Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1578/2023 29.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 6 mart 2019-cu il tarixli hökmü ilə Azərbayc an Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 oktyabr 2022-ci il tarixli qərarından Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 6 mart 2019-cu il tarixli 1(011)-95/2019 nömrəli (hakim Nazim Tağıyev) hökmü ilə xx xxxxxx 1974-cü ildə Neftçala rayonu Qırmızı kənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan 03 uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, XXX-də qeydiyyatda olan və yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddə ləri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun həbsdə saxlanıldığı 1 (bir) il 3 (üç) ay 10 (on) gün müddət bir günə iki gün hesabı ilə təyin edilmiş 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti olaraq 5 (beş) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Hökmdən Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Elmar Rəhimov (sədrlik edən və məruzəçi), Mirzəli Abbasov və Vaqif Mursaqulovdan ibarət məhkəmə tərkibində) 6 may 2019-cu il tarixli 1(103)-598/2019 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 6 mart 2019-cu il tarixli hökmü verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Qərardan Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət məhkəmə tərkibində) 10 mart 2021-ci il tarixli 1(102)469/2021 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 may 2019-cu il tarixli qərarı ləğv edilmiş və iş yeni apellyasiya baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Əkbərov Kamran Hüseyn oğlunun sədrliyi və məruzəsilə, Qasımov Faiq Adil oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət məhkəmə tərkibində) 15 dekabr 2021-ci il tarixli 1(103)1051/2021 nömrəli qərarı ilə Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 6 mart 2019-cu il tarixli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə 2 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, “8 Noyabr Zəfər günü” münasibətilə amnistiya elan edilməsi haqqında” 5 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilməklə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 6 (altı) ay azaldılmaqla üzərində 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Azə rbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən həbsdə saxlanıldığı 1 (bir) il 3 (üç) ay 10 (on) gün ona təyin edilmiş qəti cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, çəkdiyi azadlığın məhdudlaşdırılması cəzası nəzərə alınmaqla 2 (iki) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə cəzası çəkilmiş hesab edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qərardan Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət məhkəmə tərkibində) 16 iyun 2022-ci il tarixli 1(102)-926/2022 n ömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 dekabr 2021-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Murquzov İlqar Mustafa oğlunun sədrliyi və məruzəsi, Əhmədov Həsən Hüseyn oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət məhkəmə tərkibində) 26 oktyabr 2022-ci il tarixli 1(103)-1514/2022 nömrəli qərarı ilə Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 6 mart 2019-cu il tarixli hökmü dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü madd ələri ilə təyin olunmuş 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Azərbaycan Respublikasının Milli Məclisinin “8 Noyabr Zəfər Günü” münasibətilə Amnistiya elan edilməsi haqqında 5 noyabr 2021-ci il tarixli qərarının 4-cü və 30-cu hissələri tətbiq edilməklə, ona təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi 6 (altı) ay müddətinə azaldılmaqla, 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, tutularaq həbsdə saxlanıldığı 1 (bir) il 3 (üç) ay 10 (on) gün müddət ona təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, üzərind ə qəti olaraq 2 (iki) ay 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, çəkdiyi azadlığın məhdudlaşdırılması cəzası nəzərə alınmaqla, 2 (iki) ay 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası çəkilmiş hesab edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 oktyabr 2022-ci il tarixli qərarından Zərərçəkmiş şəxs tərəfindən kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verilmişdir. İŞİN HALLARİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 6 mart 2019-cu il tarixli hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayə tini törətmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Türkiyə Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib birlikdə şərikli iş görüb xırda buynuzlu heyvan böyüdərək çəkisini artırdıqdan sonra satmaqla qazanc əldə edəcəkləri adı ilə aldadıb 30 mart 2014-cü il tarixdə ünvan 1 ünvanında yerləşən “Nərmin” marketin arxasında həmin dövrün məzənnəsinə görə 3921,5 manat təşkil edən 5000 ABŞ dollarını, 01 aprel 2014-cü il tarixdə Neftçala rayonu, Qaçaqkənd kəndində həmin dövrün məzənnəsinə görə 1960,75 manat təşkil edən 2500 ABŞ dollarını, 1 aprel 2014-cü il tarixdə ünvan 2 ünvanında həmin dövrün məzənnəsinə görə 1960,75 manat təşkil edən 2500 ABŞ dollarını, ümumilik də isə həmin dövrün məzənnəsinə görə 7843 manat təşkil edən 10000 ABŞ dolları məbləğində pulunu bir neçə dəfəyə vahid niyyətini əhatə edən qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə Türkiyə Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib qısa müddətə qaytaracağına dair yalan vəd verib aldadaraq 21 iyun 2014-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli 87b ünvanında həmin dövrün məzənnəsinə görə 3921,5 manat təşkil edən 5000 ABŞ dolları və 400 manatını, 22 iyun 2014-cü il Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 59 ünvanında yerləşən “MC Donalds” restoranının qarşısında həmin dövrün məzənnəsinə görə 784,3 ma nat təşkil edən 1000 ABŞ dolları məbləğində pulunu bir neçə dəfəyə vahid niyyətini əhatə edən qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ KASSASİYA ŞİKAYƏTİNƏ ƏLAVƏNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Zərərçəkmiş şəxs kassasiya şikayətini və oxşar məzmunlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum barəsində məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və ona təyin edilmiş cəzanın törədilmiş əmələ münasibətdə yüngül olması səbəbindən Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilməlidir. Belə ki, dəymiş zərərin ödənilməsinə dair məhkəməyə "təqdim edilmiş” ərizənin saxtakarlıq faktına da ir tələb üzrə heç bir araşdırma aparılmaması, müraciətin nəzərə alınmaması yuxarı instansiya məhkəmələrinin aktlarında da əksini tapmışdır. Hətta Ali Məhkəmənin Cinayət Kollegiyasının 10 mart 2021-ci il tarixli qərarında müəyyənləşdirilmiş saxtakarlıqla bağlı məlumatın tədqiq olunması üçün prokurorluq orqanına göndərilməsi əks olunsa da, bu göstərişə də əməl olunmamışdır. Belə ki, Türkiyə Cümhuriyyəti orqanından göndərilməsi ehtimal olunan barışıq ərizəsi üzrə müvafiq apostelin olmaması dəfələrlə vurğulansa da, iş üçün çox mühüm əhəmiyyətli olan bu xüsusata heç bir məhkəmə tərəfindən hüquqi qiymət verilməmişdir. Apellyasiya məhkəməsinin kollegiyası, heç Ali Məhkəmənin Kollegiyasının göstərişlərini nəzərə almamış, əvvəlki məhkəmə səhvlərini təkrarlamışdır. Yetirilmiş zərərin həcminin, həmçi nin Məhkum tərəfindən bu zərərin ödənilməsi miqdarının dəqiqləşdirilməli olması barədə göstəriş yenə də, tam olaraq yerinə yetirilməmişdir. Məhkəmə aktına görə guya, Məhkum yetirmiş olduğu zərəri tam ödəmişdir. Lakin bu, həqiqətə uyğun olmayan bir qeyddir. Dəymiş zərərin xeyli hissəsi bu günədək ödənilməmiş qalmışdır. Belə ki, yenə də yuxarıda qeyd olunan bir çox məsələlər aydınlaşdırılmamış, onlara düzgün hüquqi qiymət verilməmiş, Məhkum həddən artıq yüngül cəza təyin olunmuş, məhkəmələr səhvə yol verərək məhkumun əməlini CM-nin 178.3.2-ci maddəsi ilə tövsif etməmişlər. Bununla yanaşı, dəymiş ziyan Məhkum tərəfindən ödənilmədiyi bir halda onun barəsində “8 Noyabr Zəfər Günü” münasibətilə Azərbaycan Respublkası Milli Məclisinin 5 noyabr 2021-ciil tarixli qərarı tətbiq olunmuşdur. Halbuki, həmin Qərarın özündə zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməməsi məhkum barəsində həmin Qərarın tətbiqinə məhdudiyyət olaraq müəyyən edilmişdir. Bundan əlavə hər iki məhkum barəsində aparılmış cinayət işləri üzrə məhkəmə araşdırması birləşdirilməli olduğu halda məhkəmələr həmin işləri bir icraatda birləşdirməmişlər. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 oktyabr 2022-ci il tarixli qərarını dəyişdirilməsi, saxtakarlıq faktlarına düzgün hüquqi qiymət verilməsi, əməlin düzgün tövsif olunmasını, dəymiş zərərin ABŞ dolları və ya bugünkü məzənnəyə uyğun ödənilməsini, X3 daha ağır cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Zərərçəkmiş şəxs kassasiya şikayətinə uyğun çıxış edərək, geridə qalan 10 ildə ona maddi və mənəvi ağır zərər vurulduğunu, aşağı instansiya məhkəmələrində məhkumun məhkəməyə saxta sənədlər təqdim etdiyini, həyatının təhlükədə olduğunu, məhkuma verilən cəzanın Cinayət Məcəlləsinin 178-ci maddənin 2-ci hissəsindən Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə tövsif edilməli olduğunu, verdiyi pulu dollar və ya günün məzənnəsinə uyğun olaraq manatla istədiyini, Şahid1 və Məhkum cinayət işinin bir icraatda birləşdirilməli olduğunu, onların əmlaklarına həbs qoyulmalı olduğunu, təqdim edilən saxta sənədə görə cəzalarının ağırlaşdırılmalı olduğunu bildirib, verilmiş kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin olunmamasını və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 oktyabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəy işdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Zərərçəkmiş tərəfdən verilmiş kassasiya şikayətində məhkəmələr tərəfindən məhkumun barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi, nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu, o cümlədən təyin edilmiş cəzanın yüngül olduğu iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.1 (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə), 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddələrində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini və ona əlavəni CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Bakı Apelly asiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 oktyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsə dləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə əda lətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirlil iyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilm əsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya şikayətinin və əlavənin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması, zərərçəkmiş şəxsin isə kassasiya şikayətinin və əlavənin təmin edilməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti və ona əlavə təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 oktyabr 2022-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən xeyli miqdarda ziyan vurmaqla dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmiş, apellyasiya məhkəməsi isə haqlı olaraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Məhkum əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin və ona əlavənin məhkumun əməlinin CM-nin 178.3.2-ci maddəsi ilə tövsif olunmasına dair dəlillərini qeyri-qanuni və əsassız hesab edir. Kassasiya şikayətində və ona əlavədə qeyd edilənlərə əsasən müəyyən olunur ki, zərərçəkmiş şəxs kassasiya müraciətlərində kassasiya instansiyası məhkəməsini gətirdiyi baxılan işə ümumiyyətlə aidiyyatı olmayan yeni halların (ölkəyə giriş-çıxışına maneçilik törədilməsi, miqrasiya əməkdaşlarının məhkəmədə dindirilməsi, ona 38.400 ABŞ dolları ziyan vurulması, dəymiş ziyanın əvəzi ona dəyərsiz əşyaların verilməsi və s.) mövcud olub-olmamasına münasibət bildirməyə, birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya müraciətlərinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışı nın hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya müraciətlərində irəli sürülmüş məhkəmə qərarının dəyişdirilməsi barədə tələbinin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya müraciətlərində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya müraciətlərində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər zərərçəkmiş şəxs tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhk əməsinin gəldiyi nəticələrin düzgün olubolmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də cinayətin epizodlarını təşkil edən faktiki halların müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmişdir. Kassasiya məhkəmə kollegiyası zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya müraciətlərinin, bu cinayət işinin yenidən Şahid1 barəsində olan cinayət işinə birləşdirilməsi barədə irəli sürülən dəlilləri ilə əlaqədar qeyd edir ki, cinayət işinin materiallarında olan “ayrıca icraata cinayət işi ayrılması haqqında” 25 may 2017-ci il tarixli qərara əsasən ********* nömrəli cinayət işinin materiallarından Məhkum barəsində həmin Məcəllənin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* nömrə altında ayrıca icraata cinayət işi ayrılarkən hər hansı prosessual pozuntuya yol veril məmiş və məhkəmələrdə hər məhkum barəsində ayrı-ayrılıqda müvafiq qərarlar qəbul etmişlər. Bundan əlavə kollegiya “məhkumun əməlinin CM-nin 178.3.2-ci maddəsinə tövsif edilməli olmasına”dair şikayətin dəlilinə də əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışında cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. İş materiallarından da göründüyü kimi, hazırki cinayət işi üzrə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4- cü maddələri ilə ittiham verilərək cinayət işi məhkəməyə göndərilmiş, məhkəmələr də yalnız onun barəsində elan edilmiş ittiham üzrə müvafiq hökm və qərar çıxarmışlar. Kassasiya məhkəmə kol legiyası həmçinin kassasiya müraciətində göstərilmiş “borcun ödənilməsinə dair məhkəmələrin saxta sənədlərə istinad etməsi və əsassız olaraq mülki iddia üzrə icraata xitam verilməsinə dair” dəlillərini də əsassız hesab edir. Belə ki iş materiallarında olan X10 CM-nin 178.3.2 və 206.1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən müəyyən olunur ki, apellyasiya məhkəməsi zərəçəkmiş şəxs X13 adından birinci instansiya məhkəməsinə verilmiş həmin ərizənin saxta olub olmadığını müəyyən edilməsi məqsədilə həmin ərizə üzrə müvafiq araşdırma aparılaraq hüquqi qiymət verilməsi üçün qeyd edilən məlumatı hazırki cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsini məqsədəmü vafiq bilmiş, eyni zamanda hökmü mülki iddia üzrə icraata xitam verilməsinə aid hissədə ləğv etmiş və zərərçəkmiş şəxsə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Bundan əlavə məhkəmələr müəyyən etmişlər ki, təqsirləndirilən Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs ödəmiş olduğu 1.000 (bir min) manatdan əlavə daha 1.000 (bir min) manat və yekunda daha 4.000 (dörd min) manat, ümumilikdə zərərçəkmiş şəxsə 6.000 (altı min) manat məbləğində vurulmuş maddi ziyanın əvəzi kimi ödəniş etmişdir. Apellyasiya instansiyası məhkəməsində dindirilmiş Məhkum öz ifadəsində bildirmişdir ki, zərərçəkmiş şəxsə cəmi 11.000 (on bir min) manat, ilk dəfə 1000 manat, sonra 5.000 manat, daha sonra 1.000 manat və hazırda 4.000 manat zərərçəkmiş XXX-a nəğd qaydada ödəmişdir. Eyni za manda, birinci epizod üzrə zərərçəkmiş şəxsə vurulmuş ziyanın ümumilikdə həmin dövrün məzənnəsi ilə 7843 manat təşkil edən 10.000 ABŞ dollarını sonuncuya hər ikisinin əvəzinə Şahid1 ödəmiş və həmin pulun yarısını ona qaytarmışdır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi ittiham hökmü çıxararkən, apellyasiya məhkəməsi isə hökmü əməlin tövsifi hissəsində qüvvədə saxlayarkən, ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlara, yəni məhkumun özünün etirafedici ifadələri ilə yanaşı, digər məhkumun, zərərçəkmiş şəxsin və şəhidlərin ifadələri, üzləşdirmə protokolları, baxış, götürmə və digər istintaq hərəkətlərinin protokolları və işdə olan istintaq və məhkəmə hərəkətlərinə dair digər sənədlərlə Məhkum Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə dair yekun nəticəyə gəlmişlər. Məhkəmələr belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışlar. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Mə hkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum məhz verilmiş ittiham üzrə təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və bir-birini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətində həmçinin, Məhkum təyin olunmuş cəzanın yüngül olduğu və şəxsin törətmiş olduğu əməlin ədalətli nəticəsi olmadığı iddia edilir. Məhkəmə kollegiyası bu barədə kassasiya şikayətinin dəlillərinə qiymət verərək aşağıda göstərilənlərin kassasiya instansiya məhkə məsində icraat zamanı hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin etmək məqsədilə gələcəkdə oxşar işlər üzrə də nəzərə alınmasını məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalar ının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir təd birlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən ye ni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Ümumiyyətlə cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə; 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xa rakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya müraciətlərinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, zərərçəkmiş şəxsin məhkuma cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün həddindən artıq yüngül olması haqqında iddiasının əsassız olduğu müəyyən edilir. İş materialında olan sənədlərə əsasən, Məhkum Neftçala rayonu Qaçaqkənd kəndində qeydiyyatda olmaqla ailəsi ilə yaşayır, evlidir, himayəsində 2 yetkinlik yaşına çatmamış övladları olmaqla yanaşı, yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İş materialında olan Azərbaycan R espublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsi tərəfindən verilmiş 20-04-181 saylı 22 fevral 2019-cu il tarixli məktubdan görünür ki, təqsirləndirilən şəxs Məhkum 31 yanvar 2019-cu il tarixdə Bakı istintaq təcridxanasından “Serebrovaskilyar xəstəlik. Keçirilmiş işemik insultun qalıq əlaməti” diaqnozu ilə Müalicə Müəssisəsinə köçürülmüşdür. Aparılmış müayinə və həkim baxışları nəticəsində xəstədə “Serebrovaskulyar xəstəlik. Baş beynin sağ yarımkürəsində keçirilmiş işemik insult qalıq əlaməti. Sol tərəfli hemiparez. Hemihipestenziya. Hipertoniya xəstəliyi İİİ dərəcə” diaqnozu müəyyənləşdirilmiş və müalicə üçün Nevrologiya şöbəsinə köçürülmüşdür. Müalicə nəticəsində XXX-un qan təziqi korreksiya olunmuş və onun vəziyyətində nisbi sabitləşmə əldə edilmişdir. İş material larından görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların (törətdiyi əməlini etiraf etməklə səmimi peşmançılıq çəkməsi, ayaqları işləmədiyindən hal-hazırda Penitensiar Xidmətinin Müalicə Müəssisəsində müalicə almaqla yalnız əlil arabası ilə hərəkət edə bilməsi, dəymiş maddi ziyanın qismən ödənilməsi, himayəsində 3 yetkinlik yaşına çatmayan uşaqlarının olması və yaşayış yeri üzrə müsbət xarakterizə olunması) olması və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş kifayət qədər ədalətli cəza təyin edilmişdir. İşdən görünür ki, məhkum edilmiş şəxs Məhkum cəzasını yalnız yüngülləşdirən hallar müəyyən edilmiş, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxs kassasiya şikayətində Cinayət Məcəlləsinin 61.1.1-61.1.13-cü maddələrində göstərilmiş ağırlaşdırıcı hallara istinad etməmiş, Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini təhrif etmiş və yalnız öz formal mülahizələrinə əsaslanmaqla məhkuma daha ağır cəza təyin edilməsi ilə əlaqədar ap ellyasiya məhkəməsinin qərarının dəyişdirilməsini xahiş etmişdir. Halbuki, CPM-nin 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə isə təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM- nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 6 mart 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4- cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 oktyabr 2022-ci il tarixli qərarı kassasiya şikayəti və kassasiya şikayətinə əlavəyə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1578/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1578/2023
29.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver