Məhkəmə qərarları › İş №1(102)-1574/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1574/2023

06.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1574/2023 06.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Yusifov Şahin Yaşar oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Baş İdarəsinin nümayəndəsi, Bakı şəhəri 23 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Nümayəndə X2 iştirakları ilə x xxxxxx 1972-ci ildə Şamaxı şəhərində anad an olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində vergi ödəyicisi olaraq qeydiyyatda olan fiziki şəxs, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 205-1, 213-1.2.1 və 213-1.2.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 fevral 2023-cü il tarixli qərarından Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin nümayəndəsi, Bakı şəhəri 23 saylı Vəkil Bürosunun vəkili Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyy ən etdi: Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin (hakim R.Mürsəlov) 28 oktyabr 2020-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 205-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə cəzasına, CM-nin 213-1.2.1 və 213-1.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 46.2-ci maddəsi nəzərə alınmaqla 01 (bir) il müddətə spirtli içkilərin və tütün məmulatlarının alqı-satqısı fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar tam toplamaqla onun üzərində qəti olaraq 3000 (üç min) manat məbləğində cərimə cəzası və 01 (bir ) il müddətə spirtli içkilərin və tütün məmulatlarının alqı-satqısı fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, sonuncunun 18 oktyabr 2019-cu il tarixdən həbsdə və ev dustaqlığında qaldığı 01 (bir) il 10 (on) gün müddət nəzərə alınmaqla ona təyin olunmuş 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası çəkilmiş hesab edilmiş, Azərbaycan Respublikasının CM-nin 68.2-ci maddəsinə əsasən Məhkum təyin edilmiş 3000 manat məbləğində cərimə cəzası müstəqil icra olunması hökm edilmişdir. Hökmlə həmçinin Məhkum Azərbaycan Respublikası CM-nin 213-1.3-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsi,maddi sübutların taleyi və məhkəmə xərcləri məsələsi də həll edil mişdir. Bakı Apellyasiya Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 1(103)-337/2021 saylı qərarı ilə (hakimlər:R.Abdulov (sədrlik edən), Q.Babayev və Ə.Seyfəliyev) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin olunmuş, Məhkum Azərbaycan Respublikası CM-nin 205-1, 213-1.2.1 və 213-1.2.2-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 1(002)-47/2020 nömrəli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 205-1-ci maddəsi ilə təyin olunmuş 3000 (üç min) manat məbləğində cərimə cəzası və CM-nin 213-1.2.1 və 213- 1.2.2-ci maddələri ilə təyin olunmuş 01 (bir) il müddətə spirtli içkilərin və tütün məmulatlarının alqı-satqısı fəaliyyəti ilə məşğul olma hüququndan məh rum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən tam toplanılmaqla onun üzərində qəti olaraq 3000 (üç min) manat məbləğində cərimə cəzası və 01 (bir) il müddətə spirtli içkilərin və tütün məmulatlarının alqısatqısı fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası CM-nin 69.3-cü və 69.4-cü maddələrinə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2019-ci il tarixədək tutulduğu, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-cu il tarixədək həbsdə və ev dustaqlığında olduğu, cəmi 01 (bir) il 12 (on iki) gün müddət nəzərə alınmaqla ona təyin olunmuş 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası çəkilmiş hesab olunmaqla təyin edilmiş cərimə cəz ası yüngülləşdirilmiş və Məhkum üzərində qəti olaraq 01 (bir) il müddətinə spirtli içkilərin və tütün məmulatlarının alqı-satqısı fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 2500 (iki min beş yüz) manat məbləğində cərimə cəzası saxlanılmış, iş üzrə maddi sübutlar- Bakı şəhəri, Qaradağ rayonu, Sahil ŞTQ, M.Seyidov küçəsi, bazarın yanında ticarət cərgəsində yerləşən ərzaq mağazasında aşkar olunaraq götürülmüş 411 ədəd saxta aksiz markası ilə markalanmış alkoqollu içkilər dövlət nəfinə müsadirə edilmiş, qalan 258 ədəd aksiz markası ilə markalanmamış alkoqollu içkilər, 17782 qutu aksiz markası ilə markalanmamış tütün məmulatları və 105 ədəd aksiz markası ilə markalanmış alkoqollu içkilər Vergi qanunvericiliyinin tələblərinə uyğun müvafiq rəsmiləşdirilmə aparıldıqdan sonra sahibi Məh kum qaytarılmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 09 dekar 2021-ci il tarixli qərarı ilə (hakimlər:İ.Rəcəbov (sədlik edən), İ.Qılıcov və Ə.Novruzov) dövlət ittihamçısının kassasiya protesti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 03 mart 2021-ci il tarixli, 1(104)-337/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətləri İbtidai Araşdırılması Baş İdarəsindən Bakı Apellyasiya Məhkəməsinə müraciət edilərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 mart 2021-ci il tarixli, 1(103)-337/2021 saylı qərarda yaranan anlaşılmazlığın aradan qaldırılması xahiş olunmuşdur. Ərizədə Məhkum qaytarılmalı olan mallara vurulmalı aksiz markalarının növü (“daxili istehsal”, “idxal” və “müsadirə üçün”) hər bir markanın hansı qaydada və kim tərəfindən yapışdırılması məsələsi üzrə ziddiyətlərin həll edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 fevral 2023-cü il tarixli qərarı ilə (hakimlər:C.V.Hüseyn (sədlik edən), E.H.Allahverdiyev və H.Ç.Məmmədov) ərizə təmin edilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsi və Bakı Apellyasiya Məh kəməsinin Cinayət Kollegiyasının 03 mart 2022-ci il tarixli qərarında yol verilmiş anlaşılmazlığın aradan qaldırılması xahiş olunur. Məhkəmə kollegiyası verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə nümayəndələr E.Məmmədov və Nümayəndə, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbi qinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Azərbaycan Respublikası CPM-in 518.0-cı maddəsinə əsasən hökmü və ya digər yekun qərarını çıxarmış məhkəmə onun icrası zamanı yaranan aşağıdakı şübhə və anlaşılmazlıqları məhkumun və ya barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilmiş hüquqi şəxsin nümayəndəsinin ərizəsi, cəzanı və ya cinayət-hüquqi xarakterli digər tədbirləri icra edən müəssisə və ya orqanın təqdimatı əsasında, habelə öz təşəbbüsü ilə həll etmək hüququna malikdir: 518.0.1. hökmlə müəyyən edilmədiyi halda, cəzanın həddini, hüquqi şəxslərə təyin edilmiş cinayət-hüquqi tədbirlərin növlərini və həddini dəqiq müəyyən etmək; 518.0.2. hökmlə müəyyən edilmədiyi halda, azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməli olduğu cəzaçəkmə və ya tərbiyə müəssisəsinin növünü müəyyən etmək; 518.0.3. hökmlə həll edilmədiyi və ya anlaşılmazlıqla həll edildiyi halda, qətimkan tədbiri, məhkəmə xərclərinin bö lüşdürülməsi və ya maddi sübutların taleyi haqqında məsələləri həll etmək; 518.0.4. öz hökmünün və ya digər yekun qərarının başqa anlaşılmazlıqlarını aradan qaldırmaq. Kassasiya şikayətinin müəllifi apelyasiya instansiyası məhkəməsinin qərarında maddi sübutların taleyi haqqında məsələnin həllində anlaşılmazlıq olduğunu bildirir. Müəllifin fikrincə, həmin məhsullar aksiz markası ilə markalanmadığından formalaşmış məhkəmə təcrübəsində dövlət nəfinə müsadirə edilməsi barədə qərar çıxarılır. Məhkəmə kollegiyası qeyd edir ki,qanunvericiliyin yuxarıda istinad edilən normasından görünür ki, hökmlə həll edilmədiyi və ya anlaşılmazlıqla həll edildiyi halda, maddi sübutların taleyi haqqında məsələləri həll etmək hüququnu tanımışdır. Məhkəmə kollegiyası nəzərə alır ki, hazırkı iş üzrə maddi sübutla rın taleyi haqqında məsələ artıq həll edilmiş, bu barədə apelyasiya instansiyası məhkəməsinin qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 09 dekar 2021-ci il tarixli qərarı ilə kassasiya protesti təmin edilməmiş,apelyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Həmçinin, 258 ədəd aksiz markası ilə markalanmamış alkoqollu içkilərin, 17782 qutu aksiz markası ilə markalanmamış tütün məmulatlarının və 105 ədəd aksiz markası ilə markalanmış alkoqollu içkilərin Vergi qanunvericiliyinin tələblərinə uyğun müvafiq rəsmiləşdirilmə aparıldıqdan sonra sahibi Məhkum qaytarılması hissədə məhkəmə kollegiyası anlaşılmazlıq görmür. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, aksiz markalarının hazırlanmasının, satışının, uçotunun, onlardan istifadənin, onların dövriyyəsinə nəzarətin qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilir və hökmün icrasını həyata keçirən orqanlar həmin qaydalara müvafiq olaraq hökmün icrasını təmin etməlidirlər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün heç bir əsas yoxdur və şikayət təmin edilməməli, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin 17 fevral 2023 -cü il tarixli qərarı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar