Məhkəmə qərarları › İş №1(102)-1579/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1579/2021

22.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1579/2021 22.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov X2 ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 iştirakı ilə, Məhkum M1 oğlunun Azərbaycan Respublikası CM-nin 206.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsini n 04 sentyabr 2020-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpasının rədd edilməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2021-ci il tarixli ilkin baxış qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN Lənkəran Ağır Cinayətlər Məhkəməsinin E T D İ: 04 sentyabr 2020-ci il tarixli, 1(099)203/2020 saylı hökmü ilə (hakimlər: M.V.Məmmədov (sədrlik edən), C.C.Nəbiyev və İ.Q.Abdullayev) Məhkum M1 oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan mərhumetmə cəzasına, Cinayət Məcəlləsinin 23 4.4.3-cü maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan mərhumetmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.3- cü maddəsinə əsasən təyin olunmuş cəzaları cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə ona qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan mərhumetmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcının 04 yanvar 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakim: M.V.Məmmədov) 11 yanvar 2021ci il tarixli qərarı ilə Məhkum M1 oğlu tərəfindən verilmiş apelyasiya şikayəti verilməsi müddətinin bərpasına dair vəsatəti rədd edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2021-ci il tarixli qərarı ilə (hakimlər R.F.Cəfərov (sədrlik edə n və məruzəçi), E.İ.Əliyev və K.S.Bəşirovdan ibarət tərkibdə) məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 yanvar 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2021-ci il tarixli qərarından Məhkum Nüşiravan oğlu kassasiya şikayəti vermişdir. Məhkum kassasiya şikayətində qeyd etmişdir ki, dünyada baş verən böhran Azərbaycana da öz təsirini göstərmiş, bunun nəticəsində poçt xidmətlərində yaranmış məhdudlaşdırılmalara görə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli hökmündən apellyasiya şikayəti vermə müddətini ötürmüşdür. Məhkum qeyd olunanların və şəkər xəstəliyindən əziyyət çəkməsinin nəzərə alınm asını, apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti, apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi an dan 20 (iyirmi) gün müddətində verilir. Eyni zamanda həmin Məcəllənin 384.2-ci maddəsinə görə həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir. Azərbaycan Respublikası CPM-in 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 386.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsind ə məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. Həmin müddət yalnız üzrlü səbəbdən buraxıldıqda bərpa edilməsi mümkündür. Lakin iş materiallarında müddətin üzrlü səbəbdən buraxılmasını əks etdirən hər hansı bir sənəd mövcud deyildir və həmçinin kassasiya şikayətində də apellyasiya şikayəti vermək üçün müddətin bərpa olunmasına əsas ola biləcək bir dəlil yoxdur. Azərbaycan Respublikası CPM-in 412.3-cü maddəsinə görə kassasiya şikayəti və ya kassasiya protestinə, həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər. İş materiallarından görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü 04 sentyabr 2020-ci il tarixdə məhkumun və müdafiəçisinin iştirak etdiyi məhkəmə iclasında elan olunmuş və təqsirləndirilən şəxs Məhkum M1 oğluna hökmdən h ansı müddətdə və necə apelyasiya şikayəti vermək hüququnun olması izah olunmuşdur. İşdə olan, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli hökmün surəti məhkəmə qəbzini imza etməklə Məhkum M1 oğluna 19 sentyabr 2020-ci ildə təqdim olunmuşdur. Həmin hökmdən qanunla müəyyən edilmiş müddətdə təqsirləndirilən şəxs Məhkum M1 oğlu və ya onun müdafiəçisi tərəfindən apelyasiya şikayəti verilməmişdir. Apelyasiya şikayəti verilməsi müddəti bitəndən 02 aydan çox zaman keçdikdən sonra, yəni 17 dekabr 2020-ci il tarixdə Məhkum M1 oğlu tərəfindən məhkum barəsində olan 04 sentyabr 2020-ci il tarixli hökmdən apelyasiya şikayəti, eləcə də həmin tarixdə apelyasiya şikayəti verilməsi müddətinin bərpasına dair vəsatət vermişdir. Apellyasiya məhkəməsi müddətin bərpasına dair məsələyə ba xarkən qeyd etmişdir ki, müdafiə tərəfi apelyasiya şikayətinin vermə müddətinin buraxılmasının üzürlü səbəbdən olmasını təsdiq edən sübutlara istinad etməmişdir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, Məhkum M1 oğlu apellyasiya şikayətini vaxtında, yəni hökmün elan olunduğu andan 20 gün müddətində verə bilməməsini və bunun üzrlü səbəbdən baş verməsini təsdiq edən hər hansı bir sübutu vəsatətə əlavə etməmiş, nə də ki, məhkəmələrə təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti vermə müddəti üzrsüz səbəbdən buraxmaqla verildiyindən və iş materialları ilə müddətin üzrlü səbəbdən buraxılması müəyyən olunmadığından apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatətinin dəlilləri əsa ssızdır və ona görə də rədd edilməlidir. Həmin müddət yalnız üzrlü səbəbdən buraxıldıqda bərpa edilməsi mümkündür. Lakin iş materiallarında müddətin üzrlü səbəbdən buraxılmasını əks etdirən hər hansı bir sənəd mövcud deyildir. Məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə bildirir ki, cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət prosessual fəaliyyətin məqsədlərinə nail ol maq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum M1 oğlunun Azərbaycan Respublikası CM-nin 206.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpasının rədd edilməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2021-ci il tarixli ilkin baxış qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar