Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-158/2019 12.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nurlan Sahib oğlu Əliyevin, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin, Zərərçəkmiş şəxs, məhkum Təqsirləndirilən şəxs və məhkumun müdafiəçisi X4 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 avqust 2018-ci il tarixli qərarından Zərərçəkmiş ş əxs tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim R.Qurbanov) 13 iyun 2018-ci il tarixli hökmü ilə xx xxx 1957-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 2 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs məhkum olunmuşdur ona görə ki, o, cavabdeh kimi 92000 (doxsan iki min) manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumunu alınıb iddiaçı Zərərçəkmiş şəxs ödənilməs inə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10.02.2016-cı il tarixli, 2(004)-1324/2016 saylı qətnaməsini müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18.01.2017-ci il tarixli, 3(004)-40/2017 saylı qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1.-Cİ maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat inzibati qaydada cərimə edilməsinə və icra sənədindəki tələbi yerinə yetirilməsi üçün yeni müddət təyin olunmasına, ona məsuliyyət barədə 16.02.2017-ci il tarixində rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 30.05.2017-ci il tarixinədək şəxsi maraqları naminə, cəmi 92030 (doxsa n iki min otuz) manat məbləğində borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər F.A.Qasımov (sədrlik edən və məruzəçi), S.A,Mirzəyev və E.Y.Şamayevdən ibarət tərkibdə) 03 avqust 2018-ci il tarixli qərarı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 iyun 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, zərərçəkmiş şəxsin nümayəndəsi X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Zərərçəkmiş şəxs verdiyi kassasiya şikayətində xahiş edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 avqust 2018-ci il tarixli qərarı ləğv edil sin və məhkum Təqsirləndirilən şəxs barəsində daha ağır cəza təyin olunması barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Zərərçəkmiş şəxs onunla əsaslandırır ki, birinci instansiya məhkəməsi cinayət işinin baxılmasını süni şəkildə uzatmış, dəfələrlə əsassız yerə təxirə salmış və nəticədə məhkuma yüngül cəza təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşan zaman Azərbaycan Respublikası CPM-in 9-36-cı maddələrinin tələblərini pozmuş, Azərbaycan dövləti adından çıxarılmış məhkəmə qətnaməsini bilərəkdən icra etməkdən boyun qaçıran və öz hərəkətləri ilə qətnaməni icra etməyəcəyini açıq-aşkar nümayiş etdirən məhkuma təyin edilmiş yüngül cəzanın guya ədalətli olması ilə razılaşm ışdır. Apellyasiya instansiyası məhkəməsi hökmlə təyin olunmuş cəzanın dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul edən zaman törədilmiş cinayətin xarakterinin, ictimai təhlükəlilik dərəcəsinin, təqsirləndirilən şəxsin şəxsiyyətinin guya nəzərə alındığını qeyd etmişdir. Halbuki, məhkum tərəfindən zərər çəkmiş şəxsə 92030 manat maddi ziyan vurulması, məhkəmə qətnaməsini qəsdən icra etməməklə məhkumun ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsini, dəfələrlə vurulmuş maddi ziyanın ödənilməsi üçün məhkəmə iclaslarının təxirə salınmasına dair hərəkətlərini, məhkəmə iclaslarına üzrsüz səbəbdən gəlmədiyi üçün məhkəmə tərəfindən barəsində məcburi gətirmə haqqında qərar çıxarılmasını nəzərə almamışdır. Həmin qətnaməni icra etmədiyinə görə inzibati qaydada məsuliyyətə cəlb edilərək 500 manat c ərimə olunmasına baxmayaraq məhkum yenə də dövlətin adından çıxarılmış məhkəmə qətnaməsini icra etməməklə bir daha həmin məhkəmə qərarını əhəmiyyətsiz bir akt olmasına, nəticədə ədalət mühakiməsinin nüfuzuna ciddi xələl gətirməsinə düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin norm alarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya şikayətinin başlıca dəlili məhkəmələrin cinayət qanunu normasını düzgün tətbiq etməməsi və Təqsirləndirilən şəxs cinayətin ağırlığına uyğun olmayan cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və y a onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məqsədi təkcə məhkumun islah olunması ilə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirl ər. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlini səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə ödənilməli borcundan qismən ödəməsini cəzanı yüngülləşdirən hallar kimi və əməlində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə almışdır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs təqsirini səmimi olaraq etiraf etməsini, əməlindən peşman olmasını, yaşını, ilk məhkumluğunu, icra sənədi üzrə qismən ödəniş etməsini, məhkəmə iclasında zərərçəkmiş şəxsə təkidlə pul ödəmək istəməklə dəymiş ziyanın azalmasına yönəlmiş hərəkətlər etməsini cəzasını yüngülləşdirən hallar kimi müəyyən edərkən cinayət prosessual qanunvericiliyin tələblərini yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139.0.5-ci maddəsinə görə cinayət qanuni ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. İşdən görünür ki, birinci instansiyası məhkəməsi Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən halların hansı sübutlarla təsdiq edilməsini qəbul etdiyi hökmdə şərh etməmişdir. Kollegiya qeyd edir ki, birinci instansiyası məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə aldığı əməlindən peşmançılıq çəkməsi halı üzrə qeyd olunmalıdır ki, o, xəbərdarlıq edilməsinə baxmayaraq qərarın icrasından qərəzli olaraq yayınmış və sonuncu dəfə 500 manat cərimə olunaraq bir daha xəbərdar olunmuş, pulu ödəməkdən yayındığına görə barəsində intizam tənbehi tətbiq edilmişdir. Lakin o bundan heç bir nəticə çıxartmamış, pulun ödənilməsindən boyun qaçırmaqda davam etdiyinə görə barəsində cinayət işi başlanılmış və iş məhkəməyə göndərilmişdir. Cinayət işi məhkəməyə göndərilərkən onun borcu 92030 manat təşkil edirdi. Lakin işdən görünür ki, o, qeyd olunan borcdan cəmi 500 manat ödəniş etmişdir. Halbuki, qətnaməyə əsasən o 92000 manat ödəməlidir. Birinci instansiyası məhkəməsi tərəfindən ona yüngül cəza təyin edildikdən sonra da, hətta cinayət işi apellyasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılarkən də Təqsirləndirilən şəxs tərəfindən heç bir ödəmə həyata keçirilməmişdir Belə olan halda onun səmimi peşmançılığının nədə ifadə olunması başa düşülən deyildir. Bundan əlavə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsin də cəzanı yüngülləşdirən halların siyahısı verilmişdir. Orada birinci instansiyası məhkəməsi tərəfindən təqsirləndirilən şəxslərin barəsində cəzanı yüngülləşdirən hallar kimi nəzərə aldığı hallar yoxdur. Bununla belə, həmin Məcəllənin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Qanunun bu normasının mənasına görə məhkəmələr digər halları da cəzanı yüngülləşdirən hal qismində nəzərə alınmasında sərbəstdirlər. Lakin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbu l edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 aprel 2012-ci il tarixli qərarında da vurğulanmışdır ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Hökmdən və qərardan görünür ki, təqsirləndirilən şəxslərin Cinayət Məcəllənin 59.1.1 – 59.1.10-cu maddələrində göstərilməmiş halların cəzanı yüngülləşdirən hallar kimi qəbul edilməsi əsaslandırılmamışdır. İşdən görünür ki, birinci instansiyası məhkəməsinin hökmünün cəza təyini hissəsi ilə razılaş mayan zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək hökmün həmin hissədə dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarından isə görünür ki, məhkəmə nəinki apellyasiya şikayətində göstərilən dəlilləri tədqiq edərək onlara qiymət verməmiş, hətta bu dəlilləri nəyə görə əsassız hesab etməsini də qəbul etdiyi qərarında göstərməmişdir. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr sübutların Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq toplanmasını, yoxlanılmasını və qiymətləndirilmə sini təmin etməmişlər. Həmçinin, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materialların birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Azərbaycan Respublikası CPM-in 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. CPM-in 28.4.2-ci madd əsi cinayət mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyət yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi ittiham tərəfinin apellyasiya şikayətinin dəlillərini tədqiq etməməklə, gəldiyi nəticəni əsaslandırmamaqla Azərbaycan Respublikası CPM-in 349-cü maddəsinin tələblərini pozmuşdur. Məhkəmə kollegiy ası qeyd etməyi zəruri sayır ki, apellyasiya instansiya məhkəməsi işə mahiyyəti üzrə baxan sonuncu instansiya məhkəməsi olduğu üçün həmin məhkəmənin vəzifəsidir ki, işin nəticəsi üçün əhəmiyyətli olan bütün zəruri halları araşdırsın, işə obyektiv qiymət versin və işdə qanunçuluğa əməl olunmasını ciddi yoxlasın. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin zərərçəkmiş şəxsin apellyasiya şikayətinin dəlillərinin əsasız olduğuna dair gəldiyi nəticəni əsaslandırılmamış hesab edir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi s übut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası işə apellyasiya instansiyası məhkəməsinin Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab etmir. Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsinə əsasən məhkəmənin məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etməsi həmin qərarın kassasiya qaydasında ləğv edilm əsi üçün əsasdır. Beləliklə, kassasiya kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətinin dəlili əsaslıdır, ona görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 avqust 2018-ci il tarixli Təqsirləndirilən şəxs haqqındakı qərarı ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 416.0.21 və 419.10.2-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 avqust 2018-ci il tarixli Təqsirləndirilən şəxs haqqındakı qərarı ləğv edilsin və iş yeni apellyasiya baxışına təyin edilsin. Kassasiya şikayəti təmin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-158/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-158/2019
12.02.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver