Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-158/2020 05.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlundan (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlundan və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Bəraət almış şəxs X5 iştirakları ilə Azərbaycan Respublikası CM-nin 221.1, 221.3, 315.2-ci maddələri ilə bəraət almış X1 6 barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 avqust 2019-cu il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və zərərçəkmiş şəxslər tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN ETDİ: Şamaxı rayon Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Hümbətov Etibar Zülfüqar oğlu) xx xxxxx 1963-cü ildə Ağsu rayonunun Kalva kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, İ qrup əlil, təqaüdçü, əvvəllər məhkum olunmuş, Şamaxı şəhəri, ünvan1 ünvanında yaşayan X16 Azərbaycan Respublikası CM-nin 221.1, 221.3 və 315.2-ci maddələri ilə təqsirli bilinib, CM-nin 221.1-ci maddəsi ilə 04 ay müddətə, CM-nin 221.3-cü maddəsi ilə 02 il 06 ay müddətə, CM-nin 315.2-ci maddə si ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən Şamaxı rayon Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 500 manat cərimə cəzasının yeni hökmlə təyin edilmiş cəzaya tamamilə birləşdirilməklə qəti olaraq, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına və 500 manat cərimə cəzasına məhkum edilmiş, CM-nin 68.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaların müstəqil icra edilməsi qərara alınmışdır. İŞİN HALLARİ: Şamaxı rayon Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli hökmünə görə X5 təqsirli bilinib məhku m olunmuşdur ondan ötrü ki, o, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib hakimiyyət nümayəndələrinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıqları üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmiş və təkrarən xuliqanlıq, yəni silah qismində istifadə edilən əşyaları tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. Hökmdə göstərilmişdir ki, X5 15 may 2018-ci il tarixdə saat 1530 radələrində sərxoş vəziyyətdə ictimai yer hesab edilən ünvan 1 ünvanında, rayon Mədəniyyət Sarayının qarşısında, nəqliyyat vasitələrinin sıxlıq təşkil etdiyi avtomobil yolunun, rayon sakinlərinin intensiv istifadə etdiyi şəhərdaxili sərnişindaşıma fəaliyyəti göstərən nəqliyyat vasitələrinin dayanacağının yaxınlığında cəmiyyətdə insanlar arasında təşəkkül tapmış və bərqərar olmuş qarşılıqlı davranış və birgəyaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozan, özü və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış, mənəviyyat normalarını tapdalayan, yəni cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək heç bir əsaslı səbəb olmadan Şamaxı rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis leytenantı Zərərçəkmiş şəxs2 idarə etdiyi «VAZ-2121» markalı A Z**-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarına əməl etməyib onun idarə etdiyi “Naz Lifan” markalı AZ**-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətinə maneə yaratması bəhanəsi ilə Zərərçəkmiş şəxs2 ünvanına yüksək səslə nalayiq ifadələr işlədərək əli ilə xidməti geyim formasının sağ çiyin paqonunu, sinə hissəsində olan düymələri, sağ qolunda olan şevronu dartıb qopardıb, boğaz nahiyəsindən sıxmaqla, dartıb cırmaqlamaqla ona sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən boynun sol yan aşağı səthinin sıyrığı xəsarəti yetirməklə vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bundan başqa, X16 xuliqanlıq hərəkətlərini başa çatdırdıqdan sonra 15 may 2018-ci il tarixdə saat 16 radələrində ünvan 1 ü nvanında sərxoş vəziyyətdə istifadəsində olan «Naz Lifan» markalı AZ**-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək idarə edib getmək istədikdə onun tam sərxoş vəziyyətdə avtomobili idarə edib aqressiv vəziyyətdə yeni cinayət hadisələri törədə biləcəyi ehtimalını nəzərə alıb həmçinin, ictimai yerdə xuliqanlıq hərəkətləri etdiyi üçün sərxoşluq müayinəsindən keçirilməsi, izahatının alınması və barəsində digər sənədləşmə işlərinin aparılması məqsədilə xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar onu rayon polis şöbəsinə dəvət edən Şamaxı rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis leytenantı Zərərçəkmiş şəxs1 ünvanına avtomobildən enərək nalayiq ifadələr işlədib vurmaqla hədələmiş, daha sonra hədəsini real olaraq icra edib sonuncunun xidməti geyim formasının yaxasından tutub dartmaqla düymələrini qopartdıqdan sonra sol qolunu sıxıb cırmaqlayaraq, təpiklə sol dizinə vuraraq ona sağlamlığa zərər vurmayan sol saidin orta ⅓-nin bayır səthinin sıyrığı, sağlamlığa yüngül zərərvurmaya aid edilən sol diz qapağının cırılmış yarası xəsarəti yetirməklə, xidməti vəzifələrinin icrası ilə əlaqədar eyni məqsədlə ona yaxınlaşmış Şamaxı rayon polis şöbəsi rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis mayoru Zərərçəkmiş şəxs3 xidməti geyim formasının pencəyinin düymələrini dartıb qopartdıqdan sonra boyun nahiyəsindən əli ilə vuraraq ona sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən boynun sol yan səthinin sıyrıqları xəsarəti yetirməklə, qeyd olunan hərəkətləri ilə bağlı rayon polis şöbəsinin inzibati binasına aparılıb müvafiq sənə dləşmə işləri həyata keçirilərək barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə 15 may 2018-ci il tarixli MN0232926 №-li «İnzibati xəta haqqında» və həmin tarixli AZ003982 №-li «İnzibati qaydada tutma haqqında» protokollar tərtib olunduqdan sonra, 3 həmin gün saat 1630-da inzibati qaydada tutulub rayon polis şöbəsinin müvəqqəti saxlama yerinə salınsa da, orada daxili nizam-intizam qaydalarına əməl etməyib başını divara vurmaqla, divarları və dəmir barmaqlıq formasında olan qapını təpikləməklə özünə xəsarət yetirdiyindən, ayağı dəmir barmaqlıq arasında qaldığından qapını açıb onun ayağını dəmir barmaqlıq arasından çıxartdıqdan sonra xidməti vəzifələrinin icrası ilə əlaqədar yenidən onu müvəqqəti saxlama yerinə yerləşdirmək istəyən Şamaxı rayon Polis Şöbəsinin məsu l növbətçi köməkçisi, polis baş serjantı Zərərçəkmiş şəxs4 başına doğru yaxın məsafədən stul götürüb atsa da, sonuncu sağ qolunu başına tutub özünü müdafiə etdiyi üçün stul sağ qoluna dəyərək ona sağ saidin qançırı xəsarəti yetirməklə xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndələrinə həyat və sağlamlıqları üçün təhlükəli zor tətbiq edib müqavimət göstərmişdir. Bundan başqa X5 15 may 2018-ci il tarixdə saat 16 radələrində ünvan 2 ünvanında və Şamaxı rayon Polis Şöbəsinin inzibati binası daxilində xidməti vəzifələrini yerinə yetirmələri ilə əlaqədar hakimiyyət nümayəndələri hesab olunan polis əməkdaşlarına həyat və sağlamlıqları üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərərkən hərəkətlərini ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifad ə edən hərəkətlərə çevirməklə ictimai yer hesab edilən küçədə, nəqliyyat vasitələrinin sıxlıq təşkil etdiyi avtomobil yolunun, rayon sakinlərinin intensiv istifadə etdiyi şəhərdaxili sərnişindaşıma fəaliyyəti göstərən nəqliyyat vasitələrinin dayanacağının yaxınlığında, rayon polis şöbəsinin inzibati binasının daxilində sərxoş vəziyyətdə təkrarən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış və bərqərar olmuş qarşılıqlı davranış və birgəyaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozan, özü və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış, mənəviyyat normalarını tapdalayan, yəni cəmiyyətə qarşı açıqca hörmətsizlik edərək heç bir əsaslı səbəb olmadan ucadan yüksək səsl ə nalayiq ifadələr işlətməklə, rayon polis şöbəsinin müvəqqəti saxlama yerində olarkən isə başını divara çırpmaqla, divarı, dəmir barmaqlıqdan ibarət olan qapını təpikləməklə, rayon polis şöbəsinin dəhlizində silah otağının dəhlizə açılan pəncərəsinin qarşısında olan stol üzərindən silah qismində istifadə etdiyi patron yığılması üçün istifadə olunan taxta materialdan hazırlanmış patron qablarını, yanğın söndürmə avadanlığı kimi istifadə olunan dəmir materialdan hazırlanmış satılı (vedrəni) götürüb polis şöbəsinin məsul növbətçi köməkçisi, polis baş serjantı Zərərçəkmiş şəxs4 doğru atmaqla vurmağa cəhd edərək, bir neçə saat ərzində rayon polis şöbəsinin normal iş fəaliyyətini pozaraq uca səslə nalayiq ifadələr işlədib silah qismində istifadə edilən əşyalar tətbiq etməklə vətəndaşlar üzərind ə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Hökmdən məhkum X5 müdafiəçisi Abdullayev Əlisa Ələsən oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Əsgərova Ruhiyyə Orucəli qızı, hakimlər Mövsümov Nazim Rasim oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə) 02 avqust 2019-cu il tarixli hökmü ilə Şamaxı rayon Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli hökmü ləğv edilmiş, X5 Azərbaycan Respublikası CM-nin 221.1, 221.3 və 315.2-ci maddələri ilə bəraət verilmiş, apellyasiya şikayəti təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 avqust 2019-cu il tarixli hökmündən dövlət ittihamçısı kassasiya protesti, zərərçəkmiş şəxslər kassas iya şikayəti verərək həmin hökmü ləğv etməklə cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin edilməsini xahiş etmişlər. KASSASİYA PROTESTİNİN VƏ KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası tərəfindən hökm çıxarılarkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş və bunun nəticəsi olaraq X5ə əsassız bəraət verilmişdir. Belə ki, X5 törətdiyi cinayət əməli iş üzrə mövcud olan sübutlarla təsdiq olunmasına baxmayaraq, məhkəmə əsassız olaraq ona bəraət vermişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent mövqeyinə əsasən, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndindəki qərəzsizlik tələbinin aspektinə görə məhkəmə orqanı subyektiv cəhətdən q ərəzsiz olmalıdır, yəni məhkəmə orqanının heç bir üzvünün işdə şəxsi tərəfkeşliyi və ya qərəzliliyi olmamalıdır. Konkret olaraq X5in barəsində olan cinayət işi üzrə məhkəmə tərəfkeşlik nümayiş etdirərək onu ifşa edən ittihamedici sübutları deyil, təhrif olunmuş sübutlar əsasında bəraət hökmü və qərar çıxarmışlar. Beləliklə də, ibtidai istintaq orqanı tərəfindən X5in əməli düzgün olaraq CM-niıı 221 və 315-ci maddələri ilə tövsif olunmuşdur. Bundan başqa, protestə qeyd edilmişdir ki, hazırkı iş üzrə ibtidai araşdırma zamanı ittiham tərəfin şahidlərinə qarşı hər hansı psixi və fiziki zor tətbiq edilmədiyi halda məhkəmə onların ibtidai istintaq zamanı verdikləri və işin halları ilə uzlaşan ifadələrini deyil, apellyasiya məhkəməsində istintaq zamanı verdikləri yalan ifadələrinə hüquqi qiymət ve rmədən əsas götürməsi, X5in özünü müdafiə xarakterli ifadəsinə tənqidi yanaşmadan əsas götürülməsi məhkəmənin bəraət hökmünün əsassızlığına dəlalət edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17.03.2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki,Cinayətin tövsifı törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tə tbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qeyd olunun Plenum qərarında göstərilən tələblərlə bağlı hazırkı cinayət işi üzrə ibtidai istintaq zamanı toplanmış sübutların prizmasından baxdıqda müəyyən olunur ki, təqsirləndirilən şəxs X5in təqsirli bilindiyi cinayət əməli üzrə təqsirini təsdiq edən kifayət qədər mötəbər sübutlar olmuş və istintaq orqanı tərəfindən onun əməllərinin CM-nin 221 və 315-ci maddələrinə düzgün tövsif edildiyi halda, məhkəmə ibtidai istintaq zamanı to planmış sübutların məhkəmə iclasında təhrif olunması yolu ilə əldə edilmiş sübutlara istinad etməklə işin faktiki hallarının hərtərəfli öyrənilməsini təmin etmədən əsassız bəraət hökmü çıxarmaqla Konstitusiya Məhkəməsinin qeyd olunan qərarını düzgün təfsir etməmişdir. Ona görə dövlət ittihamçısı apellyasiya məhkəməsinin hökmünü ləğv etməklə cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxslər kassasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə hökmündə bəraətin əsasları qismində göstərilmişdir ki, birinci instansiya məhkəməsinin hökmünün və ittiham aktının əsası kimi polis əməkdaşları olan zərərçəkmiş şəxslər və şahidlərin ifadələrinə, həmçinin 2 nəfər mülki şəxsin şahid ifadələrinə və ekspertiza rəylərinə istinad ed ilmişdir. Məhkəmə Şamaxı RPŞ-nin əməkdaşlarının ifadələrini yalnız onların polis əməkdaşları olduqlarına görə yolverilməz sübut hesab etməsinə münasibət bildirərək onu qeyd edir ki, bu mülahizə CPM-in müddəalarına əsaslanmır. Belə ki, CPM-in 124.2.1-ci maddəsi şahidlərin ifadələrini bu ifadələri vermiş şəxslərin peşəsindən, vəzifəsindən, məşğuliyyətindən asılı olmayaraq cinayət prosesində qəbul edilən sübutların siyahısında göstərmişdir. CPM-in 125.2-ci maddəsinin təsbit etdiyi məlumatların, sənədlərin, əşyaların, sübut kimi qəbul edilməsinə yol verməyən halların sırasında da şahidin polis əməkdaşı olması (özü- özülüyündə) onun verdiyi məlumatların sübut kimi yolverilməzliyini şərtləndirən əsas kimi nəzərdə tutulmamışdır. Şahid qismində çağırıla və dindirilə bilməyən şəxslərin dairəsini mü əyyən edən CPM-in 95.2-ci maddəsi də məhkumun yürütdüyü mülahizə üçün əsas vermir. Çünki CPM-in 95.1-ci maddəsi iş üzə əhəmiyyət kəsb edən hallardan xəbərdar olan şəxsin ittiham tərəfindən ibtidai araşdırma və ya məhkəmə baxışı zamanı, müdafiə tərəfindən isə məhkəmə baxışı zamanı çağırılıb şahid qismində dindirilməsini nəzərdə tutduğu halda bu qaydadan istisnaları təsbit edən CPM-in 95.2-ci maddəsi polis əməkdaşının cinayət prosesində şahid qismində dindirilməsinə qadağa qoymur. İş üzrə 4 zərərçəkmiş şəxs olmaqla ümumilikdə 10-dan artıq polis əməkdaşının iş üzrə bir-birini bağlayan, ziddiyyətsiz, tam obyektiv ifadələrinin hakim tərəfindən şübhə altına alınması tam əsassız olmaqla, heç bir qanuna əsaslanmır və özü- özlüyündə insan hüquq və azadlıqlarının pozulmasıdır. Bununla belə, polis əməkdaşı kimi xidmətə çıxdığı ilk iş günündə cinayət hadisəsinə, yəni əvvəllər dəfələrlə məhkum olunmuş, sərxoş vəziyyətdə olan şəxsin cinayətkar əməllərinə məruz qalmış Zərərçəkmiş şəxs2 ifadəsinin şübhə altına alınmasını məhkəmə izah edə bilməmiş və izah etməsi üçün heç bir qanuna, qaydaya, ədalətə və vicdana əsaslana bilməzdi. Şikayətdə həm də qeyd edilmişdir ki, məhkəmə kollegiyası X5in törətmiş olduğu üç cinayət hadisəsindən birinin şahidi olmuş X10 və X11 ibtidai istintaq zamanı verdikləri ifadələrini, birinci instansiya məhkəməsinə ünvanladıqları ifadələrini təsdiq etmələri barədə teleqramlarını nəzərə almayaraq həmin şəxsləri zərərçəkmişlərin iştirak etmədiyi məhkəmə prosesinə təqsirləndirilən şəxsin övladlarının iştirakı ilə gətirib onlara təsir və təyziq göstərməklə, obyektiv həq iqəti bildirmələrini onlara irad tutub onları təhqir etməklə həmin şəxslərdən təqsirləndirilən şəxsin xeyrinə ifadə almış (hansı marağa görə çox maraqlıdır), ittiham tərəfinin vəsatəti əsasında həmin şəxslərin məhkəmə prosesində təkrar dindirilmələrini nəzərə almamış, hökmdə təhrif olunmuş formada göstərmişdir. Bundan başqa, məhkəmə kollegiyası məhkəmə prosesində təqsirləndirilən şəxsin övladlarının yaxın ətrafı olan X17. X18 və X1 dəvət edərək onlardan ibarət qondarma şahid kontingenti yaratmış, həmin şəxslərdən təqsirləndirilən şəxsin xeyrinə ifadələr almış (məqsədli şəkildə), həmin şəxslərin ifadələrinin həqiqətə uyğun olub-olmamasını, həqiqətən hadisə yerində olub-olmamalarını, hadisənin şahidi olub- olmamalarını araşdırmamış, hansı ki. bu həmin şəxslərin istifadələrində olan mobil tel efonların aktiv olduğu əhatə dairələrinin yoxlanılması məqsədilə müvafiq mobil operatorlara sorğu verməklə yoxlana bilərdi. Həmçinin şikayətdə göstərilmişdir ki, hökmdə iş üzrə keçirilmiş ekspertiza rəyində olan səhvlər, həmin rəyin CPM- nin tələblərinin pozulması ilə əldə edilməsi həmin ekspertin rəyinin mötəbərliyini şübhə altına aldığını göstərsə də, qanunvericiliyin tələblərinə əsasən təkrar məhkəmə- tibb ekspertizası təyin etməli olduğu halda bunu etməmiş, qanunvericiliyin tələblərini kobud surətdə pozmuş, hansı ki bunun üçün Şamaxı MRX-na sorğu verilməklə zərərçəkmiş şəxsin Zərərçəkmiş şəxs1 barəsində tərtib olunmuş ambulator kartanın götürülməsi yolu ilə təkrar ekspertizanın keçirilməsi mümkün olmuşdur. Məhkəmə kollegiyası bəraətin əsasları kimi ekspert rəylərini sübut kimi qiymətlə ndirməsini əsas gətirsə də, ekspert rəylərində göstərilən xəsarətlərin polis əməkdaşlarına kim tərəfindən, necə və hansı şəraitdə yetirilməsinə qiymət verməmişdir. Qeyd olunanlara əsasən zərərçəkmiş şəxslər Sumqayıt Apellyasiya Məhkəməsinin 02 avqust 2019-cu il tarixli hökmünün ləğv edilməsini və X16 qeyd olunan maddələrlə təqsirli bilinməklə barəsində yeni hökm çıxarılmasını xahiş edirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməsinə, bəraət almış şəxsin isə apellyasiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasına dair çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti və kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 avqust 2019-cu il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normaya uyğun olaraq kassasiya protestinə və kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq belə qənaətə gəlir ki, protestin və şikayətin dəlilləri apellyasiya məhkəməsinin hökmünün qanuniliyini şübhə altına almağa əsas vermir. Kassasiya protestində və kassasiya şikayətində iddia edilir ki, apellyasiya məhkəməsi tərəfindən X5 düzgün olmayaraq Azərbaycan Respublikası CM-nin 221.1, 221.3 və 315.2-ci maddələri ilə bəraət verilmişdir. Bununla əlaqədar kassasiya protestində və kassasiya şikayətində bir neçə dəlillərə istinad olunur. Həmin dəlillərlə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, apellyasiya məhkəməsi X13 Azərbaycan Respublikası CM-nin 221.1, 221.3 və 315.2-ci maddələri ilə bəraət verilməli olduğuna dair nəticəni hökmündə ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin hökmdə bununla əlaqədar aşağıdakılar göstərilmişdir: “...Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qismən məhkəmə istintaqı a parılmaqla maddi və prosessual normaların tələblərinin uyğunluğuna riayət edib-etməməsi üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən toplanılmış sübutlar üzrə prosessual hüquq normalarının tətbiqi baxımından düzgün dəyərləndirmə aparılmamış, işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlməklə maddi hüquq normasını səhv təfsir etməklə tətbiq etmişdir. Buna görə də məhkum edilmiş şəxsin müdafiəçisinin apelyasiya şikayəti təmin edilməli, ittiham hökm ləğv edilərək bəraət hökmü çıxarılmalıdır... “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxs lər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. “B.Yusifovanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il qərarında qeyd edilmişdir ki, CM-in 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərə kətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 1 saylı, 23 mart 2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, xuliqanlıq zamanı hakimiyyət nümayəndəsinə qarşı onun həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə müşayiət olunan müqavimət göstərildikdə də əməl cinayətlərin məcmuyu qaydasında Cinayət Məcəlləsinin 221.2.2 və 315.2-ci maddələri ilə tövsüf olunmalıdır. Həmçinin həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. 17 İstinad olunan qərarlarda xuliqanl ıq cinayətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə, əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoyması, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirməsi, ümumqəbuledilmiş davranış qaydalarına, əxlaq normalarına etinasızlığı deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən (onda etiraz doğuran) davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət – xuliqanlıq və yaxud xuliqanlıq niyyəti ilə sağlamlığa zərər vurma kimi qiymətləndirilməməlidir. Qeyd olunanlardan göründüyü kimi xuliqanlıq cinayətinin, eləcə də xuliqanlıq niyyəti ilə sağlamlığa zərərvurmanın subyektiv cəhətinin mütl əq şərti kimi çıxış edən xuliqanlıq motivi və onun əsasını təşkil edən hallar şəxsin ictimai qayda, ümumqəbul edilmiş davranış modeli ilə bağlı olan dəyərləri dərk etməsini və bilərəkdən (qəsdən) bu dəyərlərə qarşı etinasızlıq göstərməsini, yəni kifayət qədər mürəkkəb məzmuna malik olan həmin dəyərlərin və onların pozuntularının şəxsin şüuru ilə əhatə olunmasını ehtiva edir. Bu isə şəxsin əqli, psixiki cəhətdən həmin dəyərləri dərk etmək qabiliyyətində olmasını, onun əqli inkişafının, psixi vəziyyətinin buna imkan verməsini tələb edir. Cinayət prosessual qanunvericiliyin tələbinə görə məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynə lxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur (Cinayət Prosessual Məcəllənin 10.1 və 10.5-ci maddələri). Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətpro sessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür (Cinayət Prosessual Məcəllənin 21.1, 21.2 və 21.3-cü maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər Cinayət Prosessual Məcəllənin 33.2-ci maddəsinə əsasən Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 146-cı maddələrinin müddəa larının pozulması yolverilməzdir. Cinayət Prosessual Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsi nə əsasən qiymət verilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarı qərarında göstərmişdir ki, sübutları hərtərfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks 18 etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin həmin qərarda göstərmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Qanunun məzmununa görə məhkəmə öz nəticələrini şərh edərkən iş üzrə toplanılan, lakin məhkəmə iclasında tədqiq edilmə yən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il qərarında qeyd edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Məhkəmə hökmdə həm konkret məsələ üzrə gəldiyi nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Kollegiya qeyd edir ki, X5 barəsində ittiham hökmü çıxarılarkən ittihamın əsasını təsdiq edən sübutlar kimi şahid ifadələrinə və ekspert rəylərinə istinad edilərək, Azərb aycan Respublikası CM-nin 221.1, 221.3 və 315.2-ci maddələri ilə təqsirli bilinmişdir. İş üzrə ittihamının əsasını təsdiqi kimi şahid qismində dindirilmiş şəxslərdən X23, X19, X38, X20, X24, X4 X28 rayon Polis Şöbəsinin əməkdaşları olmuş, şahid qismində dindirilmiş şəxslərdən X3 və X14 polis əməkdaşları olmamışlar. Ədalətli məhkəmə araşdırılması hüququ təmin edilməsindən ötrü obyektivliyi şübhə altına alınmayan, qərəzsizliyi şübhə doğurmayan polis əməkdaşı olmayan (çünki baxılan işdə polis əməkdaşları X5in təqsirli bilinməsində maraqlıdırlar) şəxslərin ifadələrinin tədqiq edilməklə digər şahidlərin ifadələri, işin halları və işdə olan başqa sübutlarla üst-üstə düşüb-düşməməsinin araşdırılması zəruridir. Əgər mülki vətəndaş olan şahidlərin ifadələri ilə iş üzrə dindirilmiş polis əməkdaşları nın ifadələri üst-üstə düşərsə, onda polis nəfərləri olmalarına və həmin Polis şöbəsində işləmələrinə baxmayaraq, onların da ifadələri əsaslı şübhə yaratmayan ifadə kimi dəyərləndirilməklə ittiham təsdiq edilə bilər. Əks halda X5ə verilmiş ittihamın əsassız olması müəyyən edilir ki, bu zaman da ona bəraət verilməlidir. X5ə xuliqanlığa görə ittiham verilərkən Şamaxı rayonunda Mədəniyyət evinin qarşısında ictmai qaydanı pozmaqla Zərərçəkmiş şəxs2 qarşı xuliqanlıq hərəkəti edilməklə onun yüksək səslə nalayiq ifadələr işlədərək əli ilə xidməti geyim formasının sağ çiyin paqonunu, sinə hissəsində olan düymələri, sağ qolunda olan şevronu dartıb qopardıb, boğaz nahiyəsindən sıxmaqla, dartıb cırmaqlamaqla ona sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən boynun sol yan aşağı səthinin sı yrığı xəsarəti yetirməklə vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etdiyi göstərilmişdir. Şahid qismində dindirilən X11 və X10 ibtidai istintaq zamanı hadisəni olduğu kimi təsvir etmişlər. Müdafiə tərəfinin təqdim etdiyi şahidlər isə Şamaxı rayon Polis Şöbəsinin qarşısında X5 tərəfindən hər hansı ictimai qaydanı pozan hərəkətə yol vermədiklərini göstərmişlər. Bu isə X11 və X10un apelyasiya icraatı zamanı dindirilməli olmaları qənaətini qaçılmaz etmişdir. Çünki birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin əleyhinə ifadə vermiş şahidləri bilavasitə dindirmək (dinləmək) hüququnu həyata keçirməsini təmin etməmişdir. Bu qənaəti həmçinin onların ibtidai istintaq zamanı vermiş olduqları ifadəni təsdiq etmək üçün məhkəməyə getməyərək, biri nci instansiya məhkəməsinə teleqram ünvanlamaları da təsdiq edir. Apelyasiya icraatı zamanı dindirilərkən nəinki ibtidai istintaq zamanı vermiş olduqları ifadəni səlis və heç bir kəsinti olmadan ardıcıl göstərmişlər, əksinə biri-birinə zidd iki fərqli ifadə vermişlər. Bundan əlavə, şahid qismində dindirilmiş X37 rayon Polis Şöbəsində aparılmış ayrı-ayrı istintaq hərəkətləri üzrə hal şahidi qismində dindirildiyi faktı da müəyyən edilmişdir. Bu isə X5 tərəfindən qeyd edilən xuliqanlıq hərəkətlərinin törədilməsi barədə onların ifadələrinin mötəbərliyinə istinad edilərək ittiham aktının əsaslılığını şübhə altına alır. Belə ki, müdafiə tərəfindən Apellyasiya məhkəməsinə təqdim olunmuş Şamaxı Rayon Məhkəməsinin 1(074)64/2018 saylı, 16 noyabr 2018-ci il tarixli X26 barəsində hökmündən, 1(074)25/2 019 saylı, 15 aprel 2019-cu il tarixli X27 barəsində hökmdən, 1(074)22/2019 saylı, 15 aprel 2019-cu il tarixli X40 barəsində hökmündən və 1(074)23/2019 saylı, 22 may 2019-cu il tarixli X31 barəsində hökmdən görünür ki, həmin cinayət işləri üzrə X14 hal şahidi qismində iştirak etmişdir. Bundan başqa, apelyasiya icraatı zamanı dindirilərkən X10 ilk öncə X10un Polislə dalaşdığını görmədiyini, bununla əlaqədar ifadə vermədiyini, Şamaxı Rayon Məhkəməsinə çağırılmadığını, Şamaxı Rayon Məhkəməsinə teleqram vurmadığını göstərmişdir. Ancaq sonradan polis işçiləri olan zərərçəkmiş şəxslərin iştirakı ilə dindirilərkən, hadisənin əvvəlini görmədiyini, sonradan gördüyünü, X10un polisi vurduğunu, yaxasını cırdığını görmədiyini, ibtidai istintaq zamanı vermiş olduğu ifadənin yazıldığı kimi olduğunu, if adəsini yazdırıb, oxumuş və qol çəkdiyini göstərmişdir. Şahidin ifadələri arasında ziddiyyətlər, iş üzrə dindirilmiş digər şahid X11 ifadəsində də müəyyən edilmişdir. Şahid ifadələrində olan ziddiyyətlərin mövcudluğu ibtidai istintaq zamanı vermiş olduqları və ittihamın əsasını təşkil edən ifadələrinin mötəbərliyini şübhə altına alır ki, bu da onların ifadələrinin mötəbər sübut kimi qəbul edilməsini istisna edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 95.1-ci maddəsinə əsasən iş üzrə hər hansı əhəmiyyət kəsb edən hallardan xəbərdar olan şəxs ittiham tərəfindən ibtidai araşdırma və ya məhkəmə baxışı zamanı, müdafiə tərəfindən isə məhkəmə baxışı zamanı çağırılıb şahid qismində dindirilə bilər. 115.2-ci maddəsinə əsasən hal şahidinin iştirakının mütəmadi xarakter daşıması ha lları istisna olunmaqla, onun istintaq hərəkətinin icraatında əvvəllər iştirakı həmin cinayət təqibi üzrə aparılan digər istintaq hərəkətinin icraatında təkrar iştirakını istisna etmir. 115.4-cü maddəsinə əsasən bu Məcəllənin 115.1 və 115.2-ci maddələrinin tələblərinə zidd hər hansı şəxsin istintaq hərəkətlərinin aparılmasında hal şahidi qismində iştirakı həmin hərəkətin etibarsız hesab edilməsinə əsas ola bilər. Məhkəmə kollegiyası qeyd edilən prosessual hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, iş üzrə əhəmiyyət kəsb edən hallar barədə xəbərdar olan şəxs şahid qismində dindirilə bilər. Hal şahidi isə cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması üçün istintaq hərəkətinin aparı lmasında iştirak etmək üçün cəlb edilmiş şəxsdir. Şahid qismində şəxs dindirilərkən öz ifadəsində gördüyü halları heç bir kəsinti olmadan axımlı surətdə izah etməklə baş vermiş hadisə barədə məlumat verməlidir. İş üzrə dindirilmiş şahidlərdən X10 Şamaxı rayon Polis Şöbəsi tərəfindən aparılmış ayrı-ayrı istintaq hərəkətlərində hal şahidi qismində iştirak etmişdir. Bu hal onun ifadəsinin mötəbər sübut kimi qəbul edilməsini istisna edir. Çünki onun Polis Şöbəsində aparılmış ayrı-ayrı cinayət işlərində hal şahidi kimi iştirakı onun ifadəsinin mötəbər sübut kimi qəbul edilməsini istisna etməklə, inandırıcılığını şahidin ifadəsinin birinci instansiya məhkəməsi tərəfindən elan edilməklə kifayətlənmənin əsaslı olmamasını və ifadəsinin reallığı əks etdiribetdirməməsinin aydınlaşdırılması üçün iştir akının təmin edilməli olması qənaətini qaçılmaz edir. Bundan əlavə onun ibtidai istintaq zamanı verdiyi ifadəsini apelyasiya icraatı zamanı məhkəmə istintaqı zamanı heç bir kəsinti olmadan axımlı surətdə izah etməməsi, həmçinin iki dəfə bir-birinə zidd ifadə verməsi də şahid qismində ifadəsinin sübut kimi qəbul edilməməsi qənaətini qaçılmaz edir. İş üzrə dindirilmiş polis əməkdaşı olmayan digər şahid X11 də tam, hərtərəfli heç bir kəsinti olmadan hadisənin axımı barədə məlumat verməyərək, apelyasiya icraatı zamanı bir-birinə zidd ifadə vermişdir. Bu da qeyd edilən şahidin ifadəsinin əsaslı şübhə yaratmayan mötəbər sübut kimi qəbul edilməsini istisna edir. Kollegiya həmçinin qeyd edir ki, X5 qarşı ittihamın əsasını təşkil edən xüsusatların əsasını onun Zərərçəkmiş şəxs2 qarşı hərəkətlər etm əsi təşkil edir. Bu isə zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxsin hadisə barədə göstərdikləri xüsusatların dəqiqliklə aydınlaşdırılmalı 20 olması ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsi üçün məhkəmənin vəzifəsi olması qənaətini qaçılmaz edir. Zərərçəkmiş şəxs2 Şamaxı rayon Polis şöbəsinin rəisinə raport təqdim edərkən raportunda X5in idarə etdiyi avtomobillə onun idarə etdiyi avtomobilin qarşısını heç bir səbəb olmadan kəsdiyini, bundan sonra avtomobildən avtomobildən yerə enərək ona hansı səbəbdən belə bir hərəkətə yol verdiyini soruşduqda onu heç bir səbəb olmadan ünvanına nalayiq ifadələr işlətməyə başayaraq ona tərəf gəlməyə başlamış, onun qanuni tələbinə heç bir məhəl qoymamış və həmin yeri tərk etdiyini göstərmişdir. Həmçinin göstərmişdir ki, X5 rayon Polis Şöbəs inin xidməti otağında yenə də ünvanına nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşları və o, X5i hüquqa zidd hərəkət etməməyə çağırsalar da yenə də qanunsuz hərəkətlərini davam etdirmişdir. Göründüyü kimi, o, raportda hər hansı bir xəsarət ona yetirilməsini göstərməmiş, onları sözlə təhqir etdiyini bildirmişdir. Lakin ibtidai və məhkəmə istintaqı zamanı ifadələrində X5in avtomobili saxlamayaraq RPŞ-ə doğru getdiyini göstərmiş, həmçinin onun xidməti geyim formasının sağ qolunda olan şevronu dartıb qopartdığını, ona xəsarət yetirdiyini göstərmişdir. Apelyasiya icraatı zamanı da birinci instansiya məhkəməsində vermiş olduğu ifadəsini müdafiə etdiyini göstərmişdir. İfadələr arasındakı ziddiyyətlər, ifadələrin təsdiqi kimi istinad edilən sübutların mötəbərliyinin əsaslı şübhə yaratmayan sübut k imi dəyərləndirilməsinin istisna edilməsi, ittihamın əsaslılığını şübhə altına alınmasını qaçılmaz edir. Bu qənaətə gələrkən məhkəmə kollegiyası qeyd edir ki, cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olmaqla öz növbəsində CM-nin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və hum anizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxs in müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını 21 qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya fak tlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “Hoanq Fransiya qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarında qeyd etmişdir ki, sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Qeyd edilənlər üzrə dəyərləndirmə apararaq məhkəmə kollegiyası hesab edir ki, təhlil edilən sübutlar X5 barəsində Azərbaycan Respublikası CM-nin 221.1, 221.3-cü maddələri ilə ittihamın təsdiqi üçün yetərli hesab edilə bilməz. İş üzrə dindirilmiş polis nəfəri olan şahidlərin ifadələri onların həmin idarədə işləmələrinə görə oranın mənafeyinə zidd ifadə verməməsi nəzərə alınarsa mötəbərliyi əsaslı şübhə yaratmayan sübut kimi qə bul edilməsini istina edir. X5 səhhətində olan problemlər, psixi və emosianal durumu onun xuliqanlığa görə məsuliyyətə cəlb edilməsini istisna edir. X5in ağlı və düşüncəsi özünü başqalarından üstün tutmağa, lovğalanmağa, təkəbbürlü olmağa, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməyə imkan vermir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraa ta isə xitam verilməlidir). Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin X5in Azərbaycan Respublikası CM-nin 221.1, 221.3-cü maddələri ilə ittihamın əsaslı hesab edilməsi barədə qənaəti ilə iş üzrə əsaslı şübhə yaratmayan sübutlarla təkzib olunduğundan razılaşmır və həmin maddələri üzrə onun əməlində cinayət tərkibi olmadığına görə bəraət verilməli olmasını qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə kollegiyası X5in Azərbaycan Respulbikası CM-nin 315.2-ci maddəsi ilə ittiham olunması ilə bağlı isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 315.2-ci maddəsinin dispozisiyasına görə Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərməklə onlara qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, hakimiyyət nümayəndələrinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə onlara xəsarət yetirilməsi cinayət məsuliyyəti yaradır. Zərərçəkmiş şəxslərə xəsarətin yetirilməsi kimi ekspert rəylərinə istinad edilir. İş üzrə keçirilmiş ekspertiza rəyində olan səhvlər, həmin rəyin CPM-nin tələblərinin pozulması ilə əldə edilməsi həmin ekspert rəyinin mötəbərliyini şübhə altına aldığından, ekspertin dindirilməsi qaçılmaz olduğu halda birinci instansiya məhkəməsi ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsi üçün ekspertin iştirakını təmin etməklə qeyd edilən ziddiyyətli halları aydınlaşdırmamışdır. Bu isə həmin halın apelyasiya baxışında icraatı zama nı aydınlaşdırılması zərurətini yaratmışdır. Bu zərurəti həmçinin Zərərçəkmiş şəxs1 dair ekspertiza rəyinin 22.05.2018-ci il tarixdə verildiyi halda, 23.05.2018-ci il tarixdə ekspertizaya Şamaxı rayon Mərkəzi xəstəxanasının ambulator xəstənin tibbi kartasının hansı əsasla daxil olmasını və ona istinad edilməsi qaçılmaz etmişdir. Apelyasiya icraatı zamanı məhkəmə istintaqı zamanı ekspert zərərçəkmiş şəxslərin ekspertizadan keçmək üçün nə məktub, nə də sorğu əsasında ekspertizadan keçirilmədiklərini,onları heç bir qərar olmadan müayinə etdiyini, müayinə etdikdən sonra qərarın ona təqdim edildiyini, Zərərçəkmiş şəxs1 tibbi kartasının özü tərəfindən xəstəxanadan götürüldüyünü ifadəsində bildirmişdir. Ekspert rəyində olan tarixlərin texniki səhv olduğunu ifadəsində göstərmişdir. Ekspertiza müst əntiqin qərarına və ya cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildiyi halda müdafiə tərəfinin yazılı müraciətinə əsasən aparılır. Ekspertizanın təyin edilməsi haqqında qərar onun aid olduğu şəxslər üçün məcburidir (Cinayət Prosessual Məcəlləsinin 264.3-cü 22 maddəsi). İbtidai istintaq və birinci instansiya məhkəməsində icraat zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Zərbaliyevə bir daha qanunun tələblərini izah edib sərxoşluq müayinəsindən keçməsi, izahatının alınması üçün RPŞ-nə daxil olmasını bildirdikdə artıq hədələrini icra edərək ilk öncə onun üzərinə hücum edərək xidməti geyim formasının yaxasından tutub dartaraq düymələrini qopartmış, daha sonra sol qolundan tutub sıxıb cırmaqlamaqla qoluna xəsərət yetirmiş və təpiklə sol dizinə vurub ayaqqabısının davan his səsi ilə dizinə xəsarət yetirmişdir. Ancaq Zərərçəkmiş şəxs1 hadisə baş verən gün Şamaxı rayon Polis Şöbəsinin rəisinə ünvanlandığı raportda göstərmişdir ki, 15.05.2018-ci il tarixdə Şamaxı rayon Polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin rəisinin otağında olan zaman saat 15:30 radələrində Şamaxı şəhərində əvvəllər tanıdığı X2 vəziyyətdə otağa dail oldu. Heç bir səbəb olmadan otaqda olan polis əməkdaşlarının ünvanına ağır təhqiramiz ifadələr işlətdi. Onlar onu nizam intizama dəvət etsələr də o, öz qərəzli hərəkətlərini davam etdirmişdir. Göründüyü kimi, Zərərçəkmiş şəxs1 hadisə baş verən gün vermiş olduğu raportda ona hər hansı bir xəsarət yetirilməsi, xidməti geyim formasının yaxasından tutub dartaraq düymələrini qopartması, daha sonra sol qolundan tutub sıxıb cırmaqlamaqla qoluna və təpiklə sol dizinə vurub ayaqqabısının davan hissəsi ilə dizinə xəsarət yetirməsi barədə hər hansı bir qeyd verməmişdir. Bundan əlavə apelyasiya icraatı zamanı müdafiəçinin sualına cavab olaraq Polis şöbəsinin normal fəaliyyət göstərdiyini bildirmişdir. Kollegiya həmçinin qeyd edir ki, hadisə baş verən günü zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 ifadəsində PŞ-də 102 xidmətinə məxsus video kameranın işləmədiyini iddia etsə də, həmin günə aid video materialın əldə edilməsi üçün verilmiş sorğuya cavabda video görüntülərin saxlama müddətinin başa çatdığına görə saxlanılmadığı müəyyən edilmişdir. Həmin sorğuda video kameraların işləməməsinə görə video görüntülərin olmaması qeyd edilməmişdir. Bundan əlavə iş üzrə maddi sübut kimi tanınmış diskə də baxış keçirilərkən X5 tərəfindən zərərçəkm iş şəxslərə qarşı zor tətbiq edilməsi deyil, ona qarşı edilmiş hərəkətlərə görə söyüş söyməsi müəyyən edilmişdir. Bununla bərabər, ekspertiza müstəntiqin qərarı əsasında aparılması təsbit olunmasına baxmayaraq, birinci instansiya məhkəməsi ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsi üçün ekspert rəyində olan ziddiyyətli halları müəyyən etməkdən ötrü ekspertin məhkəmə baxış iclasında iştirakını təmin etməməklə ekspert rəyinin mötəbərliyini şübhə altına alan hallara əhəmiyyət vermədən sübut kimi qəbul etmişdir. Halbuki qeyd edilən xüsusatı aydınlaşdırmaqla, zərərçəkmiş şəxslərin heç bir hüquqi əsas olmadan müayinə edildiyini, ekspert rəyinin göstərilən cinayət işi üzrə əsaslı şübhə yaratmayan mötəbər sübut kimi qəbul edilə bilməyəciyini nəzərə almamışdır. Bundan əlavə, məhkəmə ko llegiyası qeyd edir ki, zərərçəkmiş şəxslərin ifadələri işin halları, digər sübutlarla təsdiq edilmir. Zərərçəkmiş şəxslər tərəfindən X5in məsuliyyətə cəlb edilməsi üçün qanun pozuntusuna yol verilməklə, xidməti vəzifələrinin onlara verdiyi üstünlükdən istifadə etməklə ittiham sübutları toplanmışdır. Bu sübutlardan olan MTE-nın rəyi də qanunsuz yolla əldə edilmiş, zərərçəkmiş şəxsin xəsarət alması görüntüsü yaradılaraq rəy alınmışdır. Qeyd edildiyi kimi, MTE-nın işdə olan rəyləri CPM-nin tələblərinə əməl edilməməklə alınmışdır, həmin sübutlar mötəbər sübutlar kimi qəbul edilə bilməz. Yenidən məhkəmə-tibb ekspertizanın keçirilməsinə isə məhkəmə kollegiyası ehtiyac duymur. Hadisədən xeyli müddət keçmiş, eyni zamanda, işdə olan məlumatlardan bəlli olur ki, zərərçəkmiş şəxslər sonradan özlərin in xəsarət almaları ilə bağlı tibbi sənədlər tərtib etdirmişlər. Həmin sənədlərdə olan məlumatlar işin digər halları ilə ziddiyət təşkil edir, təsdiq edilmir. Yenidən həmin məsələnin araşdırılması nəticəsində iş üzrə inandırıcı və mötəbər sübut əldə edilməsi qeyri-mümkündür. Məhz bu baxımdan məhkəmə kollegiyası yenidən məhkəmə-tibb ekspertizanın keçirilməsinə ehtiyac görmür. Bunlarla yanaşı məhkəmə kollegiyası məhkum edilmiş şəxsin şəxsiyyəti ilə bağlı qeyd edir ki, məhkum edilmiş şəxs birinci qrup Qarabağ əlili olmaqla üzvi (travmatik mənşəli) şəxsiyyət pozuntusu xəstəliyindən əziyyət çəkir və qeyd edilən xəstəlik ilə bağlı həkim qeydiyyatındadır. X5in üzvi (travmatik mənşəli) şəxsiyyət pozuntusu xəstəliyi üzündən ittiham olunan əməl 23 dövründə öz əməlinin faktiki xarakterini, ictimai tə hlükəliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarında olmaması fonunda “ictimai qaydalar”ın psixi pozuntusu olan şəxs tərəfındən doğru dəyərləndirilməsi, hərəkətlərin məhz həmin qaydalar əleyhinə yönəlməsinin dərk edilməsi çox nadir rast gəlinə biləcək hallarda mümkündür. Psixi pozuntu olan şəxsin davranışı məqsədsiz və nizamsiz olmaqla, onlar ümumiyyətlə ətraf aləmi və ictimai tələblərı dərk etmək marağına və ehtıyacına malik olmurlar. Belə olan halda psixi pozuntusu olan Namiq Zəbraliyevin öz hərəkətlərinin ictimai qaydalar əleyhinə yönəldiyini görməsi, hərəkətlərinın həmin qaydalara zərər vuracağını əvvəlcədən dərk etməsi, belə nəticələrı arzulaması və buna yol verməsi inandırıcı görünmür. İş üzrə tədqiq edilmiş sübutlarla X5 əməlində xuliqanlığa yol vermədiyini və hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmədiyi müəyyən edilir. Bunun əksini isə təsdiq edən hər hansı əsaslı şübhə yaratmayan sübut müəyyən edilmir. Əksinə iş üzrə dindirilmiş şahid ifadələri ilə hadisə baş verən gün Şamaxı rayon Polis Şöbəsinin inzibati binasının qarşısında X5 tərəfindən hər hansı bir ictimai qaydanı pozan hadisənin baş verdiyi təkzib edilir. X5in hakimiyyət nümayəndəsinə zor tətbiq etməklə xəsarət yetirilməsi ilə nəticələnən müqavimət göstərməsi ilə bağlı həmçinin qeyd edilməlidir ki, təqsirləndirilən şəxsin fiziki göstəriciləri, onun səhhətində, olan problemlər polis əməkdaşları olan, cinayətkarlığa qarşı mübarizə aparan, daha təhlükəli cinayətkarların zərərsizləşdirilməsində iştirak edən, fiziki cəhətdən daha sağlam zərərçəkmiş şəxslərə əllə-təpiklə sərbəst hərəkət etməklə xəsarət yetirilməsini istisna edir. Bu qənaəti həmçinin ekspertin apelyasiya icraatı zamanı izahatında xəsarətin əllə-təpiklə deyil, küt əşyanın təsiri nəticəsində Zərərçəkmiş şəxs1 yetirilməsi barədə ifadəsi də formalaşdırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, X5in Azərbaycan Respulbikası CM-nin 315.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi sübut edilmir və həmin maddə ilə də ona bəraət verilməlidir. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənlər üzrə dəyərləndirmə apararaq hesab edir ki, sübutetmə predmeti olan xuliqanlıq motivi, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörməsizliyin ifadə olunması, ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən hakimiyyət nümayəndələri olan polis əməkdaşlarına qarşı hər hansı müqavimət göstərilməklə xəsar ət yetirməsi mövcudluğu mötəbərliklə, sübhələrə yer qoymadan müəyyən edilmədiyi üçün X6 əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1, 221.3 və 315.2-ci maddələri ilə tövsif edilməsinə dair birinci instansiya məhkəməsinin hökmü cinayət-prosessual qanunun 349.4 və 349.5-ci maddələrində təsbit olunmuş məhkəmə hökmünün qanuniliyi və əsaslılığı meyarlarına cavab verən məhkəmə aktı kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsi n təqsiri sübuta yetirildiyi halda çıxarılır. 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. İbtidai araşdırma zamanı toplanmış, birinci və apellyasiya instansiyaları məhkəmələrində araşdırılmış sübutların məcmusuna qiymət verən məhkəmə kollegiyası hesab edir ki, X5in Azərbaycan Respublikası CM-nin 221.1, 221.3 və 315.2-ci maddələri ilə ittiham olunarkən cinayət prosessual qanunvericiliyinin tələbləri kobud surətdə pozulmuş, iş üzrə təhqiqat və istintaq aparılarkən AR CPM-nin 33, 39, 42, 115, 124, 125, 134, 144 və 145-ci maddələrinin tələblərinə riayət edilməmiş, birinci instansiya məhkəməsi isə məhkə mə istintaqında tədqiq edilmiş mötəbər, əsaslı şübhə yaratmayan və mümkün sübutlara əsaslanmadan, X5in barəsində qanunsuz olaraq ittiham hökmü çıxarmışdır. Cinayət Prosessual Məcəllənin 42.1.2 və 42.1.4-cü maddələrinə müvafiq olaraq təqsirləndirilən şəxsin əməldə cinayət tərkibi olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə 24 məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Beləliklə məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq yekun olaraq hesab edir ki, X5in əməlində Azərbaycan Respublikası CM-nin 221.1, 221.3cü maddələrində nəzərdə tutulan cinayət əməlinin tərkib əlamətləri olmadığından və X5in Azərbaycan Respulbikası CM-nin 315.2-ci maddəsində n əzərdə tutulan cinayəti törətməsi sübuta yetirilmədiyindən onun müdafiəçisinin apelyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 402.0, 402.0.1 və 402.0.2-ci maddələrinə əsasən irəli sürülmüş ittihama baxılması üçün mühüm əhəmiyyətə malik olan hallar birinci instansiya məhkəməsinin hökm və ya qərarında qanunda göstərilən sübutlarla təsdiq edilmədikdə, irəli sürülmüş ittihama baxılması üçün mühüm əhəmiyyətə malik olan hallar birinci instansiya məhkəməsinin hökm və ya qərarında mötəbər olmayan, ziddiyyətli, yolverilməz və ya aid olmayan sübutlarla təsdiq edildikdə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallar sübuta yetirilməmiş hesab edilir...”. Göründüyü kimi, apellyasiya məhkəməsi X5 Azərbaycan Respublikası CM-nin 221.1, 221.3 və 315.2-ci maddələri ilə bəraət verilməli olduğuna dair nəticəni işin faktiki hallarına, ittihamın sübuta yetirilməsində yaranmış şübhələrə, onların aradan qaldırımasının mümkün olmadığına, bu səbəbdən X5in xeyrinə təfsir edilməli olduğuna və qanunun tələblərinə, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarının izahlarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə iş materiallarına, işin faktiki hallarına və qanunun tələblərinə uyğun olduğuna görə məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri də həmin nəticənin, ümumilikdə, apellyasiya məhkəməsinin hökmünün qanuniliyini şübhə altına almağa əsas vermir. Kassasiya protestində ittiham tərəfinin təqdim etdiyi sübutlar bir daha sadalanaraq ittihamın təsdiq olunduğu iddia edilir. İttiham tərəfinin bu mövqeyi ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi həmin sübutların hər birini tədqiq edib yoxlayaraq ayrı-ayrılıqda və məcmu qaydada qiymətləndirmiş və gəldiyi nəticələri, yuxarıda göstərildiyi kimi, əsaslandırmışdır. Protestdə isə apellyasiya məhkəməsinin hər bir sübut üzrə hökmdə göstərdiyi fikirləri təkzib edən hər hansı bir sübuta və ya dəlilə istinad olunmamış, işin mahiyyəti üzrə yalnız aşağıda göstərilən fikrin əks etdirilməsi ilə kifayətlənilmişdir: “... Hazırkı iş üzrə ibtidai araşdırma zamanı ittiham tərəfinin şahidlərinə qarşı hər hansı psixi və fiziki zor tətbiq edilmədiyi halda məhkəmə onların i btidai istintaq zamanı verdikləri və işin halları ilə uzlaşan ifadələrini deyil, apellyasiya məhkəməsində istintaq zamanı verdikləri yalan ifadələrinə hüquqi qiymət vermədən əsas götürməsi, X5in özünü müdafiə xarakterli ifadəsinə tənqidi yanaşmadan əsas götürülməsi məhkəmənin bəraət hökmünün əsassızlığına dəlalət edir...”. Məhkəmə kollegiyası protestin bu dəlili ilə razılaşmır və qeyd edir ki, şahidlərin apellyasiya məhkəməsində yalan ifadə verməsi barədə fikir söyləmək üçün əsas yoxdur, protestdə də belə əsas göstərilməmişdir. Yalnız zərərçəkmiş şəxslərin kassasiya şikayətində bununla bağlı aşağıdakı məzmunda fikir əks etdirilmişdir: “... məhkəmə kollegiyası məhkəmə prosesində təqsirləndirilən şəxsin övladlarının yaxın ətrafı olan X17. X18 və X1 dəvət edərək onlardan ibarət qondarma şahid kontingenti yaratmış, həmin şəxslərdən təqsirləndirilən şəxsin xeyrinə ifadələr almış (məqsədli şəkildə), həmin şəxslərin ifadələrinin həqiqətə uyğun olub-olmamasını, həqiqətən hadisə yerində olub-olmamalarını, hadisənin şahidi olub- olmamalarını araşdırmamış, hansı ki. bu həmin şəxslərin istifadələrində olan mobil telefonların aktiv olduğu əhatə dairələrinin yoxlanılması məqsədilə müvafiq mobil operatorlara sorğu verməklə yoxlana bilərdi...”. Məhkəmə kollegiyası kassasiya şikayətində göstərilən həmin dəlillə əlaqədar vurğulayır ki, qeyd olunan şahidlərin X5 “övladlarının yaxın ətrafı” olmaları barədə fikir söyləməyə əsas yoxdur. İttiham tərəfi özünün bu iddiasını təsdiq edən hər hansı bir sübut təqdim etməmiş, həmin şahidlərin hadisə yerində olduqları barədə ifadələrini təkzib etmək üçün apellyasiya məhkəməsində konkret sübuta istinad etməmiş, bununla bağlı mobil operatorlara sorğu edilməsi barədə vəsatət qaldırmamışdır. Halbuki, qanunvericiliyə görə ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. İş materiallarında da həmin şahidlərin işin nəticəsi ilə hər hansı bir səbəbdən maraqlı olmalarını göstərən məlumat yoxdur. Bu səbəbdən həmin şəxslərin bir birini tamamlayan ifadələrinin həqiqətə uyğun olmasına şübhə ilə yanaşmağa əsas yoxdur. Zərərçəkmiş şəxslərin kassasiya şikayətində ittiham tərəfinin mövqeyinin əsaslandırılması üçün həm də aşağıdakılar göstərilmişdir: “... Qeyd olunan hökmdə kollegiya polis əməkdaşlarının ifadələrini şübhə altına alaraq, qərəzli hesa b edərək mötərəzə arasında «çünki baxılan işdə polis əməkdaşları X5in təqsirli bilinməsində maraqlıdırlar» qeydini aparmışdır. Bu barədə qeydin hökmdə aparılması tam məntiqsiz və əsassız olmaqla polis əməkdaşlarının hansı səbəbə görə X5in təqsirli ibilnməsində maraqlı olmalarını izah edə bilməmiş, bəlkə bu marağın cinayətkarın cəzalanması ilə bağlı dövlətin, cəmiyyətin, cinayət prosessual qanunvericiliyin maraqları olmasını unutmuş və X5in təqsirsiz olmasının məhkəmə kollegiyasının marağına uyğun olmasını qeyd etməmişdir. Məhkəmə kollegiyası X5in törətmiş olduğu üç cinayət hadisəsindən birinin şahidi olmuş X10 və X11in ibtidai istintaq zamanı verdikləri ifadələrini, birinci instansiya məhkəməsinə ünvanladıqları ifadələrini təsdiq etmələri barədə teleqramlarını nəzərə almayaraq həmin şəxs ləri zərərçəkmişlərin iştirak etmədiyi məhkəmə prosesinə təqsirləndirilən şəxsin övladlarının iştirakı ilə gətirib onlara təsir və təyziq göstərməklə, obyektiv həqiqəti bildirmələrini onlara irad tutub onları təhqir etməklə həmin şəxslərdən təqsirləndirilən şəxsin xeyrinə ifadə almış (hansı marağa görə çox maraqlıdır), ittiham tərəfinin vəsatəti əsasında həmin şəxslərin məhkəmə prosesində təkrar dindirilmələrini nəzərə almamış, hökmdə təhrif olunmuş formada göstərmişdir...”. Şikayətin bu dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apellyasiya məhkəməsi polis əməkdaşlarının ifadələrinə tənqidi yanaşmalı olduğu mövqeyini hökmündə ətraflı şərh etməklə əsaslandırmış və həmin məhkəmənin hökmündə bununla bağlı göstərilənlərin iş materiallarına uyğun olmaması və əsassız o lduğu barədə fikir söyləmək üçün əsas yoxdur. Məhkəmə kollegiyası şikayətdə göstərilən dəlillərlə əlaqədar bunu da qeyd edir ki, zərərçəkmiş şəxslər apellayasiya baxışının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmış və apellyasiya məhkəməsinin iclasında iştirak etmiş, yuxarıda göstərilən şahidlər dindirilərkən isə məhkəmə iclas zalında olmamışlar (iş materiallarından göründüyü kimi). Həmin zərərçəkmiş şəxslər hazırkı iş üzrə apellyasiya şikayəti verməmiş və onlar mütləq çağırılmalı olan və iştirakları məcburi olan şəxslərə aid olmamışlar. Odur ki, Azərbaycan Respublikası CPM-nin 392.2-ci maddəsinin mənasına görə onların şahidlər dindirilərkən məhkəmə iclasında olmamaları məhkəmə baxışının keçirilməsinə mane olan amil kimi qəbul oluna bilməz (Azərbaycan Respubli kası CPM-nin 311-316-cı maddələrinin tələblərinin tətbiq edilməsi üçün əsas yoxdur). Bu baxımdan apellasiya baxışı zamanı zərərçəkmiş şəxslər iştirak etmədən (onların iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsi məsələsi dövlət ittihamçısının fikri öyrənilməklə müzakirə edilmişdir) şahidlərin dindirilməsi qanun pozuntusu kimi qiymətləndirilə bilməz. Bundan başqa, iş materiallarında belə bir məlumat yoxdur ki, apellyasiya məhkəməsində dindirilmiş şahidlərə həmin məhkəmədə təsir və ya təzyiq göstərilməsi, onları təhqir edilməsi, bu baxımdan həmin ifadələrin qanun pozuntusu ilə alınması qənaətinə gəlməyə əsas versin. Şikayətdə və protestdə də belə bir məlumat göstərilməmişdir. Kassasiya şikayətində bir neçə ifadə işlətməklə apellyasiya məhkəməsinin iş üzrə marağı olmasına işarə edilir (“... X5in təqsirsiz olmasının məhkəmə kollegiyasının marağına uyğun olmasını qeyd etməmişdir...” və sair) Azərbaycan Respublikası CPM-nin 109.1.8-ci maddəsində göstərilmişdir ki, hakimin cinayət təqibində maraqlı olmasını təsdiq edən konkret və mötəbər sübutlar olduqda hakimə etiraz əsaslı sayıla və şərtsiz təmin edilə bilər. Lakin ittiham tərəfi (apellyasiya baxışında iştirak etmiş dövlət ittihamçı və zərərçəkmiş şəxslər) məhkəməyə belə etiraz verməmişlər. İş materiallarında da belə məlumat yoxdur ki, işə apellyasiya məhkəməsində baxmış hakimlərin iş üzrə maraqlı olduqlarını göstərsin və buna dəlalət etsin. Şikayətdə də belə bir məlumat əks etdirilməmişdir ki, həmin hakimlərin iş üzrə maraqlı olduqları qənaətinə gəlməyə əsas versin. Məhkəmə kollegiyasının sübutların bir qisminə üstünlük verməsi və digərlərinə isə tənqidi yanaşması onun iş üzrə Azərbaycan Respublikası CPMnin 109.1.8-ci maddəsində nəzərdə tutulan mənada maraqlı olmasını göstərən amil kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası CPM-nin 33-cü maddəsində nəzərdə tutulmuşdur ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir, cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur, hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan biri nə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Azərbaycan Respublikası CPM-nin 25.1, 25.2 və 25.3-cü maddələrində təsbit olunmuşdur ki, hakimlər müstəqildirlər və yalnız Azərbaycan Respublikası qanunlarının tələblərinə tabedirlər, hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər, hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. İş materiallarından görünür ki, apellyasiya məhkəməsinin hakimləri bu normaların tələblərinə tam şəkildə riayət etmişlər. Odur ki, kassasiya şikayətinin həmin dəlili də iş materiallarına və qanunun tələblərinə uyğun olmamaqla əsassızdır. Kassasiya şikayətində iddia edilir ki, “...yuxarıda sadalanan maddi və prosessual pozuntularla yanaşı məhkəmə 02.08.2019-cu il tarixli hökmünün təsviri əsaslandırıcı və nəticə hissəsində təqsirləndirilən şəxsin ata adını Sabir olaraq qeyd etməklə səhvə yol verilmiş, faktiki olaraq barəsində Şamaxı rayon Məhkəməsinin hökmü ilə ittiham hökmü çıxarılmış X5 deyil, X6 barəsində qanunsuz olaraq bəraət hökmü çıxarmışdır...”. Məhkəmə kollegiyasının qənaətinə görə şikayətdə istinad edilən, işi faktiki olaraq mahiyyəti üzrə həll etməyən, formal xarakter daşıyan bu uyğunsuzluq mahiyyətcə düzgün olan hökmün ləğv edilməsinə əsas vermir. Apellyasiya məhkəməsinin hökmündən görünür ki, həmin məhkəmə X22 barəsində işə baxmış, hökmün təsviri - əsaslandırıcı hissəsində onun atasın ın adı “X” və ya “X5” kimi göstərilmiş, həmin hissədə yalnız bir abzasda və hökmün nəticəvi hissəsində onun atasının adı “Sabir” kimi qeyd olunmuşdur. Odur ki, hökmdə qeyd olunan hissələrdə (bir neçə halda) X5 atasının adının “X” deyil, “X1 olmasının göstərilməsinin texniki səhv olması mübahisəsizdir və bu texniki səhv mahiyyətcə düzgün, əsaslı və qanuni bəraət hökmünün ləğv edilməsi üçün əsas ola bilməz. Həm də qeyd olunmalıdır ki, apellyasiya məhkəməsi özünün müvafiq qərarı ilə bu uyğunsuzluğu CPM-nin 518.0.4-cü maddəsində nəzərdə tutulmuş qaydada aradan qaldırmışdır və həmin qərarın qanuniliyini şübhə altına almaq üçün əsas yoxdur. Məhkəmə kollegiyası sübutları kassasiya protestində göstərilən dəlillər baxımından bir daha ətraflı təhlil edərək vurğulayır ki, ittihamın sübuta yetirilməsi ndə aradan qaldırılması mümkün olmayan şübhələr yaranmışdır. Qanunun tələblərinə görə isə bu cür şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir olunmalıdır. Belə olan halda X5 ittihamənda göstərilən hərəkətləri törətməsi barədə hər hansı bir fikir yalnız mülahizə (ehtimal) xarakteri daşıyır. Qanunun tələblərinə görə isə ittiham hökmü mülahizələrə (ehtimallara) əsaslana bilməz. Apellyasiya məhkəməsi də sübutları tədqiq edib qiymətləndirərkən məsələyə qanunun həmin müddəaları baxımımdan yanaşmış və haqlı olaraq müvafiq normaların tələblərini rəhbər tutmuşdur. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın süb uta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində göstərilmiş və təsbit olunmuşdur ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsində göstərimişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir, ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 28.4.5-ci maddəsində təsbit olunmuşdur ki, cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələr cinayət prosesi gedişində qanunun pozulması ilə əlaqədar verilən şikayətləri yoxlamaq vəzifələri yerinə yetirməlidirlər. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsində də nəzərdə tutulmuş və göstərilmişdir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetiri ldiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 33.1-ci maddəsində qeyd olunmuşdur ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edə rək hesab edir ki, onlar X5 təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan vermir. Apellyasiya məhkəməsinin bunlara dair gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Azərbaycan Respublikası CPM-nin 42.1.2 və 42.1.4-cü maddələrində qeyd edilmişdir ki, əməldə cinayət tərkibi olmadıqda, təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə bəraət hökmü çıxarılır. Kassasiya protestində və kassasiya şikayətində cinayət və cinayət prosessual qanununun normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarının müvafiq olaraq müdəalarına və izahlarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həm in normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin hökmü qeyd olunan müdəalarla və izahlarla ziddiyyət təşkil etmir. Odur ki, apellyasiya məhkəməsinin hökmü əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya protesti və kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 221.1, 221.3, 315.2-ci maddələri ilə bəraət almış X5 barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 avqust 2019cu il tarixli hökmü dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti və kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-158/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-158/2020
05.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver