Məhkəmə qərarları › İş №1(102)-1575/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1575/2022

24.11.2022
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1575/2022 24.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əhmədli Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 13 iyun 2018-ci il tarixli hökmünə əsasən Məhkum3 oğlunun Azərbaycan Respublikası Cinayə t Məcəlləsinin 32.5, 177.2.1, 32.5, 177.2.2 və 32.5, 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 iyul 2021-ci il tarixli hökmündən Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən və məruzəçi D.H.İmanov, hakimlər M.Ə.Bağırov və Z.B.Qasımovdan ibarət tərkibdə) 1(088)-90/2018 saylı, 13 iyun 2018-ci il tarixli hökmü ilə xx xxxx 1987-ci ildə Daşkəsən rayonunun Dəstəfur kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Daşkəsən rayonu, Dəstəfur kəndində yaşayan Məhkum3 oğlu Azərbaycan Respublikası Cinayət M əcəlləsinin 32.5, 177.2.1 və 32.5, 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, habelə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 11 aprel 2017-ci il tarixdən hesablanması qərara alınmışdır. Hökmdən verilmiş apellyasiya protestinə və apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Abdullayev Əlizamin Gülzalı oğlu, hakimlər Muxtarov Teyyub Asif oğlu və Xasməmmədov Elçin İsgəndər oğlundan ibarət tərkibdə) 24 iyun 2019-cu il tarixli hökmü ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 13 iyun 2018-ci il tarixli hökmü Məhkum3 oğluna aid hissədə ləğv edilmiş, ona münasibətdə yeni hökm çıxarı lmış, Məhkum3 oğlu Azərbaycan Respublikası CM-nin 32.5,177.2.1, 32.5,177.2.2 və 32.5.177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, apellyasiya protesti qismən təmin edilmiş, apellyasiya şikayətləri təmin edilməmişdir. Hökmdən verilmiş kassasiya protestinə və kassasiya şikayətinə əsasən işə baxan Ali Məhkəmənin Cinayət Kollegiyasının (sədrlik edən hakim Seyfəliyev Əli Səlim oğlu, hakimlər Nəsibov Hafiz Qəmbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə) 1(102)-89/2020 saylı, 05 fevral 2020-ci il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 iyun 2019-cu il tarixli hökmü ləğv edilərək yeni apel lyasiya baxışına təyin edilmiş, kassasiya protesti təmin edilmiş, kassasiya şikayəti isə təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 iyul 2021-ci il tarixli, 1(104)-10/2021 saylı (hakimlər: Məmmədov Çingiz Böyükxan oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə) hökmü ilə apellyasiya protesti qismən təmin edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 13 iyun 2018-ci il tarixli hökmü Məhkum3 oğluna aid hissədə ləğv edilərək ona münasibətdə yeni hökm çıxarılmışdır. Məhkum3 oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,177.2.1, 32.5,177.2.2 və 32.5.177.2.3-cü maddələri ilə təqsirli bilinərək ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş üzrə yuxarıda qeyd edil ən məhkəmə aktları çıxarılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 iyul 2021-ci il tarixli, 1(104)-10/2021 saylı hökmündən Dövlət ittihamçısı2 tərəfindən kassasiya protesti verilmişdir. Hökmdən verilmiş kassasiya protestinə qarşı etiraz və kassasiya şikayəti verilməmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum3 oğluna ittiham verilmişdir ona görə ki, o, xx.xx.2015-ci il tarixdə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə tanışı Məhkum1 ilə qabaqcadan əlbir olub qrup təşkil etməklə həmkəndlisi, Daşkəsən rayonu Dəstəfur kənd sakini Zərərçəkmiş şəxs2 evindən oğurluq etmək məqsədilə sonuncunun evdə olmadığını əvvəlcədən Məhkum1 telefon vasitəsilə məlumat vermiş, onun tapşırığına əsasən həmin niyyətlərini həyata keçirmək mə qsədilə həmin gün idarə etdiyi VAZ-2107 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Məhkum1 Daşkəsən şəhərindən Zərərçəkmiş şəxs2 yaşadığı Dəstəfur kəndindəki evin qarşısına gətirməklə cinayətin törədilməsi üçün maneələri aradan qaldırmış, onu cinayəti törətdikdən sonra geri qaytarmaq şərti ilə həmin kənddəki yaşadığı evə getmiş, Məhkum1 pəncərədən yaşayış sahəsinə qanunsuz daxil olmaqla yataq otağında olan, saxlanc yeri hesab olunan termonun siyirməsində saxlanılan 365 manat dəyərində bir ədəd qızıl kişi üzüyü, 400 manat dəyərində bir ədəd qızıl qolbağı, hər biri 180 manat, 150 manat və 100 manat olan 3 ədəd qızıl kulonlar, 300 manat dəyərində qızıl boyunbağı, 700 manat dəyərində bir ədəd «tros» qızıl boyunbağı. 400 manat dəyərində 3 ədəd qızıl qadın üzükləri, 200 manat dəyərin də bir cüt qızıl sırğa, 310 manat dəyərində qızıl sırğa-üzük dəsti olmaqla, cəmi 3105 manat dəyərində qızıl-zinət əşyalarını gizli yolla talayıb ələ keçirməklə oğurluq etdikdən sonra əvvəlcədən razılaşdıqları kimi onun evinə gələrək birlikdə idarə etdiyi avtomobillə Daşkəsən şəhərinə qayıtmış, bununla da məlumatları ilə və maneələri aradan qaldırmaqla özgənin əmlakını ələ keçirmək məqsədi ilə yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli yolla talamaqla oğurluq edilməsinə yardım edərək köməklik etmişdir. Bundan başqa, istintaq orqanı tərəfindən ona verilən ittihama görə, o, təkrarən ünvan 1 ünvanında yaşayan Rzayeva Tamilla Abdı qızının əmlakını zorla ələ keçirmək məqsədilə tanışları Məhkum1 və Məhkum2 ilə qabaqcadan əlbir olub qrup təşkil etməklə bir neçə gün onu güdməkl ə işlədiyi mağazadan hansı yolla və nə vaxt gəlməsini müəyyənləşdirmiş, cinayətin törədilməsi üçün aralarında müvafiq vəzifə bölgüsü aparılmış, həmin məqsədlə cinayətin törədilməsində istifadə olunacaq alət olan rezin əlcəyi mağazadan alıb Məhkum1 vermiş, bundan sonra 14 fevral 2017-ci il tarixdə saat 12 radələrində niyyətlərini həyata keçirmək üçün Məhkum1la Məhkum2 idarə etdiyi VAZ 2107 markalı **-BB-*** dövlət nömrə nişanlı avtomobillə Zərərçəkmiş şəxs1 mənzili olan binaya gətirməklə cinayətin törədilməsi üçün maneələri aradan qaldırmış, onlar Zərərçəkmiş şəxs1 mənzili olan bloka daxil olduqda o, hər hansı maneə olduğu halda cinayətin icraçılarına vaxtında telefon vasitəsi ilə məlumat verilməsi məqsədi ilə binanın qarşısında pusquda dayanmış, cinayətin icraçıları Zərərçəkmiş şəxs1 mənzi ldən çıxarkən ona hücum edib başından vuraraq itələyib yerə yıxmaqla ona həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edərək başın orta təpə nahiyəsinin yarası, alın-təpə sümüyünün yerini dəyişmiş sınığı kimi sağlamlığa ağır zərər vuran xəsarət yetirməklə birlikdə yaşayış sahəsinə qanunsuz girib əvvəlcədən aldıqları yapışqanlı sarğı ilə mənzildə Zərərçəkmiş şəxs1 üzünü, əlini və ayağını sarıyaraq onun görmə və müqavimət göstərmə funksiyalarını məhdudlaşdırmış, bundan sonra mənzili axtararaq hər hansı qiymətli əşya və ya pul tapmadıqda onun barmağından bir ədəd 500 manat dəyərindəki qızıl üzüyünü və pencəyinin cibindən 53 manat pulunu götürüb özgənin əmlakını həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla ələ keçirərək zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədilən təkrarən quldurluq etdikdən sonra zəng edərək onu idarə etdiyi avtomobillə onları Gəncə şəhərinə aparmaları üçün binanın qarşısına çağırmış və birlikdə Gəncə şəhərinə getməklə cinayətin törədilməsi üçün alət və vasitələr verməklə və maneələri aradan qaldırmaqla təkrarən özgənin əmlakını həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla ələ keçirərək zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədilən təkrarən quldurluq edilməsinə köməklik etmişdir Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestində göstərmişdir ki, məhkəmə kollegiyası əməlin hüquqi tövsifinə dair nəticəyə gələrkən faktiki olaraq yalnız təqsirləndirilən şəxsin qeyd olunan, işin obyektiv hallarına uyğun gəlməyən özünümüdafiə xarakterli ifadələrinə əsaslanmış, işin digər hallarını ümumiyyətlə n əzərə almamışdır. Göründüyü kimi qabaqcadan əlbir olan Məhkum1, Məhkum2 və Məhkum3 quldurluq cinayət əməlini törətmək məqsədilə cinayətin törədilməsi qaydasını planlaşdırmış, Məhkum3 Məhkum1 və Məhkum2 quldurluq cinayəti törətmək üçün kömək edərək onların şəxsiyyətlərini gizlətmək, həm də hücuma məruz qalmış şəxsdə vahimə, qorxu yaratmaq məqsədilə zərərçəkmiş şəxs görən kimi üzərinə hücum etmək planlarının olması, özləri ilə maska, əlcək və zərər çəkmişşəxsin sağlamlığına zərər vurmaq məqsədi iləçəkic götürmələrindən xəbəri olmuşdur. Məhkum3 köməkçiliyi ilə törədilən quldurluq cinayəti nəticəsində cinayətinin birbaşa icraçıları olan Məhkum1 və Məhkum2 80 yaşlı qoca qadın olan zərərçəkmişşəxsin həyatı və sağlamlığı üçün real təhlükə yaradaraq ona zor tətbiq etməkləbaşın orta təpə nahiyəsini n yarası, alın-təpə sümüyünün yerini dəyişmiş sınığı kimi sağlamlığa ağır zərər vuran xəsarətlər yetirmişlər. Buna baxmayaraq, məhkəmə, təqsirləndirilən şəxslər Məhkum1, Məhkum2 və Məhkum3 zərər çəkmiş şəxs T.Rzavevava qarşı əvvəlcə işdən evə gedərkən, daha sonra isə evdən çıxan kimi basqın edərək əmlakını açıq talama barədə razılığa gəlmələrinə, bu planlarını həyata keçirmək üçün xüsusi vasitələr olan əlcək, maskalanma üçün vasitə və zor tətbiqi üçün çəkiclə özlərini təchiz edərək sonradan niyyətlərini həyata keçirmələrinə baxmayaraq, məhkəmə K.Rzavevin əməlinin məhz bu quldurluq cinayətinin törədilməsinə köməkçilik edilməsinə yönəldiyini nəzərə almamışdır. Məhkəmə, Zərərçəkmiş şəxs1 qarşı Məhkum1 və Məhkum2 tərəfindən quldurluq cinayəti törədilməsini müəyyən etsə də, sübutlara əsaslana n heç bir qanuni əsas göstərmədən onların bu hərəkətlərinin Məhkum3 niyyətindən kənar olması qənaətinə gəlmişdir. Məhkəmə Məhkum3 Zərərçəkmiş şəxs1 epizodu üzrə yaşayış evinə qanunsuz daxil olmaqla gizli talama cinayəti törədilməsinə köməkçilik etməsi qənaətinə gəlsə də, cinayətin birbaşa icraçıları zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 yaşadığı evə daxil olarkən sonuncunun evdə olmadığı barədə Məhkum3 heç bir əminliyinin olmaması, cinayətin icraçılarında gizli talama cinayətinin törədilməsi üçün deyil, məhz zor tətbiq edilməsi ilə müşayiət olunan açıq talamaqla basqın, yəni quldurluq cinayətinin törədilməsi zamanı istifadə edilməyə xarakterik olan vasitələrlə təchiz olunmaları barədə məlumatı olmasına heç bir hüquqi qiymət verməmiş, hansı əsasla bir sübutun qəbul edilməsi, digər sübutun rəd d edilməsinin motivləri göstərilməmiş, nəticədə formalaşmış yanlış mövqe əsasında əməl daha yüngül maddəyə, yəni oğurluq cinayətinə köməkçilik etmə əməlinə tövsif olunmuşdur. Məhkəmə iclaslarında tədqiq olunan sübutlara əsasən müəyyən edilmişdir ki. Məhkum1 və Məhkum2 birgə icraçılım. Məhkum3 isə köməkçilivi ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə yaşayış sahəsinə qanunsuz olaraq girməklə hücuma məruz qalmış zərər çəkmiş Zərərçəkmiş şəxs1 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edərək basqın etməklə quldurluq etmişlər. Göründüyü kimi məhkəmə tərəfindən təqsirləndirlən şəxs Məhkum3 göstərilən quldurluq cinayətinin törədilməsində rolu araşdırılarkən cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti, m otiv və məqsədləri düzgün aydınlaşdırılmamış, iş üzrə əhəmiyyətli olan bütün faktiki hallar qarşılıqlı təhlil edilməmiş, bununla da qeyd olunan cinayət qanunvericiliyinin tələbləri pozulmuşdur. Hansı ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub- olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsəədalətli cəza təyin edilməsinə yönəlir. Belə ki, «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 22 iyun 2015ci il Plenum Qərarında qeyd edilmişdir ki, törədilmışəməlin faktiki hallan müəyyən edi lərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İşüzrəəhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifı üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Beləliklə də məhkəmə, ibtidai araşdırma zamanı qanuni üsullarla əldə edilmiş və məhkəmə istintaqında araşdırılmış sübutlara əsasən Məhkum3 əməlinə hüquqi qiymət verərkən isüzrə toplanmış sübutları tam, hərtərəfli, bir-biri ilə qarşılıqlı müqayisə etmədən işin faktiki hallarına uvSun olmayan nəticəyə gəlmiş. M əhkum3 oğlunun əməlini tövsif edərkən özünün gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamaqla, cinayət və cinayət prosessual qanunvericiliyin normalarını düzgün tətbiq etməmişdir. CPM-nin 145.1-ci maddəsinin tələbinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Məhkum3 barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 iyul 2021-ci il tarixli hökmünün ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edi b, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələr i buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli o laraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində mübahisələndirilən məsələlərdən biri Məhkum3 oğlunun törətdiyi cinayət əməlinin əsassız olaraq Cinayət Məcəlləsinin 32.5, 177.2.1, 32.5, 177.2.3 və 32.5, 181.3.3-cü maddələrindən həmin Məcəllənin 32.5, 177.2.1, 32.5, 177.2.2 və 32.5, 177.2.3-cü maddələrinə tövsif edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin səhv olması barədədir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstit usiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmal ı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 0 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya məhkəməsi Məhkum3 oğlunun əməlini Cinayət Məcəlləsinin 32.5, 177.2.1, 32.5, 177.2.2 və 32.5, 177.2.3-cü maddələrinə tövsif edilməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən apellya siya instansiyası məhkəməsi hesab etmişdir ki, ibtidai istintaq orqanı tərəfindən Məhkum3 oğlunun əməlinə düzgün hüquqi qiymət verilməmişdir. İş üzrə aparılmış ibtidai araşdırma zamanı, və məhkəmə tərəfindən aparılan məhkəmə istintaqı zamanı Məhkum3 oğlunun quldurluq etməsi, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etməsini təsdiq edən hər hansı bir sübut müəyyən edilməmişdir. Məhkum3 oğlunun ibtidai araşdırma dövründə verdiyi ifadələri, iş üzrə toplanmış yuxarıda qeyd edilən digər sübutlarla üst-üstə düşdüyündən və məntiqi baxımdan həmin sübutları tamamladığından daha mötəbər hesab edərək və məhz həmin ifadələr əsas götürülərək Məhkum3 oğlun un əməli (quldurluq etməsindən ibarət ittiham üzrə) ibtidai istintaq orqanı tərəfindən yalnış olaraq Cinayət Məcəlləsinin 32.5, 181.3.3-cü maddəsi ilə tövsif edilməsi, törədilən cinayət əməlinə düzgün hüquqi qiymət verilməklə onun əməlinin Cinayət Məcəlləsinin 32.5, 177.2.1, 32.5, 177.2.2 və 32.5, 177.2.3-cü maddələri ilə tövsif edilməsi qənaətinə gəlinmişdir. Aşağı instansiya məhkəmələrinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsində quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədilməyə görə məsuliyyət nəzərdə tutulm uşdur. Cinayət Məcəlləsinin 177-ci maddəsində oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya görə məsuliyyət nəzərdə tutulmuşdur. 177.2.1- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 177.2.2- təkrar törədildikdə; 177.2.3- yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə; Apellyasiya instansiyası məhkəməsi əməlin tövsifi ilə bağlı hökmdə göstərmişdir ki, “...Təqsirdəndirlən şəxs Məhkum3 iş üzrə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 qarşı quldurluq cinayətinin törədilməsində iştirak etməməsi Zərərçəkmiş şəxs1 və şahid Həsənova Rima Hüseyn qızının ifadələri ilə də təsdiq olunur. Belə ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstəmişdir ki, 14 fevral 2017-ci il tarixdə saat 12 radələrində dükana getmək istəyənd ə dəmirdən olan qapını açan zaman bir nəfər tanımadığı, üzündə maska olan adam evə soxulmuş, evin dəhlizində dərhal onun üzündən və boğazından tutub başından zərbə vurub yerə yıxmışdır. Həmin vaxt evdən ikinci adamın ayaq səslərini eşitmiş, onlar yapışqanlı lentlə (skoçla) onun üzünü, qolunu və ayağını bağlamışlar. Həmin adamlar onu otağa sürümüş, adamların onun ölməsini zənn etsinlər deyə səsini çıxarmamışdır. Şahid Rima Həsənova isə ifadəsində göstəmişdir ki, xx.xx.2017-ci il tarixdə saat 10 radələrində işlədiyi çayxanada olarkən Kamil həmin çayxanaya gəlmiş, çayxanada olmuş, çay içmiş və sonradan harasa getmiş və hara getməyindən məlumatlı olmamışdır. Şahid Rima Həsənovanın ifadəsində göstərdiyi bu xüsusat təqsirləndirilən şəxs Məhkum3 quldurluq cinayətinin törədildiyi vaxt hadisə yeri ndə olmadığını təsdiq edir. Lakin, bununla belə tədqiq edilmiş sübutlar təqsirləndirilən şəxs Məhkum3 Məhkum1la ilkin olaraq razılaşdıqları kimi Zərərçəkmiş şəxs1 evindən oğurluq edilməsində iştirakını istisna etmir. Təqsirləndirilən şəxs Məhkum1 ifadəsində göstərdiyi bir sıra xüsusatlar, o cümələn də oğurluq hadisələrinin törədilməsinin planlaşdırılması zamanı təqsirləndirilən şəxs Məhkum3 onları oğurluq etdikdən sonra özünə məxsus avtomobillə Gəncə şəhərinə aparması və oğurlanmış malları satıb ona taksi pulu kimi ödəniş olunması, eləcə də təqsirləndirilən şəxs Məhkum1 təqsirləndirlən şəxs Məhkum3 onun quldurluq etməsi ilə bağlı törətdiyi cinayəti bildikdən sonra ona «əgər kimsə bilərsə bu cinayətin törədilməsində sən də iştirak edibsən deyəcəyəm» deməsi kimi xüsusatlar da Məhkum3 oğurluq cinayətlərinin törədilməsində iştirakını təsdiq edir. Yuxarıda qeyd edilənlər bu qənatə gəlməyə əsas verir ki, Məhkum1 Məhkum2 ilə birlikdə Zərərçəkmiş şəxs1 qızma qarşı quldurluq cinayətini törətməklə Məhkum3 oğlu ilə razılaşdırılmış ümumi niyyətdən kənara çıxmış, yəni sonuncunun qəsdi ilə əhatə olunmayan başqa cinayəti törətmişlər. Ona görə də məhkəmə kollegiyası göstərilən halda icraçının kəmiyyət ekstesinin yaranması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyini düzgün hesab edir. İcraçı tərəfindən razılaşdırılmış ümumi niyyətdən kənara çıxmaqla, yəni cinayətin digər iştirakçılarının qəsdi ilə əhatə olunmayan başqa cinayətin törədilməsi, icraçının ekstsessi hesab olunur. İcraçının ekstsessinə görə cinayətin digər iştirakçıları cinayət məsuliyyətinə cəlb edilə bilməzlər. (CM-nin 35-ci maddəsi) Qanunun həmin müddəasına görə ekstsess icraçının digər iştirakçılarla olan razılığından kənar başqa cinayət törədilməsidir. Ekstsessə görə yalnız cinayətin icraçısı məsuliyyət daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, tədqiq olunmuş sübutlar əsasında Məhkum1 və Məhkum2 tərəfindən Zərərçəkmiş şəxs1 üzünü, əlini və ayağını sarıyaraq onun görmə və müqavimət göstərmə funksiyalarım məhdudlaşdırmaqla, bundan sonra mənzili axtararaq hər hansı qiymətli əşya və ya pul tapmadıqda onun barmağından bir ədəd 500 manat dəyərindəki qızıl üzüyünü və pencəyinin cibindən 53 manat pulunu götürüb özgənin əmlakını həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla ələ keçirərək zərəçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədilən quldurluq cinayətin digər iştirakçısı olan Məhkum3 oğlunu n qəsdi ilə əhatə olunmur. Yuxarıda göstərilən əsaslara görə məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirlən şəxs Məhkum3 iş üzrə zərəçəkmiş şəxs Tamellə Rzayevaya qarşı quldurluq cinayətinin törədilməsində cinayətin icraçıları olan Məhkum1 və Məhkum2 ilə hər hansı formada razılşmaları təsdiq olunmadığından və ümumiyyətlə quldurluq cinayətinin törədilməsindən nə əvvəl, nə də sonra məlumatı olmadığından Məhkum3 əməli həmin quldurluq cinayətinin törədilməsində köməçi qismində iştirakçılıq kimi qiymətləndirilə və CM-in 32.5, 181.3.3-cü maddəsi ilə tövsif edilə bilməz....” Cinayət işi üzrə araşdırılan sübutlardan göründüyü kimi, məhkum edilmiş şəxsin quldurluq etməklə bağlı hər hansı niyyəti olmamış və ibtidai istintaq orqanı sonuncuya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 181. 3.3-cü maddəsi ilə ittiham irəli sürərkən sırf Məhkum3 digər təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 ilə birlikdə Zərərçəkmiş şəxs1 yaşadığı binanın qarşısına qədər getməsinə əsaslanmışdır. Təqsirkar şəxs Məhkum3 Rzayeva Ramella Abdı qızının mənzilinə daxil olmaması, sonuncunun əllərini, üzünü və ayaqlarını bağlamaması, ona xəsarət yetirməməsi və s. bu kimi hallar müəyyən edilmişdir ki, bu isə öz növbəsində Məhkum3 oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 181.3.3-cü maddəsi ilə vermiş ittihamın ehtimallar və fərziyyələr əsasında qurulması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəsinin əsaslı olmasını təsdiq edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərin ə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, Məhkum3 quldurluğa cəhd etməsi birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunmaması barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Y oxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanu nlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələ lərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökm ün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə d air” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası aşağı məhkəmələrin qərarlarında müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi barədə apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən Məhkum3 oğlunun törətdiyi cinayət əməlinin tövsifində səhvə yol verilməmiş, kassasiya protestinin bu barədə dəlilləri əsassızdır. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq apellyasiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Göstərilənlərə əsasən, kassasiya protestinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 iyul 2021-ci il tarixli hökmü qanuni və əsaslı olduğundan, kassasiya protestində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, hökmün dəyişikliksiz saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum3 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 177.2.1, 32.5, 177.2.2 və 32.5, 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(104)-10/2021 saylı, 06 iyul 2021-ci il tarixli hökmü kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar