Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1573/2024 16.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rzayeva Zeynəb Azad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 yanvar 2024-cü il tarixli, 1(104)-32/2024 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı Rizvanov Qalib Arif oğlu tərəfindən verilmiş kassasiya prot estinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ağstafa Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 1(015)-12/2023 nömrəli hökmü ilə (hakimlər: N.Abbasov) xx.xx.1987-ci ildə Ağstafa şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, X qeydiyyatda olan, x binada yaşayan X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3-2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilmiş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı Səlimov Vasif Ələmdar oğlu tərəfindən apellyasiya protesti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 y anvar 2024-cü il tarixli, 1(104)-32/2024 nömrəli qərarı ilə (hakimlər: N.T.Əliyev (sədrlik edən), R.M.Cəfərov və Ə.G.Abdullayev) verilmiş apellyasiya protesti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 yanvar 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti vermişdir. İşin halları: Cinayət təqibi orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3-2-ci maddəsi ilə irəli sürülmüş ittihama əsasən, X8 xx.xx.2022-ci il tarixdə saat 21 radələrində "Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur Departamentinin 7 nömrəli Ağstafa yol sahəsinin Ağstafa stansiyasının ərazisində istismara yararlı vəziyyətdə olan 1 ədəd çərçivə rels başmağının orta bazar qiyməti təxminən 31.0 ma nat, 7 ədədi 217.0 manat müəyyən edilən, ümumi qiyməti 217 manat olan 7 ədəd çərçivə rels başmaqlarını gizli yolla talamaqla ələ keçirmək istəyərkən Gəncə st. XPŞ-in, Ağstafa XPB-in əməkdaşları tərəfindən saxlanılan zaman gizli şəkildə talamaq istədiyi ümumi qiyməti 217 manat olan 7 ədəd çərçivə rels başmaqlarını hadisə yerində qoyub qaçaraq öz iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilməyib həmin yerdən qaçaraq oğurluğa cəhd etmişdir. Birinci instansiya məhkəməsi, cinayət təqibi orqanından fərqli olaraq X5 ona verilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3-2-ci maddəsi ilə ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən, ona həmin maddə ilə bəraət vermiş, bu nəticə ilə apellyasiya instansiyası məhkəməsi razılaşsa da, tərəfindən qəbul edilmiş qərar ın təsviriəsaslandırıcı hissəsində birinci instansiya məhkəməsinin bəraətin əsasının müəyyən edilməsində yanlışlığa yol verdiyini, Xa təqsirliliyinin sübuta yetirilməməsi əsası deyil, cinayət hadisəsi olmaması əsası ilə bəraətin verilməsini haqqında nəticəyə gəlmişdir. Kassasiya protestinin dəlilləri: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) normalarına, CM-nin müvafiq maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bir sıra qərarlarına istinad edərək işin müəyyən olunmuş faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi hazırki cinayət işinə baxarkən CPM-nin 416-cı maddəsində nəzərdə tutulan pozuntulara yol vermiş, sübutları CPM-nin 143-146-cı maddələrində göstərilən tələblərə uyğun tədqiq etməmiş, birinci instansiya məhkəməsi tərəfindən X7 bəraət verilərkən, apellyasiya instansiyası məhkəməsi isə bu nəticə ilə razılaşarkən faktiki olaraq Xa qarşı irəli sürülmüş maddi və prosessual hüquq normalarının tələbləri ilə uzlaşan nəticələri hasil etmişlər. Kassasiya protestinin digər dəlili isə odur ki, hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin bəraətin əsasının müəyyən edilməsində yanlışlığa yol verdiyi qeyd etməklə, Xa təqsirliliyinin sübuta yetirilməməsi əsası deyil, cinayət hadisəsi olmaması əsası ilə bəraətin verilməsi haqqında nəticəyə gəlsə də, yekunda apellyasiya protestini təmin etmədən, Ağstafa rayon məhkəməs inin 22 iyun 2023-cü il tarixli hökmünü dəyişdirilmədən saxlamaqla cinayət prosessual qanunvericiliyin tələblərinə zidd qənaətə gəlmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 mart 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəki ldə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəməni n kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində X1 və sübutetməyə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulması ilə əsassız və qanunsuz olaraq bəraət verildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 yanvar 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi də bu maddədə təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipinə görə (CPM, maddə 33) hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Cinayət-Prosessual Məcəllənin 125, 144-146cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbə yinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Cinayət təqibi orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3-2-ci maddəsi ilə irəli sürülmüş ittihama əsasən X8 xx.xx.2022-ci il tarixdə, saat 21 radələrində "Azərbaycan Dəmir Yolları” QSC -nin İnfrastruktur Departamentinin 7 nömrəli Ağstafa yol sahəsinin Ağstafa stansiyasının ərazisində istismara yararlı vəziyyətdə olan ümumi qiyməti 217 manat olan 7 ədəd çərçivə rels başmaqlarını gizli yolla talamaqla ələ keçirmək istəyərkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Ağstafa Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli hökmünə və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 yanvar 2024-cü il tarixli qərarına diqqət etdikdə müəyyən olunur ki, məhkəmələr bir tərəfdən rels başmaqlarının X tərəfindən sökülməməsinə, rels başmaqlarının dəmir yolu xəttindən kənara yığılmasına, sökülərək kənara yığılmış rels başmaqlarının oğurlanmasının dəmir yollarının fəaliyyətinə heç bir təsir etməməsinə, digər tərəfdən isə rels başmaqlarının yararsız olmasına istinad edərək biri nci instansiya məhkəməsi ittiham üzrə Xun təqsirliliyin sübuta yetməməsi əsası ilə, apellyasiya məhkəməsi isə bəraətin əsasını dəyişərək cinayət hadisəsi olmaması əsası ilə Xa bəraətin verilməsi haqqında nəticəyə gəlmişlər. Xa ibtidai istintaq orqanı tərəfindən təqsirləndirldiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsinin dispozisiyasına görə (əsas tərkibi təsbit edən CM-in 177.1-ci maddəsi ilə birlikdə götürülməklə), həmin norma neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədilmiş qizli talamaya görə cinayət məsuliyyəti nəzərdə tutmuşdur. Cinayət Məcəlləsinin 29-cu maddəsinə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərək ətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Qeyd olunan maddi hüquq normasının dispozisiyasına diqqət etdikdə aydın olur ki, qanunverici təqsirli şəxsin hərəkətin kriminallığını dəmir yolu xətlərinə münasibətdə törədilməsi ilə əlaqələndirir və məhz “münasibətdə” (bu həm də özündə bilvasitəliyi ehtiva edir) sözündən çıxış etməklə ictimai təhlükəli nəticəni (dəmir yolu xətləri ilə bağlı) baş verməsini həmin sözdən asılı edir. Sadə oğurluqdan fərqli olaraq qanunvericinin dəmir yolu xətlərinə münasibətdə oğurluq cinayətinin ictimai təhlükəliyinin daha yüksək dəyərləndirməsi onunla əlaqədardır ki, baş tutmuş qəsdin birbaşa və dolayı zərəri kifayət qədər yüksək olmaqla nəticə etibari ilə dəmir yollarının fəaliyyətinə, qata rların hərəkətinə, yüklərin (o cümlədən təhlükəli yüklərin) daşınmasına, sərnişinlərin təhlükəsizliyinə, transportu iflic vəziyyətə salınmasına təsir etməklə ciddi və ağır ictimai-təhlükəli nəticələrə səbəb olur. Digər tərəfdən yuxarıda sadalanmış hallarla yanaşı dəmir yolu yük və sərnişin daşımada böyük rolu oynamaqla, dövlət üçün həm siyasi, həm iqtisadi, həm də strateji baxımdan çox vacib əhəmiyyət kəsb etdiyindən, qeyd olunan obyektin kompleks şəkildə təhlükəsizliyinin (dəmir yolunun xüsusi mühafizə zonası və ya təhkim zolağı daxil olmaqla) təmin edilməsi əsas hədəf olmaqla məhz cinayət qanuni ilə qorunması tələb olunan zəruri obyektlər sırasına daxil edilmişdir. Cinayət Məcəlləsinin müddəalarına aralarında məntiqi bağlılıq olan normalar sistemi kimi yanaşıb, onları bir-biri ilə əlaq ələndirməklə və qanunvericinin iradəsini rəhbər tutmaqla nəzərdən keçirdikdə, müəyyən olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsinin dispozisiyasına əks olunmuş “dəmir yolu xətlərinə münasibətdə” ifadəsi təkcə bilavasitə dəmir yol xəttinə müdaxilə etməklə gizli talamanı deyil, həmdə dəmir yolu xətlərinə bitişik ərazidə (xəttə yaxın ərazidə) dəmir yolu avadanlıqlarının oğurlanmasını özündə ehtiva edir. Yuxarıda sadalanmış hallardan çıxış edərək kollegiya qeyd edir ki, məhkəmələr bu tip cinayət işlərinə baxarkən işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün halları, o cümlədən gizli talamanın bilavasitə dəmir yolu xətlərinə müdaxilə etməklə, yoxsa dəmir yolu xətlərinə bitişik ərazidə dəmir yolu avadanlıqlarını talamaqla həyata keçirilməsi, hadisə tör ədildikdən sonra fəsadların (dəmir yollarının fəaliyyətinə, qatarların hərəkətinə, yüklərin daşınmasına, sərnişinlərin təhlükəsizliyinə təsir edib etməməsi) baş verib verməməsi, oğurlanmış avadanlığın yararlı olub-olmaması və digər xüsusatları hərtərəfli araşdırılmalıdır. Hazırki iş üzrə məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiya məhkəmələri həm ibtidai istintaq zamanı toplanmış, həm də məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutları düzgün qiymətləndirmədən əsassız olaraq yuxarıda qeyd olunan nəticəyə gəlmişlər. Belə ki, bəraət almış şəxs X5 birinci instansiya məhkəməsində vermiş olduğu ifadəsindən görünür ki, sonuncu 19 may 2022-ci il tarixdə saat 21 radələrində piyada evinə gedərkən Ağstafa stansiyasının yaxınlığında Böyük-Kəsik istiqamətinə görə yolun sağ tə rəfində dəmiryolu xəttinin kənarına 7 ədəd çərçivə rels başmaqlarının yığıldığını görmüşdür. Həmin başmaqların dəmiryolu idarəsinə aid olduğunu bilməmiş, maddi vəziyyəti çətin olduğundan onları götürüb satmaq qərarına gəlmişdir. xx.xx.2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Gəncə st. XPŞ-in, Ağstafa st. XPB-in, TQ-in təhqiqatçısı, polis mayoru X10 tərəfindən Şahid3 məxsus “x” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və həmin avtomobilin yük yerindən 7 ədəd çərçivə rels başmaqları aşkar edilərək götürülmüşdür. "xxxx" QSC-nin Gəncə Apellyasiya Məhkəməsinin sorğusuna verilmiş 20 dekabr 2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, X5 "xxxx" QSC-nin İnfrastruktur Departamentinin 7 nömrəli Ağstafa yol sahəsinin Ağstafa stansi yasının ərazisində sökərək oğurlamaq istədiyi 7 ədəd çərçivə rels başmaqları istismara yararlı olmuş, həmin rels başmaqlarının sökülməsi nəticəsində qeyd edilən istiqamətdə qatarların hərəkətinə maneə yaranmışdır. Göründüyü kimi X8 dəmiryolu xəttinə aid olan 7 ədəd çərçivə rels başmaqlarını satmaq məqsədilə götürmək istədiyini etiraf etdiyi halda, həmçinin xx.xx.2022-ci il tarixli baxış keçirilməsi haqqında protokol həmin avadanlıqların ondan aşkar olunduğu vəziyyətdə, eyni zamanda "xxxx" QSC-nin Gəncə Apellyasiya Məhkəməsinin sorğusuna verilmiş 20 dekabr 2023-cü il tarixli cavab məktubunda 7 ədəd çərçivə rels başmaqları istismara yararlı olduğu, həmin rels başmaqlarının sökülməsi nəticəsində qeyd edilən istiqamətdə qatarların hərəkətinə maneə yarandığı təsdiq olunduğu halda, məhkəmələrin Xun qeyd olunan avadanlıqları bilavasitə dəmir yol xəttindən sökməməsindən çıxış edərək sonuncuya bəraətin verilməsi ilə bağlı yekun qənaətə gəlmişlər. Lakin aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilmiş yekun məhkəmə aktları cinayət-hüquqi normasının yanlış təfsirinə əsaslandığından, həmçinin məhkəmələr gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirmədiyindən mübahisələndirilən məhkəmə aktları ədalətli məhkəmə aktları kimi qiymətləndirilə bilməz Bundan başqa aşağı instansiya məhkəmələrinin hadisə yerinə baxış zamanı çəkilmiş fotoşəkillərdən çıxış edərək Xun rels başmaqlarını götürdüyü yerin dəmiryolu nəqliyyatından kənarda yerləşirməsinə istinad edərək, göstərilən bu xüsusatın onun təqsirliliyini təkzib edən hal kimi dəyərləndirmişlər. Bununla bağlı öyrənilmiş cinayət işi materiallarından müəyyən olunur ki, nə birinci, nə də, apellyasiya instansiyası məhkəməsi qeyd olunan əşyaların dəmir yolunun xüsusi mühafizə zonasında və ya təhkim zolağında olub-olmamasını araşdırmamışlar, həmin əşyaların dəmir yolu avadanlıqların aid olmasına əhəmiyyət verməmişlər. Bu isə öz növbəsində birinci və apellyasiya instansiyası məhkəməsində aparılmış araşdırmaların natamam olmasına, o cümlədən sübutların CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə tədqiq edilməməsinə dəlalət edən hal kimi qiymətləndirilməlidir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, 07 ədəd çərçivə rels başmaqlarının istismara yararlı olub-olmaması hazırkı işin düzgün həll olunması üçün mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq ( məhkəmə sorğularına münasibətdə "xxxx" QSC-nin İnfrastru ktur Departamentinin rəisi x cavab məktubları baxımından) işə baxan məhkəmələr cinayət-prosessual normalardan, eləcə də cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinin müddəalarından (CPM, maddə 28) irəli gələn vəzifələrini lazımınca yerinə yetirməmiş, o cümlədən həmin rels başmaqlarının nə vaxt və hansı səbəbdən dəyişdirilməsi, onların istismar müddətinin keçib-keçməməsi, istifadəyə yararlı və ya yararsız olması barədə ekspertizanın keçirilməsi üçün səy göstərməmişlər, şübhəli olan məlumatlardan çıxış etməklə, yəni sübutetmə predmeti barədə yekun nəticələri bunun üçün kifayət edən tam, hərtərəfli və obyektiv araşdırılmış mümkün sübutların məcmusundan hasil etməyi tələb edən cinayət-prosessual qanunun 145, 146-cı maddələrinin tələblərinin ziddinə olaraq X 5 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3-2-ci maddəsi ilə irəli sürülmüş ittihamın üzrə onun təqsirliliyinin və cinayət hadisəsinin olmaması haqqında nəticəyə gəlmişlər. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən X7 Cinayət Məcəlləsinin Azərbaycan Respublikası CM-in 29, 177.2.3-2-ci maddəsi ilə verilmiş bəraətin əsası da, qərarda düzgün müəyyən olunmamamışdır. Belə ki, apellyasiya məhkəməsi xx.xx.2022-ci il tarixdə baş vermiş hadisənin cinayət hadisəsinin olmaması haqqında nəticəyə gələrək, bəraəti Cinayət-Prosessual Məcəlləsinin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət hadisəsinin olmaması əsası ilə vermişdir. Bununla bağlı qeyd olunamlıdr ki, Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət əm lakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan, həmin Məcəllənin 177.2.1–177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Göründüyü kimi, sadə şəkildə oğurluq cinayəti üzrə məsuliyyətin yaranması üçün mülkiyyətçiyə və ya əmlakın digər sahibinə vurulmuş ziyanın məbləği beş yüz manatdan, tövsif edici əlamətə münasibətdə isə yüz manatdan artıq olmalıdır. Hazırkı halda verilmiş ittihama əsasən X5 götürməyə cəhd etdiyi əmlakın ümumi dəyəri 217 manat təşkil edir ki, bu da şəxsin əməlində tövsifedici əlamət olmadığı halda cinayət tərkibi (CM-177.1-ci maddəyə münasibətdə) xarakterizə edən əsas əlamətlərdən – obyektiv cəhətin mövcudluğunu istisna edir ki, bu da əməldə cinayət tərkib inin olmaması əsası ilə cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsini labüd edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, bir neçə cinayət törətməkdə ittiham olunan və əməli cinayət qanununun bir və ya bir neçə maddəsi ilə tövsif edilən şəxs haqqında bəraət hökmü çıxarılarkən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində hər bir maddə üzrə təqsirləndirilən şəxsin təqsirsiz olması barədə gəldiyi nəticəni əsaslandırmalı, nəticəvi hissəsində isə ona cinayət qanununun hansı maddəsi ilə və cinayət-prosessual qanunda nəzərdə tutulmuş hansı əsasla bəraət verildiyini göstərməlidir. Plenum qərarında həmçinin göstərilir ki, şəxsə cinayət qanunun bir maddəsi ilə bir əmələ görə irəli sürülmüş ittih am üzrə bəraət yalnız cinayət-prosessual qanunda göstərilən bəraətin əsaslarından biri ilə verilə bilər. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərindən çıxış edərək X7 Azərbaycan Respublikası CM-in 29, 177.2.3-2-ci maddəsilə bəraətin verilməsi ilə bağlı cinayət prosessual qanununun normalarının apellyasiya məhkəməsi tərəfindən nə cür tətbiq edildiyini yoxlayıb belə nəticəyə gəlir ki, apellyasiya məhkəməsi Xa bəraəti CinayətProsessual Məcəlləsinin CPM-nin 42.1.1-ci (cinayət hadisəsinin olmaması) maddəsi ilə verməklə düzgün qənaətə gəlməmişdir. Cinayət-Prosessual Məcəllənin 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Başqa sözlə, kassasiya instansiyası məhkəməsinin hüquq məsələləri üzrə nəticələrə gəlməsi üçün əsas rolunda onun özünün işin fakti ki hallarına dair qənaəti, sübutların qiymətləndirilməsinə dair mülahizələri deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin sübutların qiymətləndirilməsi və faktlar barədə qənaətləri çıxış etməlidir. Bu səbəbdən, birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsi, faktların müəyyən edilməsi üzrə nəticələri proses iştirakçıları tərəfindən mübahisələndirildiyi halda (bununla bağlı tələbləri), həmin dəlillərin apellyasiya instansiyası məhkəməsində lazımınca yoxlanılması kassasiya instansiyası məhkəməsi üçün mühüm əhəmiyyət kəsb edir. Çünki, özü bilavasitə sübutları tədqiq edib faktları müəyyən etmək səlahiyyətində olmayan kassasiya instansiyası məhkəməsi yalnız bu məsələlər apellyasiya instansiyası məhkəməsində tam, hərtərəfli və obyektiv yoxlanıldıqda, onların (həqiqili yi şübhə doğurmayan faktların) üzərində öz mülahizə və nəticələrini qura bilər. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın həmin meyarlara cavab verməməsi kassasiya instansiyası məhkəməsinin bu cür, yəni sübutetmənin, faktların mübahisələndirildiyi və belə dəlillərlə məhkəmə qərarlarının ləğv edilməsi haqqında tələblərin irəli sürüldüyü kassasiya müraciətləri üzrə nəticələrə gəlməsi üçün ciddi maneə yaradır. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın keyfiyyətli və onun nəticələrinin inandırıcı olması üçün isə belə araşdırma zamanı sübutların bilavasitə tədqiq edilməsi və faktların bir daha araşdırılması tələb olunur ki, bunu da məhkəmə istintaqı aparmadan həyata keçirmək mümkün deyil. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci i l tarixli Qərarında qeyd olunur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. İşin müəyyən edilmiş faktiki hallarını cinayət-prosessual qanunvericiliyinin yuxarıda şərh edilən normalarının tələbləri, Ali Məhkəmənin tövsiyələri ilə müqayisə etməklə apellyasiya instansiyası məhkəməsinin qərarını yoxladıqda həmin yekun məhkəmə aktının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə və Ali Məhkəmənin Plenum qərarında əks olunmuş hüquqi mövqeyinə cavab vermədiyi müəyyən olunur. Odur ki, hazırki qərarın "Hüquqi məsələlər” hissəsində göstərilənlər bütövlükdə apellyasiya instansiyası məhkəməsinin apellyasiya müraciətlərinə əsasən işə baxarkən və bu baxışın nəticəsində yekun qərar qəbul edərkən X7 münasibətdə zəruri olan sübutların tədqiqindən, iş üzrə mövcud olan ziddiyyətlərin aradan qaldırılması (həqiqətin müəyyən edilməsi) üçün lazımı araşdırmanın aparılmasından imtina etməsinə, araşdırılmış sübutları CPM-nin 143-146-cı maddəsinin tələblərinə uyğun olaraq qiymətləndirməməsinə və adı çəkilən şəxsin barəsində müvafiq nəticəyə gələrkən yolverilməz sübutlara əsaslanmasına dəlalət edir, bu isə apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın kassasiya qaydasında ləğv edilməsini şərtləndirən və CPM-nin 416.1.1, 416.1.2 və 416.1.3cü maddələrində nəzərdə t utulmuş pozuntulara yol verdiyini göstərir. Məhkəmə kollegiyası hesab edir ki, bu çatışmazlıqların mövcudluğu vəziyyətində apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərar qüvvədə saxlanıla bilməz və belə vəziyyət iş üzrə həqiqətin müəyyən edilməsi üçün təkrar araşdırmanın aparılmasını, araşdırılmış bütün sübutlara onların X7 qarşı irəli sürülmüş ittiham üzrə təqsirli və ya təqsirsiz olması barədə nəticəyə gəlmək üçün kifayət etməsi nöqteyi nəzərindən qiymət verilməsini labüd edir. Beləliklə məhkəmə kollegiyası kassasiya kassasiya protestinin təmin edilməsi haqda dövlət ittihamçısının çıxışını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya protesti təmin edilməklə X7 CM-nin 29, 177.2.3-2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Ko llegiyasının 12 yanvar 2024-cü il tarixli, 1(104)-32/2024 nömrəli qərarı ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin olunmalıdır. Bu qənaətə gələrkən məhkəmə kollegiyası CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Belə ki, CPM-nin 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının X5 barəsində olan 12 yanvar 2024-cü il tarixli, 1(104)-32/2024 nömrəli qərarı ləğv edilsin, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-1573/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1573/2024
16.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver