Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-158/2025 31.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 fevral 2024-cü il tarixli 1(104)-141/2024 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Dadaş İmanov (sədrlik edən və məruzəçi), Elmin Rüstəmov və Roman Ələkbərov) 29 noyabr 2023-cü il tarixli 1(100)137/2023 nömrəli hökmü ilə xx xxxxxx 1989-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri Nizami küçəsi, ev 190-da qeydiyyatda olmaqla yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.2 və 234.4.3cü maddələri ilə təqsirli bilinərək 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət CM-in 69.3-cü maddəs inə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 5 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 29 noyabr 2023-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda psixotrop maddə metamfetamini və şəxsi istehlak miqdarında narkotik vasitə qurudulmuş marixuananı qanunsuz əldə edib yaşadığı evə daşıyaraq saxlamış və satmışdır. Belə ki o, məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarında, yəni ümumi təmiz çəkisi 1,08 qram olan bitki mənşəli küt lə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq satış məqsədi ilə əldə edib 02 avqust 2021-ci il tarixdə ünvan 1 ünvanında 15 manat müqabilində tanışı Şahid1 satmış, 03 avqust 2021-ci il tarixdə saat 01:30-da Gəncə şəhər Baş Polis İdarəsi 1-ci PŞ-nin CAŞ-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Şahid1 Gəncə şəhəri Nizami küçəsi “Ulduzlu Gecə” şadlıq sarayının yaxınlığında saxlanılaraq Gəncə şəhəri Heydər Əliyev prospekti 475 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nə aparılmış, 1-ci PŞ-nin inzibati binasında üzərinə şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kağıza bükülü təmiz çəkisi 1,08 qra m bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən məlum olmayan vaxt və mənbədən külli miqdarda, təmiz çəkisi 3,720 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq satış məqsədi ilə əldə edib, yaşadığı ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin yataq otağında yerləşən çarpayının üzərində olan döşəyin altında sellofan bükümdə saxlamış, Gəncə şəhər Nizami RPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirləri nəticəsində 03 avqust 2021-ci il tarixdə saat 06 radələrində yaşadığı həmin evə baxış keçirilərkən yataq otağında yerləşən çarpayının üzərində olan döşəyin altından satış məqsədilə qanunsuz olaraq əldə edib saxladığı bir ədəd sellofan bükümdə külli miqdarda, yəni 3,720 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Əlizamin Abdullayev (sədrlik edən və məruzəçi hakim), Salman Hüseynov və Rafiq Cəfərov) 19 fevral 2024-cü il tarixli 1(104)-141/2024 nömrəli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli 1(100)-137/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 fevral 2024-cü il tarixli 1(104)-141/2024 nömrəli qərarının ləğv edilməsini, əməlinin CM-in 234.1-1-ci maddəsinə tövsif ed ilməsi və cəzasını yüngülləşdirən halların nəzərə alınmaqla yüngül cəza təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi cinayət işinə baxarkən işi hərtərəfli araşdırmamış və barəsində olan yüngülləşdirici halları nəzərə almadan ədalətsiz hökm çıxarmışdır. Belə ki, məhkəmələr onun səmimi etirafını, ilk məhkumluğunu, himayəsində bir azyaşlı uşağının olmasını, narkotik satışı ilə heç vaxt məşğul olmamasını və özünün narkotik asılılığının olması kimi halları nəzərə alınmamışdır. Kassator şikayətində işin hallarında qeyd edildiyi kimi tanışı Şahid1 narkotik vasitə olan marixuananı satmamış, o, sonuncuya narkotik vasitə olan marixuananı pulsuz və əvəzsiz vermişdir. Həmçinin kassator şikayətində evindən aşkar olunmuş psixotrop maddənin ona aid olmamasını bildirmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq h ər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, onun əməli əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkumun fikrincə onun əməli Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət v ə ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən göründüyü kimi, həmin maddə ilə cinayət məsuliyyəti qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldəetmə, saxlama, hazırlama, daşıma və göndərmə ilə əlaqədar hərəkətlərin külli miqdarda olmaqla satış məqsədi ilə törədildiyi və ya həmin narkotik vasitələrin və ya psixotrop maddələrin satıldığı halda yaranır. Beləliklə, “külli miqdar” və “satış məqsədi və ya satma” CM-in 234.4.3-cü maddəsinin cinayət tərkibinin zəruri əlamətləri kimi çıxış edir. Həmin əməllərin təkrar törədilməsi CM-in 234.4.2-ci maddəsinin tərkib əlaməti olmaqla əməlin əlavə olaraq həmin maddə ilə tövsif edilməsinə əsas verir. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət had isəsinin baş vermə faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmələr cinayət işi üzrə toplanmış sübutları – məhkumun özünün və şahidlər Şahid2, Şahid3, Şahid4 ifadələri, məhkəmə ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları, işin digər materialları tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişlər ki, Məhkum üzərində aşkar edilmiş 1,08 qram narkotik vasitə olan qurudulmuş marixuananı və yaşadığı evdən aşkar olunaraq götürülmüş 3,720 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini məhz satış məqsədi ilə əldə etmiş və saxlamış, Məhkum ona istinad olunan Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələ rində təsbit edilən cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum ona elan edilmiş ittihamda özünün təqsirli bilməməsi barədə məhkəmədə verdiyi ifadələri işin faktiki halları ilə və iş üzrə toplanmış sübutlarla müqayisəli təhlil edib onların işin hallarına uyğun olmaması və digər sübutlarla təkzib edildiyindən Məhkum həmin ifadəsi həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq, hesab edir ki, həmin sübutların məcmusu məhkumun Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulm uş cinayəti törətməsi barədə mötəbər və yekun qərarına gəlməyə imkan verir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Belə ki, Məhkum ondan aşkar edilmiş bitki mənşəli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı və evdən aşkar olunaraq götürülmüş çəkisi 3,720 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi ilə deyil, özünün şəxsi istehlakı üçün əldə etməsi barədə dəlilləri iş materiallarında sübutlarla tam təkzib olunur və bununla da ona verilmiş ittihamda göstərilən xüsusatlar məhkəmə kollegiyasında heç bir şübhə doğurmur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları və işə baxan məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlarla müqayisəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət vermiş, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3cü maddələri ilə təqsirli bilərkən qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və çəkişmə prinsipinə riayət edilməklə ədalətli məhkəmə araşdırması aparılmış, istər işin ibtidai istintaqı zamanı, istərsə də məhkəmə araşdırmaları zamanı məhkumun müdafiə hüququ təmin edilmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin Məhkum cinayət əməllərinin sübuta yetirilməsinə və onun tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməli məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin məhkəmələr tərəfindən araşdırmanın tam və hərtərəfli aparılmaması və məhkumun əməlinin düzgün tövsif edilməməsi barədə dəlillərini əsassız olduğu ndan qəbul etmir və apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olması barədə nəticəyə gəlir. Məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin Məhkum təyin etdiyi cəzanın növü və həddi ilə qanuni və ədalətli olduğundan razılaşır. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 fevral 2024-cü il tarixli 1(104)-141/2024 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilməməsi, mübahisələndirilən qərarın dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 fevral 2024-cü il tarixli 1(104)-141/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-158/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-158/2025
31.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver