Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1575/2023 20.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, Məhkum və müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 may 2022-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respubli kası Cinayət Məcəlləsinin 29,178.2.2, 178.2.2, 29,178.2.4, 178.2.4, 310 və 32.4,312.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyul 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (X22 Ağa oğlunun sədrliyi, hakimlər X12 və X5 ibarət tərkibdə) 11 may 2022-ci il tarixli hökmü ilə 3 dekabr 1988-ci il tarixdə Sabirabad rayonu, Qarasu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, məhkumluğu olmayan, Hacıqabul rayonu, Qarasu kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 178.2.2, 178.2.2, 29, 178.2.4, 178.2.4, 310 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.2.2, 178.2.2, 29, 178.2.4 və 178.2.4-ci maddələri ilə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətə azadlı qdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 27 avqust 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, barəsində xüsusi müsadirə tətbiq edilməməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Vaqif Ənvər oğlu Mursaqulovun sədrliyi və məruzəsi ilə, X8 və X2 ibarət tərkibdə) 21 iyul 2022-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 may 2022-ci il tarixli, 1(101)-607/2022 saylı hökmü Məhkum barəsində onun və müdafiəçisi Müdafiəçi1 Şahbala oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmış, Məhkum və onun müdafiəçisi Müdafiəçi1 Şahbala oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. İşin halları: İttiham aktına və birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə məxsus əmlakı ələ keçirmək məqsədilə anadangəlmə qüsurlu övladı X7 xəstəliyinə görə pensiya təyin edilməsində köməklik göstərilməsi üçün 2020-ci ilin noyabr- dekabr aylarında özünə müraciət etmiş sonuncunun anası Şahid13 ilə Şirvan şəhərində görüşləri zamanı özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin səlahiyyətli şəxsi kimi təqdim edərək özünün geniş əlaqələrə malik olduğunu ona yalandan bildirib, həmin əlaqələrindən istifadə edərək Ceyhun Sərhədovun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 3.500 manat məbləğində pul vəsaitinin özünün yaxın münasibətdə olduğu vəzifəli şəxsə rüşvət qismində verilməsi müqabilində həmin məsələni 2021-ci ilin yanvar ayınadək müsbət həll edəcəyini, yəni Ceyhun Sərhədovun həmin tarixdən pensiya ala biləcəyini yalandan bildirməklə görəcəyi işlə bağlı özünə inam yaradıb, Şahid13 ilə razılaşmaqla sövdələşib, həmin adla 2020-ci ilin dekabr ayının ortalarında cinayətdən xəbərsiz dostu, Şahid13 bacısı oğlu Şahid17 ilə birlikdə Şahid13 yaşadığı Şirvan şəhəri, ünvan 2 ünvanında görüşləri zamanı ondan 3.500 manat məbləğində pul vəsaitini alaraq, əldə etdiyi həmin pul vəsaitini öz şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan suiistifadə etmə yolu ilə Şahid13 məxsus cəmi 3.500 (üç min beş yüz) manat məbləğində pul vəs aitini ələ keçirib dələduzluq etmiş, həmin hərəkətləri ilə dövlətin qurumlarının cəmiyyətdə nüfuzunun qorunub saxlanılması ilə əlaqədar hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Ceyhun Sərhədovun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid13 təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Şahid14 xəstəliyə görə pensiya düzəldilməsinə köməklik göstərilməsi üçün 2020-ci ilin dekabr ayında özünə müraciət etmiş sonuncunun oğlu Şahid12 ilə Şirvan şəhərin də görüşləri zamanı sonuncuya özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin səlahiyyətli şəxsi kimi təqdim edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda yüksək vəzifədə işləyən yaxın tanışının olduğunu yalandan bildirib, həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid14 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 3.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsi müqabilində həmin məsələni müsbət həll edəcəyini, yəni Şahid14 pensiya ala biləcəyini Şahid12 yalandan vəd edərək, sonuncu ilə razılaşmaqla sövdələşib, həmin adla, 2021-ci ilin yanvar ayının əvvəllər ində Şirvan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin həyətində görüşləri zamanı həmin adla 1.000 manat pulu Şahid12 alıb, eyni niyyətlə, 2021- ci ilin yanvar ayında Hacıqabul rayonunda yerləşən “Qədir-Xum” restoranında görüşləri zamanı xəstəliyi olan, pensiya yaşına az qalmış, 3 övladı olan başqa şəxslərə də pensiya almalarında köməklik göstərə biləcəyini Şahid12 bildirdikdən sonra sonuncu həmin vaxt dayısı arvadı Şahid15 3 övladı olduğunu, sonuncuya pensiya düzəldilməsində köməklik göstərməsi barədə özünə müraciətindən sonra 3 övladı olduğuna görə Şahid15 da pensiya düzəldə biləcəyini yalandan bildirib tanışı olan vəzifəli şəxsə sonuncunun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 2.500 manat məbləğində pul vəsa itinin rüşvət qismində verilməsi müqabilində həmin məsələni müsbət həll edəcəyini, yəni Şahid15 pensiya ala biləcəyini Şahid12 yalandan vəd edərək, hər iki məsələni 2021-ci ilin mart ayınadək müsbət həll edəcəyini, yəni Şahid14 və Şahid15 həmin tarixdən pensiya ala biləcəklərini Şahid12 yalandan vəd edərək görəcəyi işdə özünə inam yaradaraq, qalan pul vəsaitlərini ona öz adına və cinayətdən xəbərsiz tanışları X10 və X6 adına olan bank hesablarına göndərməyini bildirərək "Kapital Bank” ASC-yə məxsus olmaqla özünün 4****1371 nömrəli plastik kartının, Sevinc Kərimovanın 4****4654 nömrəli plastik kartının və Fatma Sultanovanın 6****9704 nömrəli plastik kartının rəqəmlərini "Whatsapp” ani mesajlaşma və internet telefoniya mobil tətbiqi vasitəsilə öz istifadəsində olmuş 050-69291-71 və ***-***-* *-** mobil telefon nömrəsindən Şahid12 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə göndərərək sonuncu ilə razılaşmaqla sövdələşib, həmin adla Şahid12 tərəfindən xx.xx.2021-ci il tarixdə 120 manat pul vəsaitinin Şirvan şəhərindən, xx.xx.2021-ci il tarixdə 600 manat pul vəsaitinin Şirvan şəhərindən, xx.xx.2021-ci il tarixdə 600 manat pul vəsaitinin Şirvan şəhərindən, xx.xx.2021-ci il tarixdə 150 manat pul vəsaitinin Hacıqabul rayonundan, xx.xx.2021-ci il tarixdə 100 manat pul vəsaitinin Şirvan şəhərindən, xx.xx.2021-ci il tarixdə 650 manat pul vəsaitinin Şirvan şəhərindən, xx.xx.2021-ci il tarixdə 100 manat pul vəsaitinin Şirvan şəhərindən, xx.xx.2021-ci il tarixdə 150 manat pul vəsaitinin Sabirabad rayonundan olmaqla, ümumilikdə 2.470 manat pul vəsaitini, habelə qalan 2.030 ma nat pul vəsaitini də 2021-ci ilin yanvar-fevral ayları ərzində hissə-hissə həmin kart hesablarına göndərməsinə nail olub, qeyd edilən pul vəsaitini "Kapital bank” ASC-nin ayrı-ayrı bankomatlarından çıxarmaqla, əldə etdiyi həmin pul vəsaitlərini özünün şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid12 məxsus cəmi 5.500 (beş min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirib ona vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, həmin hərəkətləri ilə dövlətin qurumlarının cəmiyyətdə nüfuzunun qorunub saxlanılması ilə əlaqədar hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vahid niyyətlə vəzifəli şəxsin səlahiyyətlərini təkrarən mənimsəmiş, təkrarən, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid14 və Şahid15 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid12 vahid niyyətlə təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı, İmişli rayon sakini Şahid1 övladı X11 Apellyasiya Məhkəməsinin icraatında Azərbaycan Respublikası CM-nin 144.2.3 və 221.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə həbsdən azad edilməsində köməklik göstərilməsi üçün 2021-ci ilin aprel ayında özünə müraciət etmiş Şahid1la Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən "Uğur” kafesində görüşləri zamanı sonuncuya özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı kimi yalandan təqdim edərək, Şirvan Apellyasiya Məhkəməsinin icraatında Şahid1 övladı Elməddin İbrahimovun Azərbaycan Respublikası CM-nin 144.2.3 və 221.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə sonuncunun həbsdən azad edilməsinə köməklik göstərə biləcəyini və həmin işə baxan vəzifəli şəxs olan hakimlə yaxın münasibətlərinin olmasını, həmin məsələni qısa müddətdə həll etmək imkanında olduğunu Şahid1 yalandan bildirib özünə qarşı inam yaratdıqdan sonra həmin məsələnin müsbət həlli üçün qeyd edilən hakimə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Elməddin İbrahimovun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 19.000 (o n doqquz min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsi müqabilində həmin məsələni müsbət həll edəcəyini vəd verərək inandırmaqla Şahid1 razılığını almaqla onunla sövdələşib, həmin niyyətlə qeyd edilən görüşləri zamanı 4.400 manat, 24 aprel 2021-ci il tarixdə isə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən "McDonalds” restoranının yaxınlığında yerləşən naməlum kafedə 400 manat pulu Şahid1 alaraq əldə etdiyi həmin pul vəsaitlərini öz şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 məxsus cəmi 4.800 (dörd min səkkiz yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib təkrarən dələduzluq etmiş, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi ilə əlaqədar dövlətin qurumlarının cəmiyyətdə nüfuzunun qorunub saxlanı lması ilə əlaqədar hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törədərək vahid niyyətlə vəzifəli şəxsin səlahiyyətlərini təkrarən mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Elməddin İbrahimovun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid1 vahid niyyətlə təkrarən təhrik etmiş, sonradan Şahid1 qalan pul vəsaitini verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, həmin pul vəsaitini ondan ala bilməyib, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 məxsus 19.000 (on doqquz min) manat məbləğində pul vəsaitini ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduz luq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə məxsus əmlakı ələ keçirmək məqsədilə cinayətdən xəbərsiz Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şirvan Regional Ədliyyə İdarəsinin rəisi Şahid9 Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Sabirabad rayon, Minbaşı bələdiyyəsinin sədri X1 barəsində aparılan ********* nömrəli cinayət işi üzrə sonuncunun həbsdən azad edilməsində köməklik göstərilməsi ilə əlaqədar 2021-ci ilin iyun ayının əvvəllərində istintaqla müəyyən edilməyən gündə özünə müraciətindən sonra Şahid9 özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı kimi yalandan təqdim edərək, Baş İdarənin rəhbər şəxsləri ilə yaxın münasibətlərinin olduğunu və həmin şəxslər vasitəsi ilə guya Urufulla Qocayevi həbsdən azad etdirmək imkanına malik olmasını istifadəsində olan +99***-***-**-** nömrəli telefonla danışarkən Şahid9 yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün Baş İdarədə guya yüksək vəzifədə işləyən tanışına xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Urufulla Qocayevin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 37.000 (otuz yeddi min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Şahid9, sonuncu vasitəsilə Urufulla Qocayevin övladı Şahid10 aldatmaqla bildirib, sonuncu və Şahid9 razılığını almaqla sövdələşdikdən sonra həmin adla 2021-ci ilin iyun ayının əv vəllərində aralarında olan danışığa əsasən Şahid9 deməsindən sonra Urufulla Qocayevin müdafiəçisi Şahid8 ilə inandırmaq üçün qəsdən ünvan 3 ünvanında yerləşən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasının yaxınlığında görüşərək Şahid8 Urufulla Qocayevin övladı Şahid10 məxsus 30.000 manat, eyni niyyətlə, 2021-ci ilin iyun ayının sonlarında ünvan 4-da yerləşən "Metropark” Ticarət Mərkəzinin qarşısında görüşləri zamanı Şahid10 məxsus 4.000 manat pul vəsaitini şəxsən, eyni niyyətlə, 2021-ci ilin iyun ayının sonlarında naməlum tanışı vasitəsilə ünvan 4 ünvanında yerləşən “Metropark” Ticarət Mərkəzinin qarşısında görüşləri zamanı Şahid10 məxsus 3.000 manat olmaqla, ümumilikdə 37.000 manat pul vəsaitini Şahid8 alıb özünün şəxsi eh tiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid10 məxsus cəmi 37.000 (otuz yeddi min) manat məbləğində pul vəsaitini ələ keçirib ona vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, həmin hərəkətləri ilə dövlətin qurumlarının cəmiyyətdə nüfuzunun qorunub saxlanılması ilə əlaqədar hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vahid niyyətlə təkrarən vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, təkrarən, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Urufulla Qocayevin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid9 və Şahid10 vahid niyyətlə təhrik etmişdi r. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində göstərilir ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən apellyasiya şikayətlərinə baxılarkən cinayət işinin materiallarını hərtərəfli, obyektiv və qərəzsiz olaraq tədqiq edilməmiş, iş üzrə əhəmiyyətli hallar tam araşdırılmamış, təqsirləndirilən şəxsin apellyasiya şikayətində qeyd etdiyi faktlara lazımi qiymət verilməmiş və nəticədə ədalətsiz və qanunsuz qərar qəbul edilmişdir. Məhkum ittiham olunduğu cinayət işi üzrə ibtidai araşdırma zamanı kifayət qədər maddi və prossesual pozuntulara yol verilmiş, müvəkkili qərəzli olaraq törətmədiyi əmələ görə də cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmışdır. Birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutları hərtərəfli, obyektiv və qərəzsiz tədqiq etməmiş, apellyasiya şikayətinə bax an məhkəmə kollegiyası isə cinayət işinin materiallarında olan, şikayətin dəlillərini əhatə edən əhəmiyyətli faktlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, istintaq orqanı təqsirləndirilən Məhkum əməlinin CM-in 310-cu maddəsi ilə tövsif edilməsi qənaətinə gələrkən Şahid1 ifadəsinə və onun istintaqa təqdim etdiyi səs yazısı olan maddi sübuta, həmçinin Şahid9 ifadəsinə əsaslanmışdır. Şahid1 istintaqa təqdim etdiyi Məhkum səs yazısı olan diskdə təqsirləndirilən T. Abasovun özünü vəzifəli şəxs, o cümlədən KQMBİ-nin əməkdaşı kimi təqdim etməsi barədə nə Məhkum, nə də oradakı başqa şəxslər tərəfindən bildirilməmişdir. Şahid1 isə həmin diskdəki səs yazısına istinad edərək ifadəsində Məhkum özünü KQMBİ-nin əməkdaşı kimi təqdim etdiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı həmin epizod üzrə dindirilmiş şahidlərdən Şahid1 başqa heç biri həmin görüşdə Məhkum özünü KQMBİ-nin əməkdaşı kimi təqdim etdiyini göstərməmişdir. Qeyd olunan epizod üzrə digər şahidlər əsasən Şahid1 yaxınları və qohumları olsa da, onlar Məhkum görüşdə özünü KQMBİ-nin əməkdaşı kimi təqdim etmədiyini, lakin görüşdən əvvəl kimdənsə onun hansısa polisdə işlədiyini eşitdiklərini, lakin bunun həqiqiliyinin Turalın özündən soruşub dəqiqləşdirmədiklərini və Turalın da bu barədə onlara heç bir söz demədiyini bildirmişlər. Digər Şahid9 ifadələrində də təqsirləndirilən Məhkum özünü vəzifəli şəxs, o cümlədən KQMBİ-nin əməkdaşı kimi təqdim etməsi göstərilməmişdir. Şahid N. Hüseynov üzləşmə zamanı da ümumiyyətlə təqsirləndirilən Məhkum tanımadığım göstərmişdir. O, İlkin adlı şəxsin özünü KQMBİ-nin əməkdaşı kimi təqdim e tdiyini və həmin şəxsin də Məhkumla eyni şəxs olmadığını göstərmişdir. Cinayət işinin materialları ilə təqsirləndirilən Məhkum özünü vəzifəli şəxs kimi təqdim etməsi və ya vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməsi faktı sübuta yetirilməmişdir. Həmin halla bağlı işdə olan ziddiyyətli və şübhəli sübutlar isə cinayət prosessual qanunvericiliyinin tələblərinə görə təqsirləndirilən şəxsin əleyhinə deyil, xeyrinə təfsir olunmalıdır. Belə olan halda, istintaq orqanının təqsirləndirilən Məhkum özünü vəzifəli şəxs kimi təqdim etməsi və ya vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməsi barədə nəticəyə gələrək, onun əməlinin CM-nin 310-cu maddəsi ilə tövsif edilməsi qanunsuz və əsassızdır. Cinayət işinin materialları ilə təqsirləndirilən Məhkum kimisə rüşvət verməyə təhrik etməsi deyil, əksinə Məh kum özünün cinayətə sövq olunduğu müəyyən olunmuşdur. İş materiallarından görünür ki, təqsirləndirilən Məhkum ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı CM-in 310, 32.4, 312.2-ci maddəsi ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməmiş və həmin hissədə istintaq orqanı tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, bu epizodla bağlı istintaq orqanının sübutları qeyri-mötəbər olmaqla ehtimallara əsaslanmış, məhkəmə istintaqı zamanı da həmin epizodun araşdırılması məhkəmə tərəfindən təmin olunmamışdır. Digər şahid İmran Haxverdiyevin isə ifadəsi alınsa da, o istintaqın əsas şahidləri siyahısına əlavə olunmamışdır. KQMBİ-nin əməliyyatçısı İmran Haxverdiyevin əlavə şahid qismində məhkəməyə dəvət olunması barədə məhkəməyə əsaslandırılmış vəsatət təqdim olunsa da, məhkəmə onun təmin e dilməsindən əsassız olaraq imtina edərək, bu epizod üzrə Məhkum verilmiş ittihamın sübutlarının tam, hərtərəfli və obyektiv araşdırılmasından və əsl həqiqətin üzrə çıxarılmaqla, əmələ düzgün hüquqi qiymət verilməsindən bilərəkdən yayınmışdır. Bununla da məhkəmə işə qərəzli və birtərəfli - ittiham mövqeyindən yanaşdığını, işin obyektiv araşdırılmasında maraqlı olmadığını açıq şəkildə büruzə etmişdir. Eyni zamanda məhkəmə Məhkum onun əleyhinə ifadə vermiş şəxsləri dindirmək, əleyhinə olan sübutların tədqiq olunmasında iştirak etmək hüququnu da təmin etməmişdir. Həm ibtidai istintaqda, həm birinci instansiya, həm də apellyasiya instansiya məhkəməsində Məhkum sərbəst verdiyi ifadələrində özünü ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310 və 32.4, 312.2-ci maddələrində nəzə rdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilməmişdir. Göründüyü kimi, Məhkum ədalətli məhkəmə araşdırması hüququ kobud surətdə pozulmuş, cinayət işinin materialları hərtərəfli və obyektiv olaraq araşdırılmamış, nəticədə ona qarşı mötəbər olmayan sübutlarla ittiham irəli sürülmüş və məhkəmə baxışında da bu faktlara diqqət yetirilməyərək, kobud qanun pozuntusuna yol verilərək ədalətsiz qərar qəbul edilmişdir. Halbuki, cinayət mühakimə icraatı həyata keçirilərkən Cinayət Prossesual Məcəlləsinin 125, 144, 145-ci maddələrinin müddəalarının Müdafiəçi kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2022-ci il tarixli qərarının dəyişdirilərək, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310 və 32.4, 312-ci maddələrilə verilmiş ittihamlar üzr ə təqsirliliyi sübuta yetirilmədiyindən, bəraət verilməsi, CM-in 29, 178.2.2, 178.2.2, 29, 178.2.4, 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha yüngül növdə cərimə cəzasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkum və onun müdafiəçisinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edi lməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahi yyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində mübahisə edilən məsələlər CM-in 310, 32.4, 312.2-ci maddəsi ilə bəraət verilməsi, CM-in 29, 178.2.2, 178.2.2, 29, 178.2.4, və 178.2.4-cü maddələri ilə cərimə cəzasının təyin edilməsi ilə bağlıdır. Kassasiya məhkəmə kollegiyası ilk əvvəl kassasiya şikayətinin məhkuma CM-in 310-cu maddəsi (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) cinayət əməli üzrə bəraət verilməsi barədə dəlillərinə münasibət bildirməyi məqsədəmüvafiq hesab edir. Məhkəmə kollegiyasının qənaətinə əsasən, Apellyasiya məhk əməsi iş üzrə toplanmış sübutların həcmi və ümumiyyətlə işin gerçək hallarının tərkib əlamətlərinin şəxsin CM-in 310-cu maddəsi ilə cinayət törətdiyini deməyə kifayət qədər əsas verdiyi barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011 -ci il tarixli Qərarında qeyd etmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əməl ə verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törə tməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddəsinin şərh edilməsi haqqında” 12 may 2009ci il tarixli Qərarında qeyd edilmişdir ki, həqiqətin müəyyənləşdirilməs i ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda qeyd etmişdir ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Eyni hüquqi mövqedə olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayəti üzrə” 09 sentyabr 2005-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti ola n məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-nin 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). Göründüyü kimi qanunvericilikdə nəzərdə tutulmuş normaların, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlərin ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla hə qiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclasında mümkün olan sübutları araşdırmalı, onlara müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarında araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və məhz bundan sonra əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentiyabr 2001-ci il, “X13rşı” 09 dekabr 1994cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhk əmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından aslı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Oxşar hüquqi mövqeyi paylaşan insan hüquqları üz rə Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı iş üzrə qərarında qeyd edilir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. Bundan başqa, qeyd edilən sübutların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X4rşı 18 yanvar 1978-ci il qərarında, həmçinin bir sıra qərarlarda məhkəmə sübutları qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standartını tətbiq edir. Cinayət Məcəlləsinin 310-cu maddəsində vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, yəni özbaşına öz ünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Şərh edilən cinayət əməli obyektiv cəhətdən bir-birilə qarşılıqlı əlaqədə olan üç əlamətlə xarakterizə olunur: 1) özbaşına olaraq özünü vəzifəli şəxs kimi təqdim etməklə və ya vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməklə törədilən hərəkətlər; 2) bunun nəticəsində fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasında ifadə olunan ictimai təhlükəli nəticənin baş verməsi; 3) törədilmiş hərəkətlərlə baş vermiş ictimai təhlükəli nəticə arasında səbəbli əlaqənin olmas ı. Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmənin mahiyyəti ondan ibarətdir ki, təqsirkar hər hansı bir vəzifəyə daimi və ya müvəqqəti təyin edilmənin (seçilmənin) qaydalarını pozmaqla və ya xüsusi səlahiyyətlər üçün nəzərdə tutulmuş rəsmiləşdirmə olmadan hakimiyyət nümayəndəsi funksiyasının həyata keçirilməsi üzrə, yaxud təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat funksiyasının yerinə yetirilməsi üzrə hüquq və vəzifələri qanunsuz olaraq öz üzərinə götürür. Əməlin təhlil edilən maddə üzrə tövsif edilməsi üçün təqsirkar öz kriminal hərəkətlərini məhz qanunsuz olaraq öz adına uydurduğu və ya mənimsədiyi səlahiyyətlərdən çıxış edərək törətməlidir. Subyektiv cəhətdən təqsirin qəsd forması ilə edilir. Təqsirkar özünü özbaşına vəzifəli şəxs kimi təqdim etməklə və ya qanunsuz olaraq vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməklə ictimai təhlükəli hərəkət etdiyini dərk edir, bunun nəticəsində fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulacağını qabaqcadan görür və bunun baş verməsini arzu edir (birbaşa qəsd) və ya belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verir (dolayı qəsd). Məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və zərərçəkmiş şəxslər, şahid ifadələrinin müqayisəli təhlilinə əsasən və işin hallarını tətbiq edilməli maddi və prosessual hüquq normalarının tələblərinə əsasən qiymətləndirib hesab edir ki, Məhkum ona istinad olunan cinayət əməllərini törədərkən özünü özbaşına vəzifəli şəxs, yəni Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin səlahiyyətli şəxsi kimi təqdim edərək özünün geniş əlaqələrə malik olduğunu bildirməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə cinayətini törətməsi, bununla bağlı ona verilən ittihamın öz təsdiqini tapması barədə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıb qiymətləndirərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlmiş və onun əməlini Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə düzgün tövsif etmişdir. Beləliklə kassasiya məhkəmə ko llegiyası qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkmiş şəxslər, şahid ifadələri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Belə ki, Məhkum istinad edilən cinayət əməlini törətməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Apellyasiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız im tina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkumun CM-in 310-cu maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlmiş, onun əməlini düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının (məhkumun CM-in 310-cu maddəsi ilə təqsirli olması hissəsində) qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Müdafiəçinin kassasiya şikayətində iddia olunanların əksinə olaraq həmin dəlillər apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə haqlı olaraq razılaşmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum edilmiş şəxs Məhkum barəsində CM-in 310-cu maddəsi ilə nəzərdə tutulan əmələ münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsində (bəraətin əsasları) nəzərdə tutulan əsaslar, habelə həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini istisna edən hallar müəyyən edilməmişdir. Kassasiya şikayətinin məhkuma göstərilən əməl üzrə bəraət verilməsi barədə dəlilləri heç bir hüquqi əsasa söykənməyən əsassız dəlillərdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin Məhku m Azərbaycan Respublikası CM-in 32.4, 312.2-ci maddəsi ilə bəraət verilməsi barədə dəlillərinə münasibətdə qeyd edir ki, şəxsin cinayət qaydasında cəzalandırılmasının əsaslı olub-olmamasını müəyyən etmək üçün ilk növbədə cəzalandırılmaya əsas olmuş halların araşdırılması, xüsusilə də cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olub-olmaması, şəxsin hərəkətlərinə cinayət qanunu normasının düzgün şamil edilib-edilməməsi məsələlərinə münasibət bildirilməsi tələb olunur. Azərbaycan Respublikası CPM-in 1.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhə li və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Məhkəmə kollegiyası iş materiallarına və qanunvericiliyin müvafiq norma və müddəalarına əsaslanaraq hesab edir ki, Məhkum əməlində Azərbaycan Respublikası CM-in 32.4, 312.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmadığına görə Məhkum Cinayət Məcəlləsinini həmin maddəsi ilə təqsirli bilinib məhkum olunmasına və cəza təyin edilməsinə dair müddəalar məhkəmə qərarlarından xaric olunmalıdır. Bu mövqeyini əsaslandırmaq üçün məhkəmə kollegiyası iş materiallarına, cinayət qanunu normalarının tələblərinə, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarında verilən şərhlərə, habelə “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında göstərilən tövsiyələrə müraciət etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət Məcəlləsinin 178.1-ci maddəsi dələduzluq, yəni etibardan sui-istifa də etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmənin törədilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” 17 aprel 2023-cü il tarixli Qərardadında ifadə olunmuş hüquqi mövqelərə əsasən təqsirkarın əməli CM-in 178.1-ci maddəsinin dispozisiyası ilə əhatə olunduğundan və burada rüşvət verməy ə təhrik etmə cinayətinin (CM-in 32.4, 312-ci maddələri) tərkibinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlər mövcud olmadığından, əməl qeyd edilən cinayətlərin ideal məcmusu kimi deyil, yalnız CM-in 178-ci maddəsi ilə dələduzluq cinayəti kimi tövsif olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 iyul tarixli Qərarının təsviriəsaslandırıcı hissəsində isə qeyd olunmuşdur ki, psevdorüşvətçiyə “rüşvət” şəklində pul və sair nemətlər verilməsi halında “rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib.” Konstitusiya Məhkəməsinin Palatası da məhz bu yanaşmadan çıxış edərək və bununla da həmin yanaşmanı müdafiə etdiyini bir daha nümayiş etdirərək 2023-cü il 17 aprel tarixli Qərardadında qeyd etmişdir ki, “yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul və sair maddi nemətlər alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altına alınır.” “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2015-ci il 11 iyun tarixli 7 nömrəli qərarının 36-cı bəndində qeyd edilir ki, dələduzluq cinayətlərinə dair işlərə baxarkən məhkəmələrin diqqəti bu əməllərin vəzifəli şəxslər, habelə rüşvətxorluqda vasitəçilik etmə adı ilə dələduzluq etmiş (“rüşvətxorluqda yalançı vasitəçi”) şəxslər tərəfindən törədilməsinə cəlb edilsin. Dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Azərbaycan Respublikası C PM-in 416.1.6-cı maddəsinə əsasən məhkəmənin hökm və ya qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsinin əsaslarından biri məhkəmənin cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxarmasıdır. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda şərh olunanlara əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyul 2022-ci il tarixli qərarı Məhkum Azərbaycan Respublikası CM-in 32.4, 312.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair hissəsində dəyişdirilməlidir. Kassasiya şikayətində mübahisələndirilən cəzaya dair məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətl i olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi k imi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsini n həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakteri nə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərar ının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqs ədəuyğun olması izah edilməlidir. Məhkum edilmiş şəxs Məhkum cəza təyin edərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-in 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 №-li qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran hal olmamasını, onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq ona Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində qanuni, əsa slı və ədalətli cəza təyin edilmişdir. Apellyasiya instansiya məhkəməsi də tamamilə düzgün olaraq, birinci instansiya məhkəməsinin cəza təyin etmə ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə kollegiyası Məhkum cərimə cəzasının təyin edilməsi barədə kassasiya şikayətinini dəlillərini əsassız hesab edir və qeyd edir ki, məhkum edilmiş şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması halları müəyyən edilmir və cəzanın məqsədləri onun məhz Cinayət Məcəlləsinin 29,178.2.2, 178.2.2, 29,178.2.4, 178.2.4 və 310-cu maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Göstərilənlərə əsasən kassasiya kassasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyul 2022-ci il tarixli qərarını dəyişdirilərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyul 2022-ci il tarixli qərarından və onunla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 may 2022-ci il tarixli hökmündən Məhkum Azərbaycan Respublikası CM-in 32.4,312.2-ci maddəsi ilə təqsirlə ndirilməsinə və məhkum edilməsinə, həmin maddə ilə və Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsi ilə cəzalandırılmasına dair müddəalar xaric edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyul 2022-ci il tarixli qərarı dəyişdirilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyul 2022-ci il tarixli qərarından və onunla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 may 2022-ci il tarixli hökmündən Məhkum Azərbaycan Respublikası CM-in 32.4,312.2-ci maddəsi ilə təqsirləndirilməsinə və məhkum edilməsinə, həmin maddə ilə və Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsi ilə cəzalandırılmasına dair müddəalar xaric edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 may 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 29,178.2.2, 178.2.2, 29,178.2.4, 178.2.4-cü maddələri ilə təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikası CM-in 310-cu maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası CM-in 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1575/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1575/2023
20.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver