Məhkəmə qərarları › İş №1(102)-1578/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1578/2025

16.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1578/2025 16.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlu oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Məhkum və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Apel lyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 12 fevral tarixli, 1(103)-339/2025 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin (hakim E.Hüseynov) 2024-cü il 5 noyabr tarixli, 1(006)-95/2024 nömrəli hökmü ilə, xx xxxxxxxx 1991-ci il tarixdə Şəki rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Şəki rayonu, Vərəzət kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Məhkum Azərbaycan Respublikası CM-in 200-1.2.3- cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 2 (iki) il müddətə dərman vasitələrinin alqısatqısı ilə bağl ı sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək4 və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi həvalə olunmuş, cəzasını yaşayış yeri üzrə çəkməklə cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış, cəzanın icrası Ba kı Şəhər Probasiya İdarəsinə həvalə edilmiş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Həmin hökmdən təqsirləndirilən şəxs apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X3 (sədrlik edən), X5 və X2 ibarət tərkibdə) 2025-ci il 12 fevral tarixli, 1(103)-339/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ Hökmə əsasən, Məhkum bilə-bilə qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən külli miqdarda dərman vasitələrini satış məqsədilə idxal etməklə saxlamışdır. Belə ki, o, "Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qeydiyyatının tələb olunduğunu bildiyi, lakin belə qeydiyyatdan keçirilməmiş külli miqdarda dərman vasitəsini idxal edərək satmaq və satış məqsədi ilə saxlamaq niyyəti ilə istintaqa məlum olmayan vaxtda və şəraitdə dövlət qeydiyyatından keçirilməmiş külli miqdarda - 40989 manat dəyərində 10 flakon Taksen 300mg/50ml” markalı, 02 flakon "Pemtrex 500mg” markalı, 50 qutu "Borcade 3.5 mg/ İV/SC (toz), 3,5 ml (su)” markalı, 02 flakon "Vectibix 100mg/5ml” markalı, 01 flakon "Vectibix 400mg/20ml” markalı, 17 flakon "Erbitux 100mg/20ml” markalı, 02 qutu "Valamor 200mg N63” markalı və 09 list "Reampla 100mg” markalı dərman vasitələrini Azərbaycan Respublikasının ərazisinə satış məqsədilə qanunsuz idxal edərək əldə edib yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi ilə M.Mirqasım ov küçələrinin kəsişməsi, "Rifah Plaza” 1 -ci giriş, 42 saylı mənzildə və etibarnamə ilə idarə etdiyi "Audi Q7” markalı **-OM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində qanunsuz saxlamış, bu barədə daxil olmuş məlumat əsasında 06 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 1106 ünvanında olarkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qeyd edilən idarəyə dəvət edilmiş, həmin gün saat 15:55-də ünvan 3 ünvanda yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasının həyətində Məhkum icazəsi və iştirakı ilə idarə etdiyi "Audi Q7” markalı **-OM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə keçirilmiş baxış və götürmə zamanı avtomobilin salonunda, ön sağ oturacağın üzərində külli miqdarda, 2000 manat dəyərində 10 flakon "Taksen 300mg/50ml” markalı və xeyli miqdarda 1440 manat dəyərində 02 flakon "Pemtrex 500mg” markalı dərman vasitələri aşkar edilərək götürülmüşdür. Tədbirin davamı olaraq 06 iyun 2023-cü il tarixdə saat 16:55-də Məhkum icazəsi və iştirakı ilə sonuncunun kirayə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi ilə M.Mirqasımov küçələrinin kəsişməsində yerləşən "Rifah Plaza” 1 -ci giriş, 42 saylı mənzilə baxış və götürmə keçirilərkən mənzildən qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən külli miqdarda, 21900 manat dəyərində 50 qutu "Borcade 3.5 mg/İV/SC(toz), 3.5ml(su)” markalı, xeyli miqdarda 1034 manat dəyərində 02 flakon "Vectibix 100mg/5ml” markalı, külli miqdarda - 2048 manat dəyərind ə 01 flakon "Vectibix 400mg/20ml” markalı, külli miqdarda - 4080 manat dəyərində 17 flakon "Erbitux 100mg/20ml” markalı, külli miqdarda - 2790 manat dəyərində 02 qutu "Valamor 200mg N63” markalı və külli miqdarda - 5697 manat dəyərində 09 list "Reampla 100 mg” markalı dərman vasitələri aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MƏHKUMUN, MÜDAFİƏÇİNİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi, ardınca da Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası iş üzrə hərtərəfli, obyektiv araşdırma aparmağa təşəbbüs göstərməmiş, işdə olan və əlavə təqdim edilmiş sübutlara düzgün qiymət verməmişlər. Belə ki, Əliyev Nüsrətin həmin dərman vasitələrinin ona məxsus olması barədə onun videomüraciəti olmuşdur. Lakin məhkəmə həmin video materialı sübut kimi qəbul etməmiş, həmçinin Əliyeva Mahirənin şahid qismində məhkəmə istintaqına çağırılması barədə təqdim etdiyimiz vəsatətləri də qəbul etməmişdir. Məhkum tərəfindən verilmiş apellyasiya şikayətində və apellyasiya mərhələsində verdiyi yazılı vəsatətdə gətirdiyi arqumentləri, qeyd etdiyi dəlilləri düzgün araşdırılmamış, apellyasiya məhkəməsinin qərarında qeyd olunan faktlara, dəlillərə ümumiyyətlə münasibət bildirilməmidir. Apellyasiya mərhələsində Məhkum tərəfindən verilmiş məhkəmə istitaqımn qismən aparılmaqla keçirilməsi barədə vəsatətə, vəsatətdə qeyd olunan məlumatlara, mühüm əhəmiyyətli faktlara münasibət bildirilməmiş, apellyasiya məhkəməsinin qərarında bununla bağlı heç bir qeyd edilməmişdir. Ümumiyyətlə Bakı apel lyasiya məhkəməsinin qərarında müdafiəçi tərəfindən verilmiş vəsatətə,vəsatətdə göstərilmiş məlumatlarla,faktlarla,sübutlarla bağlı heç bir qeyd, heç bir münasibət yoxdur və hesab edir ki, bu yanaşma cinayət prosessual qanunvericiliyin tələblərinin pozulmasıdır. Bundan başqa, elektron sistemə nəzər saldıqda bu tipli cinayətlərə görə daha yüngül cəzaların təyin olunduğunu görə bilərik. Belə qərarlardan biri Bakı Apellyasiya Məhkəməsində dərman vasitələrinin qanunsuz dövriyyəsində təqsirləndirilən Türkiyə vətəndaşı Emrah Özcanın barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclasıdır. Məhkəmənin qərarına əsasən apellyasiya protesti qismən təmin olunmuş, Nərimanov Rayon Məhkəməsinin çıxardığı şərti cəza hökmü dəyişdirilmiş, təqsirləndirilən şəxsə 800 manat məbləğində cərimə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 70-ci maddəsinə dair müddəalar xaric olunmuşdur. Göründüyü kimi, oxşar əməllərə münasibətdə daha yüngül cəza tətbiq olunmuşdur. Məhkum münasibətdə isə cinayət qanunun müvafiq maddəsinin sanksiyasının ən yuxan həddi ilə cəza təyin edilmişdir. Müdafiə tərəfi olaraq hesab edir ki, məhkəmə tərəfindən Cinayət Məcəlləsinin 8-ci və 58.3ci maddələrinin tələbləri nəzərə alınmamışdır. Bundan başqa, birinci instansiya məhkəməsi, ardınca da apellyasiya instansiya məhkəməsi Məhkum verilmiş ittiham üzrə hökm və qərarlarında cəzanı yüngülləşdirən hallan da nəzərə almamışdır. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin 12 fevral 2025-ci il tarixli qərarının dəyişdirilməsini və Məhkum Azərbaycan R espublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsinə uyğun olaraq cərimə cəzası təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum və müdafiəçisi kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətini n və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiəçi kassasiya şikayətində məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin tətbiq edilməsininin mümkünlüyünü mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuni liyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə h aqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli, məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əs aslandırılmış və sübuta yetirilmiş olmalıdır. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun təqsirli bilindiyi CM-in 200-1.2.3-cü maddəsinə CM-in 62-ci maddəsinin tətbiqi xahiş olunsa da, məhkəmə kollegiyası hesab edir ki, Məhkum CM-in 200-1.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi cinayət işi üzrə toplanmış və məhkəmələr tərəfindən CPM-in 144-145-ci maddələrinin tələbləri qaydasında yoxlanılaraq qiymətləndirilmiş mötəbər sübutların məcmuyu ilə tam sübuta yetirilmişdir. Kassasiya məhkəmə kollegiyası məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin mövqeyi ilə razılaşır. Məhkum təqsirli bilinərək məhkum edildiyi CM-in 200-1.2.3-cü maddəsinə CM-in 62ci maddəsinin tətbiqi ilə bağlı məsələyə münasibət bildirən məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsin i vacib hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidi r. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid ol an və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə (CM-nin 62-ci maddəsi); 4) şərti məhkum etmə institutunu tətbiq etməyə(CM-nin 70-ci maddəsi); 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Aydın məsələdir ki, yüngülləşdirici halların mövcud luğu yuxarıda qeyd edilən müxtəlif formalarda nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Cinayət prosessual qanunvericiliyə əsasən (CPM-139.0.5-ci mad.) cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar cinayət təqibi üzrə ic raat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. İş materiallarında olan sənədlərdən görünür ki, Məhkum əvvəllər məhkum olunmamış, müxtəlif təşkilatlarda, beynəlxalq və milli səviyyədə vətəni tanıtmaq və müdafiə etmək məramı ilə işlər görmüş, 2012-2014-cü illərdə Azərbaycan Tələbə Gənclər Təşkilatının sədri olmuş, 2010-2014-cü illərdə X4 Türkiyə təmsilçisi olmuş, Çanaqqalada şəhid olmuş azərbaycanlıların əziz xatirəsinə etiram əlaməti olaraq plaket qoydurmuş, “Xocalıya ədalət” şüarı ilə mitinqlərdə iştirak etmiş, işğal altında olan torpaqlarımızla bağlı mitinqlər təşkil etmiş, 2020-ci ildə İİ Qarabağ (Vətən müharibəsi) zamanı öz vəsaiti hesabına cəbhəyə 17 tır təkər yardımı etmişdir. Bu məlumatlar müvafiq kütləvi informasıya vasitələrində, internetdə və televiziya kanallarında yayımlanm ışdır. İş materiallarındakı müvafiq arayışlara əsasən Məhkum ailəsinə yeganə qazanc gətirən şəxs olması, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi, əvvəllər məhkum olunmaması təsdiq olunur. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən hallar CM-in 59.2-ci maddəsinin tələblərinə uyğun olaraq məhkumun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi məsələlərinə həsr olunmuş CM-in 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu CM-in 62.1-ci maddəsində sadalananlara, yəni cinayətin məqsədi və motivinə, təqsirkarın cinayətin törədilməsində roluna, cinayətin törədilməsi zamanı və sonrakı davranışına, digər hallara aid olub cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltdıqda, şəxsin barəsində CM-in 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilərlər. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, CM-in 62-ci maddəsinin nəzərdə tutduğu (CM-in 62.1-ci maddəsində göstərilən halların dairəsinə daxil edilə bilən) əsaslar müəyyən olunduqda belə, bu halların cinayətin ictimai təhlükəliliyinə (onun əhəmiyyətli dərəcədə azaldılması yönündə) təsir edib-etməməsi, yəni onların cinayətin ictimai-təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar kimi qiymətləndirilməs inin mümkünlüyü məsələsi, yalnız sözügedən hallara görə deyil, həm də cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunması və cəzanın onun ailəsinin həyat şərainə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən yüxarıda qeyd edilən hallar, cəzanı ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri kifayət qəd ər nəzərə alınmamış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən kifayət qədər ədalətli cəza təyin edilməmiş, onun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin tətbiqinin mümkünlüyü məsələsi müzakirə edilməmişdir. İşdən görünür ki, məhkum edilmiş şəxs Məhkum cəzasını yalnız yüngülləşdirən hallar müəyyən edilmiş, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən Qərarında qeyd edilmişdir ki, “cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci n övbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.” Göstərilən normaların tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, məhkumun təqsirli bilinərək məhkum edildiyi CM-in 200-1.2.3-cü maddəsinə CM-in 62-ci maddəsini tətbiq etməklə ona cərimə cəzasının təyin edilməsi yolu ilə də cəzanın məqsədinə və məhkumun islah edilməsinə nail olunması mümkündür. Bununla əlaqədar məhkəmə kollegiyası nəzərə çatdırır ki, yuxarıda sadalanan qanun normalarının tələblərinə görə təqsirləndirilən şəxsə məhz hansı cəzanın təyin edilməli olduğunu müəyyən etmək üçün məhkəmə cinayət qanununun törədilmiş əmələ görə cinayət məsuliyyəti nəzərdə tutan normasının sanksiyasını, konkret cəza növünün təyin olunması şərtlərini, habelə cinayət qanunun cəza təyin etmənin əsaslarını müəyyən edən normala rını (CM-nin 8, 9, 41, 58-71 və 85-86-cı maddələri) rəhbər tutur. İttiham hökmü çıxarılarkən cəza təyin etmə məsələsi ən mühüm məsələ olduğundan, məhkəmə cinayət qanunun bütün tələblərini nəzərə almaqla, cəzanın fərdiləşdirilməsi prinsiplərindən istifadə etməklə ədalətli, qanuni və layiqli cəza təyin etməli və bu zaman cəzanın məqsədlərinə nail olunması da diqqət mərkəzində olmalıdır. CPM-nin 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, müdafiəçinin kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 fevral 2025-ci il tarixli qərarı, kassasiya şikayətinə münasibətdə dəyişdirilməli, Məhkum cəzasını yüngülləşdirən halların məcmuyu, törədilmiş cinayət əməlinin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsi zamanı rolu, cinayət əməli törədildikdən sonra məhkumun davranışı ilə bağlı olan hallar nəzərə alınmaqla, müstəsna hal kimi qiymətləndirilməli, onun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsi tətbiq edilməklə, ona əsas cəza kimi cərimə cəzası təyin edilməli, əlavə cəzanın çəkilməsi davam etdirilməlidir. Təyin edilməsi nəzərdə tutulan cərimə cəzasının məbləği müəyyən edilərkən məhkəmə kollegiyası hesab edir ki, CM-in 44-cü maddəsinin tələblərinə uyğun olaraq törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alın malıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 12 fevral tarixli, 1(103)-339/2025 nömrəli qərarı dəyişdirilsin. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.3-cü maddəsinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilsin və ona 2 (iki) il müddətə dərman vasitələrinin alqı-satqısı i lə məşğul olma hüququndan məhrum edilməklə 15000 (on beş min) manat məbləğində cərimə cəzası təyin edilsin. Məhkum təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrasına başlamaması nəzərə alınsın. Qərar, kassasiya şikayətinə münasibətdə, qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar