Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-158/2023 24.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Abdulov Rəşad Məhərrəm oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 19 may 2022-ci il tarixli hökmü ilə Məhkum Az ərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 iyul 2022-ci il tarixli qərarından dövlət ittihamçısı Əsədov Teymur Hətəm oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 19 may 2022-ci il tarixli hökmü ilə (hakimlər Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən və məruzəçi), Əliyev Fikrət Hüseyn oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə) Məhkum, xx xxx 1999-cu il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Zəngilan rayonu Məmmədbəyli kəndində qeydi yyatda olan, ünvan 1, Rabitə kollecinin yataqxanasında müvəqqəti məskunlaşmış CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı I) daxil edilmiş psixotrop maddə metamfetaminin qəbulu nəticəsində narkomaniya xəstəliyindən əziyyət ç əkdiyinə görə, 22 may 2021-ci il tarixdə günorta saatlarında həmin psixotrop maddədən şəxsən istifadə etmək üçün Abşeron rayonu Müşfiqabad qəsəbəsində X1 25 manata satış məqsədi olmadan 01 ədəd şəffaf rəngli sellofan bükümdə, onun içərisində isə 03 ədəd şəffaf rəngli sellofan bükümlərdə olmaqla, ümumi təmiz çəkiləri 3,071 qram olan külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq üzərində saxlamış və həmin gün saat saat 20:45-də Sumqayıt şəhər Avtovağzalının yaxınlığında Sumqayıt Şəhər Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-yə gətirilib üzərində şəxsi axtarış aparılarkən, onun əynində olan göy rəngli cins şalvarının sağ yan cibində 01 ədəd şəffaf rəngli sellofan bü kümdə, onun içərisində isə 03 ədəd şəffaf rəngli sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,009 qram, 1,151 qram və 0,911 qram olmaqla ümumi təmiz çəkisi 3,071 qram olan, külli miqdarda, kimyəvi tərkib komponentlərinə görə bir-biri ilə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Hökmdən dövlət ittihamçısı Məmmədov Samir Nazim oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət tərkibdə) 14 iyul 2022-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməs inin Cinayət Kollegiyasının 14 iyul 2022-ci il tarixli qərarından dövlət ittihamçısı T.H.Əsədov kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: İşin müəyyən edilmiş faktiki hallarını mübahisələndirən və iş üzrə toplanmış və araşdırılmış sübutlara istinad edən dövlət ittihamçısı T.H.Əsədov kassasiya protestini onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 143-146cı mad dələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş və bunun nəticəsi olaraq Məhkum əməlinin tövsifində səhvə yol verilmişdir. İşin hallarından da görünür ki, Məhkum üzərindən təxminən eyni çəkilərdə olan 03 ədəd şəffaf rəngli sellofan bükümdə ayrıayrılıqda təmiz çəkiləri 1,009 qram, 1,151 qram və 0,911 qram ümumi təmiz çəkisi 3,071 qram olmaqla, yəni şəxsi istehlak miqdarı üçün müəyyən edilmiş həddən 20 dəfə çox, külli miqdar üçün müəyyən edilmiş həddən isə 1,5 dəfə çox miqdlarda metamfetamin aşkar edilmişdir. Qeyd edilən hallar Məhkum üzərindən aşkar edilmiş psixiatrop maddə olan memamfetaminin şəxsi istehlak məqsədi ilə deyil, şəxsi məqsədi üçün yaymaqda ifadə olunan satış məqsədi ilə həyata keçirməsinə dəlalət edir. Həmçinin ibtidai istintaq zamanı və məhkəmə iclasında müəyyən edil mişdir ki, Məhkum heç bir yerdə işləməmiş, müstəqil qazancı və ailəni dolandırmaq üçün kifayət qədər gəliri olmamışdır. Dövlət ittihamçısının mövqeyinə görə, bu halın da Məhkum üzərində aşkar edilmiş psixotrop maddə olan metamfetamini satış məqsədi ilə əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edən hal kimi qiymətləndirilməli olmasına baxmayaraq, işə baxan məhkəmələr həmin halı nəzərə almamış, ümumilikdə göstərilən xüsusatlara tənqidi yanaşmamış, sübutları bir-biri ilə müqayisə etməyərək təhlil etməmiş, cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamamış, narkotik vasitələri yaymaqla əhalinin sağlamlığının təhlükəsizliyinin təmin edən ictimai münasibətlərə xələl gətirən Məhkum əməlini narkotik vasitəni satış məqsədi olmadan əldə etməklə daşıması və saxlama sı barədə nəticəyə gəlməkdə səhvə yol vermişlər. Qeyd olunanlara əsaslanaraq dövlət ittihamçısı T.H.Əsədov kassasiya protestinin təmin edilməsini xahiş edir. Kassasiya protestinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 24 yanvar 2023-cü il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli qərarı ilə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 07 (yeddi) ay 15 (on beş) gün müddətində hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş Məhkum naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının bununla bağlı rəyini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə məhkumun iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Dövlət ittihamçısı T.H.Əsədovun kassasiya protestinin məzmunundan göründüyü kimi, həmin protestin əsas dəlilləri ondan ibarətdir ki, məhkəmələr iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlara CPM-nin 143-146-cı maddlərinin tələblərinə uyğun qaydada hüquqi qiymət verməmiş və məhkumun əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilməmişdir. Bu dəlillərə əsaslanan dövlət ittihamçısı apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.15. məhkəmə törədilmiş əməlin tövsifi ndə səhvə yol verdikdə. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı T.H.Əsədovun protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum olunmasına dair cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üz rə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş k assasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilm iş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansi yada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövl ət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb ictimai təhlükəlilik dərəcəsi yüngül olan cinayət törətmiş şəxslərin onların törətmədiyi daha ağır əməllərə görə cinayət məsuliyyətini cəlb edilmələrinin, təqsirli bilinmələrinin və cəzalandırılmalarının yolverilməzliyini də nəzərdə tutur. CM-nin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7.1 -ci maddəsində müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etm əlidirlər. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, CPM-nin 124.1.2-ci maddəsi hadisənin cinayət hadisəsi olub-olmamasın ı, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər halların yalnız sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutla rın məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə ibtidai araşdırma orqanından fərqli olaraq məhkumun məhz hökmdə təsvir edilən cinayət əməlini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onl arın kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Protestdə göstərilən və yalnız ehtimal xarakteri daşıyan dəlillərlə razılaşmayan məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum satış məqsədi olmadan ümumi təmiz çəkisi 3,071 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə etməsinə, daşımasına və saxlamasına dair təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla tam təsdiq edilir. Hazırkı iş üzrə Məhkum ibtidai araşdırma orqanı tərəfindən ittiham olunduğu CMnin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin obyektiv və subyektiv cəhətinə münasibətdə nəzərdə tutulmuş hal, istintaq orqanının və ittiham tərəfinin gəldiyi nəticəyə görə, ondan ibarətdir ki, o, 22 may 2021-ci il tarixdə günorta saatlarında Abşeron rayonu Müşfiqabad qəsəbəsində X1 25 manata satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 03 ayrı-ayrı şəffaf sellofan bükümlərdə ümumi təmiz çəkisi 3,071 qram olan psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, həmin gün saat 20:45-də Sumqayıt şəhər Avtovağzalının yaxınlığında Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən saxlanılaraq, Sumqayıt ŞPİ-yə gətirilmiş və orada üzərində şəxsi axtarış aparılarkən əynində olan g öy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofanın içərisindən 03 ədəd şəffaf rəngli sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,009 qram, 1,151 qram və 0,911 qram, ümumi təmiz çəkilsi isə 3,071 qram olan kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. İş üzrə toplanmış və araşdırılmış sübutların təhlili göstərir ki, Məhkum külli miqdarda psixotrop maddə metamfetamini məhz satış məqsədilə əldə etməsini və bu məqsədlə üzərində saxlayaraq daşımasını, habelə məhkum olunmuş şəxsin ümumiyyətlə narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən heç bir mötəbər sübut əldə edilməmişdir. Buna baxmayaraq, yalnız hazırki cinayət işi üzrə törədilmiş əməlin predmeti olan psixotrop m addənin külli miqdarlarda olması əsası ilə Məhkum qarşı CM-nin 234.4.3-cü maddə ilə ittiham irəli sürülmüş və iş üzrə ibtidai araşdırma yekunlaşdıqdan sonra tərtib edilmiş ittiham aktına əsasən də, iş baxılması üçün məhkəməyə göndərilərkən ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsi üçün sübut kimi sonuncunun qismən etirafedici ifadələri ilə yanaşı şahidlərin ifadələri, ekspert rəyləri və digər istintaq materialları təqdim olunmuş, işə həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrində baxılarkən isə dövlət ittihamını müdafiə edən prokurorlar da məhkəmələrə ittihamın təsdiq olunmasına dəlalət edən heç bir əlavə sübut təqdim etməmiş və buna görə də məhkəmələr çəkişmə prinsipinə uyğun olaraq yalnız həmin təqdim olunmuş sübutların araşdırılması ilə kifayətlənmişlər. Məhkəmə kollegiyası qanunvericiliyin aşağıdakı tələblərinə əsaslanaraq, araşdırılmış sübutlara onların təqsirləndirilən şəxsin elan olunmuş ittiham üzrə təqsirli bilinməsi məsələsinə bu sübutların mümkünlüyü və kifayət etməsi nöqteyi nəzərindən yanaşıb qiymətləndirərək və məhkəmənin hökmünün ehtimallara əsaslana bilməməsi, bütün şübhələrin isə təqsirləndrilən şəxsin xeyrinə həll olunmasına dair qanunvericiliyin tələblərindən çıxış edərək Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı törətdiyi cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsini qanuni və əsaslı hesab edir. Belə ki, təqsirsizlik prezumpsiyası təsbit edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ-İİİ hissələrinə əsasən, hər kəsin təqs irsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasın ı deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında mə hkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsir i səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Cinayət mühakimə icratının eyni prinsipini nəzərdə tutan CPM-nin 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirlən dirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Bu normaların mənası həmçinin onu ehtiva edir ki, faktiki olaraq ictimai təhlükəliliyinə görə yüngül əməl törətmiş şəxsin ona qarşı daha ağır cinayətin törədilməsinə görə irəli sürülmüş ittiham üzrə cinayət işlərinə baxarkən məhkəmələr həmin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan bütün şübhələri təqsirkarın xeyrinə həll etməklə sonuncunun əməlini CM-nin bir maddəsindən digərinə tövsif etmək hüququna da malikdrlər o şərtlə ki, belə tövsif cinayət törətmiş şəxsin hüquqularının, o cümlədən müdafiə hüququnun pozulması ilə nəticələnməsin. İttiham tərəfinin isə vəzifəsidir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittihamı təsdiq edən mötəbər sübutları qanuni üsullarla toplasın, həmin sübutları məhkəməyə təqdim edərək onların araşdırılmasına nail olsun, habelə müdafiə tərəfinin irəli sürdüyü əks dəlilləri qanuna müvafiq qaydada (sübutlara əsaslanmaqla) təkzib etsin. Daha sonra məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı müla hizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübh əli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Sübu tların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-nin 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma orqanının və məhkəmələrin gəldikləri nəticəyə görə, Məhkum təqsirləndirildiyi CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin dispozi tiv əlamətlərinin həmin cinayətin obyektiv cəhətinə aid olan hissəsi mübahisəsiz sübut olunsa da, bunlar sonuncunun əməlində qeyd olunan maddədə nəzərdə tutulmuş cinayət tərkibinin mövcud olmasına kifayət etmir. Belə ki, həmin maddənin dispozisiyasında CM-nin 234.2-ci maddəsinə istinadən motiv və məqsədin konkret göstərilməsi o deməkdir ki, əvvəla bu əlamətlər əməlin subyektiv cəhətini xarakterizə edən tərkib əlamətləridir və həmin əlamətlərin yoxluğunda, yaxud onların müəyyən edilməsinin sübuta yetirilmədiyi halda təqsirkarın əməlində CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olmasından söhbət gedə bilməz. Bunun üçün isə aşağıda qeyd olunan üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: - şəxs maddənin dispozisiyasında göstərilən əməlləri satış məqsəd ilə törətməlidir; - şəxs belə əməlləri qanunsuz etməlidir; - narkotik vasitə və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Belə tələb həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun müddəalarından və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən də irəli gəlir. Belə ki, göstərilən Qanunun 1.0.11-ci maddəsinin əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qan unvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun (burada “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu nəzərdə tutulur) 1.0.11-ci maddəsində şərh verilməsi qeyd olunaraq məhkəmələrə izah edilmi şdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Qərarın 9-u bəndində məhkəmələrin nəzərinə çatdırlmışdır ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən e dilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İş materiallarından (əldə edilmiş sübutlardan) göründüyü kimi, Məhkum əməlinin CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün tələb olunan şərtlərdən yalnız iki şərt – narkotik vasitələrin dövriyyəsi ilə bağlı məhkumun qanunsuz hərəkətlər etməsi və bu vasitənin külli miqdarda olması mübahisəsiz sübuta yetirilir, məhkumun ona istinad əməlləri satış məqsədilə törətməsi isə araşdırılmış sübutlarla təsdiq olunmur. Cinayət işinin materiallardan görünür ki, ibtidai araşdırma zamanı Məhkum həm şübhəli, həm də təqsirləndirilən şəxs qism ində dindirilərkən göstərmişdir ki, tutulana qədər təxminən 1 ay müddətində psixotrop maddədən istifadə etməyə başlamış və tutulduğu gün, yəni 22 may 2021-ci il tarixdə saat 15 radələrində təxminən 1 qram çəkidə olan 1 büküm metamfetamini əvvəllər tanıdığı X1dən öz şəxsi istifadəsi üçün 25 manata almışdır. Göründüyü kimi Məhkum ibtidai istintaqın əvvəlindən başlayaraq verdiyi bütün ifadələrində psixotrop maddə olan metamfetamini şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını və gəzdirdiyini bildirmiş, həmin maddəni satmaq niyyətinin olmasını, olduğu təqdirdə kimə, nə vaxt və harada satacağı, habelə psixotrop maddəni digər şəxsi maraq məqsədi ilə yaymaq məqsədi izləməsi ilə bağlı hər hansı xüsusat göstərməmiş, istintaq orqanı tərəfindən də həmin hallar müəyyən edilməmişdir. Belə ki, b irinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Sumqayıt ŞPİnin CAŞ-ın əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki, 22 may 2021-ci il tarixdə Sumqayıt şəhərində yaşayan Məhkum üzərində və yaşadığı evdə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin saxlanması, satması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 21 radələrində Məhkum Sumqayıt şəhər Avtovağzalının yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-ə dəvət edilmiş və videoçəkiliş aparılmaqla müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Məhkum əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən içərisində psixotrop maddə metamfetamin olan büküm aşkar edilmişdir. Həmin metam fetamini kimdən və harada əldə etməsi soruşulduqda Məhkum onu Abşeron rayonunun Müşfiqabad qəsəbəsində X1 adlı şəxsdən əldə etdiyini göstərmişdir. İfadəsində Məhkum yaşadığı evdə də külli miqdarda narkotik vasitə saxlaması barədə əməliyyat məlumatının olmasını deyən Şahid1, əməliyyat tədbirinin davamı olaraq həmin məlumatın yoxlanılması məqsədi ilə Məhkum evində axtarış aparılmaqla bu məlumatın yoxlanılmamasının səbəblərini izah edə bilməməişdir. Cinayət işinin materiallarında olan Sumqayıt ŞPİ-nin CAŞ-ın əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul olunmuş “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 22 may 2021-ci il tarixli qərardan görünür ki, Məhkum üzərində və evində qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlaması, satması və istifadə etməsi barədə məlumatlar ın yoxlanılması üçün onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi zərurəti yaranmışdır. Halbuki, eyni şəxs tərəfindən yazılmış eyni tarixli raportun məzmunundan görünür ki, narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli bilinən Məhkum saxlanılaraq polis idarəsinə gətirilmişdir. Bundan başqa, “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 22 may 2021-ci il tarixli qərarda Məhkum evində qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlaması barədə məlumatın olması göstərilsə də, iş materiallarında olan sənədlərdən görünür ki, bu məlumatın yoxlanılması üçün Məhkum yaşadığı ünvanda axtarış aparılmamış, həmin evə baxış belə keçirilməmişdir. Cinayət işinin materiallarına əsas sübut kimi əlavə edilmiş “Şəxsi axtarış keçirilməsi barədə” 22 may 2021-ci il tarixli protokoldan görünür ki, Məhkum həmin gün saat 20:45-də Sumqayıt şəhər Avtovoğzalının yaxınlığında saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinə gətirilmiş, onun üzərində şəxsi axtarış həmin gün saat 21:40-dan 22-05-dək aparılmış və Məhkum onun barəsində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf rəngli büküm təqdim etmişdir. Həmin bükümün içərisində 3 ədəd ayrı-ayrı şəffaf rəngli sellofan bükümlərdə olan ağ rəngli kristal şəkilli maddə aşkar olunmuşdur. Bu haqda Məhkum soruşulduqda o, aşkar olunan maddənin “patı” olduğunu, onu şəxsi istifadəsi üçün günorta saatlarında Müşfiqabad ərazisində 25 manata X1 adlı şəxsdən aldığını bildirmişdir. Bükümlər qablaşdırma ilə elektron tərəzidə çəkildikdə onların ümumi çəkisinin 3,25 qram olması müəyyən edilmişdir. Həmçinin birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti Şahid2 göstərmişdir ki, o, yalnız videoçəkiliş aparmış və Məhkumla bağlı hər hansı bir əməliyyat məlumatından onun xəbəri olmamışdır. Videoçəkiliş xidməti otaqda polis idarəsində aparılmış, çəkiliş zamanı Məhkum onda olan psixotrop maddəni Müşfiqabad qəsəbəsindən öz istifadəsi üçün aldığını bildirmiş, onun psixotrop maddəni satmaq məqsədilə aldığını deməsini eşitməmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 23 may 2021-ci il tarixli, 6/2030 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 124» dairəvi möhür əksi olan «Vət. Məhkum üzərindən..» sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfdə 03 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,009 qram, 1,151 qram, 0,911 qram, ümumi təmiz çəkisi isə 3,071 qram olan ağ rəngli kristallik fomada maddə, xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. Həmçinin cinayət işinin materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilmiş ambulator məcburi-narkoloji yoxlamaya dair 29 iyul 2021-ci il tarixli, 2540 №li rəydən görünür ki, Məhkum psixotrop maddə olan metamfetaminin qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin onun 3cü dərəcəli əlil olması ilə əlaqədar məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından da göründüyü kimi, narkomaniya xəstəliyindən əziyyət çəkən Məhkum X1dən məhz şəxsi istifadəsi üçün psixotrop maddə metamfetamin almışdır. Həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı Məhkum əldə etdiyi psixotrop maddəni satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir dəlil, birbaşa və ya dolayı sübut müəyyən edilməmişdir. Göründüyü kimi, ibtidai araşdırma orqanı Məhkum təmiz çəkisi 3,071 qram psixotrop maddə olan metamfetamini məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, üzərində saxlaması və daşıması qənaətinə gəlsə də, məhkəməyə bununla bağlı əsaslı şübhə yaratmayan mötəbər sübut təqdim olunmamış, məhkəmə araşdırmaları zamanı da cinayətin subyektiv cəhəti kimi təsbit edilmiş belə məqsədin olmasını təsdiq edən hər hansı bir sübut müəyyən ed ilməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, bu hal Məhkum qarşı CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın yalnız ehtimallar üzərində qurulmasına dəlalət edir. Məhkəmə kollegiyası onu da vurğulayır ki, Azərbaycan Respublikasının 28 iyun 2015-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” I Siyahısında metamfetaminin çəkisi 0,15 qramdan yuxarı olması şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramdan yuxarı olması külli miqdar hesab olunur, lakin bununla da belə qənaətə gəlir ki, araşdırılmış sübutların, o cümlədən məhkum olunmuş şəxsin və şahidlərin verdikləri ifadələrin fövqündə Məhkum üzərində aşkar edilərək götürülmüş psix otrop maddənin bu miqdarlardan çox miqdarlarda olması da onun həmin maddəni satış məqsədi ilə əldə etməsini, saxlamasını və daşımasını təsdiq etmir. Bununla yanaşı, məhkəmə kollegiyası onu da qeyd etməyi lazım bilir ki, hazırki cinayət işinin materiallarına əsasən, Məhkum psixotrop maddəni satmış X4 da cinayət məsuliyyətinə cəlb olunaraq sonuncuya qarşı CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o 22 may 2021-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri, «20 yanvar» metrostansiyasının yaxınlığında şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının vətəndaşından satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ağ rəngli «Winchester» markalı siqaret qutusunda 01 ədəd sellofan bükümdə təmiz çəkisi 10,891 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 08 ədə d ayrı-ayrılıqda kağız və sellofan bükümlərdə olan ümumi təmiz çəkisi 4,229 qram olan psixotrop maddə metamfetamini əldə edib, 08 ədəd bükümdən 03 ayrı-ayrı şəffaf sellofan bükümlərdə ümumi təmiz çəkisi 3,071 qram psixotrop maddə olan metamfetamini həmin gün günorta saatlarında Abşeron rayonu, Müşfiqabad qəsəbəsində Məhkum 25 manata sataraq, qalan külli miqdarda «Winchester” markalı siqaret qutusunda 01 ədəd sellofan bükümdə təmiz çəkisi 10,891 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 05 ədəd ayrı-ayrılıqda kağız və sellofan bükümlərdə olan ümumi təmiz çəkisi 1,158 qram olan psixotrop maddə metamfetamini daşıyaraq üzərində saxlamış, 22 may 2021-ci il tarixdə, saat 22:23-də Sumqayıt şəhəri «Mehdi Hüseynzadə» adına idman stadionunun yaxınlığında Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaş ları tərəfindən saxlanılaraq, Sumqayıt ŞPİ-yə gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılarkən əynində olan boz rəngli idman şalvarının sol yan cibindən «Winchester” markalı siqaret qutusundan külli miqdarda 01 ədəd sellofan rəngli sellofan bükümdə təmiz çəkisi 10,891 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd şəffaf rəngli sellofan bükümdə və 04 ədəd gümüşü rəngli siqaret kağızının bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,138 qram, 0,145 qram, 0,072 qram, 0,141 qram, 0,662 qram ümumi təmiz çəkiləri 1,158 qram olan kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq, götürülmüşdür. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 27 may 2022-ci il tarixli hökmü ilə X1 bu ittiham üzrə CM-nin 234.4.3-cü maddəsi il ə təqsirli bilinərək cəzasını ümum rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 iyul 2022-ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilmədən saxlanılmış, apellyasiya instansiyası məhkəməsinin bu qərarı isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 10 yanvar 2023-cü il tarixli qərarı ilə qüvvəsində saxlanılmışdır. Göründüyü kimi, ibtidai araşdırma orqanı Məhkum və X1in törətdikləri cinayətin predmeti olan 3,071 qram çəkidə psixotrop maddəni - metamfetamini satış məqsədilə əldə edərək üzərlərində saxlamaları və daşımaları barədə nəticəyə gələrək onlara qarşı ayrıayrılıqda CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürsə də, bu şəxs lərin barəsindəki cinayət işləri üzrə qəbul edilmiş sübutların qiymətləndirilməsi qərarlarında heç bir saslandırma aparmadan onların eyni zamanda şərh olunan əməli qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törətmələri barədə CM-nin 234.4.1-ci maddəsi ilə təqsirləndirilən şəxslərə ittiham elan etməkdən imtina etmiş, bununla da faktiki olaraq X1i psixotrop maddəni satan, Məhkum isə həmin maddəni əldə edən şəxslər kimi tanımışdır. Halbuki, cinayət qanunvericiliyinin tələblərinə əsasən (CM-nin 34.2-ci maddəsi) qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət işlərinin araşdırılması nəticəsində əməlin subyektiv cəhətin ə - satış məqsədinə münasibətdə belə hal müəyyən edildikdə cinayət törətmiş şəxslərə qarşı CM-nin 234.4.1-ci maddəsi ilə ittiham irəli sürülür. Məhkəmə kollegiyasının qənaətinə görə, həmin maddə ilə istər X1ə, istərsə də Məhkum qarşı ittihamın irəli sürülməməsi bir daha sonuncunun ondan aşkar edilərək götürülmüş psixotrop maddəni satış məqsədi olmadan əldə edib üzərində saxlamasına və daşımasına dəlalət edir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, bütün şərh olunanlara qanuna müvafiq qaydada qiymət verib Məhkum əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsi barədə nəticəyə gələn məhkəmələr qanunvericiliyin aşağıdakı normalarının tələblərinə də əməl etmişlər. CPM-nin 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəməni n gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, ə ldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli qərarında da əksini tapmışdır. Həmin qərarda qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakimə sinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəld ilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra mətndə Avropa Məhkəməsi) yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğ ulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququnun tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutu r ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, CPM-nin 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə, məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Hazırki cinayət işinin materiallarına, o cümlədən iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına görə, məhkəmələr cin ayət-prosessual qanunvericiliyinin normalarının tələblərindən, Konstitusiya Məhkəməsi Plenumunun və Avropa Məhkəməsinin hüquqi mövqelərindən, Ali Məhkəmənin Plenmunun qərarlarında əksini tapmış izah və tövsiyələrdən və eyni zamanda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı bir çox cinayət işləri üzrə Ali Məhkəmənn Cinayət Kollegiyası tərəfindən qəbul edilmiş qərarlarla formalaşmış vahid məhkəmə təcrübəsindən çıxış edib işin faktiki hallarına (araşdırımış sübutlara) əsaslanaraq Məhkum psixotrop maddə olan 3,071 qram çəkidə metamfetamini məhz satış məqsədilə əldə edərək saxlamasını və daşımasını müəyyən etməmiş, buna görə ehtimal xarakterli məhkəmə aktlarını qəbul etməkdən imtina edib bütün şübhələri təqsirləndirilən şəxsin xeyrinə həll edərək onun cinayət əm əlinin CMnin 234.1-ci maddəsi ilə tövsif edilməli olması barədə qanuni və əsaslı nəticəyə gəlmişlər. Təsvir olunanlar, ümumiyyətlə baxılan cinayət işi üzrə kassasiya protesti ilə ehtiva olunan CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək belə qənaətə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilməməklə Məhkum CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 iyul 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azə rbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Kassasiya protesti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 iyul 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-158/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-158/2023
24.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver