Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1575/2019 27.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlunun iştirakları ilə Cəlilabad rayon Məhkəməsinin 23 may 2019-cu tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddə si ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 və Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2 barələrində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 avqust 2019-cu il tarixli qərarından məhkumlar Məhkum1 və Məhkum2 müdafiəçisi Məmmədov Ramin Hafis oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Cəlilabad rayon Məhkəməsinin 23 may 2019-cu tarixli hökmü ilə (sədrlik edən hakim Cəbrayılov Vüsal Adil oğlu) xx xxxx 1998-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Ağdaş kəndində qeydiyyatda olmaqla yaşamış Məhkum1 AzərbaycanRespublikasınınCM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına, xx xxxx 1990-cı ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Ağdaş kəndində qeydiyyatda olmaqla yaşamış Məhkum2 AzərbaycanRespublikasınınCM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Həmin hökmlə həmçinin X3 CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuşdur. İŞİN HALLARİ: Cəlilabad rayon Məhkəməsinin 23 may 2019-cu tarixli hökmü ilə Məhkum1 təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, 24 iyul 2018-ci il tarixdə saat 23 radələrində Cəlilabad rayon, Ağdaş kəndində keçirilən toy şənliyindən həmkəndlisi Zərərçəkmiş şəxs1 həyətə çağırıb onu öz təşəbbüsü ilə münaqişəyə sövq edib heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib yumruqla sonuncunun baş nahiyəsinə qəsdən bir zərbə vurub yerə yıxmış, həmin vaxtı hadisə yerində olan həmkəndliləri Məhkum2 və X3 ilə bir qrup şəxs halında birləşib Zərərçəkmiş şəxs1 yumruq və təpik zərbələri ilə vuraraq ona sağ bazu və sol said nahiyyəsində qançır, sağ və sol kürək nahiyyəsində sıyrıqlar əmələ gəlməsi ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirdikdən sonra Məhkum2 silah qismində istifadə etdiyi istintaqla m üəyyən edilməyən bıçaqla baş nahiyyəsinə qəsdən bir zərbə vurub ona başın sol təpə nahiyəsində kəsilmiş yara əmələ gəlməsi ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirdikdən sonra X3 ictimai qaydanın pozulmasının qarşısını almağa çalışaraq baş vermiş dalaşmanı sakitləşdirən Zərərçəkmiş şəxs1 atası Zərərçəkmiş şəxs2 sifət nahiyyəsindən qəsdən bir yumruq zərbəsi vuraraq ona sol almacıq sümüyündə qançır əmələ gəlməsi ilə nəticələnən dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirməklə müşayiət edilən qərəzli hərəkətlər edərək bir qrup şəxs halında xuliqanlıq cinayətini törətmişdir. Məhkəmənin hökmü ilə Məhkum2 CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib məh kum olunmuşdur ona görə ki, o, 24 iyul 2018-ci il tarixdə saat 23 radələrində Məhkum1 Cəlilabad rayon, Ağdaş kəndində keçirilən toy şənliyindən həmkəndlisi Zərərçəkmiş şəxs1 həyətə çağırıb onu öz təşəbbüsü münaqişəyə sövq edib heç bir əsaslı səbəb olmadan yumruqla sonuncunun baş nahiyəsinə qəsdən bir zərbə vurub yerə yıxdıqdan sonra, həmkəndliləri Məhkum1 və X3 ilə bir qrup şəxs halında birləşib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib Zərərçəkmiş şəxs1 yumruq və təpik zərbələri ilə vuraraq ona sağ bazu və sol said nahiyyəsində qançır, sağ və sol kürək nahiyəsində sıyrıqlar əmələ gəlməsi ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirdikdən sonra silah qismində istifad ə etdiyi istintaqla müəyyən edilməyən bıçaqla baş nahiyyəsinə qəsdən bir zərbə vurub ona başın sol təpə nahiyəsində kəsilmiş yara əmələ gəlməsi ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirdikdən sonra X3 ictimai qaydanın pozulmasının qarşısını almağa çalışaraq baş vermiş dalaşmanı sakitləşdirən Zərərçəkmiş şəxs1 atası Zərərçəkmiş şəxs2 sifət nahiyyəsindən qəsdən bir yumruq zərbəsi vuraraq ona sol almacıq sümüyündə qançır əmələ gəlməsi ilə nəticələnən dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirməklə müşayiət edilən qərəzli hərəkətlər edərək bir qrup şəxs halında xuliqanlıq cinayətini törətmişdir. Hökmdən məhkumlar Məhkum1 və Məhkum2 müdafiəçisi Məmmədo v Ramin Hafis oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim Camalov Etibar Əli oğlu, hakimlər Əliyev Elşad İbiş oğlu və Bəşirov Kamil Sücəddin oğlundan ibarət tərkibdə) 06 avqust 2019-cu il tarixli qərarı ilə Cəlilabad rayon Məhkəməsinin 23 may 2019-cu tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 avqust 2019-cu il tarixli qərarından məhkumlar Məhkum1 və Məhkum2 müdafiəçisi Məmmədov Ramin Hafis oğlu kassasiya şikayəti verərək, Məhkum1 barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını və Məhkum2 barəsində isə təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul e dilməsini məhkəmədən xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Müdafiəçi Məmmədov Ramin Hafis oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum1 və Məhkum2 hər ikisi zərərçəkmiş şəxslərlə barışmışlar, onlara qarşı hər hansı şikayət və tələb yoxdur. Yaşayış yeri üzrə müsbət xarakterizə olunurlar. Hər ikisi ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmuşlar və törətdikləri əməldən səmimi peşimandırlar. Məhkəmə tərəfindən yuxarıda göstərilənləri yüngülləşdirici hal hesab edərək, onların barəsində daha yüngül cəza verilə bilər. Odur ki, göstərilənləri nəzərə alaraq, müdafiəçi Məhkum1 barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını, Məhkum2 barəsində isə təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş dir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 avqust 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnı z hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkumlar Məhkum1 və Məhkum2 təqsirli bilindiyi cinayət əməlləri iş üzrə və məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökm və qərarda göstərilmişdir. Məhku m1 və Məhkum2 törətdikləri əməllərə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər müvafiq olaraq Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkumların təqsirli bilinməsi və əməlin tövsifi baxımından qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, şikayətdə də bu məsələlər mübahisələndirilmir. Kassasiya şikayətində Məhkum1 barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını və Məhkum2 barəsində isə təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur, bunlarla əlaqədar bir sıra dəlillərə istina d edilir. Belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında bu dəlillərlə əlaqədar aşağıdakılar göstərilmişdir: “...Apellyasiya məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Məhkum1 CM-nin 221.2.1-ci maddəsi və Məhkum2 isə CM-nin 221.3-cü maddəsi ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumların ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinmələri haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxslərin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası məhkum edilmiş şəxslər Məhkum1 və Məhkum2 təyin edilmiş cəza məsələsini müzakirə edib hesab edir ki, apellyasiya şikayətlərinin və müdafiə tərəfinin çıxışlarının cəza təyin olunarkən birinci instansiya məhkəməsi tərəfindən cəzanı yüngülləşdirən halların kifayət qədər nəzərə alınmaması və həmin əsaslarla da təyin olunmuş cəzanın ağır olması barədə dəlilləri əsassızdır. Belə ki, Məhkum1 təqsirli bilindiyi CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə, Məhkum2 təqsirli bilindiyi CM-nin 221.3-cü maddəsinin sanksiyasında 2 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Məhkum1 və Məhkum2 yaşayış yerindən müsbət xarakterizə olunmalarını CM-nin 59.2-ci maddəsinə əsasən onların cəzalarını yüngülləşdirici hallar kimi və əməllərində cəzasını ağırlaşdıran hallar müəyyən edilməməsini nəzərə alaraq Məhkum1 CM-nin 221.2.1 -ci mad dəsi ilə 01 (bir) il müddətə, Məhkum2 CM-nin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan mərhum etmə cəzasının təyin edilməsi qənaətinə gəlmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 təsirli bilindikləri maddələrin sanksiyası ilə müəyyən olunmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəza təyin olunmuşdur. İş materiallarında olan Zərərçəkmiş şəxs1 Cəlilabad Rayon Məhkəməsinə ünvanladığı ərizədən görünür ki, o, aldığı xəsarətlərdən əziyyət çəkdiyindən Rusiya Federasiyasına müalicəsini davam etdirmək üçün getdiyini, iş materiallarında olan əvvəlki izahatını təsdiq etdiyini, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini təmin edərək təqsirləndirilən şəxslərə qanunda nəzərdə tutulmuş ən ağır cəza tədbiri g örülməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. İş materiallarından müəyyən olunur ki, zərərçəkmiş Zərərçəkmiş şəxs2 birinci instansiya məhkəmə baxışında məhkum olunmuş şəxslərdən yalnız Məhkum2la barışıdığını bildirmişdir. CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Apellyasiya məhkəmə baxışında zərərçəkmiş Zərərçəkmiş şəxs2 məhkum olunmuş şəxs Məhkum1la barışdığını bildirmiş, Zərərçəkmiş şəxs1 notariat qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, məhkum olunmuş şəxs Məhkum2la barışdığını bildirmiş və onun cəzadan azad olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası məhkum olunmuş şəxslər Məhkum1 və Məhkum2 törətdikləri cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, törədilmə yeri və üsulu, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən ye ni cinayətlərin törədilməsinin qarşısının alınması, yəni cəzanın məqsədlərinə nail olunması baxımından apellyasiya məhkəmə baxışında müəyyən olunmuş yuxarıda qeyd olunan halların müstəsna hallar kimi qiymətləndirilərək məhkum olunmuş şəxs Məhkum2 barəsində CMnin 62-ci maddəsinin tətbiq olunaraq ona və məhkum olunmuş şəxs Məhkum1 təyin olunmuş cəzanın şərti tətbiq olunmasını məqsədə müvafiq saymir. Belə ki, CM-nin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi barədə qərar çıxara bilər. Eyni Məcəllənin 70.2-ci maddəsinə əs asən məhkəmə şərti məhkumetmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən məhkum olunmuş şəxslər Məhkum1 və Məhkum2 cəza çəkmədən islah olunmasını mümkün saymır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verib belə qənaətə gəlir ki, Cəlilabad Rayon Məhkəməsinin 23 may 2019-cu il tarixli hökmündən məhkum edilmiş şəxslər Məhkum1 və Məhkum2 müdafiəçisi Məmmədov Ramin Hafis oğlu və məhkum edilmiş şəxs Məhkum2 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü apelyasiya şikayətlərinə əsasən məhkum edilmiş şəxslər Məhkum1 və Məhkum2 m ünasibətdə dəyişdirilmədən saxlanılmalıdır....”. Göründüyü kimi, apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibət bildirmiş, nə səbəbdən onlarla razılaşmadığını qərarda göstərmiş, buna dair nəticəni ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin gəldiyi bu nəticə iş materiallarına və işin faktiki hallarına, habelə qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya şikayətinin dəlilləri də həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Cəza təyini məsələsi ilə əlaqədar məhkəmə kollegiyası bir daha qeyd edir ki, məhkəmələr tərəfindən məhkumlar Məhkum1 və Məhkum2 cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onların törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətləri, cəzanı yüngülləşdirən (o cümlədən kassasiya şikayətində də göstərilən) hallar, habelə təyin olunmuş cəzanın onların ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkumlar Məhkum1 və Məhkum2 islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Kassasiya şikayətində Məhkum2 Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi ilə nəzərdə tutulan şərti məhkum etmənin tətbiq edilməli olduğu iddia edilir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsində göstərilmişdir ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, inti zam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsində təsbit olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə əsaslanıb törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Məhkum2 cəza çəkmədən islah olunacağı qənaətinə gəlməyə əsas yoxdur, bu səbəbdən də birinci və apellyasiya instansiyası məhkəmələri haqlı olaraq ona şikayətdə istinad edilən Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməmişlər. Kassasiya şikayətində göstərilən hallar da Məhkum2 şərti məhkum etmənin təyin edilməsinə əsas vermir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-ci maddəsində nəzərdə tutulan hallar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 və Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2 barələrində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 avqust 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1575/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1575/2019
27.11.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver