Məhkəmə qərarları › İş №1(102)-1576/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1576/2023

13.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1576/2023 13.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Yusifov Şahin Yaşar oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Zərərçəkmiş şəxs X1 və onun nümayəndəsi, “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə, Zərərçəkmiş şəxsin hüquqi varisi X2, Məhkum müdafiəçiləri, “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Bədəlov Fuad Murad oğlu və Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Mirmehdizadə Rəşad Mehdi oğlunun iştirakları ilə xx xxxxxxxx 1985-ci il tarixdə İmişli rayonunun Qaralar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada sürücü işləmiş, əvvəllər məhkum olunmamış, İmişli rayonu Qaralar kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 221.3-cü maddəsi ilə, xx xxxxxx 1991-ci il tarixdə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fitness müəllimi işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi, “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Bədəlov Fuad Murad oğlu və Zərərçəkmiş şəxs1 nümayəndəsi, “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli hökmü ilə (hakimlər: Ə.Q.Quliyev (sədrlik edən), İ.X.Həsənzadə və A.İ.Paşayev) Məhkum – Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən, 11 aprel 2021-ci il tarixdən 10 noyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 6 (altı) ay 29 (iyirmi doqquz) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla, cəzasının əvvəli 25 oktyabr 2022-ci il tarixdən hesablanmaqla və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində onun üzərində 2 (iki) il 1 (bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2023-cü il tarixli qərarı ilə (hakimlər: İ.M.Murquzov (sədrlik edən), Q.X.Babayev və A.V.Tanrıverdiyev) zərərçəkmiş Zərərçəkmiş şəxs1 nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli hökmü təqsirləndirilən şəxs Məhkum münasibətdə dəyişdirilmişdir. Təqsirləndirilən Məhkum təqsirli bilindiyi CM-nin 221.3-ci maddəsi ilə təyin olunmuş 2 (iki) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına artırılmış, CM-nin 69.3-cü maddəsinə əsasən, 11 aprel 2021-ci il tarixdən 10 noyabr 2021-ci il tarixədək onun həbsdə saxlanıldığı 6 (altı) ay 29 (iyirmi doqquz) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla, cəzasının əvvəlinin 25 oktyabr 2022-ci i l tarixdən hesablanmaqla və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində onun üzərində 3 (üç) il 5 (beş) ay 1 (bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə edilməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, Məhkum 10 aprel 2021-ci il tarixdə saat 17:20 radələrində, ictimai yer olan Bakı şəhəri Binəqədi rayonu 4-cü Mədən ünvanında İxtisaslaşdırılmış Mexanikləşdirmə idarəsinin həyətində idarə etdiyi “Mercedes Benz Axor” markalı **-SH-*** dövlət nömrə nişanlı yük avtomobilin təmirinin yekunlaşmasını gözləyərək ə razidə gəzişdiyi zaman orada Zərərçəkmiş şəxs2 onun çiynindən asılmış qara rəngli çantasına diqqətlə baxmasına hiddətlənərək, Zərərçəkmiş şəxs2 nəyə baxdığını soruşub onun bu hərəkətini cüzi səbəb kimi bəhanə edərək mübahisənin yaranmasına rəvac verməklə həyətdəki “Mercedes-Benz Actros” markalı **ZY-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sükanı arxasında olan Zərərçəkmiş şəxs2 atası Zərərçəkmiş şəxs1 ona oğlu Cavadla mübahisə etməsini irad tutduğundan, sonuncu ilə heç bir əsaslı səbəb olmadan mübahisə yaradıb özünün şəxsiyyətini başqalarının şəxsiyyətinin fövqündə qoyaraq, öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbuledilmiş əxlaq normalarına açıq etinasızlıq, cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik edərək və birgəyaşayış qaydalarını kobud surətdə pozaraq, İxtisasl aşdırılmış Mexanikləşdirmə idarəsinin bir çox işçilərinin və digər insanların iradlarına əhəmiyyət verməməklə, əvvəlcə İltifat və Zərərçəkmiş şəxs2lərlə əlbəyaxa olmaqla onlara qarşı zor tətbiq etməyə çalışmış, sonra isə idarə etdiyi yük avtomobilinə tərəf qaçaraq, oradan istintaqa məlum olmayan bıçaq götürüb həmin bıçaqdan silah qismində istifadə etməklə tətbiq etməyə çalışaraq üzərinə gələn Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 vuracağı ilə hədələməyə başlamış, lakin ətrafdakı şəxslərin müdaxiləsi nəticəsində onların ilk mübahisələrinin sakitləşməsinə baxmayaraq bununla kifayətlənməyib xuliqanlıq hərəkətini davam etdirməyə çalışmaqla, hadisə yerindən uzaqlaşmaq əvəzinə yuxarıda qeyd olunan ünvanda olan İxtisaslaşdırılmış Mexanikləşdirmə idarəsinin girişinə gəlib burada Zərərçəkmiş şəx s1lə Zərərçəkmiş şəxs2 gözləmiş və həmin gün saat 17:45 radələrində onların “Toyota Land Cruiser Prado” markalı **-MG-*** dövlət nömrə nişanlı avtomobildə hadisə yerindən çıxıb getmək istədiklərini görüb qarşılarını kəsərək mübahisəni yenidən qızışdırmış, İltifat və Zərərçəkmiş şəxs2lərin çıxıb getmələrinə imkan verməyərək,onların üzərinə hücum edərək, girişin qarşısında əlbəyaxa olmaqla Zərərçəkmiş şəxs2 üz nahiyyəsindən yumruqla vuraraq, ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən - burun sümüyünün az yerdəyişmiş sınığı ilə müşayiət edilən burun nahiyəsinin sıyrıqları və sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilməyən üzün sol gözaltı nahiyəsinin qançırı kimi xəsarətlərini yetirdikdən sonra, ətrafda olan şəxslərin onları ayırmasına baxmayaraq, sakitləşməyib öz xuliqanlıq hərəkətlərini davam etdirməklə, yenidən İltifat və Zərərçəkmiş şəxs2lərin qarşısını kəsərək hadisə yerindən uzaqlaşmaqlarına maneə törətməklə əlində olan daş parçasını silah qismində istifadə edib tətbiq edərək daşı Zərərçəkmiş şəxs1 qarın nahiyyəsinə çırpmaqla sonuncuya sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilməyən, qarının sol yan divarının qançırı xəsarətini yetirmiş və daha sonra onu təqib edən Zərərçəkmiş şəxs2 yayınmaq məqsədilə Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesi döngə 01 ünvanında yerləşməklə, “Ot Bazarı” kimi tanınan ot satışı məntəqəsi istiqamətində qaçaraq, həmin məntəqəyə çatdıqda, mobil telefonla hadisə yerinə çağırdığı X8 və Təqsirləndirilən şəxs “VAZ 21214” markalı **-TB -*** və “Opel Corsa” **-NO-*** dövlət nömrə nişanları olan avtomobillərdə ot satışı məntəqəsinin qarşısına gəldiklərini görüb həmin yerə qayıdaraq, Zərərçəkmiş şəxs1 yumruqla zərbə endirən və Zərərçəkmiş şəxs2 isə bıçaqla vurmaqla xuliqanlıq niyyəti ilə qəsdən öldürən Ramil Rəhmanova və Zərərçəkmiş şəxs1 belindən tutaraq fənd işlətməklə yerə çırpan Təqsirləndirilən şəxs qoşularaq,onlarla birlikdə bir qrup şəxs halında xuliqanlıq hərəkətlərini davam etdirərək Ramil Rəhmanov və Təqsirləndirilən şəxsla bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə edilən əşyadan istifadə edilməklə, zərərçəkmişə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Məhkəmənin hökmünə əsasən, Təqsirlən dirilən şəxs bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 10 aprel 2021-ci ildə saat 17 radələrində,Bakı şəhəri Binəqədi rayonu 4-cü Mədən ünvanında olan İxtisaslaşdırılmış Mexanikləşdirmə idarəsinin həyətində döyüldüyündən oraya ona köməyə gəlməsi barədə Məhkum həmkəndlisi X5 etdiyi telefon zəngindən sonra idarə etdiyi “Opel Corsa” markalı **-NO-*** dövlət nömrə nişanlı avtomobillə özü və onunla eyni vaxtda “VAZ 21214” markalı **-TB-*** dövlət nömrə nişanlı avtomobili idarə etməklə Ramil Rəhmanov həmin gün saat 17:50 radələrində Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesi döngə 01 ünvanında yerləşməklə “Ot Ba zarı” kimi tanınan ot satışı məntəqəsi qarşısına gəlib Məhkum arxasınca Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 gəldiklərini gördükdə, bunu cüzi səbəb kimi bəhanə etməklə, hər ikisi idarə etdikləri avtomaşınları saxlayaraq yerə düşmüş və ətrafda olan çoxlu sayda tanımadıqları insanların olmasına baxmayaraq şəxsiyyətlərini başqalarının şəxsiyyəti fövqündə qoyub ictimai qaydalara açıq etinasızlıq, cəmiyyətə qarşı hörmətsizlik göstərib onların hadisə yerinə gəlməsindən əvvəl başladığı xuliqanlıq hərəkətlərini davam etdirən Məhkumlə birlikdə bir qrup şəxs halında öz fiziki gücünü və üstünlüklərini nümayiş etdirmək üçün Ramil Rəhmanov idarə etdiyi “VAZ 21214” markalı **-TB-*** dövlət nömrə nişanlı avtomobilini Zərərçəkmiş şəxs1 qarşısında saxlayaraq aşağı düşən kimi dərhal, heç bir sual verməd ən, baş verənlərin mahiyyətini aydınlaşdırmadan və hər hansı bir xəbərdarlıq etmədən qəflətən əli ilə Zərərçəkmiş şəxs1 sağ üz nahiyəsinə yumruq zərbəsi vurub sonuncunu yerə yıxdıqdan sonra Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobilin əlcək qabından götürdüyü istintaqa məlum olmayan bıçaqla xuliqanlıq niyyətilə bir dəfə vurub öldürmüş, Təqsirləndirilən şəxs da Ramil Rəhmanovun istiqamətinə qaçıb həmin vaxt ayağa qalxan Zərərçəkmiş şəxs1 itələmiş, bununla kifayətlənmədən əyilməklə Zərərçəkmiş şəxs1 belindən tutaraq fənd işlətməklə, üzü üstə yerə çırpmaqla dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid edilən üst dodağının əzilmiş yarası, dodağın selikli qişasına qansızma və üst çənədə bir ədəd dişin travmatik sınığı kimi xəsarətləri yetirmiş, öz şəxsi yyətini başqaların şəxsiyyəti fövqündə qoyaraq, ictimai qaydalara açıq etinasızlıq və cəmiyyətə qarşı hörmətsizlik göstərərək, Məhkum və X10 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsi xahiş olunur. Şikayətdə qeyd olunur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, zərərçəkmiş şəxsin nümayəndəsinin apellyasiya şikayətində Məhkum cəzasının ağırlaşdırılmasına dair tələb və cəzanın artırılması üşün əsaslar olm adığı halda, apelyasiya instansiyası məhkəməsi Məhkum himayəsində 2 azyaşlı uşaqlarının olmasını, özünün ağır şəkərli diabet xəstəsi olmasını nəzərə almayaraq cəzasını ağırlaşdırmışdır. Zərərçəkmiş şəxs1 nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsi və təqsirləndirilən şəxslər Məhkum və Təqsirləndirilən şəxs barəsində ittiham olunduqları maddənin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə cəza təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayətdə qeyd olunur ki, iş üzrə ibtidai istintaq orqanı bütün hallan hərtərəfli, tam və obyektiv araşdırmadan qərəzli qərar qəbul etmişdir. Nəticədə cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv araşdırılmas ı vəzifəsi yerinə yetirilməmişdir. Amansızca baş verən cinayət əməli qabaqcadan əlbir olan 5 nəfər şəxs tərəfindən törədilsə də, onlardan 1 nəfərinə, yəni X7 CM-nin 120-ci maddəsi ilə, 2 nəfər (Təqsirləndirilən şəxs, Məhkum) isə CM-nin 221-ci maddələri ilə ittiham elan edilmişdir. Şikayətdə həmçinin göstərilir ki, apelyasiya şikayətinə əsasən işə baxan apelyasiya instansiya məhkəməsi Məhkum təyin edilmiş cəzanı cüzi olaraq artırsa da, Təqsirləndirilən şəxs cəzasını dəyişdirilmədən saxlamışdır. Şikayət müəllifi hesab edir ki, hər iki məhkumun cəzası sərtləşdirilməlidir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, zərərçəkmiş şəxsin nüma yəndəsi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə müdafiəçilər F.Bədəlovun və R.Mirmehdizadənin, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs2, Nümayəndə və dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən as ılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarının düzgün tətbiq edilibedilməməsi məsələsini yoxlayır. Məhkum müdafiəçisi tə rəfindən verilmiş kassasiya şikayətində məhkum barəsində CM-in 221.3-cü maddəsi ilə olan cinayət işi üzrə apelyasiya məhkəməsinin qərarının ləğv edilməsi və Məhkum təyin olunmuş cəzanın yüngülləşdirilməsi xahiş olunur. Zərərçəkmiş şəxs1 nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsi və təqsirləndirilən şəxslər Məhkum və Təqsirləndirilən şəxs barəsində ittiham olunduqları maddənin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə cəza təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsinə əsasən “Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və y a belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər “ə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 221.2-ci maddəsinə görə “Eyni əməllər: 221.2.1. bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə; iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində isə “Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqdaiki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır” Məhkum еdilmiş şəхslər Məhkum və Təqsirləndirilən şəxs cəzа təyin еdilməsi ilə bağlı kassasiya şikayətlərinin dəlillərini müzаkirə еdib, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan R espublikası CM-in 8, 41.2, 58.3 və 59-cu maddələrinin tələblərinə tam riayət etmişdir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəs inə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfind ən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yün gülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cina yət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyind ə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin s anksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu yüngül cəza təyin edilməsini nəzərdə tutur. Məhkəmə kollegiyası hesab edir ki, məhkumlar Məhkum və Təqsirləndirilən şəxs barələrində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, Məhkum müsbət xarakterizə olunmasını və “Şəkərli diabet tip 02, insulindən asılı” diaqnozu ilə ambulator qeydiyyatda olmasını onun cəzasını yüngülləşdirən hallar kimi, o cümlədən Təqsirləndirilən şəxs ölkə hüdudlarını tərk etməsinə baxmayaraq, axtarışda olmasını bildikdən sonra könüllü şəkildə geri qayıdaraq ibtidai istintaq orqanına və ibtidai istintaq orqanının qanuni tələblərinə tabe olmasını onun cəzasını yüngülləşdirən hallar kimi və cəzalarını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası maddənin sanksiyası həddindədir. Cəza təqsirləndirilən şəxsin şəxsiyyətinə, ail ə vəziyyətinə, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmaqla yanaşı, onun islah olunaraq, cəmiyyətin normal üzvünə çevrilməsi perspektivlərini də nəzərdə tutmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qeyd edir ki, cəzanın məqsədi birmənalı olaraq, təqsirləndirilən şəxsdən törətdiyi əmələ görə qisas almağa yönəlməməli, onun cəzasını çəkib qurtardıqdan sonra islah olunması, cəmiyyətin normal üzvü kimi yaşamaq şansını saxlamasını da nəzərdə tutmalıdır. Odur ki, məhkəmə kollegiyası Məhkum barəsində daha ağır və ya daha yüngül cəzanın, məhkum Təqsirləndirilən şəxs barəsində isə daha ağır cəzanın təyin edilməsini məqsədə müvafiq hesab etmir. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tut ulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən hökmünün qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətlərinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətlərinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində onun ləğv edilməsi və ya dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğunda n, şikayətlər təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Məhkum müdafiəçisi tərəfindən vaerilmiş kassasiya şikayəti təmin edilməsin. Zərərçəkmiş şəxs1 nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum və Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2023-cü il tarixli qərarı Məhkum müdafiəçisi tərəfindən və Zərərçəkmiş şəxs1 nümayəndəsi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar