Məhkəmə qərarları › İş №1(102)-1579/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1579/2019

04.12.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1579/2019 04.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Məhkum Təqsirləndirilən şəxs iştirakları ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 11 may 2018-ci tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 iyun 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 11 may 2018-ci tarixli hökmü ilə (sədrlik edən hakim Qurbanov Ramin Afad oğlu) xx.xx.1996-cı il tarixində Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan, əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.2, 180.2.4-cü maddələri ilə təqsirli bilinib 04 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum ed ilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən 15.08.2017-ci il tarixindən 10.01.2018-ci il tarixədək həbsdə saxlanıldığı müddət yəni 04 ay 26 gün çıxılmaqla üzərində qəti olaraq 03 il 09 ay 04 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Yasamal rayon Məhkəməsinin 27.07.2016-cı il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 03 ay 09 gün hissəsi hazırkı hökmlə təyin edilmiş cəzasına qismən birləşdirilməklə ona qəti olaraq, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 03 il 10 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Həmin hökmlə həmçinin X6 da təqsirli bilinib məhkum olunmuşdur. İŞİN HALLARİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 11 may 2018-ci tarixli hökmü ilə Təqsirl əndirilən şəxs təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında, zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə və təkrarən açıq talamaqla soyğunçuluq cinayətlərini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını açıq talama məqsədi ilə X6 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 02.08.2017-ci il tarixində təxminən saat 18.15 radələrində ünvan 1 ünvanın yanında olduqları zaman danışıb qaytarmaq adı ilə 02.09.2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 aldığı sonuncuya məxsus üzərində dəyəri 5 manat təşkil edən 055 *** ** ** saylı mobil nömrə olan 180 manat dəyərində bir ədəd “**********40319” və “**********40317” İMEİ kodlu «Samsung Galaxy Grand Prime» markalı, SM-G531H/DS model mobil telefonu ələ keçirdikdən sonra Zərərçəkmiş şəxs1 sinəsinə yumruq zərbəsi vurub sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edərək X6 ilə birlikdə hadisə yerindən qaçıb getməklə özgənin əmlakını açıq talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 185 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakım açıq talama məqsədi ilə X6 oğlu ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 13.08.2017-ci il tarixində saat 17.00 radələrində Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospektində yerləşən «Hüseyn Cavid» parkında olduqları zaman danışıb qaytarmaq adı ilə 10.11.2002-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 aldığı sonuncuya məxsus üzərində dəyəri 7 manat təşkil edə n 055 *** ** ** saylı mobil nömrə olan 250 manat dəyərində bir ədəd “**********88910” və “**********88918” İMEİ kodlu “Samsung Galaxy J3» markalı, SMJ320H/DS model mobil telefonu ələ keçirərək X6 ilə birlikdə hadisə yerindən qaçıb getməklə özgənin əmlakını açıq talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 257 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Hökmdən məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim Məmmədov Qail Fazil oğlu, hakimlər Səfərov Rizvan Kamal oğlu və Qasımov Əflatun İbrahim oğlundan ibarət tərkibdə) 28 iyun 2018-ci il tarixli qərarı ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 11 may 2018-ci il tarixli hökmü məhkum Təqsirləndirilən şəxs aid hissədə d əyişdirilmədən saxlanılmış, kassasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 iyun 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və ona azadlıqdan məhrum etmə cəzasına alternativ cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsinin qərarını qərəzli və ədalətsiz hesab edir. Belə ki, ibtidai istintaqın gedişində hər iki zərərçəkmiş şəxslərə vurulmuş ziyan ödənilmiş və barışıq əldə olunmuşdur. Əməlindən peşiman olmaqla istintaqın normal gedişinə və cinayətin açılmasına köməklik göstərmişdir. Lakin, məhkəmələr tə rəfindən mülkiyyət əleyhinə, lakin şəxsiyyətə hər hansı fiziki zor tətbiq olunmaqla müşayiət olunmayan cinayətə görə azadlıqdan məhrum etməyə alternativ cəza təyinindən əsassız imtina edilmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və ona azadlıqdan məhrum etmə cəzasına alternativ cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun kassasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının isə apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılm alarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 iyun 2018-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq aşağıdakıları qeyd edir: Hökmdən və ap ellyasiya məhkəməsinin qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməli birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmiş, apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair nəticəsi ilə razılaşmışdır. Məhkum Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı, həmin tərkiblə tam əhatə olunduğu üçün onu n əməlləri düzgün olaraq həmin maddələrlə tövsif edilmişdir. Bunlara dair apellyasiya məhkəməsinin gəldiyi nəticənin və qərarının qanuniliyini şübhə altına almağa əsas yoxdur. Kassasiya şikayətində də bu məsələlər mübahisələndirilmir. Kassasiya şikayətində təyin edilmiş cəzanın sərt olduğu iddia edilir və buna dair dəlillərə istinad olunur. Belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında həmin dəlillərlə əlaqədar göstərilmişdir ki, “...Məhkəmə kollegiyası, proses iştirakçılarının çıxışlarını dinləyib, aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, hökm dəyişdirilmədən saxlanılmalıdır. AR CPM-nin 397.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Təqsirləndirilən şəxs elan edilmiş itt ihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş və şahid ifadələri, işin digər materialları ilə kifayət qədər sübuta yetirilmiş, apellyasiya şikayətində də işin həmin halı mübahisələndirilmir. Apellyasiya şikayətində məhkum Təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilərək cəzasının şərti hesab edilməsini xahiş etsə də, apellyasiya şikayəti təmin edilə bilməz. Belə ki, birinci instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs cəza təyin edərkən təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən hal kimi törətdiyi cinayət əməlini, etiraf etməsini və əməlindən peşiman olmasını, CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivini, cinayətin azyaşlı şəxsə qarşı törədilməsini isə cəzasını ağırlaşdıran hallar kimi nəzərə alıb, ona törətdiyi cinayət əməllərinin ağırlığına və ictimai təhlükəlilik dərəcəsinə uyğun məhkum olunduğu maddənin sanksiyası daxilində cəza təyin etmişdir. AR CM-nin 70-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, əvvəllər məhkum olunmasını lakin bundan nəticə çıxarmayaraq yenidən cinayət törətməsini həmçinin onun apellyasiya şikayətində göstərdiyi halların yəni əməlindən peşiman olmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsinin artıq birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən nəzərə alındığını qeyd edərək hesab edir ki, onun cəzanı çəkmədən islah olunması mümkün deyildir, buna görə də, təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının şərti hesab edilməsi üçün əsas yoxdur. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, hökm dəyişdirilmədən saxlanılmalıdır....”. Göründüyü kimi, apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibətini bildirmiş, onlarla razılaşmadığının səbəblərini qərarda göstərmiş, Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın ədalətli olması barədə nəticəni işin hallarına və qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin gəldiyi bu nəticə işin faktiki hallarına, qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya şikayətinin heç bir dəlili yuxarıda göstərilən nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkum Təqsirləndirilən şəxs islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.2 və 1 80.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 iyun 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar