Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1577/2019 20.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1 Zərərçəkmiş şəxsin hüquqi varisi X6 Bəraət almış şəxs X11 və onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 14 iyun 1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta-ixtisas təhsilli, məhkumluğu olmayan, Bakı şəhəri, ************************ ************** qeydiyyatda olan və həmin ünvanda yaşayan X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 04 iyun 2019-cu il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin apelyasiya və kassasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X9 tərəfindən verilmiş kassasiya protestinə və zərərçəkmiş şəxsin hüquqi varisi X13 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 mart 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim C.V.Hüseyn) X7 Azərbaycan Respublikası CM-i n 263.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 04 iyun 2019-cu il tarixli hökmü ilə (hakimlər: M.Ə.Abbasov (sədrlik edən), E.E.Rəhimov və V.Ə.Mursaqulov) apellyasiya protesti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 mart 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: İstintaq orqanının gəldiyi nəticəyə əsasən, X11 yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, X11 14 sentyabr 2017-ci il tarixdə saat 19:47 radələrində **** seriyalı ************* nömrəli "*****" kateqoriyalı sürüc ülük vəsiqəsi əsasında özünə məxsus, texniki cəhətdən saz vəziyyətdə olan "Ford Connect" markalı, Az ** *** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 ünvanın qarşısında saatda 60 km sürətlə hərəkətdə olarkən, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərini pozaraq sürətdən və hərəkət şəraitindən asılı olaraq eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaqdan ötrü müvafiq ara məsafəsi seçməli olduğu halda, bunu etməmiş, hadisənin qarşısını almağa texniki imkanının olmasına baxmayaraq, həmin vaxt ondan qabaqda gedən "Mercedes Benz GL 450" markalı, Az **--*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid idarə etdiyi avtomobilin ə yləcini basdıqda onunla toqquşmamaq üçün idarə etdiyi "Ford Connect" markalı, Az ** *** dövlət qeydiyyat nişanlı avtomobili sağa istiqamətləndirib soldan ikinci zolağa çıxaraq "Mercedes Benz GL 450" markalı, Az **-*** dövlət qeydiyyat nişanlı avtomobilin vurması nəticəsində yerdə uzanmış vəziyyətdə olan 01 dekabr 1951-ci ildə anadan olmuş, X2 üstündən keçərək ehtiyatsızlıqdan Uğuz Vəliyevin həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olan döş qəfəsinin deformasiyası, qabırğaların iki tərəfli çoxsaylı sınıqları, hər iki körpücük sümüklərinin sınıqları, döş sümüyünün sınığı, ağciyərlərin əziyi, cırılmış yaraları, ürək kisəsinin və ürəyin cırılmış yaraları, diafraqmaya qansızma, qara ciyərin sol payının cırılmış yarası, qarının ön divarının sol yarısının açıq yarası, periton v ə enən çənbərbağırsağa qansızma, daxili üzvlərin soldan-sağa doğru yerdəyişməsi, sıxılması, çanaq sümüklərinin və sol sirkə kasasının, sol bazu sümüyünün qapalı və dirsək oynağı sümüklərinin açıq, sağ bud sümüyünün qapalı, sol bud sümüyünün, hər iki baldır sümüklərinin açıq sınıqları, bədənin çoxsaylı əzilmiş-cırılmış yaraları, sıyrıqları və qançırlarından ibarət xəsarətlər almasına və aldığı xəsarətlərdən hadisə yerində ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da, X11 öz hərəkətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə ittiham edilmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin 04 iyun 2019-cu il tarixli qəra rının ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması xahiş olunur. Protest müəllifi qeyd edir ki, məhkəmələr CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etməmiş və tətbiq edilməli olan cinayət qanunu normasını tətbiq etməyərək, tətbiq edilməli olmayan cinayət qanunu normasını tətbiq edərək R.Əskərovun təqsirliliyi sübuta yetirilməməsi barədə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Dövlət ittihamçısı hesab edir ki, məhkəmələr zərərçəkmiş şəxs X8 bədənində aşkar edilmiş xəsarətlər və onun ölümünün səbəbi ilə əlaqədar verilən məhkəmə-tibb ekspertizalarının rəylərini kifayət qədər əsaslı hesab etmirdilərsə, mötəbər sübut kimi qəbul etmirdilərsə, sübutların tədqiqindən imtina etməməli, təkrar ekspertizalar təyin edi b rəy almaqla obyektiv nəticəyə gəlməli idilər. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs X8 hüquqi varisi X13 tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 04 iyun 2019-cu il tarixli qərarının ləğv edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, onun atasının ölümünə səbəb olmuş avtoqəzanı törətmiş sürücülər Şahid və R6 əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməsi barədə dövlət ittihamçısı R.6 və zərərçəkmiş şəxsin hüquqi varisi N6, kassasiya şikayətinin və kassasiya protestinin təmin edilməməsi barədə bəraət almış şəxs R6 və onun müdafiəçisi Müdafiəçi çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən, kassasiya protesti tam təmin edilməli və apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyas ı məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Protest müəllifi qeyd edir ki, bəraət almış şəxsin təqsirliliyi tamamilə sübuta yetirilməsinə baxmayaraq məhkəmələr ona əsassız olaraq bəraət vermiş, bununla da cinayət qanunvericiliyinin tələblərini pozmuşdur. Zərərçəkmiş şəxsin hüquqi varisi də kassasiya şikayətində qərarın ləğv olunaraq yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə q aytarılmasını və atasının ölümünə səbəb olmuş avtoqəzanı törətmiş sürücülər Şahid və Rasim Əskərovun cinayət məsuliyyətinə cəlb olunmasının təmin edilməsini xahiş edir. Zərərçəkmiş şəxsin hüquqi varisinin atasının ölümünə səbəb olmuş avtoqəzanı törətmiş "Mercedes Benz GL 450" markalı, Az **--*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməməsinə dair kassasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə müvafiq olaraq məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Cinayət təqibi orqanı tərəfindən isə yalnız X7 qarşı CM-nin 263.2- maddəsi ilə nəzərdə tutulan cinayə tin törətməsi barədə ittiham irəli sürülmüşdür. Azərbaycan Respublikası CPM-nin 318.2-ci maddəsində nəzərdə tutulmuş hallar, yəni dövlət ittihamçısının təqsirləndirilən şəxsə daha ağır cinayət törətməyə görə ittiham edilməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatəti daxil olmamışdır. Həmçinin apellyasiya məhkəməsində cinayət işinə baxılarkən dövlət ittihamını həyata keçirən orqan tərəfindən Azərbaycan Respublikası CPM-nin 391.8-1-ci maddəsinə müvafiq olaraq protest verilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda şərh olunan vəziyyətdə məhkəmələr Şahid qarşı irəli sürülməyən ittihama baxa bilməz. Kassasiya protestinin dəlilləri və kassasiya şikayətində göstərilmiş digər dəlilləri əsaslı hesab edən məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək hesab edir ki, X5 cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyi əsası ilə ona bəraət verilməsi barədə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış və bu nəticəyə gələrkən məhkəmə işin halları ilə yanaşı həmçinin maddi və prosessual qanunun normalarında əks etdirilmiş tələbləri kifayət qədər nəzərə almamışdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkan ının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iclaslarında araşdırılmış sübutlar X11 barəsində bəraət hökmünün çıxarılması üçün kifayət etməmiş, məhkəmənin gəldiyi nəticələr tədqiq edilmiş sübutlara əsaslanmamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X10 qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyini nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlid ir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Belə ki, cinayət işində olan Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 14 sentyabr 2017-ci il tarixli protokoldan görünür ki, piyadanın meyiti qoşa xətdən yarım metr aralıda - yolun sol hissəsində aşkar edilmiş, piyadanın vurulma yeri sol kənar zolağın sol kənarında 3 metr məsafədə olmuş, «Mercedes Benz GL-450» markalı **--*** dövlət qeydiyyat nişanlı avtomobil meyitin aşkar olduğu yerdən təxminən 20 metr öndə, yolun sol kənar hissəsində saxlanmışdır. «Ford Connect» markalı **--*** dövlət qeydiyyat nişanlı avtomobil yolun sağ kənar hissəsində meyitin aşkar olduğu yerdən təxminən 30 metr aralıda saxlanılmışdır. «Mercedes Benz GL-450» markalı **--*** dövlət qeydiyyat nişanlı avtom obilin sağ yan güzgüsü zədələnmişdir. Yol nəqliyyat hadisəsi yerinin sxemindən görünür ki, piyadanın hərəkət hissəsi yolun sağ hissəsindən sola doğru olmuş, zolaqlar arasında olan qoşa xətdən sonra piyadanın qət etdiyi məsafə 5 metr olmuş, piyadanın birinci vurulduğu yer öndə, ikinci vurulduğu yer ondan bir qədər geridə göstərilmişdir. Hadisə yerinin fotoşəkillərindən görünür ki, «Mercedes Benz GL-450» markalı **--*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan güzgüsü, sağ ön qapısı və sağ ön qanadı, «Ford Connect» markalı **--*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön hissəsi zədələnmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 4 oktyabr 2017-ci il tarixli 24276 nömrəli məhkəmə-avtotexniki ekspertizasının rəyindən görünür ki, istintaq tərəfind ən təqdim olunmuş məlumatlara əsasən; «Mercedes Benz GL450» markalı **--*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid piyadanın hərəkət tempinin minimum və orta hədlərində hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. «Mercedes Benz GL-450» markalı **--*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid piyadanın hərəkət tempinin maksimum həddində hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Mövcud şəraitdə 60 km/saat sürətlə hərəkətdə olan «Mercedes Benz GL-450» markalı **--*** dövlət qeydiyyat nişanlı avt omobilin dayanma yolu 34,9 metrdir. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «Ford Connect» markalı **--*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən «Ford Connect» markalı **--*** dövlət qeydiyyat nişanlı avtomobilin dayanma yolu ilə əlaqədar tədqiqat aparılmadı. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X12-Təcrübi və Tədris Birliyinin 14 sentyabr 2017-ci il tarixli 104 nömrəli rəyindən görünür ki, mərhum U6 ölümünə səbəb həyatla bir araya sığmayan bədənin ağır küt travması olmuşdur. U6 meyitində aşağıdakı qrup xəsarətləri aşkar edildi: a) baş beyinin yumşaq qişasına, maddəsinə və mədəciklərinə qansızma, kəllə tağı sümüklərinin qəlpəli və kəllə əsasına keçən xətti sınıqları, üz skeleti sümüklərinin çoxsaylı sınıqları, başın yumşaq toxumalarının iç səthinə qansızma, alının və sifətin yumşaq toxumalarının əzilmiş-cırılmış yaraları, sifətin yumşaq toxumalarının qançırı-şişkinliyi. b) döş qəfəsinin deformasiyası, qabırğaların iki tərəfli sınıqları, hər iki körpücük sümüklərinin sınıqları, döş sümüyünün sınığı; ağciyərlərin əziyi, cırılmış yaraları; ürək kisəsinin və ürəyin cırılmış yaraları; diafraqmaya qansızma; qara ciyərin sol payının cırılmış yarası; qarının ön divarının sol yarısının açıq yarası, periton və enən çənbərbağırsağa qansızma; daxili üzvlərin soldansağa doğru yerdəyişməsi, sıxılması; çanaq sümüklərinin və sol sirkə kasasının sınıqları; sol bazu sümüyünün qapalı və dirsək oynağı sümüklərinin açıq sınıqları; sağ bud sümüyünün qapalı sınığı; sol bud sümüyünün, hər iki baldır sümüklərinin açıq sınıqları, bədənin çoxsaylı əzilmiş-cırılmış yaraları, sıyrıqları və qançırları. Qeyd olunan xəsarətlər həyati olub, U.Vəliyevin ölümündən az əvvəl bərk küt əşyanın təsirindən əmələ gəlmişdirlər, dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. U.Vəliyevin almış olduğu xəsarətlərin xarakterini, lokalizasiyasını və əmələ gəlmə mexanizmini nəzərə alaraq demək olar ki, baş nahiyəsində və canaqda olan kobud xəsarətlər hərəkətdə olan «Mercedes Benz GL-450» minik markalı **--*** dövlət q eydiyyat nişanlı avtomobillə piyadanın vurulmasından əmələ gələ bilərdilər, dərəcəsinə görə, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər və ölümlə birbaşa səbəbli əlaqəsi vardır. U6 almış olduğu digər xəsarətlərin xarakterini, lokalizasiyasını və əmələ gəlmə mexanizmini nəzərə alaraq demək olar ki, gövdənin, yuxarı və aşağı ətrafların çoxsaylı xəsarətləri, ürəyin həyatla bir araya sığmayan əzilmiş-cırılmış yaraları, ağciyərlərin zədələnmələri, daxili üzvlərin cırılmış yaraları, döş, körpücük, qabırğaların, yuxarı və aşağı ətraf sümüklərinin çoxsaylı kobud sınıqları hərəkətdə olan «Ford Connect» minik markalı **--*** dövlət qeydiyyat nişanlı avtomaşının ön qabaq hissələri ilə köndələn uzanmış vəziyyətdə olan piyadanı vurulması və asfalt örtüyü ilə avtom aşının təkərləri, alt qabarıq hissələrinin təsirindən soldan-sağa doğru sıxılması nəticəsində yarana bilərdilər, dərəcəsinə görə, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər, ölümlə birbaşa səbəbli əlaqələri vardır. X2 meyitində aşkar edilmiş xəsarətlər bədənin baş, döş və ətraflarına qısa müddət ərzində yetirilən güclü zərbələrdən yarandıqlarından, «A» və «B» qrup xəsarətlərin hər birindən, ayrı-ayrılıqda ölümün baş verməsi mümkün olduğundan onları ayırmaq mümkün deyildir. X3 meyitindən götürülmüş qanda məhkəmə-kimya təhqiqat nəticəsində etil spirti aşkar edilmişdir. Etil spirtinin qatılığı -3,7 %-dir, bu da canlı şəxslər-də ağır dərəcəli sərxoşluq əlamətlərini daşıyır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 ya nvar 2018-ci il tarixli 331 nömrəli əlavə məhkəmə-avtotexniki ekspertizasının rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «Mercedes Benz GL- 450» markalı **-* dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Mövcud şəraitdə 60 km/saat sürətlə hərəkətdə olan «Mercedes Benz GL-450» markalı **--*** dövlət qeydiyyat nişanlı avtomobilin dayanma yolu 34,9 metrdir. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «Ford Connect» markalı **--*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsi nin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən «Ford Connect» markalı ** HU *** dövlət qeydiyyat nişanlı avtomobilin dayanma yolu ilə əlaqədar tədqiqat aparılmadı. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X12-Təcrübi və Tədris Birliyinin (təkrar ekspertizalar şöbəsi) 24 yanvar 2018-ci il tarixli T 06/2018 N°-li təkrar məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, mərhum U.Vəliyevin meyitinin müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edildi: a) baş beyinin yumşaq qişasına, maddəsinə və mədəciklərinə qansızma, kəllə tağı sümüklərinin qəlpəli və kəllə əsasına keçən xətti sınıqları, üz skeleti sümüklərinin çoxsaylı sınıqları, başın yumşaq toxumalarının iç səthinə qansızma, alının və sifətin yumşaq toxumalarının əzilmiş-cırılmış yaraları, sifətin yumşaq toxumalarının qançırı, şişkinliyi. b) döş qəfəsinin deformasiyası, qabırğaların iki tərəfli çoxsaylı sınıqları, hər iki körpücük sümüklərinin sınıqları, döş sümüyünün sınığı, ağciyərlərin əziyi, cırılmış yaraları, ürək kisəsinin və ürəyin cırılmış yaraları, diafraqmaya qansızma, qaraciyərin sol payının cırılmış yarası, qarının ön divarının sol yarısının açıq yarası, periton və enən çənbərbağırsağa qansızma, daxili üzvlərin soldan-sağa doğru yerdəyişməsi, sıxılması, çanaq sümüklərinin və sol sirkə kasasının, sol bazu sümüyünün qapalı və dirsək oynağı sümüklərinin açıq, sağ bud sümüyünün qapalı, sol bud sümüyünün, hər iki baldır sümüklərinin açıq sınıqları, bədən in çoxsaylı əzilmiş-cırılmış yaraları, sıyrıqları və qançırları. Qeyd olunan xəsarətlər həyati olub, U ölümündən az əvvəl böyük fiziki qüvvəyə malik bərk küt əşyaların təsirindən törənmiş, hərəkətdə olan avtomobillə piyadanın vurulması və sonradan xəsarət almış piyadanın üzərindən başqa bir avtomobilin keçməsi, asfalt örtüyü ilə sürünməsi nəticəsində əmələ gəlmişlər, dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. U6 almış olduğu xəsarətlərin xarakterini, lokalizasiyasını və əmələ gəlmə mexanizmini nəzərə alaraq demək olar ki, həmin xəsarətlərdən «a» bəndində göstərilənlər hərəkətdə olan «Mercedes Benz GL-450» minik markalı *************** dövlət nömrə nişanlı avtomobillə piyadanın vurulmasından, «b» bəndindəkilər isə İ avtomobil vurduqd an sonra asfalt örtüyünə uzanmış vəziyyətdə olarkən piyadanın hərəkətdə olan «Ford Connect» minik markalı **-HU-*** dövlət nömrə nişanlı minik avtomaşının təkərləri və alt qabarıq hissələri ilə asfalt örtüyü arasında sıxılmasından yarana bilərdilər və ölümün hər iki avtomaşının törətdiyi xəsarətlərdən baş verə bilməsi mümkün olduğundan onları dəqiq ayırmaq mümkün deyildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X12-Təcrübi və Tədris Birliyinin (birliyin Bakı şəhər şöbəsində) 9 iyul 2018-ci il tarixli 314 nömrəli təkrar məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, mərhum U6 meyitinin müayinəsi zamanı aşağıdakı xəsarətlər müəyyən edilmişdir: a) baş beyinin yumşaq qişasına, maddəsinə və mədəciklərinə qansızma, kəllə tağı sümüklərinin qəlpəli və kəllə əsası na keçən xətti sınıqları, üz skeleti sümüklərinin çoxsaylı sınıqları, başın yumşaq toxumalarının iç səthinə qansızma, alının və sifətin yumşaq toxumalarının əzilmiş-cırılmış yaraları, sifətin yumşaq toxumalarının qançırı, şişkinliyi. b) döş qəfəsinin deformasiyası, qabırğaların iki tərəfli çoxsaylı sınıqları, hər iki körpücük sümüklərinin sınıqları, döş sümüyünün sınığı, ağciyərlərin əziyi, cırılmış yaraları, ürək kisəsinin və ürəyin cırılmış yaraları, diafraqmaya qansızma, qaraciyərin sol payının cırılmış yarası, qarının ön divarının sol yarısının açıq yarası, periton və enən çənbərbağırsağa qansızma, daxili üzvlərin soldan-sağa doğru yerdəyişməsi, sıxılması, çanaq sümüklərinin və sol sirkə kasasının, sol bazu sümüyünün qapalı və dirsək oynağı sümüklərinin açıq, sağ bud sümüyünün qapalı, sol bud sümüyünün, hər iki baldır sümüklərinin açıq sınıqları, bədənin çoxsaylı əzilmiş-cırılmış yaraları, sıyrıqları və qançırları. U6 almış olduğu xəsarətlərin xarakterini, lokalizasiyasını və əmələ gəlmə mexanizmini nəzərə alaraq demək olar ki, 1-ci bəndin «a» bölməsində göstərilən xəsarətlər hərəkətdə olan «Mercedes Benz GL-450» minik markalı *************** dövlət qeydiyyat nişanlı avtomobillə piyadanın vurulması nəticəsində əmələ gələ bilərlər, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. U6 almış olduğu xəsarətlərin xarakterini, lokalizasiyasını və əmələ gəlmə mexanizmini nəzərə alaraq demək olar ki, 1-ci bəndin «b» bölməsində göstərilən xəsarətlər birinci avtomobil vurduqdan sonra asfalt örtüyünə uzanmış vəziyyətdə olan piyadanın hərəkətdə olan «Ford Connect» minik markalı **--*** dövlət qeydiyyat nişanlı minik avtomaşının təkərləri və alt qabarıq hissələri ilə asfalt örtüyü arasında sıxılmasından yarana bilərdilər və dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Hadisənin qısa müddət ərzində baş verməsindən və xəsarətlər ümumilikdə kobud xarakter daşıdığından ölümün hansı avtomobilin tərəfindən yetirilən xəsarətlərdən baş verməsini birmənalı şəkildə dəqiq müəyyən etmək mümkün olmasa da, «Ford Connect» markalı avtomobilindən yaranmış xəsarətlərdən baş verməsi ehtimalına daha çox uyğun gələ bilər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X12-Təcrübi və Tədris Birliyinin (Birliyin Bakı şəhər şöbəsində) başqa tərkibdə təkrar komisyon məhkəmə -tibb ekspertizanın 29 oktyabr 2018-ci il tarixli 612 nömrəli rəyindən görünür ki, mərhum U6 meyitinin müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edildi: a) baş beyinin yumşaq qişasına, maddəsinə və mədəciklərinə qansızma, kəllə tağı sümüklərinin qəlpəli və kəllə əsasına keçən xətti sınıqları, üz skeleti sümüklərinin çoxsaylı sınıqları, baş yumşaq toxumalarının iç səthinə qansızma, alının və sifətin yumşaq toxumalarının əzilmişcırılmış yaraları, sifətin yumşaq toxumalarının qançırı, şişkinliyi. b) döş qəfəsinin deformasiyası, qabırğaların iki tərəfli çoxsaylı, sınıqları, hər iki körpücük sümüklərinin sınıqları, döş sümüyünün sınığı ağciyərlərin əziyi, cırılmış yaraları, ürək kisəsinin və ürəyin cırılmış yaraları, diafraqmaya qansızma, qaraciyərin sol payının cırılmış yarası, qarının ön di varının sol yarısının açıq yarası, periton və enən çənbərbağırsağa qansızma, daxili üzvlərin soldan-sağa doğru yerdəyişməsi, sıxılması, çanaq sümüklərinin və sol sirkə kasasının, sol bazu sümüyünün qapalı və dirsək oynağı sümüklərinin açıq, sağ bud sümüyünün qapalı, sol bud sümüyünün hər iki baldır sümüklərinin açıq sınıqları, bədənin çoxsaylı əzilmiş-cırılmış yaraları, sıyrıqları və qançırları. Meyitin müayinəsi zamanı aşkar edilən xəsarətlərdən «a» bəndində qeyd edilən xəsarətlər canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilsə də, «b», bəndində qeyd edilənlər həyatla bir araya sığmayan xəsarətlərə aid olduğundan ölümün piyada artıq uzanmış vəziyyətdə olarkən «Ford Connect» markalı avtomaşının təkər və alt qabaq hissələri ilə yol örtüyü arasında sıxılması ndan, sürüməsindən baş verməsinə daha çox uyğun gəlir. Birinci instansiya məhkəməsi X8 ölümünün avtoqəza hadisəsinin iştirakçısı olan avtomobillərdən («Mercedes Benz GL-450» minik markalı ************* dövlət qeydiyyat nişanlı avtomobil, yaxud «Ford Connect» minik markalı **--*** dövlət qeydiyyat nişanlı avtomobil) hansının yetirdiyi xəsarətlərdən baş verməsinin müəyyən edilməsinin məhkəmə- tibb ekspertizalarının rəyləri ilə mümkün olmamasını əsas götürərək, həmin rəyləri mötəbər sübut kimi qəbul etməmiş və R6 «Ford Connect» minik markalı avtomobillə faktiki olaraq ölmüş olan şəxsə xəsarətlər yetirməsi nəticəsinə gəlmiş və təqsirliliyinin sübuta yetməməsi əsası ilə ona bəraət vermişdir. Apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Məhkəmə k ollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri tərəfindən cinayət və cinayət-prosessual qanunlarının normaları düzgün tətbiq olunmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, «Ford Connect» markalı **--*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluğun olması və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanının olması mübahisələndirilmədiyindən həmin məsələnin müzakirəsini zəruri hesab etmir. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizalarının yuxarıda şərh olunan rəylərinin hamısında qeyd-şərtsiz olaraq göstərilir ki, zərərçəkmiş şəxs X8 bədənində aşkar olunmuş xəsarətlər h əyati olub, U6 ölümündən az əvvəl böyük fiziki qüvvəyə malik bərk küt əşyaların təsirindən törənmiş, hərəkətdə olan avtomobillə piyadanın vurulması və sonradan xəsarət almış piyadanın üzərindən başqa bir avtomobilin keçməsi, asfalt örtüyü ilə sürünməsi nəticəsində əmələ gəlmişlər. Rasim Əskərovun «Ford Connect» minik markalı avtomobillə zərərçəkmiş şəxs U.Vəliyevin ölümündən az əvvəl üzərindən keçməsinə dair iş üzrə təkzib edilməz sübutlar olduğu halda, birinci instansiya məhkəməsi heç bir əsas olmadan R6 «Ford Connect» minik markalı avtomobillə faktiki olaraq ölmüş olan zərərçəkmiş şəxs U6 üzərindən keçməsi nəticəsinə gəlmiş, apellyasiya instansiya məhkəməsi də əsassız olaraq həmin nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, insanın həyatının başlanğıcı dedikdə, onun fizio loji doğulması başa düşülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın “Ölüm anının müəyyən edilməsi” adlanan 2-ci bəndində aşağıdakı qaydalar müəyyən edilmişdir” “2.1. Ölüm zamanı insanın orqanizmində ardıcıllığa malik mərhələli bioloji proseslər gedir. Buna müvafiq olaraq insan olümü kliniki və ya beyin ölümündən sonra bioloji ölümlə başa çatır. 2.2. Kliniki ölüm mərhələsində ürəyin fəaliyyəti və tənəffüs prosesi dayanır, orqanizmin həyat fəaliyyətinin xarici əlamətlərinin heç biri müşahidə olunmur, lakin təxirəsalınmaz reanimasiyon tədbirlər nəticəsində orqanizmin həyat fəaliyyətini bərpa etmək mümkün olur. Kliniki ölümü tibb işçisi müəyyən edir. 2.3. Ürəyin işləməsi və ağciyərlərin süni ventilyasiyası fonunda beynin bütün funksiyalarının tam dayanmasının və geridönməz proseslərinin qeydə alınması beyin ölümünün baş verməsini göstərir.... 2.4. Bioloji ölüm orqanizmin həyat fəaliyyətinin geridönməz dayanmasıdır. İnsanın bioloji ölümü orqanizmdə meydana çıxmış erkən və (və ya) gec meyit əlamətləri əsasında müəyyən edilir. 2.5. Beyin ölümü və ya bioloji ölüm insanın ölüm anı hesab edilir.” CPM-nin 140.0.1-ci maddəsinin tələbinə görə də cinayət prosesi gedişində ölümün səbəbi tibb sahəsində ekspertin rəyinin əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə müəyyən edilir. Göründüyü kimi qanunvericilik cinayət prosesi gedişində ölüm faktının olubolmamasının, ölümün səbəbinin müəyyən edilməsin in tibb sahəsində ekspertin rəyinin əvvəlcədən əldə edilməsi və tədqiqi ilə şərtləndirmişdir. İş materiallarından görünür ki, dəfələrlə keçirilmiş məhkəmə tibb ekspertizalarının rəyləri ilə mübahisəsiz olaraq müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs U.Vəliyev, sürücü Şahid idarə etdiyi "Mercedes Benz GL 450" markalı, Az **--*** dövlət qeydiyyat nişanlı avtomobillə vurulduqdan sonra ölməmiş, sürücü X11 «Ford Connect» markalı **--*** dövlət qeydiyyat nişanlı avtomobillə U6 üzərindən keçərək məhkəmə-tibb ekspertizalarının rəylərində sadalanan xəsarətlər ona sağlığında yetirmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri X8 ölümünün avtoqəza hadisəsinin iştirakçısı olan avtomobillərdən («Mercedes Benz GL450» minik markalı *********** dövlət qeydiyyat nişanlı avtomobil,yaxud «Ford Connect» minik markalı **--*** dövlət qeydiyyat nişanlı avtomobil) hansının yetirdiyi xəsarətlərdən baş verməsinin müəyyən edilməsinin məhkəmə-tibb ekspertizalarının rəyləri ilə mümkün olmamasını əsas götürərək təqsirləndirilən şəxs X7 bəraət verilməsi nəticəsinə gəlmələri əsaslı hesab edilə bilməz. Eyni zamanda məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir: CM-nin “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma” adlanan 263-cü maddəsinin dispozisiyasına görə avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına, zərərçəkmiş şəxsin öl ümünə səbəb olduqda cinayət məsuliyyəti yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29 yanvar 2004-cü il tarixli Qərarında deyilir: “CM-nin 263-cü maddəsinə görə avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərəçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına (CM-nin 263.1-ci maddəsi), eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə (CM-nin 263.2-ci maddəsi), və ya iki və daha çox şəxsin ölümünə (CM-nin 263.3-cü maddəsi) səbəb olduqda şəxs həmin maddədə göstərilmiş sanksiyalara məruz qalır” “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarında göstərilir ki, məhkəmələr yol hərəkətinin bütün iştirakçılarının hərəkət və ya hərəkətsizliyinin cinayətin baş verməsinə səbəb olması faktlarına və qarşılıqlı təqsirin mövcudluğuna əhəmiyyət verməlidirlər. Cinayət qanununun normasından, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun şərhindən və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun tövsiyəsindən görünür ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə təqsirlilik məsələsi həll edilərkən baş vermiş ağır nəticənin b ilavasitə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuş şəxsin idarə etdiyi avtomobillə yetirilib-yetirilməməsindən asılı olmayaraq həll edilir. Burada əsas olan təqsirləndirilən şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, nəticədə ehtiyatsızlıqdan zərəçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına (CM-nin 263.1-ci maddəsi), eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə (CM-nin 263.2-ci maddəsi), və ya iki və daha çox şəxsin ölümünə (CM-nin 263.3-cü maddəsi) səbəb olmadır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarında məhkəməl ərə aşağıdakılar tövsiyə olunur: “Məhkəmələrin diqqəti ibtidai araşdırma zamanı keçirilmiş ekspertizaların rəylərinin mötəbər, qərəzsiz, obyektiv və yol-nəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks etdirən sübutlar əsasında verilməsinə yönəldilsin. Məhkəmələrə tövsiyə edilsin ki, verilmiş ekspertiza rəylərində ekspertlər qoyulmuş suallara tam cavab vermədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yaranqdıqda aparılımış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün məhkəmə istintaqı zamanı tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlar əsasında əlavə, ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydal arı pozulduqda isə - təkrar, habelə zərurət yaranarsa komisyon və ya kompleks ekspertizaların keçirilməsini təmin etsinlər. Bu zaman ekspertizanın təyin edilməsi haqqında qərarda ekspertlər qarşısında nəqliyyat vasitəsini idarə etmiş şəxslə yanaşı yol hərəkətinin digər iştirakçılarının da yol hərəkəti qaydalarını pozub-pozmaması və belə pozuntularla baş vermiş nəticələr arasında səbəbli əlaqənin olub-olmaması haqında sualların qoyulması məhkəmələrə tövsiyə edilir. Ekspertlərin qoyulan suallara yalnız səlahiyyətləri çərçivəsində cavab verə bilmələrini nəzərə alaraq, məhkəmələr tərəfindən ekspertizaların təyin olunması haqqında qərarlarda təqsirləndirilən şəxsin təqsirli və ya təqsirsiz olub-olmaması, onun törətdiyi əmələ hüquqi qiymət verilməsi barədə suallar qoyula bilməz. CPM-nin 145-ci maddəsinə əsasən məhkəmələrin iş üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında ibtidai araşdırma zamanı və məhkəmə iclasında keçirilmiş ekspertizaların rəyləri digər sübutlarla birgə mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. CM-nin 263, 263-1 və ya 351-ci maddələri ilə təqsirləndirilən şəxslər haqqında cinayət işlərinə baxarkən məhkəmələr nəzərə almalıdırlar ki, yol-nəqliyyat hadisəsi ekspertizasının rəyinin başqa sübutlara münasibətdə üstünlük qüvvəsi yoxdur, yol verilmiş pozuntu ilə baş vermiş hadisə və onun nəticələri arasında səbəbli əlaqənin mövcudluğu, şəxsin yol verdiyi pozuntuya görə cinayət və ya inzibati məsuliyyətə cəlb edilməli olması haqqında nəticə isə yalnız məhkəmə iclasında araşdırılmış sübutların hüquqi qiymətləndilrməsindən sonra verilə bilər.” Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədq iq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) Azərbaycan Respublikası CPM-in 416.0.1, 416.0.2 və 416.0.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, habelə Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə kassasiya instansiya m əhkəməsi birinci və ya apellyasiya instansiya məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestini tam və kassasiya şikayətini qismən təmin etməklə, Bakı Apellyasiya Məhkəməsinin 04 iyun 2019-cu il tarixli qərarının ləğv edilməsini və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsini məqsədə uyğun sayır. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa, tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı və ar aşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti tam təmin edilsin. Kassasiya şikayəti qismən təmin edilsin. X11 haqqında Bakı Apellyasiya Məhkəməsinin 04 iyun 2019-cu il tarixli qərarı ləğv edilsin. Cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-1577/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1577/2019
20.11.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver