Məhkəmə qərarları › İş №1(102)-1578/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1578/2024

28.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1578/2024 28.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 dekabr 2023-cü il tarixli qərarından zərərçəkmiş şəxs X3 hüquqi varisi Şahid4 tərəfindən verilmiş kassasiya şikayəti üzrə cinayət işinə mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Göygöl Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 1(066)-90/2023 saylı hökmü ilə (sədrlik edən hakim Qələmdar Abbasov), xx.xx.1986-cı ildə Ermənistanın Vedi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Göygöl şəhəri, Hummel küçəsi ev 27-də yaşayan, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göygöl rayon İcra və Probasiya şöbəsində qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-in 6 9.3-cü maddəsinə əsasən Məhkum ibtidai istintaq dövründə 07 iyun 2023-cü il tarixdən 09 iyun 2023-cü il tarixədək 02 gün həbsdə saxlanması, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər hesablanmaqla bu hökmlə ona təyin olunmuş cəza müddətinə hesablanması və ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı ) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin olunması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qəti imkan tədbirinin qüvvəsində saxlanılması, cəzaçəkmə müddətinin əvvəlinin Məhkum yaşayış yeri üzrə İcra və Probasiya qurumunda qeydə alındığı vaxtdan hesablanması, Məhkum ünvan 1 ünvanda yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitə nin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Göygöl rayonu və Gəncə şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin, həmçinin onun üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifəsinin də qoyulması, hökmün icrası Göygöl rayon İcra və Probasiya şöbəsinə tapşırılması hökm edilmişdir. Həmin hökmdən zərərçəkmiş şəxs X6 tərəfindən apellyasiya şikayəti verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əlizamin Abdullayev (sədrlik edən və məruzəçi), Salman Hüseynov və Nural Əliyevdən ibarət tərkibdə) 11 dekabr 2023-cü il tarixli 1(104)-579/2023 n ömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, Göygöl Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X4 birinci Qarabağ müharibəsinin iştirakçısı olması ilə bağlı 4000 (dörd min) manat müqabilində əlilliklə əlaqədar təqaüd düzəldəcəyi barədə yalan vədlər verib inandıraraq ilkin olaraq 2021-ci ilin yanvar ayının əvvəllərində dəqiqi günü istintaqa məlum olmayan tarixdə sonuncudan yaşadığı Göygöl şəhəri, Koroğlu küçəsi ev 66 saylı fərdi yaşayış evinin həyətində 2000 ( iki min) manat məbləğində nəğd pul alıb ələ keçirdikdən sonra vahid niyyətlə əhatə olunan davamlı qəsd olaraq 01 mart 2021-ci il tarixdə əlavə olaraq X2 yaşadığı Göygöl şəhəri, Koroğlu küçəsi ev 66 saylı fərdi yaşayış evinin həyətində işin düzəlməsi üçün 2000 (iki min) manat alıb ələ keçirməklə ümumilikdə göstərilən dövr ərzində zərərçəkmiş şəxs X3 4000 (min yeddi yüz) manat nəğd pulunu ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrar etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 Rusiya Federasiyasında yaşayan qohumu İlqar Nəbiyevin təkrar həkim komissiyasından keçməsi ilə bağlı 600 (altı yüz) manat müqabilində hərbi biletə möhür vurduracağı barədə yalan vədlər verib inandıraraq 2023-cü ilin yanvar ayının əvvəllərində dəqiq günü istintaqa məlum olmayan tarixdə Zərərçəkmiş şəxs2 işlədiyi Göygöl rayon Mərkəzi Xəstəxanasının ASM-in dəhlizində 600 (altı yüz) manat məbləğində nəğd pul alıb ələ keçirərək dələduzluq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Zərərçəkmiş şəxs A.Alşanovun hüquqi varisi T.Alşananov kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, cinayət işi materiallarından görünür ki, məhkəmə təqsirləndirilən şəxs Məhkum cəza təyin edərkən onun törətdiyi cinayət əməlini etiraf edib peşmançılıq çəkməsini, vurulmuş ziyanın bir qismini ödəməsini, himayəsində 2 azyaşlı uşağının olmasını, hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən halların dairəsini, onların mahiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin az ağır cinayətlər qrupuna daxil olmasını, əməlini etiraf edib səmimi peşmançılığını bildirməsini nəzərə almışdır. Hesab edir ki, məhkəmə təqsirlənd irilən şəxs Məhkum münasibətdə qeyd olunmuş əsasları nəzərə alaraq cəza təyin edərkən təqsirləndirilən şəxsin təkrar olaraq ayrı-ayrı şəxslərə qarşı eyni cinayət əməli törətməsini, dəymiş ziyanı tam olaraq ödəməməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmasını, verilmiş yüngül cəzanın ətrafdakı insanlarda qanunlara qarşı laqeydliyinin yaranmasına səbəb olacağını nəzərə almamışdır. Məhkum ziyanın bir qismini istintaq müddətində ödəməsi onun ziyanı məcburiyyətdən ödəməsini göstərir. Çünki təqsirləndirilən şəxs ziyanı könüllü şəkildə deyil, ona göstərilmiş təzyiqlər, qorxu hissi səbəbindən ödəmişdir. Digər tərəfdən, işdən görünür ki. Məhkum dəymiş ziyanı tam ödəməmişdir. Onun yaxın vaxtlarda ziyanı ödəməsi də ehtimal olunmur. Çünki, o. artıq əmindir ki, məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra onun cəzası ağırlaşmayacaq. Hesab edir ki, verilmiş cəza təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməyib, yalnız azadlığını məhdudlaşdırdığından həmin cəza törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə uyğun deyil və təqsirləndirilən şəxsin islah olunmasına səbəb olmayacaqdır. Məhkəmə təqsirləndirilən şəxs Məhkum yüngül cəza ilə islah olacağını hökmdə əsaslandırmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə ittihamla elan edilmiş maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasını təyin etməməkdə əsaslı olmamışdır. Əslində, məhkəmə işdə olan kifayət qədər əsaslı halları nəzərə alaraq həbslə bağlı olmayan cəzanı müəyyən etməli deyildi. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 dekabr 2 023-cii il tarixli qərarının dəyişdirilərək təqsirləndirilən şəxsə ittihamla elan edilmiş maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının yuxarı həddində cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ayxan Hüseynli çıxış edərək kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu, cinayət əməlinin məhkum tərəfindən törədilməsinin tam təsdiq olunduğunu, məhkuma təyin edilmiş cəzanın qanuni və əsaslı olduğunu bildirib, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asıl ı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, bi rinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Zərərçəkmiş şəxs məhkuma yüngül cəza təyin edilməsini mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səl ahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edi lməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə mü vafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz bu qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsasl arını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi hazırki iş üzrə kassasiya şikayəti ilə müraciət etmiş tərəfə münasibətdə yekun nəticənin əsaslı olması qənaətinə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymə tləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, cinayət əməli nəticəsində vurumuş maddi zərər tam ödənilmədiyi təqdirdə məhkuma yüngül cəza təyin edilmişdir, halbuki məhkuma azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli idi. Məhkum təqsirli bilinərək məhkum edildiyi CM-in 178.2.2-ci maddəsinin sanksiyasında 3 növ alternativ cəza nəzərdə tutulmuşdur:

1. Dörd min manatdan yeddi min manatadək miqdarda cərimə;

2. Bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması;

3. İki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə. Birinci instansiya məhkəməsi də məhkumun cəzasını yüngülləşdirən h alları nəzərə alaraq ona azadlıqdan məhrum etmə cəzasının təyin olunması üçün əsasların olmaması qənaətinə gəlmiş və azadlığın məhdudlaşdırılması cəzasını sanksiyanın ən yuxarı həddində təyin etmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid ed ilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o, halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habel ə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş tərəfə cinayət əməli nəticəsində 4000 manat midarında maddi zərər vurulmuş və həmin ziyanın yarıdan çoxu zərərçəkmiş tərəfə ödənilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə qiymətləndirərək belə qənaətə gəlir ki, birinci isntansiya məhkəməsi məhkum barəsində təyin edilmiş cəzanın növünü və həddini seçərkən, apellyasiya instansiyası məhkəməsi isə həmin hökmü qüvvəsində saxlayarkən düzgün nəticəyə gəlmiş və məhkuma qanuni və ədalətli cəza təyin edilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası belə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Mə hkəməsinin Cinayət Kollegiyasının 11 dekabr 2023-cü il tarixli qərarı zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Zərərçəkmiş şəxs X3 hüquqi varisi Şahid4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 1(066)-90/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 dekabr 2023-ci il tarixli 1(104)-579/2023 nömrəli qərarı zərərçəkm iş şəxsin hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirimədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar