Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1579/2023 29.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçi – “Arbitrium” Vəkil Bürosunun vəkili İsmayılov Kənan Şəmsəddin oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 5 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 aprel 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi İsmayılov Kənan Şəmsəddin oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli 1(101)-922/2021 nömrəli (hakimlər: Məmmədov Əli İrfan oğlunun sədrliyi, Hüseynov Telman Qulaməli oğlu və Qəribov Fikrət Atlıxan oğlundan ibarət məhkəmə tərkibində) hökmü xx xxxxxx 1983-cü il tarixdə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinməsi, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddəsi üzrə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri üzrə 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun həbsdə saxlan ıldığı müddətin cəza müddətinə daxil edilməsi və cəzasının əvvəlinin tutulduğu vaxtdan, yəni 2 iyun 2020-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Hökmdən məhkum edilmiş şəxsin müdafiəçisi İsmayılov Kənan Şəmsəddin oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Əhmədov Həsən Hüseyn oğlunun sədrliyi və məruzəsilə, Məmmədov Habil Çingiz oğlu və Murquzov İlqar Mustafa oğlundan ibarət məhkəmə tərkibində) 29 aprel 2022-ci il tarixli 1(103)-282/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 noyabr 2021ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5,206.2, 234. 4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddəsi üzrə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri üzrə 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan məhkumun müdafiəçisi İsmayılov Kənan Şəmsəddin oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətl ər Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli hökmünə görə, Məhkum satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni əldə etmiş, saxlamış, daşımış, habelə narkotik vasitənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə qabaqcadan vəd verməklə köməklik etmiş, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Məhkum satış məqsədi ilə qanunsuz olaraq "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxil edilən 1,836 qram çəkidə psixotrop maddə metamfetamini “Rəhim” adlı şəxsdən istintaqa məlum olmayan vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla daşımış, bu ndan başqa, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etmə, saxlama, daşıma və satma barədə tanışı İran İslam Respublikasının vətəndaşı “Arif’ adlı şəxslə və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə “Arif’ adlı şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirəcəyi narkotik vasitənin satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə qabaqcadan vəd vermiş, bu məqsədlə “Arif” adlı şəxsin istintaqa məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdiyi külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilən 3 (üç) ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 559,5 qram, 462,7 qram, 485,9 qram olmaqla, ümumilikdə təmiz çəkisi 1508,1 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini naməlum vaxtda, yerdə və şəraitdə təkrarən satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla yaşadığı ünvan 3 ünvanında yerləşən 10 saylı mənzilə daşımış, bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 2 iyun 2020-ci il tarixdə keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı Məhkum həmin gün saat 12:20 radələrində yaşadığı evin yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman onun satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi 1,836 qram çəkidə psixotrop maddə metamfetamin 1 (bir) ədəd bükümdə olmaqla göy rəngli cins şalvarının sol yan cibindən aşkar edilərək götürülmüşdür, eləcə də, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həmin gün saat 16:07-də Məhkum iştirakı ilə yaşadığı ünvan 2 ünvanına baxış keçirilmiş və baxış zamanı onun təkrarən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda, ümumilikdə təmiz çəkisi 1508,1 qram narkotik vasitə heroin qonaq otağındakı divanın alt hissəsindən təmiz çəkiləri 559,5 qram, 462,7 qram və 485,9 qram olmaqla 3 (üç) ədəd ayrı-ayrı bağlamada aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞ LARİ: Məhkumun müdafiəçisi İsmayılov Kənan Şəmsəddin oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsinin qərarı əsassız və ədalətsizdir. Məhkəmə baxışları zamanı verdiyi vəsatətlər nəzərə alınmamış və bu barədə məhkəmələr qərarlarında heç bir əsaslandırma aparılmamış, apellyasiya məhkəmə kollegiyası şikayətdə göstərilən çox saylı dəlillərə ümumiyyətlə heç bir qiymət verilməmişdir. Belə ki, Məhkum istifadəsində olan mobil nömrələri ilə bağlı verilmiş sorğuların icrası barədə mobil operatorların təqdim etdiyi CD disklərə baxış keçirilməsi AR CPM-in 236-cı maddəsinin pozuntusu ilə həyata keçirilmişdir. Belə ki, İ cild 242-ci səhifədə qeyd edilən səhifədə "xxxx" TELEKOM MMC-dən gələn məktubda qeyd edilir ki, Sizin xx.xx.2020-ci il tarixli məktubunuza əsasə n qərarda göstərilən halları özündə əks etdirən 01 ədəd CD Sizə təqdim edilir (“Qoşma 01 ədəd CD” yazısının altında CD xüsusi olaraq yoxlanılaraq və istifadəyə yararlı olduğu tam təsbit edilərək Sizə təqdim edilir) qeydi edilmişdir. Lakin istintaq orqanının müstəntiqi baxışın aparılmasında müdafiəçinin iştirakını əvvəlcədən təmin etməlidir. Lakin, müstəntiq 5 oktaybr 2020-ci il tarixdə baxış keçirən zaman CD-yə baxış keçiriləcəyi barədə əvvəlcədən müdafiəçiyə məlumat verməmiş müdafiə tərəfini məlumatlandırmadan iştiraklarını təmin etmədən formal protokol tərtib edərək CD-nin yaddaşının boş olmasını qeyd edərək baxış istintaq hərəkətini başa çatdırmışdır. Daha sonra istintaq orqanı bu baxış keçirilməsindən sonra 26 dekabr 2020-ci il tarixdə Baş İdarəyə "xxxx" MMC-dən daxil olmuş İİ cilddə olan məktubda qeyd edilir: “xx.xx.2020-ci il tarixli 6/42-390 saylı məktubunuzun icrası olaraq bildiririk ki, xx.xx.2020-ci il tarixli 14199 saylı məktubla təqdim edilmiş məlumatlar diskdə Sizə yenidən göndərilir.” Bu halda da müstəntiq baxışın aparılmasında müdafiəçinin iştirakını əvvəlcədən təmin etməli olduğu halda bunu etməmiş qanunun maddəsini pozaraq heç bir obyektivliyi təmin etmədən hal şahidlərinin iştirakı olmadan protokol tərtib edərək bu dəfə “dolu” olan CD-yə baxış keçirmiş, lakin heç bir əhəmiyyət kəsb edən hal aşkar etməmişdir. İş materiallarında qeyd edilmiş CD-lərə keçirilmiş baxış istintaq hərəkətlərinin protokolları pozuntularla zəngin və keçirilməsi birbaşa CPM-in 236.3-cü maddəsinin tələbi gözlənilmədən keçirildiyi üçün həmin CD-lərin yaddaşında olan məlumatların isti ntaq orqanı tərəfindən pozulması və ya digər qaydada müdaxilə edilməsi təkzibedilməzdir. Lakin, bununla bağlı məhkəmə istintaqında bu cür halları qeyd etməyimizə baxmayaraq yenə də məhkəmə tərəfindən heç bir vəsatətimiz həll edilməmiş, eyni zamanda bu hallarla bağlı məlumatların və tərəfimizdən də verilmiş vəsatətin rədd edilməsinə baxmayaraq iş üzrə yenidən müvafiq mobil nömrələrlə bağlı yenidən müavafiq sorğular verilməsi, həmin mobil operatorlardan alınmış cavablara bizim iştirakımızla yenidən baxış keçirilməsi barədə vəsatətlərə məhkəmələr münasibət bildirməmiş, apellyasiya məhkəmə kollegiyası ümumiyyətlə məhkəmə istintaqı aparmaqdan imtina etmiş bununla da tam, hər tərəfli və obyektiv məhkəmə araşdırması aparmamışdır. Bundan əlavə iş üzrə keçirilmiş şəxsi axtarış və mənzilə baxış keçi rilməsinə dair istintaq hərəkətlərinin protokollarına əlavə edilmiş CD-lərdə əks edilmiş video çəkilişlərin hansı tarixdə çəkilməsi nə qədər davam etməsi, eyni zamanda hansı cihaz vasitəsilə çəkilməsinə dair https://www.metadata2go.com/ saytı vasitəsilə təhlil edən zaman məlum olmuşdur ki, şəxsi axtarış və götürmə aparılması 2 iyun 2020-ci il tarixdə saat 14:00-dan 2 iyun 2020-ci il tarix saat 14:25-dək deyil, həmin video yazı 2 iyun 2020-ci il tarixdə saat 10:43:12-dən başlayaraq 11:07:45-dək aparılmışdır. Həmçinin mənzilə baxış keçirilməsi çəkilişi olan CD-nin təhlili zamanı müəyyən edilmişdir ki, 2 iyun 2020-ci il tarixdə saat 15:16-dan 2 iyun 2020-ci il tarix saat 14:25-dək deyil, həmin video yazı 2 iyun 2020-ci il tarixdə saat 13:53:09-dan başlayaraq 14:24:26dək aparılmışdır. Eyni zam anda həmin video çəkilişin Sony markalı video kamera ilə çəkilməsi barədə hər iki protokolda qeydlər edilmiş, lakin iş üzrə şahid qismində dindirilmiş BMCMnin əməkdaşları da çəkiliş zamanı “Sony” markalı cihazdan istifadə etdiklərini, çəkilişi Elsevər adlı əməliyyatçının apardığını qeyd etmiş, lakin məhkəməyə təqdim etdiyim fayllardan bəlli olur ki, çəkiliş protokollarda qeyd edilən tarixlərdə və cihazla deyil, qeyd etdiyim tarixdə və saatlarda və «İphone X» markalı telefonla aparılmışdır. Hazırda düşünürük ki, iş üzrə məhkəmə texniki ekpsertizası keçirilməli həmin çəkilişlərin hansı tarixdə və hansı cihazla çəkilməsi eyni zamanda AR BMCMİ-nin əməkdaşlarının istifadə etdiklərini qeyd etdiyi “Sony” markalı cihazla çəkilməsinin müəyyən edilməsi üçün, AR BMCMİ-dən həmin cihaz tələb edilməli, iş materiallarında olan CD və həmin Sony markalı cihazın təqdim edilərək iş üzrə məhkəmə texniki ekspertizası keçirilməli olduğu halda məhkəmə buna dair vəsatətimizi də rədd etmişdir. Bundan əlavə Məhkum barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə iclası zamanı döyülməsini qeyd etməsinə dair halların müəyyən edilməsi ilə bağlı müdafiəçi tərəfindən 26 sentyabr 2021-ci il tarixdə Nərimanov rayon Məhkəməsinə sorğu göndərməsinə baxmayaraq məhkəmə tərəfindən bu günə qədər cavab verilməmiş, buna dair sorğunun sürəti isə iş materiallarına əlavə edilmişdir. İş materiallarından da aydın olur ki, Məhkum 15-20 gün öncə Masallı rayonuna getməsi təsdiq edilmir və ya bunu təsdiq edən heç bir sübuta istinad edilmir. Ancaq Məhkəmə bir mənalı şəkildə ittiham tərəfinin cəlb etmə haqqında q ərarında göstərdiyi mənbəyi məlum olmayan hala istinad etməklə şəxsə 32.5,206.2-ci maddə ilə ittihamı təsdiq edildiyini qeyd edir. Məhkəmə iclas zalında dindirilməyən Şahid4 ifadəsinə istinad etmiş onun ifadəsini elan edərək, o ifadə ilə hökmü əsaslandırmağa çalışmışdır. Eyni zamanda digər Şahid3 məhkəmədə vermiş olduğu tamamilə fərqli ifadə və qeyd etdiyi hallarla bağlı ziddiyyətli hallar olmasına baxmayaraq məhkəmə bu hala qiymət verməmiş ziddiyyətlərlə bağlı halları araşdırmamışdır. Qeyd edirik ki, məhkəmə iclas zalında dindirilməyən şahidin ifadəsinin elan edilərək bir mənalı ona istinad edilməsi Məhkum hüququnun pozulmasıdır, belə ki, məhkəmə iclas zalaında dindirilən digər Şahid3 fərqli ifadə verməsi eləcə də Məhkəmənin öz hökmündə qeyd etdiyi kimi “Eyni zamanda ibtidai istintaq orqa nı tərəfindən ibtidai istintaq zamanı Məhkum mesaj yazan şəxslərin ifşa olunması istiqamətində heç bir tədbir görülməmiş və həmin şəxslərin məsuliyyətə cəlb edilməsi məsələsi həll edilməmişdir. Məhkəmə hesab edir ki, bu hissədə ibtidai istintaq orqanı natamam araşdırma aparmış və faktiki olaraq Məhkum “müştərilərinin” əməllərinə hüquqi qiymət verilməmişdir. Məhkəmə iclasında BMCMİ-nin əməliyyat müvəkkili Şahid1 ona verilmiş suallara cavab olaraq keçirilmiş əməliyyat-axtarış tədbiri üçün əməliyyat-qeydiyyat işinin açılıbaçılmadığına dair vermiş olduğumuz suallara cavab vermişdir ki, əməliyyat-qeydiyyat işi açılmamışdır. Göründüyü kimi şəxsin barəsində haradan əldə olunması məlum olmayan məlumat əsasında yazılmış “raport”la bütün bu işlər görülmüşdür. Bu məzmunun isə hansı qaydada yaranması elmə məlum deyildir, əməliyyat müvəkkilinin kimdən hansı mənbədən hansı məlumatı alması ona belə aydın deyildir. Bakı Apellyasiya Məhkəməsi müdafiə tərəfindən verilmiş apellyasiya şikayətinin məhkəmə istintaqı ilə aparılmasına dair vəsatətləri rədd etmiş, lakin həmin vəsatətlərin rədd edilməsi barədə qərarları onlara təqdim etməmiş, nə də elektron məhkəmə sisteminə yükləməmişdir. Bundan əlavə Bakı Apellyasiya Məhkəməsi tərəfindən AR CM-nin 32.5,206.2-ci maddə ilə əmələ ümumiyyətlə heç bir hüquqi qiymət verməmiş, bu halda sadəcə dispozisiyanı sadalayan nə üçün apellyasiya şikayətində göstərilən dəlillərlə razılaşmadığını qeyd etməmiş sadəcə üzərindən keçmişdir. Belə ki, şəxs o halda bu maddə ilə məsuliyyətə cəlb edilərdi ki, həmin qaçaqmalçılıq hərəkətlərində hər hansı formada iştirak etsin və ya bu barədə hər bir hansı köməklik etsin. Qeyd edək ki, ümumiyyətlə cinayətin harada, nə vaxt və hansı qaydada törədilməsi qaçaqmalçılıq yolu ilə keçirilib keçirilməməsi müəyyən edilmədən ittihamda qeyri-müəyyən formada bu əməllərin məhz Məhkum tərəfindən törədilməsi qeyd edilərək qanunsuz və əsassız nəticəyə gəlinmişdir. Apellyasiya Məhkəməsinin qərarında qüvvədən düşmüş Plenum qərarına iki dəfə qərarın təsviri-əsaslandırıcı hissədə istinad etməsi qərarın qanunsuz və əsassız olmasını özündə ehtiva etdirir. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 aprel 2022-ci il tarixli qərarının ləğv edilib cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi və ya yenidən araşdırılması üçün apellyasiya baxışına təyin edilməsi barədə qərar qəb ul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi İsmayılov Kənan Şəmsəddin oğlu kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, birinci və apellyasiya instansiyası məhkəməsində şahid ifadələrinə fikir verilmədiyi, baxış protokolu tərtib edilən zaman müdafiəçinin iştirakının təmin olunmadığını, "xxxx"dən guya diskin boş göndərdiyini, müdafiəçinin iştirakı olmadan baxış keçirildiyini, apellyasiya instansiya məhkəməsinin heç bir vəsatətə qiymət vermədiyini, heç bir araşdırma aparmadığını, üzləşdirmə ilə bağlı araşdırma aparılmadığını, guya məhkuma çox saylı işgəncələr verildiyi və bunu məhkəmə prosesi zamanı hakimə bildirdiyi, hakimin müşavirədən qayıdan kimi həmən günə ekspertiza təyin etdiyini, ekspert rəyinə görə guya məhkuma heç bir işgəncə verilmədiyini, əməl iyyat-axtarış haqqında qanunun tələbinin pozulduğunu, 1 kq 200 qram narkotik vasitə tutulduğu qeyd olunduğunu və bununla bağlı sadəcə raport olduğu başqa hər hansı bir əsaslandırma olmadığını bildirib, Məhkum barəsində bəraət hökmü verilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 aprel 2022-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı ma ddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Kassasiya şikayətində müdafiəçi məhkum edilmiş şəxsin təqsirlilik məsələsi mübahisələndirilərək işə baxan məhkəmələr tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilmədiyinə, şəxsin təqsirliyini təsdiq edən və məhkəmələr tərəfindən istinad olunaraq tədqiq olunmuş sübutların mötəbərliyi və mənsubiyyəti baxımından düzgün qiymətləndirilməməsinə, ziddiyətli sübutlara istinad olunm asına, müdafiə tərəfinin qaldırığı çoxsaylı vəsatətlərə məhkəmələr tərəfindən baxılmamasına bununla da məhkum barəsində qeyri-qanuni və əsassız ittiham hökmü çıxarılmasına istinad edərək, məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.1 (məhkəmənin sübutların tətqiqindən əsassız imtina etməsi), 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətini CPMin 419-cu maddə sinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 aprel 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. İlkin olaraq işə baxan Bakı Ağır Cinayətlər Məhkəməsi ittiham hökmündə Məhkum verilmiş ittihamın məhkəmə baxışında dindirilmiş şahid ifadələrinin məcmusu ilə tam təsdiq olunduğunu, məhkəmə baxışı iclasında məhkumun törətdiyi cinayəti etiraf etməməsi barədə verdiyi ifadələrində irəli sürdüyü dəlillərin məhkəmədə araşdırılan mötəbər sübutlarla tam təkzib olunduğunu qeyd edib, onun göstərdiyi həmin xüsusatları yalnız özünü müdafiə etmək və cinayət məsuliyyətindən yayınmaq məqsədilə irəli sürülən dəlillər kimi qiymətləndirmi şdir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı müdafiə tərəfi məhkəməyə müraciət edərək çoxsaylı yazılı şəkildə vəsatətlərlə (X6, Ələm (Mirələm), Vaqif, Elçin adlı şəxslərin yerlərinin müəyyənləşdirilməsi üçün əməliyyat tapşırığının verilməsi və həmin şəxslərin dindirilməsi barədə, şəxsi axtarış, mənzilə baxış və götürməni özündə əks etdirən CD diskə baxış keçirilməsi barədə, Məhkum istifadəsində olan ***-*****-**. ***-***-**-**, Samir Qurbanovun istifadəsində olan ***-***-**-**, ***-***-**-** və ***-*****-**, Nicat Aslanovun istifadəsində olan ***-***-**-**, o cümlədən ***-***-**-** saylı mobil nömrələrlə bağlı yenidən müvafiq sorğular verilməsi və həmin mobil operatorlardan alınmış cavablara müdafiə tərəfinin iştirakı iklə yenidən baxış keçirilməsi barədə, "Nokia 6300" və “ Samsung.12” markalı telefonların yaddaşından və ya telefonda olan proqramlardan silinmiş yazışmalar və ya yaddaşda olan iş üzrə əhəmiyyət kəsb edən hallarla bağlı məhkəmə komputer-texniki və ya müvafiq ekspertiza növünün keçirilməsi barədə, aparılmış çəkilişlərin “Sony" markalı cihazla çəkilib-çəkilməməsinin, hansı tarixdə və saatlarda çəkilməsinin müəyyən edilməsi üçün, AR BMCMİ-dən həmin cihazın tələb edilməsi, iş materiallarında olan CD və həmin Sony markalı cihazın təqdim edilərək iş üzrə məhkəmə-texniki ekspertizası keçirilməsi barədə və s.) çıxış etmişdir. İşə baxan birinci instansiya məhkəməsi qeyd edilən vəsatətləri heç bir əsaslandırma aparmadan, yalnız “vəsatətlər əsassız olduğu üçün təmin edilməsin” cümləsinə istinad etməklə təmin etməmiş və şəxs barəsində yuxarıda qeyd ed ilən qaydada ittiham hökmü çıxarmışdır. Müdafiə tərəfi məhkəmə iclas protokolu ilə tanış olaraq şahidlərin ifadələrinin təhrif olunduğunu, tam qeyd edilmədiyinə dair protokola yazılı qeydlər vermiş, Bakı Ağır Cinayətlər Məhkəməsi isə 3 dekabr 2021-ci il tarixində həmin qeydlərlə razılaşmadığı barədə qərar qəbul etmişdir. Müdafiə tərəfinin verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin CPM-nin 121 və 323-cü maddələrin tələblərini pozaraq cinayət təqibi ilə bağlı olan bütün məsələlərin hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün əhəmiyyətli ola biləcək halların araşdırılması məqsədilə qaldırılmış vəsatətlərə baxmaqdan imtina etməklə müdafiə tərəfin hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan pozuntulara yol verməsini əsaslandırmaqla, yazılı şəkildə vəsatətl ə çıxış edərək məhkəmə istintaqının aparılmasını xahiş etmişdir. Əlavə olaraq müdafiə tərəfi birinci instansiya məhkəməsinin CPM-nin 121, 323-cü maddələrin tələblərini kobud şəkildə pozaraq qeyd edilən vəsatətlərə qiymət verilməməsini nəzərə alıb apellyasiya məhkəmə iclasında da tam məhkəmə istintaqının keçirilməsinə dair vəsatət qaldırmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 yanvar 2022-ci il tarixli apellyasiya şikayətinə ilkin baxılması qərarına əsasən vəsatət ümumilikdə bir cümlə ilə əsassız hesab edilmiş, məhkəmə istintaqı aparılmadan məhkəmə iclası məlum olmayan səbəbdən “qapalı” məhkəmə baxışına təyin edilmiş, sonradan məhkəmə baxışını “açıq” aparmış, apellyasiya şikayətində göstərilən heç bir dəlilə qiymət vermədən, əksəriyyətnin baxılan işə aidiyyəti belə olm adığı təqdirdə çox saylı maddi və prosessual hüquq normalarına, plenum qərarlarına, president hüququna formal surətdə istinad etməklə məhkum barəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq 29 aprel 2022-cu il tarixdə yekun qərar qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməllərini törətməsini təsdiq edən sübutlar birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilməmiş, bir-biri ilə uzlaşmayan, mümkünlüyü və mötəbərliyi təkzib olunan sübutların məcmusuna istinad edilmiş, apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya məhkəməsi müdafiə tərəfin şikayətlərinin dəli llərinə (onların üzərində qurulmuş iddialara) heç bir hüquqi qiymət vermədən və CPM-nin 121 və 323-cü maddələrinin tələblərini pozaraq cinayət təqibi ilə bağlı olan bütün məsələlərin hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün əhəmiyyətli ola biləcək halların araşdırılması məqsədilə qaldırılmış vəsatətlərə baxmaqdan imtina etməklə (faktiki sübutların tətqiqindən əsassız imtina etməklə) müdafiə tərəfin hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan pozuntulara yol verdiyi üçün kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 aprel 2022-cu il tarixli qərarı ləğv edilməli, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Əvvəla qeyd etmək lazımdır ki, ümumi şəkildə kassasiya instansiyas ı məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müyyən edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsində təsbit olunmuşdur ki, “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Cinayət-Prosessual Məcəllənin 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməy ə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Göründüyü kimi, kassasiya instansiyası məhkəməsinin hüquq məsələləri üzrə nəticələrə gəlmək üçün əsas rolunda onun özünün işin faktik hallarına dair qənaəti, sübutların qiymətləndirilməsinə dair mülahizələri deyil, aşağı instansiya məhkəmələrinin sübutların qiymətləndirilməsi və faktlar barədə qənaətləri çıxış etməlidir. Bu səbəbdən, birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsi, faktların müəyyən edilməsi üzrə nəticələri mübahisələndirilməklə bu cür dəlillərlə məhkum edilmiş şəxslərə bəraətin verilməsi haqqında tələblər əsaslandırıldıqda, həmin dəlillərin apellyasiya instansiyası məhkəməsində lazımınca yoxlanılması kassasiya instansiyası məhkəməsi üçün mühüm əhəmiyyət daşıyır. Çünki, özü bilavasitə sübutları tədqiq edib faktları müəyyən etmək səlahiyyətində olmayan kassasiya instansiyası məhkəməsi yalnız bu məsələlər apellyasiya instansiyası məhkəməsində tam, hərtərəfli və obyektiv yoxlanıldıqda, onların (həqiqiliyi şübhə doğurmayan faktların) üzərində öz mülahizə və nəticələrini qura bilər. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın həmin meyarlara cavab verməməsi kassasiya instansiyası məhkəməsinin bu cür, yəni sübutetmənin, faktların mübahisələndirildiyi və belə dəlillərlə məhkumlara bəraətin verilməsi haqqında tələblərin irəli sürüldüyü kassasiya müraciətləri üzrə nəticiələrə gəlməsi üçün ciddi maneə yaradır. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın keyfiyyətli və onun nəticələrinin inandırıcı olması üçün isə belə araşdırma zamanı sübutların bilavasitə tədqiq edilməsi və faktların bir daha araşdırılması tələb olunur ki, bunu da məhkəmə istintaqı aparmadan həyata keçirmək mümkün deyil. Belə mülahizə üçün cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi, və ədalətliliyi prinsipi (CPM, maddə 28), cinayət prosesində tərəflərin çəkişməsi prinsipi (CPM, maddə 32), cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi p rinsipi (CPM, maddə 33), apellyasiya baxışında məhkəmə istintaqının aparılması və sübutların tədqiq edilməsi əsaslarına aid cinayət-prosessual qanunun 392.3, 400.2, 397.3-cü maddələri ilə yanaşı İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın ədalətli məhkəmə araşdırması hüququnu təsbit edən 6-cı maddəsi və onun tətbiqi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin presedent təcrübəsi də əsas yaradır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun fakt lar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Cinayət-Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirlir. Bütün instansiya məhkəmələrində aparılan icraatlara, o cümlədən apellyasiya müraciətləri üzrə icaata şamil edilən bu prinsip hər bir tərəfin məhkəmədə öz mövqeyini müdafiə etmək üçün bərabər imkanlara malik olmasını ehtiva edir (maddə 32.2.2). Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual q anunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Azərbaycan Respublikası CPM-in 392.3-cü maddəsinə görə “birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticələrin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığını güman etməyə əsaslar olduqda, apellyasiya instansiyası məhkəməsi məhkəmə istintaqının tam və ya qismən aparılmasını zəruri hesab edə bilər”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 400.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kə sb edən bütün faktiki halların araşdırılmaması aşağıdakılar hesab edilir: “400.2.1. işin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malik olan halların təsdiq və təkzib edilməsi üçün şəxslərin dindirilməməsi, sənədlərin, maddi və ya digər sübutların tələb edilməməsi; 400.2.2. bu və ya digər halın tədqiqinin zəruriliyinin apellyasiya şikayətinin və ya apellyasiya protestinin apellyasiya instansiyası məhkəməsində baxışı zamanı təqdim edilmiş yeni materiallardan irəli gəlməsi;”. Apellyasiya baxışı zamanı yeni sübutları tədqiq etməyə isə apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CPM-in 397.3-cü maddəsinə görə ən azı aşağıdakı hallardan biri mövcud olduqda haqlıdır: - cinayət prosesinin iştirakçıları yeni sübutların birinci instansiya məhkəməsinə təqdim edilməməsini onlardan as ılı olmayan səbəblərlə əsaslandırdıqda (maddə 397.3.1); - birinci instansiya məhkəməsi bu sübutların tədqiqini obyektiv səbəb olmadan rədd etdikdə (maddə 397.3.2). Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən “hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir”. Bu maddənin apellyasiya icraatına tətbiqi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyi bir çox presedentlərdə əksini tapmışdır. Belə ki, “Ekbatani İsveçə qarşı iş” üzrə 26 may 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozuntusunu müəyyən edərkən xüsusilə ona əsaslanmışdı ki, apellyasiya məhkəməsi həm fakt, həm də hüquq üzrə məsələlərə baxmaq vəzifəsini daşıyırdı, onun qarşısında mübahisələndirilən əsas məsələ isə ərizəçinin cinayətdə təqsirli bilinməsi idi. Bu səbəbdən həmin məsələ ərizəçinin özünün, eləcə də zərərçəkmiş şəxsin ifadələri bilvasitə tədqiq edilmədən düzgün həll edilə bilməzdi. “Siqbatullin Rusiya Federasiyasına qarşı iş” üzrə 23 aprel 2009-cu il tarixli qərarında isə Avropa Məhkəməsi aşağıdakıları qeyd etmişdir: “Şikayətlər üzrə prosedurlarda hansılarda ki, işlərə faktlar və hüquq nöqteyinəzərindən yenidən baxılır, Konvensiyanın 6-cı maddəsi bütün hallarda işə açıq və şəxslərin bilavasitə iştirakı ilə baxılmasını tələb etmir.... Bu məsələnin həlli zamanı konkret baxışın xüsusiyyətləri və həll edilməli olan məsələlərdən və onlar ın şikayət vermiş şəxs üçün əhəmiyyətindən asılı olaraq müdafiə tərəfinin təmsilçiliyinin və manefelərinin nə dərəcədə təmin olunduğu nəzərə alınmalıdır.... Misal üçün, şikayətə baxan məhkəmə şəxsin təqsirli olub-olmaması məsələsini araşdırmalıdırsa, təqsirləndirilən şəxsin ona istinad edilən cinayətləri törətməməsini əsaslandırmaq üçün təqdim etdiyi sübutları bilavasitə qiymətləndirmədən həmin məsələni həll etmək mümkün deyil”. Yuxarıda təsvir olunanlar milli qanunvericilikdə öz əksini tapmaqla imperativ qaydada vəsatətə və ya xahişə əsasən qəbul edilmiş qərarın əsaslandırılmasını və həmin qərarda ərizəçinin dəlillərinə verilmiş qiymətin öz əksini tapmasını müəyyən etmiş, eyni zamanda cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyekti v araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlərin rədd edilməsinin yol verilməz olduğunu təsdiq etmişdir.(CPM-nin 121.2-ci maddə) Eynilə, məhkəmə araşdırması zamanı CPM-nin 323.5.1-ci maddəsi cinayət təqibi ilə bağlı olan bütün məsələlərin hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün əhəmiyyətli ola biləcək halların araşdırılması məqsədi ilə vəsatət qaldırıldıqda məhkəmələr üçün həmin vəsatətin təmin edilməsini imperativ qaydada məcburi hesab etmişdir. Məhkəmələrin müdafiə tərəfinin təklif etdiyi sübutların tədqiqindən yuxarıda şərh olunan qaydada imtina etməsi məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və apellyasiya baxışını n yenidən keçirilməsini tələb edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-ci maddəsində göstərilən pozuntu kimi çıxış edir. Kassasiya araşdırması zamanı müəyyən olundu ki, müdafiə tərəfi qeyd olunan məsələlərin yenidən araşdırlması və iddia etdikləri halların müəyyən edilməsi üçün çoxsaylı vəsatətlər qaldırmaqla apellyasiya baxışında sübutların bilavasitə tədqiq edilməsini və bu məqsədlə məhkəmə baxışının tam məhkəmə istintaqı aparılmaqla keçirilməsini apellyasiya şikayətində müvafiq vəsatətlərində apellyasiya məhkəməsindən xahiş etmişlər. Bununla belə, apellyasiya məhkəməsi 6 yanvar 2022-ci il tarixli ilkin baxış qərarında heç bir əsaslandırma aparmadan bu müraciəti rədd etmiş, beləliklə də apellyasiya baxışında məhkəmə istintaqı aparmaqdan, sübutları bilavasitə tədqiq etməkdən, faktik halları araşdırmaqdan imtina etmişdir. Belə ki, apellyasiya məhkəməsi 6 yanvar 2022-ci il tarixli ilkin baxış qərarı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli hökmündən məhkumun müdafiəçisi İsmayılov Kənan Şəmsəddin oğlu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə baxışının əlavə sübutlar tələb etmədən, məhkəmə istintaqı aparılmadan 18 yanvar 2022-ci il tarixə qapalı iclasa təyin edilməsi qərar alınmış, lakin bütün məhkəmə iclasları qapalı iclas formasında deyil, açıq keçirilmişdir. Halbuki, apellyasiya məhkəməsi verilmiş vəsatətləri müdafiə tərəfinin apellyasiya şika yətləri ilə birlikdə nəzərdən keçirsəydi, görə bilərdi ki, əslində şikayətdə gətirilən dəlillərin əksəriyyəti, o cümlədən bütün ittihamlar üzrə işin faktiki hallarının tam, hərətərfli, obyektiv araşdırılmaması, sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların pozulması, sübutların tədqiqindən əsassız imtina edilməsi kimi dəlillər məhz CinayətProsessual Məcəllənin 392.3, 400.2, 397.3-cü maddələrində təsbit edilmiş apellyasiya baxışında qismən məhkəmə istintaqının keçirilməsi, sübutların tədqiq edilməsi əsasları ilə əlaqəli olan dəlillər idi. Apellyasiya məhkəməsinin bu şəkildə, yəni apellyasiya şikayətində gətirilən dəlillərin xarakterinə əhəmiyyət vermədən məhkəmə istintaqının keçirilməsindən imtina etməsi, faktiki olaraq onun əsaslandırılmamış qərarla məhkəmə istintaqının keçiri lməsinə dair vəsatətləri rədd etməsi kimi çıxış edir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsi məhkəmə qərarlarının qanuni və əsaslı olmasını tələb edir. Cinayət-prosessual qanunun 121.2-ci maddəsinə görə “vəsatətə və ya xahişə əsasən qəbul edilmiş qərar əsaslandırılmalı və həmin qərarda ərizəçinin dəlillərinə verilmiş qiymət öz əksini tapmalıdır”. Avropa Konvensiyasının 6-cı maddəsi də (Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqelərinə görə) məhkəmə qərarlarının əsaslandırılmasını məhkəmə müdafiəsi, xüsusilə də, şəxslərin öz mövqeyini məhkəməyə çatdırmaq, məhkəmə tərəfindən dinlənilmək hüququnun mühüm aspekti kimi nəzərdə tutur və məqsədi şəxsləri özbaşnalıqdan müdafiə etmək olan hüquqi vasitə kimi xarakterizə edir. Apellyasiya məhkəməsi məhkəm ə baxışının gedişində də məhkəmə istintaqının keçirilməsi üçün zərurətin olmaması haqqında 6 yanvar 2022-ci il tarixli qərarında ifadə etdiyi mövqeyindən geri çəkilməmiş, beləliklə də, nəinki digər sübutları və faktları bilavasitə araşdırmadan, heç təqsirli olduğunu mübahisələndirən məhkum edilmiş şəxsin özünün belə ona istinad edilmiş ittihamlar, bu ittihamların faktiki əsasını təşkil etmiş hallar üzrə ifadələrini almadan apellyasiya baxışını yekunlaşdırıb, qərarında apelyasiya şikayətinin dəlillərinə qiymət, həmin dəlillərin təkzib edilməsinə dair heç bir əsaslandırma aparmadan Məhkum Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinə dair birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlamışdır. Beləliklə, yuxarıda təsvir edilənlər, y əni müdafiə tərəfinin apellyasiya şikayətində Məhkum təqsirliliyi, birinci instansiya məhkəməsində sübutların tədqiqi, onun tərəfindən müəyyən edilmiş faktiki hallar mübahisələndirildiyi və məhkuma bəraət verilməsi haqqında tələblər irəli sürüldüyü halda apellyasiya instansiyası məhkəməsinin məhkəmə istintaqını aparmaqdan imtina etməsi, ümumi şəkildə bütün vəsatətləri təmin etməməklə, məhkəmə baxışında bilavasitə sübutları tədqiq etməkdən imtina etməsi, faktları araşdırmadan yekun qərarında apellyasiya şikayəti ilə qaldırılan məsələlərə heç bir hüquqi qiymət vermədən, yekun nəticəyə gəlməsi onu deməyə əsas verir ki, apellyasiya məhkəməsində aparılmış məhkəmə baxışı yuxarıda gətirilən cinayət-mühakimə icraatının prinsiplərinə, göstərilən cinayət-prosessual normalara, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə və onun tətbiqi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə uyğun olmamış və bu səbəbdən apellyasiya məhkəməsinin yekun qərarı ləğv edilməli, apellyasiya şikayətinə, onların məzmununa və irəli sürülmüş apellyasiya tələblərinin xarakterinə adekvat olan prosedurda – məhkəmə istintaqı aparılmaqla təkrarən baxılmalıdır. Məhkəmə kollegiyası onu da qeyd etməyi lazım bilir ki, cinayət-prosessual qanun məhkəmə istintaqının keçirilməməsi barədə əvvəl qəbul edilmiş qərar ləğv edilmədən də məhkəmə baxışının gedişində zərurət yarandığı hallarda (məsələn, CPM-in 400.2.2-ci maddəsinin nəzərdə tutduğu vəziyyətdə) apellyasiya məhkəməsi tərəfindən həmin məsələyə yenidən baxılmasının və məhkəmə istintaqının keçirilməsi barədə qərarın qəbul edilməsinin qarşısını alm ır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını ləğv etmək və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin etmək haqqında qərar qəbul etməyə haqlıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsi əsası kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1 və 416.1.2-ci maddələrində göstərilən halları nəzərə alır. Həmin normalara əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olara q tədqiq etməməsi, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi İsmayılov Kənan Şəmsəddin oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 aprel 2022-ci il tarixli qərarı məhkumun müdafiəçisi İsmayılov Kənan Şəmsə ddin oğlunun kassasiya şikayətinə əsasən ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-1579/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1579/2023
29.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver