Məhkəmə qərarları › İş №1(102)-1578/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1578/2021

16.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1578/2021 16.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səfərova Aynur Elman qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, Məhkum müdafiəçisi Müdafiəçi iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 fevr al 2021-ci il tarixli, 1(104)-131/2021 nömrəli qərarından dövlət ittihamçısı Alıkişiyev Rəşad Nizami oğlu tərəfindən verilmiş kassasiya protestinə, Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum 01 sentyabr 1984-cü il tarixdə Tovuz rayonu Qovlar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, himayəsində bir azyaşlı uşağı olan, ünvan 1 ünvanında yaşamışdır. 2. 30 iyul 2020-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 178.2.2, 178.2.3, 311.1, 32.4,312.2-ci maddələri ilə ittiham irəli sürülmüşdür.

3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum Azərbaycan Respublikası Ədliyyə Nazirliyi üzrə 14 mart 2018-ci il tarixli, 136-K nömrəli əmrlə həmin Nazirliyin Tovuz rayon icra və probasiya şöbəsinin böyük icra məmuru vəzifəsi üzrə stajoru qismində işə qəbul olunmaqla 08.10.2018-ci il tarixdən həmin şöbənin sınaq müddəti ilə icra məmuru vəzifəsində işləyərkən “İcra məmurları haqqında” Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli, 782-İQ nömrəli Qanununun 7 və 8-ci maddələrinə əsasən, icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görülməsi, öz səlahiyyətləri daxilində müəssisə, təşkilat, idarə və vətəndaşlardan icra ilə əlaqədar məlumat, arayış və izahat alınması, müəssisələrə, təşkilatlara, idarələrə və vətəndaşlara icra ilə əlaqədar konkret tapşırıqlar veri lməsi, icra sənədlərində göstərilmiş predmetlərin borcludan alınmaqla tələbkara verilməsi, tələbi borclunun hesabında olan pul vəsaitlərinə və digər qiymətli əşyalarına, banklarda və ya digər kredit təşkilatlarındakı əmanətlərinə, əmək haqqına, pensiyasına, təqaüdünə, sair gəlirlərinə, digər şəxslərdə olan pul məbləğinə və əmlakına yönəldilməsi və digər səlahiyyətlərə malik təşkilatisərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs qismində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə və icra işi üzrə ümumi himayədarlığa, yəni Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2765/2018 nömrəli, 27.07.2018-ci il tarixli icra vərəqəsi üzrə qızıl-zinət və cehiz əşyalarının, naturada verilməsi mümkün olmadıqda isə həmin əşyaların dəyəri olan 28.670 manat məbləğində pul vəsaitinin cavabdeh Abdullayev Rəhman Mirzə oğlundan alınaraq iddiaçı Əliyeva Flora Saləddin qızına verilməsinə dair icraatında olan 19481 nömrəli icra işi üzrə görüləcək tədbirlərin sürətləndirilməklə həmin pul vəsaitinin iddiaçıya qısa müddətdə verilməsinin təmin edilməsinə və bununla əlaqədar yaranacaq zəruri xərclərinin qarşılanmasına görə 2018-ci ilin dekabr ayında Flora Əliyevanın atası Əliyev Saləddin Həsən oğlundan özü üçün birbaşa yolla şəxsən ünvan 2 ünvanında yerləşən Tovuz rayon icra və probasiya şöbəsinin inzibati binasındakı xidməti otağında maddi nemət olan 700 manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib, Saləddin Əliyevin razılığını alaraq, həmin niyyətlə 2018-ci ilin dekabr ayında sonuncudan qeyd edilən xidməti otağında 2 dəfəyə, hər birində 350 manat olmaq la, ümumilikdə vahid niyyətlə 700 (yeddi yüz) manat məbləğində maddi nemət olan pul vəsaitini özü üçün birbaşa yolla şəxsən rüşvət qismində almışdır. Bundan başqa, o, həmin Nazirliyin Tovuz rayon icra və probasiya şöbəsinin sınaq müddəti ilə icra məmuru vəzifəsində işləyərkən, öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Tovuz Rayon Məhkəməsinin 2(62)-1618/2014 nömrəli, 08.09.2014-cü il tarixli icra vərəqəsinə əsasən 8 fevral 2011-ci il tarixli, 3265 nömrəli kredit müqaviləsi üzrə banka olan 3.905 manat əsas, 2.455 manat faiz borcu olmaqla, ümumilikdə 6.360 manat pulun, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh Hüseynova Şərqiyyə Kərəm qızından tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsinə dair işlədiyi həmin şöbədə icraatda olan 192957 nömrəli icra işi üzrə cavabdeh Şərqiyyə Hüseynovanın oğlu Hüseynov Seymur Fəzail oğlunun həmin iş üzrə cavabdeh olan anasına köməklik göstərilməsinə dair 2018-ci ilin dekabr ayında özünə müraciəti ilə əlaqədar Seymur Hüseynovla həmin tarixdə ünvan 4 ünvanında yerləşən Tovuz rayon icra və probasiya şöbəsinin inzibati binasındakı xidməti otağında görüşləri zamanı həmin icra sənədi üzrə icraata cavabdeh tərəfindən ziyan tam ödənilmədən xitam verilməsi barədə qərar qəbul etməklə həmin kredit müqaviləsi əsasında bağlanılmış 14 fevral 2011-ci il tarixli, 3285 nömrəli ipoteka müqaviləsi üzrə girov qoyulmuş Tovuz rayonu, Əyyublu kəndində yerləşən ümumi sahəsi 160,7 m2, yaşayış sahəsi 30,1 m2, köməkçi sahəsi 130,6 m2 olan fərdi yaşayış e vini girovdan azad etmək imkanının olmasını yalandan vəd edib, həmin məsələnin müsbət həlli üçün vəzifəli şəxs olan özünə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şərqiyyə Hüseynovanın xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə şəxsən birbaşa yolla maddi nemət olan 1.700 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Seymur Hüseynova aldatmaqla bildirib, qulluq mövqeyinə görə özü barəsində formalaşdırdığı inam və etibardan sui istifadə edərək sonuncunun razılığını almaqla onunla sövdələşib, həmin adla 18 dekabr 2018-ci il tarixdə Tovuz rayon icra və probasiya şöbəsinin qeyd edilən ünvanda yerləşən inzibati binasının yaxınlığında Seymur Hüseynovdan 1.700 (bir min yeddi yüz) manat məbləğində pul vəsaitini alıb özünün şəxsi ehtiyaclarına sərf etməklə, öz qul luq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus əmlakı ələ keçirərək dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şərqiyyə Hüseynovanın xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə şəxsən birbaşa yolla maddi neməti rüşvət qismində verməyə Seymur Hüseynovu təhrik etmişdir. Bundan başqa, o, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi üzrə 02 fevral 2019-cu il tarixli, 40-K nömrəli əmrlə həmin Nazirliyin Tovuz rayon icra və probasiya şöbəsinin icra məmuru vəzifəsinə daima qulluğa qəbul edilməklə, həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan suiistifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmə tin 2 nömrəli Cəzaçəkmə Müəssisəsində azadlıqdan məhrum etmə cəzası çəkən qohumu Əliyev Tural Mübariz oğlunun Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası tərəfindən həmin cəzadan vaxtından əvvəl azad edilməsində köməklik göstərilməsinə dair 2019-cu ilin avqust ayında özünə müraciət edən tanışı Hüseynov Mətləb Valeh oğluna həmin tarixdə ünvan 4 ünvanında yerləşən Tovuz rayon icra və probasiya şöbəsinin inzibati binasının yaxınlığında görüşləri zamanı işlədiyi həmin şöbənin qeyd edilən Komissiya ilə birgə fəaliyyət göstərməsi ilə əlaqədar Komissiyanın rəhbər vəzifəli şəxsləri ilə yaxın münasibətlərinin olmasını, həmin münasibətindən istifadə edərək Tural Əliyevin adını çəkdiyi azadlıqdan məhrum etmə cəzasının qalan hissəsindən azad edilməsi ilə əlaqədar əfv oluna caq şəxslərin siyahısına saldırmaq imkanına malik olmasını yalandan vəd edib, həmin məsələnin müsbət həlli üçün qeyd edilən Komissiyanın rəhbər vəzifəli şəxsinə xidməti vəzifəsinin icrası ilə əlaqədar Tural Əliyevin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə şəxsən birbaşa yolla özü vasitəsilə maddi nemət olan 1.270 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Mətləb Hüseynova aldatmaqla bildirib, özü barəsində formalaşdırdığı inam və etibardan suiistifadə edərək sonuncunun razılığını almaqla onunla sövdələşərək, həmin adla 2019cu ilin avqust ayında 2 dəfəyə, 520 manat və 750 manat olmaqla, ümumilikdə Mətləb Hüseynova məxsus 1.270 (bir min iki yüz yetmiş) manat məbləğində pul vəsaitini Tovuz rayonu icra və probasiya şöbəsinin qeyd edilən ünvanda yerləş ən inzibati binasının yaxınlığında sonuncudan alıb şəxsi məqsədlərinə sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Mətləb Hüseynova məxsus əmlakı ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Tural Əliyevin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə şəxsən birbaşa yolla maddi neməti rüşvət qismində verməyə Mətləb Hüseynovu təkrarən təhrik etmişdir. Bundan başqa, o, qeyd edilən vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə icraatında olan Gəncə Apellyasiya Məhkəməsinin 2(104)2288/2019 nömrəli, 07.06.2019-cu il tarixli icra vərəqəsinə əsasən 1.700 manat məbləğində pul vəsaiti nin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh Bağırov Nəsimi Təbrik oğlundan tutularaq iddiaçı Məhərrəmova Kimya Xıdır qızına ödənilməsinə dair 115881 nömrəli icra işi üzrə cavabdeh Nəsimi Bağırovun atası Bağırov Təbrik Saleh oğlunun həmin iş üzrə cavabdeh olan oğluna köməklik göstərilməsinə dair 2019-cu ilin avqust ayında özünə müraciəti ilə əlaqədar Təbrik Bağırovla həmin tarixdə Tovuz rayon icra və probasiya şöbəsinin inzibati binasındakı xidməti otağında görüşləri zamanı həmin icra sənədi üzrə icraata Nəsimi Bağırov tərəfindən tam ziyan ödənilmədən xitam verilməsi barədə qərar qəbul etmək imkanının olmasını yalandan vəd edib, həmin məsələnin müsbət həlli üçün vəzifəli şəxs olan özünə xidməti vəzifəsinin icrası ilə əlaqədar Nəsimi Bağırovun xeyrinə e dəcəyi bilə-bilə qanunsuz hərəkətə görə şəxsən birbaşa yolla maddi nemət olan 900 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Təbrik Bağırova aldatmaqla bildirib, qulluq mövqeyinə görə özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək sonuncunun razılığını almaqla onunla sövdələşib, həmin adla 2019-cu ilin sentyabr ayında Tovuz rayon İcra və probasiya şöbəsinin qeyd edilən ünvanda yerləşən inzibati binasının qarşısında Təbrik Bağırovdan 900 (doqquz yüz) manat məbləğində pul vəsaitini alıb özünün şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus əmlakı ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Nəsimi Bağırovun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə şəxsən birbaşa yolla maddi neməti rüşvət qismində verməyə Təbrik Bağırovu təkrarən təhrik etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə qohumu Şamilov Aydın Azər oğluna məxsus Belorusiya Fövqəladə Hallar Nazirliyinin “Komandanlıq mühəndisləri institutu" təhsil müəssisəsi tərəfindən verilmiş Dİ №0010682 seriyalı 507 qeydiyyat nömrəli 4 iyul 2014-cü il tarixli ali təhsil haqqında diplomun Azərbaycan Respublikası ərazisində tanınmasında (nostrifikasiyasında) köməklik göstərilməsinə dair 2019-cu ilin oktyabr ayında özünə müraciət edən tanışı Tağıyev Elçin Xanlar oğluna Tovuz rayon icra və probasiy a şöbəsinin inzibati binasının yaxınlığında görüşləri zamanı Azərbaycan Respublikası Təhsil Nazirliyinin səlahiyyətli vəzifəli şəxsləri ilə yaxın münasibətlərinin olmasını, həmin münasibətlərindən istifadə edərək qeyd edilən diplomun təsdiqlənməsi və Azərbaycan Respublikası ərazisində ixtisasının tanınmaqla buna dair müvafiq şəhadətnamənin verilməsini həll etmək imkanına malik olmasını Elçin Tağıyevə yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün qeyd edilən Nazirliyin səlahiyyətli vəzifəli şəxsinə xidməti vəzifəsinin icrası ilə əlaqədar Aydın Şamilovun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə 1.100 manat məbləğində maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, özü barəsində formalaşdırdığı inam və etibardan sui- istifadə edib sonuncunun razılığını almaqla onunla sövdələşərək, həmin adla 2019cu ilin oktyabr ayında Tovuz şəhəri, H.Əliyev prospektində yerləşən Tovuz şəhər Avtovağzalının yaxınlığında Elçin Tağıyevdən 1.100 (bir min bir yüz) manat məbləğində pul vəsaitini alıb şəxsi məqsədlərinə sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus əmlakı ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Aydın Şamilovun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə şəxsən birbaşa yolla maddi neməti rüşvət qismində verməyə Elçin Tağıyevi təkrarən təhrik etmişdir.

4. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 04 noyabr 2020-ci tarixli 1(100)-221/2020 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-n in 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirli bilinib barəsində Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tətbiq edilərək bir il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 311.1-ci maddəsi ilə bir il altı ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası CM-nin 32.4, 312.2-ci maddəsi ilə 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən əsas və əlavə cəzaları qismən toplanılaraq onun üzərində qəti olaraq iki il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 04.11.2020-ci il tarixdən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmış, habelə əlavə cəzanın əsas cəzanın çəkildiyi bütün müddətə və əsas cəzanın çəkilib qurtarmasından sonra bu cəza üçün müəyyən edilmiş müddətə hesablanması hökm edilmiş, həmçinin hökmlə maddi sübutlara və məhkəmə məsrəflərinə dair məsələlər həll edilmişdir.

5. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi R.T.Məmmədov apelyasiya şikayəti verərək, Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə cəzasının şərt i hesab edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, Məhkum təqsirini könüllü etiraf etmiş, əməlindən səmimi peşmançılıq çəkmiş, zərərçəkmiş şəxslərlə barışmış, dəymiş ziyanı tamamilə ödəmiş, cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Hazırda zərərçəkmiş şəxslərin ondan hər hansı bir iddia, tələbləri yoxdur. O yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Himayəsində bir azyaşlı uşağı var, əvvəllər məhkum olunmamışdır, barəsində cəzasını ağırlaşdıran hallar yoxdur. Həmçinin ailədə yeganə işləyən şəxsdir, onun azadlıqdan məhrum etmə cəzasına məhkum olunması ailəsinə mənfi təsir göstərəcəkdir. Bundan başqa Məhkum 02.02.2019-cu il tarixli əmrlə ədliyyə orqanlarında daimi qulluğa qəbul edilmiş və ona İİİ dərəcəli ədli yyə qulluqçusu xüsusi rütbəsi verilməklə xeyli müddətdə ədliyyə orqanlarında xidmət etmişdir.

6. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 fevral 2021-ci il tarixli, 1(104)-131/2021 nömrəli qərarı ilə təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Məmmədov Rihat Tahir oğlu tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 04 noyabr 2020-ci tarixli, 1(100)221/2020 nömrəli hökmü cinayətlərin məcmusu qaydasında cəza təyin edilməsi hissəsində dəyişdirilmiş, həmin hökmlə Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 311.1 və 32.4,312.2-ci maddələri ilə Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 4 (dörd) il 1 (bir) ay aya endirilmiş, A zərbaycan Respublikası CMnin 66.4-cü maddəsinə əsasən hökmlə Məhkum təyin edilmiş qəti əlavə cəza əsas cəzaya birləşdirilməklə onun üzərində iki il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il 1 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

7. Hazırda Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 fevral 2021ci il tarixli, 1(104)-131/2021 nömrəli qərarından dövlət ittihamçısı kassasiya protesti, məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir. II. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri, protestə və şikayətə qarşı etirazlar

8. Dövlət ittihamçısı kassasiya protestində qeyd etmişdir ki, Gəncə Apelyasiya Məhkəməsi Məhkum CM-nin 178.2.2, 178.2.3, 311.1 və 32.4,312.2-ci maddələri ilə Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını 4 il 1 aya endirərkən, Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə uyğun olaraq cəza təyini zamanı təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsi nəzərə almamışdır. Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.2 (təkrar), 178.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi), Azərbaycan Respublikası CM-nin 311.1 (rüşvət alma) və 32.4,312.2-ci maddəsində (rüşvət verməyə təhrik etmə) törətmiş olduğu cinayətlərin ictimai təhlükəliliyini artıran halları nəzərə alınmamış, təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 4 il 1 ay müddətə endirilərkən, qeyd olunanlara qərarın təsviri-əsaslandırıcı hissəsində hüquqi qiymət verilməmişdir. Ağır və az ağır cinayət törətməkdə təqsirli bilinən, törətdiyi dələduzluq və korrupsiya əməllərinə görə zərərçəkmiş şəxslərin və cəmiyyətin ədliyyə orqanlarına olan etimadının sarsılmasına səbəb olan, ədliyyə orqanlarının nüfuzuna ciddi xələl gətirən şəxsə cinayətlərin məcmusu qaydasında cəza təyin edilməsinə dair qanunvericiliyin yaratdığı imkandan maksimal həddə təqsirləndirilən şəxsin xeyrinə istifadə edilməsi ədalətin bərqərar edilməsi hesab oluna bilməz. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CPM”) 416.0.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 fevral 2021-ci il tarixli, 1(104)131/2021 nömrəli qərarının ləğv edilməsini və işin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir.

9. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətində qeyd etmişdir ki, Məhkum əməlindən peşman olmaqla zərərçəkmiş şəxslərlə barışıb, onlara dəymiş ziyan tamamilə ödənilib, zərərçəkmiş şəxslərin heç bir şikayəti, tələbi yoxdur, həmçinin dəymiş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş edilmiş, habelə ailənin yeganə qazanc gətirənidir, onun həbsi ailəsini, uşaqlarını çətin, ağır vəziyyətə salmışdır. Məhkum vəziyyətini yüngülləşdirən kifayət qədər mötəbər hallar olsa da, heç bir ağırlaşdırıcı hal yoxdur. Bu səbəbdən də hesab edir ki, təyin edilmiş cəzanın həcmi qanunvericiliyin tələbləri diqqətə alınaraq daha da azadlılmalıdır. Müdafiəçi həmçinin protestə münasibət bildirərək qeyd etmişdir ki, protest işin mötəbər hallarına, qanunvericiliyin tələbinə adekvat deyil, məhkumun barəsində yüngülləşdirici halların nəzərə alınmadan daha ağır cəza təyin edilməklə vəziyyətinin daha ağırlaşdırılması məqsədi daşıyır. İşin diqqətə layiq halları, qanunvericiliyin iş üzrə zəruri müddəaları nəzərə alınaraq protest təmin edilməməlidir. Məhkəmə kollegiyasından Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 311.3 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-131/2021 nömrəli, 15 fevral 2021-ci il tarixli qərarından verilmiş protestinin təmin edil məməsini, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tələbini rəhbər tutaraq,Məhkum barəsində daha az cəza təyin edilməsini xahiş edir.

10. Kassasiya protestinə və kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə e dilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı madd əsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Dövlət ittihamçısı kassasiya protestində təyin edilmiş cəzanın Məhkum tərəfindən törədilən cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə uyğun olmadığını iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir.

16. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətində hüquqlarını müdafiə etdiyi şəxs barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsini tətbiq etməklə cəzasının yüngülləşdirilməsini xahiş etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və cəzasının yüngülləşdirilməsi barədə kassasiya tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

17. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini və müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 fevral 2021-ci il tarixli qərarın ın qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

18. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsini n qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (bax, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respubli kası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarları).

19. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakter li tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

20. Qeyd olunan cinayət-hüquqi normaların nəzərə alınmaqla kassasiya protestinin dəlilləri baxılan işin müvafiq materialları ilə müqayisə edilərək yoxlanıldıqda, müraciətdə irəli sürülmüş tələbin əsaslı olduğu müəyyən olunur.

21. Belə ki, apellyasiya instansiya məhkəməsi Gəncə Ağır Cinayətlər Məhkəməsinin 04 noyabr 2020-ci tarixli, 1(100)-221/2020 nömrəli hökmünü cinayətlərin məcmusu qaydasında cəz a təyin edilməsi hissəsində dəyişdirmiş, həmin hökmlə Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 311.1 və 32.4,312.2-ci maddələri ilə təyin edilmiş 5 il azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında 4 il 1 aya endirmişdir.

22. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarını müqayisə etdikdə görünür ki, apellyasiya məhkəməsi qeyd edilən qərarına gələrkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin müəyyən etdiyi halları nəzərə almadan Məhkum çəkməli olduğu cəzanın müddətinə əhəmiyyət verməmiş, məhkumun islah olunması, sosial ədalətin bərpa edilməsinin təmin edilməsi, digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması baxımından həmin müddətdə cəzanın təqsir karın şəxsiyyətinə, törədilmiş cinayətin xarakterinə, ictimai-təhlükəlilik dərəcəsinə, törədilmə hallarına, meydana gətirdiyi ictimai-təhlükəli nəticəyə uyğun olub-olmadığını araşdırmamışdır.

23. Dövlət ittihamçısı kassasiya protestində xüsusilə onu vurğulamışdır ki, məhkəmə Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.2 (təkrar), 178.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi), Azərbaycan Respublikası CM-nin 311.1 (rüşvət alma) və 32.4,312.2-ci maddəsində (rüşvət verməyə təhrik etmə) törətmiş olduğu cinayətlərin ictimai təhlükəliliyini artıran halları nəzərə almayaraq, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını 4 il 1 ay müddətə endirilərməklə, qeyd olunanlara qərarının təsviri-əsaslandırıcı hissəsində hüquqi qiymət verilməmişdir.

24. Məhkəmə kollegiyası kas sasiya protestinin dəlilləri ilə razılaşır və qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin hökmü ilə təyin edilmiş cəza əhəmiyyətli dərəcədə dəyişdirilərkən, verilən qərarla bağlı ümumiyyətlə heç bir əsaslandırmanın göstərilməməsi yolverilməz hesab edilməlidir.

25. Təsvir olunanlar onu göstərir ki, kassasiya protesti əsaslıdır, baxılan işdə apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin pozuntularına, nəticə etibarı ilə Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini (yuxarıda qeyd olunan məsələlərin araşdırılması, eləcə də kassasiya protestində gətirilən cəzanı yüngülləşdirən halların mübahisələndirilməsi üzrə digər dəlillərin ətraflı yoxlanılması məqsədilə apellyasiya baxışının təkrarlanmasını) tələb edən hala yol verilmişdir.

26. Məhkəmə kollegiyası müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilərək ona daha yüngül cəza təyin edilməsinə dair iddiasına (Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsi) gəldikdə, yuxarıda qeyd olunan – Azərbaycan Respublikası CPMnin 416.1.21-ci maddəsində təsbit olunmuş əsaslara görə kassasiya protestinə əsasən apellyasiya məhkəməsinin qərarı ləğv edildiyindən, belə nəticə isə cəzanın təyin edilməsi məsələsinə apellyasiya instansiyası məhkəməsi tərəfindən yenidən münasibətin bildirilməsini tələb etdiyindən, məhkəmə kollegiyası hazırki mərhələdə müdafiəçinin kassasiya şikayətinin təmin ol unmasını mümkün hesab etmir.

27. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, kassasiya protesti təmin edilməli, Məhkum barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 fevral 2021-ci il tarixli qərarı ləğv edilməli, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısının kassasiya protesti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Əhmədov Tural Məhərrəm oğlunun barəsində olan 15 fevral 2021-ci i l tarixli, 1(104)-131/2021 nömrəli qərarı kassasiya protestinə münasibətdə ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar