ittihamından Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi xaric edilsin. Məhkum əməli Azərbaycan Respublikası CM-in 185.2.2-ci maddəsindən həmin Məcəllənin 185.1-ci maddəsinə tövsif edilsin və həmin maddə ilə ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkum Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla Məhkum qəti olaraq 3 (üç) il müddətə azad lıqdan məhrum etmə cəzası təyin edilsin. Zərərçəkmiş şəxs3 məxsus VAZ-2107 markalı **-MC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinin qaçırması və həmin avtomobildən maqnitofon və iki səsgücləndiricinin oğurlanması barədə cinayət işi üzrə materialları cinayəti törətmiş şəxsin müəyyən edilməsi və həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün Bakı şəhəri Xətai rayon prokuroruna qaytarılsın. Qərarın Məhkum aid qalan hissəsi dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1573/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1573/2023
11.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver