Məhkəmə qərarları › İş №1(102)-1574/2018

Ali Məhkəmə Qərar — İş №1(102)-1574/2018

15.11.2018 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1574/2018 15.11.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ “15” noyabr 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri: Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), X5 və X6 oğlundan ibarət tərkibdə; Hüseynov Sərxan Sərvər oğlunun katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2 və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xx 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi M üdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə baxılması üzrə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xx 2018-ci il tarixli hökmü ilə (hakim Ə.Hacıyevin sədrliyi və məruzəsi ilə, hakimlər R.Sadıxov, F.Qəribov) xx xx 1995-ci il tarixdə Dəvəçi (Şabran) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İŞİN H A L L A R İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xx 2018-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 2017-ci il 14 dek abr tarixdə, saat 22:30-da, dayısı X1 ilə birlikdə Şabran şəhəri, Z.Əliyeva küçəsi ilə mağazaya gedərkən həmin küçədə yerləşən “Ziya” kafesinin yaxınlığında rastlaşdıqları Şabran şəhər sakini X3 ilə “salam vermə” üstündə sonuncular arasında şəxsi münasibətlər zəminində yaranmış və sonradan qarşılıqlı əlbəyaxa davasına çevrilmiş münaqişə zamanı dayısı Z qarşı zor tətbiq edən Ə fiziki cəhətdən onların hər ikisindən daha güclü olduğunu və bu səbəbdən ona müqavimət göstərə bilməyəcəyini görüb münaqisə yerini tərk edərək yaxınlıqda yerləşən evinə tərəf qaçmış və evdə ələ keçirdiyi köhnə mətbəx bıçağı ilə yenidən münaqişə yerinə qayıtmışdır. Orada dayısı ilə əlbəyaxa olan Ə qarnının yan və ön nahiyələrindən həmin bıçaqla iki zərbə endirərək ona sağlamlığının qısa müddətə pozulmasına səbəb olmu ş “qarının sağ yarısının yan divarının boşluğa keçməyən kəsilmiş-deşilmiş yara”dan ibarət bədən xəsarəti yetirməklə qəsdən sağlamlığa yüngül və yetirilən anda həyat üçün təhlükəli olması əlamətinə görə ağır xəsarətlər növünə aid edilmiş “qarının sağ yarısının ön divarının qarın boşluğuna nüfuz edən və qara ciyərin zədələnməsi ilə nəticələnmiş kəsilmiş-deşilmiş yara”dan ibarət bədən xəsarəti yetirməklə qəsdən onun sağlamlığına ağır zərər vurmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xx 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim F.G.Zeynallı, hakimlər V.C.Cəfərov və E.M.Əhmədovdan ibarət məhkəmə tərkibi) Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xx 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xx 2018-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏT İNİN D Ə L İ L L Ə R İ: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarla razı olmadığını, qərar qəbul edilərkən cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarının düzgün tətbiq edilməməsini və sübutların tədqiq edilməməsini qeyd edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xx 2018-ci il tarixli qərarını ləğv edərək, işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətlərinə baxılmasının vaxtı və yeri barədə laz ımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə zərərçəkmiş şəxs X3 məhkəmə iclasında iştirak etməmişdir. Buna görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisi Müdafiəçi, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı İ.Yusifovun çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasi ya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Odur ki, məhkumun müdafiəçisinin kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və ədalətli qərarın çıxarılması haqqında tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası faktiki halların kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş sayılan faktiki halları rəhbər tutacaqdır. Cinayət işinin faktiki hallarına dair məhkəmələrin gəldikləri nəticələr isə iş materiallarından göründüyü kimi, qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair Azərbaycan Respublikası CPM-in 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, o cümlədən kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq məhk əmələr yekun qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə məhkumun, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin alınması, hadisə yerinin müayinə edilməsi, maddi sübutların götürülməsi, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habelə digər sübutların toplanması zamanı ibtidai araşdırma orqanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-in 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verilməmişdir. Kassasiya şikayətində məhkumun təqsirli olmasına dair müddəalar mübahisələndirilmədiyindən məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların şərh edilməsini zəruri hesab etmir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində mübahisə edilən məsələ qərar qəbul edilərkən cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarının düzgün tətbiq edilməməsi və sübutların tədqiq edilməməsi ilə bağlıdır. Məhkumun müdafiəçisi Müdafiəçi məhkum barəsində qəbul olunmuş qərarların cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarının düzgün tətbiq edilməməsi və sübutların tədqiq edilməməsi barədə kassasiya tələbini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi sübutların tədqiq edilməsi məsələsini həll edərkən Məhkum Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edərək, məhkumun ittiham olunduğu cin ayətin törədilməsində təqsirli bilinməsi haqda nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, istər Məhkum, istərsə də zərərçəkmiş şəxs Ə.Abbasovun ibtidai istintaqda verdikləri ifadələrin məzmunundan görünür ki, onların bu ifadələri cinayət işinin obyektiv hallarına uyğundur, bu ifadələr digər şahid ifadələri ilə də öz təsdiqini tapır. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı yuxarıda sadalanan sübutların əldə olunması və onların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol veril məmiş, işə birinci instansiya məhkəməsi baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmişdir. Məhkum isə müdafiəçinin iştirakı ilə ibtidai istintaqda verdiyi ifadələrində özünü ifşa edən məlumatlar təqdim etməsini, yəni özünün dediyinə görə törətmədiyi cinayəti etiraf etməsinin səbəbinə dair məhkəmədə tutarlı izah verə bilməmişdir. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirl iliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 146-cı maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası birinci instansiya və apellyasiya instansiyasının məhkəmə baxışı zamanı cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də, birinci və apellyasiya instansiyası məhkəmələri Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edərək, məhkumun ittiham olund uğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsi n təqsiri sübuta yetirildiyi halda çıxarılır.Məhkəmə kollegiyası Məhkum barəsində cinayət hadisəsinin baş vermə faktı və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin, Məhkum cinayət hadisəsi ilə əlaqəsi və əməlin törədilməsində təqsirliliyinə dair yuxarıda geniş şəkildə təhlil edib bir-biri ilə müqayisə edərək mənbəyinin mötəb ərliliyini müəyyənləşdirdiyi sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutlar üzrə tam, hərtərəfli və obyektiv araşdırma apararaq belə nəticəyə gəlir ki, Məhkum ittiham olunduğu cinayət əməlini törətməsi, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, hadisə yerinə baxış və üzləşmə protokolları, ekspertiza rəyləri, həmçinin, cinayət işi üzrə toplanmış digər dəlillərlə tam sübuta yetirilir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsinin tələblərini rəhbər tutaraq QƏRARA A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: Əziz Seyidov Hakimlər: İlqar Qılıcov Fərhad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar